Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-94/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs11, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 2 A, mənzil 19-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(101)-239/2021 saylı hökmündən məhkum edilmiş şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Ə.Sadıxovun sədrliyi, N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 11 fevral 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs21 mülki iddiasını 48.198,4 manat məbləğində, Zərərçəkmiş şəxs2 mülki iddiasını 58.376,75 manat və mənəvi zərərə görə 5.000 manat, ümumən isə 63.376,75 manat məbləğində, Zərərçəkmiş şəxs22 mülki iddiasını 68.000 manat məbləğində, Zərərçəkmiş şəxs4 mülki iddiasını 202.980 manat məbləğində, Zərərçəkmiş şəxs10 mülki iddiasını 7.700 manat məbləğində, X3 mülki iddiasını 23.454 manat məbləğində, Zərərçəkmiş şəxs8 mülki iddiasını 2076 manat maddi zərərə və 30 manat dövlət rüsumu, ümumilikdə 2106 manat məbləğində, Zərərçəkmiş şəxs12 mülki iddiasını 68.000 manat məbləğində təmin edilməklə həmin məbləğlər Təqsirləndirilən şəxs tutulmaqla mülki iddia vermiş şəxslərə ödənilməsi müəyyən edilmiş, digər zərərçəkmiş şəxslərin ziyanların Təqsirləndirilən şəxs tutulub onlara ödənilməsi üçün mülki-mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1-nin (VÖEN **********) təsisçisi və həmin tarixdən direktoru vəzifəsində işləməklə MMC-nin 15 fevral 2016-cı il tarixdə Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə əqdlər bağlamaq, cəmiyyətin adından çıxış etmək, bütün dövlət və yerli özünü idarə etmə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında təmsil etmək, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edərək onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsasda əmək müqavilələrini ləğv etmək və sair səlahiyyətlərə malik şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 13 avqust 2016-cı il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, cinayətkar əməlini gizlətmək məqsədilə həmin pulun verilməsini notarial qaydada aralarında bağlanacaq müqavilə əsasında həyata keçirmələrinə dair təklifi əsasında Zərərçəkmiş şəxs1 tam etimadını qazanmağa nail olub, həmin məqsədlə 13 avqust 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat kontorunda aralarında 11.500 (on bir min beş yüz) məbləğdə pulun verilməsinə dair kredit müqaviləsi bağlayaraq, həmin niyyətlə Zərərçəkmiş şəxs1 həmin kontorda 13 avqust 2016cı il tarixdə 10.000 (on min) manat, 2 iyun 2018-ci il tarixdə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvandakı ofisində 60.000 (altmış min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 102.000 (bir yüz iki min) manat, 5 iyun 2018-ci il tarixdə həmin ofisdə 30.000 (otuz min) manat olmaqla, cəmi 142.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 142.000 (bir yüz qırx iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs2 2 may 2017ci il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, cinayətkar əməlini gizlətmək məqsədilə həmin pulun verilməsini notarial qaydada aralarında bağlanacaq müqavilə əsasında həyata keçirmələrinə dair təklifi əsasında Zərərçəkmiş şəxs2 tam etimadını qazanmağa nail olub, həmin məqsədlə 2 may 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “ASAN 3” mərkəzində yerləşən notariat kontorunda aralarında 20.000 manat məbləğdə pulun özünə verilməsinə dair kredit müqaviləsi bağlayaraq, həmin niyyətlə Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında 2 may 2017-ci il tarixdə 20.000 (iyirmi min) manat, 12 noyabr 2017-ci il tarixdə ünvan 4 ünvanındakı ofisdə 45.000 (qırx beş min) manat, 12 fevral 2018-ci il tarixdə həmin ofisdə 25.000 (iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 42.502,5 (qırx iki min beş yüz iki manat əlli qəpik) manat, 27 mart 2019-cu il tarixdə Türkiyə Respublikası istiqamətində tur paket satmaq adı ilə həmin ofisdə 2.000 (iki min) manat olmaqla, vahid niyyətlə cəmi 109.502,5 manat (bir yüz doqquz min beş yüz iki manat əlli qəpik) məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 109.502,5 manat (bir yüz doqquz min beş yüz iki manat əlli qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs3 9 yanvar 2018-ci il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin niyyətlə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvanındakı ofisində Zərərçəkmiş şəxs3 9 yanvar 2018-ci il tarixdə 40.000 (qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 68.004 (altmış səkkiz min dörd) manat, 1 mart 2018-ci il tarixdə həmin ofisdə 100.000 (bir yüz min) manat, 24 mart 2019-cu il tarixdə həmin ofisdə 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat, 9 aprel 2018-ci il tarixdə həmin ofisdə 5.000 (beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat olmaqla, cəmi 261.504 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 261.504 (iki yüz altmış bir min beş yüz dörd) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs4 2018-ci ilin may ayında özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin niyyətlə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvanındakı ofisində Zərərçəkmiş şəxs4 7 iyun 2018-ci il tarixdə 40.000 (qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat, 20 avqust 2018-ci il tarixdə həmin ofisdə 29.400 (iyirmi doqquz min dörd yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 49.980 (qırx doqquz min doqquz yüz səksən) manat, 12 sentyabr 2018-ci il tarixdə qeyd edilən ofisdə 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat olmaqla, cəmi 202.980 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 202.980 manat (iki yüz iki min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs5 2018-ci ilin noyabr ayında özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, birlikdə yeni iş quracaqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin niyyətlə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvandakı ofisində Zərərçəkmiş şəxs5 2018-ci ilin noyabr ayında 20.000 (iyirmi min) manat, 2018-ci ilin dekabr ayında həmin ofisdə 15.000 (on beş min) manat, cəmi 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Sumqayıt şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs6 3 dekabr 2018-ci il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin niyyətlə təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvanındakı ofisində Zərərçəkmiş şəxs6 3 dekabr 2018-ci il tarixdə 60.000 (altmış min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 102.000 (bir yüz iki min) manat, 21 yanvar 2019-cu il tarixdə həmin ofisdə 30.000 (otuz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat, 28 yanvar 2019-cu il tarixdə həmin ofisdə 20.000 (iyirmi min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat, 7 fevral 2019-cu il tarixdə həmin ofisdə 20.000 (iyirmi min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat, 19 fevral 2019-cu il tarixdə həmin ofisdə 25.000 (iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 42.500 (qırx iki min beş yüz) manat olmaqla, cəmi 263.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 263.500 (iki yüz altmış üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzinə getmək üçün 8 avqust 2019 – 15 avqust 2019-cu il tarixləri əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 9 yanvar 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs8 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 9 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvanda yerləşən ofisdə 1.278 (bir min iki yüz yetmiş səkkiz) manat, 15 iyul 2019-cu il tarixdə həmin ofisdə 800 (səkkiz yüz) manat olmaqla, cəmi 2.078 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus 2.078 (iki min yetmiş səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərinə istirahətə getmək üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin yanvar ayında özünə müraciət edən Zərərçəkmiş şəxs7 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla Zərərçəkmiş şəxs7 11 yanvar 2019-cu il tarixdən 3 iyul 2019-cu ilədək olan müddətdə hissə-hissə olmaqla, ümumilikdə 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvanda yerləşən ofisdə alıb, cinayət əməlinin üstünün açılmaması üçün Zərərçəkmiş şəxs7 27 iyul 2019-cu il tarixdə X1 şəhərinə bir tərəfli uçuş üçün 600 manat dəyərində aviabilet təqdim edib, qalan 4.600 manat məbləğində pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzinə 10 avqust 2019 – 16 avqust 2019-cu il tarixlərdə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 13 yanvar 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs9 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 13 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs9 "xxxx" MMCnin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvandakı ofisdə 1.600 (bir min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.720 (iki min yeddi yüz iyirmi) manat məbləğdə, 17 iyul 2019-cu il tarixdə həmin ofisdə 6.358 (altı min üç yüz əlli səkkiz) manat olmaqla, cəmi 9.078 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 9.078 (doqquz min yetmiş səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 22 yanvar 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs10 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 22 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs10 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvandakı ofisdə 4.120 (dörd min bir yüz iyirmi) manat, 3 aprel 2019cu il tarixdə həmin ofisdə 3.000 (üç min) manat, 20 may 2019-cu il tarixdə həmin ofisdə 580 (beş yüz səksən) manat olmaqla, cəmi 7.700 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs10 məxsus 7.700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 30 yanvar 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs11 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 30 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs11 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 82/1 ünvandakı ofisdə 1.050 (bir min əlli) manat, 31 yanvar 2019-cu il tarixdə həmin ofisdə 100 (bir yüz) manat, 10 may 2019-cu il tarixdə həmin ofisdə 2.190 (iki min bir yüz doxsan) manat, 13 may 2019-cu il tarixdə həmin ofisdə 337 (üç yüz otuz yeddi) manat olmaqla, cəmi 3.677 (üç min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 məxsus 3.677 (üç min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Sumqayıt şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs12 31 yanvar 2019-cu il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin adla Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən "xxxx" MMC-nin satış mərkəzində Zərərçəkmiş şəxs12 31 yanvar 2019-cu il tarixdə 40.000 (qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs12 məxsus 68.000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə hüquqi ünvanı ünvan 5n "xxxx" LTD MMC ilə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 1 aprel 2019-cu il tarixli subagent və zaminlik haqqında müqavilələrə və həmin müqaviləyə 3, 4 və 5 nömrəli mükafatlandırmanın şərtlərinə dair edilmiş əlavəyə əsasən, agentin etibar edərək verdiyi əmlakın, maddi və digər sərvətlərin qorunub saxlanılması, satışı və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən və müqavilənin 5-ci bəndinə əsasən satılmış biletlərin pulunu 2 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəli ilə müəyyən olunmuş cari ayın on biri, iyirmi biri və növbəti ayın biri tarixlərində nağd və köçürmə yolu ilə agentə ödəməli olmasına baxmayaraq, 1 aprel 2019cu il tarixdən 2019-cu ilin avqust ayınadək olan müddətdə "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən ofisində "xxxx" LTD MMC-yə məxsus olmaqla özü tərəfindən 156 nəfər müştəriyə satışının həyata keçirildiyi cəmi 85.723,17 manat dəyərində aviabiletlər üzrə sonunculardan aldığı 73.563 manat dəyərində pul vəsaitini "xxxx" LTD MMC-yə nağd və köçürmə yolu ilə ödəyib, həmin biletlərin satışından əldə etdiyi qalan 12.160,17 manat pul vəsaitini isə həmin MMC-yə ödəməyib özünün şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək "xxxx" LTD MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 12.160,17 manat (on iki min yüz altmış manat on yeddi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Kanadada işləmək üçün vizanın verilməsi ilə əlaqədar sənədləşdirmələrin aparılması və rəsmi müraciətlərin edilməsində köməklik göstərilməsi ilə bağlı 5 aprel 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs13 özünü turizm və iş vizasının alınması sahəsində uzun müddət xidmət göstərən peşəkar şəxs kimi təqdim edib, Kanadada işləmək üçün müvafiq sənədləşmə işlərini aparmaqla depozit hesaba pul qoyulduqdan sonra qeyd edilən vizanın alınmasını həyata keçirəcəyini yalandan bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 5 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs13 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 16.000 (on altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs13 məxsus 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə X4 Kanadada işləmək üçün vizanın verilməsi ilə əlaqədar sənədləşdirmələrin aparılması və rəsmi müraciətlərin edilməsində köməklik göstərilməsi ilə bağlı 8 aprel 2019-cu il tarixdə özünə müraciət edən sonuncunun qaynanası Zərərçəkmiş şəxs14 özünü turizm və iş vizasının alınması sahəsində uzun müddət xidmət göstərən peşəkar şəxs kimi təqdim edib, Kanadada işləmək üçün müvafiq sənədləşmə işlərini aparmaqla depozit hesaba pul qoyulduqdan sonra qeyd edilən vizanın alınmasını həyata keçirəcəyini yalandan bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 8 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs14 "xxxx" MMCnin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 10.000 (on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat, 10 may 2019-cu il tarixdə həmin ofisdə 1.000 (bir min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 (bir min yeddi yüz) manat olmaqla, vahid niyyətlə cəmi 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs14 məxsus 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasında yerləşən “X16” istirahət mərkəzinə 25.08.2019-cu il tarixdən 03.09.2019-cu il tarixədək olan müddət üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 26 aprel 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs15 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 26 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs15 "xxxx" MMCnin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 700 (yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.190 (bir min bir yüz doxsan) manat məbləğində, eyni niyyətlə, 19 iyul 2019cu il tarixdə həmin ofisdə 1.020 manat məbləğində olmaqla, vahid niyyətlə cəmi 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs15 məxsus 2.210 (iki min iki yüz on) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Alanya şəhərində yerləşən istirahət mərkəzinə 15.08.2019-cu il tarixdən 22.08.2019-cu il tarixədək olan müddət üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 29 may 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs16 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə - 2.584 (iki min beş yüz səksən dörd) manata həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 29 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs16 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs16 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, bir müddət sonra Zərərçəkmiş şəxs16 tur paketinin hazırlanmadığını görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs16 məxsus cəmi 2.584 (iki min beş yüz səksən dörd) manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bələk şəhərində yerləşən istirahət mərkəzinə 25.08.2019-cu il tarixdən 04.09.2019-cu il tarixədək olan müddət üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 29 may 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs17 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 29 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs17 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 5.263 (beş min iki yüz altmış üç) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs17 məxsus 5.263 (beş min iki yüz altmış üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasında yerləşən istirahət mərkəzinə 02.08.2019-cu il tarixdən 08.08.2019-cu il tarixədək olan müddət üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 31 may 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs18 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 31 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs18 "xxxx" MMCnin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 3.400 (üç min dörd yüz) manat, eyni niyyətlə, 18 iyun 2019-cu il tarixdə həmin ofisdə 3.405 (üç min dörd yüz beş) manat olmaqla, vahid niyyətlə cəmi 6.805 (altı min səkkiz yüz beş) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs18 məxsus 6.805 (altı min səkkiz yüz beş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı olmaqla avia biletlərin satışı ilə məşğul olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti “AMAY” ticarət mərkəzində yerləşən "Hİ SKY" turizm şirkətinin direktoru Zərərçəkmiş şəxs19 ona olan inam və etibarından suiistifadə etməklə 1 iyun 2019-cu il tarixində çoxsaylı müştərilərin avia bilet almaq üçün ona müraciət etməsini Zərərçəkmiş şəxs19 bildirib, özünün həmin şirkətə məxsus aviabiletləri satıb ödənişləri də ona qaytaracağını yalandan vəd edib aldadaraq, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, 1 iyun 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin yerləşdiyi ünvan 6 ünvanındakı ofisdə müxtəlif istiqamətlərə aviabilet almaq üçün ona müraciət etmiş ayrı-ayrı müştərilərin anket məlumatlarını Zərərçəkmiş şəxs19 bildirməklə cəmi 6.900 (altı min doqquz yüz) manat məbləğində aviabiletin satışını ünvan 6 ünvanındakı ofisində həmin müştərilərə həyata keçirib, sonunculardan qeyd edilən satışa görə həmin məbləğdə pulu qeyd edilən ofisində qəbul etməsinə və müştərilər tərəfindən avia biletlərdən mahiyyəti üzrə istifadə edilməsinə baxmayaraq, həmin biletlərin satışına görə aldığı pul məbləğlərini Zərərçəkmiş şəxs19 qəsdən qaytarmayıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 6.900 (altı min doqquz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Çexiya Respublikasının Karlovı Varı şəhərində yerləşən istirahət mərkəzinə 07.08.2019-cu il tarixdən 13.08.2019-cu il tarixədək olan müddət üçün tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 4 iyun 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs20 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün ucuz qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 4 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs20 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 2.000 (iki min) manat məbləğində, eyni niyyətlə, 25 iyun 2019-cu il tarixdə həmin ofisdə 1.732 (bir min yeddi yüz otuz iki) manat məbləğində olmaqla, cəmi 3.732 (üç min yeddi yüz otuz iki) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs20 məxsus 3.732 (üç min yeddi yüz otuz iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Fransa Respublikasının Sen-Trope şəhərində yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 4 iyun 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs21 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 4 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs21 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə sonuncunun istintaqla müəyyən edilməyən sürücüsü vasitəsi ilə 28.352 (iyirmi səkkiz min üç yüz əlli iki) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 48.198,4 manat (qırx səkkiz min bir yüz doxsan səkkiz manat qırx qəpik) məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs21 məxsus 48.198,4 manat (qırx səkkiz min bir yüz doxsan səkkiz manat qırx qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs22 17 iyun 2019-cu il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edib, həmin adla təsisçisi və direktoru olduğu "xxxx" MMCnin yerləşdiyi ünvan 4 ünvanındakı ofisində Zərərçəkmiş şəxs22 17 iyun 2019-cu il tarixdə 40.000 (qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs22 məxsus 68.000 (altmış səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs23 27 iyun 2019-cu il tarixdə özünü turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs kimi təqdim edib, turizmlə əlaqədar yeni iş quracaqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, həmin adla təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisində Zərərçəkmiş şəxs23 27 iyun 2019-cu il tarixdə 10.000 (on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat, eyni niyyətlə, 28 iyun 2019-cu il tarixdə həmin ofisdə 4.000 (dörd min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 (altı min səkkiz yüz) manat məbləğində olmaqla, cəmi 14.000 (on dörd min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 23.800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs23 məxsus 23.800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı olmaqla Türkiyə Respublikasının Antalya şəhərində yerləşən "Globus Orbita" turizm şirkətinin Bakı şəhəri üzrə filial müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs24 2019-cu ilin iyun ayında çoxsaylı müştərilərin tur paket almaq üçün ona müraciət etməsini bildirib, özünün onun şirkətinə məxsus tur paketləri satıb ödənişləri də ona qaytaracağını yalandan vəd edib aldadaraq, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, 2019-cu il iyun ayından başlanmaqla həmin ilin sentyabr ayının ortalarınadək olan müddət ərzində "xxxx" MMC-nin yerləşdiyi ünvan 6 ünvanındakı ofisdə müxtəlif istiqamətlərə tur paket almaq üçün ona müraciət etmiş ayrı-ayrı müştərilərin anket məlumatlarını Zərərçəkmiş şəxs24 bildirməklə cəmi 34.535 (otuz dörd min beş yüz otuz beş) manat məbləğində tur paketin satışını həmin ofisində müştərilərə həyata keçirib, sonunculardan qeyd edilən satışa görə həmin məbləğdə pulu ofisində qəbul etməsinə və müştərilər tərəfindən həmin tur paketlərdən mahiyyəti üzrə istifadə edilməsinə baxmayaraq, həmin biletlərin satışına görə aldığı pul məbləğlərini Zərərçəkmiş şəxs24 qəsdən qaytarmayıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs24 məxsus 34.535 (otuz dörd min beş yüz otuz beş) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Labranda TMT Bodrum Resort” otelində 29.07.2019-cu il tarixdən 07.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayında özünə müraciət edən Zərərçəkmiş şəxs25 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2019-cu ilin iyul ayında Zərərçəkmiş şəxs25 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisində işləyən cinayətdən xəbərsiz Şahid5 adına Rusiya Federasiyasından köçürmə yolu ilə 2.064 (iki min altmış dörd) avro, həmin dövrün rəsmi məzənnəsi ilə 3.982,07 manat (üç min doqquz yüz səksən iki manat yeddi qəpik) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq, 2019-cu ilin iyul ayında Şahid5 həmin pulu çıxarıb nağdlaşdıraraq özünə təqdim etməsinə nail olmaqla həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs25 məxsus 3.982,07 manat (üç min doqquz yüz səksən iki manat yeddi qəpik) məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2 iyul 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs26 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs26 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 9.582 (doqquz min beş yüz səksən iki) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.289,4 manat (on altı min iki yüz səksən doqquz manat qırx qəpik) məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs26 məxsus 16.289,4 manat (on altı min iki yüz səksən doqquz manat qırx qəpik) məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2 iyul 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs27 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs27 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 4.500 (dörd min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.650 (yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs27 məxsus 7.650 (yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərinə 11 avqust 2019-cu il tarixdə istirahətə getmək üçün tur paket hazırlanıb verilməsində köməklik göstərilməsi məqsədilə 6 iyul 2019-cu il tarixdə özünə müraciət edən Zərərçəkmiş şəxs28 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 6 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs28 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 4.700 (dörd min yeddi yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.990 (yeddi min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs28 məxsus 7.990 (yeddi min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzinə 08.08.2019-cu il tarixdən 18.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 6-da özünə müraciət edən Zərərçəkmiş şəxs29 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 6 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs29 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 3.300 (üç min üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.610 (beş min altı yüz on) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs29 məxsus 5.610 (beş min altı yüz on) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə İsveç Krallığında işləmək üçün X5 vizanın verilməsi məqsədilə sənədləşdirmələrin aparılması və müraciətin edilməsində köməklik göstərilməsi ilə bağlı 8 iyul 2019-cu il tarixdə özünə müraciət edən sonuncunun anası Zərərçəkmiş şəxs30 özünü turizm və iş vizasının alınması sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, İsveç Krallığında işləmək üçün müvafiq sənədləşmə işlərini aparmaqla depozit hesaba pul qoyulduqdan sonra qeyd edilən vizanın alınmasını həyata keçirəcəyini yalandan bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 8 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs30 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 20.080 (iyirmi min səksən) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.136 (otuz dörd min bir yüz otuz altı) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs30 məxsus 34.136 (otuz dörd min bir yüz otuz altı) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzinə 07.08.2019-cu il tarixdən 13.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 14-də özünə müraciət edən Zərərçəkmiş şəxs31 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 14 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs31 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 3.150 (üç min bir yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.355 (beş min üç yüz əlli beş) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs31 məxsus 5.355 (beş min üç yüz əlli beş) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Kanadada işləmək üçün X9 vizanın verilməsi məqsədilə sənədləşdirmələrin aparılması və müraciətin edilməsində köməklik göstərilməsi ilə bağlı 15 iyul 2019-cu il tarixdə özünə müraciət edən sonuncunun anası Zərərçəkmiş şəxs32 özünü turizm və iş vizasının alınması sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, Kanadada işləmək üçün müvafiq sənədləşmə işlərini aparmaqla depozit hesaba pul qoyulduqdan sonra qeyd edilən vizanın alınmasını həyata keçirəcəyini yalandan bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 15 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs32 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 11.000 (on bir min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs32 məxsus 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bələk şəhərində yerləşən istirahət mərkəzinə 07.08.2019-cu il tarixdən 13.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 15-də özünə müraciət edən Zərərçəkmiş şəxs33 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 15 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs33 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 1.820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs33 məxsus 1.820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Böyük Britaniya və X6 Krallığına 17 avqust 2019-cu il tarixdə getməklə bağlı tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 17-də özünə müraciət edən Zərərçəkmiş şəxs34 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 17 iyul 2019cu il tarixdə Zərərçəkmiş şəxs34 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 10.000 (on min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs34 məxsus 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzində istirahət etməsi ilə bağlı tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 17-də özünə müraciət edən Zərərçəkmiş şəxs35 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs35 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 9.282 (doqquz min iki yüz səksən iki) manat, eyni niyyətlə, 27 iyul 2019-cu il tarixdə həmin ofisdə 4.148 (dörd min bir yüz qırx səkkiz) manat olmaqla, cəmi 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs35 məxsus 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən istirahət mərkəzində 01.09.2019-cu il tarixdən 08.09.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 17-də özünə müraciət edən Zərərçəkmiş şəxs36 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs36 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs36 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasında yerləşən istirahət mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 17-də özünə müraciət edən Zərərçəkmiş şəxs37 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 17 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs37 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 4.046 (dörd min qırx altı) manat, eyni niyyətlə, 23 iyul 2019-cu il tarixdə həmin ofisdə 9.408 (doqquz min dörd yüz səkkiz) manat olmaqla, cəmi 13.454 (on üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs37 məxsus 13.454 (on üç min dörd yüz əlli dörd) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən istirahət mərkəzinə 25.08.2019-cu il tarixdən 31.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 22-də özünə müraciət edən Zərərçəkmiş şəxs38 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 22 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs38 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 2.151 (iki min bir yüz əlli bir) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs38 məxsus 2.151 (iki min bir yüz əlli bir) məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən istirahət mərkəzinə 25.08.2019-cu il tarixdən 31.08.2019-cu il tarixədək olan müddəti əhatə edən tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 22-də özünə müraciət edən Zərərçəkmiş şəxs39 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 22 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs39 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 2.151 (iki min bir yüz əlli bir) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs39 məxsus 2.151 (iki min bir yüz əlli bir) məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə 4 ədəd aviabilet hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin iyul ayının 23-də özünə müraciət edən Zərərçəkmiş şəxs40 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən aviabiletin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 23 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs40 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvandakı ofisdə 1.399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs40 məxsus 1.399 (bir min üç yüz doxsan doqquz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Rusiya Federasiyasının Yesentuki şəhərində yerləşən müalicə mərkəzinə tur paket hazırlayıb verilməsində köməklik göstərilməsi məqsədilə 2019cu ilin sentyabr ayının 1-də özünə müraciət edən Zərərçəkmiş şəxs41 özünün turizm sahəsində uzun müddət işləməklə bu sahədə peşəkar şəxs olmasını və qeyd edilən tur paketin satışını onun üçün münasib qiymətə həyata keçirəcəyini yalandan vəd edib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 1 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs41 "xxxx" MMC-nin yerləşdiyi ünvan 4 ünvanındakı ofisdə 800 (səkkiz yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyacına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs41 məxsus 1.360 (bir min üç yüz altmış) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ədalətsiz olduğunu, hələ istintaq dövründə belə törətdiyi əməli yetərincə etiraf etdiyini, zərərçəkmiş şəxslərə bacardığı qədər ödənişlər etməyə çalışdığını, belə ki, 1.524.900.54 manat məbləğin müəyyən hissəsini, yəni 377.795 manatı ödədiyini, bu məbləğin demək olar ki, böyük hissəsinin faizlər olduğunu, məhkəmənin ona qarşı çox ədalətsiz davrandığını, belə ki, onun ilk dəfə istəmədən belə əməl törətdiyini, himayəsində azyaşlı övladı olduğunu, ən əsası isə istintaq və məhkəmə dövründə ödənişlər etdiyini və s halları nəzərə almadığını qeyd edib barəsində təyin edilmiş cəzanın müddətinin azaldılmasını və ya mümkün olduğu qədər cəzasının təxirə salınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-239/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli Hökmünü ləğv edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə Təqsirləndirilən şəxs bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hökm ilə qəti olaraq razılaşmır və apellyasiya şikayəti verirlər. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığı üçün ləğv edilməlidir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü ittiham olunan maddələrlə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri qismən təsdiq edir. Təqsirləndirilən şəxs özünü turpaketlərin verilməsi ilə əlaqədar olan müştəriləri qarşısında öz öhdəliyini icra etməməsini həmin faizə pul götürmüş olduğu şəxslərin onun ofisinin qabağında duraraq bütün gələn müştərilər gedən kimi onun ofisindən almaları ilə əlaqələndirir. Hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin iş üzrə bütün faktiki halları ilk baxışdan tam və hərtərəfli araşdırmağa cəhd etsə də, hökmdə və qərarda əks olunmuş nəticələr bu araşdırmanın nəticələrinə uyğun deyildir. İşə baxan birinci instansiya məhkəməsi işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə ədalətsiz qərar çıxartmışdır Həmin hökmdən Zərərçəkmiş şəxs22 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə 1.524.900.54 ziyan vurulduğunu, həmin məbləğdən yalnız 377.795 manatın ödənildiyini, birinci instansiya məhkəməsi isə onu 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etməklə yüngül cəza təyin etdiyini qeyd edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(101)-239/2021 saylı hökmünü cəza təyin edilməsi hissəsində dəyişdirilərək daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və digər zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxsin ilk dəfə məhkum olunmasını, himayəsində azyaşlı övladının olmasını, habelə vurulmuş ziyandan qismən ödənişlər etdiyini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılmasını xahiş etdilər. Əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin apellyasiya şikayətləri üzrə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs və müdafiəçisi, həmçinin Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxsə bəraət verilməsini xahiş etsə də, apellyasiya şikayətində formal olaraq məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadələrə, eləcə də cinayət, cinayət-prosessual qanunvericiliyinin ümumi müddəalarına istinad etmişdir ki, bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, eyni zamanda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə otel otaqlarının əvvəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini, habelə onlara sərfəli tur paketləri hazırlayıb verilməsində köməklik edəcəyini bildirsə də, məzmununa görə həqiqi olmayan borc müqavilələri bağlamaqla əldə etdiyi vəsaitləri birgə kommersiya fəaliyyətinə sərf etməmiş, eyni zamanda qəsdən vətəndaşları aldadaraq turpaketlər və aviabiletlər verməsi adı ilə aldığı pul vəsaitlərinin müqabilində turpaketləri və aviabiletləri təqdim etməmişdir ki, bununla da o, ayrı-ayrı şəxslərə dair yalan vəd verərək öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını təkrarən xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs42 MMC ilə "xxxx" MMC arasında bağlanılmış 01.04.2019-cu il tarixli subagent və zaminlik haqqında müqaviləsinə əsasən Təqsirləndirilən şəxs maddi məsul şəxsdir və Zərərçəkmiş şəxs42 MMC ilə "xxxx" MMC arasında üzləşmə aktına əsasən Təqsirləndirilən şəxs 12160,17 manat məbləğində bilet pullarının ödənişini Zərərçəkmiş şəxs42 MMC-nin kassasına mədaxil etməmişdir. Bundan başqa 28 yanvar 2019-cu il tarixli 505 saylı Subagentə Aviadaşıyıcıların və X7 Assosiyasının (“İATA”) elektron biletlərin və standart daşıma sənədləri, blankları və üzərində daşımaların əlavə müşayətedici xidmətlərin satışı hüququnun verilməsi haqqında müqaviləyə dair 01.04.2019-30.04.2019-cu il tarixləri əhatə edən təhvil-təslim aktından müəyyən olunur ki, 156 şəxsə aviabiletlər satılmışdır. Həmçinin Zərərçəkmiş şəxs15 ******* nömrəli 26 aprel 2019-cu il tarixli qaimə faktura, 735629 nömrəli 19 iyul 2019-cu il tarixli mədaxil qəbzi, Zərərçəkmiş şəxs9 735628 nömrəli 17 iyul 2019-cu il tarixli mədaxil qəbzi və ******* nömrəli 13 yanvar 2019-cu il tarixli qaimə faktura, Zərərçəkmiş şəxs31 14 iyul 2019-cu il tarixli 3150 ABŞ dollar məbləğində mədaxil qəbzi, Zərərçəkmiş şəxs20 ******* nömrəli 04.06.2019-cu il tarixli və ******* nömrəli 25 iyun 2019-cu il tarixli qaimə faktura, Zərərçəkmiş şəxs10 735610 nömrəli 03 aprel 2019-cu il tarixli və 735609 nömrəli 22 yanvar 2019-cu il tarixli qaimə faktura, Zərərçəkmiş şəxs30 "xxxx" loqolu 08.07.2019-cu il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs38 735630 nömrəli 22 iyul 2019-cu il tarixli mədaxil qəbzinin surəti, 735631 nömrəli 22 iyul 2019-cu il tarixli mədaxil qəbzinin surəti, Zərərçəkmiş şəxs17 00025304 nömrəli 29 may 2019-cu il tarixli qaimə fakturanın surəti, Zərərçəkmiş şəxs35 735627 nömrəli 27 iyul 2019-cu il tarixli mədaxil qəbzi, Zərərçəkmiş şəxs36 735626 nömrəli 17 iyul 2019-cu il tarixli mədaxil qəbzin surəti, Zərərçəkmiş şəxs32 "xxxx" loqolu 15.07.2019-cu il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs16 ******* nömrəli 29 may 2019-cu il tarixli qaimə faktura 800 manatlıq, Zərərçəkmiş şəxs28 vauçerin surəti, Zərərçəkmiş şəxs7 735625 nömrəli 17 iyul 2019-cu il tarixli 1300 manatlıq, ******* nömrəli 07 fevral 2019-cu il tarixli 376 manatlıq, ******* nömrəli 04 mart 2019-cu il tarixli 243 manatlıq, ******* nömrəli 11 yanvar 2019-cu il tarixli 745 manatlıq, ******* nömrəli 03 iyul 2019-cu il tarixli 1062 manatlıq, ******* nömrəli 03 iyul 2019cu il tarixli 1100 manatlıq, ******* nömrəli 04 mart 2019-cu il tarixli 507 manatlıq, ******* nömrəli 01 aprel 2019-cu il tarixli 500 manatlıq, ******* nömrəli 28 mart 2019-cu il tarixli 500 manatlıq, ******* nömrəli 11yanvar 2019-cu il tarixli 1120 manatlıq, Zərərçəkmiş şəxs8 15 iyul 2019-cu il tarixli 800 manatlıq mədaxil qəbzi və 09 yanvar 2019-cu il tarixli 1278 manatlıq qaimə faktura, Zərərçəkmiş şəxs18 ******* nömrəli 31 may 2016-cu il tarixli və ******* nömrəli 18 iyun 2019-cu il tarixli qaimə faktura, Zərərçəkmiş şəxs3 "xxxx" loqolu 24.06.2018-ci il tarixli, 24.03.2018-ci il tarixli,01.03.2018-ci il tarixli, 01.06.2018-ci il tarixli, 09.04.2018-ci il tarixli, 09.01.2018-ci il tarixli, müqavilənin surəti, Zərərçəkmiş şəxs4 "xxxx" loqolu 07.06.2018-ci il tarixli, 20.08.2018-ci il tarixli, 12.09.2018-ci il tarixli müqavilənin surəti, Zərərçəkmiş şəxs5 "xxxx" loqolu 28.08.2019-cu il müqavilənin surəti, Zərərçəkmiş şəxs1 X18 02.06.2018-ci il tarixli və 05.06.2018-c il tarixli müqavilənin surətləri, Zərərçəkmiş şəxs6 39.000 ABŞ ödəyib "xxxx" loqolu 19.02.2019-cu il tarixli, 07.02.2019-cuil tarixli, 28.01.2019cu il tarixli, 21.01.2019-cu il tarixli, 03.12.2018-ci il tarixli, müqavilələrin surətləri, Zərərçəkmiş şəxs12 "xxxx" loqolu 31.01.2019-cu il tarixli, müqavilələrin surətləri, Zərərçəkmiş şəxs14 ******* nömrəli 10 may 2019-cu il tarixli qaimə faktura və "xxxx" loqolu 08.04.2019-cu il tarixli müqavilə, Zərərçəkmiş şəxs2 ******* nömrəli 22 mart 2019-cu il tarixli qaimə faktura, ******* nömrəli 27 mart 2019-cu il tarixli qaimə faktura, "xxxx" loqolu 12.11.2017-ci il tarixli və 12.02.2018-ci il tarixli müqavilələrin surətləri, Zərərçəkmiş şəxs13 "xxxx" loqolu 05.04.2019-cu il tarixli müqavilə, Zərərçəkmiş şəxs22 "xxxx" loqolu 17.06.2019-cu il tarixi müqavilənin surəti və Zərərçəkmiş şəxs11 ******* nömrəli 30 yanvar 2019-cu il tarixli, ******* nömrəli 31 yanvar 2019-cu il tarxili,0025293 nömrəli 10 may 2019-cu il tarixli, ******* nömrəli 13 may 2019-cu il tarixli qaimə fakturanın əslini ifadələrinə əlavə etmişlər. Bundan başqa 13 avqust 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 11.500 manat məbləğində, 2 may 2017-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında 20.000 manat məbləğində, 17 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs22 ilə Təqsirləndirilən şəxs arasında 67.880 manat məbləğində notariat kontorlarında kredit müqavilələri bağlanmışdır. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də, törətdiyi cinayətin hallarına dair hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir ki, vermiş olduğu ifadələr zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə yuxarıda sadalanmış mötəbər sübutlarla üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən məhkum edilmiş şəxs barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən - 377.795 manat ödəməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə almışdır. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslərə vurulmuş ziyan məbləğini göstərərək məhkəmə tərəfindən cəza təyin edilərkən bunun nəzərə alınmamasına istinad etmişdir ki, bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda dələduzluq etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibinin zəruri əlaməti olduğundan və maddənin dispozisiyası ilə əhatə olunduğundan, həmin hal cəza təyini zamanı təkrarən nəzərə alına bilməz. Zərərçəkmiş şəxs apellyasiya şikayətində hökmün dəyişdirilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılmasını, həmçinin məhkum edilmiş şəxs ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etsə də, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələrinin sanksiyası daxilində ədalətli və qanuni əsas cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əsas və əlavə cəza məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının daha da yüngülləşdirilməsi və ağırlaşdırılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində həmçinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq olunmaqla, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınmasını xahiş etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən maddənin tələbləri baxımından cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması hər bir halda məhkum edilmiş şəxsin cəzasının təxirə salınmasını mütləq zəruri edən hal deyildir ki, bu da həmin normanın imperativ deyil, dispozitiv xarakterli norma olmasını deməyə əsas verir. Belə ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilərkən yalnız onun himayəsində azyaşlı uşağının olması deyil, eyni zamanda onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edildiyi təqdirdə, cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olub-olmaması kimi əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Maddənin dispozisiyasından göründüyü kimi, qanunverici şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində imperativ qaydada həmin maddənin tətbiqini istisna etsə də, digər məhkum edilmiş şəxslərə münasibətdə maddənin tətbiqinin məqsədəuyğun olubolmamasının müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır ki, hazırki halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini, vurulmuş ziyanın məbləğini, zərərçəkmiş şəxslərin çoxluğunu və sonuncunun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını təkrarən xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkum edilmiş şəxsin törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər qrupuna aiddir və hazırkı halda vurulmuş ziyanının 1.000.000 manatdan çox olması, məhkum edilmiş şəxs tərəfindən vurulmuş ziyandan cəmi 377.795 manat ödənilməsi törədilmiş cinayətin ictimai təhlükəliliyinin hələ də əhəmiyyətli dərəcədə olmasına dəlalət edir ki, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli hesab etməklə onun cəzasını tam çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(101)-239/2021 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 178.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 1(101)-239/2021 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Qədim Babayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(103)-94/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-94/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver