Məhkəmə qərarları › İş №1(103)-998/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-998/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-998/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X12, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmü ilə (X20 (sədrlik edən və məruzəçi) Azad Məcidov və Səbuhi Hüseynov) xx xxx 1953-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, aıli təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanda yaşamış, 16 dekabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 dekabr 2020-ci il tarixdən hesablanması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pulun ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər birgə biznes fəaliyyəti zamanı tanış olduğu Zərərçəkmiş şəxs oğluna özünün yüksək gəlir gətirən mərmər və qranit materiallarının alveri ilə məşğul olduğunu bildirib ona birgə biznes fəaliyyəti ilə məşğul olub İran İslam Respublikasından müxtəlif çeşiddə mərmər və qranit materiallarını Qazaxıstan Respublikası və Azərbaycan Respublikasına gətirib satmaqla əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin may ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 200.000 manat, 2016-cı ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 1.000.000 manat, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 800.000 manat pul alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişlər. Məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazıdır. Məhkəmə işində olan faktiki halları araşdırmadan ittiham haqqında qeyd olunan yalan, sübutsuz dəlillərə əsaslanaraq qərar qəbul edərək barəsində ədalətsiz hökm çıxarmışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən prosessual pozuntulara yol verilmiş, yəni onun şəxsən əlbə-əl borc götürdüyü şəxs Tağı Əhmədov ilə üzləşmə prosessual istintaq hərəkəti qərəzli olaraq təmin edilməmişdir. Sübut kimi istifadə oluna bilən ümumi telefon danışıqlarının antenna dairəsini təyin etmək üçün verdikləri vəsatət təmin edilmədi. Digər şahidlərin, hansı ki, onun günahsızlığını sübut edəcək ifadə verə bilən şahidlərin dindirilməsi təmin edilmədi. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi, günahsız olması nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan görünür ki, guya Təqsirləndirilən şəxs tanışları X21 və X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər birgə biznes fəaliyyəti zamanı tanış olduğu Zərərçəkmiş şəxs özünün yüksək gəlir gətirən mərmər və qranit materiallarının alveri ilə məşğul olduğunu bildirib ona şərikləri Qulu Muxtarov və Sahil Abuşovla birgə biznes fəaliyyəti ilə məşqul olub İran İslam Respublikasından müxtəlif çeşiddə mərmər və qranit materiallarını Qazaxstan Respublikası və Azərbaycan Respublikasına gətirib satmaqla əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin may ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 200.000 manat, 2016-cı ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 1.000.000 manat, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 800.000 manat pul alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Aşağıdakı xüsusatlara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmü əsassız, ədalətsiz və qanunsuzdur: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, müvəkkilinin hüquqları ibtidai istintaq orqanı tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq ona istinad edilən cinayət əməllərini törətmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bu da Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. İstər ibtidai istintaqı zamanı dindirilərkən, istərsə də məhkəmə istintaqı zamanı verdikləri sərbəst ifadələrində Təqsirləndirilən şəxs, X16 və X21 onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti üzrə özlərini təqsirli bilməmişlər. Hazırki işlə bağlı cinayət təqibi Xətai Rayon Məhkəməsində borcun faizlərinin hesablanmasına dair iddia ərizəsi üzrə baxılan məhkəmə prosesində çıxarılmış cinayət işinin başlanmasına dair qərardaddan sonra başlanmışdır. Cinayət işi 28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Mikayıl Qüdrətov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsi qaydasında tutulmuş, 17 dekabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs “borc pulun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində guya özünün ifadə etdiyi kimi təxminən 2016-cı ildə cavabdeh Təqsirləndirilən şəxs 2.000.000 manat borc pul verdiyini göstərmişdir. Mülki işin məhkəmə baxışı zamanı məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndə və vəkilləri Mərdan Heydərov və Müdafiəçi2 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın 24 sentyabr 2020-ci il tarixli Qərardadında guya cavabdehlər Sahil Abuşov və Təqsirləndirilən şəxs istinad etdiyi halları əsaslandıracaq, yəni pul vəsaitinin həqiqətən də xarici ölkəyə çıxarılması, xarici ölkələrin ərazisində hər hansı müqavilələrin bağlanması və tərəflərin arasında olan razılaşma üzrə hər hansı işin aparılması halları aşkar edilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasında konfidensial ünsiyyət zamanı 2016-cı ildə borc aldığı pul məbləğini zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs deyil, həmin vaxt Bakı Metropoliteninin rəisi vəzifəsində çalışmış Tağı Əhmədovdan şəxsən faizə götürdüyünü bildirmişdir. Bundan əlavə, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qulu Muxtarov Bakı X3 Xəlilovla üzləşmə zamanı müdafiəçinin suallarını cavablandırarkən pul məbələğinin Zərərçəkmiş şəxs deyil, sonuncunun yaxın tanışı olan Tağı Əhmədova məxsus olduğunu, Təqsirləndirilən şəxs həmin 2.000.000 manat X27 faizə götürdüyünü, Zərərçəkmiş şəxs müntəzəm olaraq onların ofisinə gələrək “Tağı aləmi dağıdır, tez olun borcun faizini ödəyin” deyərək hay-küy qaldırdığını göstərmişdir. Həmçinin iş üzrə təqsirldəndirilən şəxs qismində cəlb edilmiş Sahil Abuşov da, Qulu Muxtarovun və Təqsirləndirilən şəxs verdikləri ifadələrə uyğun ifadə verərək həmin pul məbləğinin Zərərçəkmiş şəxs deyil, Tağı Əhmədova məxsus olduğunu, sonuncunun həmin pul məbləğini Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında konfidensial ünsiyyət zamanı 20 may 2016-cı il tarixdə saat 15 radələrində Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının binasında Tağı Əhmədovla görüşdüyünü, həmin görüşdə Zərərçəkmiş şəxs də itştirak etdiyini bildirmişdir. Daha sonra o, Tağı Əhmədova mərmər biznesi ilə məşğul olduğunu, bu səbəbdən borc pula ehtiyacının olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onu əvvəllər tanıdığından ona Tağı Əhmədovun qarşısında qarant durmuşdur. Tağı Əhmədov həmin gün ona şəxsən kabinetində olan seyfin içərisindən 200.000 manat götürüb vermişdir. Tağı Əhməov pulu ona əvvəlcə 1 %-ə, daha sonra isə artıraraq 2%-ə vermişdir. Təqsirləndirilən şəxs Tağı Əhmədovdan pulu əvvəlcə 3 ayı 2%-ə, daha sonra aralarında olan razılaşmaya əsasən 1.200.000 manata görə ayda 20.000 manat, 2.000.000 manata qarşı isə ayda 35.000 manat ödəməli olduğunu bildirmişdir. O təxminən 8 ay ərzində borc götürdüyü 2.000.000 manat pulu 1,75 % ilə ödəmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs bildirdiyi xüsusatların həqiqət olduğunu müəyyən etmək üçün 20 may 2016-cı il tarixdə saat təxminən 15 radələrində Tağı Əhmədovun həmin dövrdə istifadə etdiyi ***-***-**-**, Zərərçəkmiş şəxs həmin dövrdə istifadə etdiyi ***-***-**-** və özünün həmin dövrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonların hansı antennnanın əhatə dairəsində olduğunu yoxlanılması üçün ibtidai istintaq orqanı qarşısında vəsatət qaldırılsa da, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmaq niyyətindən uzaq müstəntiq tərəfindən müdafiə tərəfinin həmin vəsatəti təmin edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş olan Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində Tağı Əhmədov ilə aralarında mobil telefon danışıqlarının da aparıldığını bildirmişdir. Bu səbəbdən də, Tağı Əhmədovun həmin dövrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon ilə Təqsirləndirilən şəxs qeyd olunan dövrdə istifadə etdiyi 050-210-23- 69 nömrəli mobil telefonlar arasında aparılmış danışıqların və telefon zənglərinin müəyyən edilməsi üçün ibtidai istintaq orqanı qarşısında vəsatət qaldırılmış və həmin vəsatətdə göstərilən xüsusatların müəyyən edilməsinin iş üzrə ibtidai araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması baxımından mühüm əhəmiyyət kəsb etməsi əsaslandırılmışdır. Ona görə də, tərəfindən rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı ibtidai istintaq orqanı qarşısında vəsatət qaldırılsa da, həmin vəsatət də əsassız olaraq rədd edilmişdir. Bakı İstintaq Təcridxanasında konfidensial ünsiyyət zamanı qanunsuz və əsassız şəkildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Tağı Əhmədovdan hər ay faiz məbləğlərini ödəmək şərti ilə borc pulu 3 dəfəyə aldığını bildirmişdir. Belə ki, ilkin olaraq 20 may 2016-cı il tarixdə saat 13 və ya 15 radələrində Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının inzibati binasında özünün kabinetində verdiyini bildirmiş və göstərilən xüsusatlar dindirmə protokolunda da öz əksini tapmışdır. 06 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müvəqqəti olaraq köçürüldüyü Səbail RPİ-nin X14 Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmişdir. Üzləşmə istintaq hərəkəti zamanı ifadə verən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarını cavablandırarkən əvvəllər biznes fəaliyyəti ilə məşğul olmadığını bildirmiş, əgər biznes fəaliyyəti ilə məşğul olmamışdırsa göstərilən miqdarda pul vəsaitini hansı mənbədən əldə etməklə Təqsirləndirilən şəxs verməsi ilə bağlı müdafiəçinin sualına borc olaraq Təqsirləndirilən şəxs verdiyi pulları yaxın dostlarından aldığını, lakin dostların adlarını istintaqa verməyəcəyini göstərmişdir. Daha sonra isə müdafiə tərəfinin suallarından sonra ziddiyyətlərlə dolu olan ifadəsində qeyd olunan pul məbləğinin əslində özünə deyil, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova məxsus olmasını bildirərək bununla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və üzləşmə zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Ona görə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq Zərərçəkmiş şəxs cinayət işi üzrə icraatda zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsinə dair ibtidai istintaq orqanı qarşısında vəsatət qaldırılsa da, müstəntiq tərəfindən həmin vəsatləri də əsassız olaraq rədd edilmişdir. Zərərçəkmiş şəxs üzləşmə zamanı Təqsirləndirilən şəxs borc olaraq aldığı 2.000.000 manat pula qarşı mütəmadi olaraq cəmi 142.000 manat, daha sonra isə ayrıca 19.000 manat, bir müddət sonra Novxanı qəsəbəsində 75.000 manat olaraq qiymətləndirdikləri torpaq sahəsini Tağı Əhmədova olan borcun faizi olaraq verildiyi ilə bağlı Təqsirləndirilən şəxs göstərdiyi xüsusatı təsdiq etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzləşmə zamanı verdiyi ifadəsində sonradan istintaqa təqdim etdiyi 1 ədəd qiymətli daşı Tağı Əhmədova verdiyini, sonradan həmin qiymətli daşın X11 tərəfindən ona qaytarıldığını göstərmişdir. X16 ilə Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs söhbət əsnasında Tağı Əhmədovdan mərmər biznesini böyütmək üçün 2.000.000 manat məbləğində faizə pul götürdüyünü, Tağı Əhmədovu tanışı Zərərçəkmiş şəxs vasitəsilə tanıdığını, hər ay X26 Əliyevin vasitəsilə aylıq faiz məbləği ödədiyini, hər ayın sonunda Zərərçəkmiş şəxs onların fəaliyyət göstərdikləri ofisə gələrək hay-küy salaraq Tağı pulunun faizini istədiyini bildirərək onlardan faizi tez ödəmələrini tələb etdiyini göstərmişdir. Həmçinin təqsirləndirilən şəxs qismində cəlb edilmiş X21 üzləşmə zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla mərmər işində ortaq olduqlarını, İran İslam Respublikasından Qazaxıstan və Azərbaycana mərmər gətirdiklərini, əvvəllər də Səadət ilə bu işi gördüklərini, sonuncunun işi böyütmək üçün Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 2.000.000 manat məbləğində faizə pul götürdüyünü, pulu Təqsirləndirilən şəxs Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının binasında Tağı Əhmədovdan faizə götürdüyünü, ilk etapda 200.000 manatın götürüldüyünü göstərmişdir. Daha sonra Sahil Abuşov ifadəsində hər ay X26 Əliyevin vasitəsilə aylıq faiz məbləği ödədiyini, hər ayın sonunda Zərərçəkmiş şəxs onların fəaliyyət göstərdikləri ofisə gələrək hay küy salaraq Tağı pulunun faizini istədiyini bildirərək onlardan faizi tez ödəmələrini tələb etdiyini göstərmişdir. Bu səbəbdən də, həmin xüsusatların araşdırılması məqsədilə Tağı Əhmədov və oğlu Ruslan Əhmədovun ibtidai istintaq orqanına dəvət edilərək dindirilməsini, zərurət halında isə Zərərçəkmiş şəxs ilə onların üzləşmə istintaq hərəkəti keçirilməsinin təmin edilməsi ilə bağlı vəsatət qaldırılmış, müstəntiq vəsatət verilmədən öncə X6 şahid qismində dindirmişdir. X13 ibtidai istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun tanışı olduğunu, 2.000.000 manat pul vəsaitinin həqiqətən də ona məxsus olduğunu, həmin məbləği ondan Zərərçəkmiş şəxs borc istədiyini, Zərərçəkmiş şəxs Səadət adlı şəxsi onun yanına gətirib onunla tanış etdiyini, sonradan Soltanın Səadətlə onun iş otağına gəldiklərini, Səadət ona mərmər işi ilə məşğul olduğunu, İran və Qazaxıstanla mərmər işi gördüyünü, Azərbaycana da mərmər gətirdiyini bildirdiyini göstərmişdir. İbtidai istintaq zamanı aparılmış istintaq hərəkətləri Təqsirləndirilən şəxs təqsirsiz olması ilə bağlı qətiyyətlərini möhkəmləndirsə də, ibtidai istintaq orqanı bu dəlilləri görməzdən gələrək təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsi ilə nəzərdə tutulan prosessual hüquqlarını, həmçinin Azərbaycan Respublikası Konstitusiyası iİə nəzərdə tutulan konstitusion hüquqlarını, həmçinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq Konvensiyalarla nəzərdə tutulan insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə istintaqı zamanı da, Təqsirləndirilən şəxs hüquqlarının pozulması halları davam etmiş, hakim tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə tərəfindən qaldırılmış əsaslı vəsatətlər məhkəmə tərəfindən əsassız şəkildə rədd edilmiş, qəbul edilmiş qərar əsaslandırılmadan şifahi şəkildə elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqına verdiyi ifadəsində əvvəllər heç bir biznes fəaliyyəti ilə məşğul olmadığını, Milli Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olduğunu göstərmişdir. Müdafiə tərəfinin suallarını cavablandırarkən Təqsirləndirilən şəxs verilmiş pulun hansı bankdan və kim tərəfindən çıxarılması sualına cavab verə bilməmişdir. Cinayət işinin materiallarından da görünür ki, Zərərçəkmiş şəxs Xətai Rayon Məhkəməsinə ünvanladığı və şəxsən özü tərəfindən imzalanmış iddia ərizəsində, həmçinin nümayəndələri tərəfindən məhkəmə prosesində verilmiş izahatda pulu Səadət Əliyevə borc verdiyini, sonradan hüquq-mühafizə orqanlarına verdiyi ərizədə isə guya birgə iş görmək adı ilə pul verdiyini göstərərək ziddiyyətli ifadələr, izahatlar vermişdir. Məhkəmə istintaqı zamanı isə bu ziddiyyətlərin səbəbini izah edə bilməmişdir. Bu ziddiyyətləri isə ona görə izah edə bilməmişdir ki, əslində Zərərçəkmiş şəxs bu proseslərdə iştirakı sadəcə Təqsirləndirilən şəxs ilə Tağı Əhmədovu uzlaşdırmaqdan və aralarındakı borc münasibətləri üzrə Tağı Əhmədov üçün aylıq faiz məbləğlərini toplayıb sonuncuya çatdırmaqdan və sonuncu tərəfindən isə müəyyən mükafat məbləğinin alınmasından ibarət olmuşdur. İstər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqı zamanı məhkəmədə tədqiq edilən bütün sübutlarda, ifadələrdə Tağı Əhmədovun adı keçdiyindən məhkəmə qarşısında göstərilən şəxsin məhkəmə istintaqına dəvət edilməsi haqqında tərəfimdən vəsatət qaldırıldı. Lakinq, hakim məhkəmə istintaqı zamanı bütün materiallarda pulun sahibi kimi adı keçən Tağı Əhmədovu dindirməkdən imtina edərək vəsatətimi əsassız olaraq rədd etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərardadında cinayət işinin başlanması üçün yeganə əsas kimi guya cababdehlər Sahil Abuşov və Təqsirləndirilən şəxs istinad etdiyi halları əsaslandıracaq, yəni pul vəsaitinin həqiqətən də, xarici ölkəyə çıxarılması, xarici ölkələrin ərazisində hər hansı müqavilələrin bağlanması və tərəflərin arasında olan razılaşma üzrə hər hansı işin aparılması halları aşkar edilməmiş, cavabdehlər bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmələrinə istinad etmişdir. Lakin, həmin vaxt cavabdehlər Sahil Abuşov və Təqsirləndirilən şəxs Qazaxıstan Respublikasının Astana şəhərində bağlanmış müqavilələri, Sahil Abuşov və Qazaxıstan Respublikasındakı partnyor şirkətin əməkdaşı arasındakı qarşılaşdırma aktını, Qazaxıstan Respublikasına Kənan Əliyev adlı şəxsə nəqd və ya Western Union və Zolotoya Korona köçürmə sistemləri ilə göndərilmiş pul vəsaitləri haqqında Kənan Əliyev tərəfindən tərtib edilmiş cədvəli, İran İslam Respublikasından Qazaxıstan Respublikasına göndərilmiş, Sahil Abuşov və Kənan Əliyev tərəfindən birgə tərtib edilmiş cədvəli, eləcə də müxtəlif vaxtlarda mərmər göndərilməsi ilə bağlı İnvoice sənədlərini təqdim etmələrinə baxmayaraq həmin sənədlər işə nədənsə əlavə edilməyərək Qərardadda öz əksini tapmamışdır. Bu səbəbdən də, 02 may 2016-cı il və 26 avqust 2016-cı il tarixli, Qazaxıstan Respublikasında, Astana şəhərində bağlanmış müqavilələri, Sahil Abuşov və Qazaxıstan Respublikasındakı partnyor şirkətin əməkdaşı arasındakı qarşılaşdırma aktını, Qazaxıstan Respublikasına Kənan Əliyev adlı şəxsə nəqd və ya Western Union və Zolotoya Korona köçürmə sistemləri vasitəsilə göndərilmiş pul vəsaitlərinin Kənan Əliyevin imzası ilə qəbul edilməsi haqqında cədvəli, İran İslam Respublikasından Qazaxıstan Respublikasına göndərilmiş mərmər materialları və bu barədə Sahil Abuşov və Kənan Əliyev tərəfindən birgə tərtib edilmiş cədvəli, eləcə də müxtəlif vaxtlarda mərmər göndərilməsi ilə bağlı İnvoice sənədlərini məhkəmə istintaqına təqdim etməklə təqsirləndiriliən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs iştirakı ilə tədqiq edilməsini tələb və xahiş edilməsi haqqında əsaslandırılmış vəsatətlə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş həmin sənədlər təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin həqiqətən də, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan arasında mərmər işi ilə məşğul olduqlarını, Qazaxıstan Respublikasındakı partnyoru Kənan Əliyev ilə aralarında bağlanmış müqavilə əsasında İrandan Qazaxıstana mərmər göndərilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə istintaqının gedişində X6 məhkəməyə çağırılaraq şahid qismində dindirilməsi tələb edilsə də, vəsatət əsassız olaraq rədd edilmişdi. Lakin, 07 fevral 2022-ci il tarixdə Tağı Əhmədov “Qaynarinfo” xəbər saytına verdiyi müsahibədə həqiqətən də 2 milyon manat pulu bankdan çıxarıb aylıq 18 faiz əsasında borc verdiyini, ayda 30.000 manat faiz pulu aldığını, tanışı, Azərbaycan Respublikası Milli X2 və Mexanika İnstitutunun direktor müavini işləyən, professor Zərərçəkmiş şəxs aylıq 30.000 manat faiz məbləğinin üzərindən hər ay 2.000 manat məbləğində pulu sonuncunun xahişi ilə ona verdiyini göstərmişdir. Tağı Əhmədovun müsahibəsində göstərdiyi bu xüsusat təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslər Təqsirləndirilən şəxs, Sahil Abuşov və Qulu Muxtarovun ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri təsdiq etməklə yanaşı, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadələri ilə kəskin ziddiyyət təşkil edir. Bundan əlavə, Tağı Əhmədov həmin müsahibədə məhkəmənin həmin şəxslərə 8-10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edəcəyini, həmçinin Təqsirləndirilən şəxs ilə görüşdüyünü də bildirmişdir. Tağı Əhmədovun məhkəmənin qəbul edəcəyi qərar barədə məlumatlı olması, onu düşünməyə əsas verir ki, hər şeydən öncə məhkəmə özü bu məsələni araşdırmaq üçün maraqlı olmalı idi. Həmçinin ibtidai istintaq zamanı şahid qismində Tağı Əhmədov 07 fevral 2022-ci il tarixli müsahibəsində ümumiyyətlə istintaq orqanına çağırılmadığını, çağırılsa da getməyəcəyini göstərmişdir. Belə olduğu təqdirdə ibtidai istintaq zamanı Tağı Əhmədovun şahid qismində dindirilməsi haqqında protokoldakı imzaların kim tərəfindən icra edilməsi haqlı sual doğururdu. Göründüyü kimi, cinayət işinin bütün materiallarında Tağı Əhmədovun adının hallanmasına, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına əsasların aradan qalxmasına baxmayaraq hakim tərəfindən qanuni və saslı vəsatətlərinin əsassız olaraq rədd edilməsi Təqsirləndirilən şəxs müdafiə hüququnu pozmuşdur. Göstərilən vəsatət təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və onun pozulmuş hüquqlarının və qanuni mənafeyinin bərpasına yönəldilsə də, məhkəmə tərkibi nəyin bahasına olursa olsun Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasında və onun qanunsuz olaraq həbsdə saxlanılmasında maraqlı olduğunu göstərdi. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş oldu. Bu səbəbdən də, məhkəmə tərkibinə tərəfindən etiraz edildi. Lakin, məhkəmə tərkibi onun özünə qarşı verilmiş etiraza özü baxaraq etirazın təmin edilməməsi haqqında qərar qəbul edərək Azərbaycan Respublikası CPM-nin tələblərini pozdu. 7 aydan artıq bir müddətdə apralmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirini təsdiq edəcək hər hansı bir sübutun tədqiq edildiyi görünmədi. Apellyasiya şikayətində qanunsuz və əsassız olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli ittiham hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə etdiyini bildirdi, apellyasiya şikayətlərinin dəlillərinə uyğun şəkildə çıхış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X19 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs оğlu və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş аpеllyаsiyа şikayətlərinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirdi, əslində onun üçün pulunun geri qayıtmasının əhəmiyyətli olduğunu, pulu qaytarıldığı halda hökmün dəyişdirilməsinə və Təqsirləndirilən şəxs оğlunun azadlığa buraxılmasına etiraz etmədiyini qeyd etdi, əks halda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs və onun nümayəndəsi və müdafiəçisi, müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, üzrlü səbəb olmadan 21 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə kollegiyası həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsindən və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasından ibarətdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun cinayəti törətməsini qismən etiraf etməsi ilə bağlı ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlni törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin iclasında məhkum edilən şəxs Təqsirləndirilən şəxs özünü məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında elm sahəsində çalışsa da 1990-cı ildən bizneslə məşqul olmağa başlamışdım. 1997-ci ildə Bakı şəhəri Keşlə qəsəbəsi ərazisində zavod açıb işlətmişdim. Həmin zavod boya və dəmir məmulatları istehsal edirdi. Qeyd olunan vaxtlarda o, zavoddan mal alıb müxtəlif mağazalara satış edən şəxs-Zərərçəkmiş şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs də əvvəllər elm sahəsində çalışdığından onunla işgüzar münasibətlərdən başqa, həm də dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxslə 1997-ci ildən 2004-cü ilə kimi işləmişlər. 2004-cü ildə zavod bağlandığından artıq iş münasibətləri də kəsilmişdir. Lakin yenə də yoldaşlıq münasibətləri qalmışdır. Zərərçəkmiş şəxslə müxtəlif məclislərdə görüşmüşlər. 2006-2007-ci ildən isə mərmər alveri ilə məşqul olmağa başlamışdır. İran İslam Respublikasından Azərbaycana mərmər gətirib satmışdır. 2015-ci ildə Sahil Abuşovla tanış olmuşdur. Sahil də mərmər alveri ilə məşqul olurmuş, əsasən İrandan Qazaxstana mərmər satmışdır. Sahillə tanış olduqdan sonra birgə işləmək qərarına gəlmişlər. Onlar birgə işləməyə başlayıb, Sahilin tanışı olan İran İslam Respublikası vətəndaşı Behzaddan mərmər alıb Qazaxstanda işləyən Sahilin tanışı Azərbaycan vətəndaşı olan Kənan adlı şəxsə mərmər göndərmişlər. Aylıq təxminən 15.000-20.000 manatlıq mal alıb göndərmişlər. Bu qayda ilə bir neçə il işləmişlər. 2016-cı ildə dostu Gülməmməd müəllim ona bildirmişdir ki, işdən çıxdığından işsiz qalmışdır. Buna görə də ondan xahiş etmişdir ki, dost-tanışlarla söhbət edib ona hər hansı bir köməklik etsin. O, da Zərərçəkmiş şəxs zəng edib onunla işi oldğunu bildirib onunla görüşmüşdür. Təxminən 2016-cı ilin əvvəlində o, Zərərçəkmiş şəxs və Gülməmməd müəllim Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Azadlıq prospekti “qoşa zapravka” adlanan yerdə görüşmüşlər. Orada söhbət edib Gülməmməd müəllimin işsiz qaldığını bildirib Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Gülməmməd müəllimi onun işlədiyi elmi tədqiqat institutuna işə götürsün. Zərərçəkmiş şəxs Gülməmməd müəllimlə bir qədər danışıb onun başqa sahə üzrə mütəxəssis olduğuna görə işlədiyi instituta işə götürə bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar bir qədər özləri haqda söhbət etmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs ondan nə işlə məşqul olduğunu soruşmuşdur. O, mərmər alveri ilə məşqul olduğunu, İrandan Azərbaycana və Qazaxstana mərmər gətirib satdığını bildirmişdir. Zərərçəkmiş şəxs iş olsa o, da qoşulmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs “iş var amma pul lazımdır, Bakıda deyil, Qazaxstanda mərmərə böyük təlabət vardır, Qazaxstanda “Qazaxstan 2017 EXPO” keçirdəcəkdir, buna görə də orada böyük işlər aparılır, mərmərə orada böyük ehtiyac vardır, oraya İrandan mərmər aparıb yüksək gəlir əldə etmək olar” demişdir. Soltan həmin işin ona maraqlı olduğunu deyib kiminləsə məsləhətləşib, pul tapıb işə qoyacağını bildirmişdir. Bundan sonra onlar bir neçə dəfə Zərərçəkmiş şəxslə görüşüb söhbət etmişlər. Zərərçəkmiş şəxs mərmər işi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs işlə maraqlanmış, söhbətlər etmişlər, xırda pullarla iş görmək olmadığını demişdir. Soltan da demişdir ki, “mən bir neçə nəfər var onlarla danışıb söhbət edərəm”. Sonrakı görüşlərində demişdir ki, “Tağı Əhmədov ilə görüşdüm, dedi ki, minimum 1.000.000 manat verərəm, şərik kimi yox, hər ay 10.000 manat faiz pul verəcəksiniz”. Soltan ona demişdir ki, “bu məbləğ çoxdur”. O, isə demişdir ki, “1.000.000 manata qarşı 10.000 manat bir faizdir”. Soltan da razılaşmışdır. Sahillə görüşmüş, vəziyyəti başa salmışdır ki, “1.000.000 manat pul verən var, sözü bütöv adamdır”. Sahil demişdir ki, “mən müqavilə bağlamışam, əgər pul alınmasa böyük cəriməyə düşəcəyik”. Soltanla görüşüb vəziyyəti danışmış, onunla birlikdə Tağının yanına getmişlər. Tağı işlə maraqlanmış, çıxarıb 200.000 manat pul vermişdir. Sonra da soruşmuşdur ki, “sənə 3.000.000 manat pul versəm, işlədə bilərsən?” Cavabında demişdir ki “hə işlədə bilərəm”. Sonra Tağı üzünü Soltana tutub demişdir ki, “mən bu adama 3.000.000 manat pul vermək istəyirəm, sən nə deyirsən?”. Soltan da demişdir ki, “etibarlı adamdır, 10.000.000 manat da vermək olar”. Tağının ona verdiyi 200.000 manatdan 46 min manat və 10.700 ABŞ dollarını Sahilə vermişdir kı, İrandan mərmər alıb Qazaxstana göndərsin. Qalan pulları isə Astarada nümayəndələr var, onu nümayəndələrə yönəltmişlər. O, həmin sərraflara zəng vurmuş, onlar da dediyi adamlarla görüşüb pulu onlara verirmişlər. Bakıda vediyi pulları İranda əvəzləşdirirmişlər. O, pulu manatla vermiş, onlar da tümənlə zavoda göndərmişlər. Orada Bezad adlı şəxs var idi, çox vaxt pulu Bezada vermişdir. Əsasən pulu taxta satanlara verirmişdir. İran sərhədini keçəndə bir hissə pul onda qalmışdı. O, İrana gedəndə Tağı Əhmədov ona zəng vurmuşdur ki, “pulu xərcləmisən?” Cavabında demişdir ki, “bir hissəsini xərcləmişəm, bir hissəsi isə qalır”. Tağı demişdir ki, pulu qaytar. O, Tağının zəng vurmasını Soltanla danışıb, ona demişdir. Soltan demişdir ki, Nazim Tağının yanına gedib deyib ki, “Səadətin mənə borcu var”. O, da Soltana başa salmışdır ki, onun deyil, qardaşı Maşallahın ona borcu var. Sonra Nazimlə görüşmüş, demişdir “səhvimi düzəldərəm”. Nazim ona demişdir ki, “Tağı ilə danışmışam, mən sənə zamin duracam, mən də sizinlə işləyim”. Soltanla danışmış, demişdir ki, “Qazaxstanda vəziyyət gərginləşir. Hindistan daşı istəyirlər”. Sonra Sahil, Soltan və o, görüşmüşlər. Soltan demişdir ki, “Tağı ilə danışaram”. Orda bir təklif də olunmuşdur ki, pulun girovu kimi Quluda olan qiymətli daşı Tağıya vermək olar. Sahil təklif etmişdir ki, “Qulunu da özümüzə şərik kimi götürək, Qulu həmin daşı Zərərçəkmiş şəxs girov kimi versin ki, Zərərçəkmiş şəxs də bizə etibar edib Tağıdan alıb əlavə 1.000.000 manat pulu bizə versin”. O, bu təkliflə razılaşmış və bu barədə Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs də bahalı daşı girov kimi gəbul edib işi üçün əlavə 1.000.000 manatı Tağıdan alıb onlara verməyə razılaşmışdır. Sonra Soltan onlara zəng vurmuşdur ki, “3 dənə sellofan paket alıb gəlin”. Sahil, Qulu və o, 3 dənə paket alıb getmişlər. Sahillə Qulu aşağıda dayanmışlar. O, yuxarı qalxmışdır. Soltan orada olmuş, Zərərçəkmiş şəxs yanında Tağı Əhmədova həmin rubin daşı vermişdir. Tağı Əhmədov isə ona 953.000 manat pul vermişdir. Pulun nə səbəbdən az olduğunu soruşduqda Tağı bildirmişdir kı, pul bankda depozitdə olduğuna görə bankdan 1.000.000 manat pul çıxardıqda 47.000 manat bank xərcləri kimi tutulmuşdur. Tağı Əhmədov ona 953.000 manat versə də, onun həmin pulu 1.000.000 manat kimi qəbul etməli olduğunu və ümumi borcun 1.200.000 manat kimi hesablanmasını bildirmiş, o, da razılaşmışdır. Razılaşmalarına əsasən o, həmin 1.000.000 manat pulu da mərmər alverinə qoyub X26 Əliyev vasitəsilə hər ay 20.000 manat gəlir verməli olmuşdur. Onlar daşı müvəqqəti götürmüşdülər. Daşa görə Quluya 350 min manat vermişdi. Dövlət müəssisəsi tərəfindən daşa sertifikat verilmişdi. İrana gedəndə 10 min manat götürmüş, qalan pulları da Astarada sərraflara vermişdir. 36 min ABŞ dolları Bezada vermişdir. Codara 7 min ABŞ dolları vermişdir ki, mərməri doğradıb Qazaxstana göndərsin. O, da mərməri Qazaxstana göndərmişdir. O, pulları həm nağd, həm də sərraflar vasitəsilə göndərmişdir. Məhkum edilən şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərmişdir ki, o, Tağı Əhmədovdan ümumilikdə 1.911.000 manat almış, 2.000.000 manat etiraf etmiş, bu barədə Tağıya qəbz də vermişdir. 2.000.000 manatı mərmər üçün xərcləmiş, 32.000 manatı Oktay Ağayevə vermişdir. Həmin pulu vermə məqsədi Əhmədlidə binaların birindən ev almağı istəməyi olub. Evi alıb təmir etdirib borc əvəzi satmaq istəmişdir. Amma alınmamışdır. 53.000 manatı Əliyə torpaq almaq üçün, 142.000 manatı Əhmədli Camala vermişdir. Mərmər üçün. Şahinə 35.000 manat vermişdir. Onada mərmər vermişdir. 15.000 manatı Sədiyə vermişdir. Elxan Qurbanov və Rüfət Qurbanova 25.000 manat vermişdir. Bunları da mərmər üçün vermişdir. Tağı Əhmədov 2.000.000 manatı ona borc məqsədilə verib. X18, Mustafa və Haşimidən almışdır. Pulu Bezada Bakıda vermiş, bir hissəsini özü ilə aparıb İranda vermişdir. Özü ilə 10.000 manat aparmışdır. Qalan pulları da Astarada sərraflara vermişdir. Sərraflar da ona zəng edib məlumat vermişlər. Pulu verəndə rəsmiləşdirməmişlər. 2.000.000 manatın Azərbaycandan İrana getməsini sənəd olmadığından təsdiq edə bilmir. 2.000.000 manat puldan 8 ay ərzində X26 Əliyev vasitəsi ilə hər ay 1,75 faiz ödəniş etmiş, 2.000.000 manatı isə ödəyə bilməmişdir. Tağı Əhmədov onu tələsdirməyib işləməsinə imkan versə idi, o, həmin pulu qaytara bilərdi. Bu işlə bağlı Zərərçəkmiş şəxs borcu yoxdur, Zərərçəkmiş şəxs vasitəçi kimi çıxış etmişdir. Tağı Əhmədovla 6-7 dəfə görüşmüş, hər görüşlərində Zərərçəkmiş şəxs iştirak etmişdir. Tağı Əhmədovun təklifi belə idi ki, 1.000.000 manat verəcəkdi, 1 faiz qarşılığında idi. Daha sonra 1.200.000 manata qarşılıq, 2 faizə razılaşmışlar. Tağı Əhmədova 3 ay 2 faiz vermiş, 3 ay 1,66 faiz vermiş, 2 ay da 1,75 faiz vermişdir. Axrıncı məbləğdə Zərərçəkmiş şəxs soruşmuşdur ki, niyə bu faiz azalmaq əvəzinə artır? O, da demişdir ki, Tağı Əhmədov demişdir ki, “pulumu 14-15 faiz depozitə qoyuram, sərf etmir”. Faiz məbləğlərini Zərərçəkmiş şəxs vasitəsi ilə dəqiqləşdirmiş, amma axrıncı görüşdə Tağı Əhmədovla özü aydınlıq gətirmişdir. Çünki Zərərçəkmiş şəxs pulun hansısa hissəsini Tağıya verməmişdir. Tağı Əhmədovun görüşünə getmiş, şəriki də onunla olmuşdur. Tağı Əhmədov soruşmuşdur ki, “nə qədər pul vermisən?” O, da demişdir ki, “35 min manat vermişəm”. Tağı Əhmədov ona demişdir ki, “o puldan cəmi 28 min çatıb”. Əsəbiləşmiş, narazılıq göstərmişdir. Sonra ona demişdir ki, “35 min vermisən. Bundan sonra da 35 mini şəxsən özümə verəcəksən”. Sonra da oğlu bu məsələyə qoşulmuşdur. X7 nümayədəsinə 19 mini bir vermiş, sonra da torpaq sahəsi vermiçəkdi 2018-2019-cu illərdə. Kənan Əliyevlə ilk dəfə İrana mal göndərdəndə tanış olmuşlar. Sonra İsfahana getmişlər. Oradan qayıdandan sonra qərara gəlmişlər ki, böyük həcmdə mallardır yerində işləmək lazımdır. Daha sonra Sahillə Astanaya getmişlər. Kənan Əliyevlə bir problem olmuşdur. Pullar yubanmış, mallar vaxtında çatdırılmamışdır. Bu problemi həll etmək üçün Hindistanın nümayəndəsi Daşqın vasitəsi ilə kömək istəmişdi. Daşqın da Qazaxıstana getdi. Kənanla tanış oldu, müqavilə bağladı, Hindistandan mal göndərdi. Amma mal Hindistandan gec çatdığı üçün, onlar Kənana pul gönərməyə məcbur oldular ki, cəriməyə düşülməsin. Tağı Əhmədov işlə maraqlanmiş, amma pulu hara sərf etməyi ona maraqlı deyildi. Tağı Əhmədov 2.000.000 manat pulu ona yalnız mərmərə görə və hər hansı şərtlə verməmiş, faizə verib, hara xərcləməsindən asılı olmayaraq ona aylıq faizin ödənilməsini tələb etmişdir. 2017-cu ildən məlum oldu ki, Qazaxıstanda pul yubana bilər. Ola bilsin ki, problem çıxsın. Bakıda da o, malları tələm-tələsik paylamışdır nisyə şəkildə. Çünki güclü itki olacağı gözlənilirdi. O, da malları paylamağa başlamışdır. Devalvasiya zamanı idi. Zərərçəkmiş şəxs son pulu alanda ona demişdir ki, “mən bu pulu Qazaxıstana göndərməyəcəm. Orda pul yubanır. Ayrı işlər görməliyəm”. Aldığı torpaq sahəsini, mənzili ona görə almışdır ki, sonradan satsın onları. Əhmədlidəki obyekti də 250 minə verdilər. 50 mini bir verəcəkdi, 200 mini də 2-3 günə verəcəkdi. Tez-bazar gəlir götürməsi üçün yatırım kimi almışdır. Zərərçəkmiş şəxs Tağı Əhmədovla hər gün görüşürdü. Etibar etdiyi adam idi. Amma müəyyən müddət sonra Zərərçəkmiş şəxs aralandı. Özü konkret deməmişdi ki, Zərərçəkmiş şəxslə əlaqə saxla. Tağı Əhmədovun ona güvəni sonsuz idi. O, da buna görə belə etmiş, Zərərçəkmiş şəxs işi barədə məlumat vermişdir. X28 zənglər faizlər yubanandan sonra başlamışdır. Sonuncu görüş mayın 31-də olub. Zərərçəkmiş şəxs də orda olub. Bütün bunları nəzərə alıb apellyasiya şikayətlərinin təmin olunmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir, əlavə olaraq aşağıdakılərı göstərir. Təqsirləndirilən şəxsla təxminən 2000-ci illərdə tanış olmuşdur. Aralarında xoş münasibət olub. Təqsirləndirilən şəxs bilmişdir ki, onun imkanlı dostları var. Ona təklif etmişdir ki, birlikdə şərik olsunlar. O, da razılaşmışdır. Səadətə pul tapıb gətirmişdir. Səadət ona qazanc verəcəkdi. İşləri normalda gedirdi. Sonda işlərin 2-3 ay bitməyinə qalmış axsamalar oldu və iş dayandı. Daha sonra Səadətlə 6-7 il sonra təsadüfən rastlaşmışlar. Onda Səadət borcunu bağlamışdır. Təxminən 15.000 manat olardı. Konkret nə qədər verməsini artıq xatırlamır. Daha sonra yenə xeyli müddət görüşməmişlər. Təsadüfən şəhərdə görüşmüşlər. Səadət ona demişdir ki, mərmər gətirir, yaxşı pullar var. Səadət bilir ki, o, dəqiq adamdır, söz verdisə edir. İlk ağlına gələn Tağı Əhmədov olmuşdur. Səadət deyir ki, Tağı Əhmədov guya pulu ona verib pulu. İnsan tanımadığı adama 2.000.000 manat verə bilərmi? Tağı Əhmədov pulu ona verib. Məsuliyyət onun boynundadır. İşlər normal gedirdi. Daha sonra ona dedilər ki, qiymətli daş var girov qoymağa. Qiyməti bahadır. İki milyon qiyməti var. Xaricə çıxa bilsə on milyondur. Razılaşmışlar. Daha sonra Tağı Əhmədov daşı yoxlatdırandan sonra ona demişdir ki, bu daş saxta daşdır. Bu zaman Tağı Əhmədov aldandığına görə hirslənmiş, tez-tez Səadətə zəng etmişdir. Bu işlər 8 ay davam etmiş, axrıncı 2 ayda artıq korlanmışdır. Səadət deyir ki, pul əskik idi. Bankdan pul götürüləndə müəyyən ödəniş edilir. Bunu tez-tez vurğulamağın mənası yoxdur. O, ezamiyyətdə olan Səadətə demişdir ki, “odla oynayırsınız eləməyin”. Demişdir ki, pulu vaxtında verin. Nə vaxt maraqlansa demişdir ki, Gəncədən, Mingəçevirdən pul gətirməyə gedir. Birində gəlib 10-15 min istəmişdilər. O, da dərhal pulu çatdırmışdı. Daha sonra Qulunun telefonunu yığanda telefonu götürmürdü. O, sadəcə pulunun qaytarılmasını istəyir. X27 o, almışdır. Pul onun olmasa da pulun qaytarılmasına görə Tağı Əhmədova o, söz verib. Təqsirləndirilən şəxs və şəriklərinin pulu qaytarmaması onun nüfuzuna xələl gətirməklə, ona böyük mənəvi zərər vurub. Ona pulun qaytarılması lazımdır. Pulu qaytarıldığı halda hökmün dəyişdirilməsinə və Təqsirləndirilən şəxs оğlunun azadlığa buraxılmasına etiraz etmir. Apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs özü demişdi ki, “bir nömrəli mərmərçiyəm. Pul tapa bilsəm çoxlu pul qazanacağıq”. Təqsirləndirilən şəxs pul verməkdə məqsədim də mərmər işinə sərmayə qoyub pul qazanmaq idi. Təqsirləndirilən şəxs həmin pulu mərmər işinə qoymalı idi. Ona demişdi ki, “mərmər gətirirəm”. Mənfəət əldə edəcəkdi. Onun da payını verəcəkdi. Aylıq 2 milyon manatdan 35 min manat gəlir olacaqdı. Pulu verməkdə məqsəd mənfəət əldə etmək idi. Deməyindən belə çıxır ki, Təqsirləndirilən şəxs pul vəsaitini daşa verib. Obyektin özəlləşdirilməsi, başqa obyektin özəlləşdirilməsi və s. Razılaşmalarına görə verilmiş pul yalnız mərmərə xərclənəcəkdi. İstintaq zamanı ifadəsində pulun sahibinin Tağı Əhmədov olduğunu deməmişdir. Bunun səbəbi isə Təqsirləndirilən şəxs özünün Tağı Əhmədova öz adına yox, vəzifəli şəxsdir, adı hallanmasın deyə onun adına yazılmağını təklif etməsidir. Təqsirləndirilən şəxs mərmər işiylə bağlı ancaq İranla işlədiyini bilmişdir. Pulu dostlarından almışdır. Pul aldığı şəxs təkcə Tağı Əhmədov olmayıb. Saədət Xəlilovla borcun etirafı ilə bağlı müqavilə olub. Bəli. Ona böyük mənəvi ziyan dəyib. Dostlarının yanında nüfuzunu itirib. Sədrlik edənin sualı: X21 və X10 Təqsirləndirilən şəxs vasitəs ilə tanımışdır. Onlar bir yerdə olublar, bir işləyiblər. 2 milyon manatdan heç nə qaytarılmayıb. Tağı Əhmədovdan pulu heçnə müqabilində götürməmişdir. Tağı Əhmədov ona inanmışdır. Pulu verəndə bu riski gözə almışlar. Razılaşmaya görə verilmiş 2 milyon manat nə zamansa qaytarılacaqdı. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 2004-2005-ci illərdə ümumi tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu ilə tanış olmuş, Səadət həmin vaxtı Bakı şəhəri Keşlə ərazisində zavod işlətmişdir. O, da 2004-2005-ci illərdə Təqsirləndirilən şəxsla alver edib onun zavodundan müxtəlif dəmir materiallardan olan məhsulları alıb başqa yerlərdə satmışdır. Bir müddət Təqsirləndirilən şəxsla birgə biznes apardıqdan sonra əlaqələri kəsilməsinə baxmayaraq yenə də aralarında xoş münasibətlər qalmışdır. 2016-cı ilin əvvəlində Səadətlə təsadüfən rastlaşmış, söhbət zamanı Səadət bildirmişdir ki, şəriki Qulu və Sahil adlı şəxslərlə mərmər alveri ilə məşğul olur. İrandan Azərbaycana və Qazaxıstana mərmər gətirib satırlar. Səadət ona təklif etmişdir ki, onunla birlikdə həmin biznesə girsin. Həmçinin Səadət söhbət əsnasında bildirmişdir ki, nə qədər çox pul qoysa bir o qədər də qazancı çox olacaqdır. Razılaşmışlar ki, o, pul versin, Səadət öz ortaqları ilə İran İslam Respublikasından mərmər daşlarını həm Azərbaycan Respublikasına, həm də Qazaxıstan Respublikasına göndərsin, satışını təşkil etsin və onun da qazancını versin. Səadət ona bildirmişdir ki, ilkin olaraq 200.000 manat pul lazımdır kı, işə başlasınlar. Səadəti uzun müddət tanıdığından və onunla əvvəllər də şərikli iş gördüyündən Səadətə inanıb pul verməyə razılaşmışdır. 2016-ci ilin may ayının sonunda, təxminən may ayının 25-də gunorta saatlarında Səadətlə Bakı şəhəri, Yasamal rayonu iləşüŞ“ bazarın№ arxasında görüşmüşlər. Səadətin avtomobilinin içində özü ilə gətirdiyi 200.000 manat pulu Səadətə vermişdir. Səadət ona bildirmişdir ki, işləri o nəzərdə tutduğu kimi getsə həmin 200.000 manatdan ona aylıq 2.000 manat gəlir verəcəkdir. Bundan sonra 3 ay Səadət ona aylıq 2.000 manat gəlir vermişdir. 2016-cı ilin avqust ayında Səadət ona demişdir ki, Qazaxıstanda bir çox müqavilələr imzalanıb və Qazaxıstanda olan müştərilər onlardan mərmər gözləyirlər, pul az olduğuna görə malı çox almaq olmur, pulun miqdarını artırmaq lazımdır kı, daha çox mal alıb daha çox qazanc əldə etsinlər. Səadət ona təklif etmişdir ki, dost tanışlardan bir neçə aylıq təxminən 1.000.000 manat pul toplasın. Həmin pulu ona versin ki, o, həmin pulla biznesi daha da genişləndirsin. Belə razılaşmışlar ki, o, Səadətə artıq may ayında verdiyi 200.000 manatdan əlavə 1.000.000 manat pul da versin, yəni Səadətə verdiyi ümumi pul 1.200.000 manat olsun və Səadət ona aylıq təxminən 15.000 manat pulu gəlir kimi versin. 2016-cı ilin avqust ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu iləşüŞ“ bazarın” arxasında Səadətlə görüşmüşlər. Səadət həmin yerə şərikləri Qulu və Sahillə birlikdə gəlmişdir. Orada Səadətin özünə 1.000.0000 manat pul vermiş, bundan sonra artıq Səadət ona 3 ay müddətində hər ay 15.000 manat pulu gəlir kimi vermişdir. Səadət yenidən ona biznesi artırmağı təklif etmişdir. Bildirmişdir ki, bir çox müqavilələr imzalanıb Qazaxıstanda və Azərbaycanda ondan mərmər gözləyirlər, malın həcmini çoxaltmasalar əllərində olan müqavilələr də əllərindən çıxasaq, malın həcmini çoxaltmaq üçün isə əlavə pul lazımdır. Buna görə də təklif etmişdir ki, birgə biznesləri üçün əlavə 800.000 manat pul versin və ümilikdə bizneslərində olan payı 2.000.000 manat olsun. Səadət ona bildirmişdir ki, 2.000.000 manata görə aylıq qazanc artıq 35.000 manat olacaqdır. O, razılaşmış, yenidən 800.000 manat pul toplayib, 2016-cı ilin noyabr ayının təxminən 24 və ya 25-də Bakı şəhəri, Yasamal rayonu iləşüŞ“ bazarın” arxasında Səadətlə görüşüb onun avtomobilində ona vermişdir. Təxminən 19 dekabr 2016-cı ildə Səadət ona 35.000 manat gəlir vermişdir. Təxminən 1 ay sonra 23-24 yanvar 2017-ci ildə Səadət onunla görüşüb gəlir kimi 35.000 manat pul vermişdir. Bundan sonra Səadət ona daha pul verməmişdir. 2017-ci ilin fevral ayının sonuna kimi Səadəti gözləmiş, lakin xəbər çıxmamışdır. Səadətlə əlaqə saxlamış, Səadət bildirmişdir ki, pul mala verilib, hələ satışdan pul gəlməyib, satışdan pul gələn kimi onun pulunu verəcəkdir. O, Səadətə inandığından heç nə deməyib onu gözləmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Səadət onun pulunu verməmişdir. 2017-ci ilin may ayında Səadət və Sahillə görüşmüş, onlar təklif etmişlər ki, borcun etirafı müqaviləsi bağlasınlar. Səadət müqavilə tərtib edib gətirmiş, müqavilədə Səadət, Sahil və Qulunun ondan 2.000.000 manat pul aldıqlarını etiraf etmələri qeyd olunmuşdur. Müqaviləni o, Səadət və Sahil imzalamışlar. Qulu isə müqavilə tərtib edilərkən iştirak etməmişdir. Onlar həmin pulu qısa müddətə qaytaracaqlarına söz vermişlər. Təxmiən üç il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs, Sahil Abuşov və Qulu Muxtarov onun pulunu qaytarmamışlar. O, da məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədə də Səadət, Sahil və Qulu ondan 2.000.000 manat pul aldıqlarını etiraf etmişlər. Səadətlə aralarında faiz söhbəti olmamışdır. Ancaq mənfəət götürülməsi barədə söhbət olmuşdur. Tağı ilə Səadət arasında telefon danışıqları olması barədə məlumatı olmamışdır. O, Səadətə deməmişdir ki, ığaT“ məni öldürür ki, pulun faizini verin”. Xətai rayon məhkəməsinə verilmiş iddianı xatırlayır. İddia ərizəsini o, tərtib etməmiş, vəkilə yazdırmışdır. Faiz məsələsini də vəkil yazmışdır. Borc müqaviləsini Səadət tərtib etmiş, faiz söhbətini də o, yazmışdır. Aralarında faiz yox, mənfəət götürmək söhbəti olmuşdur. O, Səadətgilə ortaq olmamış, o, pulu konkret olaraq mənfəət götürmək üçün vermişdir. O, Səadətə pulu verəndə ona mərmər sexi təqdim etməmişlər. Səadət demişdir ki, mərməri İrandan alır. Axır vaxtlarda Səadət işin pis getməsini demişdir. Ona demişdilər ki, daşı qiymətləndiriblər, 2 milyon manat qiyməti vardır. Xaricdə isə 4-5 milyondur. Bankdan götürülən bir milyondan 47 min manat faiz çıxılmışdı, Səadət həmin qaydada pulu götürməyə razı olmuşdu. O, şəxsən Quluya pul verməmişdir. Mərmər barədə Səadətlə danışmış, o, da Sahili və Qulunun onun şəriki olmalarını bildirmişdir. Daşı ona Səadət vermişdir, orada başqa zinət əşyaları da var idi. Daşın da sertifikatı var idi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X21 ifadə verərək göstərmişdir ki, 1998-ci ildən 2002-ci ilə kimi hərbiçi kimi xidmət etdikdən sonra tərxis olunmuş və Dövlət Neft Şirkətində çalışmışdır. 2012–ci ildən 2015-ci ilə kimi isə Qazaxıstan Respublikasına köçüb orada tikinti sahəsində iş icraçısı kimi işləməyə başlamış, 2015-ci ildə biznesə başlayıb mərmər və qranit materiallarının alveri ilə məşğul olmuşdur. İran İslam Respublikasından mərmər və qranit materiallarını alıb Qazaxstan Respublikasına gətirib orada satırmış. Qazaxıstanda “Ram-TRM” şirkətinin baş direktoru Kənan Əliyevlə tanış olmuş, həmin şirkət Qazaxıstan Respublikası ərazisində təmir-tikinti işləri ilə məşğul olmuşdur. Kənan Əliyevin şirkəti ilə müqavilə bağlayıb həmin şirkətə İrandan mərmər gətirirmiş. 2015-ci ilin fevral-mart aylarında həmin şirkətlə müqavilə bağladıqdan sonra artıq orta hesabla bir aya bir vaqon şirkət üçün mərmər materialı gətirmişdir. O, İrandan mərmər materialını öz puluna alıb Qazaxıstana gətirərək Aktau şəhərində Kənan Əliyevin şirkətinə satırmış. “Ram-TRM” şirkəti isə artıq özü Aktau şəhərində həmin malı gömrükdən keçirib Astana şəhərinə dəmir yolu vasitəsi ilə daşıyırmış. Aktau şəhərinə bir vaqon mərmər materialının gətirilməsi təxminən 8.000-10.000 ABŞ dolları təşkil edirmiş. Həmin malı da 20-30 faiz xeyirlə Qazaxıstanda satırmış. 2015-ci ilin noyabr ayında tanışı Vüqar Orucov ona bildirmişdir kı, onun tanışı olan Səadət adlı şəxsin İrandan Qazaxstana gətirdiyi mərmər materialı Qazaxstanda saxlanılmış və malla bağlı problemlər yaranmışdır. Buna görə də ondan xahiş etmişdir kı, Səadət adlı şəxsə köməklik etsin. Vüqar onu Səadətlə tanış etmiş və o, Səadətə Qazaxıstanda köməklik etmişdir. Bundan sonra Səadətlə dostluq münasibətləri yaranmış, Səadət onu şəriki Behzad Əşrəfi adlı İran vətəndaşı ilə tanış etmişdir Behzad İrandan Azərbaycana mərmər materialları gətirirmiş. Behzadla tanış olduqdan sonra Behzaddan bir neçə dəfə mərmər almışdır. Belə ki, Behzada Azərbaycanda pul verib mal alır və Behzad onun üçün həmin malı Qazaxıstana göndərirmiş. 2016-cı ilin yanvarfevral aylarında Təqsirləndirilən şəxs təklif etmişdir kı, o da İrandan Qazaxıstana mərmər materialının bir növu olan “laymstoun” daşı göndərsin. Səadətə köməklik etmiş və Səadət Behzad vasitəsi ilə İrandan Qazaxıstana tanışı Kənan Əliyevə “laymstoun” materialı göndərmişdir. 2016-cı ilin fevral ayında Təqsirləndirilən şəxsla birlikdə şərikli işləməyə başlayıb İrandan Qazaxstana mərmər materialları satmağa başlamışlar. 2016-cı ilin mart-aprel aylarında Səadət ona təklif etmişdir kı, alveri daha da genişləndirsinlər və daha böyük həcmdə material satsınlar. Səadət daha böyük həcmdə alver üçün tanışı Soltan adlı şəxsdən aylıq 2 faiz ödəniş olmaqla pul götürə biləcəyini demişdir. O, da razılaşmışdır. Soltan 2016-cı ilin may ayında həmin iş üçün 1.000.000 ABŞ dolları verməli imiş. O, həmin sözə arxayın olub Kənan Əliyevin şirkəti olan “Ram TRM” şirkəti ilə böyük həcmdə mal satılması ilə bağlı razılaşmışdır. Lakin hansısa səbəbdən gecikmələr yaranmış və Soltan 2016-cı ilin may ayının sonunda Təqsirləndirilən şəxs 200.000 manat pul vermişdir. Səadət pulu götürdükdən 3-4 gün sonra Səadətlə Neftçilər metro stansiyasının yaxınlığında görüşmüşdür. Orada Səadət 10.800 ABŞ dolları pul vermiş, o, həmin pulu Səadətlə özünün şərikli İrandan alıb Qazaxıstana göndərdikləri malın yol xərclərinə ödəmişdir. Qalan pulu isə Səadət özü ilə İrana götürmüşdür kı, oradan mal alıb Qazaxıstana göndərsin. Onlar həmin ərəfədə Qazaxıstanda “Ram TRM” şirkəti ilə razılaşmaları üzrə malı gecikdirməyə başlamışlar. O, Səadətlə danışıb ondan pulun verilməsini tələsdirməsini xahiş etmişdir. Səadət Soltanın pulu hansısa səbəbdən ləngitməsini bildirmişdir. Səadət onu Soltan adlı şəxslə tanış etmişdir. Zərərçəkmiş şəxslə Bakı şəhəri, Azadlıq prospekti «qoşa zapravka» adlanan yerin yaxınlığında görüşmüşlər. O, Qazaxıstanda bağlanmış mərmər satışı müqavilələrini Zərərçəkmiş şəxs göstərib Qazaxıstanda onlardan mərmər gözlədiklərini, bu barədə artıq müqavilə imzalandığını bildirmiş və onun Səadətlə danışdığı kimi onlara pul verməsini xahiş etmişdir. Soltan hər şeyin artıq danışıldığını və qısa müddətə pul verəcəyini demişdir. Həmin vaxtlarda söhbət əsnasında onun və Səadətin ümumi dostu olan Qulu Muxtarov onlara bildirmişdir kı, satış üçün qiyməti 1.500.000 ABŞ dolları olan yaqut daşı vardır. Həmin daş başqa şəxsə məxsusdur və ona satış üçün verilmişdir, tanış adam almaq istəsə pulunu hissə-hissə ödəmək şərti ilə həmin şəxsə sata bilər. O, Səadətə təklif etmişdir kı, Quludan həmin daşı götürüb Soltana girov kimi versinlər, Səadət razılaşmışdır. Bundan sonra Qulu ilə də danışmışlar, Qulu da Səadətə Azərbaycan üzrə mərmər satışına şərik olmaq şərti ilə həmin yaqut daşını girov qoymağa razılaşmışdır. Bundan sonra Səadət Soltanla danışıb daşı girov qoymaq istədiyini demişdir. Soltan daşı girov kimi götürməyə razılaşaraq götürmüşdür. 2016-cı ilin avqust ayının sonunda Bakı şəhəri, Yasamal rayonu Şüşəli Bazar adlanan yerin yaxınlığında o, Səadət, Qulu və Soltan görüşmüşlər. Soltan onların yanında Səadətə 953.000 manat pul vermişdir. Pulun nə səbəbdən az olduğunu soruşduqda Soltan bildirmişdir kı, bankdan 1.000.000 manat pul çıxardıqda 47.000 manat bank xərcləri kimi tutulmuşdur, o, Səadətə 953.000 manat versə də Səadət həmin pulu 1.000.000 manat kimi qəbul etmiş və ümumi borc 1.200.000 manat kimi hesablanmışdır. Razılaşmaya əsasən onlar həmin 953.000 manat pulu da mərmər alverinə qoyub Soltana hər ay 20.000 manat gəlir verməli imişlər. Bundan bir neçə ay sonra isə Soltan əlavə 800.000 manat da pul verməli imiş kı, ümumi pulu 2.000.000 manat olsun. Arada olan razılığa əsasən Zərərçəkmiş şəxs aldıqları pulun hamısını mərmər alverinə sərf edib İran İslam Respublikasından mərmər alıb Azərbaycana və Qazaxıstana gətirib satışını təşkil etməli imişlər və qazıncın səviyyəsindən asılı olmayaraq həmin 1.200.000 manata görə aylıq Zərərçəkmiş şəxs 20.000 manat pul verməli imişlər. Zərərçəkmiş şəxs 953.000 manat pul aldıqdan sonra Səadət ona hissə-hissə əlavə 167.200 ABŞ dolları pul vermiş və bununla da Səadətin ona verdiyi ümumi pul 178.000 ABŞ dolları təşkil etmişdir. O, həmin pulu bəzi materialların alınması üçün X15 göndərmişdir. Belə ki, onlar Qazaxıstanda böyük həcmdə iş götürmüşlər və mərhələlərlə oraya müxtəlif materialları təhvil verməli imişlər. Soltan pulu gec verdiyinə görə artıq Qazaxıstanda götürdükləri öhdəliklərdə gecikmələr yaranmış, buna görə də pulu nağd şəkildə göndərmişlər ki, materialı bir başa Qazaxıstandan alıb şirkətə təhvil versinlər ki, şirkətə olan öhdəlikləri vaxtında icra etsinlər, gecikmə yaranmasın və nəticədə onlara olan ödənişlər vaxtında edilsin. Qazaxıstandan onlara qazanc kimi orta hesabla aylıq təxminən 5.000-6.000 ABŞ dolları pul göndərilmişdir. O, həmin pulu Səadətə vermişdir ki, Soltana verməli olduqları aylıq pulu ödəsin. Söhbət əsnasında Səadət demişdir ki, Qulu girov kimi qoyduğu yaqut daşın adını demədiyi şəxslə şərikli malıdır və buna görə həmin adama pul verib daşı tam almaq lazımdır. Buna görə də Səadət Quluya təxminən 300.000-350.000 ABŞ dolları pul vermişdi. Bundan başqa Zərərçəkmiş şəxs 2016-cı ilin avqust ayında alınmış 953.000 manat pula Səadət özü də İrandan Azərbaycana mərmər materialı gətirib satmış və əlavə İrandan Qazaxıstana mərmər də göndərmişdir. Qazaxıstana göndərilən mərməri Səadət özü alıb göndərmişdir, yəni almaq üçün pulu özü ödəmişdir, lakin Qazaxıstanda həmin malın satışını və oraya çatdırılmasını o təşkil etmişdir. 2016-cı ilin oktyabr ayında Qazaxıstanda fəaliyyət göstərən “Ram TRM” şirkətinin fəaliyyətində problemlər yaranmış və şirkət onlara pul göndərə bilməmişdir. Buna görə də o, artıq Qazaxıstana mərmər göndərməyi dayandırmışdır. Təxmniən 2016-ci ilin noyabr ayının sonunda Səadət Soltandan daha 800.000 manat pul götürmüşdür. Lakin bu dəfə Səadət Soltanla təklikdə görüşmüşdür. Həmin puldan bir hissəsini, yəni 46.000 ABŞ dollarını Səadət ona vermişdi kı, İrandan mərmər alıb Qazaxıstana göndərsin. O, da həmin 46.000 ABŞ dollarını Səadətin və onun ümumi tanışı Behzada vermişdir kı, o, İran zavodundan mərmər alsın. Behzad da İranda olan zavoddan mərmər materialı aldıqdan sonra isə o, Qazaxıstanda işlərində problemlər yarandığını görüb həmin materialı Azərbaycanla sərhədə gətirib Səadətin orada olan mallarına əlavə etmişdir və nəticədə malı Səadətə təhvil vermişdir. Səadətin həmin malı kimə satdığını bilməmişdir. Səadətin Soltandan 2016-cı ilin noyabr ayında aldığı 800.000 manat puldan qalanını haraya sərf etdiyini bilməmişdir. Səadətin da İrandan mərmər alıb Azərbaycana gətirdiyini bilsə də hansı məbləğdə mal alıb gətirdiyini və nə qədər qazanc əldə etdiyini və ya ziyan etdiyini bilməmişdir. 2017-ci ilin əvvəlində artıq Səadətlə işləri dayanmış və onlar Soltana olan aylıq ödənişləri edə bilməmişlər. Bundan sonra Səadət ona imza etmək üçün müqavilə yazıb gətirmidir. O, həmin müqaviləni imzalamışdır. Müqavilədə onun və Səadətin Zərərçəkmiş şəxs 2.000.000 manat borcları olduğunu etiraf etmişlər. Bir müddət sonra isə eşitmişdir kı, Zərərçəkmiş şəxs Quludan götürdüyü yaqut daşını da Səadətə qaytarmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X16 ifadə verərək göstərmişdir ki, 2016-cı ildə dostu Ceyhunun işlədiyi daşınmaz əmlakın alqı-satqısı ofisində olarkən həmin ofisə gələn Səadətlə rastlaşmışdır. Ceyhun həmin vaxtı Sumqayıt şəhərində fəaliyyət göstərən mərmər-qranit sexini satmağa çalışır, buna görə də mərmər işi ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs çağırmışdı kı, həmin sexi Təqsirləndirilən şəxs təklif etsin. Ceyhun Təqsirləndirilən şəxsla ofisdə həmin sex barədə danışarkən ofisə dostu Əli də gəlmişdir. Əli həmin vaxtı özünə məxsus olan 96 karat yaşıl rəngli yaqut daşını satırmış. Əlinin həmin daşı haradan əldə etdiyini bilməmiş, lakin daşın dövlət sənədi olmuşdur. Əli ofisdə həmin daşı Ceyhun və Səadətə də göstərmiş və 1.500.000 ABŞ dollarına satdığını demişdir. Ceyhun və Səadət həmin daşı götürüb baxmış, lakin heç nə deməmişlər. Səadət həmin daşın şəklini də çəkib götürmüşdür. 2-3 gün sonra Səadət ona zəng edib təklif etmişdir ki, Əlidən daşı götürüb ona versin ki, o, həmin daşı öz tanışlarına satsın. Təxminən 2016-cı ildə o, Əli və Səadət Ceyhunun ofisində görüşmüşlər. Ofisdə söhbət edərkən Səadət Əliyə təklif etmişdir ki, həmin daşı o götürüb öz tanışlarına göstərsin və həmin daşı Əlinin dediyi qiymətə, yəni 1.500.000 ABŞ dollarına satsın, Əli isə həmin puldan 50.000-100.000 ABŞ dolları ona və Səadətə versin. Əli razılaşmış, lakin daşı Səadətə verməmişdir. Təxminən bir həftədən sonra Əli daşı ona vermişdir ki, aparıb Səadətə versin. Bir neçə gündən sonra o, Səadətlə Ceyhunun ofisində görüşmüşlər. Ofisdə Əlinin ona verdiyi daşı həmin daşa aid olan sənədlə birlikdə Səadətə vermişdir. Təxminən bir həftə sonra Səadət ona bildirmişdir ki, həmin daşı özü 1.000.000 manata almaq istəyir, lakin daşın pulunu bir dəfəlik deyil, hissəhissə bir il müddətində ödəyəcəkdir. O, Səadətin həmin daşı 1.000.000 manata almaq istədiyini və pulunu bir ilə hissə-hissə ödəyəcəyini Əliyə demiş, Əli bu şərtlərlə razılaşmışdır. Təxminən 10 gündən sonra Səadət Ceyhunun ofisində ona 350.000 manat pul vermişdir ki, həmin pulu Əliyə versin. O, da həmin 350.000 manat pulu Əliyə vermişdir. Təxminən bir ay sonra Səadət şəriki Sahillə birlikdə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında ofis açaraq həmin ofisdə mərmər satışı ilə məşğul olmuşlar. Belə ki, ofisə mərmər materiallarının nümunələrini qoymuş, mərmər almaq istəyənlər mərmər materiallarını seçib sifariş edirmişlər. O, Səadətə verdiyi daşın pulunu istədikdə Səadət ona təklif etmişdir ki, o da həmin ofisdə onlarla işləyib mərmərdən pul gəldikcə o həmin puldan götürüb Əliyə yaqut daşıının pulundan ödəsin. O razılaşmış və beləliklə həmin ofisdə işləməyə başlamışdır. Ofisdə ondan başqa adını, soyadını, kimliyini xatırlamadığı orta yaşlı qadın katibə kimi işləyirmiş. O, ofisdə işlədiyi müddətdə bir çox adam ofisə gəlib mərmərlə maraqlanmış, o həmin şəxsləri Səadətə yönəldirmiş ki, Səadət özü onlarla danışıb mərmər satsın. O, ofisdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanışı olan Soltan adlı şəxslə tanış olmuşdur. Soltan tez-tez ofisə gəlib Səadətlə görüşürmüş. Səadətdən soruşduqda kı, Soltan onu nə səbəbdən axtarır Səadət ona bildirmişdi ki, o, Soltandan faizə pul götürüb buna görə də aylıq faiz verməlidir, faizlər gecikən kimi Soltan ofisə gəlib onu axtarır. Həmçinin Soltandan da Səadəti nə səbəbdən axtardığını soruşduqda Soltan ona bildirmişdi kı, Səadətə faizə pul verib və faizlər gecikdikcə o, Səadəti axtarıb pulunu alır. Səadət Əliyə daşa görə 350.000 manat verdikdən sonra pul verməmişdir. O, Səadətdən yaqut daşının pulunu istəyəndə Səadət ona bildirmişdir ki, həmin daşı girov qoyub mərmər alveri ilə məşğul olmaq üçün pul götürübdür. Səadət əlində işləri olduğunu və qısa müddətdə həmin işlərdən qazanc əldə edib pulu ödəyəcəyini desə də pul ödəməmişdir. O, Əlinin qarşısında cavabdeh olduğundan daşın pulunu özü ödəməli olmuşdur. Buna görə də məcbur olub 350.000-400.000 manatı Əliyə ödəmişdir. O, Səadətin ofisində artıq 6 ay işlədikdən sonra Səadət işləri alınmadığından ofisin kirayə haqqını ödəyə bilməmiş və buna görə də ofis bağlanmışdır. Səadətin ona 650 000 manat, onun isə Əliyə 300.000 manat borcu qalmışdır. O, Səadətdən dəfələrlə daşı və ya borcunu tələb etsə də Səadət Qazaxıstana satdığı mərmər daşlarının pulu qayıtdıqdan sonra onun pulunu ödəyəcəyini bildirmişdir. Bu günə kimi də Səadət onun pulunu ödəməmiş, yaqut daşı da hələ də ona qaytarılmamışdır. Əli ona qalan 300.000 manat borcunu ona bağışlamışdır. 2020-ci ilin əvvəlində tanışı Əli vəfat etmişdir. Məhkəmə kоllegiyası Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələbinə uyğun оlaraq yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmaqla yuхarıda sadalanan və iş materiallarında olan sübutları təhlil edərək nəticəyə gəlir ki, ibtidai istintaq оrqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəs ilə tövsif edilmiş cinayət əməlini törətməsi barədə birinci insiansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kоllegiyası apellyasiya şikayətlərində qeyd olunmuş, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməli olmasına dair dəlillərinə, həmçinin məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, heç kimə qarşı dələduzluq cinayəti törətməməsi barədə fikrinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri və Təqsirləndirilən şəxs həmin mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, Zərərçəkmiş şəxs, digər təqsirləndirilən şəxslər X17 və X9 ifadələri, şahidlər X1, Şahid1, Şahid2 ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tədqiqata təqdim edilmiş 19,25 qram kütləli 96,25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25,12 mm x 11,63 mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daşın korund olması, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 19,25 qram kütləli 96,25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25,12 mm x 11,63 mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daşın, korund daşının qiyməti barədə Respublikada ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləcə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suaala cavab verməyin mümkün olmaması barədə kompleks məhkəmə kimyəvifiziki və əmktəəşunsalıq ekspertizasının 07 aprel 2021-ci il tarixli 6/856-9/1148 nömrəli rəyi ilə; Qeyd olunan daşla bağlı Azərbaycan Respublikası Milli X4 və Geofizika İnstitutuna tədqiqat aparılması üçün təqdim olunması, institutdan verilən rəyə görə qeyd olunan daşın, süni şəkildə kristallaşmış mineral olmasının bildirilməsi; Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs oğluna və X30 oğluna qarşı “borc pulun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdehlər Təqsirləndirilən şəxs oğlunun və X30 oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin aşkara çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verilməsinin qərara alınması haqqında Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli xüsusi qərardadı; Təqsirləndirilən şəxs oğlu və X30 oğlu tərəfindən ölkəyə qranit və mərmər materialları idxal edilməməsi barədə Azərbaycan Respublikası Gömrük Komitəsinin məktubu və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq оrqanı tərəfindən tоplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim оlunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kоllegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kоllegiyası həmçinin məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə mövqeyini, iş materiallarına uyğun оlmayan, özünü müdafiə məqsədi ilə verdiyi və işin faktiki halları ilə təkzib edilən fikirləri kimi qiymətləndirir, bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kоllegiyası eyni zamanda məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs pulu Zərərçəkmiş şəxs deyil, başqa şəxsdən, Tağı Əhmədovdan borc olaraq götürməsi barədə mövqeyini və bununla bağlı apellyasiya şikayətlərinin dəlillərini özünü müdafiə məqsədi ilə ortaya atdığı fikirləri kimi qiymətləndirir və apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs mərmər işi ilə bağlı Zərərçəkmiş şəxs pul istəyərkən onun özünün istədiyi məbləğdə pulunun olmadığını və həmin pulu yaxın tanışlarından alacağını əvvəlcədən bilirdi. X13 da ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, pulu mərmər alveri ilə məşğul olduğu üçün məhz dostu Zərərçəkmiş şəxs verdiyini göstərmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs bu mövqeyi onun Tağı Əhmədovun etibarını Zərərçəkmiş şəxs vasitəsi ilə qazanmasını öz sözləri ilə təsdiq etməsidir. Həm də ki, Tağı Əhmədovun əvvəldən tanımadığı Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pulu verməsi inandırıcı qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə proseslərində tərəfindən təqdim olunan vəsatətlərin təmin olunmaması, heç bir dələduzluq, etibardan sui istifadə, mənimsəmə faktının olmaması haqqında dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apelyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması göstərilərək, o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun cəzasını yüngülləşdirən hallar düzgün qiymətləndirilməmiş və barəsində sərtliyinə görə ədalətsiz hökm çıхarılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəхs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi хarakterli tədbirlər ədalətli оlmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm оlmayıb, cinayəthüquqi хarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sоsial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəхslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin хarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəхsiyyəti, о cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin оlunmuş cəzanın şəхsin islah оlunmasına və оnun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa halların mövcud оlmasını da, cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmasını müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən оnun cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd etsə də, onun xx xxx 1953-cü il tarixdə doğulmaqla 69 yaşının olmasını nə səbəbdən nəzərə almamasını bu halı cəzanı yüngülləşdirən hal kimi qəbul etməməsini hökmdə əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Təqsirləndirilən şəxs xx xxx 1953-cü il tarixdə doğulmaqla 69 yaşının olması kimi cəzanı yüngülləşdirən halın olması, əməlində cəzasını ağırlaşdıran halın оlmamasını, habelə təyin оlunmuş cəzanın onun islah оlunmasına təsirini nəzərə alaraq təyin edilmiş cəzanın azaldılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, apellyasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilməli, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmü məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilsin: Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilsin. Hökm məhkum edilmiş şəхs məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar