Məhkəmə qərarları › İş №1(104)-12/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-12/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-12/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X28 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 312-1.1-ci maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(042)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(042)-2/2023 saylı hökmü ilə (hakim Marif Kazımov) xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2tiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CM-nin39.1.3cü və 44.2.1-ci maddələrinə əsasən ona həmin maddələrlə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manatmiqdarda cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş, hazırda 11 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının həkim eksperti vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonunda yeni tikilidə kirayəçi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, Azərbaycan Respublikası CM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən ona cəza təyin edilməməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Həmçinin hökmlə iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş 90930,97 manat (doxsan min doqquz yüz otuz manat doxsan yeddi qəpik) məbləğində dəymiş zərər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi qərara alınmış, təqsirləndirilən şəxslərə mülki mühakimə icraatı qaydasında birgə borclulara qarşı reqress qaydada iddia qaldırmaq hüquqları izah edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(042)-2/2023 saylı hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs2 övladı Quluyev Etimad İsmayıl oğlunun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyun ayında özünə müraciət etmiş X29 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək Quluyev Etimad İsmayıl oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Etimad Quluyevin “keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, teztez baş verən qıcolma tutmaları ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2021-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 29 iyun 2015-ci il tarixli **********01 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdətərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X24 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Etimad Quluyevin anası və qəyyumu X29 6 may 2015-ci il tarixdən 1 iyun 2017-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 12 noyabr 2015-ci il tarixli 411 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X29 1 aprel 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Aygün Quluyevaya 6 may 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 8.003,35 manat (səkkiz min üç manat otuz beş qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 30 avqust 2021-ci il tarixədək ümumilikdə 1.448 (bir min dörd yüz qırx səkkiz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******1428 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, təkrarən, övladı Tağıyev Sarvan Asif oğlunun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyul ayında özünə müraciət etmiş Tağıyev Asif Nazim oğluna özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Sarvan Tağıyevdə sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə, müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Asif Tağıyevdən maddi nemət olan 500 manat məbləğində pul vəsaitini 2015-ci ilin iyul ayında 29 Saylı TibbiSosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü üçün birbaşa yolla istəyib maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdiyi əməli gizlətmək, eləcə də Tağıyev Sarvan Asif oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Sarvan Tağıyevin “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2025-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 9 iyul 2015-ci il tarixli **********01 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə çıxarışın surətini Asif Tağıyevə, əslini isə Sarvan Tağıyevə verib, sonuncu vasitəsilə həmin saxta sənədi müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Sarvan Tağıyevin anası və qəyyumu X38 29 iyun 2015-ci il tarixdən 26 noyabr 2025-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 23 noyabr 2015-ci il tarixli 429 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X38 1 aprel 2019- cu il tarixdən 26 noyabr 2025-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Şəkər Tağıyevaya 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.889,47 manat (yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******0304 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Tağıyeva Fatimə Nəsimi qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyul ayında özünə müraciət etmiş Şahid2 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Tağıyeva Fatimə Nəsimi qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert KomissiyasınınŞəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Fatimə Tağıyevanın “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2030-cu ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 9 iyul 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X24 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Fatimə Tağıyevanın anası və qəyyumu X39 29 iyun 2015-ci il tarixdən 1 iyul 2017-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 23 noyabr 2015-ci il tarixli 430 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X39 1 aprel 2019-cu il tarixdən 29 noyabr 2030-cu il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Leyla Əsədovaya 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.889,47 manat (yeddi min səkkiz yüz səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******1118 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, təkrarən, övladı X25nun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid9 Zülfüqar qızına özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, X25na sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert KomissiyasınınŞəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Elmin Dünyamalıyevin “keçirilmiş qapalı kəllə beyin travmasının hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmalarıilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2027-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X24 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Elmin Dünyamalıyevin anası və qəyyumu Şahid9 Zülfüqar qızına 23 noyabr 2015-ci il tarixdən 30 sentyabr 2027-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 9 iyun 2016-cı il tarixli 90 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, Şahid9 1 aprel 2019-cu il tarixdən 30 sentyabr 2027-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Şahid9 23 noyabr 2015-ciil tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******3737 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib nəvəsi Ələkbərova Nazlı Əflatun qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid6 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonumüavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Nazlı Ələkbərovada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid6 maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X34 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla almaqla, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Ələkbərova Nazlı Əflatun qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Nazlı Ələkbərovanın “keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2031-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 29 noyabr 2015-ci il tarixli **********1 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşəninzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Nazlı Ələkbərovanın anasıvə qəyyumu X18 29 noyabr 2015-ci il tarixdən 29 noyabr 2031-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 11 iyul 2016-cı il tarixli 111 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X18 1 aprel 2019-cu il tarixdən 31 oktyabr 2031-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Simurə Ələkbərovaya 29 noyabr 2015ci il tarixdən1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.554,47 manat (yeddi min beş yüz əlli dörd manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******7487 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardanqeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına,öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadanəlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Məmmədli Aytac Fariz qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X13 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Məmmədli Aytac Fariz qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Aytac Məmmədlinin “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2028-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqliformada imzalamaqla hazırladıqdan sonra, təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X24 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Aytac Məmmədlinin anası və qəyyumu X13 23 noyabr 2015-ci il tarixdən 1 mart 2028-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 5 fevral 2016-cı il tarixli 517 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, Rəsmiyə Məmmədovaya 1 aprel 2019-cu il tarixdən 15 mart 2028-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Rəsmiyə Məmmədovaya 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******1770 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib nəvəsi Namazova Gültac Səddam qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid3 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonumüavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Gültac Namazovada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dairqərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid3 maddi nemət olan 200 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X34 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla alaraq, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Namazova Gültac Səddam qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Gültac Namazovanın “Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2032ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 10 noyabr 2015-ci il tarixli **********1 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaXidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilənhəkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Gültac Namazovanın anası və qəyyumu X30 10 noyabr 2015-ci il tarixdən 19 dekabr 2032-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 25 aprel 2016-cı il tarixli 60 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X30 19 dekabr 2032-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Günay Namazovaya 10 noyabr 2015-ciil tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.596,90 manat (yeddi min beş yüz doxsan altı manat doxsan qəpik) sosial müavinətin, 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******0464 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardanqeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına,öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadanəlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Bayraməliyeva Ləman Sakit qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X4 özünün 2013-cü ilinəvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonuMüavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Ləman Bayraməliyevaya sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansıbir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dairqərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Sakit Bayraməliyevdən maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü üçün birbaşa yolla istəyib maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərfedib, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdiyi əməli gizlətmək, eləcə də Bayraməliyeva Ləman Sakit qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Ləman Bayraməliyevanın “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2026-cı ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli O********** saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqliformada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə çıxarışın əslini Sakit Bayraməliyevə verib, sonuncu vasitəsilə təkrarən, həmin saxta sənədi müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncutərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Ləman Bayraməliyevanın anası və qəyyumu X14 23 noyabr 2015- ci il tarixdən 19 may 2026-cı il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 5 fevral 2016-cı il tarixli 516 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X14 1 aprel 2019-cu il tarixdən 19 may 2026-cı il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Fərqanə Məmmədovaya 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.500 (yeddi min beş yüz) manat sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******9342 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının 01 iyul 2005-ci il tarixli qərarı ilə “Sağ gözdə travmatik katarakta” diaqnozu ilə müddətsiz 3-cü dərəcə əlillik təyin edilmiş, lakin 2-ci dərəcə əlillik təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X19 özünün 2013- cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6ona 2-ci dərəcə əlilliyin təyin edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığıhalda onda guya 2-ci dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Səfa Hüseynovdan maddi nemət olan 400 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X34 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla almaqla, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də X19 2-ci dərəcə əlilliyin müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Səfa Hüseynovun “Sağ gözdə travmatik katarakta, VOD=0.7.VOS=0.1” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun barəsində müddətsiz 2-ci dərəcə əlilliyin müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 25 noyabr 2015-ci il tarixli Z4B1EK10003 saylı həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşəninzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən X19 25 noyabr 2015-ci il tarixdən müddətsiz sosial müavinətin təyin edilməsi haqqında qərarın qəbul edilməsinə nail olmaqla, Səfa Hüseynova 25 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.018 (bir min on səkkiz) manat sosial müavinətin ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-də olan 676867******8457 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, 5 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid5 2-ci dərəcə əlilliyin müəyyən edilməsinə köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X40 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Şahid5 2-ci dərəcə əlilliyin müəyyən edilib bununla əlaqədar pensiyanın təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Şahid5 “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları ilə, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun barəsində müddətsiz 2-ci dərəcə əlilliyin müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 15 aprel 2015-ci il tarixli 8P5AYTO0003 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz şöbənin müdiri X43 tərəfindən Şahid5 15 aprel 2015-ci il tarixdən müddətsiz pensiyanın təyin edilməsi haqqında 6 noyabr 2015-ci il tarixli 640 saylı qərarın qəbul edilməsinə nail olmaqla, Şahid5 15 aprel 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 14.405,13 manat (on dörd min dörd yüz beş manat on üç qəpik) pensiyanın ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-də olan 676867*******6948 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, təkrarən əlbir olduğu Rəhim Hacıyevlə birlikdə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən tərkarən əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 5 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Əlinağıyeva Lamiyə Kamran qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin martayında özünə müraciət etmiş Şahid1 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonuMüavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Lamiyə Əlinağıyevada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid1 maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitini 2016-cı ilin mart ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X34 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla alaraq, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsinə davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Əlinağıyeva Lamiyə Kamran qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq məqsədilə qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Lamiyə Əlinağıyevanın “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2025-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 27 iyul 2016-cı il tarixli 7WXWOFN0003 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşəninzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Lamiyə Əlinağıyevanın anası və qəyyumu X31 27 iyun 2016-cı il tarixdən 3 mart 2025-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 22 sentyabr 2016-cı il tarixli 179 saylı saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X31 1 aprel 2019-cu il tarixdən 3 mart 2025-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Aynurə Əhmədovaya 27 iyul 2016-cı il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 6.983,94 manat (altı min doqquz yüz səksən üç manat doxsan dörd qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******6033 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 7 may 2015-ci il tarixli 09/12-107 saylı əmrlə təyin edilməklə 12 may 2015-ci il tarixdən 21 dekabr 2015-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsini icra edərkən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 dekabr 2006-cı il tarixli 16 №-li qərarı ilə təsdiq edilmiş “Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X22”ndakı Tibbi-Sosial Ekspert Komissiyasının sədrinin vəzifə təlimatına əsasən, xidmət göstərilən ərazinin Tibbi- Sosial Ekspert Komissiyasına rəhbərlik etmək, “Tibbi-Sosial Ekspert Komissiyalarıhaqqında əsasnamə”yə uyğun olaraq Komissiyanın işini təşkil etmək, Tibbi-Sosial Ekspert Komissiyasının üzvlərinin, eləcə də tabelikdə olan işçilərin işinə nəzarət etmək, əlillikproblemlərinə dair məsələlərin həlli məqsədi ilə Tibbi- Sosial Ekspert Komissiyasının xidmət göstərdiyi ərazinin tibb müəssisələri ilə qarşılıqlı işgüzar əlaqələrinin yaradılmasını təmin etmək, yerli icra hakimiyyətlərinə, həmkarlar ittifaqı təşkilatlarına, idarə və müəssisələrin rəhbərlərinə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası və bu istiqamətdə aparılmalı profilaktik tədbirlər barədə məlumat vermək, Tibbi-Sosial Ekspert Komissiyasının işinin təşkili, əlilliyin qiymətləndirilməsi kimi aidiyyəti məsələlərüzrə nəzəri və praktiki biliklərə və hazırlığa malik olmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni Komissiya sədri kimi müraciət etmiş şəxslərin qəbulu,dinlənilməsi, sənədlərinin araşdırılması, zəruri məsləhət və istiqamətin verilməsi, habelə aparılan sənədləşməyə müəyyən şəxslərin buraxılışının qarşısının alınması prosesinə lazımi diqqət və ehtiyatlılıq göstərərək nəzarət etməli olduğu halda, üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib, yol verdiyi hərəkətlərin dövlətə ziyan vurmaqla ictimai təhlükəli nəticəyə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, həmin nəticəni görmədən, yəni cinayətkarcasına etinasızlıq göstərməklə rəhbərlik etdiyi Tibbi- Sosial Ekspert Komissiyasında Təqsirləndirilən şəxs2 ayrıca ayrılmış xidməti otaqda heç bir rəsmiləşdirmə aparmadan, məsuliyyəti ilə bağlı xəbərdaredici tədbir görmədən ştatdan kənar kompüter mütəxəssisi kimi işləməsinə və heç bir əsas və zərurət olmadan sonuncunun inzibati binanın həmin otağında müxtəlif əsaslarla Komissiyaya gəlmiş şəxsləri şəxsən qəbul edib onlarla cinayətkar niyyətinə uyğun söhbətlər aparmasına şərait yaratması nəticəsində sonuncu ona müraciət etmiş sağlamlıq imkanları məhdud hesab edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olmayan Gədəbəy rayon sakinlərini 2015-ci ilin may ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında qəbul edərək sağlamlıq imkanlarının məhdud hesab edilməsinə və əlillik dərəcəsinin müəyyən edilməsinə əsas verəcək hər hansı bir xəstəliklərinin olmadığı halda onlarda guya sağlamlıq imkanlarının məhdudluğunun və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbuledilib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə, müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərarlara qanunsuz təsir etmək imkanına malik olmasını və onlara kömək etmək səlahiyyətində olduğunu bildirib, sosial müavinətin təyin olunmasına nail olmaq məqsədilə 10 aprel 2011-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X34 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməkləcinayətkar əlaqəyə girib qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya müraciət edən şəxslərdə sağlamlıq imkanlarının məhdudluğunun və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan müxtəlif tarix və nömrəli o cümlədən, Ələkbərova Nazlı Əflatun qızında “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə”diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Namazova Gültac Səddam qızında “Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X15 “Sağ gözdə travmatik katarakta” diaqnozu ilə 2-ci dərəcə əlilliyin müəyyən edilməsini barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, cəmi 3 (üç) şəxslə bağlı həkim məsləhət komissiyasının qərarlarından çıxarışları məlum olmayan şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 6 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra müvafiq olaraq “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı Təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla, eləcə də, eyni qaydada üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan Tağıyeva Fatimə Nəsimi qızında “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunda “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Quluyev Etimad İsmayıl oğlunun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, X7 “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, teztez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Məmmədli Aytac Fariz qızının “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli və Bayraməliyeva Ləman Sakit qızının “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli 0********** nömrəli, cəmi 6 (altı) şəxslə bağlı həkim məsləhət komissiyasının qərarlarından çıxarışları məlum olmayan şəraitdə tərtib edib müvafiq olaraq “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı Təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalayaraq rəsmi sənəd, möhür və blankı saxtalaşdırma cinayət əməllərini törətdikdən sonra bilə-bilə həmin saxta çıxarışdan sonuncunun qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunmasıməqsədilə çıxarışları şəxsən və ya müraciət edən şəxslər vasitəsilə Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməsinə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməsinə, sonuncu tərəfindən müvafiq qərarlar əsasında qeyd edilən şəxslərə vəonların qəyyumlarına sosial müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən təqaüdün, o cümlədən, Nazlı Ələkbərovanın anası və qəyyumu X18 29 noyabr 2015- ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.554,47 manat (yeddi min beş yüz əllidörd manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Gültac Namazovanın anası və qəyyumu X30 10 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.596,90 manat (yeddi min beş yüz doxsanaltı manat doxsan qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Səfa Hüseynova 25 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.018 (bir min on səkkiz) manat sosial müavinətin, Fatimə Tağıyevanın anası və qəyyumu X39 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.889,47 manat(yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Sarvan Tağıyevin anası və qəyyumu X38 29 iyun 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.889,47 manat (yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cuil tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Etimad Quluyevin anası və qəyyumu X29 6 may 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 8.003,35 manat (səkkiz min üç manat otuz beş qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 30 avqust 2021-ci il tarixədək cəmi 1.448 (bir min dörd yüz qırx səkkiz) manat təqaüdün, Elmin Dünyamalıyevin anası və qəyyumu X3 23 noyabr 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Aytac Məmmədlinin anası və qəyyumu X13 23 noyabr 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün və Ləman Bayraməliyevanın anası və qəyyumu X14 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.500 (yeddi min beş yüz) manat sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədəkcəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, qeyd edilən qaydada ümumilikdə 62.587,86 manat sosial müavinətin və 11.948 manat təqaüdün təyin olunmasına, yənicəmi 74.535,86 manat (yetmiş dörd min beş yüz otuz beş manat səksən altı qəpik) məbləğində pul vəsaitinin qanunsuz və əsassız olaraq həmin şəxslərə ödənilməsinə şərait yaradıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın təmin edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş ittiham üzrə CM-nin 314.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş CM-nin 314.2-ci maddəsi ilə olan ittiham üzrə cinayət əməllərini 2015-ci ilin iyun-noyabr aylarında törətmişdir ki, həmin vaxtdan 7 ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş CM-nin 314.2-ci maddəsi ilə olan ittiham üzrə həmin əməllər az ağır cinayətlər kateqoriyasına aid olduğundan və bunun üçün yeddi il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan, cinayətin törədildiyi gündən hökm çıxarılan günədək yeddi ildən artıq müddət keçdiyindən onların qeyd olunan ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinindayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. Məhkəmə iclasdında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən cinayət əməllərini etiraf etməmişlər. Göründüyü kimi məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş CM-nin 314.2-ci maddəsi ilə olan ittiham üzrə cinayət əməllərini 2015-ci ilin iyun-noyabr aylarında törətmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs1 ittiham Təqsirləndirilən şəxs2 tərtib etdiyi Tağıyeva Fatimə Nəsimi qızında “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunda “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Quluyev Etimad İsmayıl oğlunun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, X7 “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Məmmədli Aytac Fariz qızının “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli və Bayraməliyeva Ləman Sakit qızının “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli 0********** nömrəli cəmi 6 (altı) şəxslə bağlı həkim məsləhət komissiyasının qərarlarından çıxarışları istintaqa məlum olmayan şəraitdə tərtib etdiyinə görə verilmişdir. Məhkəmə hökmünə görə birinci dəfə tərtib edilən Quluyev Etimad İsmayıl oğlunun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli çıxarışın tərtib edilməsi ilə səhlənkalıq cinayətinin törədilməsi baş vermişdir. Sonuncu dəfə X7 “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli çıraış tərtib edilmişdir. Sonuncu sənədlərin tərtib edildiyi gün, yəni 23 noyabr 2015-ci ildə səhlənkarlıq cinayətinin başa çatdığı gün hesab etmişdir. Qeyd edilən çıxarışların tərtib edilməsi ilə X50 29 iyun 2015-ci il tarixdən 01 dekabr 2015-ci ilə kimi cəmi 400 manat, X51 29 iyun 2015-ci il tarixdən 01 dekabr 2015-ci ilə kimi yenə 400 manat, X41 06 may 2015-ci il tarixdən 01 dekabr 2015-ci ilə kimi 500 manat sosial müavinət almışlar. X58 vəzifəni icra edərkən vətəndaşların tərtib edilən saxta sənədlər əsasında 1300 manat pul almışlar. CM-nin tərkibi yalnız səhlənkarlıq nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda yaranır. Lakin məhkəmənin qeyd etdiyi vaxtda yəni 23 noyabr 2015-ci ilə qeyd edilən vətəndaşlar həmin dövrə təyin olunmuş sosial müavinətin məbləğini nəzərə alsaq 1000 manatdan bir qədər sox sosail müavinət almışlar. Həmin məbləğin alınması ilə nə dövlətin, nə də vətəndaşların mənafeyinə heç bir ziyan vurulmamışdır. Deməli, 2015-ci ilin noyabr ayına kimi heç kimə mühüm ziyan vurulmamışdır. Əgər mühüm ziyan yoxsa, bu o deməkdir ki, səhlənkarlıq cinayətinin tərkibi yoxdur. Elə bu halın özü Təqsirləndirilən şəxs1 heç bir cinayət törətmədiyini, onun hərəkətlərində hər hansı bir cinayətin tərkibinin olmadığını təsdiq edir. Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlini törədilən zaman rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq komissiyanın işinə cəlb edilmiş, yəni heç bir səlahiyyətə malik olmamışdır. Təqsirləndirilən şəxs2 heç bir yerdə işləmir, nüfuz alveri cinayətinin qeyd edilən subyektlərindən heç birinə aid deyil, o dövlət qulluqçusu və ya hər hansı vəzifəli şəxs deyildir. Buna görə də Təqsirləndirilən şəxs2 həmin cinayətin subyekti hesab edilə bilməz. Bundan başqa iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, həkim məsləhət komissiyasının qərarlarında göstərilən diaqnozların işdə adı keçən şəxslərdə müəyyən olunmadığı və onların həmin diaqnozlarla əlaqədar müalicəyə ehtiyaclarının olmadığı müəyyən edilmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs2 qəsdən bilə-bilə rəsmi sənəd olan həkim məsləhət komissiyasının qərarlarına yalan məlumat yazmamış və həmin məlumatları qeyd edildiyi kimi ona təqdim edilmiş xəstəxanalardan verilmiş arayışlara əsasən yazmışdır. Bu isə rəsmi sənədə yalan məlumat yazılması, rəsmi sənədi saxtalaşdırma hesab edilə bilməz. Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-in 320-ci maddəsi qəsdən törədilən cinayətlər kateqoriyasina aiddir və onun həmin maddə ilə ittiham olunması üçün onun həmin sənədlərin, yəni ona təqdim olunan xəstəxana arayışlarının saxta olmasını bildiyi halda onlarda qeyd edilən məlumatları tərtib etdiyi qərarlara daxil etməli idi. Lakin, iş materiallarında Təqsirləndirilən şəxs2 həmin sənədlərin saxta olmasını bilməsini təsdiq edən hər hansı sübut yoxdur. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə etdilər, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs2 müdafiəçisi əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs cinayət əməlini törədilən zaman rəsmi olaraq heç bir yerdə işləməmişdir, heç bir səlahiyyətə malik olmamışdır, Təqsirləndirilən şəxs2 nüfuz alveri cinayətinin subyekti hesab edilə bilməz. Təqsirləndirilən şəxs1 müdafiəçisi isə əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad edilən sonuncu əməlin 2015ci il tarixdə başa çatmasına baxmayaraq həmin tarixdən sonra vətəndaşlara ödənilən məbləğlərin G.Nəbiyavadan müştərək qaydada tutulması qənaətinə gəlinməsi məhkəmə tərəfindən qanunun tələblərinin kobud surətdə pozulmasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin tam sübuta yetirildiyini, onların əməllərinin düzgün olaraq tövsif edildiyini, Təqsirləndirilən şəxs1 ittihamm olunduğu maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilmədiyini, Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 320.1 və 320.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilmədiyini bildirdi, həmçinin hazırda Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 312-1.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən birinci instansiya məhkəməsinin hökmünün qanunvericiliyin tələbinə uyğun dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətlərinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş hər iki apellyasiya şikayətində təqsirləndirilən şəxslərə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs1 istinad olunan CM-nin 314.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 istinad olunan CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxslərin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 314.2-ci maddəsinin, Təqsirləndirilən şəxs2 CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələrin dispozisiyasında əks olunmuş əməli törətmələri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 314.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxslərə bəraət verilməsi xahişini onunla əsaslandırırlar ki, təqsirləndirilən şəxslər heç bir cinayət əməli törətməmişlər, onlar tərəfindən hər hansı bir qanun pozuntusuna və qayda normalarına zidd hərəkətlərə yol verilməmişdir, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halların şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 314.2ci maddəsi, Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayət-hüquqi norması təqsirkarların əməlinə düzgün şamil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş 30 noyabr 2021-ci il tarixli **********2 saylı məktubun əlavəsindən görünür ki, pensiya və sosial müavinət işlərinin düzgünlüyü vəziyyəti seçmə qaydada yoxlanılarkən əlilliyə görə əmək pensiyası təyinolunmuş 1 nəfərin və sosial müavinət təyin olunmuş 10 nəfərin əlilliklərini təsdiq edən məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmadığı halda təhrif olunmuş məlumatları özündə əks etdirən və saxtalaşdırılması ehtimal olunan sənədlər əsasında pensiya və müavinət təyinatlarının həyata keçirildiyi aşkarlanmış, nəticədə həmin işlər üzrə 97424,47 manat vəsait artıq ödənilmişdir. Belə ki, Şahid5 2-ci dərəcə əlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14.405,13 manat, Tağıyeva Fatimə Nəsimi qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7889,47 manat, sonuncunun qəyyumu və anası X39 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9389,47 manat, Tağıyev Sarvan Asif oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7889,47 manat, sonuncunun qəyyumu və anası X38 xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9389,47 manat, Quluyev Etimad İsmayıl oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8003,35 manat, sonuncunun qəyyumu və anası X29 xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manattəqaüd olmaqla, cəmi 9451,35 manat, X48 oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7567,87 manat, sonuncunun qəyyumu və anası X2 xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9067,87 manat, Əlinağıyeva Lamiyə Kamran qızına sağlamlıq imkanlarının məhdudluğuilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 6983,94 manat, sonuncunun qəyyumu və anası X31 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 8483,94 manat, Ələkbərova Nazlı Əflatun qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7554,47 manat, sonuncunun qəyyumu və anası X18 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9054,47 manat, Məmmədli Aytac Fariz qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7567,87 manat, sonuncunun qəyyumu və anası X13 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9067,87 manat, Namazova Gültac Səddam qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7596,90 manat, sonuncunun qəyyumu və anası X30 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9096,90 manat, Bayramaliyeva Ləman Sakit qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdənxx.xx.2021-ci il tarixədək 7500,0 manat, sonuncunun qəyyumu və anası X14 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9000,0 manat, X16 2-ci dərəcəəlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 1018,0 manat olmaqla, ümumilikdə 97424,47 manat vəsait artıq ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan və bankomat görüntülərindən görünür ki, pensiya və müavinət almış vətəndaşların bank kartlarından qeyd edilən məbləğdə pul vəsaitləri, o cümlədən Şahid5 məxsus bank kartından 14.405,13 manat, X39 məxsus bank kartından 9389,47 manat, X38 məxsus bank kartından 9389,47 manat, X29 məxsus bank kartından 9451,35 manat, X2 məxsus bank kartından 9067,87 manat, X31 məxsus bank kartından 8483,94 manat, X18 məxsus bank kartından 9054,47 manat, X13 məxsus bank kartından 9067,87 manat, X30 məxsus bank kartından 9096,90 manat, X8 məxsus bank kartından 9000,0 manat və X16 məxsus bank kartından 1018,0 manat pul vəsaiti onların özləri və ailə üzvləri tərəfindən məxaric olunmuşdur. İş materiallarında olan “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X59 8 fevral 2022-ci il tarixli və “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X59 9 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Şahid5, Tağıyeva Fatimə Nəsimi qızı, Tağıyev Sarvan Asif qızı, X35, X25, Əlinağıyeva Lamiyə Kamran qızı, Ələkbərova Nazlı Əflatun qızı, Məmmədli Aytac Fariz qızı, Namazova Gültac Səddam qızı, Bayraməliyeva Ləman Sakit qızı və X20 xəstəxanalara heç bir ambulator və ya stasionar müraciətləriolmamış və onlar barəsində əlillik dərəcəsinin qiymətləndirilməsi üçün göndəriş tərtibedilməmişdir. İş materiallarında olan Milli Oftomologiya Mərkəzinin 22 fevral 2022-ci il tarixli məktubundan görünür ki, “Sağ gözdə travmatik katarakta, VOD=0.7.VOS=0.1” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin edilmiş X17 Mərkəzdə hər hansı müraciəti qeydə alınmamışdır. İş materiallarında olan 8 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Şahid5, Tağıyeva Fatimə Nəsimi qızı, Tağıyev Sarvan Asif qızı, X35, X25, Əlinağıyeva Lamiyə Kamran qızı, Ələkbərova Nazlı Əflatun qızı, Məmmədli Aytac Fariz qızı, Namazova Gültac Səddam qızı, Bayraməliyeva Ləman Sakit qızı və X36 barədə tərtib edilmiş həkim məsləhət komissiyasının qərarlarında qeyd edilmiş FİN nömrələrindən yalnız Əlinağıyeva Lamiyə Kamran qızı və anası X31 məxsus FİN nömrələrinin düzgün qeyd edilmişdir. Bundan əlavə, müvafiq qərarlarda Bayraməliyeva Ləman Sakit qızının qəyyumu və anası X5 adı qarşısında qeyd edilən FİN nömrəsinin əslində Gədəbəy rayonu, Parakənd kənd sakini X26 və Məmmədli Aytac Fariz qızının qəyyumu və anası X9 adı qarşısında qeyd edilən FİN nömrəsinin isə əslində Gədəbəy rayonu, Qurudərə kənd sakini X1 məxsus olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54/KEŞ saylı rəyindən görünür ki, Şahid5 Mehti qızının əyani müayinəsi zamanı onda “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları və şəxsiyyət dəyişkənliyi” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-10/KEŞ saylı rəyindən görünür ki, Bayraməliyeva Ləman Sakit qızının əyani müayinəsi zamanı onda “Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-8/KEŞ saylı rəyindən görünür ki, X25nun əyani müayinəsizamanı onda “Keçirilmiş qapalı kəllə beyin travması; Elipertenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-5/KEŞ saylı rəyindən görünür ki, Tağıyeva Fatimə Nəsimi qızının əyani müayinəsi zamanı onda “Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-6/KEŞ saylı rəyindən görünür ki, Tağıyev Sarvan Asif oğlunun əyani müayinəsi zamanı onda “Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-3/KEŞ saylı rəyindən görünür ki, Namazova Gültac Səddam qızının əyani müayinəsizamanı onda “Postensefalit sindrom; Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-2/KEŞ saylı rəyindən görünür ki, Ələkbərova Nazlı Əflatun qızının əyani müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, teztez baş verən qıcolma tutulmaları” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022ci il tarixli 54-1/KEŞ saylı rəyindən görünür ki, Əlinağıyeva Lamiyə Kamran qızının əyani müayinəsi zamanı onda “İmbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu; Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X25nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X21 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim məsləhət komissiyasının qərarlarından görünür ki, qərarlar A4 formatda vərəq üzərində olmaqla beş hissədən ibarətdir. Birinci hissədə qərarı verən orqanın adı, yəni “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” və ya “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazıları, ikinci hissədə “Müayinə olunan şəxs barədə məlumat”, üçüncü hissədə “Valideynlər (qəyyumlar) barədə məlumat”, dördüncü hissədə “Müayinə barədə məlumat” (diaqnoz, təyinat tarixi, növbəti müayinənin tarixi və s.) və beşinci hissədə “Məlumatların elektron informasiya sisteminə daxil edilməsini imzalayan şəxs, TSEK sədri, adı, imzası, möhür və sistemə daxil edilmə tarixi qeyd edilmişdir. Həmin möhür əksləri 39x37x30x23 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti”, orta dairədə isə “sənədlər üçün” yazısı vardır, 39x38x31 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”, orta dairədə isə “29 Saylı Tibbi SosialEkspert Komissiyası” yazısı vardır. Qərarlar yuxarıda qeyd edilən formada tərtib edilməklə, Bayraməliyeva Ləman Sakit qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli 0********** nömrəli həkim məsləhət komissiyasının qərarında onun "Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış" diaqnozundan əziyyət çəkməsi, X25 barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "keçirilmiş qapalı kəllə beyin travmasının hipertenzion sindrom, tez-tezbaş verən qıcolma tutmaları ilə" diqnozundan əziyyət çəkməsi, Tağıyeva Fatimə Nəsimi qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi" diaqnozundan əziyyət çəkməsi, X35 barədətərtib edilmiş xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə" diqnozundan əziyyət çəkməsi, Tağıyev Sarvan Asif oğlu barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkimməsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic" diqnozundan əziyyət çəkməsi, Məmmədli Aytac Fariz qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic.uşaq serebral iflici" diaqnozundan əziyyət çəkməsi qeyd edilərək, 39x38x31 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi", orta dairədə isə "29 Saylı Tibbi Sosial Ekspert Komissiyası" yazısı olan möhür əksi ilə təsdiq edilməsi görüntüsü yaradılmışdır. Bundan əlavə, Şahid5 Mehti qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez tez baş verən qıcolma tutmaları ilə, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozundan əziyyət çəkməsi, X32 barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Sağ gözdə travmatik atarakta, VOD=0.7.VOS=0.1” diaqnozundan əziyyət çəkməsi, Namazova Gültac Səddam qızı barəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Postensefalit sindrom. Perinataltoksiki- hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi, Ələkbərova Nazlı Əflatun qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozundan əziyyət çəkməsi, Əlinağıyeva Lamiyə Kamran qızı barədə trtib edilmiş xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Kvadroplegik spastik serebral iflic, kvadrplegik spesifik serebral iflic” diaqnozundan əziyyət çəkməsi qeyd edilməklə, 39x37x30x23 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertizavə Reabilitasiya Xidməti”, ortadairədə isə “sənədlər üçün” yazısı olan möhürlə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Kompleks məhkəmə sənədlərin texniki və məhkəmə-xətşünaslıq ekspertizasının 19 aprel 2022-ci il tarixli 4/533-5/452saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Dövlət tibbisosial ekspertiza və reabilitasiya xidmətinin Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X25nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X21 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkimməsləhət komissiyanın qərarlarında “TSEK sədri” qrafalarındakı imzalar Şahid7 və Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuş, həmin imzaların Təqsirləndirilən şəxs2 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.Tədqiqata təqdim edilmiş Dövlət tibbi-sosial ekspertiza və reabilitasiyaxidmətinin Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci iltarixli **********1 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli, X25nun adına xx.xx.2015-ci il tarixli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, X21 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan möhür əksləri olan möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin Namazova Gültac Səddam qızının adına 10.11.2.015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X25nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X21 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan "TSEK sədri” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. İş materiallarında olan 13 may 2014-cü il tarixli 09111-470 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert – həkim nevropatoloqu vəzifəsinə təyin edilmiş, 7 may 2015-ci il tarixli 09112-107 Saylı əmrlə isə 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinin icrası ona həvalə edilmiş, 21 dekabr 2015-ci il tarixli 09111-592 saylı əmrlə isə sonuncu komissiyanın ekspert həkim nevropatoloqu vəzifəsinə qaytarılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2007-ci il tarixdən bir sıra vəzifələrdə, sonolaraq, 11 may 2012-ci il tarixdən 3 oktyabr 2013-cü il tarixədək DSMF-in Şəmkir rayonşöbəsinin baş mütəxəssisi – böyük inspektoru vəzifəsində işləmişdir. Təqsirəndirilən şəxslərin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onların əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya şikayətinin dəlillərində onun istinad edilən cinayət əməlini törədilən zaman rəsmi olaraq heç bir yerdə işləmədi, heç bir səlahiyyətə malik olmadığı, onun nüfuz alveri cinayətinin subyekti hesab edilə bilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CM-nın 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün həqiqi və ya güman edilən imkanı olan şəxsdir. Yəni həmin cinayətin subyekti yalnız vəzifəli şəxs statusunda olan şəxslər deyil, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək imkanına malik olan digər fiziki şəxslər də ola bilər. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi istinad edilən sonuncu əməlin 2015-ci il tarixdə başa çatmasına baxmayaraq həmin tarixdən sonra vətəndaşlara ödənilən məbləğlərin təqsirləndirilən şəxsdən müştərək qaydada tutulmasının qanunun tələblərinin kobud surətdə pozulması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nın 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə stintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri nəticəsində iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ziyan dəydiyindən onun təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki mühakimə icraatı qaydasında birgə borclulara qarşı reqress qaydada iddia qaldırmaq hüququnun olmasını da nəzərə alır. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X33 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxslərə ittiham olunduqları maddələr üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayəti törətmələri sübuta yetirildiyindən onların təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində cinayətlərin təsnifatı müəyyən edilmiş, əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölündüyü təsbit olunmuşdur. CM-nin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş ittiham üzrə CM-nin 312-1.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Apellyasiya məhkəməsində işə baxılarkən müəyyən edildi ki, X52 CM-nin 312-1.1-ci maddəsi ilə olan sonuncu cinayət əməlini 2016-cı ilin mart ayında törətmişdir ki, həmin vaxtdan hazırki vaxtadək 7 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.1 böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2 az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3 ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4 xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş, davam edən və ya uzanan cinayətlər üçün fərqli qayda müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 15, 75, 312-1.1-ci maddələrinin birgə təhlilindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş CM-nin 312-1.1-ci maddəsi üzrə həmin əməllər az ağır cinayətlər kateqoriyasına aid olduğundan və bunun üçün yeddi il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan, sonuncu cinayət əməlinin törədildiyi gündən hazırki günədək yeddi ildən artıq müddət keçdiyindən qeyd olunan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. İş materiallarından və məhkəmə iclaslarındakı izahatlarından görünür ki, Təqsirləndirilən şəxs2 onaistinad edilən CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməmiş və cinayət məsuliyyətinə cəlb etməmüddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsini xahiş etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 312-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(042)- 2/2023 saylı hökmü Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 312-1.1-ci maddəsi ilə cəza təyin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 1(042)-2/2023 saylı hökmü Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar