Məhkəmə qərarları › İş №1(104)-118/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-118/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-118/2023 19.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ surəti Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(076)-220/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(076)-220/2022 saylı hökmü ilə (sədrlik edən Ş.Məmmədova) xx xxxxxxxx 1963-cü ildə Şəmkir rayonu Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Sabirkənd kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 29 noyabr 2022-ci il tarixdən hesablanması və barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbsə alınması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli ilkin baxış qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs 8300 manat pulu Zərərçəkmiş şəxs ödəməsinə dair Şəmkir Rayon Məhkəməmsinin 16 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün həmin məhkəmənin 16 dekabr 2021-ci il tarixli 3(076)-884/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs edilmiş, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 11 yanvar, 01 fevral, 17 fevral, 01 mart və 26 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 aprel 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs borcunu ödəməməklə 8300 manat məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktınıqərəzli olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham edimişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin qanuni qüvvəyə minmiş qətnaməni tam icra etdiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs borcu bir dəfəlik ödəməyə maddi imkanı yoxdur, ödənişi hissə-hissə icra etməyi təklif etsə də zərərçəkmiş şəxs qəbul etməmişdir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs yaşının çox olması ilə əlaqədar heç bir yerdə işləyə bilmir, mülkiyyətində əmlakı yoxdur. Bundan başqa təqsirləndirilən şəxs cinayət məsuliyyətinə əsas olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etmişdir. Ona görə də hökmün ləğv edilməsini, Azər İsmayılovunqanuni qüvvəyə minmiş qətnaməni tam icra etdiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Apellyasiya baxışında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şikayətlə bağlı göstərdi ki, barəsində hökm çıxarıldıqdan sonra hüquqlarını müdafiə etdiyi şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etmiş və qətnamədə göstərilən 8300 manat məbləğində pulu tamamilə ödəmişdir. CM-nin 306-cı maddəsinin qeydinə əsasən belə vəziyyətlərdə təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad olunmalıdır. Odur ki, müdafiə etdiyi şəxsin barəsində olan hökmü ləğv edib onun cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirdi və göstərdi ki, o dəymiş ziyanı tamamilə ödəyərək məhkəmə qətnaməsini icra etmişlər. Hazırda onun zərərçəkmiş şəxsə heç bir borcu qalmamışdır. Ona görə də kollegiyadan xahiş edir ki, onu cinayət məsuliyyətindən azad etsin. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs qətnamə üzrə təyin edilmiş borcun Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdi. Apellyasiya baxışı zamanı dövlətittihamçısı Qalib Rizvanov göstərdi ki, müdafiə tərəfi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etdiyini qeyd edərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini kollegiyadan xahiş etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsinin icra edilməsi təsdiq edildiyi halda Cinayət Qanununun tələbinə görə şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Ona görə də göstərdiyi halları nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Azərbaycan Respublikası CPM-nin 391.2 və 391.2.3-cü maddələrinə əsasənapellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi digər prosessual məsələlərlə yanaşı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olubolmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyasiya şikayətinin ilkin baxış məqsədləri üçün nəzərdən keçirərəkən müəyyən etmişdir ki, iş üzrə icraata xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qətnamə üzrə təyin edilmiş borcu tam olaraq ödədiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tamamilə icra edərək həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 8300 manat borcu tam ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, CM-nin 306-cı maddəsinin qeydində şəxsin qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etdiyi halda cinayət məsuliyyətindən azad edilməli olması, CPMnin 40.3-cü maddəsində isə cinayət məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduğu halda isə cinayət təqibinə xitam verilməli olması təsbit edilmişdir. Belə ki, CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddsəinə əssəndövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı öz çıxışında qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icra edilməsi təsdiq edildiyi halda Cinayət Qanununun tələbinə görə şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə CPM-nin 41.3-cü maddəsinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərı nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 321, 391,407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(076)- 220/2022 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar