Məhkəmə qərarları › İş №1(104)-124/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-124/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-124/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(076)-215/2022 saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(076)-215/2022 nömrəli hökmü ilə xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəmkir şəhəri, 28 May küşəsi, ev-78 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları tam toplanmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqla məlum olmayan mənbədən və tarixdə psixatrop maddə olan metamfetamini qanunsuz əldə edərək 20 yanvar 2022-ci il tarixdə Şəmkir şəhər sakini Şahid1 50 manat müqabilində satmış və həmin tarixdə saat 16 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid1 Şəmkir şəhəri, Sabir küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunaraq, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza və şeffaf sellofana bükülmüş vəziyyətdə şəxsi istehlak miqdarından artıq Səxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının hna, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan olunan prekursorlann siyahılarının təsdiq edilməsi- haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış psixatrop maddə 1.686 qram metamfetaminin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və tarixdə psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşımış, 07 iyun 2022-ci il tarixdə saat 19 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri Elpərəsət Hüseynov küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sağ arxa cibindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli .Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.650 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,403 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini, 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmayıb, Şahid1 metamfetamin satmamışdır. Eləcə də ailənin yeganə qaznc gətirənidir, himayəsində 3 azyaşlı uşağı var, birinci dərəcə əlil bibisi də onun himayəsindədir, təqsirləndirilən şəxsin sağlamlığında problem var. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini, CM-in 234.1-ci maddəsi ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən narkotik aşkar edildikdən 7 ay əvvəl daşın altından 50 manat götürməsi, bununla təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması qənaətinə gəlinməsi əsassızdır. Buna görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, narkotik vasitənin satıcısı deyil, istifadəçisidir, heç kimə narkotik satmamışdır. Buna görə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli iş üzrə toplanmış mötəbər sübutlarla ona verilmiş ittiham təsdiq edilir. Belə ki, Şahid1 polis əməkdaşları tərəfindən tutulan zaman üzərindən aşakr edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını etiraf etmişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş telefon danışıqları və mesajların tədqiqi ilə də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması tam təsdiq edilir. Buna görə Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Eləcə də məhkuma cəza təyin edilərkən şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilmişdir. Sadalananları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri CM-in 234.2 və 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Belə ki, məhkəmə- narkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 1258 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrindən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində şahid X4 ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə ona Şəmkir şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra şöbə rəisinin göstərişi ilə saat 19 radələrində Şəmkir RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi X6, əməliyyat müvəkkilləri X5 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs Şəmkir şəhəri Elpərəst Hüseynov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilərək müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Sahib Seyfəddinimin üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa cibindən siqaret qutusunda olan iki ədəd bükümü təqdim edərək həmin bükümlərdə narkotik vasitə və psixatrop maddə olduğunu bildirmişdir. Həmin bükümlərdən şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində ağ rəngli psixatrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur, həmin kütlə elektron tərəzidə çəkildikdə sellofanla birlikdə 0.8 qram olmuşdur. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərdi ki, 17 yanvar 2022-ci il tarixdə Şəmkir rayonu bazar adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən psixotrop maddə almaq üçün zəng etməyə nömrə istəmiş, həmin tanımadığı şəxs ona 051-571- S4-71 saylı mobil nömrəni vermişdir. O, həmin nömrə ilə əlaqə saxlamış, həmin nömrə ilə ianışdığı şəxsə narkotik vasitə istifadəçisi olduğunu demişdir. O, telefonda danışdığı şəxsə patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxs ona metamfetamin təşkil edə biləcəyini və metamfetamini ona 50 manata satacağım demiş, o, razılaşmışdır. O, metamfetamini necə götürəcəyini soruşduqda telefonla danışdığı şəxs metamfetamini Şəmkir şəhərində Zirvə marketin yaxınlığında olan boş yerdə daşın altına qoyacağını demiş, metamfetamini götdürdükdən sonra pulu həmin yerə qoymağını demişdir. O, 20 yanvar 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqdan sonra Şəmkir qəhərində, “Zirvə” marketin yaxınlığına gedib həmin yerdə telefonda danışdığı şəxsin ona izah etdiyi yerdə daşın altına 50 manat pul qoyub həmin yerdən kağız bükümdə olan patı kimi tanıdığı metamfetamini götürmüşdür. O, təxminən saat 16 radələrində Şəmkir rayonu, Sabir küçəsində olan zaman polis işçiləri ona yaxınlaşaraq ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O, “patı” kimi tanıdığı metamfetamini özü istifadə etmək məqsədilə əldə edərək üzərində gəzidirmiş və həmin metamfetamini 20 yanvar 2021-ci il tarixdə saat 15 radələrində ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxslə əlaqə saxlayıb 50 manat müqabilində satın almışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(076)-99/2022 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Şahid1 20 yanvar 2021-ci il tarixdə saat 15 radələrində ***-***-**-** saylı mobil nömrəni istifadə edən şəxslə, yəni Təqsirləndirilən şəxs 50 manat müqabilində psixotrop maddə olan 1,686 qram metamfetamin almışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası məhkuma CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası şikayətin cəza təyini ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(076)- 215/2022 saylı hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(076)-215/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar