Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-179/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(066)- 121/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(066)-121/2022 nömrəli (sədrlik edən Qələmdar Abbasov) hökmü ilə xx xxx 1960-cı ildə Ermənistanın Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Göygöl rayon X3 Şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2a yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 14 radələrində əməliyyat öncəsi analiz vermək üçün Göygöl rayon X21 Hüquqi şəxsin Labaratoriya Şöbəsinə gələn Göygöl rayon Qızılca kənd sakini X4 analizlərin dövlət hesabına pulsuz qarşılandığını tələb etməsini xəstəxananın Cərrahiyyə Şöbəsinin həkim-cərrahı Zərərçəkmiş şəxs tərəfindən öyrədilməsini zənn edib sonuncu ilə məsələyə aydınlıq gətirmək məqsədilə xəstəxanın inzibati binasının üçüncü mərtəbəsində yerləşən Cərrahiyə Şöbəsinə getmiş, Zərərçəkmiş şəxs əməliyyat otağında olmasını bildikdən sonra Zərərçəkmiş şəxs özünün və mərhum valideynlərinin ünvanına uca səslə nalayiq söyüşlər söyərək xidməti otağına qayıtmışdır. Ondan sonra Zərərçəkmiş şəxs əməliyyat otağından çıxıb onun otağına gedərək ünvanına söyüş söyməsinin səbəbini soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı o, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərən, cəmiyyətə açıqca hörmətsizlik edən, öz qanunsuz və qərəzli hərəkətləri ilə xəstəxananın iş rejimini pozan, kənar şəxslərin ətrafa toplaşmasına səbəb olan hərəkətlər edərək ictimai qaydanı kobud şəkildə pozmaqla otaqda olan X19, X10, X14, X5, X6 və X20 gözü qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hucum çəkib zor tətbiq edərək sonuncunun qarın boşluğuna təpik zərbəsi ilə, sonra sol əli ilə sifətinin sağ tərəfindən şillə ilə, daha sonra isə otaqda olan plastmas materialdan hazırlanmış sərinkeşi silah qismində istifadə edərək həmin sərinkeşlə Zərərçəkmiş şəxs baş nahiyyəsindən zərbələr vurub sonuncuya sağ yanağın, üst dodağın, alt dodağın sıyrıqları ilə müşaiyyət edilən sağlamlığa zərər vurmayan, başın təpə nahiyyəsinin, sağ qabırğaaltı nahiyyənin və sol əlin V barmağının çıxığı ilə ilə nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müəddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmü CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməklə Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Həmçinin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışmağı ilə əlaqədar olaraq CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməyi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan ona CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin etmişdir. Belə ki, məhkəmə təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən müəyyən edildiyi kimi X1 rayon məhkəməsi tərəfindən xx.xx.2002-ci il tarixdə CM-nin 320.1-ci maddəsi ilə 2 il sınaq müddəti, Göygöl rayon məhkəməsi tərəfindən xx.xx.2010-cu il tarixdə CM-nin 178.2.2, 177.2.4 maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.7 bəndinə əsasən cərimə cəzasının ödənilməmiş 166 manat 54 qəpik hissəsindən azad edilib. Tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu cinayətindən əvvəl iki dəfə cinayət törətmiş məhkəmə həmin xüsusatları təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamışdır. Təqsirləndirilən şəxs əməli kifayət qədər sübutlarla təsdiq olunmasına baxmayaraq özünü təqsirli bilməməsi onun əməlindən peşman olmaması və gələcəkdə belə əməllərini davam etdirəcəyindən xəbər verir. Göygöl rayon mərkəzi xəstəxanasının baş həkiminin və digər işçilərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs söyüş söyən və mübahisəyə meyilli şəxs kimi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə həddən artıq yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Bütövlükdə götürdükdə, məhkəmə hökmündə Təqsirləndirilən şəxs cəza təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədlərini təmin etməyən səhv nəticəyə gəlmiş və onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə bunun mötivlərini hökmdə kifayət qədər əsaslandırmamışdır. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi onun tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut edilməmişdir. Əksinə, toplanmış sübutlar ona dəlalət edir ki, mübahisə tərəfləri arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Hazırki vəziyyətdə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, heç bir xuliqanlıq hərəkəti törətməmişdir. Sadəcə olaraq şəxsi münasibətlər zəminində mübahisələri olmuş, hazırda zərərçəkmiş şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Protestə etiraz edir, şikayətdə göstərilən məzmunda çıxış edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, protestə etiraz etdi, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışmağı ilə əlaqədar olaraq CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməyi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestin dəlillərinə uyğun çıxış edərək təqsirləndirilən şəxstin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmin edilməməsini, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya şikayətinin və protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti və apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsini, dövlət ittihamçısı isə təqsirləndirilən şəxs barəsində isə CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilməklə təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-nin 221.3-cü maddəsi ilə qiymətləndirilərək həmin maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəlilik nəticələrini qabaqcadan görən, bu nəticənin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozma və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, həmin əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarların hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair qanunazidd hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.» “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının xuliqanlıq kimi təsvir etdiyi hadisə xuliqanlıq zəmininda baş vermiş, hadisə şəxsi münasibətlər zəminində törənməmişdir. Belə ki, işin hallarından göründüyü kimi X8 25 may 2022-ci il tarixdə saat 14 radələrində əməliyyat öncəsi analiz vermək üçün Göygöl rayon X24 Hüquqi şəxsin Labaratoriya Şöbəsinə gələn Göygöl rayon Qızılca kənd sakini X4 analizlərin dövlət hesabına pulsuz qarşılandığını tələb etməsini xəstəxananın Cərrahiyyə Şöbəsinin həkimcərrahı Zərərçəkmiş şəxs tərəfindən öyrədilməsini zənn edib sonuncu ilə məsələyə aydınlıq gətirmək məqsədilə xəstəxanın inzibati binasının üçüncü mərtəbəsində yerləşən Cərrahiyə Şöbəsinə getmiş, Zərərçəkmiş şəxs əməliyyat otağında olmasını bildikdən sonra Zərərçəkmiş şəxs özünün və mərhum valideynlərinin ünvanına uca səslə nalayiq söyüşlər söyərək xidməti otağına qayıtmışdır. Ondan sonra Zərərçəkmiş şəxs əməliyyat otağından çıxıb onun otağına gedərək ünvanına söyüş söyməsinin səbəbini soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı o, ictimai qaydanı pozmuşdur. Qeyd olunanlar birinci instansiya məhkəməsindən dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X15, X30, X11, X31, X16, X22, X17 və X12 tərəfindən verilmiş ifadələrlə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Xəstənin ambulator stasionar tibbi kartasından çıxarışdan görünür ki, X2-beyin travmasının qalıq əlamətləri, qıcolma simptomları, psixo davranış diaqnozu ilə müalicə olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X36 Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilmiş təşəkkürnamədən görünür ki, X8 «Vətən müharibəsi» dövründə göstərdiyi xidmətlərə görə təşəkkür elan edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 25 oktyabr 2022ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X8 ilə barışdığını ondan heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Apellyasiya protestinin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ədalətli və obyektiv olmaması ilə bağlı dəlilini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə aldığını xüsusi olaraq qeyd etmiş, bütün bunlara görə onun barəsində CMin 70-ci maddəsi tətbiq edərək cəzanın şərti hesab olunmasının mümkün olduğunu əsaslandırmışdır. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs vətən müharibəsi zamanı göstərdiyi xidmətləri, yaşının çox olması, uzun illər həkimlik fəaliyyətində qüsursuz xidmət göstərməsi, zərərçəkmiş şəxslə barışması və ona qarşı şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə nümayiş və sübut etməsini, eləcə də, yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cəzanın şərti hesab edilməsinə dair müddəaların hökmdən xaric edilməsi üçün heç bir əsas tapa bilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X29 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apelyasiya şikayətində və apellyasiya protestində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin və protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apelyasiya şikayətinin və protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(066)-121/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(066)-121/2022 nömrəli apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-179/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-179/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver