Məhkəmə qərarları › İş №1(104)-110/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-110/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-110/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X9 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 318.1 və 29, 318.1-ci maddələri ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(066)-93/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(066)-93/2022 saylı hökmü ilə (hakim Ə.Kərimov) xx.xx.1984-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ACDİÜ AR məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 70-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay AME cəzasına, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gürcüstan Respublikası, Laqodexi rayon Qabal kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 318.1 və 29, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-250/2022 nömrəli qərarı ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı, X5 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 27 noyabr 2021ci il tarixdən 28 noyabr 2021-ci il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Göygöl şəhəri A.Kazımov küçəsindəyerləşən “Maradona” mağazasına tavan hissəsini sındırma yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin mağazadan hərbirinin dəyəri 1 manat 40 qəpik olan 30 ədəd “Supersnikers” şokoladı, hər birinin dəyəri 90 qəpik olan 20 ədəd “Snikers” şokoladı, 1 ədəd dəyəri 35 manat olan “Apple” markalı saat, hər birinin dəyəri 1 manat olan 50 ədəd “Alışdırcı”, hər birinin dəyəri 40 qəpik olan 20 ədəd “Alışdırıcı”, hər birinin dəyəri 1 manat olan 3 ədəd əlcək, 1 ədəd dəyəri 13 manat olan “Yakor” markalı spirtli içki, hər birinin dəyəri 1 manat 60 qəpik olan 3 ədəd “Bingo” markalı enerji içkisi, hər bir qutusunun qiyməti 2 manat olan 100 manat dəyərində 50 qutu “Veqas” siqaretləri, hər qutusunun qiyməti 2 manat olan 180 manat dəyərində 90 qutu qalın “Aqro” siqaretləri,hər qutusunun qiyməti 2 manat olan 120 manat dəyərində 60 qutu nazik “Aqro” siqaretləri, hər qutusunun qiyməti 2 manat olan 76 manat dəyərində 38 qutu “Aqro compakt” siqaretləri, hər qutusunun qiyməti 2 manat 30 qəpik olan 80,5 manat dəyərində 35 qutu qalın “Vest” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 79,2 manat dəyərində 22 qutu “Davidov compact” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 140 manat dəyərində 70 qutu nazik “Viceroy” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 200 manat dəyərində 100 qutu nazik “Maqna” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 200 manat dəyərində 100 qutu “Maqna compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 20 manat dəyərində 10 qutu ballı “Maqna” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 10 manat dəyərində 50 qutu “Prima” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 175 manat dəyərində 70 qutu nazik “Vinvhester” siqaretləri,hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 275 manat 110 qutu “Vinchester compact” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 78 manat dəyərində 20 qutu qalın “Sobranie” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 261,3 manat dəyərində 67 qutu nazik “Sobraniye” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 109,2 manat dəyərində 28 qutu “Sobraniye compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 86 manat dəyərində 43 qutu “Keno” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 36 manat dəyərində 18 qutu “Keno compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 62 manat dəyərində 31 qutu qalın “Keno” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 27,6 manat dəyərində 12 qutu “Line X” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 118,8 manat dəyərində 54 qutu nazik “VVant” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 88 manat dəyərində 40 qutu “Vvant compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 220 manat dəyərində 88 qutu nazik “Pall-mall” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 223,2 manat dəyərində 62 qutu nazik “Kent” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 43,2 manat dəyərində 12 qutu “Kent compakt” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 172,8 manat dəyərində 48 qutu qalın “Kent” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 242,5 manat dəyərində 97 qutu “Rothmans compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 80 qəpik olan 142,8 manat dəyərində 51 qutu “LD compakt” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat olan 72,8 manat dəyərində 26 qutu nazik “LD” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 74,8 manat dəyərində 22 qutu nazik “Vinston” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 95,2 manat dəyərində 28 qutu “Vinston compakt” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 60 manat dəyərində 30 qutu “Kingston” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 54 manat dəyərində 27 qutu qalın “Kingston” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 112,2 manat dəyərində 51 qutu uzun “Classik” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 55 manat dəyərində 25 qutu “Classik compakt” siqaretləri, hər qutusunun qiyməti 2 manat olan 60 manat dəyərində 30 qutu “Bakı” siqaretlərini və 785 manat nəğd puldan ibarət ümumilikdə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 5.199 (beş min yüz doxsan doqquz) manat 90 (doxsan) qəpik dəyərində əmlakını gizli olaraq talamaqla zərərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı, X5 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 07 dekabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixə keçən gecə saatlarında X2 məxsus Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsində yerləşən mağazaya tavan hissəsini sındırma yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin mağazadan hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 46,8 manatdəyərində 12 qutu “Sobranie” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 118,8 manatdəyərində 33 qutu “Kent” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 85 manatdəyərində 25 qutu “Winston”siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 80 qəpik olan 128,8 manatdəyərində 46 qutu “LD” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 87,5 manatdəyərində 35 qutu “Rothmanse” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 160 manatdəyərində 64 qutu “Winçester” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 67,5 manatdəyərində 27 qutu “Pall Mall” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 52,8 manatdəyərində 24 qutu “Classic” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 41,4 manatdəyərində 18 qutu “West” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 83,6 manatdəyərində 38 qutu “Want” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 50 manatdəyərində 25 qutu “Argo” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 50 manatdəyərində 25 qutu “Viceroy” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 40 manatdəyərində 20 qutu “Prima” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 110 manatdəyərində 55 qutu “Magna” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 30 manat dəyərində 15 qutu “Vegas” siqaretlərini,ümumi dəyəri 40 manat olan “Pəhriz”, “Həvəskar” kolbasa məhsulları, ümumi dəyəri 25 manat olan 8 ədəd qablaşdırılmış (pilitka) və 3 kiloqram başqa növ şokaladları, 30 manat kağız əskinaz və 70 manat qəpik olmaqla 100 manat nəğd puldan ibarət ümumilikdə zərərçəkmiş şəxs X1 1.317 (min üç yüz on yeddi) manat 20 (iyirmi) qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı, X5 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 12 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Göygöl şəhəri A.Kazımov küçəsindəyerləşən mağazaya tavan hissəsini sındırma yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin mağazadanhər bir qutusunun qiyməti 2 manat olan 80 manatdəyərində 40 qutu “Prima” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 180 manatdəyərində 90 qutu qalın “Aqro” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 80 manatdəyərində 40 qutu nazik “Aqro” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 160 manatdəyərində 80 qutu “Veqas” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 200 manatdəyərində 100 qutu “Viceroy” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 200 manatdəyərində 80 qutu “Palmal” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 432 manatdəyərində 120 qutu nazik “Kent 4” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 180 manatdəyərində 50 qutu nazik “Kent 1” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 180 manatdəyərində 50 qutu qalın “Kent 4” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 180 manatdəyərində 50 qutu qalın “Kent 8” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 216 manatdəyərində 60 qutu qalın “Kent Kompakt” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 585 manatdəyərində 150 qutu nazik “Sobranie” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 90 qəpik olan 585 manatdəyərində 150 qutu qalın “Sobranie” siqaretləri, hər bir qutusnun qiyməti 2 manat 50 qəpik olan 500 manatdəyərində 200 qutu “Rotmans” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 340 manatdəyərində 100 qutu nazik “Vinston” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 340 manatdəyərində 100 qutu qalın “Vinston” siqaretləri, hər bir qutusunun qiyməti 3 manat 40 qəpik olan 340 manatdəyərində 100 qutu ballı “Vinston” siqaretləri, hər bir qutusunun qiyməti 2 manat olan 200 manatdəyərində 100 qutu nazik “Maqna” markalı siqaretlərivə 400 manat məbləğində nəğd pullardan ibarət, ümumilikdə Zərərçəkmiş şəxs1 5.378 (beş min üç yüz yetmiş səkkiz) manat dəyərində əmlakını gizli olaraq talamaqla zərərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 2021-ci ilin may ayında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədlərinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa o, Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə 29 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 318.1 və 29, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək cəzasının azaldılmasını xahiş etmişdir. Məhkum apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində bir azyaşlı uşağı və yaşlı anası var. Sadalanan halların nəzərə alınıb barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, Gəncə şəhərindəki zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyib, digər zərərçəkmiş şəxslərdən bir neçəsi ondan şikayətçi deyil, eləcə də himayəsində bir azyaşlı uşağı var. Buna görə şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi Fuad İskəndərov apelyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb hökmün dəyişdirilməsini, məhkum barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Apelyasiya şikayətində məhkuma ədalətli cəza, yəni təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası, eləcə də hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin endirilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılmasını məqsədəmüvafiq hesab etmir. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 318.1 və 29, 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddini təyin etmişdir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 70-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay AME cəzasına, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər BPİ-nin istintaq və təhqiqat idarəsində isə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır.. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də CM-in 177-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda hazırda da yenidən eyni növ cinayət törətmişdir. Bu hal təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin onun islah edilməsinə kömək etməyəcəyi, eyni zamanda hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılmasının da cəzanın məqsədlərinə uyğun olmayacağı qənaətinə gəlməyə əsas yaradır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(066)-93/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(066)-93/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar