Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-16/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X2 (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Cəlilova Elminaz Anar qızının katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(100)-103/2023 saylı (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), R.N.Ələkbərli və A.E.Məmmədov) xx.xx.1996-cı il tarixdə Tovuz rayonu Alakol kəndində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021saylı, 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 1 (bir) il azaldılmış, cəzasının 7 (yeddi) ay 15 (on beş) gün hissəsini çəkmiş,cəzasının 4 (dörd) ay 15 (on beş) gün hissəsi çəkilməmiş qalmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.3-1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu bir gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasından çıxılmaqla üzərində 4 (dörd) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrumetmə növündə cəza saxlanılması, CM-in 67.1-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin 1(062)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün hissəsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 7 (yeddi) gün, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs növündə qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclası zalından həbs edilməsi, cəzasının əvvəlinin hökmün çıxarıldığı gündən, yəni 10 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməsi və narkolоji kabinetdə qeydiyyаtа аlınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.3- 1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 2022-ci ilin yanvar ayının axırlarında istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq cəmi 1,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özü ilə daşıyaraq, üzərində gəzdirib saxlamış və 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitədən 5 (beş) ədəd ağ salfet kağızına bükülmüş hissəsini Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmış, həmin narkotik vasitənin bir hissəsi, yəni 1,45 qram çəkidə olan hissəsi, 25 yanvar 2022-ci il tarixdə saat 17:40-da Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən 1 (bir) ədəd sellofan parçasına bükülmüş bükülüdə, cəmi 1,45 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yetkinlik yaşına çatmamış Şahid5 qanunsuz satdığı, lakin sonuncu tərəfindən maddi maraq olmadan tanışı Şahid6 verilmiş 5 (beş) bükümdən 3 (üç) bükümünü sonuncu özü qəbul etmiş, qalan 2 (iki) büküm isə 27 yanvar 2022-ci il tarixdə saat 20:50-də Şahid6, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, cəmi 0,39 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərəkgötürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, “Məhkəmənin Təqsirləndirilən şəxs Şahid5 narkotik vasitə satılması ilə bağlı qeyd etdiyi nüanslar, arqumentlər tam əsassızdır. Belə ki, Şahid6 deyilən şəxsin barəsində 2022-ci ilin yanvar ayının 4-də narkotik vasitədən istifadə üçün onun barəsində cinayət işi başlanılmışdır. Muradın Arzuya 10 manat pul verməsi, onun istifadə edilməsi heç bir halda alqı-satqı predmeti hesab oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və anasının, qardaşının 102 xidmətinə müraciət etməsi barədə heç bir məlumat yoxdur, lakin həmin şəxslərin102 xidmətinə çıxmaları barədə heç bir araşdırılma aparılmamış, sorğu verilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsini əsas gətirərək səhv qənaətə gəlmişdir. Çünki şəxsin şahid qismində öz əlehinə ifadə verməsi onun ziyanına təfsir oluna bilməz. Növbəti hal ondan ibarətdir ki, iş üzrə ilkin olaraq həbsin seçilməsi ilə bağlı vəsatət və təqdimata diqqət yetirilsə, görünər ki, işin faktiki halları başqadır, yəni guya narkotik vasitə azyaşlı vasitəsi ilə Şahid6 satılmışdır. Bu hallar apellyasiya instansiya icraatında müzakirə edilmiş, narkotik vasitənin azyaşlıya deyil, Şahid6 satılması göstərilmişdir. Sonradan istintaq orqanı özləri bir neçə cəlb qərarları qəbul etməklə, işin faktiki hallarını öz istəklərinə uyğun dəyişmişdir. Növbəti hal ondan ibarətdir ki, işə baxan hakim görünür ki, Konstitusiya Məhkəməsinin 04 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, pisxotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarından məlumatsızdır. İstinad etdiyi maddənin dispozisiyasını hökmə köçürmüşdür, amma mənasını düzgün qiymətləndirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə, o birinci epizod üzrə 10 manat müqabilində narkotik vasitəni Murad və Eşqinin xahişi ilə satıcıdan gedib alır, həmin narkotik vasitədən də bir hissəsini öz istifadəsi üçün üzərindən götürür, növbəti epizod üzrə isə, yenə həmin şəxslərin Murad və Eşqinin xahişi ilə 5 büküm narkotik vasitəni 50 manat pul müqabilində satıcıdan əldə edir və ondan da, həmin 5 büküm narkotik vasitədən öz istifadəsi üçün bir bükümünü özü götürür. Məhkəmənin hökmündə də bu hallar öz təsdiqini tapmışdır. Ancaq məhkəmə düşünməmişdir ki, Təqsirləndirilən şəxs əgər narkotik vasitə satıcısıdırsa, hər alıb gətirdiyi narkotik vasitədən özü üçün götürməsi də ağılabatan ola bilərmi? Əlavə olaraq, Konstitusiya Məhkəməsi qeyd edir ki, şəxsin narkotik vasitə satması onun şəxsi mənafeyinin, marağının olmasını nəzərdə tutur. Ancaq həmin narkotik vasitənin əldə etməsi şəxsi maraq kimi qəbul edilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, narkotik vasitəni özünə götürməsi də şəxsi maraq kimi götürülməlidir. Görünür, məhkəmə Konstitusiya Məhkəməsinin həmin qərarının o hissəsinə diqqət yetirməmişdir. Bu ciddi pozuntudur”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Həmçinin məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ədalətli cəza təyin etmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və məhkəmənin hökmü qüvvəsində saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı”, “X7rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Əsas Qanunun 125-ci maddəsində bəhs edilən həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək cinayət işinin materiallarını apellyasiya şikayətinin dəlilləri çərçivəsində yoxlayarkən müəyyən etmişdir ki, cinayət işində Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən kifayət qədər sübutlar olmasına, təqsirliliyini isə təsdiq edəcək sübutların kifayət qədər toplanmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onu əsassız olaraq törətmədiyi cinayətdə təqsirli bilmişdir. Belə ki, hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirliliklə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Belə ki, mübahisələndirilən hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlmiş, bu barədə nəticəyə gələrkən polis əməkdaşları olan şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə protokoluna, ekspert rəylərinə istinad etmiş, müdafiə tərəfinin dəlillərinə əsaslandırılmış cavablar verməmiş, təqsirləndirilən şəxsin xeyrinə şərh oluna biləcək sübutlara əhəmiyyət verməmiş və qiymətləndirməmiş, sübutların hər birini ayrıayrılıqda tədqiq etməmiş, habelə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olubolmadığını yoxlamadan əsassız ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs CM-in 234.3-1-ci maddəsi ilə təqsirli bilərək məhkum edərkən iş üzrə bütün şahidləri dindirməmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlilləri araşdırmamış, müdafiə tərəfinin dəlillərinə ətraflı əsaslandırılmış münasibət bildirməmiş, yalnız bir abzasla təqsirləndirilən şəxsin dəlillərinin məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını göstərmişdir. Bu səbəbdən apellyasiya icraatı zamanı işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınmış, təqsirləndirilən şəxs və şahid X20 dindirilmiş, “Azercell MMCdən Təqsirləndirilən şəxs ilə Şahid5 və Eldar Qasımov arasında, eləcə də xx.xx.2022-ci il tarixdən 25..01.2022-ci il tarixədək həmin şəxslərin digər şəxslərlə olan telefon danışıqlarına dair məlumatlar və məhkəmə istintaqında hər bir ittiham sübutu həm ayrıayrılıqda araşdırılmış, həm də məcmu halında toplanmış sübutlar müqayisə edilərək, onların ittihamın təsdiq edilməsində yetərli olub-olmamasına qiymət verilmişdir. Araşdırılan hər bir ittiham sübutu qiymətləndirilərkən müəyyən edilmişdir ki, bu sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun deyil və istər ayrı-ayrılıqda, istərsə də, məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermir. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şahid qismində verdiyi ilk ifadəsində apellyasiya məhkəməsindəki ifadəsinə uyğun olan xüsusatları bildirməklə göstərmişdir ki, narkotik vasitə olan marixuananı bir yerdə fəhlə işləyərkən tanış olduğu Gədəbəy rayonunun Tərsyer kənd sakini X11 mütəmadi olaraq “bir çəkimliyini” 10 manata almışdır. Təxminən hər dəfə 10 manat ödəməklə, Eldardan 20-30 dəfə marixuana almışdır. 22 yanvar 2022-ci il tarixdə tanışı- Düz-Qırıqlı kəndində yaşayan Murad ona zəng vurub, 4 çəkimlik qurudulmuş marixuana lazım olduğunu bildirmiş, o isə özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Eldarın ***-***-**-** nömrəli telefonuna zəng vurub, 4 çəkimlik marixuana lazım olduğunu bildirmiş, Eldar ona: “gətirərəm, problem yoxdur”-cavabını vermişdir. Bundan sonra Murada “gətir, 40 manat ver, mən zəng vurum, gətirsinlər”-demiş, Murad ona 40 manat pul vermişdir. Həmin gün Eldar Alakol kəndində yerləşən “Ocaq” restoranının qarşısına gəlmiş, orada ona 4 çəkimlik marixuana verib 40 manat almışdır. Eldardan aldığı marixuananı elə həmin yerdə Murada vermişdir. 25 yanvar 2022-ci il tarixdə Eldara zəng vurub, marixuana lazım olduğunu bildirmiş, Eldar gəlib evdən aparmasını demişdir. Gədəbəy rayonunun Tərsyer kəndinə gedib Eldardan 2 çəkimlik marixuana almış və Eldara 20 manat pul vermişdir. Geri qayıdan zaman Tovuz rayonunun Alakol kəndində onu polis işçiləri saxlayıb polis şöbəsinə aparmış, üzərinə baxış zamanı Eldardan aldığı marixuana üzərindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərdiklərini ibtidai istintaqın sonrakı gedişində və birinci instansiya məhkəməsində təsdiq etməsə də, apellyasiya məhkəməsində ifadə verərkən həmin xüsusatları bir daha bildirib təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Tovuz rayonu Alakol kəndindəki iş yerində, yəni kənd camaatı içərisində “Elşənin moykası” kimi tanınan avtomobilyuma məntəqəsində olanzaman mülki geyimdə 3 nəfər polis işçisi ona yaxınlaşmış və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demiş və onlarla Tovuz RPŞ-nə getməyi bildirmiş, o da etiraz etməmişdir. Tovuz RPŞnə gələndən sonra polis əməkdaşları siqaret kağızına bükülmüş halda bir büküm narkotik vasitə olan marixuananı onun cibinə qoymuş, ona həmin narkotik vasitəni tapdığını etiraf etməsini və guya narkotik vasitəni polislər üzərinə baxış keçirən zaman üzərindən aşkar etdiklərini deməsini tapşırmışlar. Bundan sonra isə Tovuz RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və həmin narkotik vasitəni cibindən tapmışlar. O da şəxsi axtarış zamanıvə izahatında təsir altında qalaraq bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitəni işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında yerdən tapmışdır. O, Şahid5 təxminən 7 aya yaxın müddətdir ki tanımış, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən “Ocaq” restoranının avtomobil yuma məntəqəsində işləyən vaxt Şahid5 da həmin restoranda qulluqçu, yəni ofisiant işləmişdir. Tanışlıqları məhz bu səbəbdən yaranmışdır. Şöbədə ona Murada narkotik vasitə satdığını, Muradın da narkotik vasitəni ondan aldığını bildirdiyini, guya özünün də Murada satdığı narkotik vasitəni Eldar Qasımov adlı şəxsdən aldığını bildirmişlər. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o əvvəllər Muradla bir yerdə kafedə işləmiş və narkotiki də bir yerdə istifadə etmişlər. Əvvəllər narkotiki Murad tapıb gətirmiş və bir yerdə çəkmişlər. Yanvarın 20-də Murad ona zəng edib əli çatan yer olmadığını, dostdan, tanışdan narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuş, o da narkotik tapmış və bir yerdə çəkmişlər. Yanvarın 22-də Murad ona zəng edib, Bakıdan qonağının olduğunu, “5 dənə” lazım olduğunu, tapa bilib-bilməyəcəyini soruşmuşdur.O da zəng edib narkotik olduğunu demiş və aparıb “Ocaq” kafesində onlara vemişlər. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə, yəni yanvarın 20-si (2022-ci il) Murad ona zəng edəndə 10 manatlıq narkotik almış, onu maşınla götürmüşlər və gedib bir yerdə çəkmişlər. Narkotikdən biraz da ona vermişlər. İkinci dəfə isə özünə heç nə götürməmiş, çünki həmin gün işdə olmuşdur. Eşqini tanımamış, bir dəfə Muradla gələndə görmüşdür. O əvvəlllər şahid qismində dindirilərkən də bildirmişdir ki, narkotiki Eldardan almışdır. Belə ki, Eldar narkotik satan olmamış, amma dost tanışı olmuş, kimdənsə ala bildiyi üçün, bir-birinə kömək edib, lazım olanda tapırmışlar. Murad da ona narkotik tapmasını deyəndə Eldara zəng etmiş, sonra birinci dəfə Muradla gedib Eldarın qaldığı kənddə ondan narkotiki götürmüşlər. İkinci dəfə isə Eldar narkotiki gətirib onlara “Ocaq” restoranında vermişdir. O ona görə Eldardan narkotiki götürməyə Muradla getmişdir ki, Eldar Muradı tanımamış və narkotik satan olmadığı üçün heç kimə narkotik verməmişdir. Murad tək getsə, Eldar ona narkotiki verməyəcəyinə görə bir yerdə getmişlər. Eldar həmişə tanış kimi ona kömək etmiş, o da kimdənsə alıb ona vermişdir. Eldarla onun arasında üzləşmə olmayıb. Həmçinin o əvvəlcə düşünmüşdür ki, Eldarın körpə uşağı var, ona görə özü boynuna alsın, lakin sonra görmüşdür ki, məhkəmə Eldarı açıb buraxmış, ona heç nə etməmişdir. Ona görə də fikirləmişdir ki, artıq necə ifadə verməsinin mənası yoxdur, ona görə də birinci instansiya məhkəməsində düzgün olmayan ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən 25 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində Tovuz RPŞ-də gündəlik xidmətində olan zaman Tovuz rayon sakini Arzu adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmışvə o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Xəyyat oğlu və PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Alakol kəndi ərazisində sonuncunun işlədiyi avtoyuma məntəqəsinin yanında saxlayaraq Tovuz polis şöbəsinədəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən bir ədəd sellofanda olan kütləni çıxararaq təqdim etmiş, kütlənin narkotik vasitə marixuana olduğunu, Tovuz rayonu Alakol kəndində yerləşən və işlədiyi “moyka”nın yanında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız parçası ilə birlikdə kütlənin ümumi çəkisi 1,7 qram olmuşdur. Həmin gün saat 19 radələrində Gədəbəy rayon sakini X20 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla və daşımaqla məşğul olduğu üçün Alakol kəndi ərazisində saxlanılaraq, Tovuz RPŞ-ya gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, o, sol yan cibindən bir ədəd qara rəngli sellofan torbada kütlə çıxararaq təqdim etmiş, bu kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Tovuz rayonu Aşıralılar kəndində yolun kənarında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağızparçası ilə birlikdə kütlənin ümumi çəkisi 178 qram olmuşdur. Daha sonra 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Tovuz rayonu Əyyublu kənd sakini Şahid6 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün Şahid6 Tovuz RPŞ-ya dəvət etmişlər, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda olan iki ədəd kütləni çıxararaq təqdim etmiş, bu kütlənin narkotik vasitə marixuana olduğunu və həmin marixuananı Tovuz rayonu Düz Qırıqlı kənd sakini Murad adlı şəxsə50 manat verib 5 ədəd salfetkaya bükülmüş bükülü aldığını, 3 ədədini istifadə etdiyini, 2 ədədini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra sellofan torbada olan kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və X14 Şahid4 göstərdiyi xüsusatları bildirmişlər. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Arzu ilə yanvarın 25-i bir yerdə narkotik vasitədən istifadə etmiş, sonra onları polislər bir yerdə tutub aparmışlar. O, 2022-ci il yanvar ayının 22-si “Ocaq” restoranında olmamış, həmin gün kənddə “ciyər axşamı”nda olmuşdur. Arzuya narkotik vasitə verməmişdir, Muradı tanımır, Arzu kimlərləsə kəndə gələndə o orada olmamışdır. Arzu ilə onun arasında narkotik vasitə ilə bağlı danışıq olmamışdır. Ümumiyyətlə, Arzu ilə arasında telefon danışığı olub, amma narkotik haqqında olmayıb. O, “Ocaq” restoranına getməmiş, həmin axşam kənddə “ciyər axşamında” olmuşdur. Təqsirləndirilən şəxsla narkotiklə bağlı görüşməmişdir. Arzu ilə bir yerdə işləməmiş, Arzu avtomobil yuma məntəqəsində işləmiş, arada iş olanda zəng etmişdir. Arzuya narkotik verməmiş, satmamışdır. Müstəntiq ondan Arzu haqqında heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs üzərindən 25 yanvar 2022-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması yuxarıda qeyd olunan şahid ifadələri, videocəkilişlə aparılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti, özünün qismən etirafı, məhkəməbioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 16/113 nömrəli rəyi ilə təsdiq olunur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni başqa şəxsdən pul müqabilində alıb Şahid5 verməsinə dair ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində, habelə apellyasiya məhkəməsində verdiyi ifadəsində göstərdiyi xüsusatlar aşağıda şərh olunan şahid ifadələri, 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli əlavə məhkəməbioloji ekspertizasının rəyi, mobil telefon zənglərinə dair məlumatlar və digər sübutlarla təsdiq olunduğundan həmin ifadələr həqiqətə uyğun olan ifadələr kimi qiymətləndirilməklə, sübut kimi qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş- Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay əvvəl Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən «Ocaq» yeməkxanasında qulluqçu işləyərkən həmin yeməkxananın qarşısında yerləşən avtomobillərin yuyulması məntəqəsində yuyucu işləmiş Təqsirləndirilən şəxs ilətanış olmuşdur. Tanışlıqları dövründə 1-2 dəfə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməsini görmüşdür. 2022-ci ilin yanvarın 20-də saat 20 radələrində tanışları Şahid6 və Şahid7 ilə birlikdə şam yeməyinə getmişlər. Şahid6la birlikdə İmaməddinin avtomobilində sonuncunu gözləyərkən Şahid6 bir çəkimlik “nəşə”ni haradan əldə edə biləcəklərini soruşmuş, “nəşə” çəkmək istədiyini bildirmişdir. O da bir tanışında ola biləcəyini demiş, tanışı dedikdə Arzunu nəzərdə tutmuşdur. İstifadəsində olan ***-***-**-** mobil nömrənin «WhatsApp» sosial şəbəkəsi ilə Təqsirləndirilən şəxs «WhatsApp» nömrəsinə mesaj yazıb, ondan 1 çəkimlik nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə «WhatsApp» nömrəsi ilə təşkil edə biləcəyini yazaraq, onu da qonaq edib-etməyəcəklərini soruşmuşdur. Bunu Şahid6 deyəndə sonuncu cavabında qonaq edə biləcəklərini bildirmiş, o da Arzuya qonaq edə biləcəklərini demişdir. Bunu deyəndə Təqsirləndirilən şəxs danışıb xəbər edəcəyini bildirmişdir. Aradan təxminən 4-5 dəqiqə keçmiş Təqsirləndirilən şəxs saat 21-də “nəşə”nin hazır olduğunu və görüş üçün Alakol kənd orta məktəbinin qarşısına gəlməyini yazmışdır. Yeməkxanada şam yeməyi yeyib, saat 21 radələrində birlikdə Tovuz rayonu Alakol kəndində yerləşən orta məktəbin binasının yaxınlığına getmişlər. Məktəbin yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb, birlikdə Şahid7 idarə etdiyi avtomobilə əyləşmişlər. Sürücü Şahid7, Təqsirləndirilən şəxs arxa oturacağa əyləşməsini görəndə kim olduğunu soruşmuş, Arzu narkotik vasitənin əldə edilməsindən sürücünün xəbəri olmamasını başa düşmüş, ona görə də vəziyyətdən çıxış yolu kimi “onda yaxınlıqda Tərsyerə gedək, gələndə məni gətirib burada düşürərsiz”demişdir. Bundan sonra yola düşüb Tovuz rayonunun Alakol kəndi ilə həmsərhəd olan Gədəbəy rayonunun Tərsyer kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs bələdçiliyi ilə bir küçəyə daxil olmuşlar və bir qədər getdikdən sonra su arxının üstündəki körpüdə dayanmışlar. Çünki Şahid7 idarə etdiyi avtomobilin arxası çox aşağı olduğu üçün sonuncunu maşının altının yerə sürtüləcəyini və keçə bilməyəcəyini demişdir. Orada Təqsirləndirilən şəxsla avtomobildən düşüb 6-7 metr məsafə qət etdikdən sonra sonuncu öz mobil telefonunu cibindən çıxardıb kiməsə zəng etmişdir. O, həmin şəxsin kim olmasını bilməmiş və Arzudan da soruşmamışdır. Təqsirləndirilən şəxs həmin şəxslə danışarkən o, yalnız Arzunun dediklərinieşitmiş, həmin şəxsin isə danışığını eşitməmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs həmin şəxsə: “sən dediyin yerə çatmışam”- demişdir. Danışıb qurtarandan sonra Təqsirləndirilən şəxs ona: “həmin şəxs Tovuzrayonu Düz Qırıqlı kəndində yeyibiçir, deyir ki, bir azdan gəlsinlər, verər”- demişdir. Bu səbəbdən də onlar yenidən Şahid7 avtomobilinə əyləşib Alakol kəndində qayıdaraq, məktəbin yaxınlığında Təqsirləndirilən şəxs düşürüb, Tovuz rayonu Qovlar şəhərində yerləşən çayxanaya getmişlər. Qayıdarkən yolda Təqsirləndirilən şəxs avtomobilin salonunda ona demişdir ki, pulu versin, sonra tələsiyə düşməsin. O da inanmadığı üçün pulu görüşəndə verəcəyini demişdir. Çayxanada təxminən 20-30 dəqiqə əyləşdikdən sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan telefonuna zəng edib pulu gətirməsini, “nəşə”nin hazır olduğunu və bir qədər əvvəl getdikləri Tərsyer kəndinə bir daha getmələrini demişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs tapşırmışdır ki, həmin şəxslər görməsin deyə, o, maşından düşər və kənarda görüşərlər. Şahid7 idarə etdiyi avtomobillə Tərsyer kəndinə qayıtmışlar. Avtomobildən düşərək Arzuya 10 manat məbləğində nağd pul vermiş, həmin ərəfədə sol tərəflərindən sağ tərəfə doğru VAZ-2106 markalı nömrə nişanı yadında qalmayan avtomobil gəlmiş və yanlarında dayanmışdır. Həmin avtomobildən 20-25 yaş arası bir nəfər şəxs düşüb yanlarına gələrək Arzu ilə görüşüb hal-əhval tutaraq onlardan aralaşmış və onlar da Şahid7 idarə etdiyi avtomobilə getmişlər. O, həmin şəxsin Arzuya nə verməsini görməmişdir. Yolda qayıdarkən Təqsirləndirilən şəxs demişdir ki, həmin “nəşə”nin üstündən bir azca özünə götürsün, qalanını isə versin. Arzu da razılaşmışdır. O, avtomobilin qabaq sağ oturacağında, Şahid6la Təqsirləndirilən şəxs isə arxa oturacaqda əyləşmişlər. Sonradan Şahid6 ona demişdir ki, yolda gedərkən Təqsirləndirilən şəxs həmin 1 ədəd bükülünü açıb içərisindən bir azacıq “nəşə”dən özünə götürmüş, qalanını isə ona vermişdir. Bundan təxminən iki gün sonra, 22 yanvar 2022-ci il tarixdə saat 16-17 radələrində Şahid6 onun istifadəsində olan mobil telefona zəng edib keçən dəfəki “nəşə”dən 2 çəkimlik ala bilib-bilməyəcəyini soruşmuşdur. O da istifadəsində olan 051- ***-**-** nömrəsinin «WhatsApp»-ı ilə Təqsirləndirilən şəxs istifadəsində olan «WhatsApp» nömrəsinə, yəni ***-***-**-** nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs cavab verərək əlində işinin olduğunu və “Ocaq” yeməkxanasında qonaqlıqda qulluq etdiyini demişdir. Onun telefonunun balansında kontur olmadığı üçün kəndlərinin baş tərəfindəki çayxananın qarşısında dayanmış qonşusu Etibarın oğlu Kamrandan xahiş edib sonuncunun telefonu ilə Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng etmiş və ondan 2 çəkimlik nəşə, narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməməsi ilə maraqlanmışdır. Buna cavab olaraq Təqsirləndirilən şəxs «Ocaq» yeməkxanasında olduğunu və danışıb cavab verəcəyini demişdir. Həmin vaxt Şahid6 yenə də onun istifadəsində olan nömrəyə zəng edib, “nəşə”nin əldə edilməsi ilə maraqlanmış, həmin şəxsin “nəşə”ni təşkil edə biləcəyini eşitdikdə, ona 5 büküm ala bilib-bilməyəcəyini soruşmuş, o yenidən qonşularıKamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona zəng edib “nəşə”ni 2 deyil, 5 ədəd etmək imkanının olub-olmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs da ona gözləməsini, danışıb xəbər edəcəyini, konturunun olmadığını və imkan varsa ona həmin şəxslə yenidən danışması üçün 1 manatlıq kontur yükləməsini demişdir. O, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Favorit» mağazasında quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 1 manatlıq danışıq kontur yükləmiş, həmin vaxt yenidən Kamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng edib, “ nəşə tapıb-tapmamasıilə maraqlanmış, Təqsirləndirilən şəxs da demişdir ki, “pulu gətir, hazır olanda deyərəm, gəlib götürərsən”. Bundan.sonra Şahid7 idarə etdiyi VAZ- 2107 markalı avtomobillə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Ocaq» yeməkxanasına getmiş, avtomobildən düşərək Təqsirləndirilən şəxsla görüşmüş, Nurlanla Eşqin isə avtomobildən yerə düşməmiş, Eşqinin xahişini nəzərə alıb, Təqsirləndirilən şəxs Bakı şəhərindən qonağının gəlməsini, ona 5 (beş) çəkimlik qurudulmuş marixuana lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs 5 (beş) bükümünün 50manat olduğunu demiş, o, Eşqinin ona verdiyi 50 (əlli) manatı cibindən çıxardıb Arzuya vermişdir. Pulu alarkən Arzu 1 saata kimi “nəşə”ni- qurudulmuş marixuananı gətirib gələcəyini demişdir. Aradan təxminən 30-40 dəqiqə keçmiş Təqsirləndirilən şəxs onun nömrəsinə zəng edib, «Ocaq» yeməkxanasının yanına gəlib götürməsini demişdir. «Ocaq» yeməkxanasın yanındakı ağaclığın arasında Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu əlinin ovcunda tutduğu siqaret sellofanına bükülmüş bükülünü ona vermişdir. O, evlərinə qayıdarkən yolda Eşqin Nurlanın istifadəsində olan mobil telefonla ona zəng edib, narkotiki götürüb-götürmədiyini soruşmuş, olduğu yerdə qalmasını, oraya gəlmələrini, bükümün birinin onda qalmasını demişdir.Aradan 5-6 dəqiqə keçmiş Eşqin Nurlanla birlikdə sonuncunun idarə etdiyi avtomobillə onun yanına gəlmişdir. Eşqin qabaq oturacaqda əyləşmişdir. O, avtomobilin sağ arxa qapısını açıb avtomobilə əyləşmişdir. Həmin vaxt Nurlan kiminləsə mobil telefon vasitəsi ilə danışmış və fikri onlarda olmamışdır. Eşqin qabaq oturacaqdan geriyə çönüb əlini arxaya uzatmış, o da Arzudan aldığı içərisində 4 dörd büküm narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükülünü Eşqinə vermiş, Eşqin də asta səslə demişdir ki, o bir dənəni də özü istifadə etsin. O isə Eşqinə istifadəedəni olmadığını bildirmiş, Eşqinin əl çəkmədiyini görüb, heç bir söz demədən avtomobildən düşmüş və həmin1 bükümdə olan “nəşə”ni yerə tullamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid6, Şahid7 və Şahid8 ifadələrində Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişlər. “Azercell MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi tarixlərdə Eldar Qasımovla arasında telefon danışıqları olmuş, həmçinin onun qeyd etdiyi tarixlərdə Eldar Qasımovun mobil telefonunun antena dairəsi Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi ərazilərin əhatə dairəsində olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş ibtidai istintaq orqanının “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, X1 məxsus olmaqla Tovuz rayon Alakol kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X16 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 yanvar 2022-ci il tarixdə saat 19:49-dan 21:50-dək bir neçə telefon danışığı olmuşdur. Eldar Qasımovun həmin mobil telefonun antena dairəsi ilk öncə Tovuz rayonDüz Qırıqlı kəndində, daha sonra isə Gədəbəy rayon Tərsyer kəndi ilə həmsərhəd olan Tovuz rayon Alakol kəndində və Tovuz rayon Qovlar şəhərində fəaliyyətdə olan antenaların əhatə dairəsində olmuşdur. 20 yanvar 2022-ci il tarixində saat 19:46-dan 22:05-dək Təqsirləndirilən şəxs istifadəsindəki həmin telefon nömrəsi ilə Tovuz rayon Düz Qırıqlı kənd sakini Şahid5 istifadəsindəki ***-***-**-** (bibisi X3 məxsus olsa da, Şahid5 istifadəsində olan) saylı mobil telefon nömrəsi arasında mütəmadi telefon danışığı olmuşdur. İlkin telefondanışıqlarında Şahid5 telefonu Tovuz rayon Əyyəblu kəndinin (əvvəlki adı ilə Aşağı Ayıblı kəndi) antena dairəsini, sonrakı müddətdə isə Təqsirləndirilən şəxsla görüşdüyü Tovuz rayon Alakol kəndini göstərməkdədir. 22 yanvar 2022-ci il tarixində saat 16:06-da Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobiltelefon nömrəsinə zəng getmiş, bir neçə saniyəlik bir neçə telefon danışığı olmuşdur.Həmin vaxt Şahid8 telefonunun antena dairəsi Tovuz rayon Düz Qırıqlı kəndini göstərməkdədir. Həmin gün, həmin zəngdən bir neçə dəqiqə sonra yenidən X24 Əhmədovun yuxarıda qeyd olunan nömrələri arasında telefon danışığı olmuş, bunun ardı ilə də Təqsirləndirilən şəxsla (***-***-**-**), Şahid5 arasında(***-***-**-**) mütəmadi zəngləşmələr olmuşdur. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş Tovuz Rayon Polis X13 üzrə rəis müavininin həmin polis şöbəsinin rəisinə ünvanladığı 26 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinə dair rəsmi məlumatında göstərilmişdir ki, “cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 1976-cı il təvəllüdlü, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini X5 rayonu Alakol kənd sakini Təqsirləndirilən şəxs dəfələrlə, ayrı-ayrı vaxtlarda narkotik vasitə olan marixuana satmışdır” (1-ci cild, 49-cu vərəq). Ədliyyə NazirliyiMəhkəmə X6 Regional Bölməsinin 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli əlavə məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X11 aşkar edilmiş sellofan torbadakı, Təqsirləndirilən şəxs aşkar edilmiş sellofandakı və Şahid6 aşkar edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd olunanlar Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərinin həqiqətə uyğun olmasını göstərir. Bütün bu şərh olunanlara baxmayaraq, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satılması qərarına gəlsə də, onun şahid qismində verdiyi ilk ifadəsində narkotik vasitəni X11 aldığını göstərməsinə, sonuncunun üzərindən kifayət qədər çəkidə (150 qram) qurudulmuş marixuana aşkar olunmasına, X20, Təqsirləndirilən şəxs və Şahid6 aşkar edilmiş qurudulmuş marixuanaların orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəsi olan Təqsirləndirilən şəxs, Eldar Qasımov və Şahid5 2022-ci il yanvar ayının 20, 22 və 25 tarixlərində mobil telefon vasitəsilə müvafiq olaraq bir-biri ilə dəfələrlə əlaqə saxlamalarına, əməliyyat-axtarış tədbirlərinə əsasən X25 Əhmədova dəfələrlə, ayrıayrı vaxtlarda narkotik vasitə olan marixuana satmasının müəyyən edilməsinə qiymət verməyərək, Eldar Qasımov və Təqsirləndirilən şəxs heç birinin yaşadığı evdə narkotik vasitələrlə əlaqədar axtarış aparmamışdır. İstintaq orqanı hazırki cinayət işi üzrə Eldar Qasımovu şahid qismində dindirməmiş, onunla Təqsirləndirilən şəxs arasında üzləşmə aparmamış, narkotik vasitənin satıcısını müəyyən etmək üçün zəruri istintaq hərəkətləri aparmamış, ittihamı təsdiq edəcək sübutları toplamamışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsi əlavə olunsa da və həmin ifadədə narkotik vasitələrin pul müqabilində Eldar Qasımovdan alınması göstərilsə də, sonuncu həmin xüsusatla əlaqədar dindirilməmiş, onun hər hansı bir ifadəsi ittiham aktına əlavə olunmamış, onun adı məhkəməyə dəvət olunacaq şahidlərin siyahısına salınmamışdır; üzərindən 1.45 qram qurudulmuş marixuana aşkar edilmiş Təqsirləndirilən şəxs əməlləri CM-in 234.3-1-ci maddəsi ilə tövsif olunduğu halda, üzərindən 150 qram çəkidə- Təqsirləndirilən şəxs aşkar olunan narkotiklə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan narkotik vasitə aşkar olunmuş Eldar Qasımovun əməlləri CM-in 234.1-ci maddəsi ilə tövsif olunaraq onlar barəsində cinayət işləri başqa icraata ayrılmışdır. Tovuz Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmündən görünür ki, X20 25 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 150 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüş, bu əməlinə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini özünümüdafiə xarakterli, həqiqətə uyğun olmayan kimi qiymətləndirib, onun şahid qismində verdiyi ifadəsini əsas götürsə də, həmin ifadəni təsdiq edən digər sübutları əldə etməmişdir. Təqsirləndirilən şəxs verilən ittihamın məzmunundan görünür ki, o, 2022-ci ilin yanvar ayının axırlarında istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq cəmi 1,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özü ilə daşıyaraq, üzərində gəzdirib saxlamış və 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitədən 5 (beş) ədəd ağ salfet kağızına bükülmüş hissəsini Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmış, həmin narkotik vasitənin bir hissəsi, yəni 1,45 qram çəkidə olan hissəsi 25 yanvar 2022-ci il tarixdə onun üzərindən aşkar edilmiş, Şahid5 tərəfindən Şahid6 verilmiş 5 (beş) bükümdən 3 (üç) bükümünü sonuncu özü qəbul etmiş, qalan 2 (iki) büküm, yəni cəmi 0,39 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə 27 yanvar 2022-ci il tarixdə Şahid6 üzərindən aşkar edilmişdir. Verilmiş ittihamdan belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs 50 manat müqabilində Şahid5 cəmi 0,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Lakin Təqsirləndirilən şəxs məhz naməlum mənbədən əldə etdiyi və Murad Əgərova verdiyi narkotik vasitənin bir hissəsini, yəni 1,45 qramını özündə saxlaması heç bir sübutla təsdiq olunmur. Həmin narkotik vasitənin 25 yanvar 2022-ci il tarixdə öz istifadəsi üçün əldə olunması isə digər sübutlarla təkzib edilmir. Məhkəmə-bioloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli rəyindən görünür ki, X11 aşkar edilmiş sellofan torbadakı, Təqsirləndirilən şəxs aşkar edilmiş sellofandakı və Şahid6 aşkar edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 32.2.3-cü maddəsinin tələblərinə görə, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir. Həmin Məcəllənin 85.2.1-ci maddəsinə əsasən müstəntiq cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir: Cinayət-Prossesual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət-Prossesual Məcəlləsinin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq hərəkətləri həyata keçirmək vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, yuxarıda şərh olunan sübutlara əsasən cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar üç epizod müəyyən edilmişdir ki, məhkəmə kollegiyası bu epizodların hər birini ayrı-ayrılıqda analiz etməyi zəruri bilir. 1) 20 yanvar 2022-ci il tarixdə Şahid5 tanışı Şahid6 üçün 10 manat müqabilində Təqsirləndirilən şəxs vasitəsilə qurudulmuş marixuana əldə etmişdir. Cinayət işinin istintaqı zamanı bu epizod üzrə narkotik vasitə artıq mövcud olmadığına görə qeyd olunan şəxslərin heç birinə ittiham verilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz”. Qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Bununla yanaşı, ikinci epizod üzrə onun əməlinə düzgün qiymət verilməsi üçün 20 yanvar 2022-ci il tarixdə baş vermiş hadisənin bəzi detallarına nəzər yetirmək vacibdir. Şahidlər Şahid5 və Şahid6 ifadələrindən görünür ki, 20 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Şahid5 «WhatsApp» vasitəsilə Təqsirləndirilən şəxs «WhatsApp» nömrəsinə mesaj yazıb, ondan 1 çəkimlik nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini soruşduqda Təqsirləndirilən şəxs təşkil edə biləcəyini yazaraq, onu da qonaq edib-etməyəcəklərini soruşmuş, qonaq edə biləcəkləri barədə cavab biləndə danışıb xəbər edəcəyini bildirmişdir. Narkotik vasitəni onlara çatdırarkən üstündən özünün istifadəsi üçün də az miqdarda götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni Eldar Qasımovdan aldığını və onunla telefon əlaqəsi saxladığını bildirmişdir. Telefon zənglərinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə saat 20 radələrində məhz Eldar Qasımova zəng edib danışmışdır. Belə ki, özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Eldar Qasımova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında həmin gün saat 19:49-dan 21:50dək bir neçə telefon danışığı olmuşdur. 2) 22 yanvar 2022-ci il tarixdə Şahid5 tanışı Şahid6 üçün 50 manat müqabilində Təqsirləndirilən şəxs vasitəsilə qurudulmuş marixuana əldə etmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, tanışı Şahid6 5 “çəkimlik” marixuana almaq üçün 22 yanvar 2022-ci il tarixdə saat 16-17 radələrində tanışı Şahid8 telefonu ilə Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu danışıb cavab verəcəyini, danışıq konturunun olmadığını və imkan varsa, ona həmin şəxslə danışması üçün 1 manatlıq kontur yükləməsini demişdir. O, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən «Favorit» mağazasında quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 1 manatlıq danışıq kontur yükləmiş, həmin vaxt yenidən Kamranın istifadəsində olan telefonla Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng edib, “ nəşə tapıb-tapmamasıilə maraqlanmış, Təqsirləndirilən şəxs da demişdir ki, “pulu gətir, hazır olanda deyərəm, gəlib götürərsən”. Bundan sonra «Ocaq» yeməkxanasına getmiş, Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs 5 (beş) bükümünün 50manat olduğunu demiş, Eşqinin verdiyi 50 (əlli) manatı Arzuya vermişdir. Pulu alarkən Arzu 1 saata kimi “nəşə”ni gətirib gələcəyini demişdir. Təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs onun nömrəsinə zəng edib, «Ocaq» yeməkxanasının yanına gəlib götürməsini demiş, o, «Ocaq» yeməkxanasın yanında Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu siqaret sellofanına bükülmüş bükülünü-marixuananı ona vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitəni Eldar Qasımovdan aldığını, həmin gün işdə olduğu üçün marixuanadan öz istifadəsi üçün götürmədiyini bildirmişdir. Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, həqiqətən 22 yanvar 2022-ci il tarixində saat 16:06da Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobiltelefon nömrəsinə zəng getmiş, bir neçə saniyəlik bir neçə telefon danışığı olmuşdur. Həmin zəngdən bir neçə dəqiqə sonra X24 Əhmədovun yuxarıda qeyd olunan nömrələri arasında telefon danışığı olmuş, bunun ardı ilə də Təqsirləndirilən şəxsla (***-***- **-**), Şahid5 arasında(***-***-**-**) mütəmadi zəngləşmələr olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş cədvəldən görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixdə saat 16.19-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə 1 manat məbləğində vəsait (kontur) mədaxiledilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitənin satışında deyil, alınmasında vasitəçi rolunu oynamış, birinci epizodda marixuanın üstündən özünün istifadəsi üçün götürməyi alıcıdan xahiş etmiş, ikinci epizodda isə narkotik vasitədən istifadə üçün götürməmişdir. Hər iki epizodda Təqsirləndirilən şəxs hər hansı bir mənfəət, qazanc əldə etməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Təqsirləndirilən şəxs əməli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bundan başqa, həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İkinci epizod üzrə 50 manat müqabilində Təqsirləndirilən şəxs tərəfindən əldə olunan narkotik vasitə-qurudulmuş marixuananın yalnız 0,39 qramı, yəni şəxsi istehlak miqdarından az olan hissəsi Şahid6 üzərindən aşkar olunmuşdur ki, bu da həm Təqsirləndirilən şəxs, həm də Şahid6 münasibətdə CM-in 234.1-ci maddəsinin tərkibini yaratmır. 3) Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə saat 17:40-da Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən 1 (bir) ədəd sellofan parçasına bükülmüş bükülüdə, cəmi 1,45 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Telefon zənglərinə dair məlumatlardan görünür ki, bundan qısa bir müddət əvvəl onun mobil telefon vasitəsilə Eldar Qasımovla danışması təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X6 Regional Bölməsinin 26 yanvar 2022-ci il tarixli, 16/113 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş kütlə- təmiz çəkisi 1,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olanqurudulmuş marixuanadır. Digər bir rəylə, yəni əlavə məhkəmə-bioloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 16/159 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 25 yanvar 2022-ci il tarixdə Eldar Qasımov və Təqsirləndirilən şəxs və 27 yanvar 2022-ci il tarixdə Şahid6 aşkar edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”ın 1-ci siyahısında narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi ilə bağlı törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən 25 yanvar 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin (1,45 qram) şəxsi istehlak miqdarından (5 qramdan) artıq olmadığına görə onun əməlində CM-in 234.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək, qeyd edir ki, CPM-in 145.3-cü maddəsinin tələbinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda sadalanan faktlardan açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham və əsaslandığı işin faktiki halları tamamilə şübhə və anlaşılmazlıqlardan ibarətdir və bu şübhələri aradan qaldırmaq üçün ittiham tərəfinin heç bir sübutu mövcud deyil. Həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində vermiş olduğu qismən etiraf ifadəsinə (üzərindən aşkar olunmuş narkotik vasitəni tapması, Eldar Qasımovdan dəfələrlə narkotik vasitə almasına dair göstərdiklərinə) əsaslanaraq düzgün olmayaraq onun əməlini ağır cinayət kimi tövsif etmişdir. Həmin qismən etiraf ifadəsi məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilmir və ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində şahid qismində vermiş olduğu qismən etiraf ifadəsi onun CM-in 234.3-1-ci maddəsi ilə təqsirlii bilinməsi üçün istifadə edilə bilməz. CPM-nin 401.2 və 401.2.1-ci maddələrinə əsasən məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. CPM-in 402.0.2-ci maddəsinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq narkotik vasitələrin alınmasında vasitəçilikdən ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş, apellyasiya məhkəməsində isə bir daha yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin mövcud olması təsdiq olunmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, iİttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki, məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1.2- 399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(100)-103/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən ləğv edilməli, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə bəraət verilməli və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, qanunsuz həbsdə saxlanılması və barəsində qanunsuz ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və qaydası izah edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, hazırlanmasında, emal edilməsində və ya daşınmasında təqsirli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən, təqsirli olan şəxslər müəyyən olunanadək iş üzrə maddi sübut olan Tovuz RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,37 və 0,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Tovuz Rayon Polis Şöbəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan: Şahid6 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizaları aparılmasına çəkilmiş 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində məhkəmə xərci dövlət büdcəsinin hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən 25 yanvar 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarından artıq olmadığına görə onun əməlində inzibati xəta tərkibi olsa da, onun inzibati məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 344-347, 349, 350, 353, 356, 357, 397-399, 401, 402 və 407-410cu maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(100)-103/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, qanunsuz həbsdə saxlanılması və barəsində qanunsuz ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və qaydası izah edilsin. İş üzrə maddi sübut olan Tovuz RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,37 və 0,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bu narkotik vasitələrin mənbəyi və təqsirli olan şəxslər müəyyən olunanadək Tovuz Rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə maddi sübut olan: Şahid6 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-ekspertizaları aparılmasına çəkilmiş 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində məhkəmə xərci dövlət büdcəsinin hesabına ödənilsin. Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən, Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsi ilə müəyyən edilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-16/2024
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-16/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver