Məhkəmə qərarları › İş №1(104)-120/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-120/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-120/2023 23.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi X1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 1(125)-78/2022 saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(125)-78/2022 saylı hökmü ilə (hakim K.Hüseynov) xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hamamında, arvadı Zərərçəkmiş şəxs onun spirtli içki qəbul etməsi barədə anası Esmiraya məlumat verməsi, onu gözdən salması səbəbindən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı əlində olan xüsusi vasitə olan dəmir qandal ilə qəsdən vuraraq, ona sağ əlin çapıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək bəraət hökmü çıxarılmasını xahiş edir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsi lkin vaxtlarda vermiş olduğu ifadələrində təqsirləndirilən şəxs tərəfindən onun əlinə qandal vurulmasını göstərməmişdir. Onun prokurorluqda vermiş olduğu ifadəsində nümayəndəsinin iştirakı ilə ifadə vermiş lakin həmin vaxt onun əlinə qandal vurulmasını deməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin müvafiq dövlət orqanlarına yazmış olduğu ərizə və şikayətlərində də təqsirləndirilən şəxs tərəfindən onun əlinə qandal vurulmasını göstərməmişdir. Zərərçəkmiş şəxsin ekspertizadan keçən zaman onun qandal iləvurulması yox qandal ilə bağlandığını bildirmişdir. Hadisə baş verən vaxtlarda təqsirləndirilən şəxs ümumiyyətlə polis orqanlarında çalışmırdı. Belə olan halda qandalın olması mümkün deyildir Zərərçəkmiş şəxsin atası Şahid1 ifadəsində bildirmişdir ki, həmin vaxt o hadisə yerinə gələndə artıq davanın bitdiyini hamamda qan görmədiyini o gələnə qədər silindiyini bildirmişdir. Bundan başqa, o gələndə təqsirləndirilən şəxsin evin qarşısında olduğunu və onun evindən çıxıb getməyini dedikdən sonra təqsirləndirilən şəxsin oradan çıxıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin anası ifadəsində bildirmişdir ki, onlar gələn zaman guya təqsirləndirilən şəxs evin zirzəmisindən çıxmışdır. Eyni zamanda guya həmin vaxt hamamda qan olmuşdur. Göründüyü kimi eyi vaxtda hadisə yerinə gələnlər fərqli halın şahidi olmuşlar. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid1 içəri daxil olduqdan sonra Kamilin üstünə çıxdığını və həmin vaxt bir neçə saniyədən sonra Kamilin çıxıb evdən getdiyini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin valideynləri gəldikdən sonra evi tərk etdiyi verilmiş ifadələr ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsin evindən qandal tapılması ilə bağlı qeyd edirik ki, yuxarıda qeyd edildiyi kimi həmin vaxt təqsirləndirilən şəxs zirzəmiyə düşməmişdir. Bu işdə olan şahidlərin ifadəsi ilə tam təsdiq edilmişdir. Qandal çıxarılan zaman isə zərərçəkmiş şəxsin atasının əvvəlcədən zirzəmiyə daxil olması eyni zamanda təqsirləndirilən şəxsin həmin vaxt zirzəmiyə girmədən çıxıb getməsi özlüyündə qandalın həmin yerə məqsədli şəkildə qoyulmasını təsdiq edir. Məhkəmə tibbi ekspertizasının rəyi ilə bağlı qeyd etmişdir ki, həmin rəydə xəsatəin yetirilməsi nəticəsində zərərçəkmiş şəxsin hansı müddətə əmək qabiliyyətini itirməsi öz təsdiqini tapmır, konkret xəsarətin yaranma tarixini müəyyən edilə bilmir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, 2020ci ildə hadisə baş verdiyi qeyd olunur, lakin 2021-ci ildə ərizə ilə müraciət edərək 2019-cu ildə döyüldüyünü, 2020-ci ilin may ayında uşağının döyüldüyünü qeyd etmişdir. Zərərçəkmiş şəxs süpürgə ilə döyülməsi əsası ilə ekspertə müraciət edib, ekspert bununla bağlı rəy verə bilməyəcəyini dedikdən sonra qandalla döyükdüyünü demiş və buna əsasən rəy verilmişdir. Evdə axtarış apararkən müstəntiq sanki özü qoymuş kimi qandalı tapır. Sadalananların nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, günahsızdır, zərərçəkmiş şəxsdən ayrıldıqdan sonra onun barəsində ərizə ilə müraciət edərək hazırki şəri atır. Buna görə ona bəraət verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, şikayət fərziyyələrdən ibarətdir, zirzəmidəki əşyalar Kamilə məxsusdur, uşağın üzünü yandırması ilə bağlı qanuni qüvvəyə minmiş qərar var, Kamil dəfələrlə zərərçəkmiş şəxslə dalaşdıqlarını bildirir. Təkrar ekspertiza rəyi ilə də təsdiq edilir ki, xəsarət qandalla yetirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi və bildirdi ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif olunmuş, onun təqsiri məhkəmə istintaqında mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, videogörüntüdə Təqsirləndirilən şəxs əməlini etiraf edir, peşman olduğunu bildirmişdir. Eləcə də ilk ekspert rəyinə şübhə ilə yanaşıldığından təkrar ekspertiza keçirilmiş, nəticədə ilkin rəydə göstərilən nəticə növbəti dəfə təsdiq edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinəəsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbi üzrəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi vəişin faktiki hallarımübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsinindispozisiyasında əks olunmuşəməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuşəsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinəəməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyasıməhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağagörə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulması və ya onun ümumi əmək qabiliyyətinin cüzi itirilməsi, yaxud bu nəticələrin hər ikisi baş verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 647 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ əlin çapıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş əzilmiş yaraların izləri olub, müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 648 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid5 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ said nahiyəsində piqmentasiya sahəsi – yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmiş İİ dərəcəli yanıq yarasının sağalmasından sonra qalan iz olub, əmələ gəlmə müddəti müayinə olunanın anasının dediyi tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 148 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, azyaşlı Şahid5 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ said nahiyəsindəki piqmentasiya sahəsi – yüksək hərarətin təsirindən əmələ gəlmiş yanıq yarasının sağalmış izi olub, əmələ gəlmə müddəti təkrari müayinədən yeddi aydan çox, 1,5 ildən az vaxta uyğun gəlməklə, anasının dediyi xx.xx.2020-ci il tarixdə də törənməsi inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs sağ əlində aşkar edilmiş çapıq bərk küt alətin təsirindən əmələ gəlmiş əzilmiş yaraların sağalmış izləri olmuş, yetirilmə müddəti təkrari müayinədən yeddi aydan çox 1,5 ildən az vaxta uyğun gəlməklə, özünün dediyi xx.xx.2020-ci il tarixdə də törənməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi və yetirilmə müddətinin müəyyən edilməsi məhkəmə-tibb eksperti tərəfindən tibbi sənədlər olmadan belə təyin edilə bilər Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı demişlər. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı demişlər. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları birbirilərinin üzlərinə qarşı demişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 19 oktyabr 2021- ci il tarixli 203 saylı rəyindən görünür ki, Şahid5 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yeretmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma, Zərərçəkmiş şəxs Şahid5 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, onunla edilən hərəkətlərin xarakteri və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs Şahid5 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixiemosional halda olmuşdur. Zərərçəkmiş şəxs Şahid5 psixi inkişafı nəzərə alaraq o, yaranmış şəraitin mahiyətini dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsin yerində yoxlanması zamanı 06.02020-ci il tarixdə Kamilin onu döydüyü yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Oğuz küçəsi, ev 12-də qabları yuduğu yeri, Təqsirləndirilən şəxs həyətdən mətbəxə daxil olduğu giriş qapısını, daha sonra Təqsirləndirilən şəxs onun üzərinə bıçaq çəkdikdən sonra getdiyi qonaq otağını, Təqsirləndirilən şəxs qandan ilə ona xəsarət yetirdiyi hamam otağını və Təqsirləndirilən şəxs qandal ilə ona xəsarət yetirdikdən sonra onun qolunu bağladığı radiatorun olduğu yeri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. 13 dekabr 2021-ci il tarixli protokoldan və DVD diskdə olan səs yazılarından aydın olur ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında mobil telefon danışığı olmuş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs Şahid2 yalvararaq “ona bir daha şans verilməsini, bu günə qədər olan hərəkətlərinin səhv olmasını başa düşdüyünü, səhv etdiyini, peşman olduğunu” bildirir. Daha sonra Şahid2 Təqsirləndirilən şəxs “əlinə bıçaq götürüb Nigarın arxasınca qaçanda qızların gözlərinin bərəldiyini, adam da arvadını atapleniya qandal ilə bağlayarmı və s.” Sözləri deyir, Təqsirləndirilən şəxs da “səhv elədiyini, qələt etdiyini, bugünə qədər olan hərəkətlərinin bağışlanmasını və ona son bir şans verilməsini xahiş edir və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyir” Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası məhkuma CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinintələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki işüzrə müəyyən olunmur. Belə ki, Zərərçəkmiş şəxs döyməsi və işkəncələr verib təhqir etməsini ona şər və böhtan atılması, eyni zamanda qayınanası ilə telefon danışıqlarında onun qızı Nigarı döyməsinə görə üzrxaqlıq etməsini Nigarla barışmaq üçün yalandan qəbul etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 128-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(125)-78/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 1(125)-78/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar