Məhkəmə qərarları › İş №1(104)-114/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-114/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-114/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X22 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 156.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «17» noyabr 2022-ci il tarixli, 1(045)-84/2022 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Goranboy Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) «17» noyabr 2022-ci il tarixli, 1(045)-84/2022 nömrəli hökmü ilə xx xxxxxx 1960-cı ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, məhkum olunmamış, Göygöl rayonunun Toğanalı kəndində qeydiyyatda olan və Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 156.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto çəkiliş materiallarını yayaraq şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, o, 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı həmkəndlisi Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayında onunla olan münasibətlərinə son qoymasından sonra Zərərçəkmiş şəxs özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə Zərərçəkmiş şəxs yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri 2021-ci ilin noyabr və dekabr aylarında, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu ərazisində olduğu vaxt şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunda istifadə etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs bibisi oğlu X11 ***-***-**-** mobil nömrəsində istifadə olunan “Whatsapp” mobil tətbiqinə və Zərərçəkmiş şəxs direktor müavini kimi çalışdığı Goranboy şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyada xadimə işləyən X3 ***-***-**-** mobil nömrəsində istifadə olunan “Whatsapp” mobil tətbiqinə göndərmiş, bundan başqa birlikdə olduqları müddətdə Zərərçəkmiş şəxs istifadə etməsi üçün sonuncuya verdiyi, öz adına olan ***-***-**-** mobil telefon nömrəsini Zərərçəkmiş şəxs onunla ayrılandan sonra istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “Whatsapp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onun Zərərçəkmiş şəxs ilə çəkdirdiyi bir-birləri ilə sarılmış vəziyyətdə olan fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan günlərdə Goranboy rayonu ərazisində olduğu vaxt paylaşmış, həmçinin Zərərçəkmiş şəxs ilə çəkdirdiyi yuxarıda qeyd olunan fotoşəkilləri 2021ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt ***-***-**-** nömrə altında istifadə olunan “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs direktor müavini kimi çalışdığı Goranboy şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi X4 istifadəsində ***-***-**-** mobil nömrə altında istifadə olunan “Whatsapp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən Zərərçəkmiş şəxs rüsvay etmək məqsədilə sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və Zərərçəkmiş şəxs ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X19 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs həmin kənddə yaşayan qardaşı Şahid1 göndərərək Zərərçəkmiş şəxs şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ziya Şükürov məhkəməyə yalan ifadə vermişdir. Belə ki, Ziya ilə Məhnurə bir kollektivdə işləyirlər. Ziya o zaman məktəbin direktoru olmuşdur. Məhnurə isə onun müavini. Hal-hazırda Ziya Şükürov həmin məktəbdə müəllim işləyir. Zərərçəkmiş şəxs isə direktor müavinidir. Ona görə də X23 müdafiə edir, çünki bildiyinə görə çox yaxın isti münasibətləri var, elə Məhnurənin ondan şikayət etməsinin səbəbkarı Ziya Şükürovdur. İşlədikləri müddət ərzində Məhnurə və Ziya arasında o, bildiyinə görə isti münasibətlər yaranmışdır. O, məhkəmə iclasında X20 avtomobil aldığını bildirmişdir. ( Məhkəmə hökmdə bunu göstərməyib.) Bununla bağlı Məhnurə məhkəmədə etiraf edərək bildirmişdir ki, "bəli, yoldaş olmuşuq. Köməklik göstərmişəm." Belə olan halda Ziya Şükürovun onun əleyhinə ifadə verməsi anlaşılandır. Bundan başqa Aynur İsgəndərova da məhkəməyə yalan ifadə vermişdir. Belə ki, X1 işlədiyi məktəbdə, bilavasitə onun tabeçilyində xadimə işləyir. Məhkəmənin sualına cavab olaraq onu tanımadığını bildirmişdir. Halbuki o, dəfələrlə Goranboy rayonu Safıkürd kəndindən olan Çinarə adlı şəxslə onun fermasında olub və təmizlik işləri aparıb. Onun əleyhinə ifadə verməsi Məhnurənin Aynura əlavə iş verməsi və yardımla təmin etməsi ilə bağlıdır. Məktəbdə "peçeniya" paylaması bunu sübut edir. X15 ifadəsinin təsdiqi kimi həmin şəkilləri nə məhkəməyə nədə ki, istintaqa təqdim etməmişdir. Bununla izah etmişdir ki, guya telefonu suya düşüb, ona görə də şəkillər silinib. X2 məhkəməyə yalan ifadə vermişdir. Belə ki, onunla hələ ibtidai istintaq dövründə üzləşdirilən zaman Vüsal fotoşəkilləri Vüsala göndərmədiyini, onu Məhnurə ilə barışdıracağına köməklik edilməsini xahiş etməyini göstərmişdir. O, burada heç bir qəbahət görmür. Çünki həmin vaxt o, doğrudanda Məhnurədən ayrılmaq istəməmiş, ona görə də Vüsaldan bunu xahiş etmişdir. Vüsalın onun əleyhimə ifadə verməsi bununla əlaqədardır ki, Vüsal Zərərçəkmiş şəxs doğma dayısı oğludur. Vüsal bibisi qızını qoyub, onun xeyrinə ifadə verə bilməzdi. Bundan başqa Şahid2 ilk verdiyi izahatda məktubu ona İlahə Səfərova adlı qadının gətirib verdiyini və Şahid1 çatdırılmasını xahiş etdiyini qeyd etmişdir. Daha sonra prokurorluğun Qorqud adlı müstəntiqinə də cinayət işi başlanıldıqdan sonra həmin məzmunda ifadə verib. Həmin vaxt Qorqud və Babək adlı müstəntiq Xəyyamı otağa salıb, işdən çıxarılması və həbs edəcəyi ilə hədələyərək yalan ifadə verməyi, yəni onun üzünə durmağa məcbur etmişlər. Xəyyam prokorurluqdan çıxan zaman dərhal ona bununla bağlı məlumat verərək nə edəcəyini soruşmuşdur. O, da dərhal Goranbay rayon prokuroruna müstəntiqlərin qanunsuz əməlləri barədə, yəni şahidi yalan ifadə verməyə məcbur edilməsi barədə ərizə ilə rəsmi müraciət etmişdir. Lakin Goranbay rayon prokuroru həmin şəxslər barəsində heç bir tədbir görməmiş, ərizəsinin nəticəsində ona heç bir məlumat verməmişdir. O, dərhal Azərbaycan Respublikası Baş Prokuroruna bununla bağlı müraciət etmişdir. Təəssüf ki bu müraciəti də prokurorluq işçilərin təzyiqi nəticəsində cavabsız qalmışdır. Bundan sonra da cənab prezident İlham Əliyevə və Azərbaycan Respublikasınn birinci xanımı Mehriban Əliyevaya da müraciət etmişdir. Prokurorluğun təzyiqi sahəsində yenə də heç bir hüquqi qiymət verilməmişdir. Daha sonra Şahid2 prokurorluqda üzləşdirmə zamanı etiraf etmişdir ki, o, Xəyyama gələn məktubun "Kamaz" maşını sürən Dəmirov Arzuya verilməsi üçün Xəyyama zəng edib xahiş etmişdir. Bundan sonra Şahid2 yenidən prokurorluğa çağırılıb Xəyyamdan məcburi yolla, hədə qorxu gəlinərək yazılı ərizə alınıb ki, guya ki, həmin zərfi llahə Səfərova adlı şəxsə o, vermiş və zərfi Zərərçəkmiş şəxs qardaşı Şahid1 çatdırılmasını xahiş etmişdir. Xəyyama istintaq orqanı tərəfindən edilmiş təzyiqdən sonra verilmiş izahatda bildirmişdir ki, guya ki, ona hörmət etdiyinə görə əvvəl onun adını çəkməmişdir, lakin sonradan hansı səbəbdən ona edilən hörmətin aradan qalxmağı səbəbini göstərə bilməmişdir. Şahid2 məhkəmədə də bu cür ifadə verməsi göründüyü kimi həqiqəti əks etdirmir. Şahid2 da nə məhkəməyə, nə də ki, istintaqa heç bir fotoşəkil təqdim etməmişdir. Həmçinin Şahid1 ibtidai araşdırma və məhkəmədə yalan ifadə vermişdir. Belə ki, bildimişdir ki, guya ki, onu yalnız həmkəndlisi kimi tanıyır. Halbuki, bu tamamilə yalandır. O, Zərərçəkmiş şəxs ilə yaşayarkən Şahid1 Bakı şəhərində hərbi xidmətdə olduğu polkovnik Məmmədov Elnurun vasitəsilə ona dəfələrlə kömək etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Şahid1 Məhnurə ilə birlikdə onu dəfələrlə kənddə yerləşən evinə qonaq çağırmışdır. O, Arzunun cibinə dəfələrlə "dollar" valyutasında pul qoymuşdur. Sonradan Arzunu tələbə yoldaşı sabiq prokuror Zeynalov Rafailin vasitəsilə Rayon Mədəniyyət şöbəsinə işə qəbul etdirmişdir. Şahid1 maaşın azlığından gileylənən zaman Arzunu "Parabank” ASC-nin filial müdiri dostu Tural vasitəsi ilə işə qəbul etdirmişdir. Daha sonra o dələduzluq yolu ilə müştəridən 2000 manat aldığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən qovulmuşdur. Arzu işdən qovulduqdan sonra onun kənddə olan fermasında çoban qaçdığı üçün onun qoyunlarının otarılmasında bir ay kömək etmişdir. Goranboy rayon Xanqərvənd kənd poçt şöbəsinin poçtalyonu Şahid2 yalan danışır. O, Xəyyamdan Məhnurənin qardaşı Arzuya deyil, Arzu adlı başqa şəxsə daha dəqiq desək "Kamaz" maşını sürən Dəmirov Arzuya məktubun çatdırılmasını xahiş etmişdir. Eyni zamanda iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli 4/647 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, milə-mil şagird dəftəri vərəqlərindəki "X29… sözləri ilə başlayıb, “…kul Sizin başınıza. Səfərova İlahə." sözləri ilə bitən məktubdakı yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu da bir daha sübut edir ki, onun şəkillərdən və zərfdən xəbəri yoxdur. Verilən ifadələrdən görünür ki, şəxslər əvvəlcədən öyrədilmiş, bir-birinə uyğun və heç bir sübuta əsaslanmadan onun əleyhinə ifadə vermişlər. Şahid ifadələri həqiqəti əks etdirmir. Onlar ifadələrində fotoşəkillər paylaşmağını göstərsələr də, nə istintaqa, nə də ki məhkəməyə Zərərçəkmiş şəxs çılpaq və ya yarıçılpaq heç bir şəklini təqdim edə bilməmişlər. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-nin rəhbərliyinə elektron müraciət edərək uzun illərdir məktəbdə müəllimə işlədiyini, ancaq polis polkoyniki Təqsirləndirilən şəxs tərəfindən şantaj olunduğunu, uzun illər onun həyatını məhv edərək onunla yaşadığını, təxminən bir aydır ki onunla olan intim şəkillərini yayacağı ilə hədələyərək ondan 5000 manat pul tələb etdiyini,verməyəcəyi halda onunla olan şəkillərini Vhatsapp vasitəsilə iş yoldaşlarına göndərməsi, poçt vasitəsilə saxta adla gardaşına göndərməsi, hazırda ya 5000 manatı Təqsirləndirilən şəxs verməli, ya da açıq şəkillərinin yayılması səbəbi ilə özünü öldürmək istədiyini bildirmişdir. Goranboy RPŞ tərəfindən araşdırılma aparılmış, İB-nin müstəntiqi tərəfindən 25 mart 2022-ci il tarixdə onun əməlində cinayət tərkibi olmadığına görə "Cinayət işi başlanılmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Bu hal da onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs ehtimal olunan yayılmış fotoşəkilləri Məhnurənin özü tərəfindən göndərilmişdir. Zərərçəkmiş şəxs gələcəkdə onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək üçün bu işi planlı şəkildə görmüşdür. Qeyd etdiyi bütün hallar dəlalət edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları düzgün araşdırılmamışdır. Onun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxs kimi təqsirli olmağı tam sübuta yetirilməmişdir. Hökmün çıxarılması üçün kifayət qədər sübut toplanıb araşdırılmamışdır. Ona verilən cəza onun hərəkətlərinin nəticəsi deyildir. Bundan əlavə qeyd edir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polis işçisi kimi döyüşmüş, müharibə veteranıdır. X26 rayonuna səfəri zamanı dövlət və özəl qurumlarda müharibə veteranlarına cox böyük diqqət göstərilməli olduğunu, onların incidilməməsini, onların hüquqlarının pozulmamasını xüsusilə vurğulamışdır. Dövlət və özəl qurumlara səslənərək veteranlara qarşı ədalətsizliyin qəti qadağan olmasını bildirmişdir. Həmçinin qeyd edir ki, işləmir. Bu hökmdə də əks olunmuşdur. Belə olduğu halda onun islah işləri cəzasını çəkməsi nə dərəcə də qanunauyğun və ağlabatandır?! Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdilər, şikayətin təmin edilməsini, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, məhkumun əməlinin cinayət işində olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunduğunu, həmçinin məhkuma təyin edilmiş cəzanın qanuni, əsaslı və ədalətli olduğunu göstərdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumuın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya şikayətində tərəfindən cinayət hadisəsinin törədilməməsini iddia edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, telefon məlumatlarından çıxarışlar, istintaq hərəkəti protokolları, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılması üçün məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə məhkum və zərərçəkmiş şəxs təkrarən dindirilmiş və işdə olan digər sübutlar tədqiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona CM-nin 156.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs aramsız şikayətlərinə görə müstəntiq tərəfindən onun barəsində cinayət işi başlanılaraq məhkəməyə göndərilmişdir. Aparılmış cinayət işi tam qanunsuz və əsassız olmuş, Goranboy rayon prokurorluğu onun işini qərəzli araşdırmışdır. Müstəntiq və prokurorluğun digər əməkdaşları onun saxta sübutlar toplayaraq qərəzli mövqe göstərmişlər. Təhsil Nazirliyinə göndərilən açıq-saçıq şəkillər olan zərf ibtidai istintaq orqanı tərəfindən ekspertizadan keçirilib və zərfin içinin və üzərinin ona aidiyyatı olmaması müəyyən edilmişdir. İş üzrə dindirilmiş şahidlər Zərərçəkmiş şəxs qorxusundan yalan ifadə vermişlər. Zərərçəkmiş şəxs ona şər, böhtan atır. Hesab edir ki, həmin şəkilləri Məhnurə özü yaymışdır. Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsini Məhnurəyə o, hədiyyə etmiş, lakin nömrə onun adına olmuşdur. Zərərçəkmiş şəxs ayrıldıqdan bir qədər sonra, dəqiq xatırlamadığı gündə həmin nömrənin dublikatını çıxartdırmış və özündə saxlamışdır. Həmçinin göstərdi ki, Ziya ilə Məhnurə bir kollektivdə işləyir. Ziya həmin vaxt məktəbin direktoru olmuş, Məhnurə isə müavini. Ona görə də X23 müdafiə edir. O, Zərərçəkmiş şəxs məxsus açıq-saçıq şəkilləri heç kimə göndərməmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Sen meni şəkilləri qoymamış atdın getdin ona gore meni sen mecbur eledin sekilleri men qoydum”, “Muellimelerin hamısından soruşursan sene de ses atıb elesi var sene duzunu deyib elesi var danıb bilesen”, “Mennen niye sorusmursan sene deyim 11 nefere atmısam, isteyirsən spisoku verim” mesajları göndərməmişdir. Zərərçəkmiş şəxs gələcəkdə onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmək üçün bu işi planlı şəkildə görmüşdür. Bundan başqa Şahid2 bir neçə dəfə dindirilmiş, hər dəfə fərqli məzmunda ifadələr vermişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ***-***-**-** nömrəsini o, istifadə etsə də, Firuzdan ayrılmamışdan əvvəl həmin nömrəni telefonundan çıxartmış və həmin nömrə ilə işlətdiyi “Whatsapp” proqramını da telefonundan silmişdir. Bu barədə Firuza da məlumat vermiş və Firuz həmin nömrənin dublikatını çıxardaraq özü istifadə etmişdir. Firuzun “Whatsapp” proqramı vasitəsilə yaydığı şəkilləri o, şəxsən digər nömrəsi olan ***-***-**-** vasitəsilə görmüşdür. Təqsirləndirilən şəxs onun həyatını məhv edib, ailə qurmağına mane olmuşdur. Təqsirləndirilən şəxs ona təsirləri, ona yazmağı, hədələməyi, qohumlarını barışıq üçün üstünə göndərməyi hal-hazırda da davam edir. Həmçinin göstərdi ki,Firuz videosunu paylaşmaqla hədələyərək 5000 manat pul istəmişdir. Firuzla olan 21 illik münasibətinə son qoyduğu üçün Firuz onu rüsvay etmək və barışmağa məcbur etmək səbəbindən fotoşəkillərini yaymışdır. Təqsirləndirilən şəxs istifadəsində 3 mobil nömrə olmuş, həmin telefon nömrələri ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** olmuşdur. Qardaşı Arzuya və Təhsil Nazirliyinə göndərilmiş məktublar Firuz tərəfindən yazdırılıb və göndərilib. 1999-cu ildə Gəncə Dövlət Universitetində tələbə olduğu vaxta kimi Təqsirləndirilən şəxs tanımamışdır. Firuz ona müxtəlif vaxtlarda istifadə etdiyi telefon nömrələrindən “Sənə demişdim ki, ağıllı ol”, “Buna məni sən məcbur etdin” və s. kimi mesajlar göndərib. Təqsirləndirilən şəxs kənar şəxslərə və poçtalyon vasitəsilə qardaşına göndərdiyi fotoşəkillər Təqsirləndirilən şəxs tərəfindən 4 il əvvəl Xanqərvənd kəndindəki fermasında çəkilib. Yazılmış məktublar da Firuzun diqtəsi ilə başqa şəxs tərəfindən yazılmışdır. Çünki işlədilən ifadələr, fikirlər Firuzun onunla birlikdə yaşadığı dövrdə işlətdiyi sözlərlə eynidir. Firuzla barışmamışdır. Bu hərəkətlərinə görə Firuzu bağışlamır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, cinayət işi üzrə çoxsaylı şahidlər dindirilmiş, cinayət işinin materiallarında olan digər sübutlar tədqiq edilmiş, Təqsirləndirilən şəxs irəli sürdüyü dəlillərə obyektiv hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də o, qənaətdədir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri əsassızdır və cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Belə ki, mübahisələndirilən hökmdən görünür ki, dindirilmiş çoxsaylı şahidlər cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ifadələr vermişdir. Təqsirləndirilən şəxs da apellyasiya şikayətində həmin şahidlərin ifadələrinin həqiqət olmadığını, Zərərçəkmiş şəxs ilə olan yaxın əlaqələrinə görə bu məzmunda ifadə verdiklərini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi də cinayət işinin materiallarını, ibtidai istintaqda və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini, eləcə də apellyasiya instansiya məhkəməsində dindirilmiş məhkumun və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edərək, həmin ifadələrdə göstərilən hallar ilə ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən halları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, cinayət işində olan kifayət qədər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs tərəfindən CM-in 156.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməllərin törədilməsi tam təsdiq edilmişdir. Məhkum apellyasiya şikayətində dindirilmiş şahidlərin ifadələrini mübahisələndirmiş, həmin ifadələrin həqiqət olmadığını göstərmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan şahid ifadələri toplanmış digər sübutlarla bir daha təsdiq edilir. Həmin ifadələrin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri “Whatsapp” mobil tətbiqi Zərərçəkmiş şəxs bibisi oğlu X13, X5 və X8 göndərmiş, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olmuş öz adına olan ***-***-**-** mobil nömrəsini Zərərçəkmiş şəxs onunla ayrılandan sonra istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “Whatsapp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində fotoşəkilləri paylaşmış, bundan başqa onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən Zərərçəkmiş şəxs rüsvay etmək məqsədilə sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və Zərərçəkmiş şəxs ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X19 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs həmin kənddə yaşayan qardaşı Şahid1 göndərmişdir. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halından görünür ki, ***-***- **-** mobil nömrəsi Təqsirləndirilən şəxs adına olmuş, həmin nömrəni Zərərçəkmiş şəxs o, vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayrıldıqdan sonra həmin nömrənin dublikatını çıxartdırmış və özündə saxlamışdır. İş üzrə Zərərçəkmiş şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə fotoşəkillərinin ayrı-ayrı şəxslərə göndərilməsi də məhz bundan sonrakı dövrə təsadüf etmişdir. Məhkum Təqsirləndirilən şəxs həmin fotoşəkilləri Məhnurənin özünün ayrı-ayrı şəxslərə göndərdiyini bildirsə də, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs öz fotoşəkillərini “Whatsapp” mobil tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərə göndərməsini və tətbiqin “hekayə” hissəsində paylaşmasını ağlabatan və inandırıcı hesab etmir. Belə ki, zərərçəkmiş şəxsin iş yeri var, kollektivdə müəyyən qədər nüfuzu və mövqeyi vardır. Onun öz fotoşəkillərini paylaşaraq və ya ayrı-ayrı şəxslərə göndərərək öz nüfuzunu aşağı salmağa cəhd etməsi heç bir məntiqə uyğun gəlmir. Eyni zamanda, Təqsirləndirilən şəxs həmin nömrənin dublikatını çıxardıqdan sonra zərərçəkmiş şəxsdə həmin nömrənin işləməsi də mümkün görünmür. İş materiallarında olan "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş əməliyyat sənədindən görünür ki, ***-***-**-** saylı mobil nömrə üzərində sim kart dəyişikliyi əməliyyatı xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Satış Xidmət Mərkəzində Təqsirləndirilən şəxs tərəfindən icra edilməklə abunəçi Təqsirləndirilən şəxs verilmişdir; Göründüyü kimi həmin fotoşəkillər mobil nömrə məhz Təqsirləndirilən şəxs istifadəsinə keçdikdən sonra göndərilmiş və paylaşılmışdır. İşin bu halı istinad olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bir daha təsdiq edir. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs Şahid2 yalan danışdığını da göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08-09 mart 2022-ci il tarixlərində 12 dəfə ***-***-**-** nömrəsi ilə danışmışdır. Həmin telefon nömrəsinin Goranboy rayonunun Xanqərvənd kəndində poçtalyon işləyən Şahid2 istifadəsində olması müəyyən edilmişdir. Yəni, Zərərçəkmiş şəxs qardaşı Şahid1 məktub və Zərərçəkmiş şəxs çılpaq və yarıçılpaq fotoşəkilləri göndərildiyi tarixdə Təqsirləndirilən şəxs ilə poçtalyon Şahid2 arasında çoxsaylı telefon danışıqları olmuşdur. Həmçinin Şahid2 öz ifadəsində məktubu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Göründüyü kimi Şahid2 ifadəsini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bundan başqa “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 16:21-də “Birde meni indi atib getdin mende dedim mehnus getme sekilleri statusa qoyacam sen meni yene saymadin mene dedi senin en yaxin isde adamların ki bacısı buna kisi tapıb mende döze bilmedim ki seni qoymaram ere gedesen hami bilsin ki menimle yasayirsan bele oldu de yene meni saymadin davam bele eledi indi ne dusmanciliq edirsen mene neyniyessen senin dayaqin men olmusam senin ayri kimin olub ki” yazıb göndərmişdir. İşin yuxarıda qeyd olunan halları bir daha apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilmiş, lakin müdafiə tərəfinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkum apellyasiya şikayətində işləmədiyini, onun islah işləri cəzasını çəkməsinin qanunauyğun və ağlabatan olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 49.4-cü maddəsinə görə islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Qeyd olunmalıdır ki, Qanunda islah işləri cəzası təyin edilə bilməyən şəxslərin dairəsi dəqiq müəyyən edilmişdir. Bundan başqa Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi üçün Qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 156.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «17» noyabr 2022-ci il tarixli, 1(045)-84/2022 nömrəli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «17» noyabr 2022-ci il tarixli, 1(045)-84/2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar