Məhkəmə qərarları › İş №1(104)-102/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-102/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-102/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X3 ibarət tərkibdə Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və X5 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 1(100)-81/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim E.İ.Rüstəmov un sədrliyi, hakimlər F.N.Mahmudov və N.T.Əliyevdən ibarət tərkibdə) 04 noyabr 2022-ci il tarixli 1(100)-81/2022 nömrəli hökmü ilə xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının tutulduğu tarixdən, yəni 26 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işlləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PenitensiarXidmətinin 2 saylı İstintaq Təcridxanasındahəbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü ilə təyin edilmiş 5 (beş) il2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 tanışı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üzərində və avtomobildə saxladığı 0,247 qram, 4,191 qram, ümumi təmiz çəkisi 4,438 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1,096 qram, 0,305 qram, 4,705 qram və 0,319 qram ümumi təmiz çəkisi 6.425 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində və avtomobildədaşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Univermağın” yaxınlığında müəyyən edilərək Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanda yerləşən Gəncə şəhər, Nizami RPİ-yə gətirilərək üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdardatəşkil edən təmiz çəkisi 0,247 qram çəkidə narkotik vasitə olan heroin, idarə etdiyi, həmin vaxt Təqsirləndirilən şəxs2 sərnişin olduğu VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən külli miqdarda təşkil edən təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkisi 5,024 qram çəkidə psixotrop maddə olan metamfetamin, sonununcunun isə Gəncə şəhər, Nizami RPİ-də üzərinə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə təkibinə görə eynilik təşkil edən külli miqdarda olan 4,191 qram çəkidə, ümumi təmiz çəkisi 4,438 qram narkotik vasitə olan heroin, eləcə də satış məqsədi ilə üzərindən aşkar edilmiş ayrıayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üzərindəvə avtomobildə saxladığı 0,247 qram, 4,191 qram, ümumi təmiz çəkisi 4,438 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1,096 qram, 0,305 qram, 4,705 qram və 0,319 qram ümumi təmiz çəkisi 6.425 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində və avtomobildə daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Univermağın” yaxınlığında müəyyən edilərək Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanda yerləşən Gəncə şəhər, Nizami RPİyə gətirilərək üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdardatəşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1,837 qram, 0,234 qram, 0,550 qram, 0,709 qram, 0,249 qram, 0,297 qram, 0,243 qram, 0,072 qram, ümumi təmiz çəkisi 4,191 qram çəkidə narkotik vasitə olan heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs1 isə Gəncə şəhər, Nizami RPİdə üzərinə baxış keçirilərkən üzərindən qanunsuz olaraqsatış məqsədi ilə təkibinə görə eynilik təşkil edən külli miqdarda olan təmiz 0,247 qram çəkidə, ümumi təmiz çəkisi 4,438 qram narkotik vasitə olan heroin, eləcə də satış məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi, həmin vaxt onun sərnişin olduğu VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən külli miqdarda təşkil edən təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkiləri 5,024 qram və 1,401 qram, ümumi çəkisi isə 6,425 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmasını, təqisləndirilən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməklə cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, narkotik vasitənin istifadəçisidir, üzərindən 0,098 qram narkotik vasitə aşkar edilib, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sənədlərə imza etdiyini zənn etmişdir. Məhkəmədə ona məlum olmuşdur ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Sadalanan halın araşdırılmaqla CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilir. O, polis əməkdaşları tərəfindən tutularkən onda ümumi çəkisi 1 qram olan üç büküm kokos deyilən narkotik vasitə və bir büküm limon duzu olmuşdur. Baxış zamanı aşkar edilən narkotik vasitələr ona aid deyildir. Polis əməkdaşları şəxsi axtarış zamanı onu məcbur edib öz əlehinə ifadə almışdır. Məhkəmə iclasında ifadə vermiş digər təqsirləndirilən şəxs Mətləb Nağıyev də ifadəsində qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs2 narkotik vasitə götürməmiş, almamış, onlar görüşən zaman Coşqunun onun avtomobilinə narkotik vasitə qoymamış, Coşqunda Narkotik vasitə görməmişdir. Polis əməkdaşları ona təziq göstərərək Coşqunun əlehinə ondan ifadə almışdır. Daha sonra Coşqunla üzləşdirmə zamanı qeyd olunan xüsusatları deyib onun əlehinə verdiyi əvvəlki ifadəsini təkzib etmişdir. Göründüyü kimi məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini heç bir əsas olmadan rədd etmişdir. məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda qeyd edilən əməli törətməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxsin hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, şəxsi axtarış aparılmasına dair video yazıya baxan zaman açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs2 üzərində olan çantadan çıxan narkotik vasitələrin ona məxsus olmasına bir neçə dəfə etiraz edir, tərəddüdlü ifadələr verir. Şəxsi axtarış aparan təhqiqat orqanının təhqiqatçısı isə buna heç bir əhəmiyyət vermir, Coşqunun etirazları protokolda öz əksini tapmır. Həmin video görüntüdə Coşqunun polis əməkdaşlarından biri ilə daim söhbətlər etməsi, ona etirazlar bildirməsi və açıq-aşkar polis əməkdaşlarının təziqi altında olması görünür. Həmçinin onun əvvəllər başqa cinayət işində imtina etdiyi müdafiəçi təkrar hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Göründüyü kimi istintaq hərəkəti təqsirləndirilən şəxsin hüquqları və CPM-nin tələbləri pozulmaqla aparıldığından həmin şəxsi axtarış aparılmasına dair protokol sübut kimi qəbul edilə bilməzdi və sübutlar siyahısında çıxarılmalıdır. Bu barədə müdafiə nitqində bildirsək də məhkəmə hökmdə həmin məsələyə toxunmamış, əhəmiyyət verməmişdir. Belə olan halda ittihamın əsas sübutu kimi qeyd olunan istintaq hərəkəti öz sübuti əhəmiyyətini itirir. Digər sübutlar isə polis əməkdaşlarının ifadələridir ki, həmin ifadələr də mötəbər sübut kimi çıxış edə bilməz. Müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu müddətin cəza təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin təsiri altına düşür, eləcə də qaraciyər serrozundan əziyyət çəkir. Şikayətin dəlillərini nəzərə alıb Təqsirləndirilən şəxs2 barəsində həmin CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini, cəza təyini zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddətin nəzərə alınmaqla cəzaçəkmə müddətinin hesablanması məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, müdafiəçisinin fikri ilə razıdır, şikayətin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,098 qram narkotik vasitə olub, bu hal onun əməlinin CM-in 234.1-ci maddəsindən ibarət olmasını göstərir. Buna görə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, müdafiəçisinin fikri ilə razıdır, üzərindən 0,098 qram narkotik vasitə aşkar edilib, ona əsassız ittiham verilib. Buna görə şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, iş materialları üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham təsdiq edilir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli tam sübuta yetirilmiş, onların əməli düzgün olaraq CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eləcə də təqsirləndirilən şəxslərə cəza təyin edilərkən şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Buna görə apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməməli, digər Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs2 münasibətdə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. İlk növbədə nəzər alınmalıdır ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə olan əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş edilmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə kollegiyası dindirilmiş şahidlərin ifadələrini, özünün verdiyi qismən etirafedici ifadələri, cinayət işində olan materiallarını və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir və məhkumun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi kimi qiymətləndirir. CM-in 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.4-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə BAKCELL LTD MMC-dən daxil olmuş çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə * * * - * * * - * * - * * saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “XARDASAN? QELİM XEÜOLMASA XALLANDİR MENİ”, “NOLDU? BİR ÜAVAB VER XEÜOLMASA”. Daha sonra xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “salam cowkun bagiwda narahat etdim qaqa nolar ki xala oglu birdene birbirimizi palejenadan cixardag qadasi olarmi mene verdiyini wahine demiyesen bawima, iwgelif deyejem qaqa bele itqur soypeyi dolu amma deyejem qadanalaram birat bidene palajeynadanca cixar ella olajag birat allah ballani saglasin ata, xala oglu lap bu gun verdiyinin pulunu vererrm neqeder edirse yeni 15 ya 18 manat eder o qeder de vererem sora sahine vererik, ta ezyetden kecif amma bilmedin mene nese verdiyini sora desem ki bele ele oldu sahin inammaz ki takdidemi sahine kontur vuradaami saldim yoxa cixdi, yada qadanslaram xala oglu lap bele edek bilmesin 20 manata ne verersen onu vererem aparif sabah olar ata bide olsa 10 cet pati emele geler qaqa qadasi”. Daha sonra xx.xx.2021-ci il tarixdə * * * - * * * - * * - * * saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan 055-745-07-72 mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “QAQA BU GUN GELE BİLMEDİM UZURRU SAY QADANALARAM SABAH KESİRİ VEREJEM HEMDE BİDENE YARİ LİTİRLİK KOLA BİRDENEDE PATİ { C } QAQA DİVANİ YİYESİ GELMEDİ S, ABAHA QALDİ GELİF APARANDA PULU ONDA VEREJEK ONDA ATA HERWEY YAXİ OLAJAG VEREJEM BİRATUGA,”. 05 iyul 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən, Təqsirləndirilən şəxs2 yaşadığı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülərkən istifadə edilmiş video çəkiliş 04 ədəd DVD disk formasında cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edildi ki, ilk öncə 1 nömrəli DVD diskdə ilk öncə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ- nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkiliŞahid2, Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X6, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Mətləb Rüstəmvoun sol ayağındakı corabın içərisindən 1 ədəd gümüşü rəngli siqaret falqasında büküm aşkar edildi. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyirəngli, toz halında, narkotik vasitə “heroin”ə oxşar kütlə aşkar olundu. Sonra isə həminkütlə elektron tərəzidə çəkildi və içərisində olduğu siqaret falqası ilə birlikdə 0,4 qram gəldi və 1 ədəd zərfdə qablaşdırıldı. Zərfin ağzı AR DİN-nin 110 saylı möhürü ilə möhürlənib üzərləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Mətləb Rüstəmvoun üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya hər hansı bir əşya aşkar olunmadı. Şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs1 bildirdi ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan “heroin”i ona tanışı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə istifadə etməsi üçün verdiyini bildirdi. Bundan sonra 2 nömrəli DVD diskdə olan digər görüntüyə baxış zamanı müəyyən edilir ki, Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X6, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs1 avtomobilində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını, lakin şpris və şüşə ampula və limon duzu olduğunu, narkotik vasitə istifadə edən zaman həmin əşyalardan istifadə etdiyini bildirir. VAZ 2106 markalı ağ rəngli avtomobilin ön tərəfdən sürücü oturacağının rezin ayaqaltısının alt hissəsindən 2 ədəd içərisi boş olan 1 ml ölçüdə şpris, 1 ədəd baş hissəsi sındırılmış halda olan boş şüşə ampula, 1 ədəd paketdə limon duzuna bənzər kütlə və 1 ədəd sarə rəngli polietilen torbacıqda olan kristal halında olan psixotrop maddə “metamfetaminə” mənzər kütlə, ön sərnişin oturacağının sağ yan hissəsindən 1 ədəd şəffaf rəngli polietilen torbacığın içərisində kristal halında olan maddə “metamfetaminə” bənzər kütlə aşkar edilərək götürüldü. Həmin iki ədəd bükümdə olan kütlələr birlikdə elektron tərəzidə çəkildi və içərisində olduğu polietilen torbacıqla birlikdə çəkisi 5,53 (beş tam yüzdə əlli üç) qram oldu və 1 saylı zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Avtomobildən aşkar edilmiş 2 ədəd 1 ml ölçüdə şpris iynə və 1 ədəd baş hissəsi sınmış halda olan boş şüşə ampula 2 saylı zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra 3-cü DVD diskdə olan görüntüyə baxan zaman müəyyən edilir ki, Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X6, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli dəri çantanın içərisində olan 1 ədəd “Sobrabnie” markalı siqaret qutusunun içərisindən 10 (on) ədəd büküm aşkar olundu. Həmin bükümlərdən 8 ədədi ilk baxışdan tünd qəhvəyi rəngli, toz halında olan narkotik vasitə olan heroinə bənzər kütlə, digər 2 ədəd büküm isə ilk baxışdan kristal formasında olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edildi. 2 ədəd bükümdə olanmetamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi və iki büküm birlikdə ümumi çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram oldu. Həmin bükümlər 1 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və 8 ədəd büküm ümumilikdə çəkisi 5,01 (beş tam yüzdə bir) qram oldu. Həmin bükümlər 2 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs2 üzərində olan çantadan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olundu və həmin elektron tərəzi iş üçün əhəmiyyətkəsb etdiyi üçün 3 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadədə ona məxsus çantanın polislər tərəfindən alınması, təxminən 2 saat sonra ona təqdim edilərkən içərisindən çıxan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları ona təzyiq etdiyi üçün ibtidai istintaqda ittihamın məzmununa uyğun ifadə verməsinə dair, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istinatqında vermiş olduğu ifadədə avtomobilindən aşkar edilmiş narkotik vasitələrin və digər predmetlərin ona məxsus olmamasına, hadisə günü üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 almamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apelyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Cinayət işinin materiallarından da görünür ki, məhkumlar eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Kollegiya qeyd edir ki, hökm Təqsirləndirilən şəxs2 münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs1ya münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 münasibətdə təyin edilmiş cəzanın həddi azaldılmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanıyüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olmasını və xroniki virus hepatiti C xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hal kimi, nəzərə alaraq təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü ilə təyin edilmiş 5 (beş) il2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası (həbsdə saxlanıldığı 4 ay müddət çıxılmaqla) ilə qismən toplanılmaqla qəti olaraq Təqsirləndirilən şəxs2 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmənin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 1(100)-81/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanıldıqdan sonra Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 fevral 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 1(100)-81/2022 saylı hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 1(100)-81/2022 saylı hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 fevral 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay müddət hazırki qərarla təyin edilmiş 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar