Məhkəmə qərarları › İş №1(104)-122/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-122/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-122/2023 19.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X7 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, X1 iştirakı ilə, X4, X2 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin «30» noyabr 2022-ci il tarixli, 1(076)- 164/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında ilkin məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(076)-164/2022 saylı hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzas: saxlanılmış, X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyinni altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs məhkəməyə vəsatətlə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(076)-164/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin (hakim Könül Məmmədov) 30 noyabr 2022-ci il tarixli, 1(076)-164/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(076)-164/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkum S.Əsgərov birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi savadı olmadığına görə hökmdən vaxtında apellyasiya şikayəti verməmişdir. Hesab edir ki, müddət bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və göstərdi ki, məhkumun hüquqi savadı yoxdur, buna görə vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Odur ki, müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma və onun müdafiəçisinə təqdim edildiyini, məhkumun müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Şəmkir Rayon Məhkəməsinin «30» noyabr 2022-ci il tarixli, 1(076)- 164/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kolegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini öyrənib, apellyasiya baxışı zamanı həmin dəlillərə dair münasibəti dinləyib iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin «30» noyabr 2022-ci il tarixli, 1(076)-164/2022 saylı qərarı ləğv edilməli, məhkumun vəsatəti təmin edilməli və prosessual müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- CPM) 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Qanunun və beynəlxalq müqavilələrin tələbindən anlaşılır ki, ötürülmüş prosessual müddətin bərpa edilməməsi o vaxt əsaslı olur ki, həmin tələb məhkəmə qərarının icrasını ləngitmək, nüfuzuna xələl gətirmək, süründürməçilik və bu kimi məqsədlər daşımış olsun. Lakin məhkumun fundamental hüquqlarının pozulması mübahisə doğurduğu hallarda müddət bərpa edilməli, məhkəmə qərarının yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılması üçün tam şərait yaradılmalı, şəxsin işinə yuxarı instansiya məhkəməsində yenidən baxılması hüququ məhdudlaşdırılmamalıdır. Yəni şəxsin hüquq və azadlıqlarının təmin edilməsi üçün müraciət hüququ məhdudulaşdırılmamalıdır. Məhkəməyə təkrar müraciət etmək hüququ cinayət prosesi iştirakçılarının prosessual hüquqlarının və qanuni mənafelərinin təmin olunmasının mühüm vasitələrindən biri olduğundan, bu hüququn məhdudlaşdırılması prosessual pozuntu hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində göstərilir ki, hər bir şəxsin qanunla nəzərdə tutulmuş qaydada yuxarı məhkəmədə işinə yenidən baxılması haqqında müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası məhkumun buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti və protesti verilmədikdə, qanunda nəzərdə tutulan müddətin keçməsi hökmün və digər qərarların qüvvəyə minməsinə səbəb olsa da buna hüququ olan subyektləri apellyasiya şikayəti və ya apellyasiya protesti vermək imkanından məhrum etmir. Belə ki, yalnız müddətin ötürülməsi qeyd edilməklə şikayətin qəbul olunmasından imtina edilməsi əsaslı hesab oluna bilməz. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunun tələbindən aydın olur ki, buraxılmış müddətin bərpası o halda mümkünsüz olardı ki, məhkəmə həmin müddətin buraxılma səbəbinin üzürsüz olduğuna əmin olsun və həmin müddətin bərpa olunması tərəflərin prosessual hüquq və mənafelərinin ciddi pozulması ilə nəticələnsin. İnsan və vətəndaşın hüquqlarını və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi olub, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olduğundan məhkəmə kollegiyası hazırkı halda buraxılmış müddətin bərpası üçün heç bir qanunsuzluq görmür. Beləliklə, qanunda apellyasiya şikayətinin verilməsi üçün müddət və bu müddətin bərpa edilməsi üçün əsaslar nəzərdə tutulduğunu qeyd edən məhkəmə kollegiyası qanunun tələbindən kənara çıxmamaqla qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən buraxıldığından bərpa olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hökm 07 sentyabr 2022-ci il tarixdə çıxarılmış, məhkum isə 24 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti və vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə olan halda apellyasiya şikayətinin verilmə müddəti cəmi 27 gün buraxılmışdır ki, bu müddətin üzrlü hesab edilməyərək bərpa edilməməsi və şəxsin məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn tələblərinə zidd olacaqdır. Məhkəmə kollegiyası milli qanunvericiliyin və beynəlxalq hüququn tələblərini əsas götürməklə hesab edir ki, hazırki işdə şəxsin məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalı və məhkumun yenidən məhkəməyə müraciət etmək hüququ üçün şərait yaradılmalıdır. Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. X4, X2 və Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin «30» noyabr 2022-ci il tarixli, 1(076)-164/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı ləğv edilsin. Buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilsin və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilsin. Cinayət işinin materialları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 388 və 389-cu maddələrinin tələblərinə əməl edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar