Məhkəmə qərarları › İş №1(104)-160/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-160/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-160/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X4 (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)-186/2022 saylı hökmü ilə (sədrlik edən Ş.Ə.Məmmədova) xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumlu]u olmayan, Gəncə şəhəri, H.Əliyev prospekti, 265 saylı mənzildə pasport qeydiyyatında olan və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 5 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəza çəkdiyi müddətdə üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 20:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edil və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Şəmkir rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs oğlunu aldadaraq, oğlu Səbuhi Cəfərovun barəsində Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinə xitam verilməsinə köməklik edəcəyini vəd verməklə, vahid niyyətlə istintaqa dəqiq məlum olmayan günlərdə - 2020-ci ilin yay aylarında özünün Gəncə şəhərində yaşadığı evdə 120 manat pulunu, 2020-ci ilin sentyabr ayının ortalarında Gəncə şəhərində özünün yaşadığı evdə 5000 manat pulunu, 2022-ci ilin oktyabr ayının əvvəllərində Gəncə şəhərində özünün yaşadığı evdə 200 manat pulunu, 2020-ci ilin noyabr ayının əvvəllərində isə Şəmkir rayonu Könüllü kəndi ərazisində 800 manat pulunu, həmçinin istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu ərazisində 200 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6320 manat pulunu, yəni xeyli miqdarda əmlakını ələ keçirərək, dələduzluq cinayət əməlini törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, “qeyd olunan cinayət işi ilə bağlı aidiyyət qaydaları pozulmuşdur. Belə ki, CPM-nin 216.1-ci maddəsinin mənasına görə ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə aparılır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şəmkir rayonunun Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs oğlu həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında Gəncə şəhərində Təqsirləndirilən şəxs yaşadığı evdə ilkin olaraq 120 manat, 2020-ci ilin sentyabr ayının ortalarında Gəncə şəhərində özünün yaşadığı evdə 5000 manat, 2020-ci ilin oktyabr ayının əvvəlində Gəncə şəhərində özünün yaşadığı evdə 2000 manat, 2020-ci ilin noyabr ayının əvvəllərində isə Şəmkir rayonunun Könüllü kəndi ərazisində 800 manat ona pul verib. Cinayət işi zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılıb. Həmin ərizədə göstərilənlərə və zərərçəkmiş şəxsin verdiyi ifadələrə əsasən hadisə Gəncə şəhərində baş verib. Belə olan halda hansı əsaslarla cinayət işi Şəmkir rayon Polis şöbəsi tərəfindən başlanılıb və orada araşdırılıb? Eyni zamanda, işin hallarına görə, burada hər-hansı cinayət hadisəsindən söhbət gedə bilməz. Belə ki, zərərçəkmiş şəxs iddia edir ki, Təqsirləndirilən şəxs vəkil bilmiş, onunla müqavilə bağlamış, hətta onun adına notariat qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Bu səbəbdən də zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etməli, iddia tələbi sübut olunduğu halda cinayət işinin başlanması üçün aidiyyəti üzrə Gəncə şəhər Polis İdarəsinə müraciət etməli idi. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, doğrudan da Təqsirləndirilən şəxs adına müvafiq etibarnamə verilmiş, o, həmin etibarnamə əsasında nümayəndə olaraq bir sıra müvafiq hərəkətlər etmişdir. Həmin yardımların əvəzi olaraq zərərçəkmiş şəxs tərəfindən onun adına 200 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs həmin məbləği nəqliyyat haqqı olaraq xərcləmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona xidmət haqqı olaraq vermiş olduğu 200 manat pulu zərərçəkmiş şəxsin işi ilə bağlı xərcləməsinə baxmayaraq, geri qaytarmağı öz üzərinə götürmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə müqavilə bağlamaqda məqsədi yalnız onun probleminin həllində yardımçı olmaq olmuşdur”. Həmçinin hökmdən Zərərçəkmiş şəxs oğlu apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, “birinci instanasiya məhkəməsi ona dəymiş ziyanın ödənilməməsi, Təqsirləndirilən şəxs cinayət əməlinin tam sübuta yetirilməsinə baxmayaraq, özünü təqsirli bilməməsi, əvvəllər məhkum edilməsi və məsuliyyətini yüngülləşdirici halların olmamasına baxmayaraq, ona yüngül cəza vermişdir. Həmin cəza Təqsirləndirilən şəxs islah etməyəcək və onun tərəfindən yetirilmiş ziyan ödənilməyəcəkdir. Ona görə də ona daha ağır cəza-azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdilər, öz apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər. Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev müdafiə tərəfinin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. İş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Həmçinin məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ədalətli cəza təyin etmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və həmin şikayətə münasibətdə məhkəmənin hökmü dəyişdirilməməlidir. Dövlət ittihamçısı zərərçəkmiş Zərərçəkmiş şəxs oğlunun apellyasiya şikayətinə münasibətdə məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs oğlu məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iştirak etmiş, məhkəməyə ərizə təqdim edərək, verdiyi apellyasiya şikayətinin təmin olunmasını, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin isə əsassız və qeyri-obyektiv olduğundan təmin edilməməsini, xəstəliyi ilə əlaqədar məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyi ilə əlaqədar iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, hökm isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməsi ilə bağlı mövqeyi ilə, habelə məhkəmənin qiymətləndirməsi ilə tamamilə razılaşır və aşağıdakıların vurğulanmasını vacib hesab edir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci mad.). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci mad.) Müdafiə tərəfinin apellyasiya şikayətindəki tələbi məhkum edilmiş şəxsə CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən göründüyü kimi, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin sübutların qısa məzmununu hazırkı qərarda təkrarlamağı zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs əsassız dəlilər gətirərək əvvəlcə ifadəsində, ümumiyyətlə, Zərərçəkmiş şəxs oğlunu tanımadığını, psixiatrik xəstəlikdən əziyyət çəkməsini bildirmiş, sonra isə ifadəsini dəyişərək göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlunu 2020-ci ilin iyul ayından əmisi nəvəsi X2 vasitəsilə tanımış, Məhəmməd Elxanın kürəkəni İslamla dost olmuşdur. Uzun illər məhkəmələrdə nümayəndə kimi iştirak etdiyinə görə Elxanın oğlu Səbuhinin polisdə olan işinə köməklik etmişdir. O, İslamın xahişi ilə Elxanla görüşmüş, Elxan ona bildirmişdir ki, oğlu Səbuhi işlətdiyi kafedə mübahisə edən zaman bir nəfərə qayçı ilə xəsarət yetirmiş və buna görə Şəmkir rayon polis şöbəsində barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hüquqla bağlı müəyyən məsləhətlərini Elxana vermiş, Elxanla görüşdüyü zaman ona hüquqi yardımlar göstərmişdir. Elxandan oğlunun işi ilə bağlı 200 manat yol pulu almış və sonra o pulu da qaytarmışdır. Elxanın oğlu Səbuhinin barəsində olan cinayət işinə xitam verilməsi ilə bağlı kimsəyə söz verməmişdir. Aralarında Elxanın oğlunu təmsil etmək üçün etibarnamə olmuşdur, ona görə də bu iş mülki xarakterli işdir. Zərərçəkmiş şəxs oğlu birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, oğlu Səbuhi 2020-ci ilin iyun ayının 6-da yaşadığı kənddə həmkəndlisi Şöhrət adlı şəxslə mübahisə zamanı vuraraq xəsarət yetirdiyinə görə Şəmkir RPŞ-də oğlu Səbuhinin barəsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Gəncə şəhərində yaşayan kürəkəni X11 ona tanışı Məhəmmədin xalası İradənin keçmiş vəkil olduğunu, İradənin hüquq mühafizə orqanlarında olan cinayət işlərinə köməklik edə bilməsini, lazım olsa, cinayət işini xitam etdirə biləcəyini bildirmişdir. İslamdan onu İradə ilə görüşdürməsini xahiş etmişdir. Həmin vaxtı o, kürəkəni İslamın vasitəsi ilə Gəncə şəhərinə gedərək Məhəmmədlə bir evin qarşısında görüşmüş, Məhəmməd onu evin içərisinə dəvət edərək adının sonradan İradə olduğunu bildiyi, dolu bədən quruluşlu, alçaq boylu bir qadınla tanış etmişdir. Həmin vaxtı Məhəmməd İradənin əvvəllər məhkəmədə vəkil işlədiyini bildirmişdir. İradə ilə oturub söhbət edərkən İradə əvvəllər məhkəmədə vəkil işlədiyini, proseslərin birində hakimin xalatını cırdığı üçün vəkillikdən kənarlaşdırıldığını bildirmişdir. Həmçinin məhkəmədə və polis orqanlarında kifayət qədər yaxın adamlarının işlədiyini, hər bir işə köməklik edə biləcəyini demişdir. İradə ona işin hansı müstəntiqdə olması barədə sual vermiş, o da işin müstəntiq Rauf Sadıqovda olduğunu bildirmişdir. İradə də həmin vaxtı müstəntiq Raufa zəng edərək iş barədə soruşmuş, bildiyi qədər də Rauf işin özündə olduğunu bildirmişdir. Eyni zamanda, həmin vaxt İradə ona etibarnamə verməyi, Səbuhinin işini xitam etdirə biləcəyini bildirmişdir. 07 sentyabr 2020-ci il tarixdə İradəyə oğlunun işini həll etməsi üçün Şəmkir Notarial kontorunda etibarnamə yazdırmışdır. Bundan sonra o, arvadı Şəlalə ilə birlikdə etibarnaməni də götürərək İradənin kirayədə yaşadığı evə getmişdir. Orada yenidən onun oğlu Səbuhinin işi barədə söhbət edərkən İradə işə xitam verdirəcəyini bildirmiş və buna görə ilkin olaraq hansısa hesaba ödəmək üçün 120 manat pul istəmişdir. Bu vaxt o, cibindən 120 manat çıxardaraq İradəyə vermişdir. İradə isə həmin günü onlara başqa məbləğ deməmiş, işlə maraqlandıqdan sonra bir söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Şəmkir rayon polis şöbəsinin yanında olduğu zaman Məhəmməddən hansı məbləğdə pul lazım olduğunu soruşduqda Məhəmməd İradənin işi həlli üçün 8000 (səkkiz min) manat pul istədiyini bildirmişdir. O, Məhəmmədə o qədər imkanı olmadığını demişdir. Bundan sonra o, başqa məqsədlə bankdan kredit olaraq götürdüyü puldan qalmış 5000 (beş min) manat pulu götürüb dəqiq tarixi xatırlamadığı gün -2020-ci ilin sentyabr ayında arvadı Şəlalə və qızı Günay ilə birlikdə idarə etdiyi avtomobillə İradənin kirayə yaşadığı Gəncə şəhərində X7 binasının yaxınlığında yerləşən evinin qarşısına getmişdir. Qızı Günay avtomobildə qalmış, o da 5000 manat pulu özü ilə götürərək arvadı Şəlalə ilə birlikdə İradənin yaşadığı evə daxil olmuşdur. Həmin vaxtı İradənin evində heç kim olmamış, özünü İradənin bacısı oğlu kimi təqdim edən Məhəmməd isə küçədə dayanıb telefonla danışmışdır. Götürdüyü pul 50 ədəd 100 manatlıq əskinazdan ibarət olmuşdur. 5000 manat pulu arvadının yanında İradəyə vermişdir. İradə ona həmin pulu götürüb polis əməkdaşları ilə danışacağını, həmin pulla həll edə bilməyəcəyi halda, əlavə pul lazım olacagını bildirmişdir. Eyni zamanda, onlara oğlunun işini, ola bilsin, həmin puldan aşağı məbləğə də həll edə biləcəyini demişdir. Bir neçə gündən sonra İradə ona işin Şəmkirdə həll oluna bilməyəcəyini, hadisənin guya dəmiryolunda olduğu kimi sənədləşdirəcəyini və işi Gəncə stansiyasında X21 göndərtdirəcəyini demişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində İradə ona Səbuhinin barəsində istintaq edilən cinayət işinin Gəncə stansiyasında X21 göndərildiyini və orada xitam elətdirəcəyini bildirmişdir. Həmin vaxtlar Vətən müharibəsi başlamışdır. Lakin cinayət işi Gəncə stansiyasında X16 xitam olunmamışdır. İradə həmin vaxt işlə bağlı Bakıya getmək üçün əlavə olaraq 200 (iki yüz) manat istəmişdir. Pulu olmadığını bildirib, kürəkənindən borc alıb göndərəcəyini bildirmişdir. İradə həmin pulla avtomobil icarəyə götürərək, Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, kürəkəni İslama 200 manat pul verərək, həmin pulu aparıb İradəyə verməsini xahiş etmişdir. İslam da İradənin bacısıoğlu Məhəmmədin iştirakı ilə İradəyə 200 (iki yüz) manat pulu aparıb vermişdir. İradə Bakı şəhərinə gedib-gəlmiş və əlavə olaraq 1000 (min) manat pul lazım olduğunu bildirmişdir. O isə İradəyə 800 manat pulunun olduğunu və 200 manat pulu əvvəl verdiyini, həmin pulun hesabı ilə 1000 manat verəcəyimi bildirmişdir. İradə də onunla razılaşmışdır. Daha sonra İradə ona telefonda “Covid 19” virusuna yoluxduğu üçün pulu gəlib özü götürə bilməyəcəyini və həmin pulu bacısıoğlu adlandırığı şəxs Məhəmmədin gəlib götürəcəyini bildirmişdir. O, Məhəmmədlə Şəmkir rayon X17 Şəmkir rayonu ərazisində yerləşən postunun yaxınlığında görüşmüş və 800 manat pulu Məhəmmədə vermişdir. Həmin vaxt arvadı Şəlalə avtomobildə olmuşdur. Məhəmməd həmin pulu İradəyə verəcəyini demişdir. Bundan sonra İradə ilə telefonda danışarkən ona Səbuhinin barəsində istintaq edilən cinayət işinə tam olaraq xitam veriləcəyini bildirmişdir. Həmin ərəfədə İradə ona Səbuhinin barəsində istintaq edilən cinayət işinin Gəncə Stransiya X16n Gəncə şəhər Baş polis idarəsinə göndərildiyini və cinayət işinin istintaqını Sahil adlı müstəntiq apardığını bildirmişdir. Müstəntiq oğlu Səbuhinin işini Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmiş və oğlunu həbs etmişdir. Həmin vaxtı artıq o, İradənin onları aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Buna görə də o, İradədən pulunu geri istəmiş, lakin İradə pulun 500 manatını ona Məhəmməd vasitəsilə göndərmişdir. Oğlu Səbuhinin barəsində cinayət işi Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Bundan sonra o, İradənin dələduz olmasını bilmişdir. İradəyə zəng etdikdə, İradə onun zənglərinə cavab verməmişdir. Cavab verəndə isə ondan pul almadığını bildirmişdir. O, İradayə ümumilikdə 6300 (altı min üç yüz) manat pul vermişdir. Şəmkir rayonu əraizsində xatırlamadığı tarixdə İradəyə 200 pul vermişdir. İradə onun pulunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X8, X11 və X9 ifadələrində Zərərçəkmiş şəxs oğlunun göstərdiyi xüsusatları bildirmişlər. X1 birinci instansiya məhkəməsində bildirmişdir ki, özünə məxsus avtomobillə ticarət mərkəzinin qarşısında duraraq taksi fəaliyyəti ilə məşğul olan İslamla münasibəti yaranmışdır. İslamla tanış olduğu zamanlarda təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində söhbət etdiyi zaman İslam qaynı Səbuhinin yaşadığı kənddə kiməsə bıçaqla xəsarət yetirdiyini və buna görə Şəmkir rayon polis şöbəsində barəsində cinayət işinin istintaq olunduğunu bildirmişdir. Ondan qaynına köməklik edəcəyi hər hansı tanışının olubolmadığını soruşmuşdur. O da uzaq qohumu olan, əvvəllər vəkil kimi işləyən İradə barədə İslama demiş və İradə ilə onları tanış edəcəyini bildirmişdir. Həmin vaxt İslam və İslamıbn qaynatası Elxanı İradənin yaşadığı evə apararaq, İradə ilə onları tanış etmişdir. Həmin vaxtdan sonra o, İradə ilə Elxanın söhbətinə qarışmamışdır. İradə ilə Elxanın arasında nə söhbət olmasını bilməmişdir. İradə ilə Elxanı tanış etdikdən bir müddət sonra İslam onun yanına gələrək, 200 manat pul vermiş və həmin pulu İradəyə verməyi xahiş etmişdir. O, İslamdan nə söhbət olduğunu soruşduqda İradənin Elxanın oğlunun işi ilə bağlı Bakı şəhərinə gedəcəyini və həmin pulu da İradəyə yol pulu kimi verdiklərini bildirmişdir. O da İslamdan götürüb pulu İradəyə vermişdir. Bir müddət sonra- 2020-ci ilin oktyabr ayında İradə Covid-19 xəstəliyinə yoluxmuşdur. Həmin vaxtı İradə ona zəng edərək, Elxanla görüşməyi və Elxanın verəcəyi pulu götürüb çatdırmağı xahiş etmişdir. Taksi ilə Şəmkir dövlət yol polisi postunun yaxınlığına gəlmiş və Elxanın orada öz avtomobili ilə olduğunu görmüşdür. O, Elxanın avtomobilinə əyləşmişdir. Elxan ona 800 manat verərək, pulu İradəyə verməyi xahiş etmişdir. O da Elxana İradənin 1000 manat dediyini bildirdikdə, Elxan əvvəl 200 manat vediyini, ona görə hazırda 800 manatdan artıq pul verməyəcəyini bildirmişdir. Elxanda 800 manat pulu götürərək, aparıb İradəyə vermişdir. Sonradan Elxan ona dəfələrlə zəng edərək İradənin Səbuhinin işinə görə onlardan 6000 manat pul aldığını, lakin oğlu Səbuhinin işinə heç bir köməklik etmədiyini bildirmişdir. O da Elxana “sən mənə pul verməmisən, sizin pul söhbətində də mənim heç bir iştirakım olmamışdır”-demişdir. Elxan da İradə ilə onun tanış etdiyini, İradənin onun oğlunun işinə heç bir köməklik etmədiyini demiş İradənin yerini soruşmuşdur. O, hazırda İradənin yerini bilmədiyini, öyrənəcəyi halda məlumat verəcəyini demişdir. Eyni zamanda, Elxanın çox narazılıq etdiyini görüb, Elxanın sonuncu dəfə İradəyə vermək üçün ona verdiyi 800 manat pulun 500 manatını bir, daha sonra isə 300 manatnı qaytarmışdır. İradəyə isə Elxanın 800 manatını qaytardığını bildirmişdir. İradə ona heç bir söz deməmişdir. Sonradan eşitmişdir ki, Elxan İradə tərəfindən aldadılmasını bildirərək, bu barədə polis şöbəsinə ərizə ilə şikayət etmişdir. İradənin Səbuhinin işinin həlli üçün pul almasını Elxandan və İslamdan eşitmişdir. Ona təqdim edilən səs yazısının özünə məxsus olduğunu və həmin vaxt Zərərçəkmiş şəxsla danışdığını bildirmişdir. Birinci instansiya məhkəmə iclasında şahid kimi dindirlimiş Şəmkir rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi Rauf Sadıqov bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə heç bir telefon əlaqəsi saxlamamış, ona heç bir vəd verməmişdir. Cinayət işinin materiallarında olan etibarnamədən görünür ki, zərərçəkmişin oğlu tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə arasında etibarnamə olmasına istinad etsə də, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verdikdən sonra həmin etibarnaməni verdiyini göstəmişdir. Bnirinci instansiya məhkəməsi hökmdə əsaslandırmışdır ki, cinayət qanunvericiliyində etibarnamə yalnız yaxın qohumlara və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə verilir. Təqsirləndirilən şəxs isə Səbuhi və Zərərçəkmiş şəxsların yaxın qohumu, habelə qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən vəkil olmamışdır; sonradan tərtib edilmiş etibarnamə isə Təqsirləndirilən şəxs öz əməllərini pərdələmək məqsədi güdmüşdür. İbtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində elan olunmuş sübutlardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs oğlu, şahidlər X8, X11 və X9 Təqsirləndirilən şəxs ilə üzləşdirilmişlər və onların hər biri bu istintaq hərəkətində yuxarıda qeyd olunan ifadələrindəki xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş WhatsApp səs yazıları və telefon danışıqlarına aid məlumatlar olan disklər üzrə tərtib edilmiş cədvəl və protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səslər göndərərək, onun oğlu Səbuhinin işi ilə bağlı polis şöbəsində olduğunu, işlə maraqlandığını, işi həll edəcəyini, müstəntiqlə görüşdüyünü bildirir; Məhəmməd adlı şəxs isə səs yazısında Zərərçəkmiş şəxs 200 manat və daha sonra 800 manat götürüb Təqsirləndirilən şəxs verdiyini etiraf edir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında mütamadi olaraq danışıqlar aparılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs bəraət verilməsinə dair müdafiəçisinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərə və Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (500 manat) cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bu əsaslarla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası deyil, bu cəzaya nisbətən daha yüngül- azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə Təqsirləndirilən şəxs qadın olmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunmuş cəza onun islah olunması üçün yetərlidir, cəzanın ağırlaşdırılması humanizm prinsiplərinə uyğun deyil. Ona görə də zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3 və 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)-186/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)- 186/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)-186/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar