Məhkəmə qərarları › İş №1(104)-157/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-157/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-157/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(013)-56/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(013)-56/2022 saylı hökmü ilə (hakimlər M.Niftəliyev) xx xxxx 1965-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağdam rayonunun Qaradağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1 -ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində məlum olmayan gün və vaxtda yaşadığı Ağdam rayonunun Qaradağlı kəndində həmin kəndin bələdiyyəsinə məxsus həyətyanı torpaq sahəsində meşə fonduna daxil olmayan 180 manat dəyərində 01 ədəd 18 sm diametrli, 180 manat dəyərində 01 ədəd 19 sm diametrli, 180 manat dəyərində 01 ədəd 20 sm diametrli, 350 manat dəyərində 01 ədəd 35 sm diametrli, 800 manat dəyərində 01 ədəd 48 sm diametrli kök üstə yaş vəziyyətdə, bioloji inkişafda olan beş ədəd qovaq cinsli ağacları «Yaşıllıqların götürülməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq olunmuş yaşıllıqların götürülməsi qaydalarının tələblərinə zidd, yəni qaydaların tələblərini pozaraq gələcəkdə ağacların aşmaqla yarada biləcək təhlükəsinin qarşısını almaq üçün özünə məxsus olan "Novıy tiqr" 5800 markalı elektrik mişarı ilə qanunsuz olaraq kök boğazından kəsməklə, zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə ümumilikdə 1690 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsini, cinayət nəticəsində vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş tərəfin ondan şikayətçi olmamasını, işin bütün hallarını təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasın görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səminpeşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-niı 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1 ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsus hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmişhallarda cinayətməsuliyyətindən azad edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzan yüngülləşdirən hal kimi nəzərə alarkən bunun nədə ifadə olunmasını və hansı səbəbdər cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını qərarın təsviri-əsaslandırıcı hissəsinds göstərməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, bunun konkret olaraq nədə ifadə olunmasını qərarda əsaslandırmamış, yalnız formal arayış əsasında onur müsbət xarakterizə olunması qənaətinə gəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla məhkəmə hökmün həmin hissəsində obyektivliyin: təmin edə bilməmiş və həmin halları hökmdə əsaslandırmamış, təqsirləndirilən şəxsin layiqli cəzadan yayınmaq məqsədilə belə mövqe nümayiş etdirməsinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Müdafiəçi apellyasiya protestinə etiraz verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub- olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1 -ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi barədə qanunvericilikdə hər hansı bir qadağa yoxdur. Belə ki, ekoloji cinayətlərə aid olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti meşələrdən istifadə edilməsi, onların mühafizəsi, qorunması, bərpası, meşələrin ekoloji, iqtisadi və digər potensialın yüksəldilməsi sahəsində yaranan ictimai münasibətlərdir. Bu cinayətin obyektini təşkil edən ictimai münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi üzrə çoxsaylı normativ hüquqi aktları ilə tənzim olunur. Belə aktlara Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş Meşə Məcəlləsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Meşələrin qoruyucu kateqorasiyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu katerqoriyaya keçirilməsi qaydası» və bir sıra başqa normativ hüquqi aktlar aid edilə bilər. Təhlil olunan cinayətin predmeti meşə fonduna daxil olan istənilən meşələrdə, qoruqlarda, milli və təbii parklarda ağaclar və kollar, habelə meşə fonfuna daxil olmayan sahələrdə bitən ağac-kol bitkiləridir. Göründüyü kimi ekoloji cinayətlərə aid olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan əməlin bir obyekti var. Əməl nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən olunmdıqda cinayət tərkibi yaranmır və əməl inzibati xəta kimi qiymətləndirilir. Həmçinin sözügedən maddənin qeyd hissəsində göstərildiyi kimi bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və baş sahəsindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Həmin cinayət iş üzrə zərərçəkmiş kimi dövlət tanmır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə olan cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs tanınmış, həmin idarənin nümayəndəsi Anar Süleymanov məhkəmədə ifadə verərkən təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyini və təmsil etdiyi idarənin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Apelyasiya protesti əsaslandırılmamış, protestin bir hissəsində söhbət mübahisələndirilən hökmdən deyil, Təqsirləndirilən şəxs barəsində olmayan hökmdən gedir və belə bir hökmün əsassızlığı göstərilir. Bu hal onun göstərir ki, apelyasiya protesti formal olaraq tərtib olunmuşdur Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs 1690 manat məbləğində ağac kəsərək ziyan vurmuş, cinayətin obyekti meşələrin mühafizəsidir, belə olan halda zərərçəkmiş şəxslə barışma əsası ilə iş üzrə icraata xitam verilməsi qanunvericiliyə uyğun deyil. Buna görə apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş protestə etiraz etdi və əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, eləcə də kəsdiyi ağacların ətrafa təhlükə yaratdığını nəzərə alıb protestin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, protestə etiraz etdi və bildirdi ki, təqsirləndirilən şəxsin CM-in 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün qanunvericlikdə nəzərdə tutulan əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə məsuliyyətdən azad etmişdir. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə hazırda qüvvədə olan həmin Məcəllənin 73.1-ci maddəsinin mətnində fərq olmadığını nəzərə alaraq, hazırkı sorğunun mahiyyəti baxımından Məhkəmənin 2011-ci il 15 iyul tarixli Qərarının bəzi hüquqi mövqelərinin nəzərdən keçirilməsini zəruri hesab edir. X3 Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir: zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda... dispozitivlik prinsipinin cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir; - Cinayət Məcəlləsinin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir; - Cinayət Məcəlləsinin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir; - Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarmdakı Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bağlı olan hüquqi mövqelər bütövlükdə hazırda qüvvədə olan həmin Məcəllənin 73.1 -ci maddəsinə də aiddir. Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür. Qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 73.1 -ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir. Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. Digər tərəfdən təqsirləndirilən şəxs əməlindən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Sadalanan hal təqsirləndirilən şəxsin hərəkətinin CM-in 73.1-ci maddəsinin təsiri altına düşməsinin göstəricisidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(013)-56/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(013)-56/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar