Məhkəmə qərarları › İş №1(104)-10/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-10/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-10/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X6 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi2 və X1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(076)-80/2021 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 401, 407- 408 və 412-ci maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin “02” iyun 2021-ci il tarixli, 1(076)-80/2021 nömrəli hökmü ilə (hakim Zaman İmanov) xx xxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 05 ay müddət CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cazaçəkmə müddətinin əvvəlinin 02 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs qətimkan tədbirinin” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1988-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 09 oktyabr 2019-cu il tarixdən 30 dekabr 2020-ci il tarixədək həbsdə, habelə 30 dekabr 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 04 ay 27 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 02 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarı ilə (sədrlik edən T.A.Muxtarov, hakimlər S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin “02” iyun 2021-ci il tarixli, 1(076)-80/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faizini təşkil edən mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan kabeli, 1 ədəd “Toshiba” markalı noutbuku, 1 ədəd aliminium markalı qapının, 1 ədəd “HP” markalı printeri, 1 ədəd təhlükəsizlik kameralarının serverini, 1 ədəd 102 ekran manitorunu, 1 ədəd “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, 2 ədəd ayaqyolundan “ECE” firmasına məxsus istifadədə olmuş unitazları və 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını oğurlamalarına dair hissə xaric edilmiş, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti vermiş və həmin qərarın ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli, 1(102)-354/2022 saylı qərarı ilə (sədrlik edən T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və Ə.Ə.Novruzov) kassasiya protesti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 4 ünvanda yerləşən, Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faizini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki gidrafonlu su mühərrikini, 1-ci və 2ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki aliminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı printeri, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ədəd 1000 manat dəyərindəki 102 ekran manitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektli elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, söykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq formalı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR–49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş cəmi 60 manat dəyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməcili tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əl-üzün yuyan moydadırı, 1 ədəd “ Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindəki oturacaqları, bir ədədinin qiyməti 4 manat olan cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və razetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik razetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoruyucu borunu, bir ədədinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, “ECE” firmasına məxsus nej materialından olan istifadədə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borularını, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 4 ünvanda yerləşən, Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faizini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki gidrafonlu su mühərrikini, 1-ci və 2ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki aliminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı printeri, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ədəd 1000 manat dəyərindəki 102 ekran manitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektli elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, söykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq formalı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR-49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş cəmi 60 manat dəyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməcili tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əl-üzün yuyan moydadırı, 1 ədəd “ Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindəki oturacaqları, bir ədədinin qiyməti 4 manat olan cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və razetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik razetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoruyucu borunu, bir ədədinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, “ECE” firmasına məxsus nej materialından olan istifadədə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borularını, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ekspertizalar düzgün keçirilməmiş və şifahi deyilən sözlərlə ekspertiza edilmişdir, bununla da hesab edir ki, şəxsin azadlıq hüquqları pozulmuşdur. Belə ki, ekspertiza edilən zaman heç bir ölçü meyarları nəzərə alınmamış, eyni zamanda qiymətlərdə şişirdilmə halı baş vermişdir. Bunun nəticəsi olaraq məbləğ 17 000 manata çatmışdır. Təqsirləndirilən şəxslər oğurlanmış əmlakı tam şəkilkdə təhvil vermişlər. Hesab edir ki. təyin edilmiş cəza kifayət qədər ağırdır. Belə ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 məhkumluğunun olmaması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə cəhd edilməsi, əməlindən peşman olması nəzərə alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar da mövcud deyildir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN DƏLİLLƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə etdi, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini və hazırki əməlinin onun ilk məhkumluğu olduğunu bildirdi və ona təyin olunmuş cəzanın yüngülləşdirilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xsahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib göstərdi ki, o, təqsirini tamamilə etiraf edir və əməlindən peşmandır. Ailəlidir, himayəsində azyaşlı uşağı var. Ailədə ondan başqa işləyib ailəni dolandıran şəxs yoxdur. Onun ailə vəziyyətinin nəzərə alınmasını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş Təqsirləndirilən şəxs2 bildirdi ki, hökmdən apellyasiya şikayəti verməmişdir. Lakin məhkum edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini o da müdafiə edir və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Heydər Fərzəliyev Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Dövlət ittihamçısı Rəşad Alıkişiyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti ilə razı olmadığını bildirib qeyd etdi ki, məhkəmə təqirləndirilən şəxslərə cəza təyin edərkən cəzanı yüngülləşdirən bütün halları, habelə onların cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə almaqla ədalətli qərar qəbul etmiş, təqsirli bilindikləri maddələrin sanksiyasının aşağı həddinə yaxın ədalətli cəza təyin etmişdir. Ona görə də hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunması və ya başqa şəkildə yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Həmçinin hesab edir ki, qüvvədə olan Amnistiya aktının 4-cü bəndi təqsirləndirilən şəxslər barəsində tətbiq edilməli və cəkilməmiş qalan cəzaları azaldılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hökm isə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən dəyişdirilməlidir. Əvvəla kollegiya qeyd etməyi zəruri hesab edir ki, əməlin hüquqi tövsifi və işin faktiki halları müdafiə tərəfinə aid şəxslər tərəfindən mübahisələndirilmir. Hər iki təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməllərindən peşman olduğunu bildirir, yalnız hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsini kollegiyadan xahiş edirlər. Apellyasiya şikayətinin dəlillərində oğurlanmış əşyaların dəyərlərinin ekspertiza rəyi ilə yüksək müəyyən edildiyi – şişirdildiyi göstərilsə də, kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, işdəki ekspertiza rəyindən göründüyü kimi oğurlanmış əşyaların hər birisinin dəyəri onların istifadə edildikləri – amortizasiyası nəzərə alınmaqla təyin edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materialları apellyasiya şikayətinin dəlilləri əsasında cəza hissəsində araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.2-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən aşkar etmişdir ki, birinci instansiya məhkəməsi cinayətin qəsd formasında törədilməsini, əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, o cümlədən onların məhkumluqlarının olmamasını, ailə vəziyyətlərini - Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almış və onlara yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə onların islah olunmalarını mümkün hesab etmiş, nəticə etibarilə onlara ədalətli cəza təyin etmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan hökmünün apellyasiya şikayətinin dəlilləri əsasında dəyişdirilməsi və ya ləğv edilməsi, habelə təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın cəza təyin etmənin prinsip və qaydalarına uyğun yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Lakin bununla belə qeyd edilməlidir ki, 8 noyabr-Zəfər günü münasibətilə ilə elan edilmiş amnistiya aktının təsiri məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da hüquqi vəziyyətinə və cəzasına təsir edir. Belə ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində göstərilmişdir ki, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti Amnistiya aktına əsasən 6 ay azaldılmalı, beləliklə də hökm hər iki məhkum edilmiş şəxsə münasibətdə cəza hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınmasından bəhs edən 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Kollegiya qeyd edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarı ilə dəyişdirilərək barələrində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, habelə barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək onlar məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişlər. Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 09/23-7 saylı məktubunda göstərilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 01 il 07 ay 22 gün müddətinə, Təqsirləndirilən şəxs2 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmişdir. Hər iki hökm Şəmkir rayon İcra və Probasiya şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Şəmkir Rayon Məhkəməsinin 7(076)- 68/2022 saylı qərarı ilə cəzası 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs1 cəzası xx.xx.2022-ci il tarixdə başa çatdığından Şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Şəmkir Rayon Məhkəməsinin 7(076)- 60/2022 saylı qərarı ilə cəzası 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 cəzası xx.xx.2022-ci il tarixdə başa çatdığından Şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 saylı qərarı ilə ona təyin edilmiş 01 il 07 ay 22 gün müddətinə azadlğın məhdudlaşdırılması cəzasından 07 ay 22 gün müddəti, Təqsirləndirilən şəxs2 isə ona həmin qərarla təyin edilmiş 01 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 ay 28 gün müddəti çəkmişdir. İşdən həm də görünür ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlanmışdır ki, bu da cəmi 05 ay müddət təşkil edir. Bundan başqa o, Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(076)-80/2021 saylı hökmü əsasında 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək, yəni Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(104)-389/2021 saylı qərarı ilə həmin hökm dəyişdirilənədək 03 ay 04 gün müddətə həbsdə saxlanmışdır ki, bu da cəmi 08 ay 04 gün təşkil edir. Odur ki, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlandığı 08 ay 04 gün müddətin bir günü azadlqdan məhrum etmənin bir gününə, çəkilmiş 07 ay 22 gün müddətə azadlığın məhdudlsaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay 26 gün müddət, ümumilikdə 01 (bir) il müddət ona təyin ediliş cəzadan çıxılmalı, üzərində çəkilməsi üçün 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İşdən eləcə də görünür ki, Təqsirləndirilən şəxs2 09 oktyabr 2019-cu il tarixdən 30 dekabr 2020-ci il tarixədək həbsdə, 30 dekabr 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlanmışdır ki, bu da cəmi 04 ay 27 gün müddət təşkil edir. Bundan başqa o, Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(076)-80/2021 saylı hökmü əsasında 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək, yəni Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 1(104)-389/2021 saylı qərarı ilə həmin hökm dəyişdirilənədək 03 ay 04 gün müddətə həbsdə saxlanmışdır ki, bu da cəmi 08 ay 01 gün müddət təşkil edir. Odur ki, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlandığı 08 ay 01 gün müddətin bir günü azadlqdan məhrum etmənin bir gününə, çəkilmiş 07 ay 28 gün müddətə azadlığın məhdudlsaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 ay 29 gün müddət, ümumilikdə 01 (bir) il müddət ona təyin ediliş cəzadan çıxılmalı, üzərində çəkilməsi üçün 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissədə dəyişdirilməməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(076)-80/2021 saylı hökmü cəza hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 05 ay müddət, 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 03 ay 04 gün müddət, cəmi 08 ay 04 gün müddət həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 1(104)-389/2021 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, həmin cəza “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 oktyabr 2019-cu il tarixdən 30 dekabr 2020-ci il tarixədək həbsdə, habelə 30 dekabr 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 04 ay 27 gün müddət, 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 03 ay 04 gün müddət, cəmi 08 ay 01 gün müddət həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 1(104)-389/2021 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət, ümumilikdə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq onun üzərində 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, həmin cəza “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılsın və üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar