Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-177/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru kiçik ədliyyə müşaviri X10, Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(062)-103/2022 saylı hökmündən dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(062)-103/2022 saylı hökmü ilə (hakim Q.Y.Baxşıyev) xx.xx.1992-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması, hökmün icrasının Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübutla bağlı məsələ həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 17 radələrində atası X14 X24 tərəfindən döyülərək xəsarət alması səbəbindən həmin tarixdə saat 18 radələrində sonuncunun oğlu Zərərçəkmiş şəxs ilə evlərinin qarşısında küçədə mübahisə edərək küçədən götürdüyü ağac parçası ilə vurub ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs bu hərəkətləri ilə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı F.F.Vəliyev apellyasiya protesti verərək Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə olan əməlini CM-nin 128-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmənin gəldiyi nəticə həmin hissədə işin faktiki hallarına uyğun olmadığından, habelə cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 128-ci maddəsinə tövsif edərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Təqsirləndirilən şəxs atası Vidadi ilə zərəçəkmiş şəxs Famil İsayevin atası Bəşirin arasında olan mübahisədən sonra baş vermiş, onunla əlaqədar olmuşdur. Hadisə baş verən vaxt davada iştirak edən şəxslərdən yəni hadisə üzrə tərəflərdən başqa heç kəs olmamışdır. Yalnız dava davam etdiyi müddətdən sonra, faktiki olaraq zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs ayrıldıqdan sonra oraya qonşular gəlmişdir. Həm istintaq tərəfndən təqdim olunan şahidlərin, həmçinin zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş şahidin ifadəsindən də göründüyü kimi, Təqsirləndirilən şəxs ilə Famil İsayevin davasında orada həmin şəxslər olmamışlar. «Xuliqanlıq» ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Təqsirləndirilən şəxsin hərəkəti zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunsa belə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamışdır. Yalnız tərəflər arasında dava qurtardıqdan sonra şahidlər hadisə yerinə gəlmişlər. Bundan əlavə istintaq orqanının gəldiyi nəticəyə görə ictimai asayişin pozulması halı heç bir əsaslı səbəb olmadan baş vermişdir. Məhkəmə bu hala münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 2016-cı ildən torpaq mübahisəsinə görə, həmçinin torpaq sahəsinə gediş-gəliş yoluna görə mübahsiə davam edir. 07 fevral 2019-cu ildə Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasındakı mübahisə həll edilməsinə baxmayaraq münaqişə faktiki olaraq hazırkı vaxtadək davam etmişdir. Hadisə baş verən gün münaqişə tərəflərinin valideynləri arasında mübahisə baş vermiş, hətta bir-birlərinə xəsarət yetirmişlər. Bundan sonra hazırkı iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin yaşadığı evin qarşısına küçəyə gəlməsi vəziyyəti daha da gərginləşdirərək münaqişəyə səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin az əvvəl olmuş hadisə ilə səbəbli əlaqəsi olmuşdur. Belə olan halda baş vermiş hadisə “heç bir əsaslı səbəb olmadan” kimi qiymətləndirilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən zərərçəkmiş tərəfin əvvəlki davranışlarını nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilən nəticəyə gələrkən "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarını və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına istinad etmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd olunan Qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-cci il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Qeyd edilən Qərarların tələblərini nəzərə almayan məhkəmə kollegiyası heç bir əsas olmadan, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktiki hallarına uyğun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-nin 128-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmişdir. Halbuki, cinayət qanununun mənasına görə şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsi döymə, təhqir etmə, onun saglamlıgına zərər vurma və s. bu kimi hərəkətlərdə ictimai qaydanı pozmaga yönəlmiş birbaşa qəsd mövcüddürsa, xuliqanlıq cinayətinin tərkibi yaranır. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs oglu yaşadığı evin yaxınlığında, ictimai yer hesab edilən küçədə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşaraq, sonuncuya atası X24 tərəfindən onun atası X14 döyüldüyünü bildirib, bunu bəhanə edərək səs-küy salıb davamlı olaraq yüksəkdən nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10-15 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, hadisənin gedişində küçədə çəpərin yanından götürdüyü silah qismində istifadə olunan bir ədəd 96 sm uzunluğunda olan ağac parçasından istifadə edərək, həmin ağacla Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən bir zərbə vuraraq, ona təpə nahiyyəsinin əzilmiş yarası ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, daha sonra hərəkətlərini davam etdirərək həmin ağac parçası ilə onun ayaqlarına bir neçə zərbə vuraraq ona sağ-sol diz oynağının iç səthində qançırlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşaiyət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs oglunun əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən məhkəmənin gəldiyi nəticə mülahizə xarakteri daşıyır və işin faktiki hallarına uyğun deyildir. Həmin hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xuliqanlıq cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Təqsirləndirilən şəxs oglunun əməlində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 128-ci maddəsinə tövsif etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə olan əməli düzgün tövsif edilməmiş, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamışdır. Ona görə də hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri üzrə tərəflərin məhkəmə kollegiyasının iclasındakı mövqeləri: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya protesti ilə razı olduğunu bildirdi və protestin təmin ediləsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protesti ilə razı olmadığını bildirdi və çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı xuliqanlıq hərəkətləri etməsi sübutlarla təsdiq edilmir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Birinci instansiya məhkəməsi onun müdafiə etdiyi təqsirləndirilən şəxsin əməlini CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif etməkdə və onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Cəza məsələsinə gəldikdə isə hesab edir ki, təqsirləndirlən şəxsə təyin edilmiş cəza da ədalətlidir, onun törətdiyi cinayətin xarakterinə uyğundur. Ona görə də apellyasiya protestinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafəiçisinin dedikləri ilə razı olduğunu bildirdi və apellyasiya protesti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş eti. Apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar və hüquqi qiymətləndirmə: Apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkəmə istintaqı çərçivəsində Təqsirləndirilən şəxs və zərərçəkiş şəxs Zərərçəkmiş şəxs ətraflı dindirilmiş, eyni zamanda, cinayət işində olan digər sübutlar tədqiq edilərək CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonunun Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsi, o cümlədən atası ilə birlikdə kənd təsərrüfatı ilə məşğul olur. Zərərçəkmiş şəxs həmkəndlisidir və onu uzun müddətdir ki, tanıyır. Bundan başqa, Zərərçəkmiş şəxslə uzaq qohumluqları da var. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və dava-dalaş olmamışdır. Lakin, 2015-ci ildən başlayaraq ailələri arasında torpaq üstündə narazılıqlar olmuş, dəfələrlə münaqişələr baş vermiş, valideynləri və ailələri arasında ədavət yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evin yaxınlığında olarkən, əkin sahəsindən atası Vidadinin qışqırıq səsini eşitmiş, nə baş verdiyini aydınlaşdırmaq üçün əkin sahəsinə getmişdir. Əkin sahəsinə çatdıqda atası Vidadinin yerdə uzanıqlı vəziyyətdə olduğunu və halının pisləşdiyini görmüşdür. Həmin vaxt atasının yanında Sabir və onun oğlu Turxan olmuşlar. Nə baş verdiyini soruşduqda atası Vidadi demişdir ki, Famil onu söyüb təhqir etmiş, onu balta ilə öldürməklə hədələmiş və onu yerə yıxıb vurmuşdur. O, atasının olduğu yerə gələnə kimi Famil oradan uzaqlaşmışdır və Famil artıq orada yox idi. Baş verənlərə görə əsəbiləşmiş və elə sahədə Familin oğlu Vasifə zəng edərək onu söyüb təhqir etmiş və demişdir ki, onun atasının ayaqlarını sındıracaq. Vasif nə baş verdiyini soruşduqda cavab vermişdir ki, sonra biləcək, narahat olmasın. Vasifə bundan başqa heç bir söz deməmiş və həmin vaxt orada olan Turxan və atası Sabir ilə köməkləşib atasının qoluna girib onu küçəyə evlərinin qarşısına gətirmişlər. Orada atasına köməklik göstərməyə davam etmişlər. Evlərinin qarşısına çatarkən anası Bəsdi də getdiyi “ASAN” xidmətdən geri qayıtmış və nə baş verdiyini öyrənmişdir. Həmin vaxt o, Vasifin küçə ilə onlara tərəf gəldiyini görmüş, anası Bəsdi Vasifə qışqırmışdır ki, buraya gəlməsin, çıxıb getsin. Amma Vasif çıxıb getməmiş, onlara tərəf gəlməkdə davam etmişdir. Vasif qolunda gizlətdiyi mobil telefon ilə onların səsini yazmışdır. Bu zaman atası içi boş dəmir parçasını yerdən götürüb Vasifə tərəf atmış və demişdir ki, indi də omu üstlərinə gəlir, çıxıb getsin. Bundan sonra Vasifin həm səs yazmasına, həm də ki, onun atasının atasını söyüb təhqir etməsinə və vurmasına görə çox əsəbiləşmiş və çəpərin dibində olan ağacı götürüb Vasifin üstünə qaçmış, əlindəki ağacla əvvəlcə Vasifin ayaq nahiyyəsindən vurmuş, Vasif qaçmaq istəyərkən bir dəfə də baş nahiyyəsindən vurmuşdur. Bundan sonra Vasif oradan uzaqlaşmışdır. Zərbənin təsirindən Vasifin başı çapılmış və qan axmağa başlamışdır. Vasifin arxasınca qaçmamış və onu təkrar vurmamışdır. Vasif qaçıb gedəndən sonra öz evlərinə tərəf qayıtmışdır. Başı çapılandan sonra həmkəndlisi Zərərçəkmiş şəxs onlardan təxminən 40 metr aralıda küçədə oturmuş, sonradan səs-küyə toplaşan qonşular isə Vasifə ilkin yardım göstərib onun qanını kəsməyə çalışmışlar. Bir qədər sonra Vasifi əmisi İsaxın evinə aparmışlar. Vasifə qarşı bu hərəkətləri onun atasının atasına qarşı etdiyi hərəkətlərdən əsəbiləşərək etmişdir. Hadisədən sonra Vasifi ağacla vurub xəsarət yetirdiyi üçün çox peşman olmuş və ondan üzrhaqlıq edərək barışmağa cəhd etmiş, lakin Vasif onunla barışmamışdır. Sual-cavab əsnasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisə zamanı Vasifin üstünə qışqırsa da, onu söyməmişdir. Hadisə zamanı küçədə onlardan başqa heç kim olmamış, hadisə cəmi 5-10 dəqiqə baş vermiş, qonşular ora gələrkən artəq davadalaş başa çatmışdır. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Alakol kəndində yaşayır. X37 də onlarla birlikdə yaşayır. Atası kənd təsərrüfatı işləri ilə məşğul olur. X17 və X9 uzun müddətdir ki, tanıyır. Onlar bir kənddə yaşayırlar, həm də uzaq qohumluqları var. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin 2015-ci ildən aralarında torpaq üstündə münaqişə yaranmışdır və bu münaqişələri hal-hazırda da davam edir. Yaşadıqları kənddə atası Familə məxsus 20 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən Vidadi Səfərov istifadə etməyə imkan vermir. Bununla bağlı atası Famil həm polisə, həm də ki, məhkəməyə yazılı müraciətlər etmişdir. 2021-ci ildə Tovuz rayon Məhkəməsi və Gəncə Apellasiya məhkəməsi qanunsuz zəbtlə bağlı iddialarını təmin etmişdir. Buna baxmayaraq Vidadi Səfərov və onun ailə üzvləri onlara həmin torpaq sahəsindən istifadə etmələrinə bu gün də maneçilik törədirlər. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sərxan zəng edərək, onun və atasının ünvanına nalayiq sözlər işlədərək onu söyüb təhqir etmiş və təcili olaraq əkin sahəsinə gəlməsini demiş, bundan başqa atasını harada görsə, onun qolların qıracağını bildirmişdir. Nə baş verdiyini öyrənmək üçün əkin sahəsinə getmiş, Sərxanın evinə yaxınlaşan zaman onu görən atası Vidadi əlinə dəmir parçası alıb ona tərəf gəlməyə başlamışdır. Vidadinin arvadı isə ondan qaçıb getməyini istəmiş, o da məcbur qalıb oradan qaçmışdır. O, qaçan zaman Vidadi arxasınca gəlib əlində olan bir metr yarımlıq dəmir parçası ilə ayaqlarına zərbələr vuraraq onu döyməyə başlamışdır. Bu zaman Sərxan da onun ünvanına nalayiq sözlər işlədə-işlədə əlində olan çomaqla onun arxasınca qaçmışdır. Sərxan ona çatıb əlində olan çomaqla başına bir dəfə zərbə vurmuşdur. Zərbə nəticəsində yerə yıxılmış və bir anlıq huşunu itirmişdir. O, özünə gələn zaman görmüşdür ki, qonşusu Zahidə Səməd qızı ona su, Qonçə isə ürək dərmanı verir. Başından qan axdığı üçün Telli adlı qadın başına yod qoyaraq dəsmal ilə yaranın üstünü tutmuşdur ki, qan kəssin. Həmin vaxt əmisi İsax İsayev onu avtomobil ilə evinə aparmışdır. Sual-cavab əsnasında Zərərçəkmiş şəxs ifadəsidə göstərdi ki, o, Vidadi Səfərovun evinə tərəf gələrkən küçədə onlardan başqa heç kim olmamış, Vidadi və Sərxan onun arxasınca qaçıb onu vurarkən qonşular səs-küyə küçəyə toplaşmışlar Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisənin şahidləri Zahidə Səməd qızı, Vəfadar İsax oğlu, Vüsal Xanlar oğlu və Turxan Sabir oğlu olmuşlar. Hazırda Sərxandan şikayətçidir və onu bağışlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. X2 uzun müddətdir ki, tanıyır, əvvəllər münasibətləri yaxşı olsa da, 2015-ci ildən aralarında torpaq üstündə yaranmış münaqişə hələ də davam etməkdədir. Belə ki, yaşadığı kənddə özünə məxsus 20 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən Vidadi Səfərov ona istifadə etməyə imkan verməmişdir. Bununla bağlı həm polisə, həm məhkəməyə müraciət etmişdir. 2021-ci ildə ilk öncə Tovuz rayon Məhkəməsi və daha sonra isə Gəncə Apellasiya məhkəməsi onun iddiasını təmin etmişlər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu Alakol kəndinə həmkəndlisi X23 əkin sahəsində işləyərək əkin sahəsinin çəpərində olan ağacların qol-budağını kəsib yolu genişləndirdi. Həmin vaxt Səfərov Vidadi qoyun otarmaqdan gəlmiş, o isə çay içmişdir. Onun kəsdiyi ağacların budaqları yola töküldüyü üçün qoyunlar yoldan rahat keçsinlər deyə, yola tökülən ağacları kənara etməyə başlamış, həmin vaxt Vidadi Səfərov onu işlədən şəxsin ünvanına söyüşlər işlətmiş, o isə əhəmiyyət verməyib digər budağı götürüb yoldan kənara qoymuşdur. Budağı götürən zaman Vidadi Səfərov atasının goruna söymüş, o da cavabın da onun ata və anasını goruna söymüş, həmin vaxt Vidadi yerdə olan baltanı götürüb üstünə hücum etmiş, o da özünü müdafiə etmək üçün Vidadinin əlindən tutmuş, bu zaman Vidadi sol əli ilə sifətinin sağ tərəfinə iki dəfə yumruqla zərbə vurmuş, zərbənin təsirindən ağzında olan protez dişləri yerə düşmüşdür. Vidadini itləyib onu setka hasara dirəmiş, baltanın kəsən tərəfini Vidadiyə tərəf çevirmiş. Vidadi istəmişdir ki, baltanın kəsən tərəfini ona tərəf çevirsin, lakin qolunu Vidadinin boğazına dolamış, Vidadi arxa düşüb büdrəyərək yıxılmışdır. Vidadiyə demişdir ki, qohumdurlar, sakit olsun. Vidadi onu söyüb təhqir etmiş, o isə sağ əli ilə Vidadinin əlini qanırıb ona qalxmağa imkan verməmiş, çünki Vidadi ayağa qalxsa idi onu balta ilə vuracaqdı. Vidadi Səfərov qışqırıb oraya adam çağırmış, səsə onun qonşusu Turxan Əhmədov oraya gəlmiş, Turxan onu tutub ayırmaq istəyən zaman demişdir ki, ona dəyməsin, Vidadinin əlindən baltanı alsın. Orxan Vidadinin əlindən baltanı alıb kənara atmış, bundan sonra Vidadinin üstündən durmuş, həmin vaxt Vidadinin gəlini ondan qaçıb getməyini tələb etmişdir. O da oradan çıxıb getmişdir. Vidadi Səfərov yalandan oğlanlarını köməyə çağırmağa başlamış, o isə oradan uzaqlaşıb yaşadığı evə tərəf getmişdir. Vidadi Səfərov dəfələrlə ona hədə-qorxu gəlmiş, bununla bağlı polisə müraciət etsə də onun barəsində tədbir görülməmişdir. Vidadinin oğlu Sərxan onun oğlu Vasifə zəng edərək onu və ailə üzvlərini hədələmiş, onlara xəsarət yetirəcəyini demişdir. Onların əlindən əkin sahəsində sərbəst gedib işləyə bilmir. Vidadi Səfərovla aralarında baş vermiş mübahisə və çəkişmə əkin sahəsində baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisənin şahidi Turxan Əhmədov olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X25 ifadəsində göstəmişdir ki, Tovuz rayonu Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. X18 uzun müddətdir ki, tanıyır, həmkəndlidirlər. Əvvəllər aralarında münasibət yaxşı olsa da, 2015-ci ildən aralarında torpaq üstündə ədavətləri yaranmışdır. Həmin ərəfələr Famil İsayev ondan məhkəməyə şikayət etmişdir. Bu ədavət 5-6 il davam etmiş, yekunda aralarında yer mübahisəsi məhkəmə qaydası ilə həll olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisindən qoyun otarmaqdan gələn zaman görmüşdür ki, Famil İsayev həmkəndlisi Alının bağının çəpərində olan ağacların budaqlarını qırıb yola tökür. Ağacın budaqları yolu bağladığı üçün qoyun quzu oradan keçə bilməmiş, yaxınlaşan zaman Famil budaqları yoldan kənara etmək əvəzinə oturub çay içmiş, bunu görüb ona demişdir ki, niyə yolu bağlayır, gəlib yolu təmizləsin. Lakin Famil heç bir reaksiya verməmiş, Familin bu hərəkətinə hirsləndiyi üçün onun ünvanına söyüş söyərək özü yola tökülən budaqları kənara yığmağa başlamışdır. Bu zaman Famil İsayev ata anasının goruna söymüş, o da təkrar olaraq onu söymüş, bu zaman Famil İsayev əlinə balta alıb üstünə hücum etmişdir. Onlar əlbəyaxa olmuş, İsayev Familin əlində olan baltanı tutmuşdur ki, onu balta ilə vura bilməsin. Həmin vaxt Famil boğazından tutub onu yerə yıxmış və üstündə oturmuş dizi ilə sinəsinin üstündən basmış, o da qışqırıb kömək çağırmışdır. Səsə qonşuları X19 yanlarına gəlmişdir. Turxan gələn zaman Famil ona demişdir ki, əlindən baltanı alsın. X19 onun əlindən baltanı alıb kənara atmış, amma Famil yenə üstündən durmamışdır. Famil ona “buradan keçəndə sakit dur” deyərək onunla şərtlə danışmış, o da Familə demişdir ki, üstündən dursun, halı pisləşir, özünü pis hiss edir. Bundan sonra Famil üstündən durmuş, ona kimi Turxanın anası Kəmalə və atası Sabir də harayına çatmışlar. Sabir həkim ona ilkin tibbi yardım göstərmiş, sonra Famil İsayevdən çıxıb getməsini tələb etmişlər. Famil də hadisə yerindən uzaqlaşmışdır. Bir qədər sonra oğlu Təqsirləndirilən şəxs də yanına gəlmiş, baş verən hadisəni oğluna danışmış, Sərxan da Familin oğlu Vasifə zəng edərək demişdir ki, onun atasını buradan keçməyə qoymayacaq, atasının ayaqlarını qıracaq. Ardınca oğlu və Turxan köməkləşib onu küçəyə aparmışlar. Bir neçə dəqiqə sonra görmüşdür ki, Zərərçəkmiş şəxs küçəyə gəlir. X34 demişdir ki, buraya gəlməsin, çıxıb getsin. Amma Vasif çıxıb getməmiş, onlara tərəf gəlməyə davam etmişdir. O, görmüşdür ki, Vasif qolunda gizlətdiyi mobil telefon ilə səslərini yazır. Vasifin bu cür hərəkətinə acığı tutmuş, hirsləndiyi üçün həmin vaxt yerdə olan içi boş karniz dəmir parçasını Vasifə tərəf atmış, lakin dəmir parçası Vasifə dəyməmişdir. Həmin vaxt oğlu Sərxan heyvan otardığı ağac kəsiyini əlinə alıb Vasifin dalınca qaçmış, ilk öncə bir neçə dəfə Vasifin ayaqlarına sonra isə bir dəfə baş nahiyyəsinə zərbə vurmuş, Vasifin başı çapılmış və yaradan qan axmağa başlamışdır. Sonra Vasif qaçaraq oradan uzaqlaşmışdır. Nə o, nə də oğlu Sərxan həmkəndlisi Vasifin arxasınca getməmişlər. Həmkəndlisi Vasifi vurmamış nə də ki, onu döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. O, nə Vasifin dalnca qaçmamış, nə də ki, dəmir parçası ilə onun ayaqlarından vurmamışdır. O, yalnız yerindən durub ona dəmir parçası atmışdır ki, Vasif çıxıb getsin. Onun ayaqlarından və baş nahiyyəsindən ağacla yalnız oğlu Sərxan vurub xəsarət yetirmişdir. Hadisə küçələrində baş vermiş, təxminən 10 dəqiqə davam etmiş, sonradan səs-küyə qonşular toplaşmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs isə həmkəndlisidir, eyni zamandı qohumluq əlaqələri vardır. Vasiflə münasibəti yaxşı olmuş, aralarında ədavət olmamışdır. Lakin əri Vidadi ilə Vasifin atası Famil arasında əvvəllər bir neçə dəfə müxtəlif hadisələrin üstündə mübahisələri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “ASAN” xidmət mərkəzindən yaşadığı kəndə gəlmiş, küçəni dönəndə görmüşdür ki, küçələrində bir neçə adam var, nə baş verdiyi barədə maraqlandıqda ona demişlər ki, əri Vidadi ilə Famil sahədə mübahisə etmişlər, Famil Vidadini söyüb təhqir etmiş, onu hədələmiş və yerə yıxmışdır. Oğlu Sərxan və həmkəndlisi Turxan isə ərini qoluna girərək küçəyə gətirmişlər. Bir neçə dəqiqə sonra Vasifin onlara tərəf gəldiyini görmüş, həmin vaxt yolda evlərinin yaxınlığında olmuş və dava düşməsin deyə uzaqdan Vasifə qışqırmışdır ki, buraya gəlməsin, əmisinin həyətinə keçsin. Amma Vasif onu eşitməmiş və onlara tərəf gəlməyə davam etmişdir. Vasif qoluna, yəni köynəyinin altına, mobil telefon gizlədib səslərini yazmağa başlamış, bu səs yazmaq Vasifin ilk hərəkəti olmamış, bundan əvvəl də Vasif bir dəfə onun səsini yazmışdır. Vasifin onlara tərəf gəldiyini görən əri Vidadi yerdən içi boş karniz dəmirini götürüb Vasifə tərəf atmışdır ki, çıxıb getsin. Lakin içi boş dəmir parçası yaxınlığa düşmüş və Vasifə dəyməmişdir. Bunun ardınca ani anda oğlu Sərxan da Vasifin bu hərəkətinə hirslənərək çəpərdən ağac parçası götürüb Vasifin üzərinə tərəf getmişdir. Həmin anda Vasif qaçmağa başlamış, Sərxan Vasifə çataraq əlində olan ağacla ilə əvvəl Vasifin ayağına bir neçə dəfə, ardınca isə bir dəfə Vasifin baş nahiyyəsindən zərbə vuraraq ona xəsarət yetirmişdir. Zərbədən sonra Vasifin başı çapılmış və qan axmağa başlamışdır. Xəsarət aldıqdan sonra Vasif qaçaraq oradan uzaqlaşmışdır. Sərxan həmkəndlisi Vasifin arxasınca qaçmamış və onu təkrar vurmamışdır. Vasif evdən təxminən 40 metr uzaqlaşıb küçədə oturmuş, Vasif qaçıb gedəndən sonra öz evlərinə tərəf qayıtmışdır. Zərərçəkmiş şəxs yalnız oğlu Sərxan əlində olan ağacla vurmuş, xəsarəti yalnız oğlu Sərxan yetirmişdir. Əri Vidadi, həmkəndlisi Zərərçəkmiş şəxs vurmamış və döyməmişdir, yalnız içi boş dəmir parça atmış o da ki, yaxınlığa düşmüşdür. Bu hadisə Tovuz rayonu Alakol kəndində küçədə evlərindən təxminən 15-20 metr aralı məsfədə, həmkəndlisi Hüseyn Bəşir oğlunun evinin qabağında baş vermişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisədən sonra qonşular səsə həmin yerə gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Alakol kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs qaynı oğludur. Təqsirləndirilən şəxsla isə heç bir qohumluq əlaqəsi yoxdur, qonşusudur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olarkən küçələrində səs eşitmiş, nə baş verdiyini bilmək üçün evdən küçəyə çıxmış və görmüşdür ki, qaynı oğlu Vasif küçədə başından qan axır, lakin onu kimin vurduğunu görməmişdir. Tez Vasifə tərəf yaxınlaşmış və ona köməklik göstərməyə başlamışdır. Sonra əri İsaxa zəng edib onu oraya çağırtdırmışdır. İsax gəldikdən sonra Vasifi tibb məntəqəsinə aparmışdır. Sərxanın Vasifi vurduğunu eşitmişdir, Vidadinin Vasifi vurduğunu görməmişdir. Aralarında baş vermiş dava-dalaş Alakol kəndində Sərxangilin evlərinin yaxınlığında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X27 şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi kəndlisi kimi tanıyır. Özü həkim işləyir. Hadisə baş verən gün yəni 16 mart 2022-ci il tarixdə Famil və Vidadi arasında mübahisə baş vermiş, Familin Vidadini vurmasından sonra ona tibbi yardım göstərmişdir. Sonra evinə qayıdaraq işə getmək üçün hazırlaşmışdır. Sonradan kənd sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava olmuş və Sərxan Vasifi ağacla vurmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Tovuz rayon Alakol kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmkəndliləridir. Onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət, narazılıq və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə sahədə əkinin suvarma işləri ilə məşğul olduğundan evə qayıtdıqda kənd sakinlərindən eşitmişdir ki, Sərxan və Famil dalaşmış, Sərxan Vasifi ağacla vurmuşdur. Hadisə baş verən zaman orada olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Tovuz rayon Alakol kəndində yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Pensiyaçıdır. Sabir Əhmədov əri, Turxan isə oğludur. 16 mart 2022-ci il tarixdə həmkəndliləri Famil və Vidadi arasında mübahisə baş vermiş. Bir qədər sonra Vidadinin xəsarət alması səbəbindən ona ilkin yardım göstərilməsindən ötrü ərini oraya çağırmışlar. Ərinin Vidadiyə tibbi yardım göstərməsindən sonra evə qayıtmış, hazırlaşaraq işə getmək istəmişdir. Həmin vaxt o ərinə yemək vermişdir. Bir qədər sonra yenidən çöldən səs gəldiyini eşiştmişdir. Küçənin yuxarısına getdikdə Vasifin başının qanadığını görmüşdür. Kənd sakinlərindən eşitmişdir ki, Vasifi Sərxan vurmuşdur. Hadisə baş verən zaman evdə olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunaraq əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, onu kənddə Oşka kimi tanıyırlar. Zərərçəkmişi, eləcə də təqsirləndirilən şəxsi həmkəndlisi olaraq tanıyır. Hadisə baş verən gün orada olmamışdır. O, hadisə barədə heç nə görməmişdir. Çünki 2-ci dava zamanı orada olmamışdır. Vasif və Sərxanın atasının arasında olan davadan sonra oradan çıxıb getmişdir. Sonradan kənd sakinləri tərəfindən Sərxanın və Vasifin arasında dava olmasını, Sərxanın Vasifi vurmasını eşitmişdir. 2 gün sonra Vasif başısarıqlı gələrək onu şahid yazdığını demişdir. O isə hadisəni görmədiyi halda Vasifin onu necə şahid yazmasını ona irad şəklində bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 17 mart 2022-ci il tarixli 93 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin əzilmiş yarası, sağ-sol diz oynağının iç səthində qançırlar küt əşyanın təsirindən törənmişdir, 16 mart 2022-ci il tarixdə ağacla vurma nəticəsində əmələ gələ bilərdi. Sol təpə nahiyəsinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ-sol diz oynağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, iş üzrə tədqiq edilmiş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcllənin 7-ci maddəsinə əsasən isə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə gəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olun bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarı). Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquq tətbiq edicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006cı il tarixli (17 mart 2006-cı il tarixdə dərc edilmişdir) qərarında göstərilir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Konstitusiya Məhkəməsinin həmin qərarına görə bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Həmin qərara görə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin şərhinə görə Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Konstitusya Məhkəməsi Plenumunun qeyd olunan qərarında göstəriləm müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında da öz əksini tapmışdır. Həmçinin həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqlənməsi zəruriyyətinə cəlb edilsin, izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələr ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırkı işin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən işin müəyyən edilmiş faktiki hallarına əsasən Təqsirləndirilən şəxs qarşı CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi sonuncunun əməlini CMnin 128-ci maddəsinə tövsif edərək ona həmin maddənin sanksiyasının həddi daxilində cəza təyin etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 16 mart 2022-ci il tarixdə, saat 18 radələrində Tovuz rayonu, Alakol kəndi ərazisində yaşadığı evin yaxınlığında, ictimai yer hesab edilən küçədə həmin kənddə yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşaraq, sonuncuya atası X24 tərəfindən onun atası X14 döyüldüyünü bildirib, bunu bəhanə edərək səs-küy salıb davamlı olaraq yüksəkdən nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməklə, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin təxminən 10- 15 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, hadisənin gedişində küçədə çəpərin yanından götürdüyü silah qismində istifadə olunan bir ədəd 96 sm uzunluğunda olan ağac parçasından istifadə edərək, həmin ağacla Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən bir zərbə vuraraq, ona təpə nahiyyəsinin əzilmiş yarası ilə müşaiyət olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, daha sonra hərəkətlərini davam etdirərək həmin ağac parçası ilə onun ayaqlarına bir neçə zərbə vuraraq ona sağ-sol diz oynağının iç səthində qançırlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşaiyət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-nin 128-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin işə baxılarkən dindirilmiş şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini əsas götürərək hadisə zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmadığı, Təqsirləndirilən şəxs qəsdinin atası X14 X24 tərəfindən döyülərək xəsarət alması səbəbindən sonuncunun oğlu olan zərərçəkmiş şəxs Famil İsayevə xəsarət yetirməyə yönəldiyi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi bu qənatə gələrkən Təqsirləndirilən şəxs törətdiyi əməlin Təqsirləndirilən şəxs atası Vidadi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs X37 arasında olan mübahisədən sonra baş verməsi və onunla əlaqədar olması, hadisə baş verən vaxt davada iştirak edən şəxslərdən, yəni hadisə üzrə tərəflərdən başqa heç kəsin olmaması, yalnız dava davam etdiyi müddətdən sonra, yəni faktiki olaraq zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs ayrıldıqdan sonra oraya qonşuların gəlməsi, təqsirləndirilən şəxsin hərəkəti zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunsa belə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərin mövcud olmaması kimi işin müəyyən edilmiş hallarına əsaslanmışdır. Bundan əlavə istintaq orqanının gəldiyi nəticəyə görə ictimai asayişin pozulması halı heç bir əsaslı səbəb olmadan baş verdiyi hesab edilsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında 2016-cı ildən torpaq mübahisəsinin, həmçinin torpaq sahəsinə gediş-gəliş yoluna görə mübahisənin davam etdiyi, 07 fevral 2019-cu ildə Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasındakı mübahisənin həll edilməsinə baxmayaraq münaqişənin faktiki olaraq hazırkı vaxtadək davam etdiyi, hadisə baş verən gün münaqişə tərəflərinin valideynləri arasında mübahisə baş verdiyi, hətta bir-birlərinə xəsarət yetirdikləri, bundan sonra hazırkı iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin yaşadığı evin qarşısına küçəyə gəlməsinin vəziyyəti daha da gərginləşdirərək münaqişəyə səbəb olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, hazırkı mübahisənin az əvvəl olmuş hadisə ilə səbəbli əlaqəsi olduğundan baş vermiş hadisə “heç bir əsaslı səbəb olmadan” baş vermiş hadisə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən zərərçəkmiş tərəfin əvvəlki davranışlarını da nəzərə almışdır. Bununla da birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən belə hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində «xuliqanlıq» cinayətinin əlamətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs atası Vidadi ilə Zərərçəkmiş şəxs atası Famil arasında mübahisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, mübahisə nəticəsində Sərxan Vasifi vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Həmin vaxt onların yanında kimsə olmamış, məhkəməyə şahid kimi təqdim olunmuş şahidlər, eyni zamanda zərərçəkmiş şəxs tərəfindən şahid qismində məhkəməyə təqdim olunmuş şahid X21 həmin hadisə zamanı orada olmadığını bildirmiş, Sərxan və Familin arasında dava olmasını kənd sakinlərindən eşitmişdir. Buradan da görünür ki, Təqsirləndirilən şəxs niyyəti əxlaq normalarını pozmaq, həmin normalara etinasız münasibət göstərmək deyil, şəxsi münasibətləri zəminində yaranmış problemləri həll etmək olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və Təqsirləndirilən şəxs qəsdinin ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlmədiyi, hadisənini şəxsi münasibətlər zəminində baş verdiyi, bununla da onun əməlində «xuliqanlıq» cinayətinin əlamətlərinin olmadığı, qəsdin zərərçəkmiş çəxsə xəsarət yetiməyə yönəldiyi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, müəyyən etdiyi halları cinayət qanunvericliyinin tələbləri baxımından düzgün qiymətləndirərək qanuni və əsaslı qərar qəbul etmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci maddə.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Məhkum Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətləri CM-nin 128-ci maddəsinin tərkibini yaratdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq tədqiq edilmiş sübutlara əsasən məhkumun həmin əməlini düzgün qiymətləndirmiş, onun bu əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs əməlinin CMnin 221.3-cü maddəsi ilə tövsif edilməklə onun həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə dair hökm çıxarılması üçün qanunda göstərilmiş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxsin təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilən cəza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi onun ilk dəfə cinayət törətməsini, cinayətini etiraf edib əməlindən səmmi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hal kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almaqla cəza hissəsində də qanuni və əsaslı qərar qəbul etmişdir. CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə kolleqiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirlmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısı X3 apellyasiya protesti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(062)-103/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-177/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-177/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver