Məhkəmə qərarları › İş №1(104)-166/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-166/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-166/2023 13.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(076)-167/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(076)-167/2022 saylı (sədrlik edən hakim T.V.Musayev) hökmü ilə xx.xx.1972-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 (alti) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması və hökmün icrasının Şəmkir rayon İcra va Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmə əsasən, xx.xx.2022-ci il tarixdə saat 11 radələrinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən "Şəmkir Səbət Bazarı”nın içərisində keçmiş qudası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla vuraraq ona sol gözaltı nahiyənin dərialtı hematoması və burun yəhərinin sol yarısının əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən saglamlığına yüngül zərər vurmuşdur. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-167/2022 saylı hökmünü ləğv edib, cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-167/2022 saylı hökmündən narazı qaldığı üçün apellyasiya şikayəti verdiyni və həmin iş apellyasiya məhkəməsinin icraatında məhkəmə baxışında olduğunu, ona təyin edilmiş cəzasını çəkdiyini, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin hökmü ilə razılaşdığını, hökmdən verdiyi apellyasiya şikayətinə baxılmasına imtina etdiyini bildirmiş, buna görə də apellyasiya şikayətindən imtinanı qəbul edib, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasından əvvəl məhkum Təqsirləndirilən şəxs telefon əlaqəsi saxlayaraq məhkəmə iclasına gəlməyəcəyini bildirərək apellyasiya şikayətinə imtinasının qəbul edilərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinanın nəticələri izah edilmiş, o, apellyasiya şikayətindən imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə kollegiyası proses tərəflərinin fikirlərini dinləyərək məhkəmə iclasının məhkum Təqsirləndirilən şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə apellyasiya şikayətini verən şəxsin öz apellyasiya şikayətini geri götürmək hüququ var. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin müddəalarına müvafiq olaraq qəbul etdiyi qərarlardan biri də apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərardır. Həmin Məəcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Hazırkı iş üzrə cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti, eləcə də apellyasiya protesti yoxdur. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)- 167/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etdiyinə görə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390, 391.3.10 və 391.11-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(076)-167/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etdiyinə görə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar