Məhkəmə qərarları › İş №1(103)-968/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-968/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-968/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 1(101)-1146/2014 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə verilmiş vəsatətin rədd edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 1(101)-1146/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9 və 120.2.11-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və onun cəzaçəkmə müddətinin əvvəli 14 may 2014-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə ekspertiza xərci 30 (otuz) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatətində psixoloji vəziyyəti yaxşı olmadığı üçün apellyasiya şikayəti verə bilmədiyini, bu halın üzrlü hesab edilərək apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair verilmiş vəsatət əsassız olduğundan rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 1(101)-1146/2014 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 məhkəmə kollegiyasına izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 1(101)-1146/2014 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X7 məhkəmə kollegiyasına izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)- 1146/2014 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən, ittiham və ya bəraət hökmü çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayətinin ona verildiyi andan 20 gün müddətində verilməsini nəzərdə tutmuşdur. İş materiallarından müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmün surətini 05 yanvar 2015-ci il tarixdə qəbul etmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 26 dekabr 2014-cü il tarixdə məhkəmənin sözügedən hökmü elan olunan zaman məhkəmə iclasında iştirak etmişdir. Bundan başqa, məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarından apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, həmin Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sözügedən Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 1(101)-1146/2014 saylı hökmünün surəti məhkuma rəsmən təqdim edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 1(101)-1146/2014 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar