Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-119/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X7 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «25» noyabr 2022-ci il tarixli, 1(100)-380/2022 nömrəli hökmündən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Elmin Rüstəmovun sədrliyi, hakimlər Faiq Mahmudov və Xəqani Səmədovdan ibarət tərkibdə) «25» noyabr 2022-ci il tarixli, 1(100)- 380/2022 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhərİ Ü.Hacıbəyli küçəsi ev 9 mənzil 28-də yaşayış yei üzrə qeydiyyatda olmaqla, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 46 mənzil 20-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, cəzasının əvvəlinin 13 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 1 ünvanının qonaq otağında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cinsi ehtirasını təmin etmək məqsədilə qeyri-rəsmi münasibətdə olmaqla ər-arvad kimi yaşadığı X3 övladı, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 19 mart 2010-cu il təvəllüdlü, azyaşlı olması ilə bağlı yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq ona müqavimət göstərmək imkanında olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə otaqdakı divana uzandırıb özü də Zərərçəkmiş şəxs yanında uzanmaqla özünün əynində olan şalvarı və alt paltarını çıxarıb xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qardaşı Şahid gözü qarşısında Zərərçəkmiş şəxs bərk tutub saxlamaqla fiziki zor tətbiq edib müqavimətini qıraraq cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa nahiyəsinə sürtüb seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını çıxarıb xüsusi amansızlıqla qolundan tutaraq döş qəfəsinin ön nahiyəsindən və üzündən dişləyib döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ağzı üstə uzadıb qollarını qabağa çəkərək hər iki qolundan bir əli ilə digər əli ilə isə baş nahiyəsindən basıb saxlayayaraq fiziki ağrı yetirib zor tətbiq edərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyin soxub hərəkət etdirərək anal dəlik sfiktorunun bir qədər boşalması, anus dəlik nahiyəsinin cırılması ilə nəticələnən hərəkətlər edərkən sonuncuya bu barədə kiməsə dediyi təqdirdə onu, anası Qanuni nümayəndə və qardaşı Şahid öldürəcəyini deyib belə zor tətbiq edəcəyi ilə hədələyərək prostat şirəsi ifraz etməklə cinsi ehtirasını təmin edib onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib sonuncuya qarşı xüsusi amansızlıqla zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri və uşaqbazlıq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, məhkum apellyasiya şikayətində işinə yenidən baxılmasını, məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bərəat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs bəraət verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan və şahid ifadələrindəki ziddiyyətli məqamlardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi kifayət qədər mötəbər sübutlarla təsdiq olunmur. Odur ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm ədalətsizdir, işinə yenidən baxılmasını və ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi, şikayətlərin təmin edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə etdi, cinayət əməli törətmədiyini, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkum əlavə olaraq göstərdi ki, o, Zərərçəkmiş şəxs qarşı heç bir cinayət əməli törətməmiş, sadəcə Muradın anası Qanuni nümayəndə ilə münasibətləri pisləşmiş, ona görə də Qanuni nümayəndə onu şərləmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum və onun müdafiəçisi apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin törədilməməsini qeyd etmiş, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş etmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ... Arzu evdə qonaq otağında divanda oturub televizora baxmış, o da qonaq otağında olan başqa divanda uzanmış, Təqsirləndirilən şəxs həmin vaxt gəlib onun yanına divanda uzanmışdır. Murad qardaşı Arzuya onlar yatdıqları otaqdan yorğan gətir demiş, Arzu da gedib yatdıqları otaqdan yorğan gətirmişdir, Murad yorğanı üstünə salmışdır. Murad Arzuya işığı söndür demiş, Arzu da qonaq otağının işığını söndürmüşdür, Arzu qonaq otağında televizora baxmışdır. Murad divanda şalvarını və alt paltarını çıxartmış, tutub saxlayaraq öz cinsiyyət orqanını onun arxa nahiyəsinə bir qədər sürtdükdə sonra əynində olan idman şalvarını və alt paltarını da çıxartmışdır. Şalvarı və alt paltarı bədəninin altında döşklə arasında qalmışdır. Bu vaxt Murad Arzuya televizoru söndür get otağınıza yat demiş, Arzu da yatdıqları otağa keçmiş, Murad divanda belindən tutub yanı üstə çevirmiş bu vaxt ağlamış, eləmə deyib qışqırıb səsini çıxartmış, ağlayanda Arzu yataq otağından çıxıb mətbəxə tərəf gedib mətbəxin işığını yandıranda mətbəxin elektrik lampası partlamışdır. Arzu otağa gəlib mətbəxin elektrik lampası partlamışdır. Murad qardaşı Arzuya yenə də otaqlarında yatmasını demiş, onlar da divanda yatacaqlarını bildirmişdir, Arzu da yatdıqları otağa keçmişdir. Sonra isə Murad Arzunu çağırıb gedib mamasının iş yerinə maması işdən çıxanda bir yerdə gəlmələrini demiş, Arzu evdən çıxıb getmiş,, Murad divandan durub qapını bağlamış, sonra isə mətbəxə keçib orada olan quru yağla əlini yağlamış, o, qayıdıb divanda lüt uzanmış, Murad gəlib divanda əynində köynək lüt onun yanında uzanmışdır. Murad onun qolundan tutub sağ yuxarı döş qəfəs nahiyəsindən və sol üz nahiyəsindən dişləmişdir. Bundan sonra Murad onun qolundan tutub ağzı üstə uzadıb qollarını qabğa çəkərək hər iki qolundan bir əli ilə digər əli ilə isə baş nahiyəsindən basıb saxlayıb cinsiyyət orqanını onun anus dəliyinə salmış, Murad cinsiyyət orqanını anus dəliyimə saldıqdan sonra hərəkət etdirmiş, həmin vaxt o, qışqırmış, Muradı üstündən kənara itələmək istəyən zaman Murad ona heç kimə demə onu qardası Arzunu və anasını öldürəcəyi ilə hədələmişdir. Murad onunla cinsi əlaqədə olarkən həmin vaxt da tez-tez hərəkət etdirmiş, Murad onun üstündə olan zaman evin qapısı döyülmüş, bu vaxt Murad tez onun üstündən durub şalvarını geyinmiş o da divandan durub öz yatdıqları otağa qaçmış, bundan sonra o, anasına olanlar barədə demiş, anası soyunduğu paltarları geydirib ona görə TTYS-dan həkim çağırmış, TTYS-nın avtomobili ilə onu xəstəxanaya aparmışlar. Zərər çəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Murad onu ağzı üstə divana yıxaraq ağız nahiyəsini balınca dirəyib hər iki qollarını qabağa uzadıb bir əli ilə qollarını bir əli ilə başından basaraq səsini çıxarıb qışqırdığı üçün səsini çıxarmamağı ilə bağlı anasını və qardaşını öldürməklə hədələyərək cinsiyyət orqanını anus dəliyinə salmışdır, həmin hərəkəti edəndə o, səsini çıxarıb qışqırmışdır. Təqsirləndirilən şəxs ona qarşı əvəllər belə hərəkətlər etməmişdir, birinci dəfə idi belə hərəkətlər etmiş, onun sağ döş qəfəsindən və sol yanağında dişləyərək xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, ... aradan təxminən 1 saat keçdikdən sonra oğlu Arzu onun iş yerinə gələrək əri Murad qardaşı Muradın başına pis oyun açdığını demiş, o da tez taksiyə minib yaşadığı evə gəlmiş, evin qapısını döymüş əri Murad qapını açmış, içəri keçib oğlu Muradı axtarmış, uşaqların yatdığı otağa baxanda Muradı çarpayının altında ədyala bükülmüş formada qurşaqdan aşağı lüt vəziyyətdə olmuş, Murada yaxınlaşanda “mama məni vurma” deyib günahı olmadığını bildirmiş, uşağın həmin vəziyyətə olamğını görüb əri Murada “nə edibsən uşaq niyə lütdür” demiş, əri Murad isə uşaqla oyandığını demişdir. O evə baxarkən əri Murada məxsus olan alt paltarı evin giriş qapısının yanında dəhlizdə ayaq altında olduğunu görmüş, oğlu Muradan alt paltarını və şalvarını geydirərək əri Murada nə üçün alt paltarını soyunduğunu soruşanda elə-belə soyunduğunu uşaqnan oynadığını bildirmiş, oğlu Muraddan nə baş verdiyini soruşanda evdə divanda uzanan vaxt əri Murad şalvarını və alt paltarını çıxardığını sonra isə oğlu Muradın əynində olan idman şalvarını və alt paltarını çıxartdığını qolundan tutub sağ yuxarı döş qəfəs nahiyəsindən və sol üz nahiyəsindən dişlədiyini bildirmişdir. Bundan sonra əri Murad qolundan tutub ağzı üstə uzadıb qollarını qabağa çəkərək hər iki qolundan bir əli ilə digər əli ilə isə baş nahiyəsindən basıb saxlayıb cinsiyyət orqanını anus dəliyinə saldığını demişdir. Əri Murad cinsiyyət orqanını anus dəliyinə saldıqdan sonra hərəkət etdirdiyi üçün qışqırıb üstündən kənara itələmək istəyən zaman əri Murad Arzunu və onu öldürəcəyi ilə hədələdiyini demişdir. O, Murada tibbi yardım göstərilməsi 103 xidmətinə zəng edib evə həkim çağırmış, həmin vaxt əri Murad evdən çıxıb getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ... o, evdə qonaq otağında divanda oturub televizora baxmış, qardaşı Murad da qonaq otağında olan başqa divanda uzanmışdır. Həmin vaxt Murad gedib qardaşı Muradın yanında divanda uzanmış, Murad yatdıqları otaqdan yorğan gətirməsini demiş, o da gedib yatdıqları otaqdan yorğan gətirmiş, Murad yorğanı üstlərinə salmışdir. Murad ona işığı söndür, televizora baxırsan bax demiş, o da qonaq otağının işığını söndürmüş, qonaq otağında televizora baxmışdır. O, əmisi Muradın divanda şalvarını və alt paltarını çıxartdığını görmüş, bundan başqa əmisi Murad yorğanı çəkəndə arxa hissəsini lüt vəziyyətdə görmüş, sonra isə əmisi Murad ona televizoru söndürüb otaqlarına gedib yatmasını demiş, qardaşı Muradla divanda yatacağını bildirmişdir. O da televizoru söndürüb öz otaqlarına keçmişdir. O, yataq otaqlarına olarkən qardaşı Murad ağalayaraq eləmə dediyini eşitmiş, o da narahat olub, otaqdan çıxıb tualetə getmiş, gəlib yenidən qonaq otağında oturmuş, Murad ona keç öz otağınızda yat demişdir. O da öz otaqlarına keçmiş,. yenə də qardaşı Muradın qışqırıq səsi gəldiyi üçün otaqdan mətbəxə gəlmiş, orada olarkən mətbəxin işığı sönmüş, yenidən qonaq otağına keçib televizoru yandırıb baxmaq istəyəndə arxa tərəfin lüt vəziyyətdədir olduğunu, qardaşı Muradın və əmisi Muradın paltarı soyunulmuş vəziyyətdə olduğunu görmüş, Murad yenidən onu otaqlarına göndərmiş, otaqda olarkən qardaşı Muradın səsi gədiyinə görə otaqdan çıxıb yanıa gələndə Murad ona gedib mamasını iş yerindən gətirməsini demişdir. Həmin vaxt əmisi Muradın qardaşı Muradın ağzını tutmasından qardaşına qarşı nəsə pis hərəkət etdiyini hiss etmiş, o da evdən çıxıb getmiş, o, mamasının iş yerində əmisi qardaşı Muradın başına oyun açdığını demiş, Maması da tez taksiyə minib birlikdə evə gəlmişlər. Anası evin qapısını döymüş əmisi Murad evin qapısımnı açanadan sonra əmisi Murad nə hayküynən gəlmisən demiş, Maması isə uşağın başına nə oyun açıbsan demiş, heç nə etmədiyini eləcə oynadığını bildirmişdir. Onlar içəri keçib qardaşı Muradı axtarmış, onların yatdıqları otağa baxanda Muradı çarpayının altında ədyala bükülmüş formada qurşaqdan aşağı lüt vəziyyətdə görmüşlər. Anası qardaşı Murada yaxınlaşanda “mama məni vurma” deyib günahı olmadığını bildirmişdir. Maması Mutradı o vəziyyətə olamağını görüb əmisi Murada nə edibsən uşaq niyə lütdür demiş, əmisi Murad isə uşaqla oyandığını demişdir. Anası evə baxarkən əmisi Murada məxsus olan alt paltarı evin giriş qapısının yanında dəhlizdə ayaq altında olduğunu görüb əmisi Muradan nə üçün alt paltarını soyunduğunu soruşanda əmisi Murad elə-belə soyunduğunu uşaqnan oynadığını bildirmişdir. Anası qardaşı Muradan nə baş verdiyini soruşanda Murad evdə divanda uzanan vaxt əmisi Murad şalvarını və alt paltarını çıxardığını sonra isə Muradın əynində olan idman şalvarını və alt paltarını çıxartdığını qolundan tutub sağ yuxarı döş qəfəs nahiyəsindən və sol üz nahiyəsindən dişlədiyini demişdir. Bundan sonra əmisi Murad qolundan tutub ağzı üstə uzadıb qollarını qabağa çəkərək hər iki qolundan bir əli ilə digər əli ilə isə baş nahiyəsindən basıb saxlayıb cinsiyyət orqanını anus dəliyinə saldığını demişdir. Əmisi Murad cinsiyyət orqanını anus dəliyinə saldıqdan sonra hərəkət etdirdiyi üçün qışqırıb üstündən kənara itələmək istəyən zaman əmisi Murad onu anasını və qardaşını öldürəcəyi ilə hədələmişdir. Anası Murada tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng edib evə həkim çağırmışdır. Həmin vaxt əmisi Murad evdən çıxıb getmişdir. Cinayət işində olan digər sübutlar: İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 14 dekabr 2021-ci il tarixli 2040 nömrəli rəyindən görünür ki, Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun bir qədər boşalması, anal dəlik nahiyəsində aşkar edilmiş cırılma anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Azyaşlı Zərərçəkmiş şəxs bədənində anus dəliyi nahiyəsində olan cırılmadan başqa döş qəfəsinin ön səthində qançır kimi xəsarət də müəyyən edildi. Bu xəsarət bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 14 dekabr 2021-ci il tarixli 2041 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - bel nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 2-4 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs cinsiyyət orqanlarında cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəbpatologiya, deformasiya, çapıq toxuması aşkar edilmədi. İş materiallarına əlavə olunmuş məhkəmə-genetik ekspertizasının 25 dekabr 2021-ci il tarixli 21/728R nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd göy rəngli yorğanı üzlüyü üzərində “1” və “4” nömrəli hissələrdə, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd idman şalvarının aralıq nahiyyəsində və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tumanın aralıq nahiyyəsində prostat şirəsi aşkar edildi və müqayisəli tədqiqat nəticəsində aşkar edilmiş prostat şirəsinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi. Ekspertizaya təqdim olunmuş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın aralıq nahiyyəsində, 01 (bir) ədəd qısaqol köynəyin üzərində, 01 (bir) ədəd tumanın ön hissəsinin iç səthində, Təqsirləndirilən şəxs uretrəsından götürülmüş yaxma nümunəsinin tərkibində və Təqsirləndirilən şəxs cinsiyyət orqanının üstündən götürülmüş yaxma nümunəsinin tərkibində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd göy rəngli yorğan üzlüyü üzərində “2”, "3", “5” nömrəli hissələrdə mövcud olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs anus dəliyindən götürülmüş yaxma nümunəsinin tərkibində və Zərərçəkmiş şəxs anus dəliyinin ətrafından götürülmüş yaxma nümunəsinin tərkibində olan bioloii mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Ekspert tədqiqatına təqdim edilmiş 01 (bir) ədəd odeyal üzərində, 01 (bir) ədəd gör rəngli yorğan üzlüyü üzərində “6” nömrəli hissədə və 01 (bir) ədəd qəhvəyi rəngli yataq üzlüyü üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir (deqredasiya əlamətləri müşahidə edilir). Bu səbəbdən həmin tədqiqat obyektlərindən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarına əlavə olunmuş DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 0xx-xx-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə hadisə yerindən götürlümüş 3 ədəd “Prima” markalı siqaret kötüyü DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə tədqiqata təqdim edilmişdir. Fakt üzrə hadisə yerindən götürülmüş 03 ədəd “Prima” markalı siqaret kötüyü üzərində olan tüpürcək nümunəsi Təqsirləndirilən şəxs (xx.xx.1993 Gəncə ş.) məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə qarşı heç bir cinayət əməli törətmədiyini bildirsə də, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrini, şahid ifadələrini, üzləşdirmə protokollarını, cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini əsas götürərək təqsirləndirilən şəxsin ifadəsini həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, ittihamda qeyd olunan hərəkətlərin törədilməsi mexanizmi və işin faktiki halları, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş ekspertiza rəyləri Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin həqiqətən də onun tərəfindən törədilməsini təsdiq edir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, məhkumun göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, şikayətlərin təmin edilərək məhkum barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «25» noyabr 2022-ci il tarixli, 1(100)-380/2022 nömrəli hökmü məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «25» noyabr 2022-ci il tarixli, 1(100)-380/2022 nömrəli hökmü məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-119/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-119/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver