Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-19/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Bəraət almış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmü ilə (sədrlik edən Rafiq Məmmədov) xx.xx.1997-ci ildə Bərdə rayonunda Ərəb-1 çadır şəhərciyində anadan olmuş, evli, orta təhsilli, Sədərək Ticarət Mərkəzində satıcı işləyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Ağdam şəhərində qeydiyyatda olub, hazırda Bakı şəhəri, 9 mkr, H.Seyidzadə ev 38, mənzil 144 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.1997-ci ildə Bərdə rayonunda Ərəb-1 çadır şəhərciyində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Ağdam şəhərində qeydiyyatda olub, hazırda Ağdam rayon Bənövşələr qəsəbəsində 324 nömrəli evdə, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 24 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə Ağdam rayon Mirəşelli kəndi ərazisindəki kafedə spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon Bənövşələr qəsəbəsinə gəlib həmin ərazidə avtomobili yüksək sürətlə idarə edərək əyləci basmaqla avtomobilin arxa hissəsini sürüşdürüb avtoxuliqanlıq hərəkətləri etdiyini görüb polisə məlumat verən rayon icra hakimiyyəti başçısının Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 ilə həmin tarix və vaxtda ictimai yer hesab edilən Ağdam rayonu Bənövşələr qəsəbəsindəki küçədə mübahisə edib sonuncunu təhqir etməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, o cümlədən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs2 sifət və qol nahiyələrinə yumruqla və təpiklə zərbə endirib sol gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, qançırı, sol saidnahiyyəsinin sıyrıqları, sol xarici qulaq nahiyyəsinin qançırı ilə müşayət edilən sağlamlığa zərə vurmayan xəsarətlər yetirib sonuncunun üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılşmadan bir qrup şəxs halında xuliqanlıq etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir. Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək bəraət hökmünün qanunsuz olduğundan ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməklə onlara həmin maddənin sanksiyası həddidə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək bəraət hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində həmin maddə üzrə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən eyni zamanda Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək bəraət hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində həmin maddə üzrə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)288/2021 saylı 26 noyabr 2021-ci il tarixli hökmünə əsasən apellyasiya şikayətləri təmin edilmiş, apellyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində amnistiya tətbiq edilərək cəzası 1 il azaldılmış, üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 barəsində amnistiya tətbiq edilərək cəzası 1 il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Apellyasiya instansiyanın həmin hökmündən müdafiəçi kassasiya şikayəti verərək hökmün ləğv edilməsini və bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli 1(102)-669/2022 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)288/2021 saylı 26 noyabr 2021-ci il tarixli hökmü ləğv edilərək cinayət işi yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə bəraət verərkən təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrinə dair ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, habelə X2 və X4 məhkəmə istintaqı zamanı dəyişmiş ifadələrini əsas götürmüşdür. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:20 radələrində yaşadığı Bənövşələr qəsəbəsində işlədiyi idarənin yaxınlığında dayandığı zaman sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə qəsəbə ərazisinə girərək əyləci basıb avtomobilin arxa hissəsini sürüşdürdüyünü və Tahir adlı şəxsə məxsus mağazanın qarşısında maşını dayandırdığı üçün ətrafdakı insanların qəzəbləndiyini görmüş, sürücünün sonuncu hərəkətləri nəticəsində ətrafa toz-duman qalxmışdır. O isə həmin vaxt onlara yaxınlaşmış iradını bildirib yaşayış məntəqəsində avtomobili bu cür idarə etməklərinin təhlükəli olduğunu demişdir. Onlar ondan üzr istəyib getmişlər, özü isə onlardan narazı qalmamışdır. Lakin həmin vaxt həmin şəxslərin içkili olduğunu hiss etdiyi üçün ərazinin sahə rəisi Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edərək məlumat vermiş və bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 əraziyə gəlmişdir. Zərərçəkmiş şəxs1la təqsirlənirilən şəxslərin olduğu avtomobilin arxasınca getmiş, təxminən 100-120 metr qabaqda Zərərçəkmiş şəxs1 onlara işərə etdiyi üçün Təqsirləndirilən şəxs1 avtomobili dayandırmışdır. İlkin maşından düşmüş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaxınlaşıb baş vermiş hadisəni aydınlaşdırmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs2, o cümlədən Elşən və Rövşən onun ünvanına nalayiq ifadələr işlədə-işlədə ona tərəf gəlmişlər və onu döyməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs1 əlindən çıxıb onun üzərinə hücum çəkmiş və onlar bir yerdə onu döyməyə başlamışlar. İlkin ilə eyni zamanda Nicat, Rövşən və Elşən də Zərərçəkmiş şəxs1 məhəl qoymadan onu döyməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs1 və orada olan qəsəbə sakinləri onları ayırıb ondan uzaqlaşdırmışlar. Daha sonra isə sifət və qol nahiyyələrindən xəsarətlər aldığı üçün təcili yardıma müraciət etmişdir. Hazırda təqsərləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 ibtidai və məhkəmə istintaqı zamanı ifadələrində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində xidməti ərazisində olduğu zaman Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək qəsəbə ərazisində sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 adlı şəxsin “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etməsi və qəsəbə sakinlərinin narazılığına səbəb olması barədə məlumat verdikdən sonra qəsəbə ərazisinə gedərək Zərərçəkmiş şəxs2la görüşmüş, həmin vaxt qəsəbə sakinlərinin Təqsirləndirilən şəxs1 avtomobilin arxasını sürüşdürdüyü yerə yığıldıqlarını, hadisə yerində avtomobilin təkərlərinin izinin aydın şəkildə görsəndiyini görmüşdür. Hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs1 avtomobilini sürüb həmin yerdən uzaqlaşmış, Zərərçəkmiş şəxs2la idarə etdiyi “Nissan Xtrail” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin şəxslərin arxasınca getmiş və təxminən 40-50 metr qabaqda Təqsirləndirilən şəxs1 “Kia Optima” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlaması üçün işarə etmişdir. Sonuncu isə avtomobili saxlamış, özü isə avtomobilini onların arxasında saxlamışdır. Sonunculara yaxınlaşan zaman avtomobilin sürücüsü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs2 aşağı düşmüşlər. İlkin və Nicat maşından düşdükdən sonra Zərərçəkmiş şəxs2 polisə məlumat verməkdə ittiham edib “Ay suka, ay işverən” deyərək təhqir etməyə və ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb onu nalayiq ifadə ilə təhqir etmiş və sifət nahiyyəsinə yumruqla zərbə endirmiş və bu zaman müdaxilə edib onu Zərərçəkmiş şəxs2 ayırmışdır. Lakin İlkini sakitləşdirib intizama dəvət edən zaman Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib bədəninin müxtəlif nahiyyələrinə yumruqla və təpiklə zərbələr endirməyə başlamışdır. İlkini buraxıb Nicatı Zərərçəkmiş şəxs2 ayırmış, lakin Nicatı aralaşdırana qədər Nicat Zərərçəkmiş şəxs2 yerə yıxmışdır. Nicatı ayırdıqdan sonra İlkinlə Nicatın qarşısını kəsib Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkmələrinə mane olmaq istəyən zaman həmin vaxt orada olan Nicatın qardaşları sonradan adları ona məlum olan Rövşən və Elşən də Zərərçəkmiş şəxs2 ünvanına təhqiramiz ifadələr işlətməyə və onun üzərinə hücum çəkməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 kolluğa yıxılmış və onlar Zərərçəkmiş şəxs2 təpiklə və yumruqla bədənin müxtəlif nahiyyələrinə zərbələr endirməyə və nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. X14 sakitləşdirməyə başı qarışdığı üçün onların Zərərçəkmiş şəxs2 hansı nahiyələrindən vurduqlarını dəqiqliklə görməmişdir. Bu zaman İlkin təkrar onun əlindən çıxıb Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkmiş və sifət nahiyyəsindən zərbə vurmuşdur. İlkini təkrar uzaqlaşdıran zaman Nicat yenidən Zərərçəkmiş şəxs2 hücum çəkib onu təhqir edərək vurmağa başlamışdır. Sonuncuları intizama dəvət edib səs-küyə yığılmış qəsəbə sakinləri ilə bir yerdə onları Zərərçəkmiş şəxs2 aralaşdırmış və bundan sonra sonuncular öz avtomobillərinə oturub hadisə yerindən getmişlər. Rayon polis şöbəsinə zəng edib əməliyyat-istintaq qrupunu hadisə yerinə dəvət edib izahatlarının alınması üçün rayon polis şöbəsinə dəvət etmək məqsədi ilə onların yaşadıqları ünvana gedib avtomobilini onların küçəsində saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşından düşmüş və Nicat onun avtomobilinə yaxınlaşaraq səsküy salmağa və guya onun yanında Zərərçəkmiş şəxs2 onu vurduğunu deyib onu ittiham etməyə başlamış və avtomobilinin sol qabaq qapısına yumruqla bir neçə dəfə vuraraq zədələmişdir. Hazırda təqsərləndirilən şəxslərdən şikayətçi olmadığını və məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. İş üzrə X6 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yaşadığı qəsəbənin icra nümayəndəsi kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rövşən Həsənov və Elşən Həsənovu isə yaşadığı qəsəbənin sakinləri kimi qiyabi olaraq tanıyır. Onlarla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, yaşadığı evdə olduğu zaman səs-küy eşidib çölə çıxmış və küçədə Zərərçəkmiş şəxs2la qəsəbə sakinləri İlkin, Nicat, Rövşən və Elşən adlı şəxslərin mübahisə etdiklərini və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 “Kia” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobilini küçənin arasında möhkəm sürdüyü üçün və yolun ortasında maşına tormoz verdiyi üçün irad bildirdiyini və bir neçə nəfər şəxsin də onların yanına toplaşdıqlarını görmüşdür. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşının gəldiyini və həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək onu polisə məlumat verdiyi üçün “işverən” və “suka “ deyərək təhqir etməyə və onun ünvanına nalayiq ifadələr işlətməyə və hədələməyə başladıqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iradını bildirsə də sonuncular dayanmamışlar və Təqsirləndirilən şəxs1 Sahib müəllimin üzərinə hücum çəkərək onun sifət nahiyyəsinə yumruqla zərbə endirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yerə yıxılmış və bu zaman Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 hücum çəkərək ona yumruq atmış və onların hər ikisi Zərərçəkmiş şəxs2 hədələyərək nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. İş üzrə şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Bənövşələr qəsəbəsinin icra nümayəndəsi kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rövşən Həsənov və Elşən Həsənovu isə Bənövşələr qəsəbəsinin sakinləri kimi tanıyır. Onlarla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, işlədiyi çayxanada olduğu zaman səs-küy eşidib çölə çıxmış və həmin vaxt Zərərçəkmiş şəxs2 mobil telefonla sahə rəisi Zərərçəkmiş şəxs1 zəng vurduğunu görmüş, bildiyinə görə İlkin maşını qəsəbə ərazisində yüksək sürətlə sürdüyü üçün Zərərçəkmiş şəxs2 polisə məlumat vermişdir. Bir qədər sonra isə sahə rəisi Zərərçəkmiş şəxs1 əraziyə gəlmiş və Zərərçəkmiş şəxs2 onun avtomobilinə oturub İlikinin idarə etdiyi “Kia Optima” markalı, ağ rəngli qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxasınca getmişlər. Bir qədər qarşıda onları saxlatmışlar. Həmin vaxt o, çayxanada olmuş və qəfil səs-küy eşidib onların ardınca gedən zaman Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mübahisə etdiklərini və sahə rəisi Zərərçəkmiş şəxs1 və xatırlamadığı qəsəbə sakinlərinin onları ayırdığını görmüşdür. Həmin vaxt Rövşənlə Elşən isə bir qədər qarşıda maşınlarını saxlayıb onlara tərəf gəmişlər. O, hadisə yerinə çatanda isə onları artıq aralaşdırmış və o, orada kimin kimi vurmasını görməmişdir. Camaat onları sakitləşdirib aralaşdırdıqdan sonra isə İlkinlə Nicat və qardaşları Rövşənlə Elşən maşına oturub çıxıb getmişlər. Onların Zərərçəkmiş şəxs2 döymələri barədə isə sonradan xatırlamadığı qəsəbə sakinləri çayxanada danışarkən eşitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, qançırı, sol saidnahiyyəsinin sıyrıqları, sol xarici qulaq nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İstintaq zamanı həmçinin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Nissan X-Trayl” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sol ön qapısının əzilməsi müəyyən edilmiş, buna dair protokol tərtib edilməklə fotoşəkilllər çəkilmiş və istintaq materiallarına əlavə edilmişdir. O cümlədən avtomobilə dəymiş maddi ziyanı müəyyən etmək müəqsədi ilə mütəxəssis rəyi alınaraq istintaq materiallarına əlavə edilmiş və rəyə əsasən avtomobilə 80 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliklərini təsdiq edən yuxarıda qeyd olunan və bir-birini tamamlayan mötəbər sübutların məcmusuna əhəmiyyət verməyərək, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmağa yönəlik, eləcə də X12 və X4 təqsirləndirilən şəxslərin təsiri altında məhkəmə baxışı zamanı dəyişmiş ifadələrinə əsaslanaraq bəraət hökmü çıxarmışdır. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar ancaq mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsi işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs əsassız və qanunsuz olaraq azadlığa buraxılmışdır. Beləliklə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü qanunsuz və əsassız olduğundan, həmçinin işin faktiki hallarına uyğun olmadığından ləğv edilməlidir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qanunun tələblərini pozaraq sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxslər ictmai yedə insanların istirahətini pozmuş, buna irad bildirən şəxslərə qarşı isə zor tətbiq edib xəsarət yetirmişlər. Bu hərəkətlər ictimai qaydaya və birgə yaşayış qaydalarına zidd bir davranışdır. Eyni zamanda özlərinin qanunsuz hərəkətləri ilə barışmayaraq əksinə həmin hərəkətlərini müdafiə edərək şəxslərin əmlakına və sağlamlığına zərər vurmuşlar. Bu isə onu göstərir ki, onların bu hərəkəti cəmiyyət arasında mövcud olan münasibətlərlə bir araya sığmır. Cəmiyyətdə olan qaydaların nəzərə alınmaması və onların fövqündə dayanması kimi qiymətləndirilən hərəkətlərdir. İşə baxan məhkəmə qanunun tələblərini pozaraq bəraət hökmü çıxarmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qanunun tələblərini pozaraq sübutlara məcmu halında hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxslər ictmai yerdə insanların istirahətini pozmuş, buna irad bildirən şəxslərə qarşı isə zor tətbiq edib xəsarət yetirmişlər. Təqsirləndirilən şəxslər 64 yalı şəxsi öz ictimai borcunu yerinə yetirərək polisə məlumat verdiyi üçün qəsəbə sakinlərinin gözü qarşısında sərxoş vəziyyətdə döymüşlər və nalayiq ifadələrlə təhqir etmişlər. Həmçinin ona məxsus polis avtomobilini yumruqlayaraq zərər yetirmişlər. Bu hərəkətlər ictimai qaydaya və birgə yaşayış qaydalarına zidd bir davranışdır. Eyni zamanda özlərinin qanunsuz hərəkətləri ilə barışmayaraq əksinə həmin hərəkətlərini müdafiə edərək şəxslərin əmlakına və sağlamlığına zərər vurmuşlar. Bu isə onu göstərir ki, onların bu hərəkəti cəmiyyət arasında mövcud olan münasibətlərlə bir araya sığmır. Cəmiyyətdə olan qaydaların nəzərə alınmaması və onların fövqündə dayanması kimi qiymətləndirilən hərəkətlərdir. İşə baxan məhkəmə qanunun tələblərini pozaraq bəraət hökmü çıxarmışdır. Apellyasiya protestinin və şikayətlərinin dəlillərinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi və apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasindan xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə etdilər, şikayətlərdə göstərilən məzmunda çıxış etdilər, apellyasiya şikayətlərinin və apellyasiya protestinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxslər və müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinə və apellyasiya protestinə etiraz etdilər, apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. X2 ifadəsi X6 ifadəsində bildirdi ki, 24 iyul 2020-ci ildə saat 19:30 radələrində evin həyətində olan zaman qapının ağzında səs-küy gəldiyini eşitmiş, küçəyə çıxanda Zərərçəkmiş şəxs2 yerə yıxıldığını görmüş və sonuncunu yerdən qaldırmışdır. O, Zərərçəkmiş şəxs2 kim tərəfindən vurulduğunu bilməmişdir. Zərərçəkmiş şəxs2 üzündə xəsarət olub-olmamasına fikir verməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç kim təzyiq etməmişdir. X1 ifadəsi X3 ifadəsində bildirdi ki, 24 iyul 2020-ci ildə saat 19:30 radələrində çayxanada olmuş və maşının döngəni sürətlə döndüyünü eşitmişdir. O, Sahib müəllimlə həmin yerə getdikdə maşının artıq getdiyini görmüş, bundan sonra nə baş verdiyini görməmişdir. Suallara cavab olaraq bildirdi ki, Nicatla Sahib kişi daşalmışlar, ikinci dəfə həmin yerə qayıdanda davaya müdaxilə etməyə ehtiyac qalmamış, çünki dava bitmişdir. O, latın qrafikası ilə yazıb oxuya bilmir. Sahə rəisi ona və qəssaba demişdir ki, polisə gedin ifadə verin. Cinayət işində olan sübutlar Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2020-ci il tarixli 150 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ almacıq, sol almacıq nahiyələrinin qançırları, üst dodaq nahiyəsinin selikli qişasının qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2020-ci il tarixli 151 nömrəli Məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- döş qəfəsi, qarın, sağ said, alın, sağ baldır sol göz kisəsi nahiyəsinin nahiyələrinin sıyrıqları, alın nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, qançırı, sol saidnahiyyəsinin sıyrıqları, sol xarici qulaq nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İHB-nın Bənövşələr qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun qəsəbə sakinlərinin xeyir şərində yaxından iştirak edb, qonşularla daimi yaxşı münasibətdə olub. Ailə canlı bir gəncdir. Rayon və qəsəbədə təşkil olunmuş ictimai və mədəni tədbirlərin fəal iştirakçısı olmuş, dəfələrlə qəsəbə nümayəndəliyinin təşəkkürünü qazanmışdır. Təqsirləndirilən şəxs1 barədə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İHB-nın Bənövşələr qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun qəsəbə sakinlərinin xeyir şərində yaxından iştirak edb, qonşularla daimi yaxşı münasibətdə olub. Ailə canlı bir gəncdir. Rayon və qəsəbədə təşkil olunmuş ictimai və mədəni tədbirlərin fəal iştirakçısı olmuş, dəfələrlə qəsəbə nümayəndəliyinin təşəkkürünü qazanmışdır. Təqsirləndirilən şəxs1 barədə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin 22 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin 22 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X7 və X8 əməllərində CM-nın 221-ci maddəsinin tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və onların əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi əlamətləri olduğu üçün qərarın sürəti Ağdam RPŞ İTB-nə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdam RPŞ DYPB-nə göndərilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması və apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilməməsi barədə bəraət almış şəxslərin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apelyasiya protesti qismən, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü aşağıda göstərilənlərə əsasən ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi nəticə Apellyasiya protestinin və apellyasiya şikayətlərinin məzmunundan görünür ki, işin faktiki halları və əməlin tövsifi mübahisə edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində sanksiya həddində cəza təyin edilməsi, eləcə də protestdə həmçinin ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi iddia olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamla bağlı aşağıdakıları qeyd edir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs1 24 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə Ağdam rayon Mirəşelli kəndi ərazisindəki kafedə spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon Bənövşələr qəsəbəsinə gəlib həmin ərazidə avtomobili yüksək sürətlə idarə edərək əyləci basmaqla avtomobilin arxa hissəsini sürüşdürüb avtoxuliqanlıq hərəkətləri etdiyini görüb polisə məlumat verən rayon icra hakimiyyəti başçısının Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 ilə həmin tarix və vaxtda ictimai yer hesab edilən Ağdam rayonu Bənövşələr qəsəbəsindəki küçədə mübahisə edib sonuncunu təhqir etməklə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, o cümlədən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə vətəndaş Zərərçəkmiş şəxs2 sifət və qol nahiyələrinə yumruqla və təpiklə zərbə endirib sol gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, qançırı, sol saidnahiyyəsinin sıyrıqları, sol xarici qulaq nahiyyəsinin qançırı ilə müşayət edilən sağlamlığa zərə vurmayan xəsarətlər yetirib sonuncunun üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılşmadan bir qrup şəxs halında xuliqanlıq etmişlər. Birinci instansiya məhkəməsi isə o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:20 radələrində yaşadığı Bənövşələr qəsəbəsində işlədiyi idarənin yaxınlığında dayandığı zaman sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə qəsəbə ərazisinə girərək əyləci basıb avtomobilin arxa hissəsini sürüşdürdüyünü və Tahir adlı şəxsə məxsus mağazanın qarşısında maşını dayandırdığını üçün ətrafdakı insanların qəzəbləndiyi görmüş, sürücünün sonuncu hərəkətləri nəticəsində isə ətrafa toz-duman qalxmışdır. O isə həmin vaxt onlara yaxınlaşmış iradını bildirib yaşayış məntəqəsində avtomobili bu cür idarə etməklərinin təhlükəli olduğunu demişdir. Onlar ondan üzr istəyib getmişlər, özü isə onlardan narazı qalmamışdır. Lakin həmin vaxt həmin şəxslərin içkili olduğunu hiss etdiyi üçün ərazinin sahə rəisi Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə zəng edərək məlumat vermiş və bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 əraziyə gəlmişdir. Zərərçəkmiş şəxs1la təqsirlənirilən şəxslərin olduğu avtomobilin arxasınca getmiş, təxminən 100-120 metr qabaqda Zərərçəkmiş şəxs1 onlara işərə etdiyi üçün Təqsirləndirilən şəxs1 avtomobili dayandırmışdır. İlkin maşından düşmüş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaxınlaşıb baş vermiş hadisəni aydınlaşdırmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs2, o cümlədən Elşən və Rövşən onun ünvanına nalayiq ifadələr işlədə-işlədə ona tərəf gəlmişlər və onu döyməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs1 əlindən çıxıb onun üzərinə hücum çəkmiş və onlar bir yerdə onu döyməyə başlamışlar. İlkin ilə eyni zamanda Nicat, Rövşən və Elşən də Zərərçəkmiş şəxs1 məhəl qoymadan onu döyməyə başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs1 və orada olan qəsəbə sakinləri onları ayırıb ondan uzaqlaşdırmışdır. Daha sonra isə sifət və qol nahiyyələrindən xəsarətlər aldığı üçün təcili yardıma müraciət etmişdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində xidməti ərazisində olduğu zaman Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək qəsəbə ərazisində sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 adlı şəxsin “Kia Optima” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etməsi və qəsəbə sakinlərinin narazılığına səbəb olması barədə məlumat verdikdən sonra qəsəbə ərazisinə gedərək Zərərçəkmiş şəxs2la görüşmüş, həmin vaxt qəsəbə sakinlərinin Təqsirləndirilən şəxs1 avtomobilin arxasını sürüşdürdüyü yerə yığıldıqlarını, hadisə yerində avtomobilin təkərlərinin izinin aydın şəkildə görsəndiyini görmüşdür. Hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs1 avtomobilini sürüb həmin yerdən uzaqlaşmış, Zərərçəkmiş şəxs2la idarə etdiyi “Nissan Xtrail” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin şəxslərin arxasınca getmiş və təxminən 40-50 metr qabaqda Təqsirləndirilən şəxs1 “Kia Optima” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlaması üçün işarə etmişdir. Sonuncu isə avtomobili saxlamış, özü isə avtomobilini onların arxasında saxlamışdır. Sonunculara yaxınlaşan zaman avtomobilin sürücüsü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs2 aşağı düşmüşdür. İlkin və Nicat maşından düşdükdən sonra Zərərçəkmiş şəxs2 polisə məlumat verməkdə ittiham edib “Ay suka, ay işverən” deyərək təhqir etməyə və ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb onu nalayiq ifadə ilə təhqir etmiş və sifət nahiyyəsinə yumruqla zərbə endirmiş və bu zaman müdaxilə edib onu Zərərçəkmiş şəxs2 ayırmışdır. Lakin İlkini sakitləşdirib intizama dəvət edən zaman Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib bədəninin müxtəlif nahiyyələrinə yumruqla və təpiklə zərbələr endirməyə başlamışdır. İlkini buraxıb Nicatı Zərərçəkmiş şəxs2 ayırmış, lakin Nicatı aralaşdırana qədər Nicat Zərərçəkmiş şəxs2 yerə yıxmışdır. Nicatı ayırdıqdan sonra İlkinlə Nicatın qarşısını kəsib Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkmələrinə mane olmaq istəyən zaman həmin vaxt orada olan Nicatın qardaşları sonradan adları ona məlum olan Rövşən və Elşən də Zərərçəkmiş şəxs2 ünvanına təhqiramiz ifadələr işlətməyə və onun üzərinə hücum çəkməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 kolluğa yıxılmış və onlar Zərərçəkmiş şəxs2 təpiklə və yumruqla bədənin müxtəlif nahiyyələrinə zərbələr endirməyə və nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. X14 sakitləşdirməyə başı qarışdığı üçün onların Zərərçəkmiş şəxs2 hansı nahiyələrindən vurduqlarını dəqiqliklə görməmişdir. Bu zaman İlkin təkrar onun əlindən çıxıb Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkmiş və sifət nahiyyəsindən zərbə vurmuşdur. İlkini təkrar uzaqlaşdıran zaman Nicat yenidən Zərərçəkmiş şəxs2 hücum çəkib onu təhqir edərək vurmağa başlamışdır. Sonuncuları intizama dəvət edib səs-küyə yığılmış qəsəbə sakinləri ilə bir yerdə onları Zərərçəkmiş şəxs2 aralaşdırmış və bundan sonra sonuncular öz avtomobillərinə oturub hadisə yerindən getmişlər. Rayon polis şöbəsinə zəng edib əməliyyat-istintaq qrupunu hadisə yerinə dəvət edib izahatlarının alınması üçün rayon polis şöbəsinə dəvət etmək məqsədi ilə onların yaşadıqları ünvana gedib avtomobilini onların küçəsində saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maşından düşmüş və Nicat onun avtomobilinə yaxınlaşaraq səsküy salmağa və guya onun yanında Zərərçəkmiş şəxs2 onu vurduğunu deyib onu ittiham etməyə başlamış və avtomobilinin sol qabaq qapısına yumruqla bir neçə dəfə vuraraq zədələmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yaşadığı qəsəbənin icra nümayəndəsi kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rövşən Həsənov və Elşən Həsənovu isə yaşadığı qəsəbənin sakinləri kimi qiyabi olaraq tanıyır. Onlarla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, yaşadığı evdə olduğu zaman səs-küy eşidib çölə çıxmış və küçədə Zərərçəkmiş şəxs2la qəsəbə sakinləri İlkin, Nicat, Rövşən və Elşən adlı şəxslərin mübahisə etdiklərini və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 “Kia” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobilini küçənin arasında möhkəm sürdüyü üçün və yolun ortasında maşına tormoz verdiyi üçün irad bildirdiyini və bir neçə nəfər şəxsin də onların yanına toplaşdıqlarını görmüşdür. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşının gəldiyini və həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək onu polisə məlumat verdiyi üçün “işverən” və “suka “ deyərək təhqir etməyə və onun ünvanına nalayiq ifadələr işlətməyə və hədələməyə başladıqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iradını bildirsə də sonuncular dayanmamışlar və Təqsirləndirilən şəxs1 Sahib müəllimin üzərinə hücum çəkərək onun sifət nahiyyəsinə yumruqla zərbə endirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yerə yıxılmış və bu zaman Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 hücum çəkərək ona yumruq atmış və onların hər ikisi Zərərçəkmiş şəxs2 hədələyərək nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Bənövşələr qəsəbəsinin icra nümayəndəsi kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rövşən Həsənov və Elşən Həsənovu isə Bənövşələr qəsəbəsinin sakinləri kimi tanıyır. Onlarla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində o, işlədiyi çayxanada olduğu zaman səs-küy eşidib çölə çıxmış və həmin vaxt Zərərçəkmiş şəxs2 mobil telefonla sahə rəisi Zərərçəkmiş şəxs1 zəng vurduğunu görmüş, bildiyinə görə İlkin maşını qəsəbə ərazisində yüksək sürətlə sürdüyü üçün Zərərçəkmiş şəxs2 polisə məlumat vermişdir. Bir qədər sonra isə sahə rəisi Zərərçəkmiş şəxs1 əraziyə gəlmiş və Zərərçəkmiş şəxs2 onun avtomobilinə oturub İlikinin idarə etdiyi “Kia Optima” markalı, ağ rəngli qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxasınca getmişlər. Bir qədər qarşıda onları saxlatmışlar. Həmin vaxt o, çayxanada olmuş və qəfil səs-küy eşidib onların ardınca gedən zaman Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mübahisə etdiklərini və sahə rəisi Zərərçəkmiş şəxs1 və xatırlamadığı qəsəbə sakinlərinin onları ayırdığını görmüşdür. Həmin vaxt Rövşənlə Elşən isə bir qədər qarşıda maşınlarını saxlayıb onlara tərəf gəmişlər. O, hadisə yerinə çatanda isə onları artıq aralaşdırmış və o, orada kimin kimi vurmasını görməmişdir. Camaat onları sakitləşdirib aralaşdırdıqdan sonra isə İlkinlə Nicat və qardaşları Rövşənlə Elşən maşına oturub çıxıb getmişlər. Onların Zərərçəkmiş şəxs2 döymələri barədə isə sonradan xatırlamadığı qəsəbə sakinləri çayxanada danışarkən eşitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözyuvasıaltı nahiyyənin dərialtı hematoması, qançırı, sol saidnahiyyəsinin sıyrıqları, sol xarici qulaq nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İstintaq zamanı həmçinin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Nissan X-Trayl” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin sol ön qapısının əzilməsi müəyyən edilmiş, buna dair protokol tərtib edilməklə fotoşəkilllər çəkilmiş və istintaq materiallarına əlavə edilmişdir. O cümlədən avtomobilə dəymiş maddi ziyanı müəyyən etmək müəqsədi ilə mütəxəssis rəyi alınaraq istintaq materiallarına əlavə edilmiş və rəyə əsasən avtomobilə 80 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxslərin ifadələri və ibtidai istintaq zamanı onların mövqeyinə uyğun ifadə verən şahidlər X12 və X4 ifadələri baş vermiş hadisənin mexanizmi ilə uyğunluq təşkil etdiyindən və işdə olan ekspert rəyini nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qənaətinə gəlir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliklərini təsdiq edən yuxarıda qeyd olunan və bir-birini tamamlayan mötəbər sübutların məcmusuna əhəmiyyət verməyərək, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmağa yönəlik, eləcə də şahidlər X12 və X4 təqsirləndirilən şəxslərin təsiri altında məhkəmə baxışı zamanı dəyişmiş ifadələrinə əsaslanaraq bəraət hökmü çıxarmışdır. CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CMP-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o zaman əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri özündə etifa edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqələri, törədilmiş əməlin əlamətləri ilə CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, onlar, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışlar, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Onların əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının fikrincə, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona azadlıqdan məhrumetmə cəzasına münasibətdə yüngül cəza növünün, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün edir. Məhkəmə kollegiyası bu qərara gələn zaman təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. İş üzrə mülki iddia, ekspertiza xərci və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin, apellyasiya şikayətləri təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməl və həmin maddə üzrə onlara azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CPM-in 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 397, 398.1.2, 399, 401, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Apellyasiya şikayətləri təmin edilsin. Apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(013)-02/2021 saylı hökmü ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bu qərarla təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində amnistiya tətbiq edilərək 1 il azaldılsın və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və həmin müddətə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bu qərarla təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs2 barəsində amnistiya tətbiq edilərək 1 il azaldılsın və üzərində qəti olaraq 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və və həmin müddətə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmü icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə və Təqsirləndirilən şəxs2a aid hissədə isə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-19/2023
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-19/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver