Məhkəmə qərarları › İş №1(104)-154/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-154/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-154/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, müdafiəçilər Müdafiəçi və X2 iştirakları ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(058)-48/2022 saylı hökmündən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi, Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(058)-48/2022 saylı hökmü ilə (sədrlik edən S.Zeynalova) xx.xx.1993-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Samux rayon Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2(iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 aprel 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət günə gün hesablanmaqla 03 ay cəzası çəkilmiş hesab edilərək cəzasından çıxılmış, üzərində qəti olaraq 1(bir) il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində olan «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri dəyişdirilib barəsində «həbs» qətimkan tədbiri seçilməklə o dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesab edilməsi, xx.xx.2002-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Samux rayon Ağasıbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdrilib barəsində «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesab edilməsi, xx.xx.1978-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Samux rayon Sarıqaya kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib 2 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 12 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət günə gün hesablanmaqla 05 ay 02 gün cəzası çəkilmiş hesab edilərək cəzasından çıxılması, üzərində qəti olaraq 2(iki) il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində olan «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri dəyişdrilib barəsində «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X5 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 28 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Samux rayon Qaraarx qəsəbəsində yaşadığı evinin həyətində yerləşən, saxlanc yeri hesab olunan tövləyə tövlənin pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 1330 manat olan 19 baş “Ağcabədi” cinsinə məxsus, 2022-ci ilin yanvar ayında doğulmuş, erkək cinsli, hər birinin çəkisi 10 kq olan əmlik quzuları, ümumi dəyəri 5060 manat olan 23 baş “Ağcabədi” cinsinə məxsus, hər birinin diri çəkisi 40 kq, təmiz ət çıxarı 20 kq olan qoyunları və ümumi dəyəri 1600 manat olan 2 baş “Smental” cinsinə məxsus, hər birinin diri çəkisi 130 kq, təmiz ət çıxarı 75 kq olan qırmızı-alalı buzovları, cəmi 7990 (yeddi min doqquz yüz doxsan) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 28 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 Samux rayon Qaraarx qəsəbəsində yaşadığı evin həyətində yerləşən, saxlanc yeri hesab olunan tövləyə tövlənin pəncərəsini sındırmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus ümumi dəyəri 1330 manat olan 19 baş “Ağcabədi” cinsinə məxsus, 2022-ci ilin yanvar ayında doğulmuş, erkək cinsli, hər birinin çəkisi 10 kq olan əmlik quzuları, ümumi dəyəri 5060 manat olan 23 baş “Ağcabədi” cinsinə məxsus, hər birinin diri çəkisi 40 kq, təmiz ət çıxarı 20 kq olan qoyunları və ümumi dəyəri 1600 manat olan 2 baş “Smental” cinsinə məxsus, hər birinin diri çəkisi 130 kq, təmiz ət çıxarı 75 kq olan qırmızı-alalı buzovları, cəmi 7990 (yeddi min doqquz yüz doxsan) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X5 və şəxsiyyətləri ibtidai istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında 18 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 Samux rayon Əhmədbəyli kəndində yaşadığı evin həyətində yerləşən, saxlanc yeri hesab olunan tövləyə tövlənin qapısını sındırmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus qoyunları, cəmi 2880 (iki min səkkiz yüz səksən) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müdafiəçisi apelyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və hər birinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini, məhkum Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs5 şikayətini belə əsaslandırmışdır ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti səmimi etraf edir, səmimi peşmandır, cinayət işinin açılmasına köməklik etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Lakin sadalanan hallar Təqsirləndirilən şəxs4 cəza təyini zamanı nəzərə alınmamışdır. Digər Təqsirləndirilən şəxs3 cinayəti səmimi etraf edir, səmimi peşmandır, cinayət işinin açılmasına köməklik etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, yaşayış yeri müsbət xarakterizə edilir. Eləcə də Təqsirləndirilən şəxs3 oğurluq hadisəsinə təsadüfən qoşulmuşdur. Lakin sadalanan hallar Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs5 apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayətini müdafiə edib göstərdi ki, təqsirləndirilən şəxs əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə şikayətin təmin edilməsini Təqsirləndirilən şəxs5 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs4 apelyasiya şikayətini müdafiə etdi və göstərdi ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Qeyd olunanların nəzərə alınıb şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müdafiəçisi apelyasiya şikayətini müdafiə edib göstərdi ki, təqsirləndirilən şəxslər əməllərindən peşmandırlar, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə şikayətin təmin edilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etmədi və göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin barəsində işə baxarkən işin faktiki hallarını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Hesab edir ki, cəzanın yüngülləşdirilməsi və ya daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apelyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçisinin apelyasiya şikayəti təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza ilə bağlı hissədə dəyişdirilməlidir. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməllərini etiraf etmələrini, etdikləri əməldən səmimi peşmançılıq hissi keçirmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmaması onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respunliksınım cinayət qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. CM-in 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1.elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi CM-nin 177.2.1, 177.1.3, 177.2.4-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunamüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs3 13 aprel 2022-ci ildən 13 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay azadlıqdan məhrum etmənin, 29 noyabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay 16 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla və təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməldir. Eləcə də Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, məhkum Təqsirləndirilən şəxs4 29 noyabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək tarixədək həbsdə saxlanıldığı 2 ay 16 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 5 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs5 ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilməklə cəzası 10 il6 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs5 əvvəllər törətdiyi əməl xüsusilə ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin residivini yaradır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq və Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydaları nəzərə almış və düzgün olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs5 apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(058)-48/2022 saylı hökmü Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs5 apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçisinin apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(058)-48/2022 saylı hökmü Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum Təqsirləndirilən şəxs3 13 aprel 2022-ci ildən 13 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay azadlıqdan məhrum etmənin, 29 noyabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay 16 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Samux rayonunun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzası 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum Təqsirləndirilən şəxs4 29 noyabr 2022-ci il tarixdən 14 fevral 2023-cü il tarixədək tarixədək həbsdə saxlanıldığı 2 ay 16 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 5 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Samux rayonunun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X3 Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar