Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-109/2023 06.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası X1 (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2 və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 1(100)-400/2022 nömrəli hökmü ilə (hakimlər N.M.Əliyev (sədrlik edən), D.H.İmanov və R.N.Ələkbərli) xx xxxx 2002-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin şübhəli şəxs kimi tutulduğu 22 mart 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, habelə hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək, özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina etdiyini göstərib apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsini xahiş etdi. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, təqsirləndirilən şəxsin apellyasiya şikayətlərini geri götürmək barədə xahişini və cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 1(100)-400/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 390.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 390.5-ci maddəsində qeyd olunur ki, müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məcəllənin 390.6-cı maddəsində isə qeyd olunur ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin apellyasiya şikayətlərindən imtina etməsi və apellyasiya şikayətlərinin baxılmasına xitam verilməsi barədə ərizəsinə əsaslanaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 1(100)-400/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 396, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-109/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-109/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver