Məhkəmə qərarları › İş №1(104)-15/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-15/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-15/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, müdafiəçi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 1(023)-25/2022 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Qazax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(023)-25/2022 saylı qərarı ilə (sədrlik edən Fəxri Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Qazax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(023)-25/2022 saylı qərarını ləğv edib, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında cinayət işinə baxılarkən dövlət ittihamçısı X5 göstərdi ki, Qazax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(023)-25/2022 saylı qərarından birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini Cinayət-Prosessual Məcəlləsinin 390.2-ci maddəsinə əsasən geri götürür. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. (bu barədə məhkəmə kollegiyasına yazılı məktub təqdim etmişdir). Müdafiəçi X2 göstərdi ki, məktubla razıdır. Həmin məktubun nəzərə alınaraq verilmiş apelyasiya protesti üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 390.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. CPM-nin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 390.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı X3 apelyasiya protestini geri götürməsi barədə vəsatəti qəbul edilməli və apellyasiya protestinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X3 apellyasiya protestini geri götürməsi barədə vəsatəti təmin edilsin. Apellyasiya protestinə baxılmasına dövlət ittihamçısının apellyasiya protestini geri götürməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar