Məhkəmə qərarları › İş №1(103)-990/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-990/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-990/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, Məhkum - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun 01 il 02 ay 13 gün çəkilməmiş cəzası qalan, hazırda məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 barəsində və 19 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və onun CMnin 177.2.1,177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 2(iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01(bir) il 02(iki) ay 13(on üç) günü, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 07(yeddi) ay 07(yeddi) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəzaya qismən birləşdirilməsi və ona 04(dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04(dörd) ay 28(iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində 04(dörd) il 01(bir) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməsi və onun CM-nin 177.2.1,177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMnin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 04(dörd) ay 28(iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılması, və üzərində 03(üç) il 07(yeddi) ay 02(iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınması, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan qalıq çəkisi 0,163 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,155 qram narkotik vasitə heroin, 04 ədəd şpris, 02 ədəd başlıq hissəsi sınmış ampula, 01 ədəd bükümdə qalıq çəkisi 2,063 qram limon duzu məhv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Gülsün Əhmədovanın bağ evlərindən oğurlanmış bir ədəd balta, bir ədəd “Majak” markalı saat, bir ədəd “SANYO” markalı maqnitofon, bir ədəd “PHİLİPS” markalı maqnitofon, bir ədəd eynək, bir ədəd gün eynəyi, bir ədəd “Gemei” markalı elektriklə işləyən üzqırxan, bir ədəd şam qabı, dörd ədəd “RİDA” markalı deodrant, bir cüt “Goldwin GWE-720” markalı səs gücləndirici, bir cüt ayaqqabı, bir ədəd butulka ağzı açan, bir ədəd “DURU” markalı sabunu, bir ədəd “NOKİA” markalı “1202-2” modelli sınmış vəziyyətdə mobil telefon aparatı , bir ədəd oyun üçün DVD disk, bir ədəd əleyhqaz, bir ədəd “xinjid” markalı elektron qurğu, bir ədəd adaptor, bir ədəd ”ZARA MAN” markalı rəngli toxunma gödəkcə, bir ədəd “ADİDAS” markalı qara rəngli idman gödəkcəsi, iki ədəd “NİKE” markalı idman şalvarı, bir ədəd “ZARA WOMAN” markalı göy rəngli gödəkcə, bir ədəd “HOLLİSTER” markalı qara rəngli qoluqısa köynək, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qara rəngli cins şalvar, bir ədəd “GENERATİONS DİERFA” markalı boz rəngli idman şalvarı, bir ədəd nərd taxta, içərisində 15 ədəd qara, 15 ədəd ağ rəngli daşlar və bir cüt zər, bir ədəd göy rəngli idman çantası, bir ədəd “Sonic” markalı oyuncaq, bir ədəd suvenir, bir ədəd “Mustang” markalı qolu qısa köynək, bir ədəd qara rəngli rezin, bir ədəd bəzəkli maska, bir ədəd qara rəngli kəmər, bir ədəd “JBL” markalı dinamik qutusu və bir ədəd nərd taxtanın ibtidai araşdırma dövründə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınması, iş üzrə maddi sübut olan 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 331,09 (üç yüz otuz bir manat, doqquz qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X4, kod 210005, VÖEN**********, m/hAZ41NABZ********************, SWİFK BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, HesabAZ43CTRE********************, Büdcə təsnifatı kodu 142319, Büdcə səviyyəsinin kodu 3, hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və qeyriləri ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2021-ci ildə saat 04:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 1-ci dalan, 5107 və 5107A saylı bir həyətdə olan bağ evlərinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq əvvəlcə Zərərçəkmiş şəxs2 məxsus bir mərtəbəli bağ evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı metal alətlə əyib pəncərənin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq 130 manat dəyərində bir ədəd Router TD - W9861N markalı moderni, 50 manat dəyərində bir ədəd “Panasonic” markalı naqilsiz telefonu, 450 manat dəyərində bir ədəd kondisioneri, 60 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat dəyərində bir ədəd “Nike” markalı idman çantasını, 40 manat dəyərində bir ədəd ağ rəngli cüdo kimanosunu, 40 manat dəyərində bir ədəd göy rəngli cüdo kimanosunu, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində 2 ədəd süfrəni, 80 manat dəyərində bir ədəd elektriklə işləyən samovarı, 120 manat dəyərində bir ədəd samovarı, 40 manat dəyərində bir ədəd bıçaq dəstini, 30 manat dəyərində bir ədəd çay termosunu, 30 manat dəyərində bir ədəd gün eynəyini, hər biri 75 manat olan ümumilikdə 150 manat dəyərində 2 ədəd elektrik qızdırıcısını, 150 manat dəyərində qaşlarla bəzədilmiş bir ədəd gecə lampasını, 100 manat dəyərində bir ədəd su nasosu və üzərində 30 metr elektrik naqilini, 55 manat dəyərində bir ədəd laqondanı, 60 manat dəyərində bir ədəd böyük dreli, 40 manat dəyərində bir ədəd kiçik dreli, 50 manat dəyərində bir ədəd elektriklə işləyən mişarı, 2 manat dəyərində bir ədəd baltanı, 60 manat dəyərində bir ədəd dəri bel qayışını, 200 manat dəyərində “Orient” markalı bir ədəd saatı, 150 manat dəyərində “Paliot” markalı bir ədəd saatı, 5 manat dəyərində “Majak” markalı bir ədəd saatı, 2 manat dəyərində bir ədəd eynək, 5 manat dəyərində “Gemei” markalı bir ədəd üzqırxan aparatı, 150 manat dəyərində markası bilinməyən bir ədəd saatı, 100 manat dəyərində bir ədəd gümüş üzük və bir ədəd gümüş boyunbağı, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində iki ədəd gümüş üzüyü, 50 manat dəyərində bir ədəd gümüş suvenir qabı, 50 manat dəyərində bir ədəd gümüş suvenir balaca vedrəni, 40 manat dəyərində “Köhnə Bakı” adlı bir ədəd kitabı, 45 manat dəyərində “Köhnə Şuşa” adlı bir ədəd kitabı, 60 manat dəyərində “Azərbaycan” adlı bir ədəd kitabı, 20 manat dəyərində bir ədəd vintaçan komplektini, hər biri 50 qəpik olan ümumilikdə 20 manat dəyərində 40 ədəd bruloku, hər biri 1 manat olan ümumilikdə 50 manat dəyərində 50 ədəd dırnaq tutanı, hər biri 10 manat olan ümumilikdə 20 manat dəyərində “Motorolla” markalı iki ədəd mobil telefonu, 10 manat dəyərində “Eriksson” markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində “Samsung” markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində “Sony Eriksson” markalı bir ədəd mobil telefonu, 3 manat dəyərində “Sanyo” markalı bir ədəd kiçik ölçülü maqnitofonu, 10 manat dəyərində “Philips” markalı bir ədəd maqnitofonu, 100 manat dəyərində “Netaş” markalı bir ədəd ev telefon aparatını, 150 manat dəyərində bir ədəd ev telefon aparatım, 250 manat dəyərində (6 ədəd) bir dəst gümüşdən stəkan və nəlbəkini, 60 manat dəyərində (6 ədəd) bir dəst metaldan stəkan və nəlbəkini, 100 manat dəyərində bir ədəd qazla işləyən su qızdırıcısını, 80 manat dəyərində bir ədəd qatar oyuncağını, 150 manat dəyərində bir cüt simsiz rabitə oyuncağını, 150 manat dəyərində bir ədəd yeni il bayramında istifadə olunan plastik küknar ağacını və üzərini bəzədilməsi üçün oyuncaqları, 30 manat dəyərində yeni il bayramında plastik küknar ağacını bəzədilməsi üçün istifadə olunan elektriklə işləyən işıqları, 35 manat dəyərində bir ədəd qapının üzərinə asmaq üçün zınqırovu, 20 manat dəyərində bir ədəd çörək bıçağını, hər biri 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd elektrik lampasını, bir metri 1 manat olan ümumilikdə 50 manat dəyərində bağ evində divarların üzərinə çəkilmiş 50 metr elektrik naqilini, 20 manat dəyərində 6 ədəd “Armudu” stəkan dəstini, 30 manat dəyərində “GPT” markalı bir ədəd kalkulyatoru, 50 manat dəyərində 4 ədəd çimərlik paltarını, 5 manat dəyərində bir ədəd oxlovu, hər biri 15 manat olan ümumilikdə 60 manat dəyərində 4 ədəd dəmir qutuda hind çayını, 10 manat dəyərində bir ədəd gilas tumu çıxaran aləti, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd banka açan aləti, hər biri 8 manat olan ümumilikdə 16 manat dəyərində 2 ədəd qoz sındıran aləti, 20 manat dəyərində bir ədəd elektriklər işləyən piltəni, hər biri 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd musiqi valını, hər biri 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd audio kaseti, 50 manat dəyərində bir qutu rəngli rəssamlıq boyalarını, 100 manat dəyərində iki qutu rəssamlıq fırçalarını, sonra isə həmin həyətdə olan Zərərçəkmiş şəxs3 qızma məxsus 5107A saylı bağ evinin plastikdən olan qapısının arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq 50 manat dəyərində bir ədəd elektrik işləyən kiçik ölçülü tozsoranı, 80 manat dəyərində bir ədəd diplomat çantada olan bıçaq dəstini, 60 manat dəyərində bir ədəd balaca formada elektriklə işləyən ütünü, 70 manat dəyərində bir ədəd fanarı, 120 manat dəyərində bir ədəd rəngli printeri, 60 manat dəyərində bir ədəd qadın qol saatını, 50 manat dəyərində bir ədəd mis dolça və bir ədəd mis atlığını, 80 manat dəyərində bir ədəd qızılı rəngli, üzəri ağ qaşlarla bəzədilmiş çayniki, 10 manat dəyərində bir ədəd bıçağı, 70 manat dəyərində bir ədəd süfrəni, 80 manat dəyərində bir ədəd süfrəni, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd süfrəni, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış heyvan fiqurunu, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış qız fiqurunu, 250 manat dəyərində iki ədəd kreslonun üzərinə çəkilən xalçaları, 80 manat dəyərində bir ədəd tülkü xəzini, 80 manat dəyərində bir dəst kofe servizini, 50 manat dəyərində bir dəst parfumu, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd “Rida” markalı deodrant, 30 manat dəyərində bir ədəd metaldan olan həvəng-dəstəni, hər biri 25 manat olan ümumilikdə 250 manat dəyərində 10 ədəd uşaq alt geyimlərini, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd kostyumu, 150 manat dəyərində bir ədəd kostyumu, 15 manat dəyərində bir ədəd yay yorğanını, hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində üç ədəd yay köynəyini, hər biri 6 manat olan ümumilikdə 60 manat dəyərində 10 ədəd corabı, 30 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş ağ cinsi, 20 manat dəyərində bir ədəd uşaq üçün geyilmiş sarı köynəyi, 40 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş gödəkcəni, 50 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş cins şalvar və gödəkcəni, 50 manat dəyərində bir ədəd su filtrini, 80 manat dəyərində sovet dövrünə aid 1, 3, 5, 10, 25, 50 və 100 rub olan pul əskinazlarını, 25 manat dəyərində bir ədəd balaca formada qırmızı rəngli radionu, 25 manat dəyərində “Samsung” markalı bir ədəd kalkulyatoru, 25 manat dəyərində “GPT” markalı bir ədəd stolüstü saatı, 30 manat dəyərində “GPT” markalı bir ədəd stolüstü saatı, 20 manat dəyərində bir ədəd balaca zəngli saatı, 30 manat dəyərində “Smena” markalı bir ədəd fotoaparatı, 20 manat dəyərində “Reday Redakşin” markalı bir ədəd fotoaparatı, 40 manat dəyərində bir ədəd əlçəyi, 50 manat dəyərində bir ədəd dəri əlçəyi, 120 manat dəyərində bir ədəd təzə vəziyyətdə paltonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 4606 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma cəmi 2948 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7554 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə özgənin əmlakını təkrar gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 may 2021-ci ildə saat 04:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 1-ci dalan, 5106 saylı bağ evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdə Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli bağ evinin birinci mərtəbəsində yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olub 180 manat dəyərində bir ədəd 7 litrlik samovarı, 300 manat dəyərində müşahidə kameralarının bir ədəd yaddaş qurğusunu, 130 manat dəyərində “Tp-link” markalı AC1200 modelli Wi-Fi modernini, 350 manat dəyərində bir ədəd qəlyan aparatını, 45 manat dəyərində bir ədəd nərd taxtası, 15 ədəd qara, 15 ədəd ağ rəngli daşları və bir cüt zəri, 350 manat dəyərində qoz ağacından bir ədəd nərd taxtası, 15 ədəd qara, 15 ədəd ağ rəngli daşları və bir cüt zəri, 400 manat dəyərində bir ədəd süfrə, 10 manat dəyərində “Adidas” markalı bir ədəd kişi üçün idman gödəkcəsi, 15 manat dəyərində bir ədəd kişi üçün toxunma gödəkcə, 3 manat dəyərində bir ədəd boz rəngli kişi üçün idman şalvar, 3 manat dəyərində bir ədəd qara rəngli kişi üçün idman şalvarı, 3 manat dəyərində bir ədəd hərbi rəngdə kişi üçün idman şalvarı, 15 manat dəyərində bir ədəd göy rəngli pencək, 800 manat dəyərində olan bir ədəd qəlyan aparatını, 1700 manat dəyərində “Samsung” markalı bir ədəd televizoru, 1000 manat dəyərində “Playstation 3” markalı bir ədəd oyun aparatını, “Playstation 3” markalı oyun aparatında oyun oynamaq üçün 130 manat dəyərində dörd ədəd idarə etmə pultunu, 180 manat dəyərində bir ədəd “JBL” markalı səs gücləndirici, 200 manat dəyərində qırmızı rəngli bir ədəd süfrəni, 6 manat dəyərində bir ədəd üzərində “Paris” sözləri yazılmış suvenir (Eyfell qülləsinin kiçik forması), 20 manat dəyərində bir ədəd suvenir maska, 60 manat dəyərində uşaq üçün “Sonic” markalı elektron oyuncağı, 10 manat dəyərində bir ədəd üzərində “MotoGP13” sözləri yazılmış oyun diski, 2 manat dəyərində bir ədəd qara rəngli qısa qol köynəyi, 15 manat dəyərində bir ədəd göy rəngli idman çantasını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 5927 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,213 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 11 may 2021-ci ildə saat 18:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsi, nömrəsiz evin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, 42-ci Polis bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,213 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və qeyriləri ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2021-ci ildə saat 04:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 1-ci dalan, 5107 və 5107A saylı bir həyətdə olan bağ evlərinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq əvvəlcə Zərərçəkmiş şəxs2 məxsus bir mərtəbəli bağ evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı metal alətlə əyib pəncərənin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq 130 manat dəyərində bir ədəd Router TD - W9861N markalı moderni, 50 manat dəyərində bir ədəd “Panasonic” markalı naqilsiz telefonu, 450 manat dəyərində bir ədəd kondisioneri, 60 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat dəyərində bir ədəd elektrik nizamlayıcısını, 40 manat dəyərində bir ədəd “Nike” markalı idman çantasını, 40 manat dəyərində bir ədəd ağ rəngli cüdo kimanosunu, 40 manat dəyərində bir ədəd göy rəngli cüdo kimanosunu, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində 2 ədəd süfrəni, 80 manat dəyərində bir ədəd elektriklə işləyən samovarı, 120 manat dəyərində bir ədəd samovarı, 40 manat dəyərində bir ədəd bıçaq dəstini, 30 manat dəyərində bir ədəd çay termosunu, 30 manat dəyərində bir ədəd gün eynəyini, hər biri 75 manat olan ümumilikdə 150 manat dəyərində 2 ədəd elektrik qızdırıcısını, 150 manat dəyərində qaşlarla bəzədilmiş bir ədəd gecə lampasını, 100 manat dəyərində bir ədəd su nasosu və üzərində 30 metr elektrik naqilini, 55 manat dəyərində bir ədəd laqondanı, 60 manat dəyərində bir ədəd böyük dreli, 40 manat dəyərində bir ədəd kiçik dreli, 50 manat dəyərində bir ədəd elektriklə işləyən mişarı, 2 manat dəyərində bir ədəd baltanı, 60 manat dəyərində bir ədəd dəri bel qayışını, 200 manat dəyərində “Orient” markalı bir ədəd saatı, 150 manat dəyərində “Paliot” markalı bir ədəd saatı, 5 manat dəyərində “Majak” markalı bir ədəd saatı, 2 manat dəyərində bir ədəd eynək, 5 manat dəyərində “Gemei” markalı bir ədəd üzqırxan aparatı, 150 manat dəyərində markası bilinməyən bir ədəd saatı, 100 manat dəyərində bir ədəd gümüş üzük və bir ədəd gümüş boyunbağı, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində iki ədəd gümüş üzüyü, 50 manat dəyərində bir ədəd gümüş suvenir qabı, 50 manat dəyərində bir ədəd gümüş suvenir balaca vedrəni, 40 manat dəyərində “Köhnə Bakı” adlı bir ədəd kitabı, 45 manat dəyərində “Köhnə Şuşa” adlı bir ədəd kitabı, 60 manat dəyərində “Azərbaycan” adlı bir ədəd kitabı, 20 manat dəyərində bir ədəd vintaçan komplektini, hər biri 50 qəpik olan ümumilikdə 20 manat dəyərində 40 ədəd bruloku, hər biri 1 manat olan ümumilikdə 50 manat dəyərində 50 ədəd dırnaq tutanı, hər biri 10 manat olan ümumilikdə 20 manat dəyərində “Motorolla” markalı iki ədəd mobil telefonu, 10 manat dəyərində “Eriksson” markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində “Samsung” markalı bir ədəd mobil telefonu, 10 manat dəyərində “Sony Eriksson” markalı bir ədəd mobil telefonu, 3 manat dəyərində “Sanyo” markalı bir ədəd kiçik ölçülü maqnitofonu, 10 manat dəyərində “Philips” markalı bir ədəd maqnitofonu, 100 manat dəyərində “Netaş” markalı bir ədəd ev telefon aparatını, 150 manat dəyərində bir ədəd ev telefon aparatım, 250 manat dəyərində (6 ədəd) bir dəst gümüşdən stəkan və nəlbəkini, 60 manat dəyərində (6 ədəd) bir dəst metaldan stəkan və nəlbəkini, 100 manat dəyərində bir ədəd qazla işləyən su qızdırıcısını, 80 manat dəyərində bir ədəd qatar oyuncağını, 150 manat dəyərində bir cüt simsiz rabitə oyuncağını, 150 manat dəyərində bir ədəd yeni il bayramında istifadə olunan plastik küknar ağacım və üzərini bəzədilməsi üçün oyuncaqları, 30 manat dəyərində yeni il bayramında plastik küknar ağacını bəzədilməsi üçün istifadə olunan elektriklə işləyən işıqları, 35 manat dəyərində bir ədəd qapının üzərinə asmaq üçün zınqırovu, 20 manat dəyərində bir ədəd çörək bıçağını, hər biri 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd elektrik lampasını, bir metri 1 manat olan ümumilikdə 50 manat dəyərində bağ evində divarların üzərinə çəkilmiş 50 metr elektrik naqilini, 20 manat dəyərində 6 ədəd “Armudu” stəkan dəstini, 30 manat dəyərində “GPT” markalı bir ədəd kalkulyatoru, 50 manat dəyərində 4 ədəd çimərlik paltarım, 5 manat dəyərində bir ədəd oxlovu, hər biri 15 manat olan ümumilikdə 60 manat dəyərində 4 ədəd dəmir qutuda hind çayını, 10 manat dəyərində bir ədəd gilas tumu çıxaran aləti, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd banka açan aləti, hər biri 8 manat olan ümumilikdə 16 manat dəyərində 2 ədəd qoz sındıran aləti, 20 manat dəyərində bir ədəd elektriklər işləyən piltəni, hər bir 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd musiqi valını, hər biri 50 qəpik olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd audio kaseti, 50 manat dəyərində bir qutu rəngli rəssamlıq boyalarını, 100 manat dəyərində iki qutu rəssamlıq fırçalarını, sonra isə həmin həyətdə olan Zərərçəkmiş şəxs3 məxsus 5107A saylı bağ evinin plastikdən olan qapısının arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq 50 manat dəyərində bir ədəd elektrik işləyən kiçik ölçülü tozsoranı, 80 manat dəyərində bir ədəd diplomat çantada olan bıçaq dəstini, 60 manat dəyərində bir ədəd balaca formada elektriklə işləyən ütünü, 70 manat dəyərində bir ədəd fanarı, 120 manat dəyərində bir ədəd rəngli printeri, 60 manat dəyərində bir ədəd qadın qol saatını, 50 manat dəyərində bir ədəd mis dolça və bir ədəd mis atlığını, 80 manat dəyərində bir ədəd qızılı rəngli, üzəri ağ qaşlarla bəzədilmiş çayniki, 10 manat dəyərində bir ədəd bıçağı, 70 manat dəyərində bir ədəd süfrəni, 80 manat dəyərində bir ədəd süfrəni, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd süfrəni, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış heyvan fiqurunu, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd farfordan hazırlanmış qız fiqurunu, 250 manat dəyərində iki ədəd kreslonun üzərinə çəkilən xalçaları, 80 manat dəyərində bir ədəd tülkü xəzini, 80 manat dəyərində bir dəst kofe servizini, 50 manat dəyərində bir dəst parfumu, hər biri 2 manat olan ümumilikdə 8 manat dəyərində 4 ədəd “Rida” markalı deodrant, 30 manat dəyərində bir ədəd metaldan olan həvəng-dəstəni, hər biri 25 manat olan ümumilikdə 250 manat dəyərində 10 ədəd uşaq alt geyimlərini, hər biri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd kostyumu, 150 manat dəyərində bir ədəd kostyumu, 15 manat dəyərində bir ədəd yay yorğanım, hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində üç ədəd yay köynəyini, hər biri 6 manat olan ümumilikdə 60 manat dəyərində 10 ədəd corabı, 30 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş ağ cinsi, 20 manat dəyərində bir ədəd uşaq üçün geyilmiş sarı köynəyi, 40 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş gödəkcəni, 50 manat dəyərində bir ədəd uşaq üçün geyinilmiş cins şalvar və gödəkcəni, 50 manat dəyərində bir ədəd su filtrini, 80 manat dəyərində sovet dövrünə aid 1, 3, 5, 10, 25, 50 və 100 rub olan pul əskinazlarını, 25 manat dəyərində bir ədəd balaca formada qırmızı rəngli radionu, 25 manat dəyərində “Samsung” markalı bir ədəd kalkulyatoru, 25 manat dəyərində “GPT” markalı bir ədəd stolüstü saatı, 30 manat dəyərində “GPT” markalı bir ədəd stolüstü saatı, 20 manat dəyərində bir ədəd balaca zəngli saatı, 30 manat dəyərində “Smena” markalı bir ədəd fotoaparatı, 20 manat dəyərində “Reday Redakşin” markalı bir ədəd fotoaparatı, 40 manat dəyərində bir ədəd əlçəyi, 50 manat dəyərində bir ədəd dəri əlçəyi, 120 manat dəyərində bir ədəd təzə vəziyyətdə paltonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 4606 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızma cəmi 2948 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 7554 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə özgənin əmlakını təkrar gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 may 2021-ci ildə saat 04:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 1-ci dalan, 5106 saylı bağ evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdə Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli bağ evinin birinci mərtəbəsində yerləşən pəncərənin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olub 180 manat dəyərində bir ədəd 7 litrlik samovarı, 300 manat dəyərində müşahidə kameralarının bir ədəd yaddaş qurğusunu, 130 manat dəyərində “Tp-link” markalı AC 1200 modelli Wi-Fi modernini, 350 manat dəyərində bir ədəd qəlyan aparatını, 45 manat dəyərində bir ədəd nərd taxtası, 15 ədəd qara, 15 ədəd ağ rəngli daşları və bir cüt zəri, 350 manat dəyərində qoz ağacından bir ədəd nərd taxtası, 15 ədəd qara, 15 ədəd ağ rəngli daşları və bir cüt zəri, 400 manat dəyərində bir ədəd süfrə, 10 manat dəyərində “Adidas” markalı bir ədəd kişi üçün idman gödəkcəsi, 15 manat dəyərində bir ədəd kişi üçün toxunma gödəkcə, 3 manat dəyərində bir ədəd boz rəngli kişi üçün idman şalvar, 3 manat dəyərində bir ədəd qara rəngli kişi üçün idman şalvarı, 3 manat dəyərində bir ədəd hərbi rəngdə kişi üçün idman şalvarı, 15 manat dəyərində bir ədəd göy rəngli pencək, 800 manat dəyərində olan bir ədəd qəlyan aparatını, 1700 manat dəyərində “Samsung” markalı bir ədəd televizoru, 1000 manat dəyərində “Playstation 3” markalı bir ədəd oyun aparatını, “Playstation 3” markalı oyun aparatında oyun oynamaq üçün 130 manat dəyərində dörd ədəd idarə etmə pultunu, 180 manat dəyərində bir ədəd “JBL” markalı səs gücləndirici, 200 manat dəyərində qırmızı rəngli bir ədəd süfrəni, 6 manat dəyərində bir ədəd üzərində “Paris” sözləri yazılmış suvenir (Eyfell qülləsinin kiçik forması), 20 manat dəyərində bir ədəd suvenir maska, 60 manat dəyərində uşaq üçün “Sonic” markalı elektron oyuncağı, 10 manat dəyərində bir ədəd üzərində “MotoGP13” sözləri yazılmış oyun diski, 2 manat dəyərində bir ədəd qara rəngli qısa qol köynəyi, 15 manat dəyərində bir ədəd göy rəngli idman çantasını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 5927 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 11 may 2021-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhimov küçəsi, nömrəsiz evin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, 42-ci Polis bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol cibindən bir ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan məhkəmənarkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 2313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan əlavə, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 2311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il azaldılmışdır. O, cəzasından 3 ay 15 gününü çəkmiş və onun 1 il 2 ay 13 gün çəkilməmiş cəzası qalmışdır. Lakin məhkəmə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qeyd edilən hissəsini hazırki cəzaya birləşdirməli olduğu halda, səhvə yol verərək iş materiallarında mövcud olmayan, eləcə də Təqsirləndirilən şəxs1 aid olmayan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin l(008)-64/2022 saylı cinayət işi üzrə çıxardığı xx.xx.2022-ci il tarixli hökmünü dəyişdirib təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə daha ağır cəza təyin edilməsini və təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş cəmi 7.549 manat məbləğində zərərin ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxslərə qarşı çox mehriban olmuş, onlara çox yüngül cəza təyin etmiş, onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəsizlik dərəcəsini, vurduqları ziyanın həcmini və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməmələrini nəzərə almamışdır. Nəticədə ədalətsiz cəza təyin etmişdir. Təqsirləndirilən şəxslər onlara ümumilikdə 7.549 manat məbləğində zərər vurmuşlar. Onlar imkanlı deyillər və sadə həyat yaşayırlar. Bu məbləğ onlar üçün çox böyük məbləğdir. Təqsirləndirilən şəxslər bağ evində olan bütün əmlakı oğurlayıb talamışlar. Evdəki istifadə edə bilinəcək heç bir əmlak qalmamışdır. Onlar ömür boyu işləyib bağ evi qurmuş və çətinliklə ev əşyalarını alıb toplamışlar. Bu əmlak tam əllərindən çıxmışdır. Təqsirkarlar isə onlara vurduqları zərərin ödəmək barədə ümumiyyətlə söhbət açmır və heç onlardan üzr belə istəməmişlər. Əksinə məhkəmədə onlar həyasızcasına üzlərinə gülür, oğurluq əməli törətmələri və onlara zərər vurmaları ilə öyünürdülər. Bu onu göstərir ki, onlar cinayətkar əməllərindən peşman olmamış və islah yolunu tutmamışlar. Bu məsələləri birinci instansiya məhkəməsində dəfələrlə bildirmiş və təqsirkar şəxslər tərəfindən onlara vurulmuş zərərin ödənilməsi üçün tədbir görülməsini xahiş etmişlər. Eyni zamanda onlara təyin olunacaq cəzanın daha sərt və ədalətli olmasını tələb etmişlər. Lakin, birinci instansiya məhkəməsi sözlərinə əhəmiyyət verməmiş, vurulmuş ziyanın ödənilməsi üçün tədbir görməmiş və cinayətkarlara ədalətli cəza təyin etməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 apellyasiya protestinin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunaraq dəyişdirilməsini, məhkumlara məcburi müalicə təyin olunmağını xahiş etmiş, zərərçəkmiş şəxslərin şikayətinin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin l(008)-64/2022 saylı cinayət işi üzrə çıxardığı xx.xx.2022-ci il tarixli hökmünü dəyişdirib təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə daha ağır cəza təyin edilməsini və təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş cəmi 7.549 manat məbləğində zərərin ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5 çıxış edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını və birinci instansiya məhkəməsinin texniki səhvlərinin aradan qaldırılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 çıxış edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmü dəyişdirilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq X6 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 2311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli, 2313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Gülsün Əhmədovanın bağ evlərindən oğurlanmış əşyalar maddi sübut hesab edilmişdir və saxlanılması üçün həmin əşyalar zərərçəkmiş şəxslərə qaytarılmışdır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 31 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21- 1/3-3387 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7(008)-226/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs1 cəzasından 03 ay 15 gününü çəkmiş və onun 01 il 02 ay 13 gün çəkilməmiş cəzası qalmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs2 iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxslərin apellyasiya şikayəti ilə məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin dəymiş zərərin ödənilməsi ilə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin qeyd edilən tələblə bağlı mülki iddia ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Birinci instansiya məhkəməsi müvafiq ekspert rəylərini nəzərə almadan məhkumlar barəsində məcburi müalicə təyin etməyərək qeyd edilən hüquq normasının tələbini pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsi texniki cəhətdən səhv edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü yanlışlıqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü kimi qeyd edilmişdir. Bu anlaşılmazlıq aradan qaldırılmalıdır. Bu baxımdan apellyasiya protestinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri cinayət qanunu normasının düzgün tətbiq edilməməsidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmü dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində dəyişdirilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(008)-64/2022 saylı hökmündə qeyd edilən “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmü” cümləsi “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü” cümləsi ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X3 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar