Məhkəmə qərarları › İş №1(103)-941/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-941/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-941/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X5, Müdafiəçilər – Müdafiəçi3 və Müdafiəçi4 Sərkar oğlunun, Məhkumlar - Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 Sərkar oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən X8, X4 və X2 ibarət tərkibdə) xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdır. Həmin hökmlə 01 avqust 1980-ci ildə Ermənistan Respublikasının Mehri şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, Zəngilan rayon 21 saylı orta məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanda müvəqqəti məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Şamil» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6089,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 2050 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir bükümdə olan 9,567 qramını üzərində saxlamış, qalan 6080 qram çəkidə narkotik vasitə heroini və 2050 qram çəkidə psixotrop maddə metamfetamini kirayədə yaşadığı ünvan 5 ünvanında həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 iyun 2021-ci il tarixdə saat 18:30-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat axtarış tədbirinin davamı olaraq 07 iyun 2021-ci il tarixdə saat 22:25-dən etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə birlikdə kirayə yaşadığı ünvan 5 ünvanına və həmin ünvanın həyətinə baxış keçirilən zaman həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxladıqları bir ədəd sellofan bağlamanın içərisindəki 06 ədəd bükümdə ümumi təmiz çəkisi 6080 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2050 qram ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 Sərkar oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri üzrə təqsirin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılması ilə bağlı yeni hökm çıxarılmasını xahiş etmişdir Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmaqla Azərbaycan Respublikasının vətəndaşı, -xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanda qeydiyyatda olmaqla, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, yaşayış yerindən müsbət cəhətdən xarakterizə edilən, evli, himayəsində işləməyən həyat yoldaşı və 1 (bir) azyaşlı övladı və eyni zamanda pensiyaçı anası, 2-ci qrup əlil qardaşı və onun ömürlük şikəst oğlu vardır, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin Baş Həkiminin ünvan: ünvan 9na cavab olaraq verdiyi Arayışa əsasən məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olmaqla müalicəsi üçün dərmanlarla təmin edilir. Məhkum- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,-206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində əməli həm ibtidai istintaqda, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində sübuta yetirilmədiyi halda Təqsirləndirilən şəxs1 həmin maddələr üzrə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən və cinayət işinə əlavə edilmiş qeyd etdiyim bütün sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər tərəfindən nəzərə alınmamış və açıq-aşkar əhəmiyyət verilməmişdir və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində əsassız olaraq təqsirli bilinərək ona ağır cəza təyin edilmişdir ki, nəticədə bu da ədalətsiz məhkəmə araşdırmasına sübutdur. Nəticə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmalı olduğu halda 05 mart 2022-ci il tarixli hökm çıxarmışdır ki, bu da ədalətsiz məhkəmə araşdırmasına sübutdur. Göstərilənlərdən aydın görünür ki, məhkəmə tərəfindən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə və yekun Ədalətli məhkəmə Qərarının çıxarılmasına mane olmuşdur. Bununla da məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları açıq aşkar pozulmuşdur. Həmin hökmdən həmçinin məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan 05 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 206.3.2-ci maddəsi ilə məhkum olunması hissəsində hökmünün ləğv edilməsini, həmin hissədə Təqsirləndirilən şəxs2n bəraət verilməsini, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1 -ci maddəsinə tövsif edilsin və həmin maddəyə uyğun aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs2 hər bir ittiham üzrə onun təqsirliyini sübut edən sübutların məcmusunun təhlili verilməmişdir, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdiyi sübut və dəlillərin rədd edilməsi motivləri hökmdə əsaslandırmamışdır. Yalnız bir qayda olduğu kimi, hökmdə qeyd olunmuşdur ki. təqsirləndirilən şəxslərin ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq və cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdür. Təqsirləndirilən şəxs2 məhkəməyədək ibtidai araşdırma dövründə dindirmə və üzləşdirmə zamanı imzaladığı ifadələri məhkəmədə verdiyi ifadələrdən fərqlənir. Məhkəməyədək ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs2 fiziki və psixi zorakılığın göstərilməsi bilavasitə şəxsi axtarış zamanı aparılmış çəkilişdən görünür ki. Təqsirləndirilən şəxs2 əynində olan göy koftasının üzərində təpik izinin olması açıq aydın şəkildə müşahidə olunur. Əgər buna hər hansı şübhə varsa, məhkəmə kompyuter-texniki ekspertizası keçirilməklə çəkilişdə Təqsirləndirilən şəxs2 (qarın hissəsində) paltarının üzərində olan izin ayaqqabı izi olması yoxlanıla bilər. Bundan başqa məhkəmə hökmündə Təqsirləndirilən şəxs2 CM- nin 206.3.2-ci maddəsi ilə verilən ittiham üzrə əməldə iştirakı barədə konkret heç bir şey qeyd olunmamışdır. Yalnız məhkəməyədək ibtidai araşdırma orqanın ittiham aktında yazdığı ümumi cümlələri eyni qaydada hökmə köçürməklə kifayətlənərək, Təqsirləndirilən şəxs2 narktik qaçaqmalçılıq cinayətində köməkçi qismində konkret hansı qaydada köməkçilik etməsi, onun hərəkətlərində köməkçiliyin CM-nin 32.5-ci maddəsində göstərilən hansı dispoziliv əlamətlərin olması göstərilməmişdir. Yalnız qeyd olunmuşdur ki. “Şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişdir.” Bunun maraqlısı ondadır ki, təqsirləndirilən şəxslər barəsində əməliyyat tədbiri keçirilərək narkotik vasitələr və psixotrop maddələr aşkar edilən 07 iyun 2021-ci il tarixindən cinayət işinin ittiham aktı ilə məhkəməyə verilməsi tarixinədək 3 aydan artıq müddət keçmişdir və bu vaxt ərzində “Şamil” adlı İİR vətəndaşının şəxsiyyəti müəyyən edilməmişdir. Bu necə ola bilər ki. ittihamda uydurma ad kimi qeyd olunan “Şamil” adlı şəxsi Təqsirləndirilən şəxs1 ilə X11 tanış etmişdir və Təqsirləndirilən şəxs1 istintaqın ilkin mərhələsində verdiyi ifadələrindən müəyyən olunur ki. Zakir Abasovun vasitəsilə əvvəllər 2 dəfə eyni qaydada narkotik vasitəni “Şamil” adlı şəxsdən almışdır. Burada şübhəli məqamlar kifayət qədərdir, cinayətdə birbaşa iştirak edən, aşkar olunmuş narkotikin və psixotrop maddəni Azərbaycana göndərən “Şamil” adlı şəxsi Amid Süleyanovla tanı edən, onunla birlikdə gedərək malı gətirib Amidin kirayə qaldığı evə yerləşdirən Zakir Abasov istintaq orqanı tərəfindən cəlb olunmaq əvəzinə məsuliyyətdən uzaqlaşdırılır və ittihamın məzmunuda da qeyd olunur ki. guya “Şamil” adlı şəxs istintaqla müəyyən edilməmişdir. Əslində isə “Şamil” adlı şəxs elə Zakir Abasovun özüdür, o, polisin agenti kimi polisin xüsusi tapşırığı əsasında narkotik vasitəni və psixotrop maddəni hamı üçün gizli saxlanılan yerdən alaraq gətirib Təqsirləndirilən şəxs1 vermişdir ki, Təqsirləndirilən şəxs1 həmin mallarla tutulsun və guya “Şamil” adlı şəxsin həmin malları göndərməsi barədə uydurma əfsanəni X16 Süleymanova bildirmişdir, lakin əslində “Şamil” adlı şəxs ümumiyyətlə mövcud deyildir. Təqsirləndirilən şəxs2 verilən ittiham əvvəldən axıra kimi şübhəli, mötəbər olmayan sübutlara əsaslanan ittihamdır. Təqsirləndirilən şəxs2 verilmiş ittihamın fabulasından belə görünür ki. sanki Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1la birlikdə bütün ittihamlardakı kimi bir qayda olaraq istintaqa şəxsiyyəti məlum olmayan İİR vətəndaşı “Şamil” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb, qeyd olunan külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini İİR-nın Azərbaycanla olan gömrk sərhəddindən gətirilməsinə qabaqcadan vəd edib köməklik etmiş və sonra da həmin kütlələrin satış məqsədi ilə və tamah niyyəti ilə Təqsirləndirilən şəxs1la birgə əldə etmişlər. İbtidai istintaqı aparan BMCMİ-nin istintaq orqanın və ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorluğun ittiham aktında Təqsirləndirilən şəxs2 münasibətdə qeyd olunan bu ittiham cinayət işinin özünün materialları ilə. məhkəmə istintaqı zamanı aparılmış polis əməkdaşlarının dindirilmələri, təqsirləndirilən şəxslərin dindirilmələri zaman alınmış ifadələrlə, eyni zamanda iş üzrə toplanmış sübutlarla, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə raport və qərarla, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolu ilə, Yeni Ramana qəsəbəsində sözü gedən ünvanda keçirilmiş evin həyətinə baxış keçirilməsi protokolu ilə və başqa əlavə sübutlarla tam uyğunlaşmır. Cinayət işi üzrə toplanmış ilkin sübutlardan görünür ki. Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin Zakir adlı şəxsin vasitəsilə İran vətəndaşından alınmasından xəbərsiz olmuş, narkotik vasitə və psixotrop maddə əldə edildikdən və kirayə evinə yerləşdirildikdən sonra gəlmiş və Təqsirləndirilən şəxs1 xahişi ilə həmin narkotik vasitəni müvəqqəti mühafizə etməyi razılaşmış və narkotik vasitəni gizlətmişdir. Bu halda Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin əlamətləri görünmür. Əvvəla, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 sözü gedən narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün və ya əldə edib satmaq üçün Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında əlaqəyə girməmişdir. Narkotik vasitə əldə edildikdən sonra müəyyən tapşırıq əsasında onu mühafizə etmək, gizlətmək satış məqsədilə narkotik vasitəsini əldə etmə, saxlama anlamını yaratmır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Narkotik vasitəsini müvəqqəti saxlanc üçün gizlədilməsi narkotik vasitəni satış məqsədilə müvəqqəti də olsa əldə edilməsi, daşınması hesab oluna bilməz. Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin müvəqqəti mühafizəsini etməsi satış məqsədilə narkotik vasitəsinin əldə edilməsinə, saxlanmasına yönələn hərəkətlər deyildir. İş materiallarından görünür ki, İİR vətəndaşı “Şamil” adlı şəxdən narkotik vasitələrin və psixotrop maddələri alması əfsanəsi ilə narkotik vasitəni və psixotrop maddəni təşkil edən X11 BNMİ-nin məxfi əməkdaşıdır, əsində heç bir iranlı “Şamil” adlı şəxs mövcud deyildir, əgər mövcud olsaydı ən azından Təqsirləndirilən şəxs1 heç olmasa şəxsən görüşə bilməsəydi də telefon “Whatsapp” mobil əlavəsi vasitəsilə videogörüntülü danışa bilərdi, çünki belə bir çox miqdarda narkotik və psixotrop maddə pulu ödənilmədən Təqsirləndirilən şəxs1 heç vaxt etibar edilə bilməzdi. İş materiallarından görünür ki. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alışı və satışı ilə bağlı heç bir SMS-yazışmaları, zəngləşmələri müəyyən olunmur. Ciddi şübhələrə səbəb olan hallar ondan ibarətdir ki, məxfi əməkdaşı Zakir Abasovun qeyd olunan narkotik vasitələri və psixotrop maddələri əldə ediyi mənbənin kim olmasıdır, yəni kimlər ona həmin narkotiki və psixotrop maddəni veriblər ki, aparıb Amidin evinə yerləşdirsin. Qeyd olunanlardan belə nəticəyə gəlmək mümkündür ki, hazırki cinayəti süni şəkildə polis orqanları özləri məxfi əməkdaş Zakir Abasovun vasitəsilə təşkil edərək sonuncunu cinayət törətməyə sövq etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs etmişlər. Hazırki cinayət işində Təqsirləndirilən şəxs2 üzərindən hər hansı narkotik vasitə aşkar edilməsə də. onun qeyd olunan narkotik vasitələri və psixotrop maddələri mühafiə etməsi satış məqsədi ilə narkotik vasitənin əldə olunmasına, saxlanılmasına dəlalət etmir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.4.1. 234.4.3 yox. 234.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Qaldı ki, CM-nin 206.3.2-ci maddəyə, Təqsirləndirilən şəxs2 əməlində bu maddənin əlamətlərinin olmasından ümumiyyətlə bəhs edilə bilməz. Təqsirləndirilən şəxs2 onun Təqsirləndirilən şəxs1la görüşənədək sonuncunun polisin məxfi əməkdaşı Zakir Abasovla narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasına yönəlmiş hərəkətlərindən tamamilə xəbərsiz olmuş, malların mühafizəsini təşkil etmək məqsədlə Təqsirləndirilən şəxs1 onu kirayə qaldığı evə çağırmasını bilməmiş, yalnız Təqsirləndirilən şəxs1la görüşdükdən sonra, Amid kirayə qaldığı evdə narkotik vasitənin olduğunu ona bildirmişdir və ona narkotik vasitəni və psixotrop maddəni mühafizə etməyi tapşıraraq, əvəzində qəbul etmək üçün narkotik vasitə və pul verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs2 əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama cinayətinin əlamətləri toplanmış sübutlarım məcmusundan görünmür Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə, məhkum edilmiş şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi haqqında çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair 05 mart 2022-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibinin olmadığı, onunn əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin aşkar müəyyən edildiyi halda həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları digər sübutlarla uzlaşmayan ifadələrinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxslərin əməlllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları düzgün nəzərə almadan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, həm birinci instansiya, həm apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək göstərmişdir ki, tutulduğu gündən 3-4 gün əvvəl yeni Ramana qəsəbəsində kirayə ev tutmuş, Təqsirləndirilən şəxs2 evdə yerləşən xarab əşyaları təmir etməsi üçün çağırmışdır. Müşfiq evdə qalmış və özü isə taksi sürməyə getmişdir. Əsl sənəti aşbazlıqdır. Pandemiya şəraitində şadlıq evləri işləmədiyi üçün ailəsini dolandırmaq lazım olduğundan taksi sürücüsü işləmişdir. O, 8555 taksi şirkətinə qoşulmuş, həmin gün Binəqədiyə müştəri aparmış, orada ağ rəngdə Land Cruiser markalı Jeep-dən düşən şəxs özünü Şamil kimi təqdim etmiş, qara sellofan qutunun içində su motoru olduğunu deyərək ona həmin qutunu Mərdəkana aparacağını bildirmişdir. Bundan sonra o, həmin şəxin nömrəsini götürmüş, ondan 20 manat pul almış və Ramanaya evə gedib onun zəngini gözləmişdir. Evə gələndə Müşfiqin evdə olduğunu və divanı təmir etdiyini görmüş, Müşfiq ondan su və siqaret istəmiş və o, yenidən marketə qayıdanda polis əməkdaşları onu həbs etmişdir. Marketə girən zaman onda qara sellofanda narkotik vasitə olduğu deyilmiş, o isə bunu təsdiqləmiş, evin həyətinə girən zaman onlara sumkanı göstərmişdir. Saxlanılan zaman nə üzərində nə də maşında narkotik vasitə olmayıbdır. O, 2 il kokos narkotik vasitəsindən istifadə etmişdir.. Bundan əlavə həm birinci instansiya, həm apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, əslində usta deyil, ancaq belə bir bacarığı var. 19 ildir Zəngilan məktəbində hərbi rəhbər vəzifəsində işləyir, digər işi isə şadlıq evlərində videoçəkiliş etməkdir. Amidin kirayə ev tutmağını elə həmin gün öyrənmiş, o günə kimi xəbəri olmamışdır. Amid ona zəng vuraraq ev tutduğunu və köməyə ehtiyacı olduğunu demiş, saat təxminən 11-12 radələrində onlar Koroğlu metrostansiyasının yanında görüşmüş və onun maşını ilə Ramanaya gedib bir iki ləvazimat almışlar. Həmin evə gedən zaman onların əlində sadəcə təmir ləvazimatları olmuşdur. Sonra o, Amidə onun üçün siqaret və yemək almağı demiş, gündüz saat təxminən 4-5 radələrində Amid qayıtmış, qapı açılan zaman o, Amidin gəldiyini düşünmüş, ancaq Samir adlı əməliyyatçı və 6-7 nəfər adını bilmədiyi şəxslər içəri daxil olub ondan Müşfiq olub-olmadığımı soruşmuşlar. Bu zaman polislər narkotik vasitənin harada olduğunu soruşmuş, o bilmədiyini dedikdə isə ona təzyiqlər olmuşdur. Sonra Amid gəlmiş, onları Badamdara aparmışlar. Orada onlara təzyiq olunmuş, sonra isə çəkiliş olmuş, bir müddət sonra yenidən həmin həyətə qayıtmışlar. Kuloku Amid qazıb çıxartmaq istəmiş, buna icazə verilmədiyi üçün çəkiliş dayanmış və o, təqribən 30-40 santimetr dərinlikdə torpağı qazmış, kuloku çıxarmışdır. Sonra kuloku açmış və içindən altı büküm və iki büküm narkotik vasitə çıxmışdır. Sonra onlar Baş İdarəyə, sabahı gün isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. O, həyətə işləməyə gedən zaman orada qutu, bağlama, kulok görməmiş, içində tullantıların olduğu boz kisələri görmüşdür. Heroin adlı narkotik vasitədən 13 ildir istifadə edir. Amidin narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı olmamış, özünün də istifadə etdiyini gizlətmiş və bir yerdə narkotik vasitədən istifadə etməmişlər. O, daha sonra göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq etmir, təzyiq altında olduğu üçün fərqli ifadə vermiş, ifadəsini oxumamış, ifadəsinə heç nə yazmamış, sadəcə imza etmişdir Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibinin olmaması barədə göstərdiyi dəlilləri ilə razılaşaraq bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ‘‘Şamil” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması və göndərməsini təsdiq edən hərhansı bir mötəbər sübut mövcud deyildir. Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı saxlanıldığı zaman ona təzyiq göstərilmişdir. İstintaqa verdiyi ifadələri təsdiq etmir. Ona Baş Narkotiklərlə Mübarizə İdarəsində təzyiq olunub, onlar ona dediklərini etməsə, narkotik vasitəni onun evinə qoyacaqlarını və ailəsinin bütün üzvlərinin hamısını oraya aparacaqlarını demişlər. Axşam onları həmin evə aparmışlar və bel vasitəsilə narkotik vasitəni yerdən qazıb çıxarmaqlarını demişlər. Halbuki əvvəl torpağın altında elə bir şey olmamışdır. O, malı müştəridən götürən zaman motor şəklində karopka olduğunu görmuş, ancaq yer qazılan zaman yerdən karopka və içindən narkotik vasitə çıxmışdır. Bu proseslə bağlı çəkiliş aparılmışdır. Anlayışı olmadığı üçün ibtidai istintaq zamanı o, ərizə ilə şikayət etməmişdir. O, kirayə evi ayda 180 manata dostları ilə istirahət üçün götürmüş və həmin gün Müşfiq evə ilk dəfə gəlmişdir. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı saxlanıldığı zaman ona təzyiq göstərilmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etmir, təzyiq altında olduğu üçün fərqli ifadə vermiş, ifadəsini oxumamış, ifadəsinə heç nə yazmamış, sadəcə imza etmişdir. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Əməliyyat tədbirinin keçirilməsinə rəhbərlik edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 xx.xx.2021ci il tarixli raportunda məruzə olunur ki, Təqsirləndirilən şəxs1 qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzon qəsəbəsi ünvanıdır, yaşayış yeri isə baxış keçirilən ünvan 11 ünvanıdır, Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olur, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs1 ifşa olunması, yaxalanması və s. məqsədlə əməliyyat qrupunun yaradılması, aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunur. Görünüdüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 raportunda göstərilən əməliyyat məlumatında Yeni Ramana qəsəbəsindəki həyət evində aşkar olunmuş narkotik və psixotrop maddələrin İİR-dan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsi, İİR vətəndaşından alınması barədə, Təqsirləndirilən şəxs2 ümumiyyətlə bu işlərlə məşğul olması, qrupun üzvü olması barədə heç bir məlumat qeyd olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İ.Hümbətov tərəfindən təsdiq olunmuş BNMİ-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Qərarında konkret olaraq ünvan 12 ünvanında yaşayan, 1986-cı il təvəllüdlü Amid Sülevmanov barəsində qeyd olunur və yenə də həmin qərarda əməliyyat-axtarış tədbirlərin keçirilməsi, əməliyyat qrupunun yaradılması. Təqsirləndirilən şəxs1 yaxalanması qeyd olunsa da. X12, İİR vətəndaşı “Şamil" adlı şəxs və qeyriləri barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərdi ki, 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitriyev küçəsi, ev 7 ünvanının yaxınlığında olduğunu bildikləri üçün 07 iyun 2021-ci il tarixdə saat 18:30-da həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin başqa bir nəfər şəxs ilə həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən razılaşıb Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd açar aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə bir ədəd açar və 20 manat pul Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefon və bir ədəd Kapital banka məxsus plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq heç nə aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və bir ədəd Kapital banka məxsus plastik bank kartı götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş heroin özünə məxsusdur, həmin kütləni iki həftə bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb kirayə yaşadığı evə qoymuşdur. Sonradan isə həmin narkotik vasitələri iranlı Şamil adlı şəxsin dediyi şəxslərə verməli, gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxs ona pul verməli idi. Özü narkotik vasitələrin satışını həyata keçirmir, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni yaşadığı ünvana gətirdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik maddə saxladığını deyərək həmin narkotik maddənin mühafizəsini təşkil etməsini xahiş etmişdir. Gördüyü işin qarşılığında Təqsirləndirilən şəxs2 pul vəd etmişdir. Həmçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evində də narkotik vasitələr vardır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək yaşadığı evə dəvət etmiş, gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik maddə saxlaması barədə ona məlumat vermiş və onun narkotik vasitələrin mühafizəsini təşkil etməsini xahiş etmişdir. Gördüyü işin qarşılığında isə Təqsirləndirilən şəxs1 ona pul verəcəkdi. Həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində torpağa basdırmışdır. Narkotik vasitə olan heroindən istifadə edir və Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı həmin narkotik vasitələri təqdim edə bilər. Bundan sonra videoçəkiliş qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi üçün həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs1 yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığ barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına çatdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evdə və evin həyətində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yaşayış evində girişdəki dəmir qapının qarşısında kərpiclərin arasında narkotik vasitələri basdırdığını bildirmişdir və həmin yeri qazaraq həmin yerdən içərisində altı ədəd bağlamada narkotik vasitə olan heroinə, iki ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Sonra həmin bağlamalarda olan heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütlələr tanışı Təqsirləndirilən şəxs1 məxsusdur, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onu öz yaşadığı hazırda olduqları evə qonaq kimi çağıraraq həmin evdə narkotik vasitə olduğunu göstərməklə həmin narkotik vasitənin mühafizəsini təşkil etməsini istəmiş, gördüyü işin qarşılığında isə Amid ona narkotik vasitəni təhvil verən zaman alacağı puldan bir hissəsini ona verəcəkdi. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qara rəngli sellofan torbada olan narkotik vasitələrin hamısı özünə məxsusdur, həmin kütlələri tanışı İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb kirayə yaşadığı evə qoymuş, gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxs ona pul verəcəkdi. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Onun tərəfindən və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi zor tətbiq edilməmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin qərara əsasən bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək müəyyən edir ki, iş materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxslə hər hansı telefon danışıqlarının və ya Vatsap sosial şəbəkəsində yazışmalarının olmasına dair hər hansı sübut aşkar edilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməyi, saxlamağı, daşımağı və göndərməyi əvvəlcədən vəd etməsinə dair hər hansı sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibinin olmaması, əməlinin CM- nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edil barədə göstərdiyi dəlilləri ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi...” yazısı olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 9,567 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 evə baxış zamanı təqdim etdiyi...” yazısı olan bağlamadakı, 6(altı) ədəd bükümdə ümumi təmiz çəkisi 6080 (6 kq 80 qr) qram qəhvəyi rəngli kütlələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2050 qram (2kq 50qr) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1(bir) ədəd “600g/0,01g” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğu üçün onların çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı evdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 6089,567 qram (6 kq 89,567 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi: 6089,567 qr, tədqiqata sərf edildi: ümumi 0,34 qr (6 ədəd bükümdən ümumi 0,24 qr və bir ədəd bükümdən 0,1 qr), qalıq: 6089,227 qr. -Metamfetaminin ümumi təmiz çəkisi: 2050 qr, tədqiqata sərf edildi: ümumi 0,2 qr (hər maddədən 0,1 qr) qalıq: 2049,8 qr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3397 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3393 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmaqla onların satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi iş materialları ilə sübuta yetirilmişdir və onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Həmçinin məhkəməkollegiyası qeyd edir ki, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir . “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Apellyasiya şikayətinin cəza ilə bağlı müddəasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı övladlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını), cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həmin Məcəllənin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir; Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinini törətməsini etiraf etməsələr də, onun həmin əməlləri törətməsi şahidlərin ifadələri və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2303 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3397 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyləri və digər sübutlarla tam olaraq sübuta yetirilmiş və məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ittihamın həmin hissəsində verdiyi saxlanıldığı zaman ona təzyiq göstərilməsi, polis əməkdaşlarının onu ilk olaraq saxladıqdan sonra artıq onu hədələdiklərindən və ona nə deməli olmasını öyrətdiklərindən suallara cavabı həmin məzmunda verməsinə dair ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibinin olubolmaması məsələsinə qiymət verərkən qeyd edir ki, apellyasiya şikayətlərində və apellyasiya baxışı zamanı onların dandığı etiraf ifadəsindən başqa iş materiallarında digər bir sübut yoxdur. Məhkəmə kollegiyası “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında göstərilən tələbləri nəzərə alaraq bir daha qeyd edir ki, hətta Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tərətməsinə dair etiraf ifadələri əsas götürülsə belə həmin ifadələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı "Şamil” adlı şəxsə vəd verməsi göstərilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Habelə həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair 05 mart 2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməli, onlar, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.2, 39.3, 42.1.2, 40.3, 43.1.2, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 Sərkar oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əliyev X9 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6089,227 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2049,8 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Cinayət işinə əlavə olunmuş 03 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 114 (yüz on dörd) manat xərc Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov Hakimlər Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar