Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-940/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – "Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal- hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(007)-93/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nigar Qədirli) 22 fevral 2024-cü il tarixli, 1(007)-93/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 qohumu X2 Azərbaycan Memarlıq və İnşaat Universtetinə tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu “Əhmədli" netrostansiyasının yaxınlığında 5000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 19 iyul 2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən “Yaşıl" marketdə olan ödəmə terminalından ona məxsus "xxxx" ASC-nə aid 42785851 nömrəli debet kartına 1000, 1000, 1000 manat olmaqla 3 dəfə köçürülmüş 3000 manat, 24 iyul 2023-cü il tarixdə həmin ünvanda ödəmə terminalından eyni kart hesabına 1000, 1000,1000, 1000, 1000, 1000 və 900 manat olmaqla yeddi dəfə köçürülmüş 6900 manat, ümumilikdə Marif Razayevə məxsus 14900 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 sonuncunun qohumu Şahid2 əvvəllər təyin edilmiş əlillik təqaüdünü bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 tərəfindən 22 avqust 2023-cü il tarixdə işlədiyi ünvan 2 ünvanında yerləşən “Xatirə" gözəllik salonunda mobil telefondan istifadə etməklə ona məxsus, "xxxx" ASC-nə aid 42785851 nömrəli debet kartına köçürülmüş 890 manat, həmin tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən "Araz" marketdə olan ödəmə terminalından eyni kart hesabına 1000 və 100 manat olmaqla iki dəfə köçürülmüş 1100 manat, bundan başqa Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək sonuncuya digər qohumu Şahid1 da xəstəliklə bağlı təqaüd verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 23 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "Xatirə” gözəllik salonunun qarşısında 300 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2290 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs, eləcə də zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti vermişlər. Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini, zərər çəkmiş şəxslər isə birgə apellyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-93/2024, saylı, 22 fevral 2024-cü il tarixli ittiham hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivliyinin müəyyən edilməsi və daha ağır cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərər çəkmiş şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini, zərər çəkmiş şəxslər birgə verikləri apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin olunmamasını, zərər çəkmiş şəxslərin birgə verikləri apellyasiya şikayətinin isə təqsirləndirilən şəxs tərəfindən ziyan ödənildiyi halda məhkəmənin mülahizəsinə buraxılmasını bildirib, ödənilməyəcəyi təqdirdə birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin birgə verdikləri apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(007)-93/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi, apelyatorlar tərəfindən törədilən cinayətin sübuta yetirilib - yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İstər təqsirləndirilən şəxs, istərsə də zərər çəkmiş şəxslərin apellyasiya şikayətlərindən görünür ki, hər iki müraciət birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası aşağıda qeyd edilən qaydada şərh verməyi zəruri hesab edir. İlk öncə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına nəzər saldıqda müəyyən edilir ki, təqsirləndirilən şəxs X5: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələriilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində CPM-nin 43.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və CM-nin 73-1.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət qanunvericiliyin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından (CM-nin 18.4.4-cü maddəsi) X3 əməlində cinayətlərin residivi mövcud deyil. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CMnin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərərdən 1600 manat ödənildiyini, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ödənilməməsini, əvvəllər dəfələrlə dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə alınmasını, sonuncu dəfə cinayət qanunvericiliyin müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilməsini, bundan nəticə çıxarmayıb yenidən eyni növ cinayət əməllərini təkrarən törətməsini nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrüm etmə növündə ədalətli və qanuni cəza təyin etmiş, təyin edilmiş cəza təqsirləndrilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur, məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi və ağırlaşdırılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 1(007)-93/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, eləcə də zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair 22 fevral 2024cü il tarixli, 1(007)-93/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. "Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq "Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X6 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-940/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-940/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver