Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-94/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X15 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, nümayəndələri X13 və X8, X3 vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3, X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(005)- 316/2022 saylı hökmü ilə (hakim G.A.Əsədova) xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ev 6A-0137- də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam“ qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut - “X19” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “Cherry T11” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 364,16 (üç yüz altmış dörd manat, on altı qəpik) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “X19” minik markalı, Az **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 06 noyabr 2021-ci il tarixdə, saat 06:18-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni yolda müəyyən edilmiş 90 km/saat sürətdən artıq saatda 95 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə metronun «20 Yanvar» stansiyası istiqamətinə yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə idarə edərkən 152 metr məsafədə piyada X11 yolu soldan sağa keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığından və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və sürücü Təqsirləndirilən şəxs həmin tələbləri yerinə yetirməklə yol- nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olsa da, o tələblərə riayyət etməyib yol hərəkəti qaydalarını pozması Ziya Bünyadov prospektinin 120 ünvanda yerləşən tikilinin qarşısı hissəsində piyada X12 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş H.Ə.Məmmədovun baş beyinin əzilib dağılaraq evakuasiya edilməsi ilə müşayiət olunan kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin, yuxarı və aşağı ətraf sümüklərinin, döş qəfəsinin, onurğanın və çanaq, sol bud sümüyünün yuxarı 1/3-nin, sol diz oynağı, sağ bud sümüyünün yuxarı, sağ bazu, sağ körpücük sümüklərinin, sağ dirsək oynağı sümüklərinin çoxsaylı qəlpəli açıq, sol bud sümüyünün orta üçdə birinin, sağ bud sümüyünün orta üçdə birinin, sağ bud sümyünün aşağı üçdə birinin, sağ bazu sümüyünün orta üçdə birinin, sol said sümüklərinin orta üçdə birinin, sol körpücük sümüyünün qapalı sınıqları, burun daxili üzvlərinin əzilib dağılmaları, xaricə tökülmələri, bədənin çoxsaylı qançır və sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 apelyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin göstərilən hökmünü ləğv edib, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində daha ədalətli, yəni onun törətdiyi əmələ görə daha sərt cəza növü təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli hökm ləğv edərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 apelyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünün, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, həmçinin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya protesti və apelyasiya şikayətlərinin dəlilləri, tərəflərin çıxışları: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə ittiham elan edərkən onun cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin əməlində təkcə AR CM-nin 263.2-ci maddəsinin tərkibi deyil, həmçinin həmin Məcəllənin 264-cü maddəsinin də tərkibi vardır. Belə ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkənə köməklik etməyə heç bir təşəbbüs göstərməmiş, yalnız hadisə yaxınlığında olmuş vətəndaş Rüstəmova Elmira adlı qadın AR DİN-nin 102 çağrı Mərkəzinə və Təcili Tibbi yardıma zəng etmişdir. Bu barədə o, ifadə versə də məhkəmə bu fakta heç bir hüquqi qiymət verməmiş, hətta hökmdə onun dindirilməsi göstərilməmişdir. Həmin fakt videogörüntüdən də aydın öz əksini tapmışdır. İstintaq orqanı və məhkəmə həmin hala heç bir hüquqi qymət verməmiş, nəticədə təqsirləndirilən şəxs faktiki qəsdən törətdiyi cinayət əməlinə görə cəzadan kənarda qalmış, məsuliyyətə cəlb edilməmişdir. Müdafiə tərəfi hesab edir ki, 1-ci instansiya məhkəməsi həmin fakta hüquqi qiymət verməyə borclu idi. Nəzərə almaq lazımdır ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilər. Təsadüfi deyil ki, təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli hesab etməmiş, səmimi peşmançılığını bildirməmişdir. Həmçinin təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə heç bir tibbi və ya digər yardım göstərməmiş (təcili tibbi yardıma kənar şəxs zəng etmişdir), zərərçəkənin hüquqi varisi ilə heç bir barışığa cəhd etməmişdir. Bütün bu hallar təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinə hüquqi əsas vermir. Nəzərə almaq lazımdır ki, zərərçəkmiş ailə başçısı olmaqla ailənin yeganə dolandıranı olmuşdur. Zərərçəkmişin hüquqi varisi 1-ci instansiya məhkəməsində təqsirləndirilən şəxslə heç bir barışığın olmamasını, ona heç bir maddi və mənəvi yardım göstərmədiyini, hətta dəfn mərasiminə belə gəlmədiyini bildirmiş və ona ən sərt cəza verilməsini xahiş etmişdir. 1-ci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əməlində cinayət tərkibi olmayan və cinayət tərkibinin olmadığı açıq-aydın görünən şəxs barəsində bilərəkdən ittiham hökmü çıxararaq, onu uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Müdafiəçisi olduğu Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan «X19» minik markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 06 noyabr 2021-ci il tarixdə saat 06:18-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni yolda müəyyən edilmiş 90 km/saat sürətdən artıq, saatda 95 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov prospekti ilə metronun «20 Yanvar» stansiyası istiqamətində yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə idarə edərkən 152 metr məsafədə piyada X9 yolu soldan sağa keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığından və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və sürücü Təqsirləndirilən şəxs həmin tələbləri yerinə yetirməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olsa da, o tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozması Ziya Bünyadov prospektinin 120 ünvanda yerləşən tikilinin qarşı hissəsində piyada X12 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərər çəkən H.Ə.Məmmədovun dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. İstintaq orqanının gəldiyi nəticəyə görə, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bir daha ümumbəlli bir qaydanı hamının yadına salırlar ki, istənilən növ cinayət işi üzrə istənilən ekspertiza təyin edilirsə, ekspertizanın təyin edilməsi haqqındakı qərarda göstərilən rəqəmlər, məlumatlar və faktlar cinayət işində olan mötəbər sübutlara əsaslanmalıdır. Yol-nəqliyyat hadisələri eksperti, Nərimanov RPİ- nin İŞ-nin müstəntiqi hadisənin videogörüntüsünü obyektiv qiymətləndirmək, tədqiq etmək əvəzinə, necə də açıq - aşkar saxtalaşdırır və təhrif edirlər. Bu saxtakarlıqlar və təhriflər baxımından həm müstəntiqin yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarı, həm də fikrincə belə bir qeyri- ciddi qərar əsasında verilmiş rəy çox maraqlıdır. Əvvəlcə onu qeyd edirlər ki, məhkəmə istintaqı zamanı onlar hansı halların şahidi oldular. Videogörüntüyə baxış keçirərək aşağıdakıları gördülər. Mərhum piyada Həbib Məmmədov istintaqçının ekspertizanın keçirilməsi haqqındakı öz qərarında göstərdiyi kimi yolu iti yerişli hərəkətlə yox, ən azı iti sürətin orta həddinə uyğun sürətlə qaçıb keçməyə cəhd edir. Bunu görməmək üçün fikrincə, gərək insanın görməsində qüsur olmalıdır. Hadisə yerinə baxış protokolundan və həmin protokola əlavə edilmiş sxemdən görünür ki, bir istiqamətdə hərəkət hissəsinin ümumi eni 15 metr olmaqla, 5 hərəkət zolağından ibarətdir, yəni 1 hərəkət zolağının eni 3 metrdir. Cinayət işindəki fotoşəkillərdən də birmənalı şəkildə görünür ki, piyada avtomaşının qarşı hissəsi ilə yox, sürücü yeri tərəfdən sol yan tərəfinə çırpılmışdır. Müstəntiq yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqındakı öz qərarında da yazır ki, həqiqətən də piyada «.... 20 Yanvar istiqamətində 95 km/saat sürətlə hərəkətdə olarkən yolun sol kənarından sağa doğru iti addımlarla keçən piyada X12 avtomobilin sol yan hissəsi ilə vurmuşdur». Çox maraqlıdır, əgər hər hərəkət zolağının eni 3 metrdirsə, avtomobil də 3-cü hərəkət zolağının mərkəzi ilə hərəkətdədirsə, avtomobilin öz en ölçüsü 2,2 metrdirsə (bu məlumatlar İnternetdə var) və piyada, sürücü yeri tərəfdən avtomobilin yan səthinə çırpılmışdırsa, piyada necə 8 metr məsafə qət edə bilərdi? Bundan ötrü piyada ilk 2 hərəkət zolağını keçdikdən sonra 3-cü hərəkət zolağının da 2/3-ni keçməli idi. Yəni 3-cü zolağın sonun çatmağa 1 metr məsafə qalmalı idi ki, bu anda da o ya avtomaşının qarşı sağ tərəfi, ya da sağ yan tini, sağ yan səthindəki güzgüsü ilə vurula bilərdi. Lakin gördüyümüz kimi bu baş verməmişdir, piyada avtomaşının sol yan səthinə çırpılmışdır. Təqsirləndirilən şəxsin avtomaşınının yolun hərəkət hissəsinin mərkəzi ilə hərəkət etməsini orta göstərici kimi götürsələr, onda avtomobilin sol və sağ tərəfində hərəkət zolağının sərhədinə qədər hər tərəfdən 40 sm məsafə qalır qalır ki, həmin məsafəni də qət edilmiş iki hərəkət zolağının ümumi enini təşkil edən 6 metrin üzərinə gəlsə, ədalətli surətdə piyadanın qət etdiyi real məsafəni tapa bilər: Belə ki, 3-cü zolağın enini təşkil edən 3 metrdən avtomaşının enini təşkil edən 2,2 metri çıxsa, yerdə 80 sm məsafə qalır. Bu 80 sm-i də avtomaşının sağ və sol tərəflərinə bərabər payla bölsə, hər tərəfdə zolağın digər zolaqla olan sərhədinə qədər cəmi 40 sm məsafə qalır. Daha sonra, piyadanın qət etdiyi iki zolağın ümumi enini təşkil edən 6m + 0,4m 3-cü zolaqdan, o da = 6,4 metr. Beləliklə də hesablamadan göründüyü kimi piyadanın maksimum qət edə biləcəyi məsafə 6,4 metr olmuşdur və videogörüntüdən göründüyü kimi piyada həmin məsafəni iti sürətli qaçışla qaçaraq keçməyə cəhd göstərmişdir. Müstəntiq öz qərarında yazır: « Baxış zamanı müşahidə kamerasının 06:17:20 dəqiqədə qeydə aldığı kadrda qaranlıq hava şəraitində ünvan 1 ünvanın yaxınlığında bir nəfər kişi cinsli piyadanın yolun ortasında olan beton ayrıcının üzəri ilə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olması, daha sonra piyadanın yolu keçmək üçün 20 Yanvar istiqamətinə doğru hərəkət zolağına daxil olub iti addımlarla keçməsi, 06:17:33 dəqiqədə 20 Yanvar istiqamətinə doğru yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə 20 Yanvar istiqamətinə doğru hərəkətdə olan avtomobilin həmin piyadanı vurub qarşıya atması, piyadanın yolun soldan sağa doğru 1-ci hərəkət zolağında hərəkətsiz vəziyyətdə düşməsi, daha sonra piyadanı vurmuş avtomobilin sağ zolağında saxlayıb sürücünün düşüb vurduğu piyadaya yaxınlaşması müəyyən olundu». İstintaqçı nəyə görə hüquqi anlayış olan və bu səbəbdən də istintaqçının səlahiyyətinə aid bir məsələni, yəni sürücü Təqsirləndirilən şəxs üçün təhlükə anının nə vaxt yaranmasını müəyyən etmədən ekspertiza təyin etmişdir? Nəyə görə ekspertiza təyin etmə haqqında qərarda təhlükə anından danışılmır? Bu an istintaqçı tərəfindən müəyyən edilmədən, ekspertiza necə keçirilə bilərdi? Nəyə görə istintaqçı öz qərarında piyadanın sürücünün hərəkəti üçün təhlükə yaratdığı, hərəkət hissəsinə daxil olduğu andan vurulduğu ana qədər keçən 3 saniyədən az vaxtın üzərindən sükutla keçərək, həmin vaxtı 06:17:20 dəqiqədə piyadanın yolun ortasında olan beton ayrıcının üzəri ilə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olması, daha sonra piyadanın yolu keçmək üçün 20 Yanvar istiqamətinə doğru hərəkət zolağına daxil olub iti addımlarla keçərkən 06:17:33 dəqiqədə avtomaşınla vurulması arasında keçən 13 saniyə zaman kəsiyinin içərisində gizlətməyə çalışır? Görəsən nəyə görə? Axı piyada Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən, onun hərəkəti sürücü üçün heç bir təhlükə yaratmırdı! Məgər bu hiylələri hörmətli və tükü-tükdən seçən ekspertlərimiz görmürdülər? Təbii ki, görürdülər! Bu məsələni başa düşmək və cavablandırmaq üçün qayıdılmalıdır hüquq elmində, konkret olaraq ekspertiza praktikasında istifadə edilən və rəhbər tutulan «təhlükə anı» anlayışına və müəyyən edilməlidir ki, «təhlükə anı» nə deməkdir, bu «an» nə vaxt başlayır və nə vaxt başa çatır. Ekspert başa düşərək ki, yolun və Təqsirləndirilən şəxs avtomobilinin parametrləri, yəni en ölçüləri piyadanın təhlükə məqamı yarandıqdan, yəni piyadanın hərəkət hissəsinə daxil olduğu andan vurulma nöqtəsinə qədər 8 metr məsafə qət etməsinə imkan vermir, ehtimal edir ki, onun verdiyi rəyi heç kim dərindən araşdırmayacaqdır, öz rəyinin 2-ci və 3-cü suallar üzrə təsviri hissəsində açıq - aşkar özbaşınalıq edir (əgər adı ilə desə, saxtakarlıq edir və yazır ki, « Aparılmış araşdırma zamanı istintaq tərəfindən müəyyən edilərək qərarda göstərilmişdir ki, .... piyada «X19» minik markalı avtomobilin qabaq sol tərəfi ilə vurulduqdan sonra, zərbədən piyada irəliyə və sola doğru atılaraq yolun hərəkət hissəsinə düşmüşdür». Bu ekspertin ağ yalanıdır. Müstəntiqin yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarında belə bir cümlə yoxdur!!! Müstəntiq öz qərarında yazmışdır ki, «.... Təqsirləndirilən şəxs 20 Yanvar istiqamətində 95 km/saat sürətlə hərəkətdə olarkən yolun sol kənarından sağa doğru iti addımlarla keçən piyada X12 avtomobilin sol yan hissəsi ilə vurmuşdur». Yəni, ekspertin yazdığı kimi «qabaq sol tərəfi ilə» vurmamışdır. Belə saxtakarlığa nə ad qoymaq olar?! Ekspert də bunu ona görə edir ki, müstəntiqdən fərqli olaraq o yol-nəqliyyat hadisələri sahəsində peşəkardır və başa düşür ki, başqa cür piyadanın təhlükə yarandığı andan vurulduğu ana qədər real qət etdiyi 6,4 metri şər və böhtanla yaradılmış 8 metrə qədər uzadıb çatdırmaq mümkün deyil. Ona görə də müstəntiqin öz qərarında göstərdiyi bəzi fikirlərin qanunsuz ittihamı qanuniləşdirmək istiqamətində «ağız-burnunu» ekspert öz rəyində «əyərək», Təqsirləndirilən şəxs təqsirliliyi barədə, yəni hadisənin qarşısını almağa texniki imkanı olması barədə son dərəcə qərəzli bir rəy verə bilir. Bax, şər və böhtan binası belə tikilir! Ekspertiza rəyinə görə «aparılmış hesabatdan belə məlum olur ki, piyada ayrıcı zolaqdan yolu soldan sağa doğru keçməyə başladığı anda «X19» avtomobili piyadanın vurulma yerindən 152-211,1 metr məsafədə olmuşdur». 95 km/saat sürətlə hərəkətdə olmuş avtomobil 152-211,1 metr məsafəni neçə saniyə ərzində qət edir və əldə ediləcək rəqəmlər piyadanın hərəkət hissəsinə düşdüyü andan vurulduğu ana qədər real keçən vaxt göstəriciləri ilə müqayisə edilsin. Əvvəlcə görsün 95 km/saat sürətlə hərəkətdə olan avtomobil 1 saniyə ərzində nə qədər məsafə qət edir. Bunu müəyyən etmək üçün 95 kilometri təşkil edən 95.000 metri 1 saatı təşkil edən 3.600 saniyəyə bölür. 95000m : 3600 san = 26,39 m/san. Beləliklə də müəyyən etdi ki, 95 km/saat sürətlə hərəkətdə olan avtomobil 1 saniyə ərzində 26,39 metr məsafə qət edir. İndi həmin avtomobilin 152 və 211,1 metr məsafəni qət etməyə sərf etdiyi vaxtı tapmaq üçün həmin məsafələri ayrı-ayrılıqda 1 saniyə ərzində qət edilən 26,39-a bölmək lazımdır: 152m : 26,39 m/san = 5,76 san. 211,1 m : 26,39 m/san = 7,999 san, yəni 8 san! Belə çıxır ki, piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu ana qədər 5,76 - 7,999 saniyə vaxt keçmişdir. Yuvarlaq götürsə, bu 6-8 saniyə vaxt deməkdir. Videogörüntüyə bir də baxıb, görülsün mərhum piyada hərəkət hissəsinə daxil olduğu andan vurulduğu ana qədər 6-8 saniyə (dəqiq olsaq 5,76 - 7,999 san) vaxt keçirmi? Təbii ki, heç bunun yarısı qədər vaxt keçmir. Bu rəqəmlər və belə saxta rəqəmlər üzərində qurulmuş saxta rəy hiss üzvləri ölməmiş insanda xəcalət və təəssüf hissindən başqa heç bir hiss doğurmur və doğura da bilməz! Bax, bu iş üzrə əsl həqiqətlər bundan ibarətdir! 2,5-2,7 saniyə davam etmiş real təhlükə vaxtı istintaqçı və ekspert tərəfindən 8 saniyəyə qədər rezin kimi dartılıb uzadılmışdır. Guya ekspert videogörüntüyə baxanda görmürdü ki, təhlükə məqamının davam etməsi ilə bağlı orada hər hansı bir 8 saniyədən söhbət belə gedə bilməz! Təbii ki, ekspert bunu görürdü, bilirdi və indi də bilir! Belə etməsələr, bəs onda təqsirsiz insanı necə təqsirləndirilən şəxsə çevirsinlər?! Hələlik şərləmənin başqa yolu icad olunmayıb axı! Bütün bunların hamısı da adlanır obyektiv istintaq və obyektiv ekspert rəyi! Bir daha dönə dönə qeyd edir ki, videogörüntüdə görünənlər müstəntiqin yol-nəqliyyat hadisələri ekspertizası təyin etmə haqqında qərarında göstərdiklərinin tam əksidir və hesab edir ki, o bunu artıq kifayət qədər sübut etmişdir! Bir daha dönə - dönə qeyd edir ki, videogörüntüdə görünənlər ittihamda və yol-nəqliyyat ekspertizası rəyində yazılanların tam əksidir! Açıq aşkar görünür ki, mərhum piyada Həbib Məmmədovun dayandığı yerdən qaçmağa başladığı andan vurulduğu ana qədər cəmi 2,5-2,7 saniyə vaxt keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə videotexniki ekspertizası keçirilir və piyadanın hərəkət hissəsinə daxil olduğu andan, vurulduğu ana qədər keçən zaman kəsiyini həmin ekspertiza saniyənin 1/1000 dəqiqliyi ilə müəyyən edə bilər! Nəyə görə iş üzrə həmin eksperiza keçirilməmişdir? Bu tələblər baxımından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham videogörüntünün fonunda necə qeyriciddi, aciz, zəif və dayanıqsız görünür! Başqa cür ola da bilməz! Çünki, hadisənin necə baş verməsi ilə bağlı ittihamın videogörüntüyə zidd olaraq sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə məqamının 8 saniyəyə qədər uzadılması, piyadanın qət etdiyi məsafənin isə 6,4 metrdən 8 metrə qədər uzadılması absurddur və videogörüntü, həmçinin də hərəkət zolaqlarının və avtomobilin en ölçülərinin müqayisəli analizi ilə tam təkzib olunıır. Əgər istintaq orqanı doğurdan da Təqsirləndirilən şəxs şərləməkdə yox, iş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən videogörüntü üzrə məhkəmə video-texniki ekspertizası da təyin edib keçirməklə, nəticəsindən asılı olaraq Təqsirləndirilən şəxs barəsində prosessual qərar qəbul etməli idi. Beləliklə də müdafiə tərəfi olaraq hesab edirlər ki, hadisə aşağıdakı mexanizm üzrə baş vermişdir və məhz həmin mexanizm üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək keçirilməli və həmin ekspertizanın rəyi alındıqdan sonra təqsirləndirilən şəxsin bu yol-nəqliyyat hadisəsində təqsirli olub-olmamasının qiymətləndirilməsi mümkündür: «Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan «X19» minik markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 06 noyabr 2021-ci il tarixdə saat 06:18-də həmin avtomobili 95 кт/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov prospekti ilə metronun «20 Yanvar» stansiyası istiqamətində yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə idarə edərkən, piyada X9 əvvəlcə düzünə, yəni onun hərəkətinin əksi istiqamətində hərəkət etməsini görmüş, sonra piyadanın qəflətən yolu soldan sağa keçmək üçün sola dönərək iti sürətli qaçışla hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığını gördüyü anda hadisənin qarşısını almaq məqsədilə sərt tormozlama aparmaq üçün iti hərəkətlə əyləcin pedalını basmış, lakin həmin anda da hadisənin qarşısını ala bilməyərək, Ziya Bünyadov prospektinin 120 ünvanda yerləşən tikilinin qarşı hissəsində piyada X16 onun avtomobilinin sol yan səthinə çırpılmış, nəticədə zərər çəkən H. Ə. Məmmədov dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölmüşdür. Sürücü Təqsirləndirilən şəxs üçün təhlükə piyada iti sürətli qaçışla yolun hərəkət hissəsinə daxil olduğu anda yaranmış və təhlükə yarandığı andan avtomaşınla vurulduğu ana qədər piyada 6,4 metr məsafəni iti sürətli qaçışla qət edə bilmişdir. Piyadanın iti qaçışla hərəkət sürətinin orta həddi piyadaların hərəkət sürəti cədvəlindən götürülməlidir». Əgər istintaq orqanı doğurdan da Təqsirləndirilən şəxs şərləməkdə yox, iş üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən bu mexanizm üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Hadisənin videogörüntüsündən göründüyündən əlavə, təqsirləndirilən şəxsin bu hadisədə təqsirsiz olduğunu danılmaz elmi rəqəmlər üzərindən sübut edir. Axırda, elə maraq üçün təqdim etdiyi mexanizm üzrə təqsirləndirilən şəxsin həqiqətən də təqsirsiz olacağını bəri başdan sübut edir: Avtomaşının sürəti - 95 km/saat. Mövcud ekspert rəyinə əsasən avtomaşının tam dayanma yolu - 83,5 metr. Piyadaların hərəkət sürəti cədvəlinə əsasən 1950-ci il təvəllüdlü piyadanın iti qaçışla hərəkət sürətinin orta həddi - 8,7 km/saat. Piyadanın qət etdiyi məsafə - 6,4 metr. Əvvəlcə müəyyən edir ki, 95 km/saat sürətlə hərəkət edən avtomaşın 1 saniyə ərzində nə qədər məsafə qət edir. Bundan ötrü 95 km-i təşkil edən 95.000 metri 1 saatı təşkil edən 3.600 saniyəyə bölür: 95.000m : 3.600 saniyə = 26,39 m/san. Deməli, 95 km/saat sürətlə hərəkət edən avtomaşın 1 saniyə ərzində 26,39 metr məsafə qət edir. Ən primitiv, lakin etibarlı yolla müəyyən edir ki, 95 km/saat sürətlə hərəkət edən avtomaşın 83,5 metr məsafəni qət etmək üçün nə qədər vaxt sərf edir. Bundan ötrü 83,5 metr : 26,39 metr/san = 3,.6 san. Deməli təhlükə yaranan andan tam dayanana qədər sürücüyə 3,16 saniyə vaxt tələb olunur və bu vaxt çərçivəsində sürücü piyadanı vursa təqsirsizdir. Piyada 8,7 km/saat sürətlə qaçaraq 6,4 metr məsafəni hansı vaxt ərzində qət etmişdir və bu vaxtın başlanğıc anında avtomaşın piyadanın vurulduğu nöqtədən hansı məsafədə olmuşdur. Əvvəlcə, piyadanın 1 saniyə ərzində nə qədər məsafə qət etdiyini tapmaq üçün 8,7 kilometri təşkil edən 8.700 metri 1 saatı təşkil edən 3.600 saniyəyə bölür. Müəyyən etmiş olar ki, bu halda piyada 1 saniyə ərzində 2,42 metr məsafə qət edir. Bu sürətlə hərəkət edən piyadanın 6,4 metr məsafəni qət etmək üçün nə qədər vaxt sərf etdiyini tapmaq üçün 6,4 m : 2,42 metr/saniyə = 2,65 saniyə. Deməli, təhlükə yarandığı anda avtomaşın piyadanın vurulduğu nöqtədən 2,65 saniyəlik məsafədə olmuşdur. Həmin məsafəni 95 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsi üçün müəyyən edir: Avtomobilin 1 saniyə ərzində qət etdiyi 26,39 m/san x 2,65 san = 69,93 metr. 69,93 metr isə ekspertiza rəyi ilə müəyyən edilmiş avtomaşının tam dayanma yolunu təşkil edən 83,5 metrdən xeyli kiçikdir. Deməli, avtomaşın təhlükə yaranan anda avtomaşının tam dayanma yolunu təşkil edən 83,5 metrdən daha yaxın məsafədə, yəni 69,93 metr məsafədə olmuşdur ki, bu da o deməkdir ki, sürücü Təqsirləndirilən şəxs bu hadisədə təqsirsizdir və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin elməyən yüngül cəza təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və bu halları hökmdə əsas tutaraq ona aşağı həddə cəza təyin etmişdir. Lakin məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və sonuncuya ağır cəza təyin olunmasına dair xahişini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 israrlı şəkildə hadisəni törətmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etdiyini cəzanı yüngülləşdirən hal kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız cinayəti törətməkdə özünü təqsirli bilməyən və baş vermiş hadisəyə görə heç bir peşmançılıq hissi keçirməyən Təqsirləndirilən şəxs maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını isə nəzərə almamışdır. Həmçinin məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində “barışıq əldə etməyə cəhd edilməsi” halını önə çəkməklə yüngül cəza təyini üçün zəmin yaratmış, barışığa cəhd etmənin nədə ifadə olunduğunu əsaslandırmamış, yalnız formal ifadələrlə kifayətlənmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Onun “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı yuxarıda sadalanan yüngülləşdirən halları əsas tutmaqla ona aşağı həddə cəza təyin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması və törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. İşin hallarından isə görünür ki, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 263.2-ci maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, məhkəmə əsassız olaraq CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Beləliklə də məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin etmişdir. Apelyasiya icraatında zərərçəkmiş şəxsin hüquqi varisi X7 və vəkili Müdafiəçi2 apelyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(005)-316/2022 saylı hökmünü ləğv edib, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində daha ədalətli, yəni onun törətdiyi əmələ görə daha sərt cəza növü təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlillərinin əsassız olduğunu bildirərək təmin edilməməsini və məhkəmə ekspertiza rəyinin nəticələri ilə sonrakı mərhələdə razılaşıb təqsirləndirilən Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya protestinin təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünün, ona cəzanın həddi ilə bağlı birinci instansiya məhkəməsində edilmiş təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, həmçinin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətləri və apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri və apelyasiya protesti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin verdiyi ifadə, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən şikayətdə təqsirləndirilən şəxsin əməlində təkcə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi deyil, həmçinin həmin Məcəllənin 264-cü maddəsinin tərkibinin də olması qeyd edilsə də birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, qeyd edilən hal, yəni nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması iş materialları ilə müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin əməlində cinayət tərkibi olmayan və cinayət tərkibinin olmadığı açıq-aydın görünən şəxs barəsində bilərəkdən ittiham hökmü çıxararaq, onu uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etdiyi, həmçinin sürücü Təqsirləndirilən şəxs bu hadisədə təqsirsiz olduğu və onun hadisənin qarşısını almağa texniki imkanı olmadığı bildirilsə də, iş materialları ilə eyni zamanda apelyasiya icraatında təyin edilmiş ekspertizanın nəticəsinə əsasən müdafiə tərəfinin apelyasiya şikayətində qeyd etdiyi hallar təkzib olunur və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilmir. Həmçinin apelyasiya icraatında məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 iş üzrə kompleks məhkəmə video-texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizası keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 1(103)-1990/2022 saylı qərarı ilə təyin edilərək keçirilmiş kompleks məhkəmə video-texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasında aşağıdakılar qeyd edilmişdir:
1. Elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış “TŞ6-061 2-2021-11-06_06h17min00s000ms” adlı videoyazıdakı görüntülərə görə piyadanın sürücünün hərəkəti istiqamətində yolu soldan sağa keçmək üçün hərəkət hissəsinin kənarında dayandığı yerdən hərəkətə başladığı andan piyadanın vurulmasına kimi 3,6 saniyə vaxt keçmişdir. 3a. Piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda X19 markalı avtomobil piyadanın vurulma yerindən 95 metr aralı məsafədə olmuşdur. 3b. 4 X19 markalı, 99OT414 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3,24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90km/saata qədər məhdudlaşdırılmış yolda 95 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya icraatında bu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi ilə razı olduqlarını və ekspert rəyindən sonra təqsirləndirilən şəxsin cinayət hadisəsində təqsirinin olmasını qəbul etdiklərini bildirmişlər. Qeyd etmişlər ki, birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və o, hesab etmişdir ki, onun qəzanın qarşını ala bilmək imkanı olmamışdır. Çünki dayanma məsafəsi ilə avtomobilin faktiki olduğu məsafə arasındakı müddət çox qısa olmuş, həmin müddətdə təqsiri müəyyən etmək üçün mütləq şəkildə bu sahədə xüsusi biliyə malik şəxsin rəyi lazım idi. Bu səbəbdən də ekspertiza keçirilməsi barədə vəsatət vermişlər ki, təqsirin olub-olmadığı müəyyən edilsin. Ekspert rəyi ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir. Həmçinin təqsirləndirilən şəxs və müdafiəçisi əməlin ehtiyatsızlıqdan baş verdiyini, eləcə də təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişin hüquqi varisinin hesabına 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti köçürüldüyünü, bu barədə qəbzi məhkəməyə təqdim etdiklərini, 3.000 (üç min) manat nağd pul şəklində vəsaitini də zərərçəkmişin hüquqi varisi qəbul edərsə məhkəmə zalında təqdim etmək istədiklərini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər zaman çalışdıqlarını, təqsirləndirilən şəxsin ekspertizanın rəyindən sonra təqsirini boynuna aldığını, peşmançılığını, himayəsində 3(üç) azyaşlı övladının olduğunu nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə X3 bank hesabına 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə kollegiyası apelyasiya icraatında təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən şifahi şəkildə dəqiqləşdirilmiş təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə törədilmiş cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun adekvat cəza təyin edilmiş və cəza təyin edilərkən iş üzrə yüngülləşdirici hallar (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması; himayəsində üç yetkinlik yaşına çatmayan övladının olması) nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən zərərçəkmiş şəxs və ya onun hüquqi varisi ilə barışığa cəhd edilməsi deyil, barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi normada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaq şərti ilə cəza təyin edilməsinə əsas ola bilər. Məhkəmə kollegiyası iş üzrə yuxarıda qeyd edilən digər yüngülləşdirici halların birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyini nəzərə alaraq, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib və bu halları hökmdə əsas tutaraq ona aşağı həddə cəza təyin etdilməsi, hökmün təsviri-əsaslandırıcı hissəsində “barışıq əldə etməyə cəhd edilməsi” halını önə çəkməklə yüngül cəza təyini üçün zəmin yaratması ilə bağlı dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestini dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Qeyd edilən Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Normanın sanksiyasından da göründüyü kimi, CM-nin 263.2-ci maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddi 6 (altı) ildir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Lakin birinci instansiya məhkəməsi həmin halı cəza təyin edərkən əsas tutmamış və CM-nin 60.1-ci maddəsini tətbiq etməmişdir. Belə olan halda təqsirləndirilən şəxsə normanın sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının ¾-dən artıq olmayan, yəni 4 il 6 aydan artıq olmayan cəza təyin edilməli idi ki, hökmə əsasən isə təqsirləndirilən şəxsə 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmişin hüquqi varisinin apelyasiya icraatında təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsi, onu bağışlamamasına dair verdiyi izahatla bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin tələbi cəzanın sərtliyi ilə bağlı deyil, qisas məqsədi daşıyır. Məhkəmənin gəldiyi nəticə zərərçəkmiş şəxsin hüquqi varisinin mövqeyi ilə deyil, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsi, cəzanın məqsədinə nail olunması ilə bağlıdır. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilməlidir ki, məhkuma təyin edilmiş cəzanın ədalətli olması, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Həmin qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(005)-316/2022 saylı hökmü apelyasiya şkayətlərinə və apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(005)-316/2022 saylı hökmü dəyişdirilmədən, zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov
Hakimlər Fərid Əyyubov
Emin Mehdiyev