Məhkəmə qərarları › İş №1(103)-95/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-95/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-95/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Əflatun İbrahim oğlunun sədrliyi və məruzəsilə, Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, Bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Bundan sonra CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur ondan ötəri ki, o satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə o, xx xxx 2018-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gedən yolda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 15 ədəd polietilen bağlamada külli miqdarda 14860 qram tiryək və 10 ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda 9740,00 qram həşiş qətranı narkotik vasitələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qeyd olunan narkotik vasitələrini 4 ədəd göy rəngli polietilen paketə yerləşdirib idarə etdiyi “VAZ-21083” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin salonunun arxa oturacağının üstünə qoyaraq saxlamış, daşımış və həmin gün saat 15.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Füzuli küçəsində “Fərid” şərti adı ilə alıcı qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük X8 Mübarizə Baş İdarəsi X9-axtarış şöbəsinin rəisi Şahid1 satarkən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Habelə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin əməkdaşlarının iş üzrə qanunsuz hərəkətləri barədə xx xxxxxx 2019-cu il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmü mübahisələndirən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə hökm çıxarılmasını xahiş etmiş və protesti onunla əsaslandırmışdır ki, məhkəmə hökmdə məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs, şahidlərin, müdafiəçinin vəsatəti əsasında əlavə şahidlərin ifadələrini, ekspert rəylərini qeyd etməklə, müdafiəçinin çıxışını tam şəkildə hökmə köçürməklə hər hansı bir əsaslandırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmədiyinə, şahidlərin ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ziddiyyətli ifadələrinə, Şahid8 və Şahid9 dəfələrlə başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiklərinə, həmçinin cinayət işinin materiallarında olan «baxış keçirilməsi barədə» protokol, «təqsirləndirilən və şahidlərin» ibtidai istintaq zamanı verdikləri ifadələri şübhəli olduğuna görə sübut kimi qəbul edilməməli və bu şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll olunması barədə nəticəyə gələrək Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrini əldə edib saxlayaraq daşımasının sübuta yetirilməməsi əsası ilə CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət vermişdir. Lakin, məhkəmə ibtidai istintaqın sübutu olan və iş materiallarına əlavə olunmuş baxış keçirilməsi və götürülməsinə dair xx xxx 2018-ci il tarixli protokolu hökmdə tədqiq etməmiş, hansı əsaslarla həmin protokolu şübhəli hesab etmiş və onu sübut kimi qəbul etməmişdir. Nə ibtidai istintaqda nədə ki məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin onun avtomobilinə kənar şəxslərin qoyması nəticəsində aşkar olunması barədə hər hansı bir ifadə verməmişdir. Məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Protestdə həmçinin qeyd edilmişdir ki, təqsirləndirilən şəxs işin faktiki halları ilə bağlı ziddiyyətli ifadələr verməsinə baxmayaraq, məhkəmə bu ifadələrə tənqidi yanaşmamış, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməsi səbəblərini araşdırmamış, onları digər sübutlarla yanaşı müqayisəli şəkildə təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivlərini hökmdə göstərməmişdir. xx xxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz-21083» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən videoçəklişdən istifadə olunmuş və həmin videoçəkilişin diski cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə nümayiş olunmuş və videoçəkilişdən aydın görünmüşdür ki, hal şahidi Şahid9, Təqsirləndirilən şəxs həmin istintaq hərəkətində iştirak etmişlər. Məhkəmənin hal şahidləri Şahid8 və Şahid9 dəfələrlə başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiklərinə görə onların işin halları ilə bağlı verdikləri ifadələrini şübhəli hesab etməsi və sübut kimi qəbul etməməsi barədə nəticəsi əsassız olmuşdur. Halbuki, cinayət prosessual qanunvericiliyə əsasən (CPM-nin 236.4-cü maddəsi) baxış zamanı hal şahidləri iştirak etmədikdə alternativ hal kimi videoçəkilişdən istifadə olunması nəzərdə tutulmuşdur. Müdafiəçi2 tərəfindən apellyasiya protestinə etiraz verilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini, cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməməli və Təqsirləndirilən şəxs barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və həmin Məcəllənin normalarının düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hökmü mübahisələndirən dövlət ittihamçısının protestinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs inkriminə olunmuş cinayət əməlinin törədilməsində təqsirliliyinə dair sübutlara cinayətprosessual qanunvericiliyinin müddəaları (sübutlar və sübutetmə) baxımından düzgün hüquqi qiymət vermişdir. Belə ki, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri və istintaq orqanı tərəfindən sübut əhəmiyyətli sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının sübuta yetirilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsaslı olmuşdur. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən iş üzrə toplanmış və ittihamın əsası kimi qəbul edilmiş sübut əhəmiyyətli sənədlərin prosessual pozuntularla tərtib oluduğunun birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı düzgün müəyyən edildiyini nəzərə alaraq, apellyasiya protestinin dəlilləri ilə razılaşmır və bununla bağlı aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Yəni, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizəedən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: Maddə 124.1.1 cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; Maddə 124.1.2 hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz Həmin Məcəllənin 138-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfin üzərinə düşür. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar sübut edilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq, cinayət prosesini həyata keçirən istintaq orqanı tərəfindən prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması nəticəsində əldə olunmuş sübutların cinayət işi üzrə sübut növü kimi qəbul edilməsinin yolverilməzliyi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, xx xxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə baxmayaraq, bununla bağlı hər hansı qərar qəbul edilməmiş, həmçinin qəbul edilməli olan əsaslandırılmış qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən Bakı şəhər Yasamal Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməmiş və bununla Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 3-ci bəndinin, 10-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin, 10-cu maddəsinin 5-ci hissəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən «Əməliyyat axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarının nəticə hissəsinin 1 və 2-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki olaraq saxlandıqdan uzun müddət sonra “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” protokollar tərtib olunmuşdur. Habelə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində saxlanılmış, orada onun azadlıq hüququ pozulmaqla heç bir qərar olmadan öz iradəsi ziddinə qollarına dəmir qandal vurulmaqla digər avtomobilə əyləşdirilib Gömrük Komitəsinin istintaq idarəsinə gətirilmiş və onun idarə etdiyi VAZ-21083 markalı **-BB-*** dövlət nişanlı avtomobil onun idarəçiliyində olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələri əsasında Təqsirləndirilən şəxs saxlandıqdan sonra digər avtomobillə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətirilməsi, onun avtomobilinin gömrük əməkdaşları tərəfindən idarə olunması, baxışın dərhal deyil bir müddət sonra Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində həyata keçirilməsi faktı təsdiq edilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Həmin qərarda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, təqsirləndirilənşəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır (digər qərarlarla yanaşı bax: “X17rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X14rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002- İX). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olub olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, xx xxxxxxxx 2008)). Həmin qərarın 69-cu bəndində göstərilir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin Qərarın 70-ci bəndində qeyd olunur ki, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Həmin Qərarın 73-cü bəndində göstərilir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Həmin Qərarın 74-cü bəndində qeyd olunur ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V. və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənin ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağı apellyasiya məhkəməsindən xahiş etməsinə baxmayaraq Apellyasiya Məhkəməsi 2006-cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Həmin Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz 28 olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarına əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Həmin qərara əsasən, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığıhalda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” protokolların tərtib olunmasına əsas olmuş istintaq hərəkətləri cinayət işi başlamadan, məhkəmə qərarı olmadan və belə səlahiyyətə malik olmayan Əməliyat axtarış şöbəsinin inspektoru tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, keçirilmiş istintaq hərəkətləri Azərbaycan RespublikasıCPM-nin 246.2.1 və 246.2.3-cü maddələrində nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hansı bir qərar qəbul edilmədən Əməliyat axtarış şöbəsinin inspektoru tərəfindən keçirilmiş və bununla Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin Məcəllənin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması, baxış keçirilmə və götürmə istintaq hərəkətləri zamanı iştirak etmiş hal şahidləri ilə bağlı cinayət-prosessual qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.3, 244.1 və 246.3-cü maddələrinə əsasən, baxış, axtarış (şəxsi axtarış və götürmə) kimi istintaq hərəkətləri müstəntiq tərəfindən azı iki nəfər hal şahidinin və mütəxəssisin iştirakı ilə aparılır. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hətəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin kobud pozuntusu sayılır vəbu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda və ya şəxs həmin Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda hal şahidi qismində iştirak edə bilməz. Qeyd edilən Məcəllənin 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna edilməklə, onun istintaq hərəkətin icraatında əvvəllər iştirakı həmin cinayət işi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Bu Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə istintaqı zamanı dindirilmiş hal şahidləri Şahid8 və Şahid9 qeyd etmişlər ki, əvvəllər hər hansı cinayət işində şahid qismində dindirilməmişlər, biri-birini tanımırlar və əvvəllər birlikdə hal şahidi qismində istintaq hərəkətlərində iştitak etməmişlər. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş hal şahidi Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, istintaqda verdiyi ifadəsini oxumadan imza etdiyini, Təqsirləndirilən şəxs tanımadığını, sonuncunun üzərinə və avtomobilinə baxış keçirilməsində iştirak etmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hal şahidi Şahid8 digər hal şahidi Şahid9 tanımadığını, həmçinin onunla əvvəllər heç vaxt birlikdə hal şahidi kimi hər hansı istintaq hərkətində iştirak etmədiyini bildirmişdir. Lakin təqdim olunmuş sübutlar, həmçinin həmin şəxslərin mobil telefonlarına daxil olan və çıxan zənglərlə onların biri-birini tanıması, əvvəllər dəfələrlə digər cinayət işləri üzrə hal şahidi qismində iştirak etmələri, Şahid9 dəfələrlə narkotik vasitələrin qəbulu və qanunsuz dövrüyyəsi ilə bağlı məsuliyyətə cəlb olunduğu, narkomaniyadan əziyyət çəkdiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan video görüntü ilə müəyyən edilmişdir ki, xx xxx 2018-ci il tarixdə keçirilmiş şəxsi axtarış, fiziki şəxslərin əşyalarının yoxlanılması, həmçinin baxış və götürülmə istintaq hərəkətlərində hal şahidi kimi iştirak edən Şahid8 həmin ərazidə görünmür. Həmçinin iş materiallarında olan mesajlarla müəyyən edilmişdir ki, Şahid8 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən “qaqa necesen menm qaradag polisi Zahir wukur muellime zeng vur iw var iw” məzmunlu mesaj gəlmişdir. Bu da bir daha şəxsin polis əməkdaşları ilə əlaqəsini təsdiq edir. Habelə əldə olunmuş məhkəmə aktlarından görünür ki, Şahid8 və digər hal şahidi Şahid9 əvvəllər dəfələrlə bir sıra cinayət işlərində hal şahidi kimi iştirak etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Şahid8 2018-2019-cu illərdə 7 cinayət işi üzrə, Şahid9 isə 2018-ci ildə baxılmış 02 cinayət işi üzrə hal şahidi qismində iştirak etmişdir. Bundan əlavə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə Şahid9 xx xxxx 2019-cu il tarixdə saat 15:40-16:20 arasında X13 Rayonu, Ə.Haqverdiyev küçəsi 36 C ünvanında yerləşən inzibati binasında şahid qismində dindirildiyi qeyd olunsa da, sorğu əsasında Bakı İstintaq Təxridxanasından təqdim edilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-1606 saylı məktubda qeyd olunmuşdur ki, Şahid9 xx.xx.2018-ci il tarixdə Bakı İstintaq Təxridxanasına daxil olmuş, xx.xx.2019-cu il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, onun barəsində Dövlət Gömrük Komitəsinin İstintaq idarəsi tərəfindən 2018-ci ilin may-iyun aylarında istintaq hərəkətləri aparılmamış və o, qeyd olunan tarixlərdə Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinə etap olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş müstəntiq Turqut Salayev Şahid9 xx xxxx 2018-ci il tarixdə Gömrük Komitəsinin İstintaq İdarəsində şahid qismində dindirilməsi barədə protokolda olan imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sultan-zadə Həsən Çingiz oğlu da guya Şahid9 xx xxxx 2018-ci il tarixində Gömrük Komitəsinin İstintaq İdarəsində şahid qismində dindirilməsi barədə protokolda olan imzanın ona məxsus olmadığını bildirmişdir. Habelə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud surətdə pozulduğu da aşkar edilmişdir. Belə ki, “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” Protokollarda həmçinin cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolda müdafiəçinin iştirakı qeyd olunsa da Təqsirləndirilən şəxs həmin müdafiəçidən imtina etmiş, onun yardımından istifadə etmədiyini bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs uzun müddət heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan dərhal sonra dindirilməmiş, ümumiyyətlə şübhəli şəxs qismində dindirilməsinə şübhəli əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Həmin Məcəllənin 19.4-cü maddəsinə əsasən, cinayət prosesini həyara keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada - tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. İstintaq sənədlərində Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulduğu və şübhəli şəxs qismində dindirilməsinin xx xxx 2018-ci il tarixdə saat 10:15, 11:20-də həyata keçirildiyi və həmin protokolda Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin inzibati binasında dindirildiyi qeyd olunsa da, iş materiallarında olan Yasamal RPİ-nin 0916867-1219 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 12.05.18-ci il tarixdə saat 10:35-də Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən çıxarılaraq Yasamal Rayon Məhkəməsinə aparılıb və saat 14:00-da Müvəqqəti saxlama yerinə geri qaytarılmışdır. Göründüyü kimi istintaq materiallarında qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə saat 10:15, 11:20-də Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin inzibati binasında şübhəli şəxs qismində dindirilməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, istintaq materiallarında Təqsirləndirilən şəxs Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin inzibati binasında saat 13:00-da təqsirləndirilən şəxs qismində cəlb olunduğu qeyd olunsa da, Yasamal RPİ-nin 091-6867-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs 12.05.18-ci il tarixdə saat 10:35-də Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən çıxarılaraq Yasamal Rayon Məhkəməsinə aparılmış və saat 14:00-da Müvəqqəti saxlama yerinə geri qaytarılmışdır. Bununla, istintaq materiallarında qeyd olunduğu kimi Təqsirləndirilən şəxs xx xxx 2018-ci il tarixdə saat 13:00-da Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin inzibati binasında olmadığı üçün, təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı aparılmış prosessual hərəkətin icrası da qeyri mümkün haldır. Habelə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmadan onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs 12 may saat 13:00-da təqsirləndirilən şəxs kimi cəlb olunmuş və həmin gün saat 13:13-14:15-da təqsirlənirilən şəxs qismində dindirilmişdir. Lakin, Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılması haqqında Yasamal Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasının protokolu ilə müəyyən edilmişdir ki, həmin məhkəmə iclası saat 12:00-da başlamış və onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsi ilə bağlı iş materiallarında Təqsirləndirilən şəxs qisminə cəlb olunmasına dair qərar mövcud olmamış və sonradan həmin qətimkan tədbiri uzadılmış və habelə məhkəmə hazırlıq iclası zamanı da seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş müstəntiq X20 Ağayev şübhəli və təqsirləndirilən şəxs kimi dindirilməsinin vaxtı və yeri, həmçinin təqsirləndirilən şəxs qismində cəlb olunmadan onun barəsində həbs qətimkan tədbirinin necə seçilməsi barədə ziddiyyətləri aydınlaşdıra bilməmişdir. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, guya Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə saat 16:00-dan saat 18:00-a kimi Bakı İstintaq Təcridxanasında müdafiəçisi Müdafiəçi1 ilə birlikdə iş materialları ilə tanış edilmiş və həmin protokol İstintaq və Təhqiqat İdarəsinin rəis müavini gömrük polkovnik-leytenantı Sultan-zadə Həsən Çingiz oğlu tərəfindən tərtib olunmuşdur. Lakin, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə təcridxanada Müdafiəçi1 və Həsən Sultan-zadə ilə görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sultan-zadə Həsən Çingiz oğlu cinayət işinin materialları ilə tanış etmə barədə xx xxxxxxx 2018-ci il tarixli protokolda olan qeyri-müəyyənliyi ağlabatan dəlil gətirməklə aradan qaldıra bilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən saxlanılarkən tətbiq edilmiş prosessual məcburiyyət tədbirlərinin kobud qanun pozuntuları ilə həyata keçirilməsi faktının müəyyən olunması hissədə Dövlət Gömrük Komitəsinin əmədaşlarının şahid qismində verdikləri ifadələrini qəbul edir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1, X7, X11 və X12 ifadələri əsasında müəyyən olunmuş halları nəzərə alır. Qeyd olunan xüsusatlara əsasən, birinci instansiya məhkəməsinin istintaq orqanı tərəfindən iş üzrə kobud qanun pozuntuları ilə tərtib edilmiş: 1) xx.xx.2018-ci il tarixli “Əməliyyat qrupu yaradılması və əməliyyat axtarış tərbirlərinin keçirilməsi haqqında” Qərarın; 2) “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” Protokolların; 3) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi barədə xx xxx 2018-ci il tarixli protokolun; 4) Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxx 2018-ci il tarixli protokolun; 5)Şahid9 xx xxxx 2018-ci il tarixdə şahid qismində dindirilməsi barədə protokolun və 6) cinayət işinin materialları ilə tanış etmə barədə xx xxxxxxx 2018-ci il tarixli protokolun sübutlar siyahısından çıxarılması haqqında gəldiyi nəticə tam əsaslı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Qərarının tövsiyyəsində qeyd olunur ki, hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə müttəhim barəsində və ya müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittiham üzrə və hər bir müttəhim barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilıən ittihama münasibəti öz əksini tapmalı, onun özünüi müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrinin analizi göstərir ki, onun məhkəmə baxışı zamanı vermiş olduğu ikinci ifadəsi məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara uyğun olduğundan qəbul ediləndir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitəni külli miqdarda əldə edib saxlaması və daşıması faktının təsdiqinə dair istintaq orqanı tərəfindən iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların həm ayrı-ayrılıqda, həmçinin məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı aparılmış istintaq hərəkətlərinin yerinə yetirilməsi zamanı, istintaq orqanı tərəfindən Milli Qanunvericiliyin tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartlarının müəyyən etdiyi hüquq normalarının kobud şəkildə pozulması faktı düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Həmin Məcəllənin 28.4-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Birinci instansiya məhkəməsi işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrə, habelə məhkəmə və istintaq hərəkətinin protokollarına qiymət verərək, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmə cinayətinin törədilməsində təqsirinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X23 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X23 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “X4rşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“X2rşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə, ittiham tərəfi cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə olunan sübutlara istinad edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiyal hallar istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». X23 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar; X24rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Bununla, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mövcud sübutlara qiymət verilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə bəraət verilməsini Milli Qanunvericiliyin və X23 Məhkəməsinin yuxarıda qeyd olunan qərarları baxımından düzgün hesab edir. Odur ki, apellyasiya protesti təmin edilməməli və Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar