Məhkəmə qərarları › İş №1(103)-945/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-945/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-945/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi–X1 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi- Bakı şəhəri, 17 saylı Vəkil bürosunun vəkili X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa olunmasından imtina edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında ilkin məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasının əvvəli xx xxxxxxx 2012-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmündən qanunlamüəyyənedilmiş müddətdə cinayət prosesi iştirakçıları, o cümlədən məhkum Təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmənin hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilərək, apellyasiya şikayətinin verilmə müddətinin üzürlü hesab edilib bərpa olunması barədə vəsatətlə həmin məhkəməyə müraciət etmiş, nəticədə onun tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş vəsatət xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Verilmiş apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə təyin olunmuş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 02 il müddətinə endirilməsini xahiş etmişdir. Vəsatətində məhkum Təqsirləndirilən şəxs buraxılmış prosessual müddətin üzürlü hesab olunmasının səbəbini Ukrayna Respublikasında onun barəsində cinayət işinin istintaqı ilə əlaqədar olduğundan, uzun müddət ərzində üzürlü səbəblərdən apellyasiya şikayətini vaxtında verə bilməməsi və məhkəmənin hökmünü almaması ilə əsaslandırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmənin qərarından narazıqalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin xx xxxxx 2013-cü il tarixli hökmünü aldıqdan sonra Ukraynanın Ali Məhkəməsində onun barəsindəolan cinayət işinə verdiyi kassasiya şikayəti üzrə baxılacağından hazırki cinayətişinin məhkəmə istintaqı zamanı ikidəfə rəsmi qaydada Baş prokurorluğa müraciət edərək, iş üzrə məhkəmə baxışı başa çatdıqdan sonra Ukraynaya ekstradisiya olunmasını xahiş etdiyini və hazırki iş üzrə məhkəmə baxışı başa çatdıqdan sonra onun Ukraynaya ekstradisiya edildiyi, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmündən üzürlü səbəbdən apellyasiya şikayətinin verilmə müddətini buraxdığını və bu fövqəladə hal kimi nəzərə alındığını göstərməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və buraxılmış apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair qərar qəbul olunmasını məhkəmə kollegiyasında xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini iş materiallarıilə birlikdə əlaqəli şəkildə araşdıraraq və tərəflərin fikirlərini dinləməklə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəb olmadan ötürüldüyündən, müddətin bərpasınadair verilmiş apellyasiya şikayəti təmin edilməməli və həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.1.1-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan üç gündən gec olmayaraq, məhkəmə tərəfindən məhkəmə hökmünün surəti müvafiq olaraq məhkum edilmiş və yax bəraət verilmiş şəxsə və onların müdafiəçisinə, qanuni nümayəndəsinə və dövlət ittihamçısına, zərərçəkmiş şəxsə və ya xüsusi ittihamçıya və onların nümayəndələrinə verilməlidir. İş materiallarında olan birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədlərdən görünür ki, məhkəmənin xx xxxxx 2013-cü il tarixli hökmünün surəti qanunla müəyyən edilmiş müddətdə bütün proses iştirakçılarına, o cümlədən xx xxxxx 2013-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs şəxsən imzalatdırılmaqla təqdim edilmişdir (c-6, i.v. 255-280). Bundan başqa, məhkəmə istintaq mərhələsində bütün proses iştirakçılarına, o cümlədən məhkum Təqsirləndirilən şəxs hüquqvəvəzifələri elan və izah edilməklə yanaşı hər biri hüquq və vəzifələrinə dair çıxarışla təmin olunmuş, hüquq və vəzifələrə, o cümlədən yekun məhkəmə aktından onların apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna hər birinin malik olması izah edilmiş, məhkəmənin hökmünün nəticəvi hissəsində isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmiş və bununla da, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsini istisna edən və ya məhdudlaşdıran heç bir prosessual pozuntuya yol verilməmişdir. Bununla yanaşı, xx xxxxx 2013-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin tarixdə məhkəmənin hökmü elan olunduqdan dərhal sonra bütün proses iştirakçılarına, o cümlədən məhkum Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan və izah edilmiş, yekun məhkəmə aktından onların hər birinin apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olması, habelə verilmə qaydası və müddəti izah edilmişdir (c-6, i.v. 282-284). Göründüyü kimi, məhkəmənin hökmü xx xxxxx 2013-cü il tarixdə çıxarılmış və hökmün sürəti məhkum Təqsirləndirilən şəxs bundan bir neçə gün keçdikdən sonra, yəni xx xxxxx 2013-cü il tarixdə şəxsən imzalatdırılmaqla təqdim edilmişdir (c-6, i.v. 255-280). Digər tərəfdən, işin materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin xx xxxxx 2013-cü il tarixli hökmü çıxarıldıqdan və məhkum Təqsirləndirilən şəxs tərəfindən həmin hökmün surəti xx xxxxx 2013-cü il tarixdə imzalanaraq alındıqdan sonra, hər bir halda məhkum 2013-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasında olmuşdur (c-6, i.v.255-304). Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası ötürülmüş prosessual müddətinin bərpasından imtina olunmasına dair birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən məhkəmənin hökmü və ya məhkəmənin digər yekun qərarının elan olduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən isə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti məhkəmənin hökmünün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə müddəti üzürlü səbəblərə görə buraxıldıqda, Məcəllənin 383-cü maddəsi ilə göstərilən şəxslər hökmü və ya qərarı çıxarmış məhkəmə qarşısında apellyasiya şikayəti və ya protestinin verilmə müddətinin bərpa olunması barədə vəsatət qaldırmaq hüququna malikdir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin 2013-cü ilin iyul ayı da daxil olmaqla, ən azı 03 ay müddətində vermək imkanı olduğu halda, yalnız 07 (yeddi) ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti üzürlü səbəblər olmadan ötürüldüyündən təmin edilməməlidir. Mövcud qanunvericiliyin tələbinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət istisnasız olaraq bütün hallarda deyil, yalnız üzürlü səbəblərə görə buraxıldıqda, məhkəmə tərəfindən prosessual müddətin bərpa olunması nəzərdə tutulmuşdur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən isə verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərin üzürlü səbəb kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Bu səbəbdən, məhkəmə kolegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunaraq buraxılmış müddətin bərpası üçün heç bir üzürlü səbəb olmadığından, verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, qərara alır: Müddətin bərpası ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpasından imtina olunmasına dair həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər:

1. (sədrlik edən) İlqar Murquzov

2. Həsən Əhmədov

3. Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar