Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-178/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən Şəfəq Məmmədova) 15 noyabr 2022-ci il tarixli, 1(076)-6/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)-6/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli 1(076)-90/2019 saylı hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-143/2020 saylı qərarı ilə çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, həmin cəzanın CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun 7 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixə kimi tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi ilə əlaqədar saxlandığı saxlandığı 17 (on yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 5 (beş) il 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbsə alınması, cəzasını çəkməsinin əvvəlinin həbsə alındığı, yəni 15 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 6 (altı) ay 10 (gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmdən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(076)-6/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün Təqsirləndirilən şəxs1 aid hissəd ləğv edilməsini, Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-in 221.3-cü maddəsi üzrə bəraət verilməsini, təqsirləndirildiyi digər maddələr üzrə isə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, müdafiəçisi məhkəmənin hökmündən apellyasiya şikayəti vermişdir. Həmin şikayətdən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya şikayətindən imtina etməsi barədə hüquqları və bu imtinanın hüquqi nəticəsi ona aydındır. Dövlət ittihamıçısı göstərdi ki, verilmiş apellyasiya şikayətindən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. Həmin ərizənin təmin edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.6-cı maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci madəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 390.6 və 391.11-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 ərizəsi təmin edilsin və apellyasiya şikayətinə baxılmasına müdafiəçisi tərfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.12 və 410cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-178/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-178/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver