Məhkəmə qərarları › İş №1(103)-996/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-996/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-996/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-113/2024 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-113/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 23 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,102 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini sol tərəfindən asdığı kiçik ölçülü, qara rəngli dəri çantanın içində, külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini isə idarə etdiyi 90CY145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlədərək saxlamaqla daşımış, 23 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb idarə eldiyi 90CY145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet" markalı avtomobili ilə birlikdə həmin idarəyə gətirilmiş, orada 23 iyul 2022-ci il tarixdə saat 01:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol tərəfindən asdığı kiçik ölçülü, qara rəngli dəri çantanın içindən külli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,102 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmin tarixdə saat 02:40 dəqiqədən etibarən idarə etdiyi “Chevrolet” markalı avtomobilində baxış keçirilərkən həmin avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıdığı və avtomobilində saxladığı ümumilikdə təmiz çəkisi 815 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 245,102 qram olmaqla külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, birinci instansiya məhkəməsinin hökmünün cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsi xahiş olunmuşdur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmü, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı hökmlə təqsirli bilindiyi cinayət əməlini 23 iyul 2022-ci il tarixdə, yəni onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü çıxarılandan əvvəl törətmişdir. Belə olan halda, Bakı Ağır Cinayətlər Məhkəməsi 22 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi İlə cəza təyin edildikdən sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə toplamaqla ona qəti cəza təyin etməli idi. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı hökmlə cəza təyin olunarkən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü nəzərə alınmamış, təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli olduğu halda, cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Hökmdən həmçinin məhkum olunmuş şəxs də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə uyğun izahat verərək, onun təmin olunmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin, apeııyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-113/2024 saylı hökmü dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, axşam saat 11-də Badamdar şossesi, ev 148 ünvanında yerləşən evinə gəldikdə həmin vaxt polislər evə daxil olmuşdur. Bu zaman evdə həyat yoldaşı və 16 yaşlı oğlu olmuşdur. Evdə polislərlə söz-söhbət olmamış, ancaq oğlu qışqırmışdır. O da polislərə “çıxın evdən mən sizlə razılaşaram” demişdir. Onu maşına əyləşdirib idarəyə aparmışlar. Polis əməkdaşları evində olan 4 ədəd kameranı götürmüşlər, sonra açıq vəziyyətdə qaytarmışlar, amma görüntülər qalmamışdır. Qara çanta üzərində olmamış, mətbəxdə olmuşdur. O, narkotik vasitə istifadəçisidir, saxlanılan zaman üzərində 1 qram kokos, 5 qram metamfetamin olmuşdur. Narkotiklərin hamısını bir yerdən Kubinka ərazisindən həmin gün almışdır. 5 qramı 10-15 gün ərzində istifadə edir, 25 manata almışdır. Yoldaşına məxsus qırmızı rəngli “Chevrolet” markalı maşını həyat yoldaşı özü idarə edir, o həmin maşını sadəcə həftədə 1-2 dəfə “moykaya” aparmış, sonuncu dəfə hadisədən bir həftə əvvəl yuduzdurmuşdur. Öz maşını vardır, həmin gün avtomobili xalasıgilin qapısına qoymuşdur. Ona hər hansı bir fiziki təzyiq olmamış, amma təhdid olunmuşdur. O, sənədlərə qol çəkmək istəməmiş, onu eviylə, yoldaşıyla təhdid etmişlər. Nəcəf adlı polis əməkdaşı “yoldaşını gətirəcəyik” demiş, bu səbəbdən narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metafetamin istifadəçisidir. Təxminən 4 ay öncə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə psixotrop maddə olan metafetamin almaq istədiyi tanımadığı şəxslərin vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olduğunu ona deyən “Baba” adlı şəxs ilə tanış olmuşdur. O, həmin şəxslə daima “Watsap” sosial mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Onun işi “Baban”ın tapşırığı ilə və şəklinin vatsap vasitəsi ilə göndərdiyi yerlərdən narkotik və psixotrop maddələri götürüb onun dediyi ünvanalara çatdırmaq bir növ kuryerlik fəaliyyətindən ibarət olmuşdur. O, gördüyü işin müqabilində “Baba”dan ona məxsus olan “4169 7385 4125 0852” seriyalı kartına göndərdiyi müxtəlif məbləğləri almışdır. Onun göstərdiyi xidmətdə qazancı ona məxsus həmin karta vurulan pullar olmuşdur. O “Baba” üçün işlədiyi yəni, narkotik və psixotrop maddələrin dövriyyəsini təşkil etdiyi 4 ay ərzində cəmi 4000 manat pul qazanmışdır. Həmin məbləği yalnızca şəxsi məsrəflərinə sərf etmiş və bu fəaliyyəti barədə ailə üzvlərinə və ya bir başqa şəxsə ümumiyyətlə məlumat verməmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 22 iyul 2022-ci il tarixdə saat 22 radələrində “Baba” ona vatsapla zəng edib əvvəl də narotik vasitə götürdüyü “Köhnə Avtovağzal”ın yaxınlığındakı körpünün altında əkilmiş şam ağacının altında üzəri 2 rəqəmi yazılmış qara sellofan torbada iki ədəd büküm olduğunu və həmin bükümləri götürüb özünün deyəcəyi Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ünvanlara çatdırmağını tapşırmışdır. O da onun dediyi yerdən həmin bükümlər olan qara sellofan torbanı götürmüş və torbanın üzərinə 2 rəqəmi yazıldığını görmüş, həmin torbanın içini açıb baxan zaman içindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd psixotrop maddə metafetamin bükümü olduğunu görmüşdür. Həmin metafetamin bükümdən bir hissəsini götürüb 01 ədəd sellofan bükümə tökərək şəxsi istifadəsi üçün çiynindən asdığı qara rəngli dəri çantanın içinə qoymuşdur. Digər bükümləri isə üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbaya büküb idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilinin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlədərək saxlamışdır. Sonra həmin bükümlərlə birlikdə hərəkət edərək yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu 48 saylı evin yaxınlığına gəlib avtomobildən enərək “Baba”nın hansı ünvanlara gedəcəyini deməsini gözləməyə başlamışdır. 23 iyul 2022-ci il tarixdə saat 00:10 radələrində yaşadığı evin yaxınlğında piyada gəzən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirib onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarə etdiyi “Chevrolet” markalı avtomobili ilə birlikdə həmin idarənin inzibati binasına gətirmişdirlər, avtomobilini isə duracağa yerləşdirmişdirlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona X3 müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişdirlər. Baxış keçirilən zaman o, özü sol tərəfindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümdəki ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetamini çıxarıb təqdim etmişdir. Sonra isə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli qısa şalvarının sol yan cibində 01 ədəd “Samsung” markalı telefon, həmin qara rəngli dəri çantanın içindən “5261 6333 3572 5447” və “4169 7385 4125 0852” seriyalı plastik bank kartları, sürücülük vəsiqəsi, 179 (yüz yetmiş doqquz) manat pul, 01 cüt ağ rəngli telefon qulaqcığı və 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Həmin psixotrop maddənin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 6 qram olmuşdur. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış, zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, bank kartları, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalar və 179 manat nəğd pul ona geri qaytarılmışdır. Sorğu zamanı o idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilində narkotik vasitə və psixotrop maddə saxladığını həmin maddələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını qeyd edib bu barədə ərizə yazmışdır. Sonra isə avtomobilin olduğu yerə gedib onun, vəkilin və digərlərinin iştirakı ilə idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bu zaman o, idarə etdiyi “Chevrolet” markalı avtomobilinin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin kütləsi və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetamin kütləsi aşkar edilmişdir. Həmin kütlələrdən metafetamin eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmış, sonra isə avtomobilə əlavə baxış keçirilmiş və iş üzrə əhəmiyyək kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı üzərindən və avtomobilindən aşakar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikası vətəndaşı olduğunu ona deyən “Baba” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ünvanlara çatdırıb pul qazanmaq üçün əldə etdiyini, ümumilikdə 4 aydır ki, narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini və ümumilikdə bu fəaliyyətindən 4000 manat qazanc əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında maşının yaxınlığında saxlanılaraq baş idarəyə gətirilmişdir. Üzərində olan çantadan bir büküm narkotik vasitə metamfetamin aşkar olunmuş, özü iranlıdan əldə etdiyini, qalan hissəsinin maşınında olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilmiş və oturacağının arxa hissəsindən 1 kiloqrama yaxın narkotik vasitə heroin və metamfetamin götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmış, özü tam səmimi etiraf etmiş, heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşüb evinə tərəf hərəkət edərkən saxlanılmış və avtomobil özü ilə bir yerdə idarəyə aparılmışdır. Avtomobilin kimə məxsus olması yadında qalmamış və avtomobildə kamera olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. Etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında 23 iyul 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1la birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 00:10-da ünvan 1 ünvanının yaxınlığında qırmızı rəngli, “Chevrolet” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilinin qarşısında saxlanılaraq avtomobili ilə birlikdə BNMİ-nin inzibati binasına həyətinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən inzibati binaya aparılmış və ora vəkil X6 dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman videoçəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman videoçəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman əməliyyat müvəkkili Şahid1 tərəfindən videoçəkiliş edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, digərlərinin və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sol tərəfindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içindən ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Sonra isə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli qısa şalvarının sol yan cibində 01 ədəd "Samsung” markalı telefon, həmin qara rəngli dəri çantanın içindən “5261 6333 3572 5447” və “4169 7385 4125 0852” seriyalı plastik bank kartları, sürücülük vəsiqəsi, 179 (yüz yetmiş doqquz) manat pul, 01 cüt ağ rəngli telefon qulaqcığı və 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Həmin psixotrop maddənin qabşaldırma ilə birlikdə elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 6 qram olmuşdur. Təqdim etdiyi həmin kütlə təhqiqatçı tərəfindən zərfə qablaşdırılmış zərfin üzərinə o da imza etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefon, bank kartları, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalara və 179 manat nəğd pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi 90 - CY- 145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilində narkotik vasitə və psixotrop maddə saxladığını həmin maddələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını qeyd edib bu barədə ərizə yazmışdır. Sonra isə avtomobili olduğu yerə gedib onun, Təqsirləndirilən şəxs, vəkilin və digərlərinin iştirakı ilə idarə etdiyi qırmızı rəngli, “Chevrolet” markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerindən üzərinə 2 rəqəmi yazılmış qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrdən metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Sonra isə avtomobilə əlavə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metafetaminə bənzər kütləni İran İslam Respublikası vətəndaşı olduğunu ona demiş “Baba” adlı şəxsin vatsapla zəng edib verdiyi tapşırıq ilə 22 iyul 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Köhnə Avtovağzal”ın yaxınlığındakı körpünün altından götürüb və “Baba” adlı şəxsin deyəcəyi müxtəlif ünvanlara çatdırıb pul qazanmağı üçün əldə etdiyini, ümumilikdə 4 aydır ki, narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini və ümumilkdə bu fəaliyyətindən 4000 manat qazanc əldə etdiyini bildirmişdir (İ cild, səh. 123- 125). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin Səbail rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında şəxs tərəflərindən saxlanılmışdır. Səbail rayonu ərazisində avtomobilinin yaxınlığında təxminən gecə vaxtı saat 12-dən sonra saxlanılaraq avtomaşınla birlikdə baş idarəyə aparılmışdır. Daha sonra üzərinə şəxsi axtarış BNMİ-nin xidməti otağında keçirilmiş, üzərinə baxış zamanı üzərində olan bir büküm metamfetamini təqdim etmişdir. Özü avtomobildə də narkotik vasitə saxladığını bildirmiş, daha sonra videoçəkiliş keçirilərək avtomobilə baxış keçirilmiş, oradan psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı fiziki zor və təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 88-90). Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibb bacısı vəzifəsində işləyir, Təqsirləndirilən şəxs arvadıdır. İyulun 22-si gecə saat 1-ə işləmiş 5-6 nəfər yaşadıqları evə daxil olmuş və evi axtarmağa başlamışlar. Yoldaşına qışqırmışlar, o da onlara qışqırmış, həmin vaxt ona sakit durmasını demişlər. Sonra Zaurun əllərini bağlayıb, əllərinin üzərinə dəsmal atıb aparmışlar. Evdən kameraları çıxartmışlar, onun maşınının açarını və telefonunu götürmüşlər, 1 saatdan sonra gəlib maşını da aparmışlar. Kamera küçəni müşahidə etmiş, onun maşını olan yeri çəkmişdir. Zaurun avtomobili evin qabağında olmuşdur. Ona məxsus telefonu və avtomobili 2 gün sonra vermişlər. Avtomobili o özü idarə etmiş, Zaurun isə öz maşını olmuş, onun maşınına ehtiyacı olmamışdır. Yoldaşının narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamış, evə girəndə bükülü kağız görmüş və o zaman bilmişdir. Polis əməkdaşı yoldaşının narkotik vasitədən istifadə etdiyini bildirmiş, ona görə də axtarmışlar, amma heç nə tapmamışlar. Polis əməkdaşlarının evlərinə daxil olmaları ilə bağlı şikayət etməmişdir. Onu polisə aparmamışlar. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Yaşadıqları evdə oturarkən birdən 5-6 nəfərin içəri daxil olduqlarını görmüşlər, atasını tutub 145 nömrəli avtomobillə aparmışlar. Atasının çantasını axtarmışlar. İki gündən sonra zəng etmişlər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə yaxınlaşsınlar. Atasının qolunu qandallayıb aparmışlar, hətta görsənməsin deyə əlinin üstünə dəsmal atmışlar. Evlərində axtarış aparmışlar, kamera və maşının içindəki qeydiyyat kamerasını götürmüşlər. Həmin şəxslər iki maşınla olmuşlar, atasını da öz maşınları ilə aparmışlar. Bir saatdan sonra gələrək həyətdən anasına məxsus maşını da aparmışlar. Onun atasının narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2022-ci il tarixli, 6/3998 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə:-üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 5,102 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bağlamada təmiz çəkisi 815 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, l(bir) ədəd selofan bağlamada təmiz çəkisi 240 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Təqdim olunmuş l(bir) ədəd selofan bükümdə və l(bir) ədəd selofan bağlamada olan metafetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı 1) siyahısına daxildirlər. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in (Siyahı 1) siyahısına daxildirlər. (İ cild, səh. 47-52). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 26 sentyabr 2022-ci il tarixli, 5499 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbul edilməsi nəticəsində yaranan asıılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 137-138). Cinayət işində olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyul 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs sol çiynindən asdığı, kiçik ölüçülü, qara rəngli dəri çantasının içindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin 01 ədəd sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi görünüşlü və quruluşlu ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 6 qram olmuşdur (İ cild, səh. 29-33). Cinayət işində olan «Avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 23 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 90 - CY145 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli, “Chevrolet” markalı avtomobilinə axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilin sürücü oturacağının arxa hissəsindəki saxlanc yerində gizlətdiyi üzərinə 1 ədəd qara rəngli, üzərində 2 rəqəmi yazılmış qara sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrdən metamfetaminə bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 244 qram olmuşdur. Sonra isə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 815 qram olmuşdur (İ cild, səh. 36-37). Cinayət işində olan "xxxx" ASC və "xxxx" ASC-dən daxil olan sənədlərə baxış keçirilməsi haqqında» 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC və "xxxx" ASC-dən daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilmişdir. Cinayət işində olan "xxxx" ASC daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı plastik kartın çıxarışından görünür ki, həmin plastik kartın hesabına 01 yanvar 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixdək olan müddət ərzindən müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul mədaxil və məxaric olmuşdur. Cinayət işində olan "xxxx" ASC daxil olan məktuba əlavə edilmiş kart hesabından çıxarışa baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartın çıxarışından görünür ki, həmin plastik kartın hesabına 01 yanvar 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixdək olan müddət ərzində cəmi bir bank əməliyyatı aşkar edilmişdir (İ cild, səh. 136). Cinayət işində olan «Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında» 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 814,950 qram olan narkotik vasitə heroin və ekspertizadan sonra qalıq ümumi təmiz çəkisi 245,002 qram metafetamin maddi sübut hesab edilərək saxlanması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 154). Cinayət işində olan «Sübutların qiymətləndirilməsi haqqında» 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 ədəd “4169 7385 4125 0852” seriya nömrəli "xxxx" “Umico” adlı və 01 ədəd “5261 6333 3572 5447” seriya nömrəli "xxxx" adlı plastik kartlar maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 143-152). Cinayət işində olan «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). Cinayət işində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2022-ci il tarixli, 4(009)-271/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 78-81). Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Səbail Rayon Məhkəməsinin 01 may 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1 hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 31 dekabr 1997-ci il tarixli qərarı ilə 08 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 2.Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2 hissəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur (İ cild, səh. 83-84). «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminin, avtomobildən aşkar edilmiş psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin çəkiləri «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, o cümlədən ekspert rəyi və istintaq hərəkətinin protokolları, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs hər iki məhkəmə instansiyasında psixoloji təzyiqin tətbiqi altında-arvadının da polis tərəfindən narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb ediləcəyi, həyat yoldaşının polis bölməsinə gətiriləcəyi hədəsi nəticəsində etirafedici ifadə verdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. Təqsirləndirilən şəxs onun üzərinə keçirilmiş şəxsi axtarış və götürülmə aparılmasını, avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən video görüntüdən əlavə ibtidai istintaq zamanı ifadəsində psixotrop maddə metamfetaminin və heroinin ona aid olduğunu bildirmişdir. Cinayət işindən görünür ki, məhkəməyədək icraatda təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə etirazını bildirməmiş, iş materiallarında etiraz etməsi və bu sübutun psixi zorakılıq nəticəsində əldə edilməsi barədə vəsatət qaldırmamış, yalnız məhkəmə baxışında bu hal irəli sürülsə də müdafiə tərəfinin zorakılığın mövcud olması, bu sübutun psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiası təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs polis idarəsində psixoloji təzyiqə, hədəyə məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda (cild 1, səhifə 159) təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) Təqsirləndirilən şəxsin psixoloji təzyiqə, hədəyə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsində sualların cavabında şahid qismində dindirilən təqsirləndirilən şəxsin arvadı ifadəsində polis bölməsinə çağırılmadığını, polis bölməsində olmadığını və ora ümumiyyətlə gətirilmədiyini bildirmişdir. Göründüyü kimi sadalanan halların olmaması məhkəmədə təqsirləndirilən şəxsin iddia etdiyi təzyiqin, hədənin mövcud olması şübhəsi yaratmağa əsas vermir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərində hər hansı miqdarda psixotrop maddənin polis əməkdaşlarının hədəsi - psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan metamfetamini təqdim etməsi, avtomobilində heroinin və psixotrop maddənin olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun, «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» protokolun və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olması tam sübuta yütirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır, təqsirləndirilən şəxsin əməli dzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, hazırda onun əməlinin CM-nin 234.1- 1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlili ilə bağlı isə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-132/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair" 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təqsirli bilindiyi cinayət əməlini 23 iyul 2022-ci il tarixdə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü çıxarılanadək törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 22 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 234.4.3-cü maddəsi ilə cəza təyin edildikdən sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı - xx.xx.2024cü il tarixli hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplamaqla ona qəti cəza təyin edilməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya protestinin dəlilini əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkumun apellyasiya şikayəti təmin olunmamalı, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-113/2024 saylı hökmü dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(008)-132/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(101)-113/2024 saylı hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(008)- 132/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxsin apellyasiya şikayəti təmin edilməsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar