Məhkəmə qərarları › İş №1(104)-208/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-208/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-208/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)-08/2023 saylı hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)-08/2023 saylı hökmü ilə (sədrlik edən T.Məmmədov) xx xxxxx 2003-cü ildə Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, orta təhsilli, evli, məhkumolunmamış, işləməyən, Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində qeydiyyatdaolmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancının 5%-i dövlət nəfinə tutulmaqla 3 ay müddətə islah işləri cəzası təyin edilmiş, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Goranboy rayonu Düzqışlaq kəndində yaşadıqları fərdi yaşayış evində ailə münaqişəsi zəminində qayınanası Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq sol bazunun küt travması, hematoması, hərəkət məhdudluğundan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Asif Abdullayev göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisinin göstərdikləri ilə razı olduğunu bildirdi, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, habelə onun məsuliyyətdən azad edilməsini etiraz etmədiyini bildirdi. Odur ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət ittihamçısı göstərdi ki, həqiqətən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində göstərilmişdir ki, CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki işdən görünür ki, zərərçəkmiş şəxs şikayət və tələbinin olmaması dəymiş ziyanın ödənilməsi haqda ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cinayət qanunvericiliyini tələblərinə uyğun qərar qəbul olunmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Samirə Abbasovanın əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi məhkumu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində də əməlin tövsifi və təqsirlilik məsələsi mübahisə edilmir. Bununla belə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi hökm çıxardıqdan sonra təqsirkar Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmişlə barışmışdır. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış cinayət işi üzrə dəymiş ziyanı tam ödəmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, bu səbəbdən onun barəsində olan hökm ləğv edilməli və cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.11-ci maddələrinin mənasına görə şəxs cinayət qanunun müddəalarına uyğun olaraq cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(045)-08/2023 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsi ilə həmin Məcəllənin 73.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Qanununun müddəalarının qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar