Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-209/2023 21.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)-240/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)-240/2020 saylı hökmü ilə (sədrlik edən E.İ.Rüstəmov, hakimlər F.N.Mahmudov və X.H.Səmədov) xx xxxxxxx 2000-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla tutulanadək Bərdə rayonunun Qaradəmirçi kəndində yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4 və 29, 120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəlinin 30 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)-240/2020 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin ittiham olunduğu CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələrindən həmin Məcəllənin 128 və 131-ci maddələrinə tövsif edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədov) 6 may 2022-ci il tarixli, 1(104)-10/2022 saylı hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)-240/2020 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 29,120.1 və 126.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 126.2.2-ci maddələri ilə təqsirli bilinib, ona CM-in 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası, CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəzalar ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli, 1(104)-10/2022 saylı qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsini, məhkum Təqsirləndirilən şəxs1 isə kassasiya şikayəti verərək əməlinin CM-in 128 və 131-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən, Ə.C.Seyidov hakimlər T.L.Kazımov və Ə.Ə.Novruzov) 7 dekabr 2022-ci il tarixli, 1(102)- 1715/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli, 1(104)-10/2022 saylı qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 30 may 2020-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görüb onların yanında dayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında saxladığı, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 125 mm olan, zavod üsulu ilə hazırlanmış, qatlanan ov tipli, deşici-kəsici xassəyə malik, həmin vaxtı əynində olan şalvarın arxa hissəsində kəmərin altında gizlədərək üzərində gəzdirdiyi, soyuq silah hesab olunan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyəyə həmin bıçaqla bir dəfə zərbə endirərək sonuncuya soltərəfli hemotoraksla müşayiət olunan, dalağın yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş torakoabdominal yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib sonuncuya sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və adları istintaqa məlum olan digər polis əməkdaşları fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onu qollarını tutmaqla, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiklərindən, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə hadisə yerində olan polis əməkdaşları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahla Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, Zərərçəkmiş şəxs2 isə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz və ədalətsizdir, işin faktiki hallarına uyğun deyil. Belə ki, məhkəmə iclasında polis əməkdaşlarının verdiyi ifadələr saxtalaşdırılmış, məhkəmə iclasında deyilməyən sözlər məqsədli şəkildə məhkəmə hökmünə salınmışdır. İbtidai istintaq zamanı polis əməkdaşları göstərmişlər ki, hadisə vaxtı Şahid1 özünü yetirib Təqsirləndirilən şəxs1 arxadan tutmasına baxmayaraq bıçaq zərbələri endirməyə davam etmişdir. Elçinin hədəfi bacısı olsa da, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 mane olduğuna görə bıçaq zərbələrindən biri onun sol qoltuqaltı nahiyyəsinə dəymişdir. İbtidai istintaq zamanı verilən ifadələrin hər biri eyni məzmunda olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs2 bıçaq dəyməsindən xəbəri olmamışdır, yalnız avtomobildə olan zaman polis əməkdaşları bu barədə ona bildirmişlər. Şahid qismində dindirilmiş polis əməkdaşı Afiyəddin Mirişov məhkəmədə ifadəsində bildirmişdir ki, onlar bıçağı təqsirləndirilən şəxsin əlindən almamışlar, bunun mümkünsüz olduğunu, təqsirləndirilən şəxsin özünün bıçağı ona verdiyini bildirmişdir. Hökmdə isə bu məsələ öz əksini tapmamışdır. Bundan başqa məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onun azyaşlı qızı hadisə yerində olmamış, yatılı olmuş və sonradan hadisə yerinə gəlmişdir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə Təqsirləndirilən şəxs1, həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Çinqiz qızı və Zərərçəkmiş şəxs2, həmçinin iş üzrə şahidlər Şahid2 və Şahid3 dindirilmiş, həmçinin işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin ittiham olunduğu CM-in 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 128 və 131-ci maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasindan xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Çinqiz qızı təqsirləndirilən şəxslə barışdığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, Zərərçəkmiş şəxs2 isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs1 ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə vaxtı nənəsi Şahid10 onu çağıraraq təxminən 4-5 nəfər polis əməkdaşının yaşadıqları evin önünə gəldiyini və onu axtardıqlarını bildirmişdir. O da dərhal bacısı Vüsalənin otağına gedib polis əməkdaşlarını onun çağırıb-çağırmadığını soruşmuşdur. Vüsalə isə ona heç bir polis əməkdaşını yaşadıqları ünvana çağırmadığını demişdir. Bundan sonra o, evin həyətinə çıxaraq polis əməkdaşlarının yaxınlaşdığını görmüş, buna görə də evin səliqəsiz vəziyyətdə olmasını bəhanə gətirməklə özünün onlara yaxınlaşacağını söyləmişdir. Bu zaman polis əməkdaşları ona bacısı Vüsalənin çağırışına əsasən həmin ünvana gəldiklərini demişlər. Bundan sonra o, evə daxil olmuş və qonaq otağında yerləşən qabın içərisində saxladığı bıçağı götürmüşdür. Həmin bıçaq qatlanan tipli olduğundan bıçağı açaraq şalvarının arxa tərəfində – kəmərinin altında gizlətmişdir. O, həmin bıçağı təxminən 7-8 il əvvəl Bakı şəhərində olarkən “20 Yanvar” metrostansiyasının yaxınlığındakı “Ovçular” mağazasından almış və həmin vaxtdan yaşadığı evdə saxlamışdır. Daha sonra yenidən evin həyətinə çıxdıqda Vüsalənin artıq polis əməkdaşlarının arxa tərəfində dayandığını görmüşdür. O, bundan sonra hadisənin dəqiq hansı axarda davam etdiyini xatırlamamışdır. Ancaq xatırladığı qədəri ilə o, polis əməkdaşlarının yaxınlığında dayanan Vüsaləyə yaxınlaşmış, Vüsalə isə onun yaxınlaşmasını görüb qaçmağa başlamışdır. O, Vüsalənin arxasınca düşüb onu yaxalamış və kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq Vüsaləyə bir neçə dəfə xəsarət yetirmişdir. Bundan sonra özünü itirdiyindən baş verənlər onun yadında qalmamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmiş, onun nə bacısı Vüsaləni, nədə ki, polis əməkdaşı Zərərçəkmiş şəxs2 öldürmək fikri olmamışdır. Məhkəmə iclasında verilmiş sullara cavab olaraq Zərərçəkmiş şəxs2 zərərçəmişlərə xəsarət yetirdiyi bıçağın ona məxsus olduğunu və həmin bıçağı evdən götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, DİN-in 102 zəng mərkəzi xidmətinə müraciət edərək qardaşının onu döyməsi barədə məlumat vermişdir. Bundan 10-15 dəqiqə sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadıqları ünvana gəlmişdir. Nənəsi Şəkurə qardaşı Elçinə polis əməkdaşlarının gəlməsi barədə xəbər vermişdir. Elçin də evin həyətinə çıxıb polis əməkdaşlarına evin səliqəsiz vəziyyətdə olmasını demiş və evə daxil olub siqaret götürərək gələcəyini bildirmişdir. Elçin evə daxil olan zaman o, Elçinin qarşısından keçib çölə çıxaraq polis əməkdaşlarının yanına getmişdir. Elçin də təxminən bir dəqiqə sonra evdən çölə çıxmışdır. Polis əməkdaşlarından sonradan adının Eşqin olmasını bildiyi şəxs qardaşı Elçindən onun mobil telefonunu qaytarmasını tələb etmişdir. Elçin isə polis əməkdaşlarına “Mənim bacımdır” sözlərini demişdir. Polis əməkdaşları Elçinə təkid edən zaman o, Elçinin üzünə baxmış və bu zaman Elçinin çox dəyişik vəziyyətdə, sanki təsir altında olduğunu görmüş, qardaşının üzərində bıçaq ola biləcəyini hiss etmişdir. Buna görə də dayandığı yerdən qaçmağa başlamışdır. Həmin vaxt Elçin onun arxasınca düşərək həyətdə yerləşən hamam otağının qapısı qarşısında onu yaxalayıb sol çiyin, sol kürək və sol bel nahiyələrindən üç dəfə bıçaqla xəsarət yetirmişdir. O, həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt artıq polis əməkdaşları da onlara yaxınlaşmışdır. Anidən görmüşdür ki, Elçin polis əməkdaşı Eşqini də bıçaqla vurdu. Həmin polis əməkdaşının sol yanından xəsarət aldığını görmüşdür. Elçinin nə onu, nə də ki, polis məkdaşı Zərərçəkmiş şəxs2 öldürmək fikri olmamışdır. Belə ki, o, hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs1 onu bıçaqla vurması nəticəsində deyil, özü qorxudan dizləri üstündə yerə yıxılmışdır. Qardaşı Təqsirləndirilən şəxs1 ona polis əməkdaşlarından daha tez çatmışdır. O, qardaşı Təqsirləndirilən şəxs1 onu öldürmək istəsə, bıçaqla daha möhkəm və həyat üçün təhlükəli olan orqanından vura biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş sullara cavab olaraq hadisə vaxtı azyaşlı qızının orada olmamasını, həmin vaxtı yatmasını, sonradan hadisə yerinə gəlməsini, hadisə vaxtı qızının xəsarət almamasını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, DİN-in 102 zəng mərkəzi xidmətinə Zərərçəkmiş şəxs1 müraciət edərək qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən döyüldüyünü bildirmişdir. Buna görə də o, polis əməkdaşları ilə birlikdə əməliyyat qrupunun tərkibində qeyd olunan ünvana yollanmışdır. Zərərçəkmiş şəxs1 yaşadığı ünvana çatdıqda onları qapının önündə bir nəfər yaşlı qadın qarşılamışdır. Onlar xidməti avtomobildən yerə düşüb həmin qadından Təqsirləndirilən şəxs1 həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuşlar. Həmin qadın isə polis əməkdaşlarına Elçinin nənəsi olduğunu demiş və Elçini nə məqsədlə xəbər aldıqlarını soruşmuşdur. Şəkurə adlı həmin xanım onu və digər polis əməkdaşlarını yaşadığı evə dəvət etmiş, eyni zamanda səs-küy salmağa başlamışdır. Təxminən 2-3 dəqiqə sonra onlar Şəkurə adlı qadının dəvəti ilə evin həyətinə daxil olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 azyaşlı övladı ilə birlikdə evin içərisindən həyətə çıxmış və onlara doğru qaçıb polis əməkdaşlarının arxa tərəfində gizlənmişdir. Bu zaman həyətdə yaranmış səs-küy çoxaldığından sonradan Təqsirləndirilən şəxs1 evin içərisindən çıxıb onlara yaxınlaşmış və nə üçün yaşadığı evin həyətinə gəldiklərini soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 döyülməsi barədə etdiyi müraciət əsasında gəldiklərini bildirmişdir. Həmin vaxt həyətdə Zərərçəkmiş şəxs1 anası, bacısı, nənəsi və polis əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs1 evə daxil olarkən anası və bacısı da arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 evə doğru gedərkən o, digər polis əməkdaşları ilə birlikdə evin giriş qapısı ilə üzbəüz vəziyyətdə, Zərərçəkmiş şəxs1 isə azyaşlı qızı ilə birlikdə onların yanında dayanmışdır. Təxminən 2 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 evdən həyətə qayıtmışdır. Təqsirləndirilən şəxs1 evdən çıxaraq onlara yaxınlaşmış və hərəkət edə-edə Zərərçəkmiş şəxs1 üzünə baxaraq onu öldürəcəyini demişdir. Buna görə də Zərərçəkmiş şəxs1 qorxub həyətin giriş darvazasının yanına tərəf qaçmışdır. Zərərçəkmiş şəxs1 qaçmasının ardınca əvvəlcə onun azyaşlı qızı, daha sonra isə Təqsirləndirilən şəxs1 onun arxasınca qaçmağa başlamışdır. Bu zaman o, Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs1 əlində olan bıçaq ilə bacısına xəsarət yetirmək istədiyini görmüşlər. Onlar dərhal yaxınlaşıb Təqsirləndirilən şəxs1 hərəkətlərinin qarşısını almaq istəyən zaman Təqsirləndirilən şəxs1 artıq azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 bir dəfə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt Şahid1 özünü yetirib Təqsirləndirilən şəxs1 arxadan, onun özü isə Elçini kəmərinin sol tərəfindən tutmuşdur. Onun və Şahid1 Təqsirləndirilən şəxs1 saxlamasına baxmayaraq, sonuncu bıçaq zərbələrini endirməyə davam etmiş, onların hərəkətindən hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin o Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə onun qoltuğunun altından ürəyinə doğru zərbə endirmişdir. Zərbənin təsirindən o, bir qədər özünü itirdiyinə görə bundan istifadə edən Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 daha iki bıçaq zərbəsi endirmişdir. Bu zaman Şahid1 mövcud vəziyyəti görüb sürücü Şahid2 səslənmişdir. Şahid2 və Şahid3 onu həmin yerdən kənarlaşdırmaq istəsələr də, o, özünü toplayaraq Təqsirləndirilən şəxs1 tutub saxlamışdır. Şahid2 və Şahid3 dərhal yaxınlaşıb Şahid1 saxladığı Təqsirləndirilən şəxs1 əlindən bıçağı almış və onu Şahid3 avtomobili ilə Bərdə rayon polis şöbəsinə aparmışlar. Digər polis əməkdaşları isə onu və Zərərçəkmiş şəxs1 xidməti avtomobil ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş sullara cavab olaraq bildirdi ki, hadisə vaxtı Vüsalənin uşağı orada anasının qucağında olmuşdur, Zərərçəkmiş şəxs1 qaçmasının ardınca əvvəlcə onun azyaşlı qızı, daha sonra isə Təqsirləndirilən şəxs1 onun arxasınca qaçmağa başlamış, Təqsirləndirilən şəxs1 azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir, xatırladığı qədəri ilə hadisə vaxtı həmin uşaq qulağından xəsarət almışdır. Şahid2 ifadəsi Məhkəmə kollegiyasının iclasında Şahid2 ifadəsində göstərdi ki, hadisə yerinə çatdqıda Zərərçəkmiş şəxs1 yaşadığı evin önündə bir yaşlı qadın onları qarşılamışdır. Onlar polis maşınından düşüb Elçingilin evinin harada olmasını soruşmuş, həmin qadın Elçinin nənəsi olduğunu bildirib nə üçün Elçini axtardığıqlarını soruşmuşdur. Şəkurə adlı həmin şəxs onları yaşadıqları evə dəvət etmişdir. Zərərçəkmiş şəxs2 evin önündə həmin qadına Zərərçəkmiş şəxs1 qardaşı və atası tərəfindən döyüldüyü barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Elçin bu xəbəri eşidib ağılasığmayacaq dərəcədə aqressivləşdiyi üçün onlar narahat olub yaxınlıqda olan digər polis əməkdaşı polis leytenantı Afiyəddini də oraya dəvət etmişlər. Afiyəddin təxminən 2-3 dəqiqə sonra onların yanına gəlmişdir. Bu vaxtı evin içərisində Vüsalə ilə azyaşlı uşağı həyətə çıxmış. onlardan aman diləyib qardaşı Elçindən özünə məxsus olan mobil telefonun alınmasını və özünə qaytarılmasını xahiş etmişdir. Elçin olanlara etiraz etdiyindən səs-küy salıb onların ümumiyyətlə nə üçün gəldiyini dəfələrlə soruşur və bacısının ondan polisə şikayət etməsini heç bir şəkildə qəbul etməyib inanılmaz şəkildə aqressiv davranmışdır. Həmkarı Zərərçəkmiş şəxs2 isə Elçinə bacısı Zərərçəkmiş şəxs1 102 xidmətinə döyülməsi barədə məlumat verdiyini bu səbəbdən oraya gəldiklərini sakit bir formada izah etməyə çalışmışdır. X7 məxsus mobil telefonu və izahat verməli olmasını bildirmiş, Elçin isə telefonun evdə olduğunu bildirib evə getmək istədiyini demişdir. Zərərçəkmiş şəxs2 da Elçinin mobil telefonu gətirməsinə razı olduğu üçün onun evə getməsinə şərait yaratmışdır. Həmin vaxtı orada Vüsalənin anası, nənəsi, bacısı, və polis əməkdaşları olmuşdur. Elçin evə gedərkən onun anası və digər bacısı da evə daxil olmuş, Elçin evə doğru gedərkən onlar evin giriş qapısı ilə üzbəüz mövqedə dayanmışlar. Vüsalə isə azyaşlı uşağı ilə birlikdə onların yanında dayanmışdır. Elçin evdə 2-3 dəqiqə olduqdan sonra yenidən həyətə qayıtmış, onlara yaxınlaşmış, həmçinin hərəkət edə-edə bacısı Vüsalənin üzünə baxıb onu öldürəcəyini bildirmişdir. Vüsalə Elçinin hədsiz aqressiv olduğunu, polisə də əhəmiyyət vermədiyini anlayıb, qorxmuş, Elçinin onu öldürməməsi üçün evin həyətinin giriş darvazasının yanına tərəf qaçmışdır. Vüsalə hamamın yanına çatdıqda hamamın divarının yanına çatdığından yerə oturmuş,bu zaman qardaşı Elçin onun başının üzərində dayanıb Vüsalənin azyaşlı qızının yanında bacısına zərbələr endirməyə başlamışdır. Onlar dərhal Elçinin qarşısını almaq istəmiş, ancaq onlar Elçinə mane olana qədər o, Vüsalənin kürək nahiyəsindən azyaşlı qızının gözləri qarşısında bir dəfə bıçaqla vurmuşdur. Bu zaman Yasin özünü çatdırıb Elçini arxadan tutmuş, Eşqin isə onun sol tərəfindən kəmərindən tutub saxlamışdır. Ancaq Yasin və Eşqinin Elçini saxlamağına baxmayaraq o bıçaq zərbələrini endirməyə davam etmişdir. Elçin onların hərəkətindən hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Sonradan Afiyədin və Yasin zorla Elçinin əlindən bıçağı almışlar. X6 avtomobilinə mindirib Polis Şöbəsinə gətirmişdir. Daha sonra Şahid2 məhkəmə iclasında verilmiş sullara cavab olaraq hadisə vaxtı yəni zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirilən müddətdə uşağın anasının yanında olmasını və anasının əlindən tutmasını gördüyünü, həmin vaxt uşağın xəsarət almasını görmədiyini bildirmişdir. Şahid3 ifadəsi Məhkəmə kollegiyasının iclasında Şahid3 ifadəsində göstərdi ki, deyilən ünvana çatdıqda Şəkurə adlı qadın onları yaşadıqları evə dəvət etmişdir. Bu zaman sonradan Zərərçəkmiş şəxs1 olmasını bildiyi şikayətçi xanım azyaşlı övladı ilə birlikdə evin içərisindən həyətə çıxmışdır. Zərərçəkmiş şəxs1 həyətə çıxdıqdan dərhal sonra qaçıb polis əməkdaşlarının arxasında gizlənmiş və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 onun əlindən zorla aldığı mobil telefonunun özünə qaytarılmasını xahiş etmişdir. Həmin vaxt artıq həyətdə səs-küy çoxaldığından sonradan Zərərçəkmiş şəxs1 qardaşı olmasını bildiyi Təqsirləndirilən şəxs1 evdən çıxıb onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 onlardan nə üçün gəldiklərini xəbər almışdır. Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə döyülməsi barədə məlumat verdiyini və məhz bu səbəbdən oraya gəldiklərini bildirmişdir. Bunun ardınca Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 bacısına məxsus mobil telefonu bacısının özünə qaytarmasını tələb etmiş və izahat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 isə həmin mobil telefonun evdə olduğunu və telefonu gətirib vermək üçün evə getmək istədiyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 mobil telefonu gətirməsi ilə razılaşmış və sonuncunun evə getməsinə imkan vermişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs1 anası, nənəsi, bacısı və polis əməkdaşları olmuşdur. Ancaq Təqsirləndirilən şəxs1 evə daxil olarkən onun anası və digər bacısı Təqsirləndirilən şəxs1 arxasınca evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 evə doğru gedərkən onlar evin giriş qapısı ilə üzbəüz dayanmışlar. Zərərçəkmiş şəxs1 isə azyaşlı qız övladı ilə birlikdə onların yanlarında dayanmışdır. Təqsirləndirilən şəxs1 evə daxil olduqdan sonra həyətdə olan qadınlardan ikisi də onun ardınca evə daxil olmuş və o, sonradan həmin qadınlarından birinin Təqsirləndirilən şəxs1 anası, digərinin isə bacısı olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2-3 dəqiqə sonra evdən çölə çıxıb yenidən həyətə qayıtmış və onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 hərəkət edə-edə bacısı Zərərçəkmiş şəxs1 üzünə baxmış və onu öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə bundan qorxub evin həyətinin giriş darvazasına doğru, hamam və tualet istiqamətində qaçmışdır. Zərərçəkmiş şəxs1 qaçdıqdan sonra əvvəlcə azyaşlı qızı, ardınca isə Təqsirləndirilən şəxs1 bacısının arxasınca qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs1 hamamın divarının yanına çatdığından yerə oturmuş, bu zaman qardaşı Təqsirləndirilən şəxs1 başının üzərində dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 azyaşlı qız övladı da anasının yanında olmuşdur. O, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs1 əlində olan bıçaq ilə bacısına xəsarət yetirmək istədiyini görmüşlər. Onlar dərhal Təqsirləndirilən şəxs1 qarşısını almaq istəmiş, ancaq mane olanadək Təqsirləndirilən şəxs1 azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. Bu zaman Şahid1 özünü çatdırıb Təqsirləndirilən şəxs1 arxadan, Zərərçəkmiş şəxs2 isə sol tərəfdən kəmərindən tutmuşdur. Ancaq Şahid1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 saxlamalarına baxmayaraq, sonuncu bıçaq zərbələri endirməyə davam etmişdir. Elçin polislərin ona mane olmasından hiddətlənib əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin Zərərçəkmiş şəxs2 Elçini bacısını bıçaqla öldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla Eşqinə zərbə endirmişdir. Bu vəziyyəti görüb Zərərçəkmiş şəxs2 oradan kənarlaşdırmaq istəmişlər. Ancaq Zərərçəkmiş şəxs2 həmin an özünü toparlayaraq Təqsirləndirilən şəxs1 arxadan tutub saxlamış, onlar da Təqsirləndirilən şəxs1 əlindən bıçağı almış və Təqsirləndirilən şəxs1 özünün idarə etdiyi avtomobilə mindirib Bərdə rayon polis şöbəsinə aparmışlar. Şahid2 və Şahid4 isə bıçaq yarası almış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti avtomobil vasitəsilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Daha sonra Şahid3 məhkəmə iclasında verilmiş sullara cavab olaraq hadisə vaxtı uşağın anasının yanında olmasını gördüyünü, həmin vaxt uşağın xəsarət almasını görmədiyini bildirmişdir. Cinayət işində olan digər sübutlar aşağıdakılardan ibarətdir: Cinayət işinin materiallarında olan Bərdə rayon PŞ-nin məsul növbətçisi Azər Zeynalovun 30 may 2020-ci il tarixli raportlarından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 12:50 radələrində və 13:00 radələrində Bərdə rayon Mərkəzi Xəstəxanasından həkim Salmanova telefonla məlumat verərək bildirmişdir ki, Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Bərdə rayonu Əyricə kəndində yaşayan 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bıçaqlanma nəticəsində xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan 30 may 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən Şahid5 Pöhrüz oğluna məxsus olan evin həyətyanı sahəsidir. Cinayət işinin materiallarında olan 30 may 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 01 iyun 2020-ci il tarixli 4(021)-47/2020 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan 01 iyun 2020-ci il tarixli 4(021)-47/2020 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan 30 may 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, o cümlədən hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan 31 may 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş bıçaqlardan 30 may 2020-ci il tarixdə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evin həyətində bacısı Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etdiyi “2” nömrə ilə nömrələnmiş bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan 31 may 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyü müdafiəçisinin iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. İfadəsinin yerində yoxlanması zamanı da Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020ci il tarixli 1/220 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın şöbələrində hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmiş və dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Bərdə RİH Başçısının Qaradəmirçi kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11-760 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır və atası 1971-ci il təvəllüdli Şahid5 Pöhrüz oğlu, anası 1971-ci il təvəllüdlü Şahid6 və qardaşı 2007-ci il təvəllüdlü Şahid8 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan Bərdə RİH Başçısının Qaradəmirçi kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Zərərçəkmiş şəxs2 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs1 onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını, ümumiyyətlə, xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə Şahid1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Şahid1 onun üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Şahid1 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs1 onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan X9 Dispanserinin xx.xx.2020-ci il tarixli 263 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 X9 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan "xxxx" Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 02 iyul 2020-ci il tarixli 498 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol tərəfli hemotoraksla müşayiət olunan dalağın yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmişdeşilmiş torakoabdominal yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti 30 may 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan "xxxx" Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 02 iyul 2020-ci il tarixli 499 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – posthemorragik anemiya ilə müşayiət olunan sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla törənə bilər, müddəti 30 may 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan "xxxx" Birliyinin 03 iyul 2020-ci il tarixli 414/2020- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dür. Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. Şahid9 şəxsiyyət vəsiqəsinin kresosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, 02 ədəd pambıq topası, 03 ədəd daş parçası, Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, büstqalter, tuman, Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı, polis köynəyi, mayka, Şahid1 məxsus polis şalvarı, polis köynəyi, Təqsirləndirilən şəxs1 məxsus köynək, şalvar, Şahid9 məxsus donun üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq edildikdə bıçaq, 02 ədəd pambıq topası, 03 ədəd daş parçası və Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, büstqalter, tuman, Təqsirləndirilən şəxs1 məxsus köynək, şalvar üzərində “B” və “H” antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrəm B/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onun qanında müşayiətçi antigen varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə AB0 sistemi üzrə B(İİİ), B/H/(İİİ) və 0/İ/ qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə, həmçinin, Zərərçəkmiş şəxs2 qarışmış qanının olması inkar oluna bilməz. Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı, polis köynəyi, mayka, Şahid1 məxsus polis şalvarı, polis köynəyi üzərində olan ləkələrdə AB0 sistemi üzrə qrup tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. “H” antigeni 0(İ) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə 0(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Şahid9 məxsus donun üzərində ləkələrdə AB0 sistemi üzrə qrup tədqiq edildikdə yalnız “A” antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Şahid9 məxsus ola bilər. Cinayət işinin materiallarında olan "xxxx" Birliyinin 08 iyul 2020-ci il tarixli 263/2020- MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus donun ön sağ yuxarı səthində bir ədəd, donun arxa orta səthində iki ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, büstqalter və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X2 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus polis köynəyinin ön sol döş cibinin üzərində olan düymənin öz yerində olmaması aşkar olunmuşdur. Bu da polis köynəyinin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus polis şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis köynəyinin ön sol yaxalığında bir ədəd və maykanın ön sol nahiyəsində bir ədəd dəlibkeçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis köynəyinin ön səthində tikilmiş altı ədəd düymədən heç biri öz yerində yoxdur. Bu da polis köynəyinin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus polis şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid9 məxsus don üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. Cinayət işinin materiallarında olan "xxxx" Birliyinin 22 iyul 2020-ci il tarixli 627 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid9 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan 23 iyul 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən məqsədinin onu öldürmək olmadığını, həmçinin, Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını və zərərçəkmiş şəxslərdən heç birini öldürmək fikrində olmadığını, əgər bacısını öldürmək fikrində olsa idi, onu hadisədən əvvəlki gecə münasib vaxt və şəraitdə öldürə biləcəyini, bacısına bıçaqla xəsarət yetirməsinin səbəbinin ondan icazəsiz Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verməsi olduğunu qeyd etsə də, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dedikləri ilə razılaşmayaraq hadisə zamanı onun bacısını öldürmək istədiyini, bu məqsədini həyata keçirməsinə özünün və digər polis əməkdaşlarının mane olduğunu, ilkin olaraq bıçaq zərbəsini bacısı Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən vurduğunu, habelə, bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən onu dünəndən öldürməli olduğunu dediyini, bu zaman özünün Təqsirləndirilən şəxs1 sol tərəfindən, digər polis əməkdaşı Şahid1 isə arxa tərəfdən qucaqlamaqla Zərərçəkmiş şəxs1 vurmasına mane olduqlarını, buna baxmayaraq Təqsirləndirilən şəxs1 öz cinayətkar əməlini davam etdirib sağ əli ilə onun sol qoltuqaltı nahiyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman özünü itirdiyindən bir anlıq ondan əlini çəkdiyini, Təqsirləndirilən şəxs1 isə bundan istifadə edib bacısına daha iki dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs1 həmin vaxt artıq yerdə olduğunu, özünün bir daha toparlanıb yenidən Təqsirləndirilən şəxs1 arxadan yapışaraq Zərərçəkmiş şəxs1 vurmağa davam etdirməsinə mane olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1 yenə də onun əlindən çıxıb bacısını vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın Təqsirləndirilən şəxs1 əlindən alındığını, Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 bıçaqla öldürmək istəyərkən sonuncunun azyaşlı qızı Şahid9 də orada olduğunu və hadisəyə şahidlik etdiyini, Təqsirləndirilən şəxs1 bacısını vurmasına mane olduğu üçün, yəni öz xidməti vəzifəsini yerinə yetirdiyinə görə ondan qisas almaq üçün onun özünü də bıçaqla vurub öldürmək istədiyini təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan 23 iyul 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən məqsədinin onu öldürmək olmadığını, həmçinin, Zərərçəkmiş şəxs2 qəsdən vurmadığını və zərərçəkmiş şəxslərdən heç birini öldürmək fikrində olmadığını, əgər bacısını öldürmək fikrində olsa idi, onu hadisədən əvvəlki gecə münasib vaxt və şəraitdə öldürə biləcəyini, bacısına bıçaqla xəsarət yetirməsinin səbəbinin ondan icazəsiz Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verməsi olduğunu qeyd etsə də, Şahid1 Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dedikləri ilə razılaşmayaraq hadisə zamanı onun bacısını öldürmək istədiyini, bu məqsədini həyata keçirməsinə özünün və digər polis əməkdaşlarının mane olduğunu, ilkin olaraq bıçaq zərbəsini bacısı Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən vurduğunu, habelə, bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən onu dünəndən öldürməli olduğunu dediyini, bu zaman özünün Təqsirləndirilən şəxs1 arxa tərəfindən, digər polis əməkdaşı Zərərçəkmiş şəxs2 isə sol yan tərəfdən qucaqlamaqla Zərərçəkmiş şəxs1 vurmasına mane olduqlarını, buna baxmayaraq Təqsirləndirilən şəxs1 öz cinayətkar əməlini davam etdirib sağ əli ilə Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman Zərərçəkmiş şəxs2 özünü itirdiyindən bir anlıq ondan əlini çəkdiyini, Təqsirləndirilən şəxs1 isə bundan istifadə edib bacısına daha iki dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs1 həmin vaxt artıq yerdə olduğunu, Zərərçəkmiş şəxs2 bir daha toparlanıb yenidən Təqsirləndirilən şəxs1 arxadan yapışaraq Zərərçəkmiş şəxs1 vurmağa davam etdirməsinə mane olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1 yenə də onun əlindən çıxıb bacısını vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın Təqsirləndirilən şəxs1 əlindən alındığını, Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 bıçaqla öldürmək istəyərkən sonuncunun azyaşlı qızı Şahid9 də orada olduğunu və hadisəyə şahidlik etdiyini təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserinin 24 iyul 2020-ci il tarixli 611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 24 iyul 2020-ci il tarixli 399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 26 avqust 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki istintaq zamanı götürülmüş 03 ədəd daş parçası, 02 ədəd pambıq tamponda qan nümunələri, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd polis köynəyi, 01 ədəd polis şalvarı və 01 ədəd mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əba, 01 ədəd kalqotka, 01 ədəd büstqalter və 01 ədəd tursik, Şahid1 məxsus 01 ədəd polis köynəyi və 01 ədəd polis şalvarı, Şahid9 məxsus 01 ədəd uşaq donu maddi sübut kimi tanınmaqla Bərdə rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmasına, Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı mobil telefon isə qəbz alınmaqla sahibinə geri qaytarılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MÜNASİBƏT VƏ MƏHKUMUN ƏMƏLİNİN TÖVSİFİ İLƏ BAĞLİ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə əsasən məhkumun əməlinin tövsifinin qanuniliyi və əsaslılığı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 128 və 131-ci maddələrinə tövsif edilməsinə dair dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən həmin dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. İttiham tərəfinin Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihama və birinci instansiya məhkəməsinin həmin ittiham üzrə gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İstintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilərkən, nə təqsirləndirilən, nə zərəçəkmiş, nə də iş üzrə hadisənin şahidlərinin ifadələri yetərincə müqayisəli şəkildə araşdırılmamış, təqsirləndirilən şəxslə zərəçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri və təqsirləndirilən şəxsin sonrakı hərəkətləri nəzərə alınmamış və təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olub-olmaması, habelə hadisə vaxtı təqsirləndirilən şəxsin məhz niyyətinin nəyə yönəlməsi araşdırılmayaraq, sonuncunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirəndə mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olub-olmaması məsələsini kifayət qədər araşdırmamışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə yönəlməmişdir. Belə ki, işin hallarından görünür ki, Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaq xəsarəti aldıqdan sonra da Elçinə arxadan yapışaraq Vüsaləni vurmasına mane olmuş, Elçin isə yenə onun əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istəmiş, ancaq bu zaman digər polis əməkdaşlarının səyi nəticəsində bıçaq onun əlindən alınmış, Zərərçəkmiş şəxs2 yenidən Təqsirləndirilən şəxs1 tərəfindən xəsarət yetirilməmiş və belə cəhd də edilməmişdir. Sadalanan bu faktlar həm təqsirləndirlən şəxsin, həm zərəçəkmiş şəxslərin, həm də iş üzrə şahidlərin ifadələri ilə tam təsdiq olunur. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən Elçini sol yandan, digər polis əməkdaşı isə arxadan qucaqlayaraq Vüsaləni vurmasına mane olduqlarını, buna baxmayaraq Elçinin öz cinayət əməlini davam etdirib sağ əli ilə onun sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman özünün itirdiyindən bir anlıq Elçindən əl çəkdiyini, Elçinin isə bundan istifadə edərək bacısı Zərərçəkmiş şəxs1 daha iki dəfə bıçaqla vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs1 yerdə olduğunu, o isə özünü bir daha toparlayıb yenə Elçinə arxadan yapışaraq Vüsaləni vurmağına mane olduğunu bildirmişdir. Elçinin yenə əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın onun əlindən alındığını bildirmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 yetirilən xəsarətlə bağlı ibtidai istintaq orqanında əməlin hüquqi tövsifi ilə bağlı qəti fikir olmamış, təqsirləndirilən şəxsin əməli istintaqın əvvəlidə CM-in 126.1 və 315-ci maddələrinə tövsif edilmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 öldürmək məqsədi olmamışdır. Təqsirləndirilən şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar bıçaqla Zərərçəkmiş şəxs2 vurub qəsdən onun sağlamlığına ağır zərər yetirmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyası cinayət etməyə cəhd etmə institutunun anlayışına müraciət etməyi zəruri hesab edir. Belə ki, cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Şəxs hərəkətinin (hərəkətsizliyinin) müəyyən cinayəti törətməyə yönəldiyini dərk edir və cinayəti başa çatdırmağı arzu edir. Əgər şəxs “maddi cinayəti” törətməyə cəhd edirsə, onun qəsdinin məzmununu ictimai təhlükəli nəticənin baş verəcəyini əvvəlcədən görməsi və belə nəticənin baş verməsini arzu etməsi əhatə edəcəkdir. Bu yerdə belə bir sual meydana gəlir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ölümünü niyə arzu etməlidir? Hadisəyə kimi onlar bir-birilərini tanımamış, aralarında onlara aid olan hər hansı ciddi mübahisə olmamışdır və hadisə zamanı da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 onu öldürməyə məcbur və vadar edəcək hər hansı bir hərəkətə yol verməmişdir. Bacısına bıçaqla zərbə yetirməyə mane olduğuna görə şəxsin ölümünün arzu edilməsi inandırıcı və məntiqi deyil. Hadisədən göründüyü kimi Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə hər hansı təhqiredici söz deməmiş, ona hər hansı bir xəsarət yetirməmişdir. Belə olan halda şəxsin ölümünü arzu etmək işin faktiki hallarına uyğun gəlmir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Hazırki halda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 öldürmək kimi son nəticə və məqsədi olmadığından, təqsirləndirilən şəxsin şüurunda ölümdən ibarət cinayətin bütün ünsürlərinin də əhatə olunması mümkün deyil. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti) baş vermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Apellyasiya araşdırması zamanı tam sübut edilmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaq xəsarəti aldıqdan sonra da Elçinə arxadan yapışaraq Vüsaləni vurmasına mane olmuş, Elçin isə yenə onun əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istəmiş, ancaq bu zaman digər polis əməkdaşlarının səyi nəticəsində bıçaq onun əlindən alınmış, Zərərçəkmiş şəxs2 yenidən Təqsirləndirilən şəxs1 tərəfindən xəsarət yetirilməmiş və belə cəhd də edilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 əməli heç bir halda CM-in 29, 120.2.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də, Təqsirləndirilən şəxs1 əməli Zərərçəkmiş şəxs2 münasibətdə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından, onun əməli CM-in 29,120.2.3-cü maddəsindən (Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurduğundan) həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməli, CM-in 29,120.2.7-ci maddəsi isə ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə, sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmaqla törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət əməlinin xüsusi amansızlıqla törədilməsi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkumun cinayət əməlini xüsusi amansızlıqla törətməməsi barədə dəlilini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü əməlin Zərərçəkmiş şəxs1 münasibətdə CM-nin 29, 120.2.4-cü maddəsi (cinayət əməlinin xüsusi amansızlıqla törədilməsi) ilə tövsifi hissəsində əsaslıdır. Cinayət işi üzrə müəyyən olunduğu kimi, ibtidai araşdırma orqanı məhkum Təqsirləndirilən şəxs1 verilən ittihama əsasən o, 30 may 2020-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06 dəqiqədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görüb onların yanındadayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı,həmin vaxt üstündə gəzdirdiyi, soyuq silah hesab olunan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının solyanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək xüsusi amansızlıqla öldürməyə cəhd etməsi iş materialları, həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 və şahidlərin verdikləri ifadələri ilə tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırki iş üzrə sübutlara qiymət verərkən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində hadisə vaxtı Vüsalənin uşağı orada anasının qucağında olmasını, Zərərçəkmiş şəxs1 qaçmasının ardınca əvvəlcə onun azyaşlı qızının, daha sonra isə Təqsirləndirilən şəxs1 onun arxasınca qaçdığını, Təqsirləndirilən şəxs1 azyaşlı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Həmçinin iş üzrə şahidlər Şahid2 və Şahid3 ifadalərində hadisə vaxtı uşağın anasının yanında olmasını gördüklərini bildirmişlər. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2la ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundanvə qardaşı Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Zərərçəkmiş şəxs2 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs1onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını, ümumiyyətlə, xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə Şahid1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Şahid1 onun üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Təqsirləndirilən şəxs1 ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Şahid1 üzünə qarşı dediklərinin yəqinki, doğru olduğunu, qardaşı Təqsirləndirilən şəxs1 nu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirən zaman niyyətinin onu öldürmək olmamasına, hadisə baş verdiyi vaxt yanlarında bacısının qızının olmamasına dair məhkəmə istintaqında verdiyi ifadəsini digər zərərçəkmiş şəxsin, iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, “üzləşdirmə protokolları”, istintaq hərəkətlərinin protokolları, habelə digər şübhə doğurmayan sübutlarla ziddiyyət təşkil etdiyi qənaətinə gələrək həmin ifadələri həqiqətə uyğun gəlməyən, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarından istifadə edərək daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğunun müəyyən edilməsi barədə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilərək, həmin maddə ilə ona cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nın 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nın 39.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ittiham edildiyi CM-nın 228.4-cü maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsini, həmin cinayətin törədilməsindən (30 may 2020-ci il tarixdən) hazırki vaxtadək iki ildən artıq müddət keçməsini və Təqsirləndirilən şəxs1 həmin maddə üzrə özünü təqsirli bilməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nın 228.4-cü maddəsi ilə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası CM-nın 126.2.2, 29,120.2.4-cü maddələrinə münasibətdə qeyd edir ki, onun həmin maddələr üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o CM-in 29,120.2.4, 126.2.2 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir. CM-in 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzasının təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-in 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə əsasən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onunla barışmasını, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda, Təqsirləndirilən şəxs1 əməlində CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsi) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından CM-nın 29,120.2.4-cü maddəsinə münasibətdə ona CM-in 60.1-ci maddəsinin tətbiqi qanunamüvafiqdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını müsbət hal kimi qiymətləndirərək, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona CM-in 29, 120.2.4-cü və 126.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmağı mümkün sayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmü müdafiəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməli, ittiham olunduğu CM-in 29,120.2.7-ci maddəsi ittihamdan xaric edilməli, ittiham olunduğu CM-in 228.4-cü maddəsi ilə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)-240/2020 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsindən həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə təqsirli bilinib ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi 11 (on bir) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə cinayət təqibinə CPM-in 43.3-cü maddəsinə əsasən xitam verilsin. Hökmdən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin olunmasına dair müddəalar çıxarılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-209/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-209/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver