Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-947/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əkbərovun sədrliyi və məruzəsilə, və Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 oğlu və müdafiəçisi X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X1 iştirakları ilə 04.04 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gürcüstan Dövlət Universitetinin 2-ci kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu M.Arif küçəsi ev 27, mənzil 81-də qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxx 2000-ci ildə Biləsuvar rayonu Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) 03 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 oğluna 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs2 oğlu 27 dekabr 2019cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 64-də X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun Zərərçəkmiş şəxs 50 manat məbləğində borc pulun ödənilməməsi ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində mübahisə yaratdıqdan sonra o, bir qrup şəxs halında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, kənar şəxslərin gözü önündə Təqsirləndirilən şəxs2, Nurlan Məmmədov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, onu söyüb təhqir edərək, əlbəyaxa olaraq yerə yıxmış, bundan sonra o, qəsdən yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, onun 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid, qrupun digər üzvüləri ilə birlikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbələri vuraraq onun sol üst göz qapağının əzilmiş-cırılmış yarası sağlamlığın-qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, hər iki gözaltının qançırları, üst dodağın sol yarısının iç selikli qişasının qansızması, sol qulaq seyvanının sıyrığı - dərəcələri təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 apellyasiya şikayətləri verib hökmün dəyişdirilməsini və onlara AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxslərin və müdafiəçilərinnin isə müdafiə tərəfin ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərindən göründüyü kimi apellyasiya şikayətlərində məhkum edilmiş şəxslər tərəfindən cinayət əməllərinin hüquqi tövsifi, onların cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər və xuliqanlıq niyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi hərəkətlər törətmişlər. Məhkəmə qeyd edir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Lakin şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilir. Məhkəmə kollegiyası, birinci intansiya məhkəməsinin təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi ilə bağlı mövqeyini haqlı hesab edir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28.12.2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında onun və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri, Nərimanov yonu, Ə.Orucəliyev 64 ünvanına baxış keçirlmişdir. Baxış zamanı müəyyən olundu: Qeyd olunan ərazi elektrik transformatorunun yanındadır. Onun yanında hündürmərtəbəli yaşayış binasının tikinti sahəsidir. Onun qarşısında beş mərtəbəli yaşayış binası vardır. Vətəndaş Zərərçəkmiş şəxs transformatorun yanında hadisənin baş verdiyini bildirdi. Baxış gündüz vaxtı keçirildi və baxış zamanı “02” ədəd fotoşəkil çəkildi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X3 09 nömrəli, 27.01.2020-ci il tarixli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarası, hər iki gözaltının qançırları, üst dodağın sol yarsının iç selikli qişasının qansızması, sol qulaq seyvannın sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 27 dekabr 2019-cu il tarixə uyğun gəlir, dərəcələrinə görə 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst göz qapağının əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, hər iki gözaltının qançırları, üst dodağın sol yarısının iç selikli qişasının qansızması, sol qulaq seyvanının sıyrığı isə ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 70-ci maddəsinin tətbiqinə gəlincə isə məhkəmə kollegiyası məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dəcərəsini, özlərinin şəxsiyyətini, törətdikləri cinayətin ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə olan cinayət olmasını nəzərə alaraq məhkum edilmiş şəxslərin onlara təyin edilmiş cəzanı real olaraq çəkmədən silah olunmalarını mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, hökmdə sadalanan halları həmçinin birinci intansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 təqsirlərini etiraf edərək əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın həddini onların islah olunması üçün yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun şəxsiyyətini səciyyələndirən halları, nəzərə alaraq məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri X7 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə və X5 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Roğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 06 manat hesab edilməklə, hər birinə 25 saat üçün cəmi 150 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri X7 və X2 dövlət büdcə vəsaiti hesabına hər birinə 120 manat işlədikləri Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-947/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-947/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver