Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-167/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X1 (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Cəlilova Elminaz Anar qızının katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «16» noyabr 2022-ci il tarixli, 1(100)-317/2022 saylı hökmü ilə (hakimlər D.H.İmanov (sədrlik edən), X.H.Səmədov və R.N.Ələkbərli) xx.xx.1987-ci ildə Samux rayonunun Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Samux rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 24 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətlərini yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün əsassız, işin faktiki hallarına uyğun olmadığından və cəza təyin edilməsi hissəsində cinayət qanununun normalarının düzgün tətbiq edilməməklə təyin edilmiş cəzanın yüngüllüyü əsası ilə ləğv edilməsini, CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya şikayətində qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunması hissəsində məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən belə nəticəyə gəlmişdir ki, o xuliqanlıq niyyəti ilə deyil, aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı Semur İbrahimova qarşı nalayiq ifadə işlətdiyi üçün şəxsi münasibətlər zəmnində mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs irad bildirərkən sonuncu yumruqla onu vurmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, təqsirləndirilən şəxsin niyyəti xuliqanlıq niyyəti kimi qiymətləndirilməməlidir. İşin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan maşınla hərəkətdə olarkən əvvəldən tanıdığı Semur İbrahimovla qarşılaşmış, etik olmayan ifadə ilə onunla salamlaşmış, Şahid1 onunla birlikdə maşında olan ailə üzvlərinin yanında pərt olduğuna görə əvvəlcə o, Zərərçəkmiş şəxs zəng vurmuş, telefonla danışıq baş tutmadığı üçün bir müddət sonra Zərərçəkmiş şəxs Şahid1 zəng edərkən sonuncu ailə üzvlərinin yanında qeyri-etik söz işlədiyinə görə Rəşada öz iradını bildirmiş, Rəşad da öz növbəsində, yanlış hərəkət etdiyi üçün üzr istəmiş və Semura təklif etmişdir ki, kiçik oğlu ilə birlikdə görüşmək üçün yaxınlıqda olan çayxanaya gəlsinlər. Semur da təkliflə razılaşıb oğlu ilə birlikdə çayxanaya getmiş, bu zaman aralarındakı anlaşılmazlıq həll edildiyi halda, Təqsirləndirilən şəxs onların yanına gələrək yenidən Zərərçəkmiş şəxs sərt formada öz iradını bildirmiş, bu zaman yenidən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən vurmuşdur. İbtidai istintaqın əvvəlindən sonunadək, hətta hazırki iş üzrə əvvəlki məhkəmə istintaqı zamanı da nə təqsirləndirilən şəxs, nə zərərçəkmiş, nə də hadisə yerində olmuş şahidlər ifadələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurmasını göstərməmişlər. Əksinə, həmin ifadələrdən görünür ki, Semurla Rəşad arasında barışıq olduqdan sonra Vüsal Rəşadla kobud formada danışdığı üçün mübahisə yaranmışdır. Həm əvvəlki, həm də hazırki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Rəşadı qardaşına qarşı işlətdiyi qeyri-etik ifadəyə görə vurduğunu bildirmişdir. Məhkəmə həmin hissədə ifadələri təhrif etmişdir. İfadələrin təhrif edilməsi məhkəmənin hadisənin mexanizmi ilə bağlı gəldiyi nəticədən açıq-aşkar görünür. Belə ki, hökmün giriş, həmçinin əsaslandırma hissəsində məhkəmə hadisənin necə baş verməsi ilə bağlı gəldiyi nəticəni təsbit etməmiş, təhrif etdiyi ifadələrdə göstərdiyi mexanizmi qeyd etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilen cinayəti xuliqanlıq niyyətilə törətməsi işin bütún faktiki halları ilə təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı olmaqla, hadisəyə səbəb olmuş Semur İbrahimov da həm ibtidai, həm də məhkəmə istintaqı zamanı ifadələrində göstərmişdir ki, işlətdiyi qeyri-etik ífadəyə görə Zərərçəkmiş şəxs irad bildirdikdə sonuncu ondan dəfələrlə üzrxahlıq edərək onunla dostyana görüşmək istəmiş, hətta S.lbrahimovdan xahiş etmişdir ki, görüşə oğlunu da gətirsin. Qeyd edilən xűsusat bir daha sübut edir ki, Rəşad işlətdiyi ifadəyə görə peşmançılıq çəkmiş və dalaşmaqla bağlı hər hansı niyyəti olmamışdır, əksinə, Təqsirləndirilən şəxs isə düzəlmiş münasibatləri yenidən pozaraq mübahisə yaratmış və əvvəlcədən üzərində gətirdiyi bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üzərində bıçaqla hadisə yerinə gəlməsi onun niyyətini şəksiz təsdiq edir. Üzrxahlıq etmək üçün őz balaca oğlu ilə görüşə gələn Rəsad Aģazadənin Təqsirləndirilən şəxs qarşı hər-hansı aktiv hərəkət etməsi absurddur. Yuxarıda qeyd edilen xüsusatlar Semur İbrahimovun verdiyi bütün ifadələrdə, eyni zamanda, zərərçəkmiş Zərərçəkmiş şəxs, habelə hadisəni birbaşa görmüş Şahid2 ifadələrində öz əksini tapmışdır. İfadələrin mötəbərliyinə diqqət edərkən nəzərə almaq lazımdır ki, hazırkí iş üzre ibtidai istintaq zamanı verilmiş ifadələrdən başqa Gənce Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış və ləğv edilmiş xx.xx.2022-ci il tarixli hökmlə bağlı da məhkəmə istintaqı aparılmışdır. Məhkəmə qənaətə gələrkən həmin ifadələri de qarşılıqlı müqayisə etməli idi. Bunun əksinə olaraq məhkəmə heç bir tədqiq və müqayisə aparmadan spontan formada işin faktiki hallarına uyğun gəlməyən mexanizm müəyyən etməyə çalışmışdır. Həmçinin hadisə nəticəsində Təqsirləndirilən şəxs hər hansı xəsarət alması iş materialları ilə təsdiq edilmir. Qeyd edilənləri ümumiləşdirərək o qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs ilə Semur İbrahimov arasında yaranmış mübahisə Zərərçəkmiş şəxs həm telefonla, həm də üzbəüz danışıq zamanı üzrxahlıq etməsi ilə yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü nümayiş etdirərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs bıçaqla vurub sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə cinayətin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəmnində törədilməsi qənaətinə gələrkən yuxarıda qeyd edilənləri nəzərə almamış və yanlış nəticəyə gəlmişdir. 12 dekabr 2002-ci il tarixli Plenum qərarına əsasən, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qəsdən adamöldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq níyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məselən, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan mehrum etmək). Bundan başqa, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayatlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda. xuliqanlıq hərəkəti taqsirkarın təhlükəli davranışıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldūrmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlini əsassız olaraq tövsif etməklə yanaşı, həmçinin ona maddənin sanksiyasında müəyyən edilmiş hüdudlardan kənara çıxmaqla, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz, cinayətin ağırlığına və məhkumun şəxsiyyetinə uyğun olmayan cəza təyin etmişdir. Qeyd edilən cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin bilavasitə obyekti şəxsin sağlamlığının qorunmasını təmin edən ictimai münasibətlər, təqsirin forması cinayətin qəsdən törədilməsidir. Həmin cinayətin ictimai təhlükəliliyi cinayətin obyekti ilə birbaşa bağlıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə maddənin sanksiyasında müəyyən edilən cəzanın aşağı həddindən də az cəza təyin edərkən cinayət qanununun normalarını düzgün tətbiq etməmiş və nəticədə onun törətdiyi əməlin ağırlığına və onun şəxsiyyətinə uyğun gəlməyən cəza təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsini tətbiq edib daha yüngül cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulan ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. İşin hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün hər-hansı müstəsna hal olmamış, əksinə, hadisə zamanı əsaslı səbəb olmadan bıçaqla müvafiq xəsarətlər yetirməsi və cinayətin mexanizminə uyğun gəlməyən ifadələr verməsi ona yüngül cəza təyin edilməsini deyil, məhz maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini şərtləndirir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün əsassız, işin faktiki hallarına uyğun olmadığından və cəza təyin edilməsi hissəsində cinayət qanununun normalarının düzgün tətbiq edilməməklə təyin edilmiş cəzanın yüngüllüyü əsası ilə ləğv edilməsini, CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspert rəyləri və işdə olan digər sənədlərlə onun Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti qismən təmin olunmalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilməlidir. Apellyasiya protestinin dəlillərində və ittiham tərəfinin çıxışında əməlin hüquqi tövsifi mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə apellyasiya protestinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Lakin, bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edərkən qeyd etmişdir ki, “Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə əsaslı səbəb olmadan kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətini yetirmişdir. Belə olduğu halda, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məhkəmə iclasında elan edilərək araşdırılmış- ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin hazırki iş üzrə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, iş materiallarında mövcud olan digər sübutlarla müəyyən edilmişdir ki, 23 iyun 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxsin arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs yumruqla vurması olmuşdur. Bu isə ona dəlalət edir ki, cinayət hadisəsinin baş verməsinin təşəbbüskarı məhz zərərçəkmiş şəxs olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, həmçinin əlavə olaraq qeyd edir ki, həqiqətən işin hallarına nəzər saldıqda görünür ki, hadisənin baş verməsinin təşəbbüskarı zərərçəkmiş şəxs olmuşdur. Belə ki, ibtidai istintaq və məhkəmə zamanı mötəbər sübut hesab olunan ifadələrlə müəyyən olunur ki, hadisə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qardaşına arvadının yanında “cındır” ifadəsini işlətməsindən sonra baş vermişdir. Bu ifadədən sonra Vüsal və ya qardaşı deyil, məhz Zərərçəkmiş şəxs telefonla danışarkən görüşmək istədiyini bildirmişdir. Hadisə zamanı isə Vüsal yalnız Rəşada iradını bildirmiş, ilk olaraq Rəşad Vüsalı vuraraq yıxmış, daha sonra Vüsal ona xəsarət yetirmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, Vüsalla zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, hadisənin təşəbbüsakrı isə bilavasitə zərərçəkmiş şəxs olmuşdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərərvurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməsi ilə bağlı mövqeyi ilə, habelə məhkəmənin qiymətləndirməsi ilə tamamilə razılaşır. Cəza məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62- ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları müstəsna hal kimi nəzərə alaraq barəsində CM-in 62-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsində nəzərdə tutulmuş (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəza təyini zamanı əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə nəzərdən keçirilməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olmaqla cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olmaqla onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların tələbləri baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, apellyasiya protestinin əsaslı olduğu müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi protest müəllifi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin əsassızlığını xüsusilə onda görür ki, birinci instansiya məhkəməsi cinayətin ictimai təhlükəliliyinə, xarakterinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi əhəmiyyət verməmiş, müstəsna olmayan halları Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar kimi qiymətləndirmişdir. Əslində, hökmdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallar Təqsirləndirilən şəxs cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əməlindən səmimi peşman olması ilə bağlı olan xüsusatlardır. Lakin Cinayət Məcəlləsinin nə 62.1-ci maddəsi, nə də ki, cəzanın təyin olunması məsələlərinə həsr olunmuş digər müddəaları bu kimi xüsusatların ayrılıqda götürülməklə, işin digər hallarından, o cümlədən cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, törədilmə hallarından asılı olmayaraq - özü-özlüyündə cəzanın AR CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərini təmin etməyəcək həddə yüngülləşdirilməsini şərtləndirən hallar kimi qiymətləndirilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır. Hazırki işin cinayətin ictimai-təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq halları isə odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 15.3-cü maddəsində ağır cinayət kimi təsnif edilən qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətmiş, həmçinin zərərçəkmiş şəxs ona yumruqla vurduğu halda, o qarşılığında yumruq və ya təpikdən istifadə etməmiş, məhz bıçaqla ona xəsarət yetirmişdir. Cinayətin xarakterini və ictimai təhlükəliliyini səciyyələndirən bu cür halların fonunda məhkəmənin Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etməsi onu göstərir ki, həmin məhkum barəsində qeyd olunan güzəştli institut tətbiq olunarkən onun şəxsiyyəti ilə yanaşı, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi lazımınca nəzərə alınmamışdır. Qeyd olunanlar onu göstərir ki, əslində məhkəmənin Təqsirləndirilən şəxs CM-in 62ci maddəsinin qaydaları əsasında təyin olunmuş həmin cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının həmin güzəştli institutun tətbiqinə yol verməsinə dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 62-ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə, güzəştli institutun tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət verilməməsi ilə) təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası- cəzanın nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini (o cümlədən, sosial ədalətin bərpasını) təmin edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir, hökmdən CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməli olduğunu qeyd etsə də, qanunun normalarını düzgün tətbiq etməyərək, hökmün nəticə hissəsində CM-in 62-ci maddəsinə istinad etmədən ona CM-in 126.1-ci maddəsinin sanksaiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi. hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(100)-317/2022 saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 6 ay müddət ona hazırki qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(100)-317/2022 saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 6 (altı) ay müddət ona hazırki qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(100)-317/2022 saylı hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-167/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-167/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver