Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-2/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X17 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-05/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin (hakim Kamil Rzayev) 19 dekabr 2022-ci il tarixli, 1(061)-05/2022 saylı hökmü ilə xx.xx.1983-cü ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Xoruzlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin onun qazancından pul tutmalarının aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, barəsində seçilmış polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 58345,95 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama görə, Nəcəfov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fiziki şəxs kimi 2018-2019-cu illər ərzində Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan tumu, texniki yağ, şilot və suxarinin istehsalı, qablaşdırılması və satışını həyata keçirərək əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini yerinə yetirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 57.1, 58.4, 77.3, 78.1, 92, 98, 101, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 150, 151, 153, 154, 159, 161, 166, 173, 174, 175, 177, 178, 196, 197, 198, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamələr təqdim etməməklə, ümumilikdə, külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, fiziki şəxs kimi 2018-ci ilin yanvar-may ayları üzrə dövriyyəsinin 250910,00 manat olduğu halda, sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 88581,00 manat dövriyyə göstərərək, 3681,58 manat məbləğində sadələşdirilmiş vergini, 2018-ci il üzrə günəbaxan tumları və texniki yağın satışından ƏDV-si nəzərə alınmadan 573702,00 manat ümumi gəlir əldə etməsinə baxmayaraq, bəyannamə təqdim etməyərək, 19123,4 manat məbləğində gəlir vergisini, 2018-ci ilin mart ayından 2019-cu ilin iyun ayına kimi olan müddətdə vergi ödəyicisi olmayan fiziki şəxslərə göstərilmiş xidmətlərə görə edilmiş ödənişlər üzrə 7368,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergini; Həmçinin, o, fiziki şəxs kimi 2018-2019-cu illər ərzində günəbaxan tumu və texniki yağın satışını həyata keçirməsinə baxmayaraq, ƏDV bəyannaməsi təqdim etməyərək, 2018-ci ilin iyun ayı üzrə 95306,2 manat satış dövriyyəsindən 14538,2 manat, 2018-ci ilin iyul ayı üzrə 99166,5 manat satış dövriyyəsindən 15127,1 manat, 2018-ci ilin avqust ayı üzrə 112203,9 manat satış dövriyyəsindən 17115,8 manat, 2018-ci ilin sentyabr ayı üzrə 85195,8 manat satış dövriyyəsindən 12996,0 manat, 2018-ci ilin oktyabr ayı üzrə 105901,5 manat satış dövriyyəsindən 16154,5 manat, 2018-ci ilin noyabr ayı üzrə 96321,9 manat satış dövriyyəsindən 14693,2 manat, 2018-ci ilin dekabr ayı üzrə 83014,84 manat satış dövriyyəsindən 12641,6 manat, 2019-cu ilin yanvar ayı üzrə 115073,66 manat satış dövriyyəsindən 17553,6 manat, 2019-cu ilin fevral ayı üzrə 114441,7 manat satış dövriyyəsindən 17457,2 manat, 2019-cu ilin mart ayı üzrə 110248,4 manat satış dövriyyəsindən 16817,6 manat, 2019-cu ilin aprel ayı üzrə 84592,83 manat satış dövriyyəsindən 12904,0 manat, 2019-cu ilin may ayı üzrə 99555,7 manat satış dövriyyəsindən 15186,5 manat, 2019-cu ilin iyun ayı üzrə 95901,07 manat satış dövriyyəsindən 14629,0 manat olmaqla, cəmi 197814,16 manat ƏDV-ni, ümumilikdə isə külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs külli miqdar təşkil edən, 227987,60 manat məbləğində deyil, 59.345,95 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya protestində hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması, apellyasiya şikayətində hökmün ləğv edilməsi və yeni ittiham hökmü çıxarılmaqla mülki iddianın tam təmin edilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli, 9/5089 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas tutmuşdur. Həmin rəylərlə iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli, 9/5443 nömrəli ilkin məhkəmə-mühasibatlıq ekspertizası rəyində sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi və gəlir vergisi üzrə vergidən yayındırılan pul məbləğləri eynilik təşkil etsə də, ƏDV üzrə əhəmiyyətli zidiyyət yaranmışdır. Belə ki, komisyon məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində tədqiqatı aparmış ekspertlər, həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin iqtisadi ekspertlər şöbəsinin aparıcı eksperti X5 öz mövqeyini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsulu hesab edilən günəbaxan tumlarının satışı ilə məşğul olmuşdur və bu səbəbdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən o, vergi orqanı tərəfindən ƏDV ödəyicisi kimi deyil, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmalı olmuşdur ki, belə olan halda onun ƏDV üzrə xx.xx.2018ci ildən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ödəməli olduğu ƏDV 197.814,20 manat deyil, cəmi 29.172,55 manat təşkil etməli olmuşdur. Halbuki, ekspertiza tədqiqatı aparılarkən Təqsirləndirilən şəxs iş materiallarına, ən əsası isə öz ifadəsinə əsasən günəbaxan tumlarının, texniki yağların, şilot və suxarinin istehsalı ilə məşğul olması müəyyən edilmişdir ki, bu hal da Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə deyil, həmin məhsullardan sənayə yolu ilə istehsal edilmiş məhsulların satışını həyata keçirməsinə dəlalət edir. Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsulu hesab edilən günəbaxan tumunu xammal formasında alaraq daha sonra həmin məhsuldan istifadə edərək sənayə üsulu ilə günəbaxan tumu, texniki yağlar və şilot istehsal edərək onları qablaşdırıb satışını həyata keçirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən ƏDV ödəyicisi kimi vergi orqanı tərəfindən qeydiyyata alınması və buna uyğun olaraq vergi hesablanması qanunauyğun olmuşdur. Bundan başqa, komisyon və təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153.3, 174.3 və 174.4-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ödəməli olduğu ƏDV onun ümumi dövriyyəsindən deyil, vergi əlavəsindən, yəni əldə etdiyi gəlirə əsasən hesablanmalıdır. Məhkəmə tərəfindən hökm çıxarılarkən nəzərə alınmamışdır ki, Təqsirləndirilən şəxs satışını həyata keçirdiyi günəbaxan tumu, texniki yağlar və şilot kənd təsərrüfatı məhsulları hesab edildiyi təqdirdə belə Vergi Məcəlləsinin 153.3-cü maddəsinin müddəası hazırki iş üzrə geriyə qüvvəsi yoxdur, çünki həmin Məcəllənin 174.4-cü maddəsinə əsasən 153.3-cü maddə 2022-ci ilin yanvarın 1-dən sonra əldə edilmiş kənd təsərrüfatı məhsullarına aiddir. Bundan başqa, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs tərəfindən Vergi Məcəlləsinin 174.3 və 174.4-cü maddəsində nəzərdə tutulmuş uçot sənədləri təqdim edilməmişdir və bu səbəbdən vergi orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs ödəməli olduğu ƏDV onun ümumi dövriyyəsinə əsasən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində təyin edilmiş komisyon və təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasına təqdim etdiyi alış sənədlərinin isə yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan həmin alış sənədlərinin iş üzrə mötəbər sübut qismində qiymətləndirilməsi yolverilməzdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi normativ-hüquqi aktların tələblərinə riayət etməklə həqiqi vergi məbləğini hesabladığı sübut olunur və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı keçirilmiş komisyon və təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri toplanmış iş materialları ilə tam ziddiyyət təşkil etdiyindən onların mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 59.345,95 manat məbləğində vergi borcunun olmasına dair qənaətə gəlinməsini nəzərə aldıqda hər bir halda ona təyin edilmiş islah işləri növündə cəzanın açıq-aşkar surətdə ədalətsiz olmaqla, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməməsi görünür. Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəyləri ilə Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin 227987,60 manat olması öz təsdiqini tapmışdır. Tərtər rayon Məhkəməsinin qərarına əsasən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində isə yayındırılmış vergi məbləğinin 227987,60 manat deyil, 59345,95 manat olduğu göstərilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəyləri ilə fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin 227987,60 manat olması, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində isə yayındırılmış vergi məbləğinin 59345,95 manat olduğu müəyyən edilmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının həmçinin məhkəmə istintaqı zamanı keçirilmiş ilkin məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən olunmuş, ödənilməkdən yayındırılmış vergi məbləği ilə məhkəmə istintaqı zamanı keçirilmiş digər iki məhkəməmühasibatlıq ekspertizaları ilə müəyyən edilmiş vergi məbləğləri arasında fərqin olmasına səbəb məhkəmə istintaqı zamanı sonradan ekspertizaya təqsirləndirilən şəxs tərəfindən onun tərəfindən malların alınmasını təsdiq edən xərc sənədi kim alış aktlarının təqdim edilməsi, həmçinin məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində ekspertlərin təqsirləndirilən şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının emal edilməsi yolu ilə istehsal edilmiş, duzlanıb qovrularaq qablaşdırılmış günəbaxan tumunun, texniki yag, şilot və suxarinin tamamilə yanlış və Vergi Məcəlləsinə zidd olaraq vergıtutma məqsədləri uçun kənd təsərrüfatı məhsulu kimi qiymətləndirərək büdcəyə hesablanmalı ƏDV-ni satış dövriyyəsindən deyil ticarət əlavəsindən hesablamaları olmuşdur. Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində ƏDV-nin ticarət əlavəsindən hesablanması toplanmış iş materiallarına və Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinin tələblərinə tam zidd olduğundan mötəbər sübut kimi qəbul edilmələri yolverilməzdir. Bundan başqa məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə minərək 3 il ərzində kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması qaydasının 2018-2019-cu illərdə aparılan əməliyyatlara tətbiq edilməsi qanunvericiliyə zidd olmaqla yanaşı, ekspert adına və ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylərinə inama kölgə salır. Məhkəmə tərəfindən hökm çıxarılarkən ibtidai istintaq zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məhkəmə istintaqı zamanı keçirilmiş ilkin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli ekspert rəyləri ilə tam ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəyləri əsas götürülərək mötəbər sübut kimi qiymətləndirilmişdir. Göründüyü kimi iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, fərdi sahibkar Təqsirləndirilən şəxs çəkildiyi vaxt xərclərinin uçotunun aparıldığı alış aktları ciddi uçot blankı olmamaqla yuxarıda göstərilən qanunvericilik aktlarının tələbləri baxımından malların alınmasını təsdiq edən xərc sənədləri kimi qəbul edilməsi yolverilməzdir. Fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən xərclərin uçotunun yuxarıda göstərilən qanunvericilik normalarına uyğun aparılması təmin edilməmişdir. İlk növbədə məhkəmə tərəfindən hüquqi qiymət vermədiyi məsələ alış aktlarının Maliyyə Nazirliyinin xx.xx.2017ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı tələblərinə cavab verməməsi, bu səbəbdən də malların alınmasını təsdiq edən xərc sənədi kimi qiymətləndirilməsinin yolverilməz olması faktıdır. Digər tərəfdən həmin sənədlərin saxtalaşdırılmış olmasını sübuta yetirən kifayət qədər faktlar olmasına baxmayaraq, məhkəmə tərəfindən həmin faktlara qərarında ümumiyyətlə toxunulmamış, faktlar mövcud olmamış kimi görməzdən gəlinərək obyektiv olmayan nəticəyə gəlinmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərinə nəzər saldıqda görünür ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəyləri ilə fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğləri üzrə gəlinən nəticələrdə yalnız ƏDV üzrə fərq mövcuddur. Digər vergi mükəlləfiyyətləri üzrə hesablanan məbləğlər səyyar vergi yoxlaması üzrə gəlinən nəticə və bütün ekspert rəylərində gəlinən nəticələr eynidir. Yuxarıda da qeyd edildiyi kimi ƏDV üzrə fərqin yaranmasına səbəb məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəylərində ekspertlər tərəfindən yanlış olaraq fərdi sahibkar Təqsirləndirilən şəxs emal yolu ilə istehsal etdiyi duzlanaraq qovrulub paketlənmiş günəbaxan tumu, texniki yağ, şilot və suxarinin satışının vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsullarını satışı kimi qiymətləndirmələri olmuşdur. Yəni ekspertlərin yanaşmasında belə çıxır ki, kənd təsərrüfatı məhsullarının emalı yolu ilə istehsal edilmiş istənilən məhsulun satışı kənd təsərrüfatı məhsullarının satışı kimi qiymətləndirilməlidir. Bu yanaşma isə Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinin tələblərinə tam ziddir. Göründüyü kimi, əvvəla fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən istehsal olunaraq satılmış məhsullar vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsulu hesab edilə bilməz. Əks yanaşma Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə ziddir. Yəni təkcə bu fakt fərdi sahibkar Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV-nin ekspertlər tərəfindən ticarət əlavəsindən hesablanmasının qanunvericiliyə zidd olmaqla yanlış olduğunu birmənalı olaraq sübut edir. Beləliklə də sübut olunur ki, ƏDV məhkəmə istintaqı zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəylərində göstərilən kimi ticarət əlavəsindən deyil, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması aktında, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəylərində hesablandığı kimi ümumi satış məbləğindən hesablanmalıdır. Beləliklə də, səyyar vergi yoxlaması aktının, ibtidai istintaq zaman, keçirilmiş məhkəməmühasibatliq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli və məlikəmə istintaqı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəylərinin mötəbər sübut kimi qiymətləndirilərək mülki iddia tam məbləğdə təmiri edilməli olduğu halda, Tərtər rayon Məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməyərək, maddi hüquq normalarının tələbləri nəzərə alınmayaraq iş üzrə məhkəmə mühasibatlıq ekspertizalarının 16 05.2022 ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5089 nömrəli ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilmişdir. Məhkəmənin sübut kimi qiymətləndirərək əsas götürdüyü ekspert rəylərinə nəzər salsaq görərik ki, ekspert komissiyası iş materialları ilə tanış olmadan, qarşısında qoyulmuş suallardan yayınaraq, nəticəyə hesablanmış və guya əsaslandırılmış rəy görüntüsü yaratmaqla hazırkı işə aidiyyəti olmayan, əsaslandırması ilə nəticəsi eynilik təşkil etməyən və səlahiyyətlərinə aid olmadığı halda hüquqi məsələlərə münasibət bildirməklə verilmiş rəylər iş materialları ilə təsdiqini tapmayan cümlələr toplusundan ibarət bir sənəddir. Belə ki, ekspert qarşısında 3-cü və 4-cü suallarda 2018-ci və 2019-cu illər üzrə hesablama metodologiyası göstərilməklə ƏDV məbləğinin müəyyən edilməsi sualları qoyulmasına baxmayaraq, ekspertlər tərəfindən nəiki ƏDV məbləğinin hesablama metodologiyası rəylərdə göstərilmiş, hətta ƏDV dövriyyəsinin hansı mənbədən alınmasını, vergi orqanının müəyyən etdiyi dövriyyədən artıq dövriyyə müəyyən etməsini rəyində əsaslandırmamış, hansı sənədlərlə müəyyən etdiyini göstərməmiş və nə üçün fərqli məbləğ müəyyən etdiyini izah etməmişdir. Eyni zamanda ekspert rəyində qeyd edilən hallara aydınlıq gətirməməsi ilə bağlı məhkəmə istintaqına çağrılmış ekspert Ağaismayıl Rzayev mülki iddiaçının nümayəndəsinin sualları qarşısında aciz qalması və konkret olaraq “mən sizin sualınıza cavab verməyəcəm” deməklə nümayəndə tərəfindən ona təqdim edilmiş Vergi Məcəlləsinin hansı maddələrinə əsasən ƏDV-nin hesablanmasının izah edilməsinə cavab verə bilməməsinə məhkəmə tərəfindən hər hansı qiymət verilməmiş və yekunda qeyri-müəyyən formada hazırlanmış rəylər elə aydın olmayan şəkildə də sübut kimi qiymətləndirilərək verilmiş hökmün əsasını təşkil etməsinə baxmayaraq, məhkəmənin hökmündə də həmin məsələlərə aydınlıq gətirilməmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini və şikayətini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin və şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını, mülki iddiaya dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mülki iddiaçının nümayəndəsi apellyasiya protestini və şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin və şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsini və mülki iddianın tam məbləğdə təmin edilməsinə dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya protestinə və şikayətinə etiraz etdilər, apellyasiya protestinin və şikayətinin təmin edilməməsini xahiş etdilər. Cinayət işində olan sübutlar: Apellyasiya protestinin və şikayətinin dəlillərinin və işdə olan sübutların hərtərəfli, tam və obyektiv araşdırılması və qiymətləndirilməsi məqsədi ilə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə məhkum yenidən dindirilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və işdə olan digər sübutlar tədqiq edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edir. Verilən suala cavab olaraq göstərdi ki, vergi onun bütün sənədlərini aparmışdır. O, özünü borclu sayır, lakin ittihamda nəzərdə tutulan məbləğdə deyil. O, günəbaxan tumu istehsal edirmiş. Apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 avqust 2023-cü il tarixli 9/5654 № ekspertiza rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında göstərilənlər nəzərə alındığı təqdirdə fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən yoxlamanın əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 3.681,58 manat məbləğində, gəlir vergisinin 19.123,40 manat məbləğində, ödəmə mənbəyində tutulan verginin 7.368,42 manat məbləğində, ƏDV-in səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq 197814,20 manat məbləğində, hazırda qüvvədə olan Vergi Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq 29172,55 manat məbləğində hesablanması müəyyən olunur. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi xx.xx.2014-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmiş, fəaliyyət göstərdiyi yer Tərtər rayonunun inzibati ərazisini əhatə etmiş, fəaliyyəti günəbaxan tumu, texniki yağ, şilot və suxarinin istehsalı, qablaşdırılması və satışını həyata keçirməkdən ibarət olmuş, bundan əlavə digər günəbaxan tumunu əkibbecərənlərdən hazır məhsulu alıb qablaşdıraraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında satışını həyata keçirmiş, cəmi təxminən 80-100 kvadrat metrlik ərazisini əhatə edən istehsal sahəsində fəaliyyət göstərmiş, həmin istehsal prosesində işlərin görülməsi üçün təxminən 8-9 nəfər işçi dəvət etmiş, həmin işçilərlə qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmış və bu barədə elektron portala müvafiq məlumatlar daxil edilmiş, fiziki şəxs kimi mühasibatlıq işlərini əsasən özü aparmış, lakin bəzi hallarda bu işlərin görülməsində başqa şəxslər də məsləhətləri ilə kömək etmiş, lakin fəaliyyətinə və sənədlərin tərtib edilməsi işlərinə müdaxilə etməmiş, ona görə də həmin şəxslərlə müqavilə bağlamamış, fəaliyyətinin əhatə etdiyi dövrə aid bütün sənədləri vergi yoxlayıcısına təqdim etmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********189833 nömrəli qərarına əsasən fiziki şəxs kimi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə həmin idarənin əməkdaşı Abbas Abbasov səyyar vergi yoxlaması keçirərək yoxlamanın nəticəsi barədə xx.xx.2019-cu il tarixli akt tərtib etmiş, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş aktla razı deyil, bununla əlaqədar müvafiq orqanlara müraciətləri də olmuşdur. Fəaliyyətinə dair səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş aktda göstərilmişdir ki, vergi ödəyicisi kimi 2018-ci ilin yanvar-may ayları üzrə günəbaxan tumu, texniki yağ, şilot və suxarinin istehsalı, qablaşdırılması və satışından dövriyyəsi 250910 manat olmuş, ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda, növbəti ayın birinci günündən məcburi ƏDV-si qeydiyyatına alınmalı olduğundan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********158400 nömrəli məktubla xx.xx.2018-ci il tarixdən ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmış, vergi yoxlayıcısı tərəfindən yoxlama qeyri obyektiv və fəaliyyətini əks etdirən real faktiki göstəricilər nəzərə alınmadan aparılmış, yoxlama vaxtı yoxlayıcıya bu barədə şifahi qaydada bildirməyinə baxmayaraq, heç bir əhəmiyyət verilməmiş və qısa müddətdə səyyar vergi yoxlaması tamamlanaraq akt tərtib edilmişdir. Hər il adətən fəaliyyəti ilə əlaqədar yoxlama nəticəsində təxminən 3000- 4000 manat məbləğində kənarlaşma aşkar olunmuş, bu dəfə isə cəmi 2 ay davam edən səyyar vergi yoxlaması nəticəsində maliyyə sanksiyası ilə birlikdə 345996,36 manat məbləğində vergilərin kənarlaşması müəyyən edilmişdir. Vergi orqanının gəldiyi həmin nəticə ilə razı deyil, fəaliyyət göstərdiyi dövrdə orta aylıq dövriyyəsi təxminən 10000-15000 manat arasında olmuş, yoxlayıcıya təqdim etdiyim sənədlərdə də bu hal öz əksini tapmışdır. Sonuncu dəfə mülki idiaçının vəsatəti əsasında təyin edilmiş təkrar komission məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Həmin rəydə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə sexdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin ümumilikdə məblği 59.345.95 manat müəyyən edilmişdir. Hazırda borcundan 1000 manat ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqları və ankoloji xəstə olan anasını, həmçinin məhkəmədən ifadəsində göstərilənləri digər halları nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X9 və X7 ifadələrində göstərmişlər ki, Nəcəfov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fiziki şəxs kimi 2018- 2019-cu illər ərzində Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan tumu, texniki yağ, şilot və suxarinin istehsalı, qablaşdırılması və satışını həyata keçirərək əmlakının, maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini yerinə yetirmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 57.1, 58.4, 77.3, 78.1, 92, 98, 101, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 150, 151, 153, 154, 159, 161, 166, 173, 174, 175, 177, 178, 196, 197, 198, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamələr təqdim etməməklə, ümumilikdə, külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı təyin olunmuş ekspertiza rəylərini surətlərini almış, həmin rəylərlə tanış olmuşdur. Rəylərlə razı olmadıqlarını bildirmişdir. Bu səbəbdən də hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ilkin ittiham üzrə mülki iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Xoruzlu kəndində özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində qara rəngli günəbaxan tumunu əkib becərməklə məşğul olmuş, bu işdə bəzi hallarda ona ailə üzvləri də kömək etmiş, 2018- 2019-cu illərdə əkib-becərdiyi torpaq sahəsindən əldə etdiyi təxminən 8-10 tona yaxın günəbaxan tumunu həmkəndlisi Təqsirləndirilən şəxs satmış, istehsal etdiyi günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs ona təxminən 90 qəpikdən 1,10 manatadək pul ödəmiş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmiş, kənddə günəbaxan tumunun istehsalı ilə məşğul olan bəzi həmkəndlilərindən də nisbətən ucuz qiymətə günəbaxan tumunu alıb üstünə bir neçə qəpik əlavə etməklə Təqsirləndirilən şəxs satmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 digər şahid X10 ilə eyni məzmunda ifadə verərək ifadəsində göstərmişdir ki, yaşadığı Xoruzlu kəndində özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində əkib becərdiyi təxminən 10 tona yaxın qara rəngli günəbaxan tumunu Təqsirləndirilən şəxs satmış, istehsal etdiyi günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs ona təxminən 90 qəpikdən 1,10 manatadək pul ödəmiş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı Xoruzlu kəndində özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində qara rəngli günəbaxan tumunu əkib becərməklə məşğul olmuş, 2018-2019-cu illərdə əkib-becərdiyi torpaq sahəsindən əldə etdiyi təxminən 13-15 tona yaxın günəbaxan tumunu həmkəndlisi Təqsirləndirilən şəxs satmış, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmiş, 2019-cu ildən sonra Təqsirləndirilən şəxs işlərində problem yarandığına görə onunla əməkdaşlıq etmir və istehsal etdiyi günəbaxan tumunu başqa şəxslərə satır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində qara rəngli günəbaxan tumunun əkilib-becərilməsi ilə məşğul olmuş, bu işdə bəzi hallarda ona ailə üzvləri də kömək etmiş, 2018-2019-cu illərdə əkib-becərdiyi torpaq sahəsindən əldə etdiyi təxminən 7-8 ton günəbaxan tumunu həmkəndlisi Təqsirləndirilən şəxs satmış, istehsal etdiyi günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs ona təxminən 90 qəpikdən 1,10 manatadək pul ödəmiş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmiş, 2019-cu ildən sonra Təqsirləndirilən şəxs işlərində problem yarandığına görə onunla əməkdaşlıq etmir və istehsal etdiyi günəbaxan tumunu başqa şəxslərə satır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində qara rəngli günəbaxan tumunun əkilib-becərilməsi ilə məşğul olmuş, 2018-2019cu illərdə əkib-becərdiyi torpaq sahəsindən əldə etdiyi təxminən 6-7 ton günəbaxan tumunu həmkəndlisi Təqsirləndirilən şəxs satmış, istehsal etdiyi günəbaxan tumunu müxtəlif maşınlarla daşıyıb Təqsirləndirilən şəxs kəndin kənarında günəbaxan tumunun qablaşdırılmasını həyata keçirən sexində təhvil vermiş, istehsal etdiyi günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs ona təxminən 90 qəpikdən 1,10 manatadək pul ödəmiş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmiş, 2019-cu ildən sonra Təqsirləndirilən şəxs işlərində problem yarandığına görə istehsal etdiyi günəbaxan tumunu ona təhvil vermir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı Xoruzlu kəndində özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində əkib becərdiyi təxminən 5,6 ton, 2018-ci ildə 2,4 ton və 2019-cu ildə isə 2,66 ton günəbaxan tumunu kənddə günəbaxan tumunun istehsalı və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs satmış, satdığı günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs 2018-ci ildə 0,75 manat və 2019-cu ildə isə 0,85 manat ödəmiş, istehsal etdiyi günəbaxan tumunun keyfiyyəti aşağı olduğundan nisbətən ucuz qiymətə satmağa məcbur olmuş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı Xoruzlu kəndində özünə məxsus payı bəlli torpaq sahəsində 2018-2019-cu illər ərzində əkib becərdiyi təxminən 6 tona yaxın qara rəngli günəbaxan tumunu kənddə günəbaxan tumunun istehsalı və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs satmış, istehsal etdiyi günəbaxan tumunun hər kq üçün Təqsirləndirilən şəxs ona təxminən 1 manat pul ödəmiş, Təqsirləndirilən şəxs satdığı günəbaxan tumunun pulu tam həcmdə ödənilmiş, 2019-cu ildən sonra Təqsirləndirilən şəxs günəbaxan tumu satmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında göstərmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsi tanımır, onunla qohumluğu, ədavəti yoxdur. Hazırki cinayət iş üzrə ƏDV üzrə qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə əsasən 677110 manat, 64 qəpik ümumi dövriyyə olmuşdur. Vergi orqanı vergini hesablayıb ümumi vergidən, amma bu gəlirdən baş verməlidir. Qanunvericiliyə əsasən iş materiallarında olan alqı-satqı materiallarına əsasən malın maya dəyəri sənədlərə əsasən 591169 manat təşkil etmişdir. Deməli ümumi dövriyyədən qanunvericiliyə əsasən ekspertlər ƏDV hissəsində qeyd olunduğu kimi 591169 manat yəni malın maya dəyərini çıxmışlar ki, ticarət əlavəsini müəyyən etmək mümkün olsun, onu çıxdıqdan sonra ticarət əlaqəsi 85941 min 64 qəpik olmuşdur. Ona görə ki, ümumi dövriyəyə vergi hesablanması qanunvericiliklə düzgün olmamış, ƏDV hissəsi sırf gəlirdən hesablanmalı olmuşdur. Mülki iddiaçının suallarına cavab olaraq ekspert bildirmişdir ki, rəyi verərəkən təsviri hissiəsində hansı qanunvericiliyə əsasən rəy verilmişdir onu qeyd etmişlər. 2018-ci ilə hal-hazırda göstərdiyi 85941 min 64 qəpik ticarət əlavəsidir onu 18 faizə vurub tapmışlar. Rəydə 591169 manatı necə hesabladıqlarını və hansı maddəni tətbiq etdiklərini, hansı Məcəllənin hansı maddələrinə istinad elədiklərini göstərmişlər. Kolkulyasiya prinsipinə əsasən məhsulun maya dəyəri yalnız verilmiş enerjidən ibarət olmamışdır. Rəydə onu da qeyd eləmişlər. Bu sadə olan və məlum olan prinsipdir. Ümumi dövriyəyə vergi hesablamaq mümkün deyldir. Çünki bu adamın xərclərinin olduğunu, bu adamın işçi pulunun olduğunu bildirmiş və onu da onların dövriyyəyə saydıqlarını bildirmişdir. Günəbaxan tumu sənədlərə əsasən paketlənib və satılmışdır. Kənd təsərrüfatı malıdır. Ona görə də 18 faiza vurub hesablamışlar. Vergi orqanının göstərdiyi kimi yoxlama aktının 1.8-ci bəndində yoxlanılan dövrə Təqsirləndirilən şəxs faktiki olaraq digər bitki növləri becərməsi ilə məşğul olduğu qeyd edilsə də həmin aktın gəlir vergisi hissəsində vergi ödəyəcisinin günəbaxan tumlarının emal edilməsi və sonra satışı fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarda günəbaxan tumlarının təqdim edilərək təbiətdə olduğu ilkin formasında saxlanılması kimyəvi tərkibinin dəyişdirilməsi, konservləşməsi ilə bağlı konkret sənədlər mövcud olmamışdır. Günəbaxan tumlarının kənd təsərrüfatı məhsulu hesab etmişlər. Bir daha təkrar etmişdir ki, onun digər kimyəvi tərkibinin dəyişdirilməsi üçün heç bir sənəd olmamışdır. Kənd təsərrüfatı o vaxt olmur ki, tərkibində nə isə əlavələr edilir, duz qatılır, qovrulursa kənd təsərrüfatı məhsulu hesab edilmir. İş materialında hansı sənəd əlavə edilmişdirsə ona əsasən də hesablama aparılmışdır. Ekspertiza tədqiqatı sənədlərə əsasən aparırılır. Yəni belə nəticəyə glir ki, ilkin formasındadır. Ona görə 18 faizə vurulmuşdur. Onlar rəy verərkən ehtimalla deyil faktiki olan əgər kimyəvi tərkibi dəyişilmiş olsaydı hər hansı bir sənədə istinad etmiş olardılar. Rəydə hesablama metadologiyasını göstərilməsi də qeyd olunmuşdur. Bununla bağlı bildirmişdir ki, yuxarıda qeyd edildiyi kimi ilkin hesablamalar malların alınmasına dair alqı-satqısı ilə bağlı təhvil-təslim aktları təqdim olunmuş sənədlər Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri və səyyar vergi yoxlaması aktı və məlumatları nəzərə alınmmaqla aparılmışdır. Eyni zamanda rəydə qeyd etmişlər ki, təqdim edilmiş sənədlər üzrə tədqiqat sənədlərini yoxlama, müqayisə və üzləşdirmə üsulu əsasında aparmışlar. Elə məsələlər var ki, Nazirlər Kabinetinin qərarına əsaslanıb hesablanır. Hesablamaları yeni Məcəlləyə yəni 2022-ci ilin yanvar ayından qüvvəyə minmiş Vergi Məcəlləsinin 153.3cü maddəsinə əsasən hesablamışlar. Yeni Məcəllə Konstitusiyaya görə vətəndaşın əgər vəziyyətini yüngülləşdirirsə tətbiq oluna bilər. Cinayət işinin materialları rəy vermək üçün onlara 2022-ci ildə qüvvəyə həmin qanun qüvvəyə mindikdən sonra verilmişdir. Bu səbəbdən də həmin qanunu tətbiq etmişlər. Həmin qanunun tətbiq edilməsində heç bir problem olmadığını bildirmişdir. Sənədlərin həqiqiliyi onlar tərəfindən müəyyən edilməli deyildir. Rəy verərkən mülki iddiaçının deməsinə görə Təqsirləndirilən şəxs kiminlə alqısatqı etməsini, həmin şəxsin VOEN-i yoxlamalı olmalı olmuşdur. Bu onun işi olmamışdır. Onlar vergi əməkdaşlarının verdikləri 241000 manat məbləği təsdiqləmişlər. Komision ekspertiza keçirilib. Ekspertiza keçirilərkən rəyin akt hissəsi təkrar köçürülməmişdir. Yalnız yanlışlıq ƏDV hissəsində olmuşdur. Digərlərini ekspert kimi o da təsdiq etmişdir. Onlar cinayət işinə əlavə edilmiş alış aktlarını nəzərə alıb hesablama aparmışlar. Ekspert olaraq təqdim olunan sənədlərə əsasən hesablama aparmış və qanunun tələblərinə uyğun olaraq rəy vermişlər. Cinayət işi üzrə verilmiş rəyi qanuni və əsaslı hesab etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/907 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi səyyar vergi yoxlaması aktında göstərilənlər və təqdim olunmuş iş materiallarında olan sənədlər (qaimələr, ödəniş qəbzləri və s) nəzərə alındığı təqdirdə fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 3681,58 manat məbləğində sadələşdirilmiş verginin, 19123,40 manat məbləğində gəlir vergisinin, 7368,42 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 197814,20 manat məbləğində ƏDVnin az hesablanması müəyyən olunur. (Cild 17, İ/V: 153-158). İş materiallarında olan istintaq zamanı götürülmüş fiziki şəxs kimi vergi ödəyicisi kimi qeydiyyata alınmış Təqsirləndirilən şəxs məxsus müqavilələr, vergi hesab fakturaları, qaimə fakturalar, bank çekləri və digər sənədlər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( Cild 1, İ/V: 4-356, Cild 2, İ/V: 1-374, Cild 3, İ/V: 1- 428, Cild 4, İ/V: 1-527, Cild 5, İ/V: 1-539, Cild 6, İ/V: 1-297, Cild 7, İ/V: 1-437, Cild 8, İ/V: 1- 529, Cild 9, İ/V: 1-403, Cild 10, İ/V: 1-508, Cild 11, İ/V: 1-404, Cild 12, İ/V: 1-475, Cild 13, İ/V: 1-578, Cild 14, İ/V: 1-897, Cild 15, İ/V: 1-630, Cild 16, İ/V: 1-600, Cild 17, İ/V: 83-149.) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 9/5443 saylı rəyindən aydın olur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimı, səyyar vergi yoxlaması aktında göstərilənlər nəzərə alındığı təqdirdə fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən yoxlamanın əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 3.681,58 manat məbləğində sadələşdirilmiş verginin, 19.123,40 manat məbləğində gəlir vergisinin, 7.368,42 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 197.814,20 manat məbləğində ƏDV-in az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, enerji sərfiyyatına uyğun olaraq hesablanmış borc məbləğinin avadanlıqların köhnəliyi nəzərə alınmaqla hesablanması məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Bundan başqa qeyd edilir ki, səyyar vergi yoxlaması aktında enerji sərfiyyatına uyğun olaraq hesablanma aparılması qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli 9/376 saylı rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin ümumilikdə məbləği 59.345,95 manat müəyyən edilir. O cümlədən: Sadələşdirilmiş vergi üzrə: 2018-ci ilin 1-ci, 2-ci rübləri üzrə-----------------36.81,58 manat ÖMV üzrə: Mart 2018-iyun 2019 üzrə-------------------------73.68,42 manat Gəlir vergisi üzrə: 2018-ci il üzrə -----------------------------------------19.123,40 manat ƏDV üzrə: 2018-ci iyun- 2019 iyun-----------------------------29.172,55 manat Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisindən ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar: - Qaytarılmış tullantılar: - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - Sosial sığorta ayırmalar; - Avadanlığın saxlanması və istismar xərcləri o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Yeni istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi və qaz sərfiyyatı xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın enerji sərfiyyatı əsasında məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyil və belə qaydada vergiyə cəlb olunan dövriyyənin, nəticədə isə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 9/5089 saylı rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergilərin ümumilikdə məbləği 59.345,95 manat müəyyən edilir. O cümlədən : Sadələşdirilmiş vergi üzrə: 2018-ci ilin 1-ci, 2-ci rübləri üzrə -------------------------3.681,58 manat ÖMV üzrə: Mart 2018- iyun 2019 cü il üzrə --------------------------73.68,42 manat Gəlir Vergisi üzrə: 2018-ci il üzrə------------------------------------------------19.123,40 manat ƏDV üzrə: 2018 iyun -2019 iyun----------------------------------------29.172,55 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 012-6710-1220 nömrəli məktuba əlavə olunmuş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( Cild 17, İ/V: 39-41). İş materiallarında olan Tərtər rayonu Xoruzlu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (Cild 17, İ/V: 181) HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlillərini iş materiallları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-05/2022 nömrəli hökmü ləğv edilməli və iş üzrə yeni ittiham hökmü çıxarılmalıdır. MƏHKUMUN ƏMƏLİNİN TÖVSİFİ İLƏ BAĞLİ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ: Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yol verdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticəyə gələrkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/376 nömrəli və xx.xx.2022-ci il tarixli, 9/5089 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas tutmuşdur. Hansı ki, həmin rəylərlə iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli, 9/5443 nömrəli ilkin məhkəmə-mühasibatlıq ekspertizası rəyində sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi və gəlir vergisi üzrə vergidən yayındırılan pul məbləğləri eynilik təşkil etsə də, ƏDV üzrə əhəmiyyətli zidiyyət yaranmışdır. Birinci instansiya məhkəməsi isə məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəylərini əsas götürərək məhkumun əməlini CM-in 213.2.2-ci maddəsindən CM-in 213.1-ci maddəsinə tövsif etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə qanunsuz və əsassızdır və məhkumun törətdiyi cinayət əməli CM-in 213.2.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. CM-in 213.1-ci maddəsinə görə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər külli miqdarda törədildikdə CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-in 213-cü maddəsinin qeyd hissəsinə görə həmin maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırkı cinayət işinin materiallarından, birinci instansiya məhkəməsinin hökmündən, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərindən görünür ki, cari iş üzrə müəyyən edilməli olan məsələ yayındırılmış vergilərin məbləğinin dəqiq müəyyən edilməsidir. Belə ki, ittiham tərəfinin iddiasına görə Təqsirləndirilən şəxs ümumilikdə, külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Lakin, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs külli miqdar təşkil edən, 227987,60 manat məbləğində deyil, 59.345,95 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Burada qeyd etmək zəruridir ki, həm ittiham tərəfinin, həm də birinci instansiya məhkəməsinin gəldiyi ortaq nəticə sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi və gəlir vergisi üzrə vergidən yayındırılan pul məbləğləri eynilik təşkil etməsidir. Lakin ƏDV üzrə vergidən yayındırılan pul məbləğinə aid hissədə əhəmiyyətli zidiyyət yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 1 dəfə ibtidai istintaq zamanı, 3 dəfə birinci instansiya məhkəməsində icraat zamanı, 1 dəfə də apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Həmin rəyləri müqayisə etdikdə belə aydın olur ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyi ilə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyləri arasında ƏDV üzrə vergidən yayındırılan pul məbləğinə aid hissədə əhəmiyyətli ziddiyyət yaranmasının səbəbi məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5443 nömrəli rəylərində ekspertlər tərəfindən fərdi sahibkar Təqsirləndirilən şəxs emal yolu ilə istehsal etdiyi duzlanaraq qovrulub paketlənmiş günəbaxan tumu, texniki yağ, şilot və suxarinin satışının vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsullarının satışı kimi qiymətləndirməsi olmuşdur. Göründüyü kimi ekspertlərin yanaşmasına görə kənd təsərrüfatı məhsullarının emalı yolu ilə istehsal edilmiş istənilən məhsulun satışı kənd təsərrüfatı məhsullarının satışı kimi qiymətləndirilməlidir. Bu yanaşma isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinin tələblərinə tam zidddir. Belə k, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.61.2-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: - 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; - 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir; Təqsirləndirilən şəxs ifadələrinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, onun ifadələrindən görünür ki, o, əsasən günəbaxan tumlarının, texniki yağların, şilot və suxarinin istehsalı ilə məşğul olmuşdur. Buradan isə belə nəticə hasil olunur ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə deyil, həmin məhsullardan sənayə yolu istehsal edilmiş məhsulların satışını həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsulu hesab edilən günəbaxan tumunu xammal formasında alaraq daha sonra həmin məhsuldan istifadə edərək sənayə üsulu ilə günəbaxan tumu, texniki yağlar və şilot istehsal edərək onları qablaşdırıb satışını həyata keçirmişdir. Yəni, Təqsirləndirilən şəxs tərəfindən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamamışdır. Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsulu hesab edilən günəbaxan tumunu xammal formasında alaraq daha sonra həmin məhsuldan istifadə edərək sənayə üsulu ilə günəbaxan tumu, texniki yağlar və şilot istehsal edərək onları qablaşdırıb satışını həyata keçirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən ƏDV ödəyicisi kimi vergi orqanı tərəfindən qeydiyyata alınması və buna uyğun olaraq vergi hesablanması qanunauyğun olmuşdur. Apellyasiya icraatı zamanı keçirilmiş sonuncu məhkəmə-mühasibat ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş sənədlər əsasında keçirilmiş ekspertiza zamanı ekspertlər sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi və gəlir vergisi üzrə vergidən yayındırılan pul məbləğlərinə dair hissədə əvvəlki ekspertiza rəyləri ilə eyni nəticəyə gəlmişlər. ƏDV üzrə vergiyə münasibətdə isə ekspertlər həm səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən ƏDV-ni hesablamışlar. Həmin hesablamalarla belə müəyyən edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına uyğun olaraq 2018 iyun-2019-cu ilin iyun ayları üzrə dövlət büdcəsinə ümumilikdə ödənilməli olan ƏDV-nin 197814,20 manat olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına uyğun olaraq 2018 iyun-2019-cu ilin iyun ayları üzrə dövlət büdcəsinə ümumilikdə ödənilməli olan ƏDV-nin 29172,55 manat olduğu müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin 1 yanvar 2022-ci ilədək qüvvədə olan redaksiyasına əsasən: Əlavə dəyər vergisi Azərbaycan Respublikası ərazisində malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prosesində onların dəyərinə əlavənin bir hissəsinin, həmçinin Azərbaycan Respublikası ərazisinə gətirilən və vergi tutulan bütün malların dəyərinin bir hissəsinin büdcəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən hesabfakturalara müvafiq sürətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin 1 yanvar 2022-ci ildən qüvvədə olan redaksiyasına əsasən: 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 5 il (26 dekabr 2024-cü il tarixədək redaksiyada 3 il) müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Qeyd olunanlardan göründüyü kimi, əvvəla fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən istehsal olunaraq satılmış məhsullar vergitutma məqsədləri üçün kənd təsərrüfatı məhsulu hesab edilə bilməz. Əks yanaşma Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə ziddir. Digər tərəfdən həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ƏDV-dən yayınması qiymətləndirilərkən məhz onun qeyd olunan əməliyyatları həyata keçirdiyi dövrdə qüvvədə olan normalar, yəni səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsinə görə növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir. Həmin Məcəllənin 3.1 və 3.6-cı maddələrinə görə vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. Qeyd olunan normaların tələblərindən göründüyü kimi 2018 iyun-2019 iyun ayları arasında olan zaman kəsiyində olan vergilər həmin vaxt ödənilsəydi ƏDV məhz 197814,20 manat məbləğində hesablanacaqdı. Həmin zaman Təqsirləndirilən şəxs vergiləri ödəməkdən yayındığından sonda Təqsirləndirilən şəxs məsuliyyətinə gətirib çıxarmışdır. Hazırda isə onun barəsində səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarının rəhbər tutularaq ƏDV-nin hesablanmaması həmin Məcəllənin 3.1-ci maddəsinin tələblərinə zidd olmaqla vergitutmanın ümumi, bərabər və ədalətli olmasına dair ümdə müddəaların tələblərini pozacaqdır. Həm də qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə deyil, həmin məhsullardan sənayə yolu istehsal edilmiş məhsulların satışını həyata keçirdiyindən, ƏDV Vergi Məcəlləsinin 1 yanvar 2022-ci ildən qüvvədə olan 153.2ci maddəsinə əsasən hesablana bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən verginin məbləğinin 2022-ci il yanvarın 1-dən 5 il (26 dekabr 2024-cü il tarixədək redaksiyada 3 il) müddətində hesablanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 213.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CM-in 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Qeyd olunan Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Qanunvericiliyin müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunduğunu və birinci instansiya məhkəməsinin əsassız olaraq onun əməlini CM-in 213.1-ci maddəsinə tövsif etdiyini göstərir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin verdiyi özünü müdafiə xarakterli ifadəsinə əsasən, eləcə də ekspertiza rəylərini yalnış qiymətləndirməklə yayındırılmış vergilərin məbləğini dəqiq hesablamamış, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha yüngül cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməli və Təqsirləndirilən şəxs CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda CM-in 213.2.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. CM-in 46-cı maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır Qeyd olunan normaların tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakteri nəzərə alınmaqla ona həmçinin əlavə cəza kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, bu cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hazırkı hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1212/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda həmin iş üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Buna görə də onun həbsdə saxlanılması hazırkı iş üzrə nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə bu gündən, yəni hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) 227987,60 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması nəticəsində vurulan ziyanının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Tərtər Rayon Məhkəməsinə verilmişdir. Təqsirləndirilən şəxs 227987,60 manat məbləğində, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə CM-in 213.2.2-ci maddəsi ilə olan cinayət işinin məhkəmə istintaqı hal-hazırda davam etdirilir. Belə ki, Təqsirləndirilən şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fiziki şəxs kimi 2018-ci ilin yanvar-may ayları üzrə dövriyyəsinin 250910,00 manat olduğu halda, sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 88581,00 manat dövriyyə göstərərək, 3681,58 manat məbləğində sadələşdirilmiş vergini, 2018-ci il üzrə günəbaxan tumları və texniki yağın satışından ƏDV-si nəzərə alınmadan 573702,00 manat ümumi gəlir əldə etməsinə baxmayaraq, bəyannamə təqdim etməyərək, 19123,4 manat məbləğində gəlir vergisini, 2018-ci ilin mart ayından 2019-cu ilin iyun ayına kimi olan müddətdə vergi ödəyicisi olmayan fiziki şəxslərə göstərilmiş xidmətlərə görə edilmiş ödənişlər üzrə 7368,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergini; həmçinin, o, fiziki şəxs kimi 2018-2019-cu illər ərzində günəbaxan tumu və texniki yağın satışını həyata keçirməsinə baxmayaraq, ƏDV bəyannaməsi təqdim etməyərək, 2018-ci ilin iyun ayı üzrə satış dövriyyəsindən 15186,5 manat, 2019-cu ilin iyun ayı üzrə 95901,07 manat satış dövriyyəsindən 14629,0 manat olmaqla, cəmi 197814,16 manat ƏDV-ni, ümumilikdə isə külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. CPM-in 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: Məhkəmə kollegiyası hesab edir ki, mülki cavabdeh-Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə araşdırması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. CPM-in 354.1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq mülki iddianın tam və ya qismən təmin edilməsi barədə qərar qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının mülki iddianın verilməsi ilə bağlı hökmün xüsusiyyətləri barədə bölməsinin 66-cı maddəsinin 1-ci abzasında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin maddənin 3-cü abzasında göstərilmişdir ki, belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görülməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamələr təqdim etməməklə, ümumilikdə, külli miqdar təşkil edən, 227987,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı həmin məbləğdən 1000 manatı Təqsirləndirilən şəxs tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, yəni mülki iddianın 1000 manat hissəsinin ödənilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs 226987,60 manat pul vəsaiti tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs məxsus müqavilələr, vergi hesab fakturaları, qaimə fakturaları, bank çekləri və digər sənədlər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə ediməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 650 (altı yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ.MEM-in VÖEN ********** X2, Kod 210005 VÖEN ********** m/h AZ41NABZO**********000003944 SWİVTBİK CTREAZ22 hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, xüsusi müsadirə tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 397, 398.1.2, 399, 401,403 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(61)-05/2022 saylı hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinsin və 1 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1212/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs 226987,60 (iki yüz iyirmi altı min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məxsus müqavilələr, vergi hesab fakturaları, qaimə fakturaları, bank çekləri və digər sənədlərin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatların dəyəri olan 650 (altı yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ.MEM-in VÖEN ********** X2, Kod 210005 VÖEN ********** m/h AZ41NABZO**********000003944 SWİVTBİK CTREAZ22 hesabına keçirilsin. Hökmün icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-2/2025
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-2/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver