Məhkəmə qərarları › İş №1(103)-980/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-980/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-980/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, məcburi köçkün, «Karpen» elektrik avadanlıqlarının satış nöqtəsində satıcı işləmiş, Ağdam şəhəri, Muradbəyli sahəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 11-də saat 21:50 radələrində bibisi Şahid2 məxsus ünvan 2 ünvanının giriş qapısının qarşısında əmisi oğlu Şahid4, bibisi Şahid2 gəlini Şahid3 və qeyri-rəsmi ərarvad münasibətlərində olduğu Şahid1 ilə birgə küçədə dayanaraq mobil telefonuna qoşulan səsgücləndirici ilə musiqiyə qulaq asarkən həmin ünvanın yaxınlığında yaşayan və evi istiqamətində piyada addımlayan Zərərçəkmiş şəxs ona axşam vaxtı qonşuların sıx yaşadığı ərazidə yüksək səslə musiqiyə qulaq asmasının düzgün olmamasını irad tutduqda o, öz məhlələrinin qarşısında dayandığını bildirmiş, Zərərçəkmiş şəxs evinə gedib qayıtmaqla onunla görüşəcəyini deyəndən sonra sonuncu uzaqlaşan kimi bibisinin evindən götürdüyü mətbəx bıçağını şalvarının sağ cibində gizlədərək silahlanıb küçəyə çıxmaqla Zərərçəkmiş şəxs yaşadığı evdən gəlməsini gözləmiş, saat 22:05 radələrində sonuncunun küçəyə çıxdığını görəndə ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşmaqla qohumlarının yanında ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir səbəb və əsas olmadan davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə şalvarının sağ cibindən çıxardığı bıçaqla sonuncunun qarın və döş qəfəsi nahiyələrinə zərbələr vurmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısında orta qoltuqaltı xətt üzrə İV-V qabırğaarası sahədə döş boşluğuna nüfuz edən, sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd, arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğaarası sahədə plevra boşluğuna nüfuz edən bir ədəd, qarının ön divarında daxilə nüfuz edən, nazik bağırsağı, müsariqə kökünü və aşağı boş venanı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-105/2021 saylı qərarı ilə (Sədrlik edən İ. X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının 2019-cu il oktyabrın 12-dən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə yerində aşkar edilmiş qana bənzər ləkələrdən tampon vasitəsi ilə hopdurulmuş üç ədəd nümunə, habelə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd qara rəngli cins şalvar, bir ədəd açıq qəhvəyi rəngli qısaqol kofta və bir ədəd qara rəngli zəncirbəndli jaket, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd qəhvəyi rəngli uzunqol sviter və bir ədəd tünd göy rəngli gödəkcənin məhv edilməsi, hadisə yerinə əlavə baxış keçirilməsi zamanı götürülmüş videogörüntüləri əks etdirən bir ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı apelyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmünün ləğv edilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, dövlət ittihamçısı kimi ittiham nitqində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir.Hökmdə məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxsin əməlini ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir.İş materiallarına əsasən, Təqsirləndirilən şəxs fiziki təsir göstərilməmiş, o, mərhum Zərərçəkmiş şəxs iradını bəhanə kimi istifadə edərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi bıçaqla sonuncunu vuraraq öldürmüşdür.Təqsirləndirilən şəxs əmisi oğlu Şahid4 ilə Zərərçəkmiş şəxs tanışları arasında 11 oktyabr 2019-cu il tarixdən bir neçə gün öncə Ş.Mustafayev küçəsində davaya çevrilmiş mübahisənin baş verdiyi üçün Zərərçəkmiş şəxs bilərəkdən tanışlarının qisasını almaq məqsədilə Təqsirləndirilən şəxs sataşması, heç bir səbəb olmadan irad bildirməklə onu təhqir etməsi, bundan sonra isə Zərərçəkmiş şəxs kəmərində açılıb-qatlanan bıçaq görməsi, sonuncuya məhz həmin bıçağı götürmək istəyərkən onu vuracağını zənn edərək özünü müdafiə etmək üçün bıçaqla xəsarət yetirdiyini, onu öldürmək niyyətinin olmadığı barədə göstərdikləri məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığından ifadələrində göstərdiyi dəlillər əsassız hesab edilərək özünü müdafiə üçün gətirilmiş dəlillər kimi qiymətləndirilməlidir.Belə olan halda Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs tərəfindən hadisə günü ona bildirdiyi iradı şişirdərək, bəhanə kimi istifadə edərək, Maarifzadəni cüzi səbəblə münaqişəyə cəlb edərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə özü ilə bıçaq götürməklə onu qəsdən öldürmüşdür.Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə xarakterli göstərdiyi dəlillərə tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən onun guya səmimi və işin obyektiv hallarına uyğun ifadə verməsi kimi subyektiv mülahizələrə əsaslanmış və təqsirləndirilən şəxsin əməlinin sadə adam öldürmə kimi tövsif edilməsində səhvə yol vermişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X4 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-105/2021 saylı hökmünü ləğv edərək, iş üzrə təqsirləndirilən şəxs X10 oglunu Azərbaycan Respublikasinin CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilərək ona həmin maddənin ən yuxarı həddində ağır cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından, ibtidai araşdırma orqanının apardığı araşdırma zamanı gəldiyi nəticədən və işin faktiki hallarından, sübut və dəlillərdən tam aydın görünür ki, məhkəmənin istinad etdiyi və əsas götürdüyü sübut və dəlillər mötəbər, inandırıcı və əsaslı deyildir, Təqsirləndirilən şəxs etdiyi cinayət tam olaraq onun xuliqanlıq əməli törətməsi nəticəsində baş vermişdir.Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan ittihamı elan edərkən işin bütün faktiki hallarını, maddi sübutları, onun xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutaraq, ictimai qaydanı pozmaqla, qonşuların sıx yaşadığı ərazidə onları saya salmayaraq, həyatlarını təhlükədə qoyaraq, heç bir əsaslı səbəb olmadan, acımadan, köməksiz vəziyyətdə qoyaraq Zərərçəkmiş şəxs soyuq silah sayılmayan iti nazik uclu mətbəx bıçağı ilə qəsdən həyatdan məhrum etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərək bunu faktlarla əsaslandırmış, Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilmişdir.Bakı Ağır Cinayətlər məhkəməsi ədalətsiz və əsassız olaraq, iş üzrə real faktlara əsaslanmayaraq, mülahizələrə və Təqsirləndirilən şəxs şahid qismində dindirilən yaxın qohumlarının, onun ailə üzvlərinin qeyri-səmimi ifadələri əsasında, istintaqa ifadə verən iki tərəfsiz qonşunun ifadəsini nəzərə almadan ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsini əsassız olaraq qəbul etməyərək, onu Azərbaycan Respublikasının CM-nin 120.1 maddəsi ilə nəzərdə tutulmuş cəzanın aşağı həddi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.Bütün yaxın ətrafda yaşayan qonşuların və onu tanıyan insanların bildirdiyinə görə Zərərçəkmiş şəxs çox humanist, hörmətcil, qonaqpərvər, qayğıkeş, yumşaq ürəkli bir insan olmaqla, heç vaxt kin saxlamayan, hər kəslə dost münasibətində olan öz arzusu ilə müharibə bölgəsində hərbi xidmət keçmiş vətənpərvər, xalqını, vətənini, millətini, dövlətini və prezidentini sevən dinə meyilli bir insan olmuşdur.Eyni zamanda bildirmək istəyir ki, Zərərçəkmiş şəxs babası mərhum X15 dünyasında müqəddəs dini məkan olan Məkkə və Mədinəni ziyarət etmiş, Həcc ziyarətində olaraq Həci tituluna sahib olmuş mömin və dindar bir insan olmuşdur.Zərərçəkmiş şəxs də arzusu babasının yolu ilə gedib namaz qılıb dindar olmaq idi.Zərərçəkmiş şəxs xaraktercə mülayim və sadəlövh insan olduğundan Təqsirləndirilən şəxs qarşı heç vaxt kini, nifrəti və düşmənçiliyi olmamışdır.Bu səbəbdən də o, Təqsirləndirilən şəxs onu qətlə yetirmək məqsədilə arxasınca gələndə onu qətlə yetirmək məqsədilə gəlməsini ağlına gətirməyərək ehtiyatlanmamışdır.Məhkəmənin haqsız olaraq istinad edib əsas kimi götürdüyü sübutlardan biri də hadisənin guya Zərərçəkmiş şəxs təşəbbüsü və istəyi ilə baş verməsidir.Bu da öz təsdiqini tapmayan absurd sübutlardan biridir.Çünki sadə məntiqimizi işə salsaq görərik ki, Zərərçəkmiş şəxs dava etmək niyyəti olsaydı o, ilk andan Təqsirləndirilən şəxs hücum edərdi, yaxud da ən azından özünü müdafiə etmək üçün qismən də olsa hazırlıqlı olardı.Bu hadisə yerindən qeydə alınmş videogörüntülərdən də aydın görünür ki, onun belə bir məqsədi və niyyəti olmamışdır.Görünən odur ki, məhkəmə iş materiallarını və sübutları tədqiq edərkən işin bütün faktiki hallarını və ibtidai araşdırma aparan orqanın gəldiyi nəticəni düzgün qiymətləndirməyərək, yanlış olaraq təqsirləndirilən şəxsin və onun şahid qismində dindirilən ailə üzvlərinin qərəzli və yalan ifadələrini əsas götürərək düzgün olmayan qərar qəbul etmişdir.Məhkəmə həmçinin yanlış olaraq, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən həyatdan məhrum etməsini, Təqsirləndirilən şəxs sonuncunu qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirməsini, bunu ümumi fikirlə əsaslandırdığını, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamadığını əsas gətirərək qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini törədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilmişdir.Hesab edir ki, məhkəmənin göstərdiyi bu arqument də əsassız və yanlışdır.İş materiallarından, ibtidai araşdırmanı aparan orqanın gəldiyi nəticədən, hadisə yerində qeydə alınmış videogörüntülərdən də görünür ki, hadisənin baş verdiyi yer insanların sıx yaşadığı bir məkandır və hadisə vaxtı həyətdə çoxlu sayda insanlar vardır ki, bunlardan altısı şahid qismində istintaqa ifadə verib, bir çoxları da ifadə verməkdən imtina edərək yayınıb.Bu onu göstərir ki, qətl zamanı həyətdə çoxlu sayda insanlar olub.Təqsirləndirilən şəxs ilk xuliqanlıq hərəkəti o olub ki, insanların çox olduğu ictmai yerdə səsgücləndirici vasitələrdən istifadə edərək yüksək səslə musiqi səsləndirərək ictimai qaydanı pozaraq insanları narahat edib.Qətl hadisəsini törədərkən və ondan əvvəl həyətdə olan insanları saya salmayaraq onlara qarşı hörmətsizlik edərək ilk öncə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyərək onunla savaşmağa cəhd etmiş, bu alınmadıqda isə öz məkirli niyyətini işə salaraq insanların gözü qarşısında nazik iti uclu mətbəx bıçaqı ilə onu qətlə yetirmişdir.Hadisə zamanı ətrafda olan insanlar özləri də istəmədən fakt qarşısında qalaraq qətl hadisəsinin şahidi olmuşlar.Hadisə yerindən qeyə alınmış videogörüntülərdən də görünür ki, hadisə zamanı insanlar vahimə və qorxu içində hərəsi bir cür reaksiya verir.Kimisi başını tutur, kimisi üzünü, kimisi də qorxu içərisində nə baş verdiyini anlamayaraq oradan uzaqlaşmağa çalışırlar.Eyni zamanda hesab edir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin iş üzrə Təqsirləndirilən şəxs verdiyi cəza onun şəxsiyyətinə və törətdiyi cinayətin ağırlığına görə də çox yüngül cəzadır.Belə ki, məhkəmənin verdiyi qərar ədalətli olmalıdır, təqsiri sübuta yetirilmiş şəxsin cəzası onun əməlinə uyğun verilməlidir.İşin faktiki hallarından və iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qərəzli şəkildə, qəddarcasına, zərərçəkmişi köməksiz vəziyyətdə qoymaqla, öz əməli ilə hadisəni törətdiyi yerdə yaşayan insanlara açıq-aydın hörmətsizlik edərək onların həyatı üçün təhlükə yaratmaqla, xuliqanlıq zəminində, mətbəx bıçağı hesab edilsə də xüsusi hazırlanmış nazik iti uclu alətlə gənc bir Azərbaycan vətəndaşının ölümünə səbəb olmuşdur.Unutmaq olmaz ki, qəsdən törədilmiş amansız cinayət hadisəsi nəticəsində gənc, irsən nəslin daşıyıcısı yeganə və tək oğlan övladının həyatına qəsd olunmuşdur.Məhkəmə araşdırması zamanı hakim haqsız olaraq Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs hadisədən dərhal sonra könüllü surətdə polisə gəlib təslim olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını qeyd edərək bunu cəzanı yüngülləşdirən hallar olması kimi nəzərə almışdır.Məhkəmə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qəbul etməsi də yanlışdır.Belə ki, onlar Təqsirləndirilən şəxs və onun ailəsi ilə uzun müddətdir ki, qonşudurlar.Qonşular və ona yaxın insanlar da bunu təsdiq edər ki, Təqsirləndirilən şəxs heç də müsbət xarakterizə olunan şəxs deyildir.O, kiçik yaşlarından gözlərinin qabağında böyümüş, heç məktəbə də davamlı olaraq getməyərək orta təhsilini 9-cu sinifədək birtəhər başa vurmuşdur.O, daima həyətdə uşaqlarla dava-dalaş edərək pozucu işlərlə məşğul olmuşdur.O, özündən razı, tüfeyli həyat tərzi keçirən, mental dəyərlərə sahib olmayan, qeyri-rəsmi ailəsi olan bir şəxs, tanışlarının da bildirdiyinə görə oğru və cinayət aləminə meyilli, onları özünə ideal sayan bir insandır.Eyni zamanda bildirir ki, özü və qonşuları da şahid olmuşdur ki, 2018-cı ilin yay aylarında Təqsirləndirilən şəxs yaşadığı ünvandan bir qədər aralı olan qonşu insanlara qarşı xuliqanlıq edərək böyük səsküyə səbəb olan, qonşuları və yoldan keçən insanların həyat və sağlamlıqlarını təhlükəyə salan dava-dalaş salmışdır.Baş vermiş hadisə nəticəsində xoşbəxtlikdən ölüm hadisəsi olmasa da, odlu silahdan açılan atəş nəticəsində ictimai qayda pozulmuş, ətrafda olan insanların həyatı üçün təhlükə yaranmışdır.Bundan əlavə, məhkəmənin Təqsirləndirilən şəxs “əməlindən peşman olmasını” yüngülləşdirdirici hal kimi nəzərə alması da də doğru deyildir.İstər hadisədən sonra, istərsə də məhkəmə zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olması kimi görünməmsi, bu halın onun əhvalında hiss olunmaması, onun ailəsinin və yaxın qohumlarının yas mərasimlərinə iştirak etməmələri və hadisəylə bağlı ailələrinə hər hansı bir formada olsa da üzrxahlıq etməməsi bunu deməyə əsas verir.Əksinə olaraq Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü aparmasından və yaxın tanışlarından onlara çatan məlumatlara görə o, heç də əməlindən peşman olmamış, əksinə bu hərəkəti ilə həbsxanada və “oğru dünyasında” özünə hörmət qazanacağı kimi fikirlər söyləməsi onlara məlum olmuşdur.Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yuxarıda göstərilənləri, iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirici halın olmamasını nəzərə almalı, əvəzində isə onun cinayətin törədilməsində fəal iştirak etməsini və törətdiyi cinayət əməlinin ağır nəticələrə səbəb olmasını nəzərə alıb əməlini Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi qiymətləndirməlidir.İş materiallarından və işin faktiki hallarından da görünür ki, təqsirkar Təqsirləndirilən şəxs zərərçəkənə xəsarət yetirərkən hadisə yerində başqa insanlar da olmuşdur.Təqsirləndirilən şəxs onlara açıq aydın hörmətsizlik edib, onları nəzərə almadan zərərçəkmişin ona mülayimcəsinə ətrafda olan insanları narahat etməsin deyə yüksək səslə oxutdurduğu musiqi səsinin bir qədər azaltmasını xahiş etməsini bəhanə edərək onu yüksək səslə söyüş söyməklə özündə olan xüsusi hazırlanmış nazik iti uclu bıçaqla bədəninə qəddarcasına zərbələr yetirərək qətlə yetirmişdir.Məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və düzgün tədqiq edilməməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallanna uyğun olmaması, təqsirli şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına görə müəyyən edilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilərək cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin ən yüksək həddi ilə müəyyən edilmiş cəzaya məhkum edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, apelyasiya protesti və apelyasiya şikayətinin dəlillərini müzakirə edib, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, apelyasiya protesti təmin edilməməli, lakin aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya protesti və apelyasiya şikayətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmünün ləğv edilərək məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarılması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi mövcud sübutlara qiymət verərək haqlı olaraq belə qənaətə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən adam öldürməsi, yəni Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunması yanlışdır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutaraq heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs soyuq silah sayılmayan mətbəx bıçağı ilə qəsdən həyatdan məhrum etmişdir, Təqsirləndirilən şəxs sonuncunu qəsdən öldürməsi cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərək bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə həyatdan məhrum etməsi öz təsdiqini tapmamışdır.Belə ki, iş üzrə məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs və iş üzrə şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bibisinin evinin qarşısında Şahid1, Şahid4 və Şahid3 ilə söhbət edib musiqiyə qulaq asarkən 7-8 metr kənardakı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan uca səslə onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında mübahisə yaranmaqla cinayəti qisas almaq məqsədilə törətmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və dalaşma zərər çəkmiş şəxsin təşəbbüsü ilə, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq sözlərlə təhqir etməsi səbəbindən başlandığından sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsinə tövsif etməkdə haqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya protesti və apelyasiya şikayətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmünün ləğv edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarılması barədə dəlillərini əsaslı saymır, hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, iş üçün mühüm əhəmiyyət kəsb edən işin halları ilə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X2 apelyasiya şikayətinin cəza təyini ilə bağlı dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin hökmdə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı kifayət qədər əsaslandırmamış və məhkəmənin gəldiyi nəticə bu hissədə qanunverciliyin tələblərinə cavab verməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğu, gənc olması, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsi, məcburi köçkün olması və əməlindən peşman olması cəzanı yüngülləşdirən hallar kimi qəbul edilmiş, onun əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Mübahisələndirilən hökmdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə istinad olunmuş, bir sıra yüngülləşdirən hallar göstərilmiş, eyni zamanda onun könüllü gəlib təqsirini boynuna alması halı da qeyd olunmuşdur. Bunlarla yanaşı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və məhz bu əsaslara istinad edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəalarına uyğun cəza təyin edilmişdir. Lakin iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci RŞ-nin təhqiqatçısı Ü.Quliyevin tərtib etdiyi 11 oktyabr 2019-ci il tarixli protokoldan görünür ki, 11.10.2019-cu il tarixdə KTM-dən tibb bacısı Nurməmmədovanın məlumatı əsasında ünvan 4 ünvanında yaşayan C.Marifzadənin qarın və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə müraciəti daxil olmuş, aparılmış araşdırma zamanı 11.10.2019-cu il tarixdə 21 radələrində ünvan 5 ünvanının qarşısında bıçaq xəsarətləri yetirilməsi məlum olmuşdur. Göründüyü kimi, 11.10.2019-cu il tarixdə KTM-dən daxil olmuş məlumat əsasında polis orqanları tərəfindən ilkin hərəkətlər icra edilmiş və əməli törətmiş şəxsin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri tətbiq olunmuşdur. İşdə olan zərərçəkmişin hüquqi varisi X5 istintaq zamanı vermiş olduğu ifadəsindən də müəyyən olunur ki, ... oğlu Cəlal evin qapısını açıq evə girməsini, qarın və kürək nahiyəsində dayanmadan qan axmasını görmüş, ... bir müddət sonra huşsuz vəziyyətə düşən Cəlalı qonşuların köməyi ilə taksiyə uzandırıb birbaşa X11 yollanmışlar. Həkimlər Cəlalı reanimasıya şöbəsinə aparmışlar, sonra onlara polis əməkdaşları yaxınlaşmış, hadisə barədə məlumat almışlar. 12 oktyabr 2019-cu il tarixdə saat 02 radələrində Cəlal əməliyyat olarkən vəfat etmişdir.Bundan sonra meyit məhkəmə-tibbi ekspertizaya aparılıb müəyinə olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 18-ci PB-nə könüllü deyil, istintaq və ya əməliyyat-axtarış orqanlarına məlum olan mövcud faktların təsiri altında məcburi surətdə gəldiyindən, həmçinin törətmiş olduğu əməldə artıq ifşa olunduğunu bildikdən sonra baş vermiş cinayət haqqında məlumat verməsi, könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə və cəzanı yüngülləşdirən hal hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında könüllülüyü şəxsin öz təşəbbüsü ilə əlaqələndirmiş və ona edilən hər hansı bir təsirin (psixi və ya fiziki) qeyri-qanuni olması qənaətinə gəlmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plunumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 59.1.9-cu maddəsilə nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, şübhəli şəxs kimi saxlandığı zaman təqsirkarın cinayət hadisəsi törətməkdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarında izah etmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü çıxarılarkən cəza təyini ilə bağlı hissədə maddi hüquq normaların tələblərinə düzgün riayət edilməmiş, cəza təyin edərkən cəzanı yüngülləşdirən hallara formal istinad olunmuş, həmin halların törədilmiş cinayətin ictimai təhlükəliliyinə təsiri, törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığı, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına real olaraq kömək göstərməsi, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmişdir. Odur ki, yuxarıda sadalanları məhkəmə kollegiyası nəzərə alıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hökm qəbul edərkən Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi yüngülləşdirici halı qeyd etməklə qanunvericinin müəyyən etdiyi tələblərə riayət etməmiş, bu baxımdan Azərbaycan Respublikası CM-nin 60-ci maddəsinin müddəaları cəzanın təyin edilməsi mərhələsində düzgün tətbiq olunmamışdır. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apelyasiya şikayətinin cəza təyini ilə bağlı dəlilləri əsaslı sayılmalıdır. Məhkəmə kollegiyası cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin edilməsini nəzərə alıb, iş üzrə könüllü gəlmə protokolunu formal olmasını qəbul edib bu əsasla təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində tətbiq olunan Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinin müddəalarını hökmdən xaric edilməsini, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığını dəyərləndirib, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun sayır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Bu Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin müddəaları hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 12 oktyabr 2019-cu ildən hesablanmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 404 və 407-409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya protesti təmin edilməsin. Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin müddəaları hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 12 oktyabr 2019-cu ildən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar