Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-205/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin (sədrlik edən Fərid Əliyev) 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 3 noyabr 2022-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsi tərəfindən məhkəməyə təqdim olunmuş tibbi arayışdan görünür ki, təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar onun müəssisədən göndərilməsi məqsəduyğun deyildir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, təqsirəndirilən şəxsə CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarının surəti təqsirləndirilən şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, həmin qərarın surəti 28 aprel 2023-cü il tarixdə müəssisə tərəfindən alınmış, lakin 20 gün müddət keçməsinə baxmayaraq hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Dövlət ittihamçısı bildirdi ki, Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respubliaksı Cinayət Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmü çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bunları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Çünki hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət verilməmişdir. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası- Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(062)-139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-205/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-205/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver