Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-183/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 01 dekabr 2022ci il tarixli 1(015)-55/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(015)-55/2022 saylı hökmü ilə (hakim N.Abbasov) xx.xx.1980-ci il tarixdə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, iki uşaq atası, məhkumluğu olmayan, Ağstafa rayon Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 8 (ay) 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün çıxılaraq üzərində 06 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Ağstafa rayon Saloğlu qəsəbəsinin ərazisində yerləşən keçmiş hərbi hissənin ətrafından qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab edilən 48 (qırx səkkiz) ədədi QP-25 «Koster», QP-30 «Obuvka», QP-34, RQ-6 «Qnom», RQM-40 «Kastet» modelli əl qumbaraatanlarında istifadə edilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, 40 mm kalibirli “VOQ-25” modelli qəlpəli qumbaraları və partlayıcı maddələr olan tərkibində kimyəvi maddələr, ion qrupları partlayıcı maddələrin və onların hissələrinin tərkib komponentlərini, tərkibi metiletilamonyum etil sulfat, polietilen klorosulfat, sulfat ionlarından (SO4 2̄ ) və nitrobirləşmələrdən (NO3 ̄ , NO2 (̄ ibarət olan tünd boz rəngli qranul şəkilli maddəni, tərkibi sellüloza nitrat, sellüloza sulfat natrium duzundan və nitrobirləşmələrdən (NO3 ̄ , NO2 (̄ ibarət olan ağ rəngli toz halında maddə kütləsini, tərkibi ammonium etil sulfat, polietilen klorosulfat, vinil asetat və Al+ ionlarından ibarət olan tünd narıncı rəngli bərk maddə kütləsini, tərkibi metiletilamonyum etil sulfat, ammonium etil sulfat kimyəvi maddələrindən, sulfat ionlarından (SO4 2̄ ) və nitrobirləşmələrdən (NO3 ̄ , NO2 (̄ ibarət olan, açıq boz rəngli toz halında maddəni, tərkibi epixlorhidrin diasetata, alminium diasetat kimyəvi maddələrindən və Al+, sulfat ionlarından (SO4 2̄ ) ibarət olan boz rəngli toz halında maddəni, tərkibi trinitrotoloul (trotil) və nitrobirləşmələrdən (NO3 ̄ , NO2 (̄ ibarət olan açıq sarı rəngli bərk maddə kütləsini və tünd boz və bozumtul qara rəngli tərkibində karbon, aluminium, natrium kimi kimyəvi elementlər və nitrobirləşmələrdən (NO3 ̄ , NO2 (̄ partlayıcı maddətüstüsüz barıtı əldə edərək Ağstafa rayon Qıraq Kəsəmən kəndində yerləşən yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı döyüş sursatı və partlayıcı maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuşəməli törətmişdir. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verərək Təqsirləndirilən şəxs daha ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki Azərbaycan Respublikası CM-nin 72.1 -ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1 -ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs hərəkətlərində isə yuxarıda sadalanan hallar müəyyən edilməmişdir. O, könüllü olaraq gəlib təqsirini etiraf etməmiş, Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman qeyd edilən digər döyüş sursatları və partlayıcı maddələr aşkar edilmişdir. Göründüyü kimi məhkəmə Ş. Hüseynovun əməlindən peşman olmasını bildirməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən haqlı olmamışdır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən bunun nədə ifadə olunmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, bunun konkret olaraq nədə ifadə olunmasını hökmdə əsaslandırmamış, yalnız formal arayış əsasında onun müsbət xarakterizə olunması qənaətinə gəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla məhkəmə hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmiş və həmin halları hökmdə əsaslandırmamış, təqsirləndirilən şəxsin layiqli cəzadan yayınmaq məqsədilə belə mövqe nümayiş etdirməsinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs çox sayda- 48 ədəd müxtəlif model əl qumbaraatanlarında istifadə edilməsi üçün nəzərdə tutulmuş qumbaraları və partlayıcı maddələri qanunsuz olaraq əldə edərək saxlamışdır Döyüş sursatının və partlayıcı maddənin miqdarının çox olması Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayəin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edir. Məhkəmə isə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir. Eləcə də təqsirləndirilən şəxs səmimi peşmandırsa, partlayıcıları könüllü təhvil verməlidir. Lakin hazırki işin hallarından təqsirləndirilən şəxsin səmimi peşman olmasını təsdiq edən hal yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, eyni xarakterli cinayət törədən şəxslərə mənfi nümunədir. olsa təmin edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Heydər Fərzəliyev apelyasiya protesti ilə razı olmadığını bildirdi və göstərdi ki, apellyasiya protestinin heç bir əsası yoxdur. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxsin himayəsindəki azyaşlı uşaqlarının maddi təminatını təmin etmək üçün hazırki cinayəti törətmişdir. Ona görə də apelyasiya protestinin təmin edilmədən birinci instansiya məhkəməsini hökmünün dəyişdirilmədən saxlanılmasınıməhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs protestlə razı olmadığını bildirdi, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apelyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isəşikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini vəəsaslılığını apelyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apelyasiya protestinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakıəsaslara görə hesab edir ki, apelyasiya protesti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır, İlk növbədə qeyd olunmalıdır ki, apelyasiya protestində işin faktiki halları, əməlin tövsifi və ümumiyyətlə təqsirlilik məsələləri mübahisələndirilmir. Mübahisələndirilən məsələ cəzanın yüngüllüyü ilə bağlıdır. Məhkəmə kollegiyası, hər bir halda apelyasiya protestinin dəlillərində göstərilməsə də CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış etməklə və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq hökmü tövsifin düzgünlüyü hissəsində bir daha yoxlamışdır. Müəyyən edilmişdir ki, məhkəmə tövsif və əməlin faktiki tərəfləri ilə bağlı hissədə sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunları düzgün şərh və tətbiq etmiş vəümumilikdə qanuni vəəsaslı nəticəyə gəlmişdir. Cəza məsələlərini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmişcinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önəçəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1 və 58.3-cü maddələrində cəzanın ədalətliliyi və təyin olunma meyarları ilə bağlı göstərilmişdir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanıyüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını, himayəsindəbir azyaşlı uşağının olmasını, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Kollegiyanın qənaətinə görə səmimi peşmançılıq islah olunmanın göstəricisi kimi qəbul edilə bilər. Bu amil ona görə əhəmiyyətlidir ki, islah olunmanın başlanığıcı ilk növbədə təqsirkarın hərəkətlərindən səmimi şəkildə peşman olması ilə başlayır və növbəti müsbətyönümlü davranışı ilə davam edir. Eyni zamanda bu hal təqsirkarı növbəti ictimai təhlükəli əməllərdən çəkindirir. Nəzərə alınmalıdır ki, CM-nin 41.2-ci maddəsinə görə cəzanın məqsədi əvəzçilik yaxud qisasalma xarakteri daşımır, onun məqsədi təqsirkarı islah etmək, habelə həm onun tərəfindən həm də başqaları tərəfindən ictimai təhlükəli əməllərin qarşısını almaq məqsədi güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, təqsirkar əməlində səmimi şəkildə peşman olduğu üçün, o cümlədən bunun isbatı kimi ibtidai istintaq dövründən tutmuş məhkəmə icraatınadək səmimi və ziddiyyətsiz ifadə verdiyi və bununla cinayətin üstünün açılmasında fəal kömək etdiyi üçün onun bu davranışını islah olunmağa başlama kimi qiymətləndirmək olar. Bundan başqa Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla üç uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilmədən saxlanılması qanunamüvafiqdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin təmin edilməsi və məhkəmə hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Dövlət ittihamçısının apelyasiya protesti təmin edilməsin. İş üzrə Təqsirləndirilən şəxs barəsindəki Ağstafa Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(015)-55/2022 saylı hökmü isə apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. X4 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-183/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-183/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver