Məhkəmə qərarları › İş №1(104)-158/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-158/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-158/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı (sədrlik edən hakim E.A.Bayramov) hökmü ilə 22 yanvar 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 dekabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə zalından dərhal həbsə alınması, hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniydan məcburi müalicə olunması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, məhkum Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək saxladığı bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 2.14 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı 19 iyul 2022-ci il tarixdə saat 13-00 radələrində Tərtər rayonu H.Əliyev prospekti ərazisində rayonun Hacıqərvənd kənd sakini X3 70 manat pul müqabilində satmış, 19 iyul 2022-ci il tarixdə Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Mustafazadə saat 16:00 radələrində Tərtər şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 2.14 qram olan narkotik vasitə olan qurudulmuş marixuana B.Mustafazadənin əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 21:00 radələrində Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tərtər şəhəri, Cavanşir küçəsi ərazisində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman bir ədəd 20 və bir ədəd 50 Azərbaycan manatə nominallı pul əskinazları onun əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(061)-75/2022 saylı hökmünü ədalətsiz hesab edir və onun işinə ədalətli baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin onun barəsində olan xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmünü ədalətsiz hesab edir. Ona görə də Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmünün ləğv edilməsini və onun işinə ədalətli baxılmasını xahiş edir. Həmçinin birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmünü dəyişdirib, əməlində cəzanın yüngülləşdirən halların olmasını, cəzanın ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, ailə vəziyyətini, islah olunması imkanlarını, birinci dəfə məhkum olunmasını, az yaşlı uşağının olmasını, özünün və valideynlərinin hər ikisinin xəstə olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ailə vəziyyəti ağırdır. Ailə üzvləri 6 nəfərdən ibarətdir. Ailəli və uşaqları olmasına baxmayaraq uzun müddətdir və hazırda da atasının himayəsində yaşayır. Atasının da qarın nahiyəsində deşik var və vaxtaşırı müalicə alır. Anası da xəstədir. Ağır şəkər xəstəliyindən əziyyət çəkir. Hər 2 valideyni təqaüdçüdürlər. Özü də xəstədir, hepotit B virusunun daşıyıcısıdır. Onun şəxsiyyəti təhlükəli xarakter daşımır. CM-nin 59-cu maddəsinə əsasən əməlində cəzanı yüngülləşdirən hallar vardır. İlk dəfədir ki, az ağır cinayət əməli törədir. Özünü təqsirli bilir. Törətdiyi cinayət əməlinə görə peşmançılıq çəkir. Ailə üzvləri 6 nəfərdən ibarət olmaqla ağırdır. Az yaşlı və yetginlik yaşına çatmayan uşaqları var. Valideynləri təqaüdçü olmaqla hər ikisi xəstədirlər. Təqsirləndirilən şəxs özsü virus xəstəliyinin daşıyıcısıdır. Yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunur. Həqiqi hərbi xidmət müddətini çəkib qurtarmışdır. Ona görə də Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmünü dəyişdirib, əməlində cəzanın yüngülləşdirən halların olmasını, cəzanın ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, ailə vəziyyətini, islah olunması imkanlarını, birinci dəfə məhkum olunmasını, az yaşlı uşağının olmasını, özünün və valideynlərinin hər ikisinin xəstə olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini dəqiqləşdirərək ona təyin edilmiş cəzadan narazı olduğunu, müdafiəçisinin apellyasiya şikayəti ilə razı olduğunu bidirmiş və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi H.A.Fərzəliyev apellyasiya şikayətlərini müdafiə etdilər, şikayətlərdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı R.Alıkişiyev məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinə etiraz edərək göstərdi ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cinayətin xarakterinə və məhkumun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirkarın cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Ona görə də apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, şikayətlərdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətlərdə məhkuma təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində 2 nəfər yetkinlik yaşlarına çatmayan övladlarının olmasını, özünün xəstə olmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar hesab etmiş, həmçinin cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi, o cümlədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün heç bir əsas görmür və apellyasiya şikayətlərində cəzanın yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmü əsaslı olduğundan apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-75/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar