Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-180/2023 10.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmü ilə (sədrlik edən hakim Q.Ə.Abbasov) xx.xx.1948-ci ildə Daşkəsən rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 7/34-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasi CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 2 (iki) ay 15 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq üzərində 3(üç) il 09(doqquz) ay 15 gün azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində Göygöl rayonu Balçılı kəndinin inzibati ərazisində idarə etdiyi özünə məxsus « VAZ 21061 minik » markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolu sağdan-sola keçmək istəyən piyada azyaşlı X6 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid edilən yumşaq toxumaların alın ənsə nahiyələrinə uyğun hisslərdə böyük ölçülü qansızmalar (hematoma), baş beyin maddəsinin kəskin ödemi, sağ İ, İİ, İİİ, İV, V qabırğaların məmə xətti üzrə sol İİ, İV, Vİ, Vİİ, İX, Xİ qabırğaların onurğayanı xətti üzrə, sol körpücük və İ, İİ sol qabırğaların orta körpücük xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalarda qansızma, iki tərəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, qaraciyərin cırılması, dalağın cırılması (splenektomiya əməliyyatından sonrakı vəziyət), hər iki böyrəyin - böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, alın nahiyəsinin qançırları, sağ bazu, sağ said, döş qəfəsinin ön səthi, qarın, sağ qasıq, sol qalça, hər iki sağrı, sol əlin arxa səthinin, hər iki diz, hər iki baldır, sağ iç topuq oynağı nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və sonuncunun döş və qarının qapaılı küt travması nəticəsində əmələ gələn, qabırğaların çoxsaylı sınığı, iki tərəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, hər iki böyrəyin – böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, qaraciyərin cırılması, dalağın cırılması səbəbindən xx.xx.2022-ci il tarixdə saat 01:50-də yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Gəncə Beynəlxalq xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib, ona həmin maddə ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını və apellyasiya şikayətinin qismən məhkəmə istintaqı ilə aparılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmündən narazıdır və hökm ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərini pozaraq toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, sübutların mötəbərliliyini müəyyən etmədən düzgün olmayan yekun nəticəyə gəlmiş, həmçinin Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinin tələbini pozaraq Təqsirləndirilən şəxs təqsiri müəyyən olunmadan onu cəzalandırmışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Yəni məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmir. İşə baxan məhkəmə, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının məhkəmə-istintaq praktikasında analoqu olmayan rəyinə istinad etməklə Məhərrəm Süeymanovu məhkum etmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs avtomobili saatda 45-50 km sürətlə idarə edərkən yolun hərəkət hissəsinin sağında dayanmış QAZ-el markalı marşrut avtobusu ötmə əməliyyatına başlamış, həmin vaxt zərərçəkmiş 10 yaşlı Elmir Cəfərov avtobusun qabaq tərəfindən iti qaçışla yolu sağdan sola keçməyə başlamış və yolun sol kənarından 0,8 metr məsafədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi onu vurmuşdur. Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yarandığı anda, yəni piyada azyaşlının avtobusun qabaq tərəfindən yola daxil olduğu anda hadisənin qarşısını texniki nöqteyi-nəzərdən ala bilməsinin müəyyən edilməsi üçün ekspert heç bir tədqiqat aparmadan, heç bir texniki hesablama aparmadan nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun ümumi norma olan 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuşdur və onun guya hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Halbuki, qeyd edilən hadisə mexanizmi şəraitində sürücünün hərəkəti həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsi ilə tədqiq edilməli idi. Həmin maddənin tələbinə görə hərəkəti üçün təhlükə yarandığını gördükdə sürücü nəqliyyat vasitəsinin sürətini tam dayandırılacaq həddə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ekspert rəyinin iş materiallarına, işin faktiki hallarına qətiyyən uyğun gəlməməsinə həm istintaq orqanı, həm də məhkəmə tənqidi yanaşmamış, rəyi kor-koranə sübut növü kimi qəbul etmişlər. Bildirirəm ki, Azərbaycan Respublikası CMnin 263-cü maddəsi blanket normadır. Yəni həmin maddədə nəzərdə tutulan cinayətin obyekti "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını tənzimləyən qaydalardır. Ona görə bu cinayətləri törətmiş şəxslərə verilən ittihamda "Yol hərəkəti haqqında" Qanunun tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Təqsirləndirilən şəxs ittiham verilərkən onun tərəfindən "Yol hərəkəti haqqında" Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Hesab edirəm ki, həmin maddəyə istinad edilməklə şəxsə ittiham verilməsi yolverilməzdir. Belə ki, əvvəla, qeyd edilən maddə ümumi normadır və həmin maddədə hərəkəti iştirakçılarının, yəni sürücünün, piyadanın, sərnişinin, bütün yol baş verməsi velosipedçinin, mal-qara ötürənin əsas vəzifələrindən və hüquqlarından bəhs olunur. Həmin maddəyə istinad etməklə sürücünün inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-mümkündür. Hər bir yol-nəqliyyat hadisəsi zamanı sürücünün hərəkəti "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun konkret maddəsi ilə tədqiq olunmalı və həmin maddənin tələbinin pozulub-pozulmaması, pozulmuşsa baş vermiş yol-nəqliyyat hadisəsi ilə həmin pozuntu arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Yəni hadisənin sürücünün hansı hərəkəti etməməli olduğu halda, etməsi səbəbindən, yaxud hansı hərəkəti etməli olduğu halda, etməməsi səbəbindən aydınlaşdırılmalıdır. Əgər həmin maddə ilə sürücünün hərəkətini tədqiq etmək mümkün olsaydı, o vaxt bütün yol-nəqliyyat hadisələri zamanı həmin maddəyə istinad edilməklə sürücünü təqsirləndirmək mümkün olardı və heç bir cinayət işi üzrə icraata xitam vermək mümkün olmazdı, yaxud heç bir təqsirləndirilən şəxsə bəraət vermək mümkün olmazdı, hər bir hadisə törədən sürücü cəzalandırılardı. Bu məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da öz münasibətini bildirmişdir. Belə ki, "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, təqsirləndirilən şəxsin "Yol hərəkəti haqqında" Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin cəhətdən imkanının olub-olmaması qarşısını almaq üçün texniki müəyyənləşdirilməlidir. İkinici, CM-nin 263-cü maddəsi ilə o halda ittiham verilir ki, şəxs həmin maddənin dispozisiyasında göstərilən nəticələrə səbəb olmuş inzibati xəta törətsin. "Yol hərəkəti haqqında" Qanunun yuxarıda göstərilən normasının pozulmasına görə isə şəxsi inzibati məsuliyyətə cəlb etmək qeyri-mümkündür. Belə ki, həmin maddədə göstərilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İnzibati Xətalar Məcəlləsində isə bu cür inzibati xəta nəzərdə tutulmamışdır. Bir halda ki, İnzibati Xətalar Məcəlləsində "Yol hərəkəti haqqında" Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilənlər inzibati xəta kimi nəzərdə tutulmamışsa, həmin maddəyə istinad etməklə şəxsə ittiham verilməsi qeyrimümkündür. Ona görə də birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, ona həmin maddə ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı Qədimalı Hüseynli apellyasiya protesti verərək, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmünün ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə hökmü təyin edilmiş cəza hissəsində qanunsuz və əsassız olduğundan dəyişdirilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada daha ağır cəza təyin edilməlidir. Belə ki, məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, həmçinin, yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərin həyat və sağlamlığının təhlükəszilyi ilə bağlı olan ictimai münasibətlər, əlavə obyekti insanların sağlamlığı, ictimai təhlükəli xarakteri-hadisə nəticəsində bir nəfər şəxsin aldığı ağır dərəcəli xəsarətlərdən ölməsində, təqsirin forması cinayətin subyektiv cəhətdən baş vermiş nəticələrə münasibətdə ehtiyatsızlıqla törədilməsində ifadə olunmuşdur. Son illər ərzində insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən avtoqəzaların sayının artması ölkənin ictimai həyatında ciddi rezonans doğuran məsələlərdən birinə çevrilmişdir. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 27 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Qeyd olunan sərəncamda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. “CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Hazırki iş üzrə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan Qanunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının tələblərinə əməl etməyərək, əsassız və qanunsuz hökm çıxarmışdır. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallardan heç də hamısı məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilməklə nəzərə alınmamışdır. Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşlı olmasını və əlilliyini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, lakin Təqsirləndirilən şəxs qoca yaşda (74 yaşı) avtomobil idarə etməsi onun birbaşa sürücülük və yaranmış təhlükədən yayınma qabiliyyətinə təsir edərək cinayətin baş verməsinə səbəb olduğundan cəzasını yüngüləşdirən hal kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin Təqsirləndirilən şəxs əlilliyi (bir ayağının əhəmiyyətli dərəcədə digərindən qısa olması) onun sürücülük keyfiyyətlərinə təsir etdiyindən maneədən yayınmaq və hadisənin qarşısını almaqla bağlı reflekslərini gecikdirərək cinayətin törədilməsinə gətirib çıxartdığı halda məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsində haqlı olmamışdır. Təqsirləndirilən şəxs əməli kifayət qədər sübutlarla təsdiq olunmasına baxmayaraq özünü təqsirli bilməməsi onun əməlindən peşman olmamasını, ədalət mühakiməsinə hörmət hissinin aşılanmamısını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yeganə oğlunu həyatdan məhrum etdiyinə görə sonuncuya ağır cəza verilməsini xahiş etsədə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi konteksində Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilmiş Qərarının məzmunundan irəli gələn mənəvi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqlarını nəzərə almamış, hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə Təqsirləndirilən şəxs islah olunması qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini hökmdə əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Eyni zamanda, CPM-in 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar hökmdə göstərilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Van de Hurk Niderlanda qarşı işi üzrə xx.xx.1994-cü il tarixli qərarında da məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Məhkəmə isə bütün yuxarıda göstərilənləri nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun yuxarıda qeyd olunan normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Ona görə də Göygöl Rayon Məhkəməsinin qeyd olunan hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun müddəalarına uyğun olaraq daha ağır cəza təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdilər və birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, həmin maddə ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını, apellyasiya protetinə etiraz edərək protestin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev dövlət ittihamçısı Qədimalı Hüseynli tərəfindən verilmiş apellyasiya protestini müdafiə edərək protestdə olan məzmunda çıxış etdi, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, protestin təmin edilməsini, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, dövlət ittihamçısının apellyasiya protestini müdafiə edərək protestin təmin edilməsini və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya protestinin təmin edilməməsi, apellyasiya şikayətinin isə təmin edilməsi, hökmün ləğv edilməsi və məhkuma bəraət verilməsi barədə məhkumun və onun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya protestinin isə təmin edilməsi və məhkumun cəzasının ağırlaşdırılması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması istintaq materialları ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. CM-nin 263.1-ci maddəsinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə görə bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində Göygöl rayonu Balçılı kəndinin inzibati ərazisində idarə etdiyi özünə məxsus «VAZ 21061 minik» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əml etməmişdir. İş materiallarından görünür ki, -11 avqust 2022-ci il tarixdə Göygöl rayonu Balçılı kəndində hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir; -Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmaması xx.xx.2022-ci il tarixli 1781/2022 saylı “sərxoşluq vəziyətinin tibbi müayinəsi” Aktı ilə tam təsdiq edilmişdir. -Göygöl RPŞ-nin DYPB-nin məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BC kateqoriyalı, 111339 nömrəli sürücülük vəsiqəsinin verilməsi və sürücülük hüququndan məhrum edilməməsi müəyyən olunmuşdur. -MTE və PA birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 11 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir:
1. X1 bədənində müəyyən edilmiş xəsarətlər – yumşaq toxumaların alın ənsə nahiyələrinə uyğun hisslərdə böyük ölçülü qansızmalar (hematoma), baş beyin maddəsinin kəskin ödemi, sağ İ, İİ, İİİ, İV, V qabırğaların məmə xətti üzrə sol İİ, İV, Vİ, Vİİ, İX, Xİ qabırğaların onurğayanı xətti üzrə, sol körpücük və İ, İİ sol qabırğaların orta körpücük xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalarda qansızma, iki tərəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, qaraciyərin cırılması, dalağın cırılması (splenektomiya əməliyyatından sonrakı vəziyət), hər iki böyrəyin – böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, alın nahiyəsinin qançırları, sağ bazu, sağ said, döş qəfəsinin ön səthi, qarın, sağ qasıq, sol qalça, hər iki sağrı, sol əlin arxa səthinin, hər iki diz, hər iki baldır, sağ iç topuq oynağı nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir, - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.
2. X1 ölümünə səbəb - döş və qarının qapaılı küt travması nəticəsində əmələ gələn, qabırğaların çoxsaylı sınığı, iki tərəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, hər iki böyrəyin – böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, qaraciyərin cırılması, dalağın cırılması olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 8-12 saatdır (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 10:00-da aparılmışdır)
3. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir; -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2551 №-li rəydən aşağıdakılar müəyyən edilmişdir: 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd olunan vəziyyətdə VAZ 2106 markalı avtomobilin sürücüsü M.İsmayılov piyadanın yolu sağdan sola keçməsini nəzərə alaraq vaxtında avtombili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı,yəni avtomobili qarşı sol hərəkət zolağına çıxarmamalı idi. Mövcud şəraitdə yolu sağdan sola keçən piyadanın hərəkət hissəsinin sol kənarından 0,8 metr məsafədə vurulması, piyadanın sağdan sola keçdiyi vəziyyətdə sürücü avtomobili sağdan sola istiqamətləndirərək əks hərərkət zolağına çıxması onu izah edir ki, VAZ 2106 markalı avtomobilin sürücüsü M.İsmayılov öz hərəkət zolağında qalaraq avtomobili tormozladığı vəziyyətdə piyadanın vurulması baş verməyəcəkdir. Lakin istintaq tərəfindən göstərildiyi kimi, VAZ 2106 markalı avtomobilin sürücüsü M.İsmayılov yolu sağdan sola doğru piyadanın keçdiyi vəziyyətdə avtomobili sola istiqamətləndirərək qarşı əks hərəkət zolağına çıxarması, hərəkət üçün təhlükə yaratması və qarşı əks hərəkət zolağında piyadanı vurması onu izah edir ki,mövcud vəziyyətdə hadisə sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsiliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görədə göstərilən vəziyyətdə. sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından da göründüyü kimi ekspert tərəfindən hadisə yerinin baxış protokolunda və sxemində əks etdirilmiş, eləcə də digər sübutlarla müəyyən edilmiş hadisənin baş verməsi mexanizminə uyğun rəy verilmişdir. Həmin rəy işdə olan sübutlarla müəyyən edilmiş hadisənin baş vermə mexanizminə uyğun olmaqla onun obyektivliyini şübhə altına almağa əsas verən heç bir əsas müəyyən edilməmişdir. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -cinayət hadisəsi olmadıqda; (CPM-in 42.1.1) -əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 42.1.2) -cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 42.1.3) -təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 42.1.4) Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi özünün ifadəsində göstərdiyi bir sıra xüsusatlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, müdafiə tərəfinin əsaslandığı dəlillər birinci instansiya məhkəməsində işə baxılarkən hərtərəfli araşdırılmış, həmin dəlillər tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq məhkuma CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərinin heç bir hüquqi əsası olmadığını hesab edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası apellyasiya protestinin cəza təyini ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi işin bütövlükdə hallarına, əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişdir ki, təyin edilmiş bu cəza cinayət qanunvericiliyinin cəza təyini ilə bağlı ümumi prinsiplərinə uyğun deyildir və cəzanın məqsədlərini təmin etmir. Belə ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət ehtiyyatsızlıqdan törədilmiş əməl olsa da, törədilmiş həmin cinayət hadisəsi nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq ölmüş, bir ailənin övladının həyatdan məhrum edilməsi ilə həmin ailənin ağır psixoloji sarsıntılar keçirməsinə səbəb olmuşdur. Həmçinin işdən məlum olur ki, məhkum tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi və onun ailə üzvləri ilə barışıq əldə edilməsinə cəhd belə göstərilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi özü də məhkumu bağışlamaq niyyətində omadığını bildirir, apellyasiya şikayəti verməsə də qəti olaraq onun cəzasının ağırlaşdırılmasını xahiş edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayəti törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi Hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi Hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etdiyini və cəmiyyətin dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inandığını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Birinci instansiya məhkəməsi cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsinə dair cinayət qanunun, Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenum qərarlarının tələblərinə əməl etməyərək Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini kifayət qədər nəzərə almamış və əsassız olaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza həddi baxımından təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlik dərəcəsinə və xarakterinə uyğun olmayan və ədalətsiz cəza olmaqla cəzanın məqsədlərinə nail olunmasını təmin etmir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verməməklə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni mənafelərinə də uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən bu qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza cəzanın məqsədlərini təmin etməməklə onun islah olunması və sosial ədalətin bərpası üçün kifayət deyildir. Ona görə qanunun yuxarıda qeyd edilən tələbləri, xüsusən də ədalətlilik prinsipinin təmin edilməsi baxımından təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza ağırlaşdırılmalıdır. Məhkuma törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işin konkret vəziyyətini və hallarını nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyası daxilində əsas cəza olaraq daha ağır, yəni 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə uyğundur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmü məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 407-409-cu və 412-ci maddələrini rəhbər tutaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ:
Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza olan azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq 5 (beş) il müddətində müəyyən edilsin. Azərbaycan Respublikasi CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 2 (iki) ay 15 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və qəti olaraq üzərində 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4(dörd) il 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.