Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-150/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Apellyasiya Məhkəmələrində X3 üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.1. və 234.1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(076)-73/2022 saylı hökmündən məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) «02» dekabr 2022-ci il tarixli, 1(076)-73/2022 nömrəli hökmü ilə xx xxxxx 1993-cü ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 221.2.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, 01 avqust 1987-ci ildə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işsiz, fərdi əməklə məşğul olan, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29.120.2.4-cü maddələri ilə təqsirli bilinib 08 il 05 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 221.2.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 228.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 sentyabr 2021-ci il tarixdən hesablanması barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, xx xxxx 1992-ci ildə Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işsiz, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 221.2.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 228.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 07 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində bir qrup şəxs halında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Zərərçəkmiş şəxs2 Nürəddin oğlunun işlətdiyi çayxanada Zərərçəkmiş şəxs1 və digər şəxslərlə heç bir əsaslı səbəb olmadan münaqişə edərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək ictimai qaydanı kobud surətdə pozmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd gümüşü rəngli falqa kağızda 2,301 qram çəkidə narkotik vasitə olan heroini və 3 ədəd kibrit qutularında olan hər birinin təmiz çəkiləri 3,34 qram, 3,54 qram və 4,03 qram, ümumi təmiz çəkisi 10,91 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi “VAZ 2107” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış və həmin avtomobilin salonunda daşımış, 10 sentyabr 2021-ci il tarixdə 19:10 radələrində Şəmkir Rayon Polis X6 Bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılaraq Şəmkir Rayon Polis X6 Bölməsinə gətirilərək qeyd edilən avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda olan kül qabının içərisindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan 2,301 qram çəkidə külli miqdarda heroin və həmin avtomobilinin salonun qabaq sağ tərəfində yerləşən əl baqajının altda olan hissədən 3 ədəd kibrit qutularında olan hər birinin təmiz çəkiləri 3,34 qram, 3,54 qram və 4,03 qram, ümumi təmiz çəkisi 10,91 qram şəxsi istehlak miqdarından artıq miqdarda həmin qanunla müəyyən edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində bir qrup şəxs halında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Zərərçəkmiş şəxs2 Nürəddin oğlunun işlətdiyi çayxanada Zərərçəkmiş şəxs1 və digər şəxslərlə heç bir əsaslı səbəb olmadan münaqişə edərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 üzərində 19186 nömrəsi olan, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, TOZ-B modelli, çaxmaqlı, hamar, texniki cəhətdən saz, hər iki lülədən atəş üçün yararlı, qoşa lüləli, odlu yivsiz ov tüfəngi ilə havaya atəş açmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi odlu silah hesab edilən mülki dövriyyədən çıxarılmayan, qatlama qolunda “K-03357” və patron yuvasının alt hissəsində “P 97736” nömrələri həkk olunmuş, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli, İjk modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyini (obrezini) yaşadığı evin yardımçı tikilisində gizlətmiş, 17 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində təxirəsalınmaz qaydada keçirilmiş istintaq hərəkəti zamanı yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin həyətində tikdiyi quş damının tavanından odlu silah hesab edilən mülki dövriyədən çıxarılmayan, qatlama qolunda “K-03357” və patron yuvasının alt hissəsində “P97736” nömrələri həkk olunmuş, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli, İjk modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrezi) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində bir qrup şəxs halında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Zərərçəkmiş şəxs2 Nürəddin oğlunun işlətdiyi çayxanada Zərərçəkmiş şəxs1 və digər şəxslərlə heç bir əsaslı səbəb olmadan münaqişə edərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək həmin çayxanada olan götürdüyü baltanı nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofana bükülmüş 0,761 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində, Şəmkir rayon polis X6 şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində saxlanılıb Şəmkir rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış 0,761 qram şəxsi isthlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra o, qanunsuz olaraq əldə etdiyi odlu silah hesab edilən mülki dövriyyədən çıxarılmayan, lülənin alt hissəsinə “3979-Q” nömrəsi həkk olunmuş, keçmiş SSRİ dövlətində 1949-cu ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş, və öz təyinatını itirmiş, 16 kalibrli ov tüfənginin kəsiyini (obrezini) yaşadığı evin yardımçı tikilisində gizlətmiş və 07 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində təxirəsalınmaz qaydada keçirilmiş istintaq hərəkəti zamanı yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin həyətində tikdiyi hinin dam örtüyünün altından odlu silah hesab edilən mülki dövriyyədən çıxarılmayan, lülənin alt hissəsinə “3979-Q” nömrəsi həkk olunmuş, keçmiş SSRİ dövlətində 1949-cu ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və öz təyinatını itirmiş, 16 kalibrli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 228.1ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək barəsində daha ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayon məhkəməsinin barəsində olan xx.xx.2022-ci il tarixli hökmü ilə ona CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə 1 il 6 ay cəza verilməsini ədalətsiz hesab edir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək işin obyektiv araşdırılmasını və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılan hökmdən narazıdır. Bu işlə bağlı araşdırma qeyri obyektiv və qərəzli aparılmışdır. Hökm çıxarılarkən hətta himayəsində iki azyaşlı uşağının olması belə nəzərə alınmamışdır. Onun qismən təqsirli bilindiyi əmələ görə ona ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən həmçinin məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin hökmündən narazı olduğu üçün hökmün ləğv edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailə başçısıdır, bir övladı, ata-anası var. Ailəsinin dolanışığı üçün o, azadlıqda olmalı idi. İşləyib ailəsinə baxması üçün. Xəstəliyindən əziyyət çəkir, psixiatrik dispanserdə müalicə alır. Həmçinin məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmünü qanunsuz və əsassız hesab edir. Hökm obyektiv həqiqətlə, Cinayət Prosessul Məcəlləsinin tələbləri ilə uzlaşmır. Bir sözlə Təqsirləndirilən şəxs2 barəsində çıxarılmış hökm məhkəmə araşdırmasında müəyyən olunmuş sübutlarla deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüşdür. Məhkəmə istintaqında tədqiq olunmuş mötəbər və mühüm sübutlar olmadan, məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə ittiham hökmü çıxarmışdır. Bu da onu sübut edir ki, məhkəmə ittiham hökmü çıxaran zaman CPM-nin 351.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hökmündə təqsirləndirilən şəxsə verilmiş ittihamı sübut edə biləcək heç bir sübut növü yoxdur. Məhkəmə araşdırmasında ittihamı sübut edəcək heç bir mötəbər sübut növü müəyyən edilmədiyi halda, hökmdə göstərilmişdir ki, guya Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Halbu ki məhkəmə araşdırmasında ittihamın sübuta yetirilməməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına imkan verir. Məhkəmə araşdırmasında təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin müəyyən edilmədiyi halda, onun barəsində bəraət hökmünün çıxarılmaması bir daha onu sübut edir ki, məhkəmə təqsirləndirilən şəxsin barəsində qanunsuz və əsassız hökm çıxarmışdır. Məhkəmə kolleqiyasının iclasında məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətlərini dəqiqləşdirərək onlara münasibətdə Şəmkir rayon məhkəməsinin 02 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və təqsirliyi bilindikləri maddələrlə barələrində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, ona verilən ittihamla razı olmadığını, o, heç bir cinayət törətmədiyini bildirdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Heydər Fərzəliyev apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək hüquqlarını müdafiə etdiyi məhkum Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlləri törətməsinin sübuta yetirilmədiyini bildirdi və apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, ona verilən ittihamla razı olmadığını, o, heç bir cinayət əməlini törətmədiyini bildirdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, ona verilən ittihamla razı olmadığını, heç bir cinayət əməlini törətmədiyini bildirdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 və özü trərəfindın verilmiş apellyasiya şikayətlərində göstərilən məzmunda çıxış edərək hüquqlarını müdafiə etdiyi məhkumların onlara istinad edilən cinayət əməllərinin törətmələrinin sübuta yetirilmədiyini, iş materiallarında onların təqsirini sübuta yetirən heç bir sübutun mövcud olmadığını, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini bildirdi və apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınaraq təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və hər iki məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətlərinə etiraz etdi və əlavə olaraq göstərdi ki, məhkumların təqsirli bilindikləri, hökmdə qeyd olunan cinayət əməllərini törətmələri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə iş materiallarında olan digər sübutlarla sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 228.1ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmişdir. Məhkumlara həmin maddələrlə bəraət verilməsinə heç bir əsas yoxdur. Hökmlə məhkumlara təqsirli bilindikləri cinayət əməllərinə görə təyin edilmiş cəzalar CM-nin müvafiq maddələrinin sanksiyası hüdudlarında olmaqla yanaşı, onlara cəza təyin edilərkən törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyəti, təyin olunmuş cəzanın onların islah olunmalarına təsir dərəcəsi nəzərə alınmaqla hökm qanuni və əsaslı, təyin olunmuş cəzalar ədalətlidir. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə kollegiyasına müraciət edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin müraciətlərini nəzarə alaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin məzmunlarından məlum olduğu kimi şikayətlərdə təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, iş üzrə hər üç məhkuma münasibətdə bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətlərinin dəlillərində məhkumların birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindikləri cinayət əməllərinin törədilmədiyi, onların təqsirini sübut edən heç bir mötəbər sübutun olmadığı, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirmədiyi qeyd eilmişdir. Apellyasiya şikayətlərinin göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 228.1-ci maddələrinin, Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1, 228.1 və 234.1-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətmələri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hər üç məhkuma münasibətdə hökmün ləğv edilməsi və bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməs tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, birinci instansiya məhkəməsində dindidirlmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının rəyləri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 221.2.1, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışlar. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkumların əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməllərin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumların əməllərini düzgün qiymətləndirmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, məhkumlar eyni dəlilləri birinci instansiya məhkəməsində də irəli sürmüş və onların irəli sürdükləri dəlillər müdafiəçilərinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan lunmuş ittihamlar üzrə özlərini tamamilə təqsirli bilməsələr də, bununla bağlı ifadərində göstərdikləri xüsusatlar iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən düzgün olaraq həmin ifadələri verməklə onların məsuliyyətdən yayınmaq məqsədi güdməsi kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası məhkumların təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası məhkumlarən apellyasiya şikayətlərində irəli sürdükləri dəlillər əsasında hökmün ləğv edilməsi və barələrində bəraət hökmünün çıxarılması üçün heç bir qanuni əsaslar görmür. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 228.1ci maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində əsassız olaraq təqsirli bilininmələrinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Məhkəmə kollegiyası, eyni zamanda, məhkumlara təyin edilmiş cəza ilə bağlı qeyd edir ki, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzalar həm həddi, həm də növü baxımından məhkumlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumların şəxsiyyətlərinə uyğundur və məhkumlara təyin edilmiş cəzaların həddinin və növünün dəyişdirilməsi üçün də əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1, 58.3 və 66.2-ci maddələrini (Təqsirləndirilən şəxs2 münasibətdə həmçinin CMnin 65.1 və 65.2-ci maddələrini) rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, onlara hər bir cinayət əməlinə görə və cinayətlərin məcmusu üzrə hökmdə göstərilən həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Hər üç məhkuma münasibətdə təyin edilmiş cəzalar ədalətli olmaqla işin hallarına və məhkumların şəxsiyyətlərinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumların cəzasının yüngülləşdirilməsi, o cümlədən onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün də heç bir əsas görmür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumların barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və onların müdafiəçilərinin, apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.1. və 234.1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(076)-73/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.1. və 234.1-ci maddələri ilə məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(076)-73/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibatdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-150/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-150/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver