Məhkəmə qərarları › İş №1(104)-17/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-17/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-17/2024 20.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X30 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Rüstəmova Mülayim Akif qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs (mülki cavabdeh) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X18, Məhkum (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(100)-6/2023 nömrəli hökmündən zərərçəkmiş şəxslərin hüquqi varisləri N.Süleymanov və Q.Mustafayeva, Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Nural Əliyevin sədrliyi, hakimlər Dadaş İmanov və Elmin Rüstəmovdan ibarət tərkibdə) 07 aprel 2023-cü il tarixli 1(100)-6/2023 saylı hökmü ilə 23 avqust 1972-ci ildə Ermənistan Respublikası, Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, kombayn sürüçüsü işləmiş, əvvəllər məhkum olunmamış, Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən həbsdə olan, hazırda Azərbaycan Respublikası ƏN-in PX-in 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2021-cil il tarixdən hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X15 tərəfindən Təqsirləndirilən şəxs münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X15 tərəfindən Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə münasibətdə verilmiş mülki iddiaların baxılmamış saxlanılması hökm edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə saat 09:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edərək yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qaydada həyata keçirilməsini, yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan Nazirliklərlə razılaşdırmadan qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğu ilə birlikdə eni 3,85 metr olmaqla 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçən, Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə və AB 011433 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdyi “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müşayiət avtomobili ilə müşayiət edilmədən Samux-Gəncə avtomobil yolunun Çobanabdallı kəndindən keçən 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “İnstitut dairəsi” adlanan yerin yaxınlığında onunla əks istiqamətdə, qarşıdan gələn X8 idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X8 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümüklərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hissəsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla başın gövdədən tam, küt, travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan Elnur Çağırqanovun ölümünə, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin X3 təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumuşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Ləman Süleymanzadənin ölümünə, həmçinin “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3-yə 40021,92 manat məbləğində, “Mersedes Benz C180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA TƏLƏBLƏRİNİN ƏSASLANDİRİLMASİ VƏ ETİRAZLAR: Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslərin hüquqi varisləri N.Süleymanov və Q.Mustafayeva, həmçinin Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri, zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov tərəfindən apellyasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov apellyasiya şikayətində və ona əlavədə hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, qızı Ləman Süleymanzadənin ölümünə bilavasitə səbəb olan vəzifəli şəxslərin məsuliyyət məsələsinə baxılmasını, qızının mobil telefonu və polis geyim formasının oğurlanması yaxud gizlədilməsi faktına hüquqi qiymət verilməsini, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyət məsələsinə baxılmasını, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddialarının təmin edilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva apellyasiya şikayətində hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, əri Zərərçəkmiş şəxs1 yenidən zərərçəkmiş kimi tanınaraq dəymiş maddi ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, yenidən zərərçəkmiş kimi tanınaraq dəymiş maddi ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslərin hüquqi varisləri N.Süleymanov və Q.Mustafayeva, həmçinin Zərərçəkmiş şəxs1 məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin edilməməsini xahiş etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov apellyasiya şikayətini və əlavəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətmiş olduğu bu ağır yol-nəqliyyat hadisəsinin nəticəsində xidməti vəzifələrini icra edən (bu barədə DİN-in rəyi cinayət işinin materiallarına əlavə olunmuşdur) iki polis əməkdaşı - Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Elnur Çağırqanov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı Ləman Süleymanzadə sağlamlıqlarına ağır bədən xəsarətləri alaraq hadisə yerində faciəli şəkildə həlak olmuşlar. Hadisə yerinin müayinəsi, hadisə yerinin video görüntüsü, şahid ifadələri, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, tibbi ekspertizaların rəyi, dəfələrlə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri və kompleks trasoloji ekspertizaların rəyləri, Samux rayon prokurorluğunda, Samux rayon polis şöbəsində, Samux Rayon Məhkəməsində, Gəncə şəhər prokurorluğunda, Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq orqanında, nəhayət Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılmış kompleks istintaq hərkətlərində, məhkəmə baxışlarında Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə Samux rayonu, Çobanabdallı yaşayış məntəqəsində törətmiş olduğu ağır, faciəli yol-nəqliyyat hadisəsində təqsirli olduğu tam sübuta yetirilmişdir. Hökm tam olaraq saxta, ədalətsizdir, qanunun tələblərinə ziddir. 3 ildir aparılan istintaqda, məhkəmə iclaslarında heç bir tutarlı iş görülməmişdir. xx.xx.2020-ci il tarixində baş verən ağır yolnəqliyyat hadisəsində qızına məxsus Samsung A6 markalı mobil telefon, polis qadın geyim forması oğurlanmış, yaxud gizlədilmişdir. Qızına məxsus Samsung A6 markalı mobil telefon, polis qadın geyim formasının qəzaya uğramış avtomobilin salonundan götürülərək Samux rayon prokurorluğunun sabiq müstəntiqinə verildiyini özündə əks etdirən hadisə yerinin video görüntülərini özündə əks etdirən diski vəsatətləri ilə, şikayət ərizələri ilə istintaqa, məhkəməyə təqdim etsə də, bu günə qədər bu hala hüquqi qiymət verilməmişdir. 16 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs törətmiş olduğu ağır yolnəqliyyat hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqında zərərçəkmişin hüquqi varisi olaraq Samux rayon prokurorluğunda, Gəncə şəhər prokurorluğunda, Gəncə Şəhər Baş Polis İdarəsində istintaqa verdiyi ifadədə, vəsatətlərində, şikayət ərizələrində, Gəncə Ağır Cinayətlər Məhkəməsində verdiyi vəsatətlərdə, şikayət ərizələrində Ləman Süleymanzadənin ölümündə bilavasitə məsuliyyətli olan, günahkar olan qızının qrup rəhbəri BPQMİ-nin zabiti X11, BPQMİ-nin Qərb bölgəsi üzrə regional şöbənin rəisi Yasin Hüseynovun məsuliyyətə cəlb olunmasını tələb etsə də, istintaq bu məsələyə hüquqi qiymət verməmişdir. Belə ki, Ləman Süleymanzadənin işi Gəncə ASAN xidmət mərkəzində inzibati bina daxilində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsindən ibarət olmuşdur. Qızının inzibati binadan kənara göndərilməsi təlimata uyğun deyildir. xx.xx.2020-ci il tarixdən istintaq orqanlarından, aidiyyatı qurumlardan, məhkəmədən qızının iş funksiyalarını özündə ehtiva edən "təlimatı" tələb etsə də, bu günə qədər ona verilməmişdir. Təlimata uyğun olmayaraq, ezamiyyə vərəqəsi yazılmadan, vəzifəli şəxslərin - Pərvin Quliyevanın, Yasin Hüseynovun əvvəllər həmçinin xx.xx.2020-ci il tarixdə etdikləri qanunsuz hərəkətləri, yaxud hərəkətsizliyi Ləman Süleymanzadənin ağır yol-nəqliyyat hadisəsi zamanı faciəli şəkildə həlak olması ilə nəticələnmişdir. İstintaq dövründə onun və ailə üzvlərinin Gəncə şəhər prokurorluğunda, Gəncə Şəhər Baş Polis İdarəsində verdikləri ifadə və izahatları, şikayət ərizələrində, vəsatətlərində P.Quliyevanın, Y.Hüseynovun günahkar olduğunu sübuta yetirsələr də, adı çəkilən şəxslər məsuliyyətə cəlb olunmamışdır. L.Süleymanzadənin ölümü ilə əlaqədar qrup rəhbəri P.Quliyevanın verdiyi ifadə hökmdə öz əksini tapmır. L.Süleymanzadənin 16 avqust 2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzindən xidmətə göndərilməsi ilə bağlı video görüntüləri istintaqdan, məhkəmədən dəfələrlə tələb etsə də, bu görüntülər məhkəməyə gətirilərək tədqiq olunmamış, vəsatəti təmin olunmamışdır. İbtidai istintaqda, eyni zamanda məhkəmə gedişatında ağır yol-nəqliyyat hadisəsi törədən NEW Holland TC5050 markalı kombayn texniki vasitənin sahibkarı Zərərçəkmiş şəxs2 un L.Süleymanzadənin ölümünə bilavasitə səbəbkar olduğuna görə məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Belə ki, adı çəkilən kombayn mexaniki vasitəni avtomobil yollarında idarə etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə DİN-dən xüsusi icazə alınmalı, hərəkət zamanı müşayiət avtomobilləri ayrılmalı idi. Lakin sahibkar Qanunun bu tələblərinə əməl etməmişdir. Eyni zamanda bu xüsusi icazələrin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə verməmiş, onu təlimatlandırmamışdır. Məhkəmə iclasında ifadə verən sahibkar Zərərçəkmiş şəxs2 kombaynı avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə DİN-dən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. İbtidai istintaqda, eyni zamanda məhkəmə gedişatında ağır yol-nəqliyyat hadisəsi törədən kombaynın mənsub olduğu Aqrolizinq ASC-nin qızının ölümünə bilavasitə səbəbkar olduğuna görə məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Məhkəmə iclasında ifadə verən Aqrolizinq ASC-nin nümayəndəsi X1 avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. İbtidai istintaq dövründə və məhkəmə gedişatında zərərçəkmişin hüquqi və mülki varisi kimi tanınmışdır. Məhkəməyə təqdim etdiyi mülki iddiası ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 100000 ( bir yüz min) manat, ağır yolnəqliyyat hadisəsi törədərək xidməti vəzifəsini icra edən 2 gənc polis əməkdaşının faciəli şəkildə ölümünə səbəb olan NEW Holland TC5050 markalı kombaynın sahibkarı Zərərçəkmiş şəxs2 200000 (iki yüz min) manat, xidməti vəzifəsini icra edən 2 gənc polis əməkdaşının FACİƏLİ şəkildə ölümünə səbəb olan NEW Holland TC5050 markalı kombaynın mənsub olduğu Aqrolizinq ASC-dən 300000 (üç yüz min) manat maddi və mənəvi təzminatın ödənilməsini tələb etmişdir. Həyat yoldaşı X9 da qızının faciəli ölümü ilə əlaqədar səhhətinə vurulan ağır ziyanla bağlı sahibkar Zərərçəkmiş şəxs2 200000 (iki yüz min) manat, Aqrolizinq ASC-dən 300000 (üç yüz min) manat maddi və mənəvi təzminat tələb etmişdir. Vəsatətləri məhkəmə iclasında araşdırılmış, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı mülki iddiaların təmin olunması ilə bağlı çıxış etmiş, təqsirləndirilən şəxsin vəkili Müdafiəçi1 vəsatətlərin qəbul olunmasına etiraz etməmişdir. Mülki iddia ilə bağlı Gəncə psixo-nevroloji dispanserin, eyni zamanda Gəncə psixiatriya xəstəxanasının səhhəti ilə bağlı verdikləri tibbi arayışları, eyni zamanda həyat yoldaşı Z.Süleymanovanın səhhəti ilə bağlı həkim arayışlarını məhkəməyə təqdim etmişlər. Verilən arayışlarda açıq qeyd olunur ki, səhhətində baş verən psixo-nevroloji xəstəliklər qızının ölümü ilə əlaqədardır. Maddi və mənəvi zərərlə bağlı iddialarının qüvvədə qalması ilə bağlı məhkəməyə ərizə təqdim etsə də, hökmdə bu əksini tapmamışdır. E.Çağırqanovun hüquqi varisi Q.Mustafayeva atası eyni zamanda zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs1 1 dəfə məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və ən ağır şəkildə cəzalandırılmasını tələb etmişlər. X43 Cinayətlər Məhkəməsinin hökmündə Zərərçəkmiş şəxs1 heç bir şikayət və tələbinin olmadığı qeyd olunub. Hüquqi varis Q.Mustafayevanın isə şikayətçi olubolmadığı barədə heç nə qeyd olunmayıb. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında hüquqi varis Q.Mustafayeva iştirak etmədiyi halda hökmdə onun iclasda iştirak etdiyi qeyd olunub. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Müdafiəçi1 iştirak etmədiyi halda hökmdə onun iclasda iştirak etdiyi qeyd olunub. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs törətmiş olduğu bu ağır yol-nəqliyyatı hadisəsi zamanı sahibkar Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-ə 40 000 ( qırx min) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs1 10630 (on min altı yüz otuz) manat maddi ziyan dəydiyi qeyd olunub. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı dəyən ziyanın ödənilməsi tələbi ilə çıxış edib. Lakin hökmdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs statusuna xitam verilib və ödənişin edilməsi ilə bağlı heç bir qeyd yazılmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Gəncə Baş Polis İdarəsinin DYP şöbəsinin xx.xx.2020-ci il tarixli 317-6419- 1220 nömrəli məktubundan görünür ki, DiN BDYPi-nin Mərkəzi informasiya Sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. X33 X23 11 sentyabr 2020-ci il tarixli 123 nömrəli məktubundan istifadə olunub. Halbuki qeyd olunan sənəd saxta sənəddir. Bundan şikayət etmiş, hətta tərtib edən əməkdaş belə işdən çıxarılmışdır. Hökmdə belə saxta sənədin qeyd olunması özü də kobud hüquq pozuntusudur. Zərərçəkmiş, sabiq polis inspektoru L.Süleymanzadənin bacısı Ayşən Süleymanzadə, qardaşları-artilleriya komandiri Vüsal Süleymanzadə, Fərid Süleymanzadə dəfələrlə ibtidai istintaqa, eyni zamanda məhkəməyə şikayət ərizələri ilə müraciət edərək xidməti vəzifəsini icra edən 2 genc polis əməkdaşının faciəli şəkildə ölümünə səbəb olan Təqsirləndirilən şəxs ən ağir şəkildə cəzalanması tələb etmişlər. Dövlət ittihamçısının çıxışı hökmdə qeyd olunmayıb. 2 gəncin ölümünə səbəb olan - üstəlik xidməti vəzifəsini icra edən polis əməkdaşına qarşı törədilən bu ağir cinayət hadisəsinə məhkəmənin dırnağarası ədalətinə əsasən 5 il məntəqə cəzası təyin edilib. 2021-ci ilin may ayında ittiham aktı məhkəməyə təqdim edilmiş, ekspertizalar keçirilmiş, 2021-ci ildə şahidlər dindirilmiş, məhkəmə 2023-cü ilin aprel ayına qədər süni uzadılaraq, sanki saxta hökm vermək üçün xam mühit yaradılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında ifadə verən sahibkar Zərərçəkmiş şəxs2 kombaynı avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili işlər Nazirliyindən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən Aqrolizinq ASC-nin nümayəndəsi M.Süleymanov kombaynı avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. Lakin məhkəmə tərəfindən bu hallara hüquqi qiymət verilməmişdir. E.Çağırqanovun hüquqi varisi olaraq o və yoldaşı Zərərçəkmiş şəxs1 bir dəfə məhkəmə iclasında iştirak etmiş və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişlər. Keçirilən məhkəmə iclaslarında iştirak etməsələr də, şikayətçi olduqlarını ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər. Hökmdə Zərərçəkmiş şəxs1 heç bir şikayət və tələbinin olmadığı qeyd olunub. Onun isə şikayətçi olub-olmadığı barədə qeyd yoxdur. xx.xx.2023-cü il tarixli iclasda iştirak etmədiyi halda hökmdə iştirak etdiyi qeyd olunub. Cinayət hadisəsi nəticəsində yoldaşına 10000 manata yaxın maddi ziyan dəyib. Lakin zərərçəkmiş kimi statusuna xitam verilmiş, ödənişin edilməsi ilə bağlı heç bir qeyd olunmayıb. Hökmdə qeyd olunur ki, DİN-nin Gəncə Baş Polis İdarəsinin DYP şöbəsinin xx.xx.2020-ci il tarixli 317-6419- 1220 nömrəli məktubundan görünür ki, DiN BDYPi-nin Mərkəzi informasiya Sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. Dəfələrlə keçirilən ekspertizalarda bütün günah təqsirləndirilən Təqsirləndirilən şəxs verilmişdir. Lakin təqsirləndirilən şəxsi müdafiə məqsədilə hökmdə oğlu E.Çağırqanovun da bu hadisədə təqsirli olduğu qeyd olunub. E.Çağırqanovun hüquqi varisi kimi onun, eyni zamanda Zərərçəkmiş şəxs1 şikayətlərinə baxmayaraq bu dəhşətli cinayət hadisəsini törədən Təqsirləndirilən şəxs barəsində ən yüngül cəzanın verilməsini qətiyyətlə pisləyirlər. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətmiş olduğu bu ağır yol-nəqliyyat hadisəsinin nəticəsində xidməti vəzifələrini icra edən iki polis əməkdaşı sağlamlıqlarına ağır bədən xəsarətləri alaraq hadisə yerində faciəli şəkildə həlak olmuşlar. Məhkəmə iclasında ifadə verən sahibkar Zərərçəkmiş şəxs2 kombaynı avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili işlər Nazirliyindən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən Aqrolizinq ASC-nin nümayəndəsi X2 texniki vasitənin avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almadığını, bu icazənin alınması üçün sürücü Təqsirləndirilən şəxs etibarnamə vermədiyini, onu təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimatlandırmadığını bildirmişdir. Lakin məhkəmə tərəfindən bu hallara hüquqi qiymət verilməmişdir. E.Çağırqanovun hüquqi varisi olan yoldaşı və o, bir dəfə məhkəmə iclasında iştirak etmiş və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişlər. Keçirilən məhkəmə iclaslarında iştirak etməsələr də, şikayətçi olduqlarını ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər. xx.xx.2023-cü il tarixli iclasda hüquqi varis Q.Mustafayeva iştirak etmədiyi halda hökmdə iştirak etdiyi qeyd olunub. Cinayət hadisəsi nəticəsində ona 10000 manata yaxın maddi ziyan dəyib. Lakin zərərçəkmiş kimi statusuna xitam verilmiş, ödənişin edilməsi ilə bağlı heç bir qeyd olunmayıb. Hökmdə qeyd olunur ki, DİN-nin Gəncə Baş Polis İdarəsinin DYP şöbəsinin xx.xx.2020-ci il tarixli 317-6419- 1220 nömrəli məktubundan görünür ki, DiN BDYPi-nin Mərkəzi informasiya Sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. Dəfələrlə keçirilən ekspertizalarda bütün günah təqsirləndirilən Təqsirləndirilən şəxs verilmişdir. Lakin təqsirləndirilən şəxsi müdafiə məqsədilə hökmdə oğlu E.Çağırqanovun da bu hadisədə təqsirli olduğu qeyd olunub. E.Çağırqanovun hüquqi varisinin və onun şikayətlərinə baxmayaraq bu dəhşətli cinayət hadisəsini törədən Təqsirləndirilən şəxs barəsində ən yüngül cəzanın verilməsini qətiyyətlə pisləyirlər. Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixdə, saat 10:20-də, yəni aydın, işıqlı, günəşli hava şəraitində bu yol-nəqliyyat hadisəsi baş verir. Yol-nəqliyyat hadisəsində iki nəfər polis əməkdaşı həlak olduğundan və onlardan biri sürücü olduğundan hadisə yerinə dərhal istintaq sahəsində böyük təcrübəyə malik və bu səbəbdən də yüksək rütbə sahibi olan, yəni baş ədliyyə müşaviri (polkovnik) rütbəsində olan, Samux rayon prokuroru cənab Mayıl Hacıyev, əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə gəlir və onların iştirakı ilə düz 1 saat 40 dəqiqə hadisə yeri müayinə olunur. Bəs əməliyyat-istintaq qrupunun digər üzvləri kimlərdir? Onlar da əməliyyat və istintaq sahəsində təcrübəli insanlardır, yoxsa hüquq mühafizə orqanlarında ilk addımlarını atan stajorlardır? hadisə yerini müayinə edən Samux rayon prokurorluğunun müstəntiqi X12 da 2-ci dərəcə hüquqşünasdır. Bu da onu göstərir ki, o da artıq prokurorluq orqanlarında təzə kadr deyil və bir-neçə il çalışdığına görə kifayət qədər istintaq təcrübəsi olan şəxsdir.- istintaq-əməliyyat qrupunun növbəti üzvü isə Samux RPŞ CAB-nin rəisi cənab Ramiz Quliyevdir. Belə başa düşürəm ki, bağlı cinayətləri açmaqla gündəlik məşğul olan əməliyyatçılara rəhbərlik edən şəxsin hadisə yerindəki izlərlə bağlı səriştəliliyi, təcrübəli olması müzakirə predmeti olmamalıdır və hamı razılaşar ki, Ramiz müəllim də çox təcrübəli hüquqşünasdır.- əməliyyat-istintaq qrupunun növbəti üzvü isə Samux RPŞ İstintaq Qrupunun müstəntiqi İslam Mehdiyevdir. Polis müstəntiqi də mütəmadi olaraq yol-nəqliyyat hadisələri ilə məşğul olduğundan, bu hadisələri araşdırdığından, təbii ki, onu da bu işlər üzrə hadisə yerlərinin müayinəsi məsələsində təcrübəli şəxs kimi qəbul etməliyik. Hadisə yerinin müayinəsində iştirak etmiş qalan şəxslər isə təqsirləndirilən Təqsirləndirilən şəxs və iki hal şahidlərindən ibarətdir ki, onlar da hadisə yerində gördüklərinin və bu halların protokolda düzgün əksini tapdığına görə həmin protokola imza etmişlər. Bəs belə bir təcrübəli və vəzifəli mötəbər istintaqəməliyyat qrupu hadisə yerində nələr müəyyən edə bildi? xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolunda çox aydın bir şəkildə yazılmışdır: 1. «Toqquşmanın olduğu nöqtə Gəncə-Samux avtomobil yolunun sol hərəkət hissəsindədir. Yəni, kombayn nəqliyyat vasitəsinin hərəkət yolunda qəza baş vermişdir. «Mersedes Benz C-180» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.1 nişanlama xəttini pozduğu və əks istiqamətli yola çıxdığı görünür. «Mersedes Benz C-180» markalı avtomobilin hərəkət yolunda 1.1 nişanlama xəttindən 10 sm aralı məsafədə həmin avtomobilə məxsus sükan və avadanlığı, o cümlədən şüşə qırıntıları vardır. Orada olan sükan və ona məxsus hissələrinin baxışı zamanı, hadisə yerində iştirak edən Samux RPŞ CAB-nin rəisi Ramiz Quliyev FHN-nin Gəncə şəhər şöbəsinin əməkdaşları tərəfindən vətndaşların xilas edilməsi zamanı kəsilərək atıldığın bildirdi.»mBu isə o demkdir ki, toqquşma zamanı zərbənin təsirindən avtomobillərdən qopmuş ehtiyyat hissələri hətda «Mercedes» markalı avtomobilin hərətəkdə olduğu yola belə düşməmişdir. Hansı ki, toqquşma nöqtəsini göstərən xüsusi əlamətlərdən biri də, avtomobillərin sınmış-qopmuş hissələrinin aşkar olunduğu yerlərdir. 2. Protokolun davamı olaraq göstərilmişdir ki, «Kombayn mexaniki nəqliyyat vasitəsinin hərəkət yolunda isə minik avtomobilinə məxsus alt panelin, mühərrikin qoruyucu hissəsinin, avtomobilin ön qoruyucu hissəsinin, mühərrikin hava kompressorunun, mühərrikin ətrafında yerləşən sair ehtiyat hissələrin yerə səpələndiyi görünür». Həmin protokola və hadisə yerinin fotoşəkillərinə diqqət yetirsək görə bilərək ki, protokolu tərtib edən müstəntiq öz biliyini sözlə ifadə edərək protokolda qeyd edə bilməsə də, hadisə yerinin fotoşəkillərini çəkərkən diqqətli olmağı bacarmışdır. Belə ki, yol-nəqliyyat hadisələri ilə bağlı hadisə yerinin müayinəsi barədə ədəbiyyatların hər birində birbaşa olaraq göstərilmişdir ki, toqquşma nöqtəsini müəyyən edən birinci və ən başlıca əlamət nəqliyyat vasitəsindən yerə tökülmüş torpaq və qum hissəcikləridir ki, zərbənin təsirindən nəqliyyat vasitələrinin sınmış-qopmuş hissələrinin kənara düşmə ehtimalı çox olsa da, yalnız torpaq və qum hissəcikləri məhz nəqliyyat vasitələrinin toqquşduğu yerə tökülür. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Hadisə yerini müayinə edən müstəntiq bu fotoşəkili çəkməklə məhz nəyə diqqət yetirməli olduğumuzu bildirmək istəmiş, lakin nədənsə protokola qeyd etməmişdir. Göründüyü kimi həmin torpaq və qum hissəcikləri, xüsusilə bitki hissəcikləri kombayn mexaniki nəqliyyat vasitəsinin qarşısındakı biçin qurğusunun toqquşma anında məhz həmin yerdə olduğunu birbaşa sübut edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə diqqət yetirsək görərik ki, torpaq, qum və bitki hissəsicləri «Mercedes» markalı avtomobilin hərəkətdə olduğu yola, hətda 1.1 üfüqü nişanlama xəttinin üstünə tökülməmişdir. Həmin hissəciklər «Kombaynın» hərəkətdə olduğu yolda, 1.1 üfüqü nişanlama xəttinindən hətda təxminən 40-50 sm-dən sonra sağa doğru istiqamətdə tökülmüşdür. Əlavə olaraq xatirlatmaq istəyir ki, yolnəqliyyat hadisələri üzrə ekspert dindirilərkən də bu mövzuya toxunaraq konkret olaraq bildirmişdir: “Toqquşma yeri şüşə qırıntıları, torpaq qırıntılarına əsasən müəyyən edilir.” Bu isə o deməkdir ki, «Kombayn» mexaniki nəqliyyat vasitəsi, həmçinin qarşısındakı biçin qurğusu hadisə vaxtı öz hərəkət yolunda, 1.1 üfüqi nişanlama xəttinindən təxminən 40-50 sm sağa doğru istiqamətdə aralıda olmuşdur. Toqquşma yeri məhz kombaynın hərəkət yolunda yerləşir. Bu faktı irəlidə, müdafiə tərəfinin deyil, istintaqın verdiyi və cinayət işinin materiallarında olan məlumatlar əsasında da riyazi hesablamalarla dəqiqliklə sübuta yetirəcəklər. Bundan əlavə hadisə yerini müayinə edən müstəntiq daha bir yüksək bilik və peşəkarlıq nümayiş etdirərək dəqiqləşdirmə aparıb protokolda qeyd etmişdir ki, «Kombaynın önü getdiyi səmtə doğru 90 dərəcə bucaq istiqamətində yanı tərəfə aşdığı görünür. Kombayn ön təkərləri öz hərəkət yolunda aşmış vəziyyətdə olub əsas hərəkət yolundan 11 sm aralıda, yəni yolun ehtiyyat hissəsində, arxa təkərləri isə əsas hərəkət yolundan 84 sm aralıda yəni yolun ehtiyyat hissəsində yerləşir». Həmçinin hadisə yerinə baxış protokolunda da qeyd edilmişdir ki, «Yol 250-270 kor bucaq istiqamətli sahəni əhatə etsə də, hər iki istiqamət üçün aşkar görünəndir». Burada müstəntiqin riyazi biliklərinin bir qədər kasad olması görünür. Çünki, kor bucaq 90-180 dərəcə arasında olur. Lakin müstəntiq bununla bildirmək istəmişdir ki, hadisənin baş verdiyi ərazi döngəlidir. Dəqiqləşdirmə aparsaq və hadisə yerinə baxışın “İnstitut dairəsi” istiqamətindən həyata keçirildiyini nəzərə alsaq görə bilərik ki, yol 140 dərəcə bucaq altında sağa döngəlidir və hadisə də, məhz həmin döngədə baş vermişdir. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş hadisdə yerinin sxeminə gəldikidə isə həmin sxem kustar usulla çəkilmiş olsa da, sxemdə də hadisənin yolun məhz döngəli hissəsində baş verdiyi qeyd edilmişdir ki, bu fakt hadisə yerinin fotoşəkilləri ilə də öz təsdiqini tapır. Müdafiə tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdə hadisənin soldakı yarımtikilinin qarşısında baş verməsi tam aydın görünür. Lakin ətrafda adamlar və maneələr olduğundan yolun döngəli olması nəzərə çarpmır. “İnstitut dairəsi” istiqamətindən, həm də həmin “İnstitut dairəsi” istiqamətində fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, hadisə yerinə baxış normal peşəkarlıq səviyyəsində keçirilmiş, hadisə yerində aşkar edilmiş hər iki avtomobil, bütün izlər, hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərdə əks olunan bütün sınmış, qopmuş avtomobil detalları, avtomobillərin hadisə yerindəki koordinatları protokolda dəqiqliklə, hətda santimetrlərlə əks etdirilmişdir. Buna görə də, toqquşmanın kombaynın yolunda baş verməsi barədə hadisə yerinə baxış keçirən əməliyyat-istintaq qrupunun müstəntiqin hadisə yerinə baxış protokolunda gəldiyi nəticə tam əsaslı və qanunidir. Amma sonra nələr baş verir. Hadisə yerinə baxışdan dərhal sonra kombaynın sürücüsü Təqsirləndirilən şəxs müstəntiq tərəfindən Samux Rayon Prokurorluğuna dəvət edilərək, şahid qismində ətraflı dindirilir. Təqsirləndirilən şəxs elə birinci ifadəsində bildirir ki, X8 idarə etdiyi «Mersedes Benz C-180» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna daxil olmuş və toqquşma onun öz yolunda baş vermişdir. İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin etdikdən, digər zəruri hərəkətləri etdikdən sonra istintaqçı tərəfindən 15 sentyabr 2020-ci il tarixdə iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilir və cinayət işinin materialları həmin gün ekspertizaya göndərilir. Qərarda göstərilir ki, toqquşma kombaynın yolunda baş vermişdir. Lakin, müstəntiqin ekspertiza təyin edilməsi barədə qərarı ekspert Elşən Həsənov tərəfindən 22 sentyabr 2020-ci il tarixdə əsassız olaraq icra edilmədən Samux Rayon prokurorluğuna qaytarılır və qaytarılmanın əsası kimi kombaynın qabaq təkərlərinin çöl yan səthləri arasındakı məsafənin və kombaynın qabaq hissəsinə qoşulmuş, qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş başlığın eninin göstərilməməsi vurğulanmışdır. Ekspertin bu məktubunu ona görə əsassız hesab edirlər ki, kombaynın enindən asılı olmayaraq, istintaq yolu ilə, yəni hadisə yerinə baxış, şahid ifadəsi ilə müəyyən edilmişdir ki, toqquşma kombaynın hərəkət yolunda baş vermişdir. Bu fikir də müstəntiqin qərarının 1-ci səhifəsində birmənalı şəkildə öz əksini tapmışdır. İstintaqçı öz qərarında aydın bir şəkildə yazmışdır ki, «qəza kombayn nəqliyyat vasitəsinin hərəkət yolunda baş vermişdir». Sübutların qiymətləndirilməsi isə bildiyimiz kimi xüsusi texniki biliklərə malik ekspertin yox, istintaqçının heç kimlə bölüşmədiyi səlahiyətinə aiddir. Ekspert məktubunun əsassızlığı və qərəzliliyi, sözün əsl mənasında təmiz niyyətlə yazılmadığı bir də onunla sübuta yetir ki, istintaqçının qərarında ekspertin məktubunda istədiyi parametrlər artıq tam olaraq göstərilmişdir. Qərarda yazılmışdır: «Kombaynın ön tərəfində qatlaq vəziyyətdə olan, qarğıdalı və günəbaxan məhsullarının biçilməsi üçün nəzərdə tutulmuş biçin avadanlığı quraşdırılmışdır. Həmin biçin avadalıqlarının eni 280 sm, uzunluğu isə 330 sm təşkil edir. Kombaynın ümumi uzunluğu (onun biçin avadanlığı istisna olmaqla) 760 sm, eni 295 sm, hündürlüyü 360 sm-dir. Kombayn mexaniki nəqliyyat vasitəsinin günəbaxan və qarğıdalı biçmək üçün nəzərdə tutulan ön hissəsinin kapron materiallı dişləri hadisə zamanı zədə almışdır». İndi sual olunur: Burada hansı çatışmayan parametrlər, ölçülər var?! Bu ölçülər rəy verməyə kifayət etmirdimi?! Ekspert qərəzliliyini ifşa edən 3-cü məqam: cinayət işində kombaynın fotoşəkilləri, modeli vardırsa, parametrlərlə bağlı istintaq orqanından hansısa məlumatları tələb etməyə nə ehtiyac var? Məgər həmin məlumatları daha dəqiq olaraq ekspertlərin öz ədəbiyyatlarından, internetdən 5 dəqiqənin ərzində tapıb götürmək mümkün deyildimi?!. Təbii ki, mümkün idi! Onda nəyə görə ekspert artıq müstəntiqin qərarında kifayət qədər şərh edilmiş məlumatları bir də tələb edir?! Deməli məqsəd başqadır! Məqsəd hadisə vaxtı Təqsirləndirilən şəxs təqsirsiz olması barədə həqiqi rəy verməkdən yayınmaq, əksinə hadisə mexanizmini kombayn sürücüsünün əleyhinə dəyişərək kombaynı “sürüyüb” qarşı avtomobilin yoluna çıxarmağa, bununla da, Təqsirləndirilən şəxs təqsirliliyinə nail olmaqdır. Çünki, təqsiri boynuna yıxası sürücü və ya şəxs yoxdur. İstintaq orqanına sorğu daxi olduqdan sonra istintaqçı səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə Samux RPŞ DYPBnin YPX inspektorları Şahid2 və Şahid1 şahid qismində dindirir. Bu şahidlərin hər ikisi göstərir:«həmin vaxt Mersedes markalı nəqliyyat vasitəsi təmamilə kombaynın hərəkət zolağında olduğundan, digər əks istiqamətdə olan hərəkət zolağında avtomobillər sərbəst hərəkətini davam etdirə bilirdi». Yəni, yenə də açıq-aşkar görünür ki, toqquşma kombaynın yolunda baş vermiş və hətta yolun digər tərəfində, yəni Mersedes markalı avtomaşının yolunda qəza ilə bağlı heç bir maneə yaranmadığından həmin yolda intensiv avtomobil hərəkəti davam etmişdir. Lakin, bütün bunlara baxmayaraq, istintaq orqanı tərəfindən ekspertin tələbini, yəni sorğuda göstərdiyi əlavə məlumatları təqdim etmək məqsədilə 05 oktyabr 2020-ci il tarixdə nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol tərtib edilməklə, ekspertin əsassız olaraq tələb etdiyi parametrlər dəqiqləşdirilir və bu protokola əsasən müəyyən edilir ki, «kombaynın qabaq sağ və sol təkərlərinin hər birinin eni 55 sm, sağ və sol təkərlərin çöl yan səthləri arasındakı məsafə 290 sm-dir. Həmin kombaynın qabaq hissəsinə qoşulmuş, qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş başlığın kombayna birbaşa qoşulan tərəfinin eni 385 sm, kapron materiallı cərgəli düzülmüş uc hissənin eni isə 330sm-dir». İndi sual olunur: Bəs burada hansı çatışmayan parametrlər, ölçülər var?! Bu ölçülər də rəy verməyə kifayət etmirdimi?! İstədiyinə nail ola bilməyən ekspert «istintaq orqanını başa salmaq üçün» xx.xx.2020-ci il tarixdə iş üzrə 8/1590 saylı ekspertiza rəyini tərtib edib, cinayət işini rəylə birlikdə istintaq orqanına qaytarır. Bu rəydə ekspert öz məqsədlərini artıq açıqlayır. Rəydə birmənalı şəkildə göstərilir ki, «istintaq tərəfindən göstərildiyi kimi toqquşmanın Mersedes Benz C180 markalı avtomobilin əks hərəkət zolağına çıxması ilə əlaqədar, kombaynın hərəkət zolağında 1.1 üfiqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi real hadisə mexanizminə uyğun deyildir. Ona görə də tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir». Rəyin nəticə hissəsində də ekspert qeyd edir ki, göstərilən vəziyyətdə sürücülərdən heç birinin əməllərini texniki cəhətdən tədqiq etmək mümkün deyildir. CPMnin 97.4.2-ci maddəsinə əsasən qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxarsa, ekspert rəy verməkdən imtina edə bilər. Lakin göründüyü kimi hazırki halda suallar ekspertin səlahiyətinə aiddir və bununla bağlı ekspertin özünün də heç bir narazılığı yoxdur və belə bir hal ekspert tərəfindən heç bir yerdə vurğulanmır. CPM-nin 97.4.2-ci maddəsinə əsasən ekspertə təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, bu halda da ekspert rəy verməkdən imtina edə bilər. Hazırki halda isə ekspert istintaq orqanından əlavə məlumatlar tələb edir və iş materiallarından göründüyü kimi həmin məlumatlar ekspertə tam həcmdə təqdim olunur. Göründüyü kimi bu məsələ də həllini tapır və bu məsələdə də bir problem yoxdur, yəni ekspert bu əsasla da rəy verməkdən imtina edə bilməz! CPM-nin 97.4.2-ci maddəsi təkcə imtinanın əsaslarını yox, həm də bu imtinanın həyata keçirilməsi prosedurunu müəyyən edir. Həmin maddədə yazılmışdır ki, «yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsi mümkün olmadığı nəticəsinə gələrsə, ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina edilməsi barədə ekspertizanın keçirilməsini ona tapşırmış şəxsə yazılı məlumat vermək». Bəli, hörmətli proses iştirakçıları yazılı məlumat vermək, «imtina rəyi» tərtib edərək göndərmək yox, imtina barədə məlumat vermək. Deməli ekspert, şərti olaraq «imtina rəyi» adlandırdığımız 8/1590 №-li rəyi tərtib edə bilməzdi. O bu rəyi tərtib etməklə, öz vəzifə səlahiyyətlərini aşmış, Cinayət-Prosessual Qanunvericiliyi ilə nəzərdə tutulmuş mövcud prosedur qaydaları pozmuşdur. Yuxarıda şərh etdiyimiz bu araşdırma qaçılmazlıqla bizi küncə sıxan kimi, bir sualla üz-üzə qoyur: Ekspertin rəy vermək üçün istəyi nədir, o nə eşitmək və hansı qərarı almaq istəyir? Yuxarıda qeyd olunan sualın cavabı da bəllidir. «Sən sübutları «düz», yəni bizə lazım olan kimi, qəbul olunmuş qeyrirəsmi adət-ənənələrə uyğun qiymətləndirmirsən. Ona görə mən özüm də bilə-bilə qanunu pozub imtinanın rəy formasında etmişəm ki, yeni ekspertiza təyin edib, yeni mexanizmli qərarla, yəni bu dəfə toqquşma nöqtəsinin Mersedesin yolunda göstrildiyi qərarla bir də gəlib bizim ekspertiza müəssisəsinin qapısını döyə biləsən. Onda heç bir problem olmayacaq və sən rəyini alacaqsan. Mən rəy verməkdən rəylə imtina etməsəm, sənin əlavə məlumatlar verməkdən başqa yolun qalmır və hər ikimiz çıxılmaz vəziyyətə düşürük. Sənin xətrinə mən rəy verməkdən rəylə imtina edirəm ki, sən yeni mexanizmlə, yəni toqquşma nöqtəsini Mersedes-Benz markalı avtomaşının yoluna keçirməklə ekspertiza təyin edə biləsən!». İndi qoy hamıya aydın olsun ki, ekspert savadsızlıqdan rəy verməkdən rəylə imtina etməmişdir, bununla o, müstəntiqə qəsdən imkan yaratmışdır ki, müstəntiq kombayn sürücüsünə münasibətdə şər və böhtan xarakterli yeni ekspertiza təyin etsin. Ekspertin bu qanun pozuntuları istintaq orqanı tərəfindən qəsdən göz yumularaq qəbul edilsə də, 8/1590 №-li rəyin yeganə əsaslandırıcı hissəsini ekspert “əsəbi” olduğu üçün gözdən qaçırmışdır. Hansı ki, həmin hal ekspertin məsuliyyət məsələsinə baxılması üçün əsas ola bilər. Belə ki, rəyin əsaslandırıcı hissəsində yazılmışdır. “İş materiallarından olan fotoşəkillərdən belə məlum olur ki, kombayın hadisədən sonra sağ yanı üstə aşmış vəziyyətdədir. Kombaynın qarşısına quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş başlığı sol hissədən deformasiya olunmuş, həmçinin kombaynın hərəkəti istiqamətində soldan sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkəri yolun hərəkət hissəsindədir.” Ekspert məhkəmədə dindirilərkən ona bu nəticəyə gəlmək üçün nəyə əsaslandığını soruşduqda bildirmişdir ki, o, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotocədvəldəki 1 nömrəli şəkilə əsaslanmışdır. Ekspertin əsaslandığı və yalan rəyin əsasını təşkil edən yeganə şəkil iş materiallarına əlavə edilmişdir. Bəli, məhz günahsız şəxsin iştirakı ilə çəkilmiş fotoşəkil onun başına oyun açdı. Şəkildən görünür ki, kombaynın qabaq sağ təkəri həqiqətən yolun hərəkət hissəsindədir. Buna əsaslanaraq ekspert rəyin davamı olaraq qeyd edir: “Qeyd edilir ki, yolun hərəkət hissəsinin eninin 7 metr və bir istiqamətdə hərəkət zolağının eninin 3,5 metr olması, qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş başlığın kombayna birbaşa qoşulan tərəfinin eninin 3,85 metr olması, kombaynın hərəkət istiqamətində soldan-sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkərinin yolun hərəkət hissəsində olması, həmçinin sürücünün ifadəsində göstərdiyi kimi o, “Mercedes” markalı avtomobili görərkən idarə etdiyi kombaynı sağa doğru istiqamətləndirməsi nəzərə alınmaqla hadisənin kombaynın hərəkət zolağında, 1.1 üfiqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi baş verməsi real hadisə mexanizminə uyğun deyil” İlk baxışdan belə çıxır ki, guya ekspert düzdür. Çünki ekspertin göstərdiyi əsaslarla hesablama aparsaq görərik ki, kombayna quraşdırılmış qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş başlıq hadisə vaxtı 1.1 üfiqi nişanlama xəttini “Mercedes” markalı avtomobilin hərəkət zolağına kəsib keçmiş olduğunu görə bilərik. İş materiallarına əlavə edilmiş şəkillərə diqqət yetirdikdə görürük ki, kombaynın qabaq sağ təkəri asfaltın üzərində deyil, göydədir. Ekspertin əsaslandığı fotoşəkildə isə kombaynın qabaq sağ təkəri asfaltın üzərindədir. Yəni, müstəntiq yüksək peşəkarlıq göstərərək hadisə yerində avtomobillərin və digər sübutların toxunulmzalığını təmin edərək və dəqiq ölçmələr apararaq kombaynın qabaq sağ təkərinin asfaltdan 11 sm kənarda olmasını, toqquşma nöqtəsinin isə kombaynın hərəkət zolağında olmasını cinayət işinin materiallarında qeyd etmişdir. Hadisədən sonra kombaynın qabaq sağ təkərinin asfaltdan kənarda olması cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın görünür. Bununla belə bir nəticəyə gələ bilərik ki, yolun hərəkət hissəsinin eninin 7 metr və bir istiqamətdə hərəkət zolağının eninin 3,5 metr olması, qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş başlığın kombayna birbaşa qoşulan tərəfinin eninin 3,85 metr olması, kombaynın qabaq sağ və sol təkərlərinin çöl yan səthləri arasındakı məsafənin 290 sm olması, kombaynın hərəkət istiqamətində soldan-sağa doğru aşdıqdan sonra onun qabaq sağ təkərinin yolun hərəkət hissəsindən 11 sm kənarda olması, həmçinin sürücünün ifadəsində göstərdiyi kimi o, “Mercedes” markalı avtomobili görərkən idarə etdiyi kombaynı sağa doğru istiqamətləndirməsi nəzərə alınmaqla hadisənin kombaynın hərəkət zolağında baş verməsi real hadisə mexanizminə uyğundur. 385 sm enində biçin qurğusu kombaynın tən ortasına bağlandıqda biçin qurğusu kombaynın qabaq sağ və sol təkərlərindən hər iki tərəfə 47.5 sm kənara çıxır (385-290=95, 95:2=47.5). Nəzərə alsaq ki, kombaynın 55 sm enində olan qabaq sağ təkərinin sağ hissəsi yolun hərəkət hissəsindən 11 sm kənarda olmuşdur hesablama göstərəcək ki, biçin qurğusunun cəmi 326.5 sm hissəsi yolun hərəkət hissəsində olmuşdur (11+47.5=58.5, 385-58.5=326.5). Bu da, biçin qurğusunun 1.1 üfiqi nişanlama xəttindən 23.5 sm aralıda, kombaynın hərəkət zolağında olmasını sübut edir (350-326.5=23.5). Ekspertin əsaslandığı fotoşəkilə isə fikir versək görə bilərək ki, kombayn kran vasitəsi ilə qaldırılmış, üzərindən biçin başlığı açılmış və kombayn yerə qoyulmuşdur ki, bundan sonra həmin fotoşəkil çəkilmişdir. Ekspert məhkəmədə dindirilərkən tərəfindən ona sual olunmuşdur ki, kombaynın təkərinin yerləşmə yeri ilə bağlı fotoşəkillər arasında fərq olmasına diqqət yetirmişdirmi, ekspert isə cavab olaraq diqqət yetirmədiyini bildirmişdir. Hansı ki, bu cavab ekspertin səhlənkarlığını və qərəzliliyini ortaya qoyur. Aydındır ki, hadisə yerində olan avtomobil və ya digər maddi sübutlar kənar müdaxilədən sonra yerlərini dəyişirlərsə onlar sübut kimi qəbul edilə bilməzlər və kənar müdaxilədən sonra əsaslanmış ölçülər və faktlar qəbuledilməzdir. Bu kobud pozuntu ilə yanaşı əlavə olaraq qeyd edir ki, ekspert məhkəmədə dindirilərkən tərəfindən ona sual olunmuşdur ki, rəyin əsaslandırıcı və nəticə hissəsində göstərdiyi “hadisənin kombaynın hərəkət zolağında, 1.1 üfiqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi real hadisə mexanizminə uyğun deyil” cümləsindəki 0,1 metr məsafəni haradan əldə etmişdir. Ekspert isə cavab olaraq bildirmişdir ki, həmin məsafəni istintaq materiallarından, xüsusilə xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan götürmüşdür. Hansı ki, nəinki həmin baxış protokolunda, ümumiyyətlə cinayət işinin materiallarında hadisənin kombaynın hərəkət zolağında, 1.1 üfiqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi qeyd edilməmişdir, kombaynın hərəkət zolağında 0,1 metr məsafə heç bir yerdə yoxdur. Ekspert rəyində 0,1 metr məsafənin kombaynın hərəkət zolağında, 1.1 üfiqi nişanlama xəttindən kənarda olduğunu göstərsə də, hadisə yerinə baxış protokolunda həmin məsafənin kombaynın deyil, mercedes markalı avtomobilin hərəkət zolağında, 1.1 üfiqi nişanlama xəttindən kənarda olduğu göstərilmişdir. Protokolda göstərilən həmin 0,1 metr məsafə mercedes markalı avtomobilin sükan avadanlığının hadisədən sonra xilasetmə qrupunun əməkdaşları tərəfindən kəsilib atıldığı yeri göstərir. Bu hal iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiqini tapmışdır. Aydındır ki, hadisədən sonra atılmış əşyalar və ya dəyişdirilmiş ölçülər sübut növü kimi qiymətləndirilə bilməz. Buna görə də, ekspert tərəfindən verilmiş 8/1590 №-li rəy tam əsassız və qanunsuzdur, həmin rəyin verilməsinə görə ekspertin məsuliyyət məsələsi həll edilməlidir. Bütün bunlarla yanaşı növbəti sual ortaya çıxır: Ekspertin hadisə mexanizminin, yəni mexanizmin müəyyənləşdirilməsi ilə bağlı sübutlara münasibətdə bir səlahiyəti varmı? Hadisə mexanizminin müəyyən edilməsi ilə bağlı toplanmış sübutları məcmu halında qiymətləndirib, hadisə mexanizmini müəyyən etmək kimin səlahiyətinə aiddir - ekspertin, yoxsa istintaq orqanının?! Qanunun tələbinə əsasən, təbii ki, istintaq orqanının! Amma bu işdə? İstintaq orqanı sonda ekspertiza orqanının hətda qanunsuz diqtəsi və nəzarəti altında fəaliyyət göstərən orqan kimi çıxış edir və onun açıq-aşkar qanunsuz göstərişlərini dərhal icra edir. Müstəntiqə yeni hadisə mexanizmi ilə ekspertiza təyin etmək imkanı verməkdən ötrü ekspert öz səlahiyyətlərini aşaraq verdiyi ekspert rəyi ilə işi istintaq orqanına qaytarır və rəydən də göründüyü kimi faktiki qeyri-qanuni olaraq, ekspertiza qarşısında qoyulmuş sualları cavablandırmaqdan min-bir bəhanə ilə yayınmaqla, mahiyyəti üzrə rəy verməkdən imtina edir. Bundan sonra iş Samux rayon prokuroru tərəfindən prokurorluğun müstəntiqi, ədliyyə müşaviri cənab Ələkbər Quliyevin icraatına verilir və sonuncu da xx.xx.2020-ci il tarixdə video tətbiq etmədən, hal şahidlərinin iştirakını təmin etmədən, protokolda özünün qeyd etdiyi kimi, Samux rayon prokurorluğunda ictimai köməkçi işləyən və bu səbəbdən də işdə maraqlı olan X21 iştirakı ilə, yəni kobud qanun pozuntuları ilə kombayna baxış keçirir. Protokola əsasən müstəntiq kombaynın qarşısındakı dairəvi formalı dəmir çarxların sol tərəfdən 2-ci və 3-cüsünün arasında dəmirdən asılı vəziyyətdə qalmış avtomobil alın şüşəsinin parçası olduğunu müəyyən edir və həmin şüşə parçası ilə qurğunun (jatkanın) sol tərəfdəki başlanğıc nöqtəsinə qədər olan məsafənin 1m 15 sm olmasını müəyyən edir. Bu isə o demək deyil ki, kombaynın hər hansı bir hissəsi 1.1 üfiqi nişanlama xəttini kəsib keçmişdir. Bu baxışdan sonra müstəntiq cənab Ələkbər Quliyevin «yaradıcılıq» prosesi başlayır, yəni o, ekspertin göstərişini yerinə yetirərək, əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında 11 dekabr 2020-ci il tarixli qərarı tərtib edir və öz qərarında Təqsirləndirilən şəxs hadisənin onun hərəkət yolunda baş verməsi barədə göstərdiklərini aşağıdakı formada özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və ekspertin sifarişinə uyğun olaraq əsaslandırılmağa çalışır. Bununla bağlı müstəntiq öz qərarında yazır: «Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri özünü müdafiə xarakteri daşıması aşağıdakı sübutlarla tam təsdiq olunur: Belə ki, kombayna baxış zamanı sağ qabaq şinin bayır tərəfində gözlə görünən hissədə kombayn ona dəymiş zərbənin ətalət qüvvəsinə uyğun olaraq sağ yan tərəfinə aşıb sürüşərkən zərbənin təsirindən ağır yük altında qalan şinin asvalt örtük üzərində sürüşməsi nəticəsində rezin üzərində qalmış asvalt qarasının sürtünmə izləri, eləcə də yolun asvalt örtüyü üzərində qabaq sağ təkərin yola sürtünməsi nəticəsində əmələ gəlmiş qara rəngli şin izləri, həmçinin qabaq sağ şinin yerə dəyən hissənin zərbənin təsiri nəticəsində yanı üstə aşması və sürüşərək asvalt örtüyə sürtünmə nəticəsində protektorların çoxsaylı kəsilməsi və qopması müəyyən edilmişdir. Həmin kəsilmiş protektorların üzərində və içəri hissəsində gözlə görünən hər hansı bir çirklənmə izlərinin olmaması faktı, həmin kəsiklərin hadisə nəticəsində yolun ehtiyat hissəsindəki torpaqlı, daşlı, çınqıllı hissəyə yox, məhz yolun asvalt örtüyü üzərində sürtünmə nəticəsində əmələ gəlməsinə dəlalət edir. Həmin şinin yerlə təmas edən digər hissəsində, yəni içəri tərəfində olan protektorlarında hər hansı bir kəsilmə-qopma izləri də müşahidə edilməmişdir. Baxış zamanı kombaynın qabaq sol və arxa sağ və sol şinləri üzərində hər hansı bir kəsilmə və qopma izləri müəyyən edilməmişdir, yalnız arxa sağ təkərin bir hissəsi normal vəziyyətdən bir qədər bayıra doğru əyilməsi edilmişdir. Kombaynın qarğıdalı biçini üçün nəzərdə tutulan başlığına (jatka) baxış zamanı kapron qurğuların altında olan bir-birinə dəmir sep vasitəsilə birləşdirilmiş 2-ci və 3-cü dəyirmi formada olan çarxların arasında dəmirdən asılı vəziyyətdə «Mersedes Benz» markalı avtomaşının qabaq alın şüşəsinin qırılmış hissəsi aşkar edilmişdir. Şüşə parçası aşkar edilmiş yerlə həmin başlığın sol tərəfdəki başlanğıcına qədər olan məsafə 115 sm-dir. Göründüyü kimi qeyd olunan vəziyyət nəqliyyat vasitələrinin toqquşma anında kombaynın qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulan qurğunun bir hissəsinin (jatkanın) yolun əks istiqamətinə, yəni qarşıdan əks istiqamətdən gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmasını özündə ehtiva edir». Daha sonra müstəntiq əlavə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi barədə öz qərarında yazır: « hadisə yerinə baxış protkolundan göründüyü kimi hadisədən sonra hər iki nəqliyyat vasitəsi zərbənin təsirindən kənarda dayanmışdır. Bu vəziyyətdə kombayn zərbənin təsirindən sürüşərək soldan-sağa meyillənməsi və arxa sağ şinin isə zərbənin təsirindən yerini dəyişməsi, yolun sol ehtiyat hissəsinə düşərək, sürüşmə izi qoyması mümkün olan haldır. Odur ki, kombayn sürücüsünün sağ arxa təkərin soldan sağa sürüşməsi izini məhz toqquşma anında həmin yerdə hərəkət etdirməsi kimi qiymətləndirməsi absurddur, yenə də özünü müdafiə xarakteri daşıyır. Hansı ki, iş materiallarında olan videogörüntüyə əsasən toqquşmadan cəmi 2 saniyə əvvəl «Mersedes Benz» markalı avtomaşını öz hərəkət zolağı ilə hərəkət etməsi müəyyən edilmişdir. Bu hal özü də kombayn sürücüsünün ifadəsinin qeyri-səmimi olmasını bir daha təsdiq edir». Müstəntiq yazır ki, «kombayna baxış zamanı sağ qabaq şinin bayır tərəfində gözlə görünən hissədə kombayn ona dəymiş zərbənin ətalət qüvvəsinə uyğun olaraq sağ yan tərəfinə aşıb sürüşərkən zərbənin təsirindən ağır yük altında qalan şinin asvalt örtük üzərində sürüşməsi nəticəsində rezin üzərində qalmış asvalt qarasının sürtünmə izləri, eləcə də yolun asvalt örtüyü üzərində qabaq sağ təkərin yola sürtünməsi nəticəsində əmələ gəlmiş qara rəngli şin izləri, müəyyən edilmişdir». Bu fikirlə razılaşmaq olar ki, prinsipcə də asvalta, hətta istənilən başqa bərk səthə sürtünmə nəticəsində təkərin çöl səthindən sürtünmə, qaralma izləri aşkar edilə bilər və hətta bu izlərin olması demək olar ki, qaçılmazdır. Onu da nəzərə alaq ki, izlərə qaralığı asvalt vermir ona görə ki, şinin yan səthinin öz rezini asvaltdan da qaradır. İstənilən təzə sürtünmə yeri təmiz və çox qara görünə bilər. Daha sonra müstəntiq öz qərarında elə həmin cümlədə yazır: «həmçinin qabaq sağ şinin yerə dəyən hissənin zərbənin təsiri nəticəsində yanı üstə aşması və sürüşərək asvalt örtüyə sürtünmə nəticəsində protektorların çoxsaylı kəsilməsi və qopması müəyyən edilmişdir». Bax bu ağ yalandır! Şin parçalarının qopması kombaynın aşması, yaxud da hamar asvalta sürtünmə nəticəsində heç cür əmələ gələ bilməzdi. Bu qopmalar təkərin yan səthinin məhz nahamar, iti, yəni doğranmış çınqıllı, daşlı sahədə, yolun ehtiyat hissəsində sürüşmə zamanı əmələ gələ bilməyə daha xarakterikdir və həyati təcrübə xüsusi biliklərə ehtiyac olmadan belə nəticəyə gəlməyə hər kəsə imkan verir. Digər tərəfdən, kim müəyyən etmişdir ki, hadisə yerində təkərin qopmuş rezin hissələri olmuşdur. Axı belə hissələr və yaxud hissəciklər hadisə yerində aşkar edilməmişdir və götürülməmişdir. Təkərdə belə qopmalar varsa, kim inkar edə bilər ki, həmin qopmalar ağır çəkiyə malik və ağır iş görən, nahamar kənd torpaq və daş yolları ilə hərəkət etmiş kombaynda başqa şəraitdə əmələ gələ bilməzdi. Heç kim bunu inkar edə bilməz! Ən əsası həmin protektorların cırılmasının, kəsilməsinin nə vaxt, nəyin təsiri nəticəsində əmələ gəlməsi ilə bağlı heç bir ekspertiza rəyi alınmamışdır, hətta bununla bağlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs bir kəlmə belə soruşulmamışdır. Çünki, ekspert rəyi ilə və Təqsirləndirilən şəxs ifadəsi ilə tamamilə darma-dağın olacaqdır və müstəntiqin “əlindən çıxacaqdır”. yəni, nə ekspert rəyi ilə, nə də ki, Təqsirləndirilən şəxs ifadəsi ilə həmin protektorların nə vaxt və nəyin təsiri nəticəsində cırılmasını və ya kəsilməsini müəyyən etmək mümkün deyil. Daha sonra müstəntiq öz niyyətini əsaslandırmaq üçün yazır: «Həmin kəsilmiş protektorların üzərində və içəri hissəsində gözlə görünən hər hansı bir çirklənmə izlərinin olmaması faktı, həmin kəsiklərin hadisə nəticəsində yolun ehtiyat hissəsindəki torpaqlı, daşlı, çınqıllı hissəyə yox, məhz yolun asvalt örtüyü üzərində sürtünmə nəticəsində əmələ gəlməsinə dəlalət edir» Görün müstəntiq hər şeyi necə «düz yazır», amma düz 180 dərəcə tərsinə! Bu cümləni yazmaqla müstəntiq özü də həqiqəti dərk etdiyini göstərir və eyni zamanda «ağa qara» deməyə başlayır, düz fikri tam tərsinə çevirərək bu tərsinə çevrilmiş fikrə bizi də inandırmağa çalışır. Yəni demək istəyir və deyir ki, hadisə baş verən ərəfədə kombaynın qabaq təkərləri asfalt üzərində olmuş və buna gör də, toqquşma məhz Mersedes-Benz C180 markalı avtomaşının hərəkət yolunda baş vermişdir. Kobud desək müstəntiq heç bir məntiqə sığmayan fikirləri ilə kombaynı Mersedes-Benz C180 markalı avtomaşının hərəkət yoluna sürükləməyə çalışır. Bu zaman sual yaranır. Həmin təkərlər hansı məsafədə asfal üzərində idilər? Bəlkə 5 sm, bəlkə 10 sm, bəlkə 1 metr və s.? Bunun cavabını kim verəcək? Hörmətli ekspertlərimiz niyə bu sualı müstəntiqə ünvanlamayıblar? Xatırlatmaq istəyir ki, məhkəmədə ekspertin ifadəsi alınarkən ona rəy verərkən məhz bu halla bağlı, yəni kombaynın hansı məsafədə 1.1 üfüqi nişanlama xəttini kəsib keçdiyini müəyyən etmək üçün hər hansı bir hesablama aparıbaparmadığı tərəfindən sual olunmuş, ekspert cavab olaraq heç bir hesablama aparmadığını, yalnız müstəntiqin qərarına və fikirlərinə əsaslandığını bildirmişdir. 385 sm enində biçin qurğusu kombaynın tən ortasına bağlandıqda biçin qurğusu kombaynın qabaq sağ və sol təkərlərindən hər iki tərəfə 47.5 sm kənara çıxır (385-290=95, 95:2=47.5). Nəzərə alsaq ki, kombaynın qabaq sağ təkəri 11 sm məsafədə yolun hərəkət hissəsində olmuşdur hesablama göstərəcək ki, biçin qurğusunun cəmi 348.5 sm hissəsi yolun hərəkət hissəsində olmuşdur (47.5+11+290=348.5). Bu da, biçin qurğusunun 1.1 üfiqi nişanlama xəttindən 1.5 sm aralıda, kombaynın hərəkət zolağında olmasını sübut edir (350-348.5=1.5). Yenə də, kombaynı, toqquşma nöqtəsini “Mercedes” markal avtomobilin hərəkət yoluna sürümək olmadı. Müstəntiq daha sonra yazır: «Kombaynın qarğıdalı biçini üçün nəzərdə tutulan başlığına (jatka) baxış zamanı kapron qurğuların altında olan birbirinə dəmir sep vasitəsilə birləşdirilmiş 2-ci və 3-cü dəyirmi formada olan çarxların arasında dəmirdən asılı vəziyyətdə «Mersedes Benz» markalı avtomaşının qabaq alın şüşəsinin qırılmış hissəsi aşkar edilmişdir. Şüşə parçası aşkar edilmiş yerlə həmin başlığın sol tərəfdəki başlanğıcına qədər olan məsafə 115 sm-dir. Göründüyü kimi qeyd olunan vəziyyət nəqliyyat vasitələrinin toqquşma anında kombaynın qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulan qurğunun bir hissəsinin (jatkanın) yolun əks istiqamətinə, yəni qarşıdan əks istiqamətdən gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmasını özündə ehtiva edir». Əgər şüşə parçası qarğıdalı biçmək üçün nəzərdə tutulan başlığın sonundan 115 sm məsafədə yerləşirsə, məgər bu o demək deyilmi ki, hər bir halda həmin o 115 smlik məsafə kombaynın hərəkət yoluna düşür?! ( 385 sm (başlığın ümumi uzunluğu) - 115 sm = 270 sm. Kombaynın hərəkət yolunun eni isə 350 sm-dir). Bəlkə burada istintaqın ilkin mərhələsində müəyyən edilmiş halları, yəni kombaynın hərəkət yolunda minik avtomobilinə məxsus alt panelin, mühərrikin qoruyucu hissəsinin, avtomobilin ön qoruyucu hissəsinin, mühərrikin hava kompressorunun, mühərrikin ətrafında yerləşən sair çoxsaylı hissələrin yerə səpələndiyini də yadımıza salaq. Sadalanan alt panelin və digər ehtiyyat hissələrinin kombaynın yolunda, alın şüşəsinin isə “Mercedes” markalı avtomobilin öz yolunda eyni zamanda kombaynla toqquşmasını təsəvvür etmək üçün həmin müstəntiq kimi yaradıcılığa malik olmaq lazımdır. Müstəntiq qərarında yazır: «Təqsirləndirilən şəxs ifadəsi yenə də özünü müdafiə xarakteri daşıyır. Hansı ki, iş materiallarında olan videogörüntüyə əsasən toqquşmadan cəmi 2 saniyə əvvəl «Mersedes Benz» markalı avtomaşını öz hərəkət zolağı ilə hərəkət etməsi müəyyən edilmişdir. Bu hal özü də kombayn sürücüsünün ifadəsinin qeyri-səmimi olmasını bir daha təsdiq edir». Çox qəribə məntiqsizlikdir. Məgər «Mersedes Benz» markalı avtomaşının 2 saniyə öz yolunda gedərək sonra görünmə sahəsindən itməsi, onun sonradan da yalnız öz yolu ilə getməsinə dəlalət edir? Təcrübəli və ya savadlı müstəntiq bilməlidir ki, 90 km/saat sürətlə hərəkətdə olan avtomobil 1 saniyə ərzində 25 metr, 2 saniyə ərzində isə 50 metr məsafə qət edir. Məgər kamera görüntüsündən itəndən sonra minik avtomobili növbəti yarım saniyə ərzində 12,5 metr məsafə qət edərək, kombaynın yoluna çıxa bilməzdi? Cinayət işinin materiallarında olan təkzibedilməz hallara, fotoşəkillərə əsaslanaq. Bilirik ki, hadisə sağa döngəsi olan yolda məhz döngədə baş vermişdir. İş materiallarına əlavə edilmiş şəkillərindən göründüyü kimi «Mersedes Benz» markalı avtomaşının sağa döngəli yolda kombaynın hərəkətdə olduğu yola və ya əks hərəkət zolağına çıxması üçün cəmi 10-15 metr məsafə lazımdır ki, bu da nəinki 2 saniyə, hətda 1 saniyyədən də az müddəti əhatə edir. Bu da o deməkdir ki, ya müstəntiq yolun sağa döngəli olduğunu və hadisənin məhz döngədə baş verdiyini yaddan çıxarmış, ya da ki, heç bir mötəbər sübutu olmadığına görə, ittihamın elan etmək üçün videogörüntünü öz fikirlərinin sübutu kimi qələmə verməyə çalışır. Beləliklə cinayət işinin istintaq materialları ilə tam sübuta yetirilir ki, Samux rayon prokurorluğunun müstəntiqi, ədliyyə müşaviri Ələkbər Quliyevin əlavə məhkəmə-yolnəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında 11 dekabr 2020-ci il tarixli qərarı və həmin qərar əsasında heç bir elmi biliklərə və riyazi hesablamalara əsaslanmayan 07 yanvar 2021-ci il tarixli, 8/2375 nömrəli ekspert rəyi tam əsassız və qanunsuzdur. Həmin rəylə və qanunsuz ittihamla barışmayan müdafiə tərəfi vəsatət verərək iş üzrə kompleks məhkəmə-trasoloji və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsini xahiş edirlər. X34 kombayna baxış keçirərək protokolda kombayna bərkidilmiş biçin qurğusunun uc hissəsinin içəriyə doğru əyilməsini, digər yerlərində isə hər hansı zərbənin təsirindən deformasiyaya uğramış hissələrinin aşkar edilmədiyini göstərir. “Mercedes” markalı avtomobilə də baxış keçirərək səthi protokol tərtib etməklə kifayətlənir. Çünki, o da, prokurorluqda təməli qoyulmuş “adət və ənənəni” davam etdirmək məcburiyyətindədir. Lakin vicdanı sızıldadığından protokolda göstərməməsinə baxmayaraq öz ürək sözlərini bizə kombaynın və Mercedes markalı avtomobilin fotoşəkillərini çəkməklə bildirmək istəmişdir. Çünki, həmin fotoşəkildə olan izlərin protokola köçürülməsi artıq işin “sınması” deməkdir ki, bu da müstəntiqə baha başa gələ bilərdi. Müstəntiqin cinayət işinə əlavə etdiyi fotoşəkillərə baxdıqda sual yaranırmı niyə müstəntiq dəfələrlə kombaynın və minik avtomobilinin eyni hissələrinin fotoşəkillərini çəkərək cinayət işinin materiallarına əlavə etmişdir? Müstəntiq bu fotoşəkilləri çəkməklə ilk növbədə öz rəhbərliyinə, sonra ibtidai istintaqa nəzarəti həyata keçirən prokurora, ekspertə, ən sonda ədalət mühakiməsinə və siz hakimlərə çatdırmaq istəmişdir ki, mercedes markalı avtomobil kombayna qoşulmuş biçin qurğusunun qarşısından deyil, sol yan hissəsindən dəymişdir. Həmin fotoşəkillərdən sonra cinayət işində olan bəzi məqamları yada salmaq vacibdir. Hadisə 140 dərəcə kor bucaq altında sağa döngəli yolda və məhz döngədə baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir: “Mən hadisə zamanı saat təxminən 10 radələrində “Mercedes” markalı avtomobilin saatda təxminən 90-100 kilometr sürətlə mənə əks istiqamətdə, hərəkət istiqamətini ayıran düz xəttə yaxın hərəkət etdiyini görüb kombaynın sürətini 10-12 km/saata qədər azaldaraq ehtiyat üçün sağ tərəfə, yəni yolun kənar hissəsinə çıxardım. Artıq yolun həmin hissəsi mənə nisbətdə sola döngəli idi və mənə əks istiqamətdə hərəkətdə olan həmin “Mercedes” markalı avtomobil ona nisbətdə sağa dönmə əməliyyatı etməyərək və avtomobili düzünə idarə edərək mənim hərəkətdə olduğum yola çıxdı və həmin avtomobilin qabaq hissəsi kombaynın jatka hissəsinin sol yan tərəfindən dəyərək mənim hərəkətdə olduğum zolağın ortasında toqquşma baş verdi”. Ekspert 23 aprel 2021ci il tarixli, 8/685 nömrəli rəyində rəyin əsaslandığı ilkin məlumatları aşağıdakı kimi sadalayır: 1. Hadisə yerinin yol şəraiti: hadisə 16.8.2020-ci il tarixdə, saat 9-30 radələrində, Gəncə-Samux yolunun Çobanabdallı kəndinin ərazisindən keçən 1-ci km-də baş vermişdir. Hadisə baş verən yerdə yol quru, düz, hamar, asfalt örtüklü olmaqla ortadan bütöv xətlə əks istiqamətli hərəkət axınlarına ayrılmışdır. Hər istiqamətdə hərəkət zolağının eni 3,5 metrdir. Gəncə istiqamətində sağ ehtiyat hissəsinin eni 1,5metr, sol ehtiyat hissəsinin eni isə 3,4 metrdir. Yolda sürət məhdudiyyəti 50km/saatdır. Hörmətli ekspert rəydə yolun düz olduğunu yazmaqla bilə-bilə yalan rəy vermişdir. Çünki, hadisə yerinin sxemində, hadisə yerinə baxış keçirilməsi haqqında protokolda aydın göstərilmişdir ki, hadisə döngəli yolda və məhz döngədə baş vermişdir. Günahı kombaynın sürücüsünün boynuna yıxmaq üçün əvvəlcə verdiyi yalançı sorğular kimi yenə dəqiqləşmə aparmaq üçün sorğular verməli idi. Verməmişdir, çünki, bu dəqiqləşmə onun xeyrinə işləməyəcəkdir. İstintaq tərəfindən müəyyən edilmişdir ki, sürücü Behbudov idarə etdiyi NEW Holland TC5050 markalı kombaynı Gəncə-Samux yolunun Çobanabdallı kəndinin ərazisindən keçən 1-ci km-də Gəncə istiqamətində əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək kombayının qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğunun sol hissəsini qarşı sol hərəkət zolağına çıxartmaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdən hərəkətdə olan sürücü Çağırqanovun sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes Benz C180 markalı avtomobil ilə toqquşmuşdur. Bu halda da, ekspert natamam məlumatlara əsaslanıb bilə-bilə yalan rəy vermişdir. Çünki, ekspert dəqiqləşmə aparmalı idi ki, kombaynın 1.1 üfüqi nişanlanma xəttini kəsməsi nəylə təsdiqini tapır və hansı ölçülərə əsaslanır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda və onun sxemində toqquşmanın kombaynın hərəkət zolağında baş verməsi göstərilmişdir. Mercedes Benz C180 markalı avtomobilin hərəkət yolunda 1.1 üfüqi nişanlama xəttindən 0,1 metr aralı məsafədə həmin avtomobilə məxsus sükan avadanlığı, o cümlədən şüşə qırıntıları müəyyən edilmişdir. Həmin sükana və şüşə qırıntılarına məhz ekspertin əsaslandığı protokolda aydınlıq gətirilmişdir. Aparılmış istintaqla toqquşma anında kombayının qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğunun sol hissəsinin qarşıdan əks istiqamətdən gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxması təsdiq olunmuşdur. Bu halda da, ekspert natamam məlumatlara əsaslanıb bilə-bilə yalan rəy vermişdir. Çünki, ekspert dəqiqləşmə aparmalı idi ki, nəyin əsasında müəyyən edilmişdir ki, kombaynın qabaq hissəsinə bərkidilmiş biçin qurğunun sol hissəsi qarşıdan əks istiqamətdən gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmışdır. Burada kombaynın bütovlükdə əks istiqamətə çıxmasından deyil, məhz qarşısındakı biçin qurğusunun sol hissəsinin əks istiqamətə çıxmasından söhbət gedir. Rəyin trasologiya ilə bağlı hissəsinə fikir verdikdə görə bilərik ki, ekspert gözlə görünən, açıq-aşkar əyilmə bucaqları üst-üstə düşən, daha böyük hissələrdən başlayaraq tədqiqat aparmaq əvəzinə əvvəlcə kombayna müdaxilə edərək boş-boş xırda detalları sadalamış, əsas hissələri şəkillərin arasında itirmiş, sonra isə avtomobilin təkərində qurtarmışdır. Ekspert yazı xatirinə irili-xırdalı detalları bir-birinə qarışdırmaqla səhifəni doldurmaq xatirinə detalların üzərindəki zədələri sadalamış, lakin iki səhifəlik yazıda əsas hissələrlə bağlı yalnız 2 cümlə göstərmişdir. 1-ci Mercedes markalı avtomobilə nisbətdə: “Qabaq bamper ortadan arxaya doğru deformasiya olunmuşdur. Həmin sahə yerini arxaya doğru təxminən 200 mm dəyişmişdir.” 2-ci Kombayna nisbətdə: “Qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun çıxıntılardan arxada yerləşən sol yan hissəsində olan metal löhvələr üzərində sürtünmə və əzilmə izləri vardır.” Əlavə etdikləri şəkillərdən aydın görünür axı qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun çıxıntılardan arxada yerləşən sol yan hissəsində olan metal löhvələr üzərində nəinki sürtünmə izi, mercedes markalı avtomobilin qabaq banperinin əyilmə bucağına bərabər olan bütövlükdə həmin lövhənin, həmçinin lövhənin təkər tərəfdən bərkidildiyi 20 sm enində qalın dəmirin əyilməsi də vardır axı. Nədən bu barədə ekspert susmuşdur? Əgər ekspert Mercedes markalı avtomobilin kombaynın biçin qurğusunun sol yanından hər hansı kor bucaq altında dəydiyini bildirərsə deməli Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi ifadəsi tam olaraq təsdiqini tapır, sürücüyə günah vermək üçün kombaynı Mercedes markalı avtomobilin hərəkətdə olduğu yola “sürümək” olmur. Çünki Mercedes markalı avtomobilin hərəkət istiqaməti tamamilə pozulur. Kombayn Mercedes markalı avtomobilin hərəkətdə olduğu yolda olduğu halda Mercedes markalı avtomobil asfaltla deyil, torpaq yolla hərəkət etməlidir ki, kombaynı kor bucaq altında yandan vursun. Kombayn öz yolunda olduğu halda və Təqsirləndirilən şəxs “Mercedes” markalı = avtomobilin ona tərəf gəldiyini görərək idarə etdiyi kombaynı sağa doğru istiqamətləndirdiyi halda isə avtomobillərin hərəkət istiqamətləri, sxem tamamilə uyğun gəlir. Hansı ki, ekspert rəydə göstərmişdir ki, “İlkin kontakt anında nəqliyyat vasitələrinin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olur ki, həmin anda nəqliyyat vasitələri arasında toqquşma təxminən paralelliyə yaxın vəziyyətdə ba vermişdir”. Döngədə avtomobillərin təxminən paralelliyə yaxın vəziyyətdə toqquşmalarını təsəvvür etmək belə çətindir. Bundan əlavə bütün protokollarda və qərarlarda kombanın 90 dərəcədə aşması göstərilmişdir ki, təxminən paralelliyə yaxın vəziyyətdə toqquşmuş və 10 tondan çox çəkisi olan kombaynın 90 dərəcə bucaq altında yanı üstə aşması çox gülməlidir. Lakin yuxarıdakı sxemə baxdıqda məlum olur ki, hansı bucaq altında avtomobillə kombayn toqquşduqda kombayn 90 dərəcə bucaq altında yanı üstə aşmışdır. Bu da döngədə avtomobillərin təxminən paralelliyə yaxın vəziyyətdə toqquşmaları. Trasologiya sahəsində “xüsusi biliyə malik” ekspertin gəldiyi məntiqi nəticədən belə çıxır ki, Təqsirləndirilən şəxs idarə etdiyi kombaynla yolun sağ kənarındakı yarımçıq tikilidən çıxaraq kombaynı “Mercedes” markalı avtomobil üzərinə sürmüşdür. Bu ki, bilə-bilə yalan rəy verməkdir. Tərəfindən ekspertə sual olunmuşdur ki, “mercedes markalı avtomobilin ilkin kontakt anından sonrakı trayektoriyası nə cür olmuşdur?” Ekspert isə cavabında bildirmişdir ki, “hadisə yerində nəqliyyat vasitəsinin sonrakı dayanma vəziyyəti ilə müəyyən edilir” Daha sonra yenidən tərəfindən ekspertə sual olunmuşdur ki, “jatkanın qarşısından 1-2 metr məsafədə arxada, sağ hissədə yerləşən metal lövhələr üzərində olan əzilmə və sürtünmə izləri necə əmələ gəlmişdir? Ekspert isə cavab olaraq bildirmişdir ki, “Toqquşma prosesində bir-birinə girmə zamanı Mersedesin arxası sağa istiqamətdə yerdəyişmə edir və bu nəticədə yarana bilər.” Daha sonra ekspert həqiqətin üzərinə gəlib çıxdığımızı başa düşür və əsəbi formada məhkəmədə verdiyi ifadəsini davam edərək bildirir ki, “Bunun işə aidiyyatı yoxdu. Sizin fikriniz odur ki, ilkin kontakt olub konbaynın yanı ilə. Xeyr, bu heç cür mümkün deyil, hər bir halda.” Ekspert qeyd edir ki, ilkin kontakt Mercedes Benz avtomobilinin qabaq hissəsi ilə Kombaynın qarşısına quraşdırılmış biçin qurğusunun sol ilk dişi ilə kontakt olmuşdur, ancaq ekspertə təqdim edilmiş fotoşəkillərdən o cümlədən hadisə yerində aparılmış baxış zamanı çəkilmiş və protokola əlavə edilmiş fotoşəkillərdən də aydın olur ki, ilk kontakt həmin hissələrdə olması mümkün deyildir, belə ki, ilk kontakt anında sürəti ilə sonrakı haldakı avtomobilin sürətinin arasında fərqin olması aydındır əgər gəldiyi sürətlə avtomobil ilk olaraq ilk iki dişlə kontak edirdisə niyə ilk iki dişdə məhz bamperin qarşısında olan əziklər kimi ilk iki dişin də hər hansı formada deformasiyası olardı? Ancaq bu hal kontakt halında mümkündür cavabı ilə izah edilməli deyil konkret olaraq ekspertiza tədqiqatı aparılmalıdır ki, necə baş verir ki, ilkin sürətində avtomobil ilkin olaraq ilk iki dişlə kontakt edir ancaq bamper sonradan soldan birinci dişin arxasında yerləşən dəmir lövhəyə dəyərək deformasiya olur və ekspert yenə də mövqeyini dəyişməyərək ifadə edir ki, mümkündür ilkin sürətlə gələn avtomobil ilkin kontakt etdiyi detalla deformasiya olmasın ancaq həmin detalın tam arxasında yerləşən metal lövhəyə dəyərək müəyyən bucaq altında əyilsin və şəkildə görsənən formada zədələr əmələ gəlsin. Məhkəmədə dindirilərkən belə ekspertin zidiyyətli cavablar verdiyini görürük. Belə ki, fotoşəkillərə və ekspertin verdiyi 1-ci cavaba diqqət yetirdikdə görə bilirik ki, hadisədən sonra mercedes markalı avtomobilin arxası sola, kombaynın qarşısına doğru yerdəyişmə etmişdir. Ekspert ikinci cavabına isə öz fikrini və istintaq materiallarını təkzib edərək hadisədən sonra mercedes markalı avtomobilin arxasını sağa sürüşərək jatkanın qarşısından 1-2 metr məsafədə arxada, sağ hissədə yerləşən metal lövhələr üzərində olan əzilmə və sürtünmə izlərini əmələ gətirdiyini bildirir. Hansı ki, mercedes markalı avtomobilin sağ tərəfində nəinki jatkanın arxasında, sağ hissədə yerləşən metal lövhələr üzərində olan əzilmə və sürtünmə izlərinə xarakterik olan, ümumiyyətlə heç bir əzilmə və ya sürtünmə izləri yoxdur. Hazırki mərhələdə iş üzrə ekspertin dediyi qaydada kombaynın təkərinin qaldırılan zaman yerinin dəyişib dəyişməməsinin mütəxəssis və ya ekspertin iştirakı ilə istintaq eksperiment yolu ilə tədqiq edilməsi zərurəti ilə bağlı istintaq eksperimentinin keçirilməsi ilə bağlı vəsatət verməyimizə baxmayaraq məhkəmə tərəfindən bu rədd edilmişdir. Bundan başqa yol nəqliyyat eksperti Hikmət İbişovun dindirilməsi zamanı ekspert ekspert rəyində göstərmədiyi Mercedes Benz markalı avtomobilin heç vaxt Kombaynın yan tərəfindən toqquşa bilmədiyini qeyd edib təkidlə avtomobilin ilk kontak yerinin sol tərəfdən ilk iki dişin olması və ondan sonra gedişatda isə digər zədələrin yaranmasını qeyd etdi. Bildirir ki, bununla bağlı zərərçəkmiş Elnur Çağırqanovun ekspert rəyində göstərilən hallarla yol nəqliyyat ekspertizasını aparmış ekspertin dedikləri arasında ziddiyyət olmaqla bərabər aydın olmayan hallar vardır ki, bu hallar tibbi ekspertiza rəyində aydınlaşdırılmamışdır. Bildirir ki, hadisənin baş verməsi mexanizimdən zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin kombaynın hansı hissəsi ilə yetirilməsi baş vermiş hadisə mexanizmi ilə ekspertin vermiş olduğu hadisə mexanizmi ilə həmin xəsarətin yetirilib yetirilməməsinin mümkün olub-olmadığının mümkünlüyü konkret olaraq izah edilməmişdir. Belə ki, həmin xəsarətin ilk iki dişlə ilkin kontakt halında yaranıb yaranmağa xarakterik olub olmaması və ya hansı şəkildə baş verməsinin aydınlaşdırılmasının əhəmiyyəti böyük olmasına və bu halın 16 avqust 2020-ci il tarixli 53 saylı ekspert rəyini vermiş ekspert Cavanşir Əliyevin dindirilməsi yolu ilə müəyyənləşdirilməsi mümkün olmasına baxmayaraq məhkəmə bu vəsatətini də rədd etmişdir. Yuxarıda sadaladığı sübutlar toqquşmanın birmənalı şəkildə kombaynın hərəkət yolunda baş verməsini göstərir. Həmin sübutlar isə onun tərəfindən deyil, cinayət işinin istintaqını aparan müstəntiqlər Süleyman Həsənov və Laçın Əliyev tərəfindən cinayət işinin materiallarına obyektiv olaraq “bərkidilmişdir” ki, bu gün həmin sübutları“qabardaraq” məhkəməyə təqdim edirlər. Bunu təsdiq edən eyni markalı avtomobilləri hadisə yerində çəkilmiş fotoşəkillərini də iş materiallarına əlavə edərək məhkəmənin diqqətinə çatdırmışlar ki, istər Kombaynın təkərləri asfaltın üzərində olsun istərsə də torpaq yolda olsun avtomobilin qarşısına quraşdırılmış biçin qurğusu 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmir. Həmçinin hesab edir ki, istintaq və məhkəmə orqanları müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmi əsasında məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin etməli və ekspertlər qarşısında suallar qoymalı idi. Bu yolla həqiqətə nail olmaq mümkün idi. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs əsassız olaraq yüngül cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, cəza təyini zamanı Təqsirləndirilən şəxs iki şəxsin ölümündən, 2 nəfər şəxsə isə ümumilikdə 49101 manat məbləğində maddi zərər vurulmasından ibarət nəticəni nəzərə almamışdır. Məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək ona maddənin sanksiyasının ən aşağı həddində olmaqla yüngül cəza təyin edilməsini deyil, məhz maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməsinə, işin halları nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinin mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə əsas cəza kimi Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməl subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Cinayətin subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. Obyekt qismində yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyekt qismində isə insanın həyat və ya sağlamlığınının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Təqsirləndirilən şəxs törətdiyi əməl yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin daha təhlükəli forması olmaqla əməlin ictimai təhlükəliliyi birbaşa cinayətin əlavə obyekti ilə bağlıdır. Belə ki, əməl nəticəsində iki şəxs sağlamlığını yox, məhz həyatını itirmişdir. Bundan başqa, əməl nəticəsində zərərçəkmiş şəxslərə 13678 manat məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən vurulmuş zərəri aradan qaldırmasını, CMin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hadisənin qarşılıqlı təqsir fonunda baş verməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs maddənin sanksiyasının ən aşağı həddində-5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir, hansı ki həmin cəzanın təyin edilməsi həmçinin Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini şərtləndirmişdir. İş materiallarından görünür ki, iş üzrə hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ibtidai istintaqın əvvəlindən hökm çıxarılan günədək təqsirləndirilən şəxsdən şikayətçi olmuş, həmçinin təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olmadığını bildirmişdir. Sonuncu məhkəmə iclasında zərərçəkmiş Ləman Süleymanzadənin atası olan hüquqi varis Nazim Süleymanov təqsirləndirilən şəxslə barışdığını bildirmiş, bununla belə cəza məsələsinə münasibət bildirərkən təklif etdiyi cəza həddində təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb etməklə barışığın formal xarakterli olduğunu göstərmiş, həmçinin iş üzrə digər hüquqi varis cəzaya münasibət bildirərkən aralarında hər hansı razılığın olmaması, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən tələb etmişdir. Belə olan halda təqsirləndirilən şəxsə maddənin sanksiyasında minimum olan, cəzaçəkmə müəssisəsinin növünə təsir edən 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi açıq-aşkar təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ, həmçinin əmələ olan münasibətinə uyğun olmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varislərdən biri ilə barışması onun barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsini tələb etmir. Hətta hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi belə təqsirləndirilən şəxsə maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini mütləq şərtləndirmir. Belə ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi həmin normanın tətbiqi məhkəməyə yalnız əsas cəza kimi 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasından daha ağır cəza təyin etməsini qadağan edir. Məhkəmənin istinad etdiyi digər yüngülləşdirici hallara gəldikdə isə qeyd etmək lazımdır ki, məhkəmə həmin halları hökmündə əsaslandırmamışdır. Belə ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nədən ibarət olmasını hökmündə əsaslandırmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs onun törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin 07 aprel 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində ona daha ağır əsas cəza təyin edilməklə dəyişdirilməlidir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri N.Süleymanov və Q.Mustafayeva və Zərərçəkmiş şəxs1 məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etirazlarını onunla əsaslandırmışlar ki, hadisə nəticəsində 2 gənc polis əməkdaşının sağlamlığına ağır zərər vurulmuş, digər şəxslərə 49101 manat məbləğində ziyan vurulmuşdur. Odur ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və yolverilməzdir. Tərəflərin məhkəmə kollegiyasındakı mövqeləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə etdi, apellyasiya protestində göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və hökmün Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilərək ona daha ağır azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz etdi, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadı və hökmün həmin hissədə qanuni və əsaslı olduğunu bildirdi. Zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə isə məhkuma yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov, tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, məhkuma həddən artıq yüngül cəza təyin edildiyini, mülki iddialara aid hissədə Qanunun tələblərinin pozulduğunu bildirdi, onun, digər zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsini, eləcə də mülki iddialarının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Bundan başqa, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs1 özü tərəfindən və arvadı, zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi, məhkuma həddən artıq yüngül cəza təyin edildiyini, mülki iddialara aid hissədə Qanunun tələblərinin pozulduğunu bildirdi, onun, arvadının və digər zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsini, eləcə də mülki iddialarının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Bundan başqa, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs2 məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, mülki iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs (mülki cavabdeh) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi İ.Sadıqov onlara qarşı verilmiş mülki iddiaya etiraz etdi, mülki iddianın təmin edilməməsini, apellyasiya şikayətləri və protestinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Aqroservis ASC-nin nümayəndəsi Məftun Süleymanov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Aqrolizinq ASC-nin adının dəyişdirilərək Aqroservis ASC adlandırılmış, həmin Fərmanın 2.2 və 3.1-ci bəndinə əsasən Aqrolizinq ASC-in kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Bununla əlaqədar olaraq Fərmanın icrasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs2 ilə bağlanmış lizinq müqaviləsi aktiv portfel olaraq Aqroservis ASC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdiklərini, şikayətlərin və protestin əsassız olduğunu bildirdilər və təmin edilməməsini məhkəmə kollegiyasında xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin və protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov apellyasiya şikayətində və ona əlavədə hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, qızı Ləman Süleymanzadənin ölümünə bilavasitə səbəb olan vəzifəli şəxslərin məsuliyyət məsələsinə baxılmasını, qızının mobil telefonu və polis geyim formasının oğurlanması yaxud gizlədilməsi faktına hüquqi qiymət verilməsini, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyət məsələsinə baxılmasını, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddialarının təmin edilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva apellyasiya şikayətində hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, yoldaşı Zərərçəkmiş şəxs1 yenidən zərərçəkmiş kimi tanınaraq dəymiş maddi ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində hökmün ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, yenidən zərərçəkmiş kimi tanınaraq dəymiş maddi ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını, məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə, daha sonra isə ittiham tərəfinin apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkumun müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını iddia etmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadığı, əməldə cinayət tərkibi olmadığı, cinayətin törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi hallarda çıxarılır: Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmələrdə tədqiq olunmuş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə sübuta yetirilir. Müdafiə tərəfi apellyasiya şikayətində ona əsaslanmışdır ki, yol nəqliyyat hadisəsi digər avtomobilin (“Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil) Təqsirləndirilən şəxs idarə etdiyi kombaynın hərəkət zolağına çıxması nəticəsində baş vermişdir. Lakin məhkəmə kollegiyası işin faktiki hallarını, tədqiq olunmuş ekspertiza rəylərini, eləcə də dindirilmiş ekspertin ifadələrini rəhbər tutaraq hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur, həmin dəlilləri təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Müdafiə tərəfinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən hadisə yerinə yenidən baxış keçirilmiş, eləcə də sonuncu yol-nəqliyyat hadisələri ekspertizasının aparılmasında iştirak etmiş ekspert dindirilmiş və məhkəmə kollegiyasında belə bir inam yaranmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də ona qarşı irəli sürülmüş ittihamda göstərilən hərəkətlər törədilmişdir. Belə ki, cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2021-ci il tarixli 8/2375 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin rəydən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “New Holland TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa rəydən görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli 8/685 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə “New Holland TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günabaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. Həmçinin rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Mercedes Benz C 180” markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa rəydən grünür ki, Sürücü E.Zərərçəkmiş şəxs1 “Mercedes Benz C 180” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan əlavə rəydən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “NEV HOLLAND TC 5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 8/2692 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mercedes Benz C180 markalı 99GC177 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə NEW Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında baş vermişdir (bax sxem 1) Kombaynın qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş biçin qurğusunun çıxıntılardan arxada yerləşən sol yan hissəsində olan metal löhvələr və lövhənin təkər tərəfdən bərkidildiyi qalın dəmir üzərində olan zədələr ilkin kontaktdan sonra toqquşma prosesində həmin hissələrin Mercedes-Benz markalı avtomobilin qabaq hissəsi ilə kontakta olması nəticəsində yaranmışdır. İlkin kontakt anında nəqliyyat vasitələrinin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərindən məlum olur ki, həmin anda nəqliyyat vasitələri arasında toqquşma təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. Qabaq banperin orta hissəsində olan zədələr ilkin kontakt anında deyil, ilkin kontaktdan sonra toqquşma prossesində baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, yəni qarşısına quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğusu olan kombaynın öz yolu ilə hərəkətdə olarkən toquşmanın qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz C180 markalı avtomobilin əks hərəkət zolağına çıxması ilə əlaqədar NEW Holland TC5050 markalı kombayının hərəkət zolağında, 1.1 üfüqi nişanlama xəttindən 0,1 metr məsafədə baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İlkin kontaktın Mercedes Benz C180 markalı avtomobilin qabaq sol hissəsi ilə kombayının qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş verməsi, istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminə uyğundur və tədqiqat həmin mexanizmə uyğun aparılmışdır. Tədqiq olunan şəraitdə Mercedes Benz C180 markalı 996GC177 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.V.X25 C180 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiq olunan şəraitdə NEVV Holland TC5050 markalı 90L009 dövlət qeydiyyat nişanlı kombayının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında dindirilmiş ekspert X31 ifadəsində göstərmişdir ki, 7 yanvar və 23 aprel 2021-ci il tarixli rəyləri onun tərəfindən verilmiş və rəy verən zaman o, başqa rəyə istinad etməmişdir. 23 aprel rəyi onun tərəfindən yazılmış, 1-ci sual üzrə trasoloji ekspertizanı o aparmış və yol nəqliyyat ekspertizasında da iştirak etmişdir. Kompleks məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, onda iki ixtisas olduğuna görə 14.1 və 14.3 olduğuna görə o, nəqliyyat trasoloji hissəsini özü, 2-ci yol nəqliyyat hadisələrini isə həmin ekspertlə birlikdə aparmışdır. Yəni 1-ci sualı tək, 2 və 3-cü sualları digər ekspertlə birlikdə aparmışlar. 16 avqust 2020-ci il tarixli hadisə yerinə əlavə baxış protokoluna əlavə olunmuş fotoşəkillərə əsasən 1-ci sualın son abzasında olan qənaətə gəlmişdir. Bundan başqa toqquşma nəticəsində kombayn özü sağ yanı üstə sürüşmüş, yəni toqquşmada olduğu vəziyyətdən sağ yanı üstə sürüşərək aşmışdır. Kompleks-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, nəqliyyat vasitələrinə baxış keçirilmiş, toqquşma bucağı müəyyən edilmiş, verilmiş hadisə mexanizmi üzrə tədqiqat aparılaraq rəy verilmişdir. İş materialları və fotoşəkillərdən belə məlum olur ki, kombayn hadisədən sonra sağ yarımüstə aşmış vəziyyətdədir, həmçinin kombayn hərəkəti istiqamətində soldan-sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ tərəfi yolun hərəkət hissəsində olmuşdur. Qeyd etmişdir ki, yolun hərəkət hissəsinin eni 7 m və bir istiqamətdə hərəkət zolağının 23.1 m olması, qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun kombayna birbaşa qoşulan tərəfinin 23.85 m olması, kombaynın hərəkəti istiqamətində soldan-sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkərinin yolun hərəkət hissəsində olması və toqquşmanın sol hissəsinin kombaynın qabaq hissəsinə quraşdırılmış qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun qabaq sol hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş verməsi nəzərə alınaraq, toqquşmanın hərəkət yoluna çıxması ilə əlaqədar kombaynın hərəkət zolağının 0.1 m məsafədən 0.5 m məsafədə baş verməsi qənaətinə gəlinmişdir. Kombaynın təkərinin eni heç olmasa 30-40 sm olar. Deməli o nəticəyə gəlirik ki, toqquşma nəticəsində kombayn özü sağ yanı üstə sürüşmüşdür. Yəni toqquşmada olduğu vəziyyətdə sağ yanı üstə sürüşərək aşmışdır. Bu başqa cür ola bilməz. Yəni bunun sağ təkərinin hərəkət hissəsində olmasını nəzərə almaqla, bunun hərəkət hissəsinin eni 7 m, bir istiqamətdə isə 3.5 m-dir. Deməli bunun sağ təkəri hərəkət hissəsindədir. Bunun sağ təkərini məsələn qaldırıb kombaynın hərəkət hissəsinə qoysaq, bunun heç olmasa yarım metri gəlib düşəcək bura 3.5-dən də yarım metr çıxanda 3 m qalır. Beləliklə kombaynın sol hissəsi mütləq qarşı hərəkət zolağındadır. X31 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, o, nəqliyyat vasitələrinə baxış keçirərək müəyyən etmişdir ki, bunlar arasında ilkin kontakt qabaq solu ilə deyil, kombaynın sol yan hissəsi ilə deyil, kombaynın iki dənə sol tərəfdən çıxıntı hissəsində baş vermişdir. Hətta ikinci çıxıntısını üfüqi vəziyyətdə saxlayan bərkidici qurğu o şəkillərdə də var. Deməli “Mercedes”in qabaq iki qapının ortasında ilişib qalmış, “Mercedes”in üzündə də qabaq sağ qanadı üzərində düz arxadan qabaq dirəyə kimi 1000 mm uzunluğunda təximinən 1 m uzunluğunda düzünə cızılma kəsilmə xətti müəyyən olunmuşdur. “Mercedes” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxmaqla, toqquşma 0.1 m məsafədə baş verməsi real deyildir. İstintaqda müəyyən edir ki, kombayn qarşı sol hissəsi üfüqi nişanlanma xəttinin sola çıxmaqla hərəkətdə olmuşdur. Yəni kombayn hərəkətdə olarkən “Mercedes”in bunun yoluna çıxıb toqquşması real hadisə mexanizmi deyil. Apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş ekspert X16 ifadəsində göstərdi ki, ekspertizanın hər iki həm trasoloji, həm yol-nəqliyyat eskpertizası hissəsində iştirak etmiş, eskpertiza rəyinin təsviri-əsaslandırıcı hissəsi təqdim edilmiş ilkin məlumatlar, nəqliyyat vasitələrinin çəkilmiş şəkilləri, hadisə yerinə baxış protokolları əsasında aparılmış tədqiqat əsasında yazılmışdır. Belə nəticəyə gəlmişdir ki, kombaynın qabaq sağ təkəri yolun hərəkət hissəsində olub. Kombayn qarşısına quraşdırılmış qurğunun əks hərəkət zolağına çıxması vəziyyətində hərəkətdə olub. Kombaynın qarşısına quraşdırılmış qurğunun dişlərinin əks hərəkət zolağına çıxması, toqquşmanın paralelliyə yaxın vəziyyətdə baş verməsi onu göstərir ki, Mercedes markalı avtomobilin kombaynın hərəkət zolağına çıxması real hadisə mexanizminə uyğun deyil. Kombaynın qarşısına quraşdırılmış qurğu yolun 1.1 üfüqi nişanlanma xəttini keçib. Belə ki, hadisədən sonra kombayn sağa doğru sürüşüb, hətta sürüşmə olduqdan sonra belə onun sağ təkəri yolun hərəkət hissəsində olub. Bunu iş materiallarında hadisədən dərhal sonra çəkilmiş fotoşəkillərdə təsdiq edir. Belə ki, fotocədvəlin 8-ci şəklində biz bunu aşkar şəkildə müəyyən edə bilirik. Ancaq neçə metr sürüşmə olduğunu müəyyən etmək mümkün olmamışdır. Kombayn hərəkətdə olarkən təkəri yox, lakin qarşısına əvvəlcədən quraşdırılmış qurğu yolun əks hərəkət zolağına keçmişdir. Göründüyü kimi həm məhkəmələrdə tədqiq edilmiş ekspertiza rəylərindən, həm də dindirilmiş ekspertlərin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi kombaynın qarşısına əvvəlcədən quraşdırılmış qurğu yolun əks hərəkət zolağına keçmişdir. Məhkəmə kollegiyası işin bu halını xüsusilə vurğulayır ki, hadisədən sonra avtomobillərin (kombayn və Mercedes) ilkin vəziyyəti ilə müəyyən edilir ki, kombaynın qabaq sağ təkəri yolun sağ hərəkət hissəsində qalmışdır (İ cild i.v. 7-10. Ekspertiza rəylərində də ekspertlərin əsaslandığı əsas məqam budur ki, mercedesin qabaq sol tərəfi ilə kombaynın qabaq sol tərəfinin paralelliyə yaxın vəziyyətdə toqquşması nəticəsində kombayn sağ tərəfə sürüşmüşdür. Həmin sürüşmə olduqdan sonra belə onun sağ təkəri yolun hərəkət hissəsində qalmışdır. Sadə ölçmələr və hesablamalar aparmaqla müəyyən etmək mümkündür ki, kombaynın qarşısına əvvəlcədən quraşdırılmış qurğu yolun əks hərəkət zolağına keçmişdir. İş materiallarında olan fotoşəkillərlə müəyyən edilir ki, kombayn hadisədən sonra sağ yanı üstə sağ tərəfə aşmışdır. Bundan başqa kombayn hərəkəti istiqamətində soldan sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkəri yolun hərəkət hissəsində qalmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilir ki, yolun hərəkət hissəsi 7 metr olmaqla, bir istiqamətdə hərəkət zolağının eni 3.5 metrdir. Eyni zamanda qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun kombayna birbaşa qoşulan tərəfinin eninin 3.9 metr olması iş materialları ilə müəyyən edilir. Məhz işin bu halları (kombayn hərəkəti istiqamətində soldan sağa doğru aşdıqdan sonra belə onun qabaq sağ təkəri yolun hərəkət hissəsində qalması, qarğıdalı və günəbaxan yığmaq üçün nəzərdə tutulmuş qurğunun kombayna birbaşa qoşulan tərəfinin eninin 3.9 metr olması) onu göstərir ki, müdafiə tərəfinin yol nəqliyyat hadisəsinin kombaynın hərəkət zolağında baş verməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhz işin həmin halları onu göstərir ki, kombayn ilə mercedes markalı avtomobil arasında ilkin təmas mercedes markalı avtomobilin hərəkət zolağında baş vermişdir. Göründüyü kimi sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda onun idarə etdiyi kombaynın qarşısına bərkidilmiş qurğu qarşı hərəkət zolağına çıxmış və nəticədə qeyd olunan yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan başqa qeyd etmək zəruridir ki, yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qaydada həyata keçirilir. Belə ki, iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda sürücü Təqsirləndirilən şəxs həmin tələblərə də əməl etməmişdir. Göründüyü kimi sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozuntularına yol verilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmi işin faktiki halları ilə təkzib edilir. Eyni zamanda keçirilmiş ekspertizalar zamanı da yol nəqliyyat hadisəsinin müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmində baş verməsi inkar edilmişdir. İşin hallarından görünür ki, sürücü Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi və 57-ci maddəsinin 6-cı hissəsinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs həmin tələblərə riayət edərək hadisənin qarşısını almaq üçün texniki imkanlara malik olmuşdur. Məhkəmə kollegiyası müdafiə tərəfinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində çoxsaylı şahidlər və ekspert dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası apellyasiya araşdırmasını məhkəmə istintaqı aparılmaqla keçirmiş, hadisə yerinə baxış keçirilmiş, rəy vermiş ekspert dindirilmiş, ətraflı araşdırma aparılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında məhkəmə kollegiyasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir. Beləliklə də, apellyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla tam təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar mövcud deyil. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə məhkəmə kollegiyasının münasibəti: Qeyd olunan apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərindən görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olması hər 4 apellyasiya tələbinin ortaq dəlilini təşkil edir. Bundan əlavə hökmün ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin ortaq dəlilidir. Qeyd olunanlardan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov apellyasiya şikayətində qızı Ləman Süleymanzadənin ölümünə bilavasitə səbəb olan vəzifəli şəxslərin məsuliyyət məsələsinə baxılmasını, qızının mobil telefonu və polis geyim formasının oğurlanması yaxud gizlədilməsi faktına hüquqi qiymət verilməsini, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyət məsələsinə baxılmasını, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddialarının təmin edilməsini tələb etmişdir. Bununla yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərində Zərərçəkmiş şəxs1 yenidən zərərçəkmiş şəxs kimi tanınmasını və maddi ziyanın ödənilməsini də tələb etmişlər. 1.Hökmün ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması ilə əlaqədar zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər CPM-in 391-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiya məhkəməsinin ilkin baxış iclasında həll olunur və həmin məsələyə Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli ilkin baxış qərarında hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı CPM-in 391.8-ci maddəsində qeyd edilən kobud prosessual pozuntulara yol verilməmişdir. Belə ki, CPM-in 391.8-ci maddəsinin tələbinə əsasən CPM-in 391.8.1-391.8.12-ci maddələrində nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Lakin hazırki cinayət işinin materiallarını ilkin baxış iclasının məqsədləri baxımından araşdırarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, cinayət işi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı CPM-in 391.8.1-391.8.12-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verilməmişdir. 2.Zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanovun apellyasiya şikayətində göstərdiyi qızı Ləman Süleymanzadənin ölümünə bilavasitə səbəb olan vəzifəli şəxslərin məsuliyyət məsələsinə və Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyət məsələsinə baxılması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Qeyd olunan dəlillərlə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə kollegiyasına ünvanladığı çoxsaylı vəsatətlərində sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını, onun əməlinin CM-in daha ağır maddəsi ilə tövsif edilməli olduğunu göstərmişdir. Sadalanan dəlillərə məhkəmə kollegiyası birlikdə münasibət bildirməyi zəruri hesab edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: - 391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin ediləcəyi halda, ibtidai istintaqı aparan orqan tərəfindən məhkəməyə verilmiş vəzifəli şəxslərin, eləcə də Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyətə cəlb edilməsi, həmçinin Təqsirləndirilən şəxs əməlinin daha ağır cinayət əməlinə tövsif edilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Lakin yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi məhkəmənin bu formada səlahiyyəti yalnız Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda nəzərdə tutulmuşdur. Yəni, Azərbaycan Respublikası Baş prokurorunun protesti olmadığı təqdirdə apellyasiya instansiya məhkəmələrinin belə səlahiyyəti nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan vəzifəli şəxslərin, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-nin məsuliyyət məsələsinə ibtidai araşdırmanı aparan orqan tərəfindən baxılmış və həmin orqanın 26 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarı ilə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263.3-cü maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə məhkəməyə verilmiş, məhkəmədə onu həmin maddə ilə təqsirli bilərək məhkum etməkdə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsində isə CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin protestləri olmadığı halda təqsirləndirilən şəxsə ağır ittiham irəli sürülməsi, eləcə də məsuliyyətə cəlb edilməyən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmaması ilə bağlı dəlillərə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin X42 Şöbəsinin 10 sentyabr 2020-ci il tarixli 317-6419-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun və X8 AR.DİN-nin Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən sürücülük hüquqları yoxdur və hal hazıra qədər onlara sürücülük vəsiqəsi verilməmişdir. “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin qeydiyyata alınması və həmin nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsi Rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri çərçivəsindədir (İ cild i.v.115). Cinayət işinin materiallarına əlavə edilmiş Kənd Təsərrüfatı Nazirliyinin Kəlbəcər Dövlət X23 11 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “NEW Holland TC 5050” markalı nəqliyyat vasitəsini idarə etmək hüququ verən AB 011433 nömrəli sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə olunması barədə xx.xx.2020-ci il tarixli etibarnaməsi mövcuddur. Sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat daxil olmamışdır (İ cild i.v.136). Göründüyü kimi “NEW Holland TC 5050” markalı kombayn mexaniki nəqliyyat vasitəsinin qeydiyyata alınması və həmin nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsi Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərində olmuş və buna görə AR DİN-nin Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sistemində Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmasına dair məlumat aşkar edilməmişdir. X35 Nazirliyinin Kəlbəcər Dövlət X23 məktubuna əsasən A. Behbudovun “NEW Holland TC 5050” markalı nəqliyyat vasitəsini idarə etmək hüququ verən AB 011433 nömrəli sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə olunması barədə xx.xx.2020-ci il tarixli etibarnaməsi mövcuddur. Təqsirləndirilən şəxs Sürücülük vəsiqəsi cinayət işinin materiallarına əlavə edilmişdir. X20 apellyasiya şikayətində qızının mobil telefonu və polis geyim formasının oğurlanması, yaxud gizlədilməsi faktına hüquqi qiymət verilməsini də xahiş etsə də, buna dair nə sübutlar məhkəmə kollegiyasına təqdim edilməmiş, nə də iş materiallarında belə bir sübut mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, oğurluq cinayətinin törədilməsi, həmin cinayətin üstünün açılması, təqsirkarın müəyyən edilərək məhkəmə məsuliyyətinə verilməsi məsələsi ibtidai araşdırma orqanlarının səlahiyyətinə aid olan məsələdir. Belə fakların mövcud olacağı təqdirdə N.Süleymanova bununla bağlı istintaq orqanına müraciət etməsi tövsiyyə olunur. 3.Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayevanın Zərərçəkmiş şəxs1 yenidən zərərçəkmiş şəxs kimi tanınması və maddi ziyanın ödənilməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi öz hökmündə Zərərçəkmiş şəxs1 zərərçəkmiş kimi statusuna xitam verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, zərərçəkmiş şəxs tərəfindən mülki iddianın vaxtında verilməməsi mülki iddiaya baxılmaması üçün əsas ola bilər, lakin həmin şəxs öz zərərçəkmiş şəxs statusunu saxlayır. Bununla belə Zərərçəkmiş şəxs1 və arvadı, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva apellyasiya instansiya məhkəməsində məhkəmə kollegiyasına yazılı ərizələr təqdim edərək vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tutulmasını tələb etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkum Təqsirləndirilən şəxs qarşı istər ibtidai istintaq zamanı, istərsə də, birinci instansiya məhkəməsində məhkəmə çıxışı başlanana kimi iddia ərizəsi ilə müraciət etməmişdir. Bu səbəbdən CPM-in müddəları baxımından vurulmuş ziyanın ödənilməsi ilə bağlı məsələ hazırki vəziyyətdə apellyasiya baxışının predmeti ola bilməz və zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayevaya və zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki mühakimə üsulu qaydasında mülki iddia ilə vurulmuş maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilməlidir. Belə ki, CPM-in 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Q.Mustafayeva və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkum Təqsirləndirilən şəxs qarşı istər ibtidai istintaq zamanı, istərsə də, birinci instansiya məhkəməsində məhkəmə çıxışı başlanana kimi iddia ərizəsi ilə müraciət etməmişlər. 4.Zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanovun mülki iddialarına məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov mülki iddialar təqdim edərək kombaynın sürücüsü Təqsirləndirilən şəxs maddi zərərə görə 50.500 manat, mənəvi zərərə görə 49.500 manat, Zərərçəkmiş şəxs2 maddi zərərə görə 50.500 manat, mənəvi zərərə görə 149.500 manat, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən maddi zərərə görə 50.500 manat, mənəvi zərərə görə 249.500 manat tələb etmişdir. İşin materiallarından isə görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanov birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur və ona dəymiş ziyan tamamilə ödənmişdir. Buna görə də birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) N.Süleymanovun Təqsirləndirilən şəxs münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilməsini qərara almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə qanuni və əsaslıdır, işin hallarına uyğundur, bu zaman hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Ləman Süleymanzadənin hüquqi varisi N.Süleymanov istintaq orqanına 30 mart 2021-ci il tarixli ərizə verərək Təqsirləndirilən şəxs ailəsindən 15.000 manat pul vəsaitini aldığını təsdiq etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı N.Süleymanov notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını, gələcəkdə də heç bir maddi və mənəvi tələbi olmayacağını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Gülbəniz Behbudovanın (Təqsirləndirilən şəxs arvadl) cavabdeh Nazim Süleymanova qarşı “42000 manat pul vəsaitinin və 216 manat dövlət rüsumunun pul əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddası və cavabdeh Nazim Süleymanovun cavabdeh Gülbəniz Behbudovaya qarşı “100000 manat pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamədən görünür ki, Nazim Süleymanov qarşılıqlı iddiasında göstərmişdir ki, X13 həyat yoldaşı Təqsirləndirilən şəxs günahkar olduğunu bilərək könüllü olaraq öz istəyi ilə Gəncə şəhər 6 saylı notariat ofisinə onu dəvət edərək Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı qismən ödəmişdir. Qeyd olunanlardan göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanova vurulmuş ziyan Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ödənilmiş və buna görə N.Süleymanov birinci instansiya məhkəməsində notariat qaydada təsdiq edilmiş sənəd təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəlmiş olduğu nəticəni ədalətli və qanunamüvafiq hesab edir. Digər mülki iddialara (Zərərçəkmiş şəxs2 və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə) münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin mülki iddiaların baxılmamış saxlanılması nəticəsinə gəlmiş birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 və Aqrolizinq ASC-yə münasibətdə verilmiş mülki iddialar üzrə hazırki cinayət işi üzrə baxılma zərurəti ilə bağlı yetərli sübutlar tədqim edilməmişdir. Həmçinin qanunvericiliyin tələbləri baxımından verilmiş mülki iddianın baxılmamış saxlanılması onun sonradan mülki mühakimə qaydasında yenidən verilə bilməsini istisna etmir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə üsulu qaydasında birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. 5.Məhkuma təyin edilmiş cəzaya məhkəmə kollegiyasının münasibəti: Zərərçəkmiş şəxsin hüquqi varislərinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin digər dəlili, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlili məhkum barəsində daha ağır cəzanın təyin edilməsidir. Məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkum Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Törədilmiş cinayətin xarakteri, cinayətin törədilməsində Təqsirləndirilən şəxs rolu, eləcə də işin digər faktiki halları məhkəmə kollegiyasında belə qənaət formalaşdırır ki, məhkuma təyin edilmiş cəza ədalətli və qanuni cəzadır. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin törədilməsində təqsirlidir, lakin onun təqsirinin dərəcəsi, eləcə də barəsində olan cəzanı yüngülləşdirən hallar ona təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu göstərir. İşin faktiki halları ilə müəyyən edilir ki, hazırki cinayət əməlinin törədilməsində həm Təqsirləndirilən şəxs, həm də digər avtomobilin sürücüsü Elnur Çağırqanovun qarşılıqlı təqsiri mövcud olmuşdur. İşin bu halı Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyinin və ədalətliyinin müəyyən edilməsi zamanı zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, E.Çağırqanovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, mərhum E.Çağırqanov ibtidai istintaq zamanı CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hüquqi varisi müəyyən edilmiş və barəsində CPM-in 39.1.5-ci maddəsi ilə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir (İİ cild 162-166). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanov ilə barışıq əldə etməsini, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanova vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi N.Süleymanovun ondan heç bir şikayət və tələbinin olmamasını, əvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxs Elnur Çağırqanovun yol-nəqliyyat hadisəsinin baş verməsində qarşılıqlı təqsirinin olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilən cəza ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumun cəzasının daha ağır cəza ilə əvəz edilməsi üçün qanuni əsaslar yoxdur. Cəzanı yüngülləşdirən hallarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin halları müəyyən edərkən iş materiallarında olan sübutlara əsaslanmışdır. Həmin sübutların mövcudluğu məhkəmə kollegiyası tərəfindən yenidən yoxlanılaraq, araşdırılmış və belə qənaətə gəlinmişdir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları müəyyən edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, qanuni və əsaslı hökm çıxarmışdır. Həmçinin zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərində göstərdikləri xx.xx.2023-cü il tarixli məhkəmə iclasında hüquqi varis X5 və təqsirləndirilən şəxsin vəkili Müdafiəçi1 Şəmsəddin oğlunun iştirak etmədiyi halda hökmdə onların iclasda iştirak etməsi kimi qeyd olunması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hökm aparılmış bütün məhkəmə istintaqının yekununu özündə əks etdirir. Hökmdə məhkəmə istintaqının aparılmasında iştirak etmiş cinayət prosesi tərəfinin adının qeyd edilməsi isə Qanunun pozuntusu kimi şərh edilə bilməz. Digər tərəfdən dövlət ittihamçısının çıxışının hökmdə qeyd olunmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının çıxışı protokolda öz əksini tapmışdır. Həmin çıxışın hökmdə əks etdirilməsinin vacibliyini vurğulayan norma isə CPM-də öz əksini tapmamışdır. Belə olan halda həmin hissədə də birinci instansiya məhkəməsinin hər hansı pozuntuya yol verməməsi müəyyən olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri, apellyasiya şikayətinə əlavə və apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxslərin hüquqi varisləri X14 və X15 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri, zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(100)-6/2023 nömrəli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın və həmin şəxslərə mülki mühakimə üsulu qaydasında mülki iddia ilə vurulmuş ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 mülki cavabdehlərə qarşı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə vurulmuş ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar