Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-956/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçilər - Müdafiəçi2 və mudafiəçisi Müdafiəçi1, Məhkumlar – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 32.5, 308.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 mudafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 mudafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə (Kamranov Hafiz Eldar oğlunun sədrliyi) xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinrək və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 02 il müddətə məhrum olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 02 il müddətə məhrum olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-ci maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 03 il müddətə məhrum olunmaqla 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 yanvar 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 01 il 01 ay 22 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 il 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 03 il müddətə məhrum olunmaqla 02 il 08 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Həmin hökmlə xx.xx.1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 02 il müddətə məhrum olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinrək ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 02 il müddətə məhrum olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq qəti olaraq ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 03 il müddətə məhrum olunmaqla 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 yanvar 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 01 il 01 ay 22 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 il 03 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan 03 il müddətə məhrum olunmaqla 02 il 08 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir Hökmə əsasən Təqsirləndirilən şəxs1 vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmasında köməkçi qismində iştirak etmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirib külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyatla (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla 2018-ci ilin yanvar ayından faktiki, 2020-ci ilin yanvar ayının 1-dən icarə müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən “Dünya” ticarət mərkəzində yerləşən ticarət obyektində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə fiziki şəxs qismində məşğul olmaqla başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək səlahiyyətlərinə malik vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 həmin ticarət obyektində yerli və xarici valyutada pul vəsaitlərinin qanunsuz mübadiləsi ilə məşğul olub qazanc əldə edə biləcəklərinə dair məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitlərini əldə edib ona sahiblik edərək təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün də pul vəsaiti almaqla valyuta dəyişməkdən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 1 yanvar 2018- ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddətdə sonuncu ilə birlikdə həmin ticarət obyektində ona və özünə valyuta mübadiləsi məqsədilə müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən və Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1-0,2 faiz əlavə qismində üzərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsusi icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutalarının alqı-satqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, o cümlədən, Şahid21 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dollarından 20 manat, Şahid27 həmin müddət ərzində təqdim etdiyi 10.500 ABŞ dollarından 21 manat, Şahid28 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid26 həmin müddət ərzində təqdim etdiyi 1.800 ABŞ dolları puldan 3,60 manat, 7.200 avro puldan 72 manat, X4 həmin müddət ərzində təqdim etdiyi 60.000 ABŞ dolları puldan 120 manat, X9 həmin müddət ərzində təqdim etdiyi 120.000 manat puldan 240 manat, X7 həmin müddət ərzində təqdim etdiyi 540.000 ABŞ dolları puldan 1.080 manat, Şahid31 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid33 həmin müddət ərzində təqdim etdiyi 180.000 manat puldan 360 manat, Şahid34 həmin müddət ərzində təqdim etdiyi 250.000 ABŞ dolları puldan 500 manat, Şahid35 həmin müddət ərzində təqdim etdiyi 25.000 manat puldan 50 manat, Şahid36 həmin müddət ərzində təqdim etdiyi 43.000 ABŞ dolları puldan 86 manat, Şahid37 həmin müddət ərzində təqdim etdiyi 2.500 ABŞ dolları puldan 5 manat, Şahid38 həmin müddət ərzində təqdim etdiyi 10.000 avro puldan 100 manat, 30.000 ABŞ dolları puldan 60 manat, Şahid39 Ali oğlunun həmin müddət ərzində təqdim etdiyi 10.000 manat puldan 20 manat, Şahid41 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid43 həmin müddət ərzində təqdim etdiyi 100.000 ABŞ dolları puldan 200 manat, Şahid2 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid4 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid5 həmin müddət ərzində təqdim etdiyi 11.000 avro puldan 110 manat, 1.000 ABŞ dolları puldan 2 manat, Şahid7 həmin müddət ərzində təqdim etdiyi 40.000 ABŞ dolları puldan 80 manat, Şahid8 həmin müddət ərzində təqdim etdiyi 50.000 Rubl puldan 15 manat, Şahid9 həmin müddət ərzində təqdim etdiyi 30.000 ABŞ dolları puldan 60 manat, Şahid10 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid11 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid14 həmin müddət ərzində təqdim etdiyi 600 ABŞ dolları puldan 1,2 manat, Şahid18 həmin müddət ərzində təqdim etdiyi 13.500 avro puldan 135 manat, Şahid19 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid45 həmin müddət ərzində təqdim etdiyi 300 ABŞ dolları puldan 0,6 manat, Şahid13 həmin müddət ərzində təqdim etdiyi 1.900 manat puldan 194 manat, Şahid16 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 30 manat olmaqla, cəmi 3.837,4 manat məbləğində, habelə, eyni qanunsuz fəaliyyəti üzrə 2019-cu ilin fevral ayında 3.327 ABŞ dolları, mart ayında 8.076 ABŞ dolları, aprel ayında 4.428 ABŞ dolları, may ayında 7.733 ABŞ dolları, iyun ayında 9.012 ABŞ dolları, iyul ayında 5.452 ABŞ dolları, avqust ayı üzrə 7.895 ABŞ dolları, sentyabr ayı üzrə 3.097 ABŞ dolları, oktyabr ayı üzrə 3.137 ABŞ dolları, noyabr ayı üzrə 8.754 ABŞ dolları, dekabr ayı üzrə 10.029 ABŞ dolları, həmin il üzrə cəmi 70.940 ABŞ dolları, 2020-ci ilin yanvar ayında 7.685 ABŞ dolları, fevral ayında 5.970 ABŞ dolları, mart ayında 2.793 ABŞ dolları, aprel ayında 2.255 ABŞ dolları, may ayı üzrə 6.427 ABŞ dolları, iyun ayı üzrə 5.536 ABŞ dolları, iyul ayı üzrə 7.997 ABŞ dolları, avqust ayı üzrə 5.760 ABŞ dolları, sentyabr ayı üzrə 7.779 ABŞ dolları, noyabr ayı üzrə 3.040 ABŞ dolları, dekabr ayı üzrə 2.254 ABŞ dolları, həmin il üzrə cəmi 57.496 ABŞ dolları, ümumilikdə 128,436 ABŞ dolları, qeyd edilən dövr üzrə rəsmi məzənnəyə uyğun olaraq cəmi 218.341,2 manat məbləğində gəlir əldə etməklə, ümumilikdə, xx.xx.2018-ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaitinin mübadiləsi üzrə külli miqdarda - cəmi 222.178,6 manat (iki yüz iyirmi iki min bir yüz yetmiş səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nəticəsində vahid niyyətlə gəlir qismində əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxs ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz sahibkarlıqla məşğul olmuş, həmin hərəkətləri ilə vəzifəli şəxs Təqsirləndirilən şəxs2 cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir Təqsirləndirilən şəxs2 qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirib vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyat (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla 2018-ci ilin yanvar ayından faktiki, 2020-ci ilin yanvar ayının 1-dən icarə müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən “Dünya” ticarət mərkəzində yerləşən ticarət obyektində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə fiziki şəxs qismində məşğul olmaqla işçilərin işə götürülməsi və işdən azad edilməsi, müqavilələr bağlanılması və müqavilələrə xitam verilməsi, öhdəliklərə görə cavabdehlik daşınması, fəaliyyətinin digər hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi tanışı Təqsirləndirilən şəxs1 həmin ticarət obyektində yerli və xarici valyutada pul vəsaitlərinin qanunsuz mübadiləsi ilə məşğul olub qazanc əldə edə biləcəklərinə dair məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitlərini əldə edib ona sahiblik edərək təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və Təqsirləndirilən şəxs1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün də pul vəsaiti almaqla valyuta dəyişməkdən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 1 yanvar 2018-ci il tarixdən 8 yanvar 2021- ci il tarixədək olan müddətdə sonuncu ilə birlikdə həmin ticarət obyektində ona və özünə valyuta mübadiləsi məqsədilə müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən və Təqsirləndirilən şəxs1 vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1-0,2 faiz əlavə qismində üzərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsusi icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutaların alqı-satqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, o cümlədən, Şahid21 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dollarından 20 manat, Şahid27 həmin müddət ərzində təqdim etdiyi 10.500 ABŞ dollarından 21 manat, Şahid28 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid26 həmin müddət ərzində təqdim etdiyi 1.800 ABŞ dolları puldan 3,60 manat, 7.200 avro puldan 72 manat, X4 həmin müddət ərzində təqdim etdiyi 60.000 ABŞ dolları puldan 120 manat, X9 həmin müddət ərzində təqdim etdiyi 120.000 manat puldan 240 manat, X7 həmin müddət ərzində təqdim etdiyi 540.000 ABŞ dolları puldan 1.080 manat, Şahid31 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid33 həmin müddət ərzində təqdim etdiyi 180.000 manat puldan 360 manat, Şahid34 həmin müddət ərzində təqdim etdiyi 250.000 ABŞ dolları puldan 500 manat, Şahid35 həmin müddət ərzində təqdim etdiyi 25.000 manat puldan 50 manat, Şahid36 həmin müddət ərzində təqdim etdiyi 43.000 ABŞ dolları puldan 86 manat, Şahid37 həmin müddət ərzində təqdim etdiyi 2.500 ABŞ dolları puldan 5 manat, Şahid38 həmin müddət ərzində təqdim etdiyi 10.000 avro puldan 100 manat, 30.000 ABŞ dolları puldan 60 manat, Şahid39 Ali oğlunun həmin müddət ərzində təqdim etdiyi 10.000 manat puldan 20 manat, Şahid41 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid43 həmin müddət ərzində təqdim etdiyi 100.000 ABŞ dolları puldan 200 manat, Şahid2 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid4 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid5 həmin müddət ərzində təqdim etdiyi 11.000 avro puldan 110 manat, 1.000 ABŞ dolları puldan 2 manat, Şahid7 həmin müddət ərzində təqdim etdiyi 40.000 ABŞ dolları puldan 80 manat, Şahid8 həmin müddət ərzində təqdim etdiyi 50.000 Rubl puldan 15 manat, Şahid9 həmin müddət ərzində təqdim etdiyi 30.000 ABŞ dolları puldan 60 manat, Şahid10 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid11 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid14 həmin müddət ərzində təqdim etdiyi 600 ABŞ dolları puldan 1,2 manat, Şahid18 həmin müddət ərzində təqdim etdiyi 13.500 avro puldan 135 manat, Şahid19 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid45 həmin müddət ərzində təqdim etdiyi 300 ABŞ dolları puldan 0,6 manat, Şahid13 həmin müddət ərzində təqdim etdiyi 1.900 manat puldan 194 manat, Şahid16 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 30 manat olmaqla, cəmi 3.837,4 manat məbləğində,habelə, eyni qanunsuz fəaliyyəti üzrə 2019-cu ilin fevral ayında 3.327 ABŞ dolları, mart ayında 8.076 ABŞ dolları, aprel ayında 4.428 ABŞ dolları, may ayında 7.733 ABŞ dolları, iyun ayında 9.012 ABŞ dolları, iyul ayında 5.452 ABŞ dolları, avqust ayı üzrə 7.895 ABŞ dolları, sentyabr ayı üzrə 3.097 ABŞ dolları, oktyabr ayı üzrə 3.137 ABŞ dolları, noyabr ayı üzrə 8.754 ABŞ dolları, dekabr ayı üzrə 10.029 ABŞ dolları, həmin il üzrə cəmi 70.940 ABŞ dolları,2020-ci ilin yanvar ayında 7.685 ABŞ dolları, fevral ayında 5.970 ABŞ dolları, mart ayında 2.793 ABŞ dolları, aprel ayında 2.255 ABŞ dolları, may ayı üzrə 6.427 ABŞ dolları, iyun ayı üzrə 5.536 ABŞ dolları, iyul ayı üzrə 7.997 ABŞ dolları, avqust ayı üzrə 5.760 ABŞ dolları, sentyabr ayı üzrə 7.779 ABŞ dolları, noyabr ayı üzrə 3.040 ABŞ dolları, dekabr ayı üzrə 2.254 ABŞ dolları, həmin il üzrə cəmi 57.496 ABŞ dolları, ümumilikdə 128,436 ABŞ dolları, qeyd edilən dövr üzrə rəsmi məzənnəyə uyğun olaraq cəmi 218.341,2 manat məbləğində gəlir əldə etməklə,ümumilikdə, xx.xx.2018-ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaitinin mübadiləsi üzrə külli miqdarda - cəmi 222.178,6 manat (iki yüz iyirmi iki min bir yüz yetmiş səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nəticəsində vahid niyyətlə gəlir qismində əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölüb şəxs ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz sahibkarlıqla məşğul olmuş, həmin hərəkətləri ilə cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 mudafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 32.5, 308.1-ci maddələri ilə əməlində cinayət hadisəsi olmaması əsasına görə bəraət hökmü çıxarmağınızı, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən valyutadəyişmə məntəqəsindən götürülmüş 214.751 manat 02 qəpik, 18.436 ABŞ dolları, 16615 avro, 321300 rubl, 165 funtsterlinq, 6290 lari, 475 lirə, 20 dirhəm və 348.000 som məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 qaytarılması, ekspertiza tədqiqatlarının dəyəri olan 265,17 manat (iki yüz altmış beş manat on yeddi qəpik) vəsaitin dövlət büdcəsinə aid edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxış protokolunda baxış keçirilən texniki vasitələrdə müəyyən edilən hesabatların valyutadəyişmə ilə bağlı olduğu mütəmadi olaraq qeyd edilir, lakin hesabatlardakı hansı məlumatlar əsasında həmin hesabatların valyutadəyişmə əməliyyatlarını əks etdirdiyi müəyyən olunmur. Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyində araşdırılan məlumatların valyutadəyişmə fəaliyyəti ilə bağlı olduğu mütəmadi olaraq qeyd edilir, lakin hesabatlardakı hansı məlumatlar əsasında həmin hesabatların valyutadəyişmə əməliyyatlarını əks etdirdiyi müəyyən olunmur. Məhkəmə baxışı zamanı elan edilmiş 2019 və 2020-ci illərdə Qalib Pirverdiyev əməliyyatlarını ifadə edən və cinayət işində olan Votsap məlumatları tərəfimizdən araşdırılmış və həmin məlumatların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyində göstərilən məlumatlardan fərqli olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssislər araşdırarkən Votsap yazışmalarında müxtəlif tarixlərdə qeyd edilmiş əməliyyatların bir qisminin “düzəliş" məlumatları olmasına əhəmiyyət vermədən, hər iki məlumatları hesablamışlar və bu əhəmiyyətli dərəcədə fərq edir. Bu ziddiyyət ixtisaslı biliyə malik mütəxəssis tərəfindən araşdırılmalı və yenidən hesablama aparılmalıdır. Habelə, Votsap yazışmalarını mətnindən təsvir olunan əməliyyatların valyuta mübadiləsi əməliyyatları olduğu müəyyən edilmir, belə ki təsvir edilən əməliyyatlar yalnız dollarla aparılmış əməliyyatlardır və həmin əməliyyatlarda Təqsirləndirilən şəxs1 valyuta mübadiləsini həyata keçirdiyi müəyyən olunmur. Habelə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi hökmdən görünür ki, 31 şəxslə əlaqədar Təqsirləndirilən şəxs1 ABŞ dollan- Azərbaycan manatı valyuta mübadiləsi zamanı əldə etdiyi gəlir 0,002 manat (verilən ittihama müvafiqdir) olmuşdur. Göstərilən əməliyyatın valyuta mübadiləsi əməliyyatı olduğuna şübhə yaradır. Əgər həmin əməliyyat valyuta mübadiləsi əməliyyatı olmuş olsa idi, o halda 0,002 faiz hesabı ilə Təqsirləndirilən şəxs1 gəliri 19169,16 manat təşkil edə bilərdi. Məhkəmə-mühasibatlıq ekspertizanın xx.xx.2020-ci il tarixli 9/4438 nömrəli rəyindən görünür ki, rəy Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyindən dəqiq köçürmədir. Hər iki sənədin müqayisəsindən görünür ki, məhkəmə mühasibat eksperti hər hansı tədqiqat aparmadan rəy vermişdir ki, bu da "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Cinayət işinin istintaq materiallarında iş üzrə məhkəmə mühasibatlıq ekspertizasını aparmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin aparıcı eksperti X1 yoxlanılması - məhkəmə eksperti şəhadətnaməsinə malik olması, məhkəmə ekspertləri reyestrinə daxil edilməsi barədə hər hansı məlumat/sənəd yoxdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanuna əsasən, məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edilməmişdirsə və ya Dövlət Reyestrinə daxil olmayan metoddan istifadə əsaslandırılmamışdırsa, ekspertin səlahiyyətlərini təsdiq edən şəhadətnamə cinayət işində yoxdursa, ekspert səlahiyyəsiz, ekspert rəyi əsassız və qanunsuz hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan, o cümlədən cinayət işinin materiallarından görünür ki, bu yolla o, 31 nəfər ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən və Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1- 0,2 faiz əlavə qismində üzərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsusi icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutalarının alqı-satqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, cəmi 3.837,4 manat məbləğində gəlir əldə etmişdir. Hazırkı şikayətin 8-ci bəndində hökmdə müəyyən olunanlara əsasən tərtib edilmiş cədvəldən görünür ki, əldə edilən gəlir hökmdə göstərilən kimi 0,1-0,2 faiz deyil, ABŞ dolları mübadiləsində 0.002%, avro mübadiləsində 0,01%, manat mübadiləsində 0,002%, rubl mübadiləsində 0,0003% olmuşdur. Bu isə məhkəmənin işdə araşdırılan faktlara əsasən deyil, səhv olaraq ittihamda göstərilənlərə əsasən nəticəyə gəldiyi görünür. Baxmayaraq ki, müdafiiə nitqiqndə qeyd edilən faktlar bir-bir araşdırılmışdır. Hazırkı şikayətin 8-ci bəndində hökmdə müəyyən olunanlara əsasən tərtib edilmiş cədvəldən görünür ki, əldə edilən gəlir ittihamda göstərilən kimi 0,1-0,2 faiz deyil, 0,0079-0,0513% intervalında olmuşdur. Habelə ittihamın ikinci hissəsində təsvir olunan guya gəlir əldə olaraq əldə edilmiş 222.178,6 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 Votsap yazışmaları əsasında müəyyən edilmiş, yazışmalarda “xeyir” sözü qarşısındakı rəqəm mütəxəssislər tərəfindən hesablanmaqla müəyyən edilmişdir. Votsap yazışmalarından göründüyü kimi, yazışmalarda yanız ABŞ dolları ilə olan əməliyyatlardan bəhs edilir və xeyir yalnız ABŞ dolları ilə qeyd olunur. Bu halda, məhkəmənin hökmündə əldə olunan gəliri valyuta mübadiləsi əməliyyatı ilə bağlaması dəlilsiz və mənticsizdir. 222.178,6 manat pul vəsaitinin əldə olunması ilə bağlı əməliyyat Təqsirləndirilən şəxs1 və məhkəmə şahid qismində dindirilən metal satan şirkətlərin nümayəndələri tərəfindən metal satışı ilə əlaqədar həmin şirkətlərin metal satan şəxslərdən aldıqları metala görə Təqsirləndirilən şəxs1 ona verilmiş vəsaitlərin paylanması əməliyyatı kimi təsvir edilmişdir. Məhkəmədə araşdırılan şahid ifadələrindən də görünür ki, təsvir edilən əməliyyatlar valyuta mübadiləsi əməliyyatları deyildir. Belə ki, şahidlər ifadələrində xaricə satdıqları metalın dəyərinin onların hesabına xarici valyutada daxil olmasını, həmin pul vəsaitlərinin bir hissəsinin bankdan çıxarılaraq Təqsirləndirilən şəxs1 təqdim edildiyini və Təqsirləndirilən şəxs1 isə təqdim olunan pul vəsaitini metal qırıntısı toplayaraq metal əridən şirkətlərə satdıqları metala görə həmin şəxslərə onların əvəzinə ödəniş etdiklərini bildirmişlər. Bu fəaliyyət valyuta mübadiləsi üzrə fəaliyyət deyildir. Belə ki, şirkətlərin bankdan ölkə daxilində ödəniş etmək üçün valyuta götürmək hüquqları yoxdur. Məhkəmədə araşdırılmış sübutlardan Qalio Nuhiyevin təqsirli bilindiyi 222.178,6 manat məbləğində pul vəsaitini valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə etməsi sübuta yetirilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 222.178,6 manat pul vəsaitinin qanunsuz yolla əldə edilməsi barədə verilən ittiham əsassızdır. Belə ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyatla (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin anlamından vergi ödəyən rezidentdir. Məhkəmə hökmünün əsasını təşkil edən sübutlar sırasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valyuta mübadiləsi əməliyyatları nəticəsində 222.178,6 manat pul vəsaitinin qanunsuz yolla əldə edilməsi barədə verilən ittihamın sübutları yoxdur. Sübutlar yalnız Təqsirləndirilən şəxs1 elektron daşıyıcılarda müəyyən edilən hesabatlarıdır. Həmin hesabatlar ABŞ dolları ilə qeyd edildikdən, habelə hesabatlarda konkret mədaxil, konkret şəxslərə məxaric əməliyyatları göstərilmiş, habelə “xeyir" ifadə olunmuş, bu hesabat istintaq tərəfindən müəyyən edilən votsap nömrəsinə göndərilmişdir. Bu əməliyyatların xarakteri onları valyuta mübadiləsi əməliyyatları olmadığına dəlalət edir. Müdafiə tərəf cinayət işini istintaq materiallarında olan və ittihan tərəfinin sübutu olan, məhkəmə-mühasibatlıq ekspertizanın xx.xx.2020-ci il tarixli 9/4438 nömrəli rəyi ilə guya araşdırılmış votsap yazışmalarının məhkəmə araşdırılmasına nail olmasına baxmayaraq, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına nail ola bilməmiş, məhkəmə araşdırdığı bu sənədlərə yekun hökmündə qiymət verməmişdir. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 mudafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs2 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin tövsifində istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöoəsinin 09 mart 2021-ci il tarixli rəyindən görünür ki, götürülmüş planşetdə olan yazışmalarda “xeyir” kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Təqsirləndirilən şəxs1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 70 940,00 ABŞ dolları, 2020-ci il 57 496,00 ABŞ dolları, ümumilikdə isə 128 436 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən dövrdə Mərkəzi Bankın məzənnəsinə görə orta hesabla 1 ABŞ dollarının 1.70 manat təşkil etdiyi nəzərə alınarsa, götürülmüş planşetdə olan yazışmalarda gəlir kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Təqsirləndirilən şəxs1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 120 598 manat, 2020-ci il üzrə 97 743,20 manat olmaqla, ümumilikdə isə 218 341,20 manat təşkil etmişdir. İş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və pul mübadilə edən şəxslər konkret tarixləri göstərmədiklərindən 3837,40 manat pul vəsaitinin mübadiləsini illər üzrə müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 və onun valyuta mübadiləsini həyata keçirdiyi 31 şəxsin ifadəsi, 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən məlumatlar əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222 178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9350,0 manat xərclər çıxılandan sonra, qalan 212 828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Araşdırmaya cinayət işinin digər materialları təqdim edilmədiyindən, habelə 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən məlumatlarda olan digər məbləğlər istintaq zamanı dəqiqləşdirilmədiyindən, həmin materiallar və məlumatlar araşdırma predmeti olmamışdır. Məhkəmə baxışı zamanı elan edilmiş 2019 və 2020-ci illərdə Qalib Pirverdiyev əməliyyatlarını ifadə edən və cinayət işində olan Votsap məlumatları onun tərəfindən araşdırılmış və həmin məlumatların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyində göstərilən məlumatlardan fərqli olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssislər araşdırarkən Whatsapp yazışmalarında müxtəlif tarixlərdə qeyd edilmiş əməliyyatların bir qisminin düzəliş məlumatları olmasına əhəmiyyət vermədən, hər iki məlumatları hesablamışlar və nəticədə bu əhəmiyyətli dərəcədə fərq təşkil etmişdir. Bu ziddiyət ixtisaslı biliyə malik mütəxəssis tərəfindən araşdırılmalı və yenidən hesablanma aparılmalı idi. Habelə, Whatsapp yazışmalarının mətnindən təsvir olunan əməliyyatların valuya mübadiləsi əməliyyatları olduğu müəyyən edilmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 222.178,6 manat pul vəsaitinin qanunsuz yolla əldə edilməsi barədə verilən ittiham əsassızdır. Belə ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyatla (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin anlamından vergi ödəyən rezidentdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 222.178,6 manat (müdafiə tərəfi bu məbləğin miqdarını mübahisələndirir) pul vəsaiti xidmət göstərməklə əldə edilmişdir, bu fəaliyyətlərin həyata keçirilməsi üçün hər hansı xüsusi razılıq (lisenziya) tələb olunmur. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 həmin vəsaiti Təqsirləndirilən şəxs2lə əlbir fəaliyyəti nəticəsində əldə etdiyi nəticəsinə gəlmişdirsə, o zaman həmin vəsait vergi ödəmə obyekti olan gəlirdir və Təqsirləndirilən şəxs2 vergi hesablandığı təqdirdə o həmin vergini ödəməlidir Məhkəmə istintaqı zamanı sübutların tədqiq edilməsi prosesində Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməllərini törətməsi xüsusatı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, birinci instiansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 349 və 351-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla, əslində Təqsirləndirilən şəxs2 təqsirini sübut edəcək dəlillər olmadan, məhkəmə istintaqı zamanı tədqiq edilən deyil, ibtidai istintaq zamanı toplanmış materiallar əsasında hökm çıxarmışdır. Hökmdən narazı qalan Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 192.2.2 və 32.5, 308.1-ci maddələri, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 192.2.2 və 308.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 mart 2022- ci il tarixli hökmü onlara əsas cəzanın təyin edilməsinə dair hissədə dəyişdirilərək, hər birinə cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər həmin cinayəti qabaqcadan əlbir olub bir qrup şəxs halında törətdikləri üçün onlara Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəza təyin edilməli idi. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddənin tələblərini nəzərə almadan işin faktiki halları və şəxsiyyətləri ilə uyğun olmayan yüngül cəza təyin etmişdir. qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan cinayəti törətməsi sübuta yetirilsə də onlar əməllərini etiraf etməmişlər. Həmçinin, məlum olduğu kimi, sahibkarlıq fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş çərçivədə aparılmadıqda, dövlət nəzarətindən kənarda qaldıqda ictimai təhlükəli xarakter alır və dövlətin, cəmiyyətin və ayrı-ayrı şəxslərin mənafeyinə ziyan vurmaq təhlükəsi yaradır. Şəxs müvafiq normativ aktların tələblərinə məhəl qoymayaraq belə fəaliyyətlə məşğul olduğundan onun əməli kriminal hesab edilir. Bütün sivil cəmiyyətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da ölkədə maddi nemətlərin bolluğunun yaradılmasının təmin edilməsi, sahibkarlıq fəaliyyətinə, dövlətin iqtisadi münasibətlərinin şəffaflığına və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi prosedurlar üzrə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində dövlətin və cəmiyyətin mənafeləri qanunlarla və normativ hüquqi aktlarla qorunmaqdadır. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin sadalanan əməlləri ilə həmin qanunlarla və normativ hüquqi aktlarla təsbit edilmiş ümumi məcburi rəftar qaydalarının tələblərinin ciddi şəkildə pozulması isə cəmiyyətin və dövlətin həmin mənafelərinə mühüm zərər vurulması kimi dəyərləndirilməlidir. Göründüyü kimi, məhkəmənin nə cinayətin xarakterinə, nə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətinə uyğun olmayan azadlığın məhdudlaşdırılması cəzası təyin edərək onları həbsdən azad etməsi qərarına gəlməsi işin obyektiv hallarına uyğun deyil. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə məhkumun müdafiəçisinin apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən X5 ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş təqsirləndirilən şəxs X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 8 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Ziya Binyadov prospekti, 110/3 ünvanında yerləşən valyuta dəyişmə mətəqəsidir. Baxışa başlamamışdan əvvəl Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı əsasında keçirilən əməliyyat tədbiri ilə əlaqədar Şahid50 əvvəlcədən 860 AZN verilərək və üzərinə xüsusi videoçəkiliş qurğusu quraşdırılıb baxış keçirilən valyuta dəyişmə məntəqəsinə göndərilmiş, sonuncu həmin valyuta məntəqəsində qeyd olunan 860 manatı Təqsirləndirilən şəxs1 təqdim edib birini 172 AZN qarşılığında, “PB 38095427 C” “PB 38095426 C”, “PB 38095425 C”, “MH 57500912 A” və “LF92120702 J” seriyalı 100 $ əskinasında 5 ədəd 500 ABŞ dolları almışdır. Qeyd olunan valyuta dəyişmə məntəqəsinə baxış keçirilən zaman “PB 38095427 C” “PB 38095426 C”, “PB 38095425 C”, “MH 57500912 A” və “LF92120702 J” seriyalı 500 ABŞ dolları Şahid50 tərəfindən könüllü olaraq əməliyyatçılara təqdim olundu və götürülüb müvafiq qaydada qablaşdırılmaqla, protokola əlavə edildi. Qeyd olunan obyektin giriş qapısı dəmir materialdan olmaqla, çöl tərəfə açılır. Həmin qapıdan içəri daxil olan zaman arakəsmə vasitəsi ilə otağın iki hissəyə ayrıldığı müəyyən edildi. İki hissəyə ayrılmış otağın sahəsi 4x4 metr olmaqla, 16 kv.m-dir. Otağın bir hissəsində əl çantaları, saatlar və ətirlər mövcuddur. Əl çantaları və saatlar giriş qapısı ilə üzbəüz və sağ tərəfdə olan divara bitişik dörd etaplı taxta rəflərə nizamlı formada düzülmüş, ətirlər isə şüşə nablarda olmaqla, giriş qapısından sol tərəfdə divara bitişik üç etaplı rəflərə düzülmüşdür. Otağın həmin hissəsində rəflərin üzərində satış üçün nəzərdə tutulmuş hesablayıcı, çərəkə də vardır. Baxışa başlayan zaman əl çantaları satılan hissədə, şüşə arakəsmənin yanında bir nəfər şəxsin olduğu müəyyən edildi, həmin şəxs özünü təqdim edərək xx.xx.1989-cu il təvəllüdlü Şahid49 olduğunu, müştəri kimi özünəməxsus 8600 manat məbləğdə pulu valyuta dəyişmə məntəqəsini işlədən Təqsirləndirilən şəxs1 verərək 100 ABŞ dollarını 170 AZN qarşılığında dəyişdiyini və ümumilikdə Qalib Nuriyevin ona 5000 ABŞ dolları satdığını bildirdi. Şahid49 könüllü olaraq üzərindəki 5000 ABŞ dolları təqdim etdi və hər biri 100 ABŞ dolları əskinasında olan 5000 ABŞ dolları götürülərək müvafiq qaydada qablaşdırılıb protokola əlavə edildi. Otağın digər hissəsi isə valyuta dəyişmə məntəqəsi kimi fəaliyyət göstərir, valyuta dəyişmə məntəqəsinin arakəsmə hissəsində qalın şüşə qoyulmaqla, alt hissəsindən pulun alınıb verilməsi üçün iki ayrı xüsusi yer hazırlanmışdır. Şüşə materiallı arakəsmənin dörd tərəfi divar ilə əhatələnir və tünd qəhvəyi rənglə boyanmışdır. Şüşə arakəsmənin aşağı hissəsində, divara bitişik 20 sm enində bir ədəd rəf vardır, rəfin üzərinə isə yan yana üç ədəd hesablayıcı qoyulmuşdur, valyuta dəyişmə məntəqəsinə giriş yerdən tavana qədər qara rənglə boyanmış dəmir materiallı məhəccərlə əhatələnmiş, eyni zamanda qapının özüdə məhəccər formasındadır, içəriyə doğru açılır, arxa tərəfdən qıfılbənd ilə kilidlənmişdir. Qeyd olunan giriş hissəsinin məhəccərli qapısı bağlı olduğundan içəridə olan adları sonradan məlum olan Təqsirləndirilən şəxs1, Şahid40 və Şahid46 baxışın məqsədi izah olundu və qapının açılması tələb edildi. Bundan sonra, Təqsirləndirilən şəxs1 bağlı olan qapının qıfılbəndini açar ilə açdı və həmin hissəyə daxil olundu. Valyuta dəyişmə otağının özü isə iki hissəyə bölünməklə, giriş hissəsi yardımçı otaq kimi istifadə edilir. Təqsirləndirilən şəxs1 özünü təqdim edərək valyuta dəyişmə fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan valyuta dəyişmə məntəqəsini icarə əsasında işlətdiyini, lakin valyuta dəyişmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya və icazəsinin olmadığını, eləcə də hər hansı bir icarə müqaviləsi bağlamadığını bildirdi. Valyuta məntəqəsində axtarış zamanı giriş qapısının sağ tərəfində olan dəmir seyfin alt və üst hissəsindən sellofan torbalarda olan 10, 20 və 50 qəpik əskinasında dəmir pullar aşkar edildi. Qalib Nuriyev həmin pullarında ona məxsus olduğunu bildirdi. Bundan sonra, Qalib Nuriyevin iştirakı ilə aşkar edilmiş bütün valyutalar sayılmağa başlanıldı. Valyuta məntəqəsindən sayılaraq 200 AZN əskinasında 97 ədəd 19400 manat, 100 AZN əskinasında 1205 ədəd 120500 manat, 50 AZN əskinasında 203 ədəd 10150 manat, 20 AZN əskinasında 429 ədəd 8580 manat, 10 AZN əskinasında 14 ədəd 140 manat, 5 AZN əskinasında 460 ədəd 2300 manat, 1 AZN əskinasında 1096 ədəd 1096 manat olmaqla, ümumilikdə 162.166 manat, 100 $ əskinasında 165 ədəd 16500 ABŞ dolları, 20 $ əskinasında 2 ədəd 40 ABŞ dolları, 10 $ əskinasında 9 ədəd 90 Abş dolları, 5 $ əskinasında 11 ədəd 55 ABŞ dolları, 1 $ əskinasında 111 ədəd 111 ABŞ dolları olmaqla, ümumilikdə 16796 ABŞ dolları, 500 EURO əskinasında 18 ədəd 9000 avro, 200 EURO əskinasında 36 ədəd 7200 avro, 100 EURO əskinasında 3 ədəd 300 avro, 50 EURO əskinasında 2 ədəd 100 avro, 5 EURO əskinasında 3 ədəd 15 avro olmaqla, ümumilikdə 16615 avro, 5000 rubl əskinasında 55 ədəd 275000 rubl, 2000 rubl əskinasında 4 ədəd 8000 rubl, 1000 rubl əskinasında 36 ədəd 36000 rubl, 500 rubl əskinasında 2 ədəd 1000 rubl, 200 rubl əskinasında 2 ədəd 400 rubl, 100 rubl əskinasında 8 ədəd 800 rubl, 50 rubl əskinasında 2 ədəd 100 rubl olmaqla, 321300 rubl, 50 funt əskinasında 3 ədəd 150 funt, 10 funt əskinasında 1 ədəd 10 funt, 5 funt əskinasında 1 ədəd 5 funt olmaqla ümumilikdə 165 funt, 100 lari əskinasında 47 ədəd 4700 lari, 50 lari əskinasında 18 ədəd 900 lari, 20 lari əskinasında 24 ədəd 480 lari, 10 lari əskinasında 8 ədəd 80 lari, 5 lari əskinasında 26 ədəd 130 lari olmaqla, ümumilikdə 6290 lari, 100 lirə əskinasında 4 ədəd 400 lirə, 50 lirə əskinasında 1 ədəd 50 lirə, 20 lirə əskinasında 1 ədəd 20 lirə, 5 lirə əskinasında 1 ədəd 5 lirə olmaqla, 475 lirə, 5 dirhəm əskinasında 4 ədəd 20 dirhəm aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılmaqla, protokola əlavə olundu. Bundan başqa, 10 qəpik əskinasında 1405 ədəd 140 manat, 50 qəpik, 20 qəpik əskinasında 1875 ədəd 375 manat, 50 qəpik əskinasında 2772 ədəd 1386 -anat, 5 qəpik əskinasında 132 ədəd 6,6 manat, 3 qəpik əskinasında 4 ədəd 12 zəpik olmaqla, ümumilikdə 1905 manat 22 qəpik aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. Həmçinin, 50 AZN əskinasında 4 ədəd 200 manat, 20 AZN əskinasında 2 ədəd 40 manat, 1 AZN əskinasında 21 ədəd 21 manat olmaqla, ümumilikdə 261 nanat, 100 $ əskinasında 10 ədəd 1000 ABŞ dolları, 50 $ əskinasında 12 ədəd 300 ABŞ dolları, 20 $ əskinasında 2 ədəd 40 ABŞ dolları olmaqla, ümumilikdə 1640 ABŞ dolları aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılaraq orotokola əlavə olundu. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin pullar köhnə pullardır və istifadə olunmur. Eyni zamanda, üzərinə “Qalib *** *** ** **” yazısı olan 4 ədəd vizitkart aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. Baxış zamanı valyuta dəyişmə məntəqəsinin şüşə ilə əhatə olunan hissəsindəki rəflərin üzərində hər biri 12 vərəqdən ibarət olan, üzlük hissəsi açıq yaşıl rəngli, içərisində müxtəlif rəqəmlər və adlardan ibarət əlyazmalar olan açıq dörd ədəd dəftər, eyni zamanda aşağı hissəsinə “Topaz”, üzərində müxtəlif rəqəmlər qeyd edilmiş 10 ədəd vərəq aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirdi ki, qeyd olunan dəftərlərdə və vərəqlərdə olan əlyazmalar ona məxsus olmaqla, müxtəlif şəxslərə borc olaraq verdiyi pulların, eləcə də alacaqlarının qeydiyyatını özündə əks etdirir. Baxış zamanı gələcəkdə araşdırma üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq mütəxəssis Yusif Ağazadə tərəfindən təhlükəsizlik kamerasina aid olan üzərində “Model No.:NVR-6104A 12V/2.6A”, “Model: SEDVR-6316TA X14 System H.264 Video Compression SYSTEM: Pal POWER:DC 12V 2A”, “Model: XHR- XM8EA” yazılar olan aparatlar və bir ədəd adabtr götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. Baxış zamanı 17 ədəd açar gələcəkdə araşdırma üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. Valyuta dəyişə məntəqəsinin şüşəarakəsməsində yazı olan hissəsi çöl tərəfə qoyulmuş çərçivəyə salınan üzəri plasmas olan lövhə aşkar edildi. Təqsirləndirilən şəxs1 həmin lövhədəki yazıları özünün yazdığını, günlük valyuta məzənnələrini qeyd etdiyini bildirmişdir. Həmin lövhənin üzərinə 1, + 15 $ 1.72, 2,1 avro işarəsi 2,114, 0.0223 02.26, 2.33 F-37, 0.215 Tl 0.225" yazıları markerlə yazılmışdır. Qeyd olunan lövhə götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olundu. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyat (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 6 ünvanda yerləşən "xxxx" MMC-nin direktoru Şahid1 ilə icarəyəgötürən Təqsirləndirilən şəxs2 (VÖEN **********) arasında ümumi sahəsi 8 kv metr olan sahənin xx.xx.2021-ci il tarixədək icarəyə götürülməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, 2 Bünyadov prospekti 110/3 ünavanında yerləşən ərzaq mağazasına, həmin mağazaya bitişik vəziyyətdə olan anbara və santexnika mallarının satışını həyata keçirən “1002 Xırdavat” adlı obyektin arxa hissəsinə baxış keçirtmiş və müəyyən edilmişdir ki, sözügedən ərzaq mağazasına giriş boz rəngli dəmir qapıdandır. Ərzaq mağazasına daxil olduqda sol yan tərəfdə satış məqsədilə nəzərdə tutulmuş su məhsulları üçün istifadə olunan soyuducuların baş tərəfində boz rəngli dəmir seyf, seyfin üzərində isə “Samsung SN-211” markalı ağ rəngli Tablet 3 və tünd göy rəngli “Samsung J2” markalı mobil telefon aşkar edildi. Ərzaq mağazasının sahibi Şahid51 həmin dəmir seyfin və onun üzərində olan “Samsung SN-211” markalı ağ rəngli Tablet 3-ün, tünd göy rəngli “Samsung J2” markalı mobil telefonun pul valyutalarının dəyişdirilməsi ilə məşğul olan Qalib adlı şəxsə məxsus olduğunu və onun xahişi ilə mağazaya qoyulduğunu bildirdi. Seyf açıldıqda onun içərisindən hər birində 100 ədəd olmaqla sarı rəngli rezinlə bağlanmış beş paçka 100 manatlıq əskinaslar, ağ-qırmızı və ağ-göy rəngli iki ədəd sellofan torba aşkar edildi. Ağ-qırmızı rəngli sellofan torba açıldıqda onun içərisində pərakəndə formada yığılmış Özbəkistan Respublikasının milli valyutası olan 347 ədəd 1000 somluq əskinaslar, bir ədəd yarı bölünmüş vəziyyətdə olan 1000 somluq əskinas və bir ədəd 100 manatlıq əskinas, ağ-göy rəngli sellofan torba açıldıqda isə “Hikvision” markalı bir ədəd DVR aşkar edildi. Bundan başqa baxış zamanı ərzaq mağazasının yan tərəfində olan anbara boz rəngli dəmir qapıdan daxil olub düz isqamətdə təxminən 5 metr getdikdən sonra sol tərəfdə yerləşən otağın baş tərəfində yanaşı vəziyyətdə boz rəngli iki ədəd dəmir seyf, sol tərəfdə yerləşən masanın üzərində isə “Dors” markalı pul əskinaslarını sayan cihaz aşkar edildi. Sağ tərəfdə yerləşən seyf açıldıqda onun içərisindən iki ədəd idman aləti, sol tərəfdə yerləşən seyf açıldıqda isə ağ rəngli sellofan torbanın içərisindən dağınıq vəziyyətdə 50 manat 70 qəpik dəyərində 507 ədəd 10 qəpiklik, 245 manat 60 qəpik dəyərində 1228 ədəd 20 qəpiklik, 19 manat 50 qəpik dəyərində 39 ədəd 50 qəpiklik, ümumilikdə 315 manat 80 qəpik dəyərində qəpik pullar aşkar edildi. Baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən başqa heçnə aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən “Samsung SN-211” markalı ağ rəngli Tablet 3, “Samsung J2” markalı mobil telefon, “Hikvision” markalı bir ədəd DVR, “Dors” markalı pul əskinaslarını sayan cihaz, hər birində 100 ədəd olmaqla sarı rəngli rezinlə bağlanmış beş paçka 100 manatlıq əskinaslar, Özbəkistan Respublikasının milli valyutası olan 347 ədəd 1000 somluq əskinaslar, bir ədəd yarı bölünmüş vəziyyətdə olan 1000 somluq əskinas və bir ədəd 100 manatlıq əskinas, 50 manat 70 qəpik dəyərində 507 ədəd 10 qəpiklik, 245 manat 60 qəpik dəyərində 1228 ədəd 20 qəpiklik, 19 manat 50 qəpik dəyərində 39 ədəd 50 qəpiklik, ümumilikdə 315 manat 80 qəpik dəyərində qəpik pullar götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 12 yanvar 2021ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X13 icraatında olan ********* nömrəli cinayət işi üzrə 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 110/3 ünvanda yerləşən ərzaq mağazasına baxış zamanı boz rəngli dəmir seyfin üzərindən götürülmüş Samsung Galaxy SM-211 Tab3 markalı ağ rəngli mobil telefon aparatına baxış keçir və müəyyən etmişdir ki, həmin mobil telefon aparatı “Samsung Galaxy SN-211 Tab3” markalı, ağ rənglidir, kifayət qədər istifadə olunmuş, sönülü vəziyyətdədir, korpusunun uzunluğu 18 sm, eni 11 sm, qalınlığı 1 sm-dir, telefonun üst hissəsində 01 ədəd qulaqlıq üçün nəzərdə tutulmuş diametri 3.5 mm olan keçid, alt hissəsində adapter üçün nəzərdə tutulmuş USB keçidi vardır. Mobil telefon aparatının korpusunun arxasında kamera, üzərində “Samsung” yazısı var. Arxa qapaq açıldıqdan sonra mobil telefon aparatının korpusunun arxasında “SM-T211 FPCB “REV.A SKYCROSS, 13120 yazıları görünür, Mobil telefon aparatı olan planşetin “İMEİ kodu 1 **********81763” saylıdır. Mobil telefonda sim kart yoxdur. Mobil telefon aparatının sağ tərəfdə yerləşən yuxarıdan birinci düyməni 3-4 saniyə basılı saxladıqdan sonra mobil telefon aparatının ekranında əvvəlcə “Samsung” daha sonra isə “Samsung Galaxy Tab3” sözləri görünür. Mobil telefonun tarixi real tarixə saatı isə real saata uyğundur. Mobil telefonun menyusu azərbaycan dilindədir. Bundan sonra “Menyu”-“Mesajlar” qovluğuna daxil olundu və hər hansı bir mesaj olduğu müəyyən olunmadı. Kontanktlar qovluğunda cəmi 2 nəfər Elnure və İSM Met adı ilə qeyd olunmuş şəxslərin mobil nömrələri qeyd olunmuşdur. Bundan sonra mobil telefonun Whatsap qovluğuna daxil olundu və **********61 saylı mobil nömrə ilə yazışmaların olduğu müəyyən olundu. Həmin yazışmaların mətnində valyutadəyişmə ilə bağlı hesabatın aparıldığı görünür və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddəti əhatə edir. Həmin yazışmalardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1lə istintaqa məlum olmayan şəxs arasında pul məbləğlərinin hesabatı aparılır və «Salam açotu yaz» sözləri yazıldıqdan sonra valyutadəyişmə zamanı istifadə olunan pulların hesablanması həyata keçirilir. Həmin məlumatlar istintaq əhəmiyyəti kəsb etdiyindən 31 vərəqədə printerdən çap edilərək protokola əlavə edildi. Bundan başqa mobil telefonun Whatsap qovluğuna baxış zamanı **********1 saylı mobil nömrə ilə yazışmaların olduğu müəyyən olundu. Həmin yazışmaların mətnində də valyutadəyişmə ilə bağlı hesabatların aparıldığı görünür və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddəti əhatə edir. Həmin yazışmalardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1lə istintaqa məlum olmayan şəxs arasında pul məbləğlərinin hesabatları aparılır və «Salam açotu yaz» sözləri yazıldıqdan sonra valyutadəyişmə zamanı istifadə olunan pulların hesabatı aparılır. Həmin məlumatlar istintaq əhəmiyyəti kəsb etdiyindən 9 vərəqədə printerdən çap edilərək protokola əlavə edildi. Bundan başqa mobil telefonun menyusundan «Qalereya» qovluğuna daxil olundu və «Whatsapp images» qovluğunda müxtəlif günlərdə valyutadəyişmə fəaliyyəti ilə bağlı olan hesabatların fotoşəkilləri müəyyən olundu. Həmin şəkillərdə 2018 və 2019-cu ilin müəyyən tarixlərində valyutadəyişmə fəaliyyəti ilə bağlı olan hesabatların olduğu müəyyən edildi. Həmin fotoşəkillər istintaq əhəmiyyəti kəsb etdiyindən 20 vərəqədə printerdən çap edilərək protokola əlavə edildi. Bundan sonra mobil telefonda olan digər qovluq və proqramlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Mobil telefonda istintaq əhəmiyyəti kəsb edən məlumatlar 02 ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edildi. İş materiallarında Azərbaycan Respublikası Mərkəzi Bankının 04 fevral 2021-ci il tarixli 16-00277-2121 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 valyuta mübadiləsi fəaliyyətlərinin həyata keçirilməsi üçün icazə (lisenziya) verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 05 fevral 2021-ci il tarixli **********748000 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda deyil. Təqsirləndirilən şəxs2 isə xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) kimi vergi uçotuna alınmışdır. Hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 5/46 saylı sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş beş ədəd “PB 38095427 C” “PB 38095426 C”, “PB 38095425 C”, “MH 57500912 A” və “LF92120702 J” nömrəli və əlli ədəd MA 66163090A, MA 66163076A, MA 66163078A, MA 66163093A, LF 24302572 İ, MB 06024265 S, LG 61191665 E, LB 49539350 H, LL 75024852 C, LB 18462423J, LG12668607 E, MF 38283266 C, LE 02825397 D, PB 10057547 B, LB 81359172 N, Ll 20642615 A, LL 74053850 F, MF 04815644 F, MG 46642063 B, LB 02736774 C, MA 64980008 A, MA 64980009 A, MA 64980010A, ML 22474248 F, MB 31807470 S, MC 37682566 A, MC 01226667 A, ML 25875139 F, ML 25875140 F, ML 25875127 F, ML 25875128 F, LL 64411812 F, MB 07659078 F, MF 81142584 E, LB 87197314 T, MB 67258523 M, MH 57814991 A, MA 66163091 A, MA 66163087 A, MB 63873178 R, MF 26069897 E, MA 66163088 A, MB 63873370 R, ML 22474156 F, MB 63250299 İ, ML 22474244 F, LB 02736773 C, HD 04341601 B, KB 94836469 Q, HG 48159624 B nömrəli 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 manat təşkil edir. İş materiallarında olan “Pulun depozit hesaba verilməsi haqqında” 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Şahid49 götürülmüş 50 (əlli) ədəd 100 (yüz) ABŞ dolları nominallı pul əskinasları, ümumilikdə 5000 ABŞ dolları Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyindən görünür ki, götürülmüş planşetdə olan yazışmalarda “xeyir” kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Təqsirləndirilən şəxs1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 70940,00 ABŞ dolları, 2020-ci il 57496,00 ABŞ dolları, ümumilikdə isə 128436 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən dövrdə Mərkəzi Bankın məzənnəsinə görə orta hesabla 1 ABŞ dollarının 1.70 manat təşkil etdiyi nəzərə alınarsa, götürülmüş planşetdə olan yazışmalarda gəlir kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Təqsirləndirilən şəxs1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 120598 manat, 2020-ci il üzrə 97743,20 manat olmaqla, ümumilikdə isə 218341,20 manat təşkil etmişdir. İş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və pul mübadilə edən şəxslər konkret tarixləri göstərmədiklərindən 3837,40 manat pul vəsaitinin mübadiləsini illər üzrə müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 və onun valyuta mübadiləsini həyata keçirdiyi 31 şəxsin ifadəsi, 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən məlumatlar əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222 178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9350,0 manat xərclər çıxılandan sonra, qalan 212 828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Araşdırmaya cinayət işinin digər materialları təqdim edilmədiyindən, habelə 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən məlumatlarda olan digər məbləğlər istintaq zamanı dəqiqləşdirilmədiyindən, həmin materiallar və məlumatlar araşdırma predmeti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 5/191 saylı kompyuter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş "H.264 X14" markalı "SEDVR-6316TA" modelli "S/N **********0891" seriya nömrəli 16 kanallı "DVR" tipli cihazda olan saat göstəricisinin real saatdan 10 dəqiqə əvvəl olması və yaddaşında kamera 09 vasitəsilə valyuta dəyişmə məntəqəsinin içərisində qeyd alınmış xx.xx.2021-xx.xx.2021-ci il zaman intervalına aid videogörüntüləri müəyyən edildi, həmin videogörüntülər bir ədəd xarici yaddaş qurğusuna və bir ədəd üzərində "Verbatim" yazısı olan DVD-R diskə köçürülərək hazırkı ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş "HD DVR X14 System" markalı "XHR- XM8EA" modelli "**********0008" seriya nömrəli 8 kanallı "DVR" tipli cihazda olan saat göstəricisinin real saatdan 27 dəqiqə əvvəl olması və yaddaşında olan xx.xx.2021xx.xx.2021-ci il zaman intervalına aid videogörüntülər arasında valyuta dəyişmə məntəqəsinin içərisində qeyd alınmış videogörüntülər müəyyən olunmadı. Təqdim edilmiş "Network HD Video Recorder" markalı "NVR-6104A" modelli "NVR- 6104A000DJ10-005" seriya nömrəli "DVR" tipli cihaz standart prosedurlarla işə salındı və bu zaman həmin cihazın "Menyu" hissəsinə daxil olmaq üçün istifadəçi tərəfindən şifrələrlə mühafizə olunan ekran kilidinin tətbiq edilməsi müəyyən olundu.Təqdim edilmiş "Network HD Video Recorder" markalı "NVR-6104A" modelli "NVR-6104A000DJ10-005" seriya nömrəli "DVR" tipli cihazın daxilindən çıxarılmış "HDD (maqnit informasiya yaddaş daşıyıcısı)" sərt diski "DVR" cihazlarda videogörüntülərin əldə edilməsi üçün nəzərdə tutulmuş "DVR examiner" proqram təminatı tərəfindən tanınmaması səbəbindən həmin yaddaş qurğusunda hər hansı bir videogörüntünün olub-olmaması üzrə tədqiqat işi aparılmadı. 4.Təqdim edilmiş bir ədəd "Hikvision 1TB" markalı "MDL:WD10PURX-78E5EY0" modelli "S/N:WCC4J5ZK7TTP" seriya nömrəli yaddaş qurğusunda müxtəlif markalı "DVR" cihazlarda videogörüntülərin əldə edilməsi üçün nəzərdə tutulmuş "DVR examiner" adlı proqram təminatı vasitəsi ilə tədqiqat işləri aparmaq istədikdə sərt diskdə mövcud olan fayl sisteminin "DVR examiner proqram təminatında dəstəklənməməsi səbəbindən həmin yaddaş qurğusunda hər hansı bir videogörüntünün olub-olmaması üzrə tədqiqat işi aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 manat təşkil edir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, məhkəmə kompyuter texniki ekspetrizasının 01 mart 2021-ci il tarixli 5/191 nömrəli rəyinə əlavə edilmiş, 08 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz işlətdiyi valyutadəyişmə məntəqəsinə baxış zamanı götürülmüş, X14" markalı "SEDVR-6316TA" modelli "S/N **********0891" seriya nömrəli 16 kanallı "DVR" tipli cihazda olan valyuta dəyişmə məntəqəsinin içərisində qeyd alınmış xx.xx.2021xx.xx.2021-ci il zaman intervalına aid videeogörüntülər olan bir ədəd xarici yaddaş qurğusuna və bir ədəd üzərində "Verbatim" yazısı olan DVD-R diskə xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Bir ədəd xarici yaddaş qurğusuna baxış keçirilən zaman «Ekspertiza 5-191» adlı qovluq olduğu müəyyən olunmuş və qovluğa daxil olduqda isə içərisində 145 ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin faylların hər birinə ayrıayrılıqda baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs1 qanunsuz işlətdiyi valyutadəyişmə məntəqəsində qeyd alınmış xx.xx.2021-xx.xx.2021-ci il zaman intervalına aid videeogörüntülərdir. Videogörüntülərə baxış zaman Təqsirləndirilən şəxs1 qanunsuz işlətdiyi valyutadəyişmə məntəqəsinin iki otaqdan ibarət olduğu və dəmir arakəsmə ilə bağlandığı müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 iki nəfər şəxslə birlikdə valyuta mübadiləsi yəni müxtəlif əskinsalarda pulun alqı-satqısı ilə məşğul olduğu, pul sayan cihazda pulları saydığı, bir neçə paçka pulu sayaraq otaqda yerləşən seyfə qoyduğu, sonradan götürərək valyuta mübadiləsini həyata keçirdiyi müəyyən edilmişdir. Diskə baxış zamanı həmçinin, Təqsirləndirilən şəxs1 valyuta mübadiləsi yəni müxtəlif əskinsalarda pulun alqı-satqısı ilə məşğul olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizanın xx.xx.2021-ci il tarixli 9/1320 nömrəli rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan ifadələr, "Samsung Galaxy SM211 Tab3" markalı telefon aparatından (planşet) götürülən "Whatsapp" yazışmaları, həmçinin Təqsirləndirilən şəxs1 xx.xx.2018-xx.xx.2021-ci illəri əhatə edən dövr ərzində faktiki olaraq bank funksiyalarını qanunsuz yerinə yetirərək xarici valyuta əskinaslarının alqı-satqısını həyata keçirməsi nəticəsində əldə etdiyi gəlirin məbləğini müəyyən etmək məqsədilə tərtib edilmiş 09 mart 2021-ci il tarixdə rəyindəki riyazi hesablamaların doğruluğunun, yəni cədvəllərdə göstərilən hər bir qrafaların riyazi hesablanması hazırki ekspertiza ilə təsdiqini tapdığı nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 əldə etdiyi xalis gəlir 212.828,6 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə külli miqdarda gəlir əldə etməklə törədildikdə;cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti sahibkarlıq fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər, habelə dövlətin, ayrı-ayrı təşkilatların və ya vətəndaşların qanunla qorunan mənafeləridir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və araşdırılan sübutlarla Təqsirləndirilən şəxs1 vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmasında köməkçi qismində iştirak edərək, Təqsirləndirilən şəxs2 isə onun köməkçiliyi ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirib vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmaları tam təsdiq olunur. Bu baxımdan, məhkəmə kollegiyası xüsusi müsadirə edilmiş pul vəsaitlərinin təqsirləndirilən şəxslərə qaytarılmasına heç bir əsas görmür və hesab edir ki, həmin vəsaitlər CM-nin 99-1.1.1-ci maddəsinə əsasən, şəxslərin cinayət törədərkən istifadə etdikləri alət (yəni, həmin vəsaitlər cinayətin törədilməsi zamanı istifadə edilmiş və nəticədə məhkum edilmiş şəxslərin külli miqdarda gəlir əldə etməsi ilə nəticələnmişdir.) kateqoriyasına aid olduğundan həmin hissədə də birinci instansiya məhkəməsi mahiyyət etibarilə düzgün və qanuni nəticəyə gəlmişdir, apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 32.5, 308.1-ci maddələri ilə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs1 cəza təyin etmişdir. Apellyasiya protestində məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərəkən cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmaması qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli xarakter və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət kateqoriyasına aidddir, törədilməsi şəraitinə görə heç bir müstəsnalığı ilə fərqlənmir və təqsirkarların şəxsiyyətinə görə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur və Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur, himayəsində 4 azyaşlı uşağı vardır, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur himayəsində 2 azyaşlı uşaqları vardır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq X6 ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya protestinin dəlili kimi göstərdiyi hallar məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar kimi nəzərə alınaraq ona daha ağır cəza təyin edilməsinə əsas ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 32.5, 308.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 308.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 32.5, 308.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 308.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü Məhkum Təqsirləndirilən şəxs1 mudafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 mudafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-956/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-956/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver