Məhkəmə qərarları › İş №1(104)-21/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-21/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-21/2023 12.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(040)-05/2022 saylı hökmündən Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(040)-05/2022 saylı hökmü ilə (sədrlik edən H.S.Qəniyev) xx xxxxxx 1954-cü ildə Xanlar (indiki Göygöl) şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl rayonunun Gəncə kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, ona təyin edilmiş cəzadan azad edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla özbaşına tutmuşdur. Belə ki, ittihama görə, Təqsirləndirilən şəxs Göygöl rayonunun Gəncə kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət eyestr Xidmətinin **********00 reyestr nömrəli çıxarışı əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə 2021-ci ilin iyun ayında (dəqiq günü məhkəməyə məlum olmayan tarixdə) qanunsuz daxil olub, torpaq sahəsinin kənarlarını dəmir dirəklərlə və məftillə özbaşına hasarlamaqla torpaq sahəsini özbaşına tutmuş, mülkiyyətçi Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd etmiuşdir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs barəsində amnistiya aktını tətbiq etməkdə səhvə yol vermişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməl uzanan cinayət hesab edilir və hal-hazırda da davam etməkdədir. Qeyd olunan Amnistiya aktının 15-ci hissəsində göstərilmişdir ki, bu Qərarın 16-cı hissəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, uzanan və ya davam edən cinayətlər amnistiya şamil edilmir. Həmin qərarın 16-cı hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1, 33.1-33.4-1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxsləri nəzərdə tutur. Qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törtəmişdir və hazırda da davam etməkdədir. Onun hərəkəti nəticəsində o bu gün də xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedə bilmir. Bundan başqa, məhkəmə torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi barədə məsələni də hökmdə müzakirə edib nəticəyə gəlməmişdir. Beləliklə, hesab edir ki, təqsirləndirilən şəxs təyin edilmiş cəzadan əsassız azad edilmişdir. Həmçinin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ona verilmiş ittiham əsassızdır və ibtidai istintaq mərhələsində verilmiş ittihamın mahiyyəti ümumi işin xarakteri ilə uyğunluq təşkil etmir və birinci instansiya məhkəməsinin qeyd edilən hökmü əsassızdır. İbtidai istintaq zamanı onun təqsirsizliyini sübut edən kifayət qədər dəlillər müəyyən edilmiş və bu hallar istər cinayət işinin materialları, istərsə də şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Hesab edir ki, onun əməlində ona istinad edilən cinayət əməlinin tərkib əlamətləri yoxdur və hökm ləğv edilərək ona bəraət verilməlidir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdilər, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs məhkum edilmiş şəxsin apellyasiya şikayətinə etiraz etdi, öz apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Bundan başqa, məhkəmə cəza təyini hissəsində də əsaslı nəticəyə gəlmiş və düzgün olaraq Təqsirləndirilən şəxs barəsində Amnistiya aktını tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkiş şəxs X17, şahidlər X23 və Şahid ətraflı dindirilmiş, ittiham və müdafiə tərəfinin suallarına ətraflı cavablar vermişlər. Eyni zamanda, cinayət işində olan digər sübutlar tədqiq edilərək CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən keçmiş Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən 70 (yetmiş) nəfərin hər birinə 0,08 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin sərəncamla o cümlədən onun oğlu X20 Xanlar (indiki Göygöl) rayonunun “Zurqes” qəsəbəsi (indiki Gəncə kəndi) ərazisindən həyətyanı sahə kimi 0,08 ha torpaq sahəsi verilmişdir. O, oğluna verilmiş həmin torpaq sahəsini 1998-ci ildən çəpərləmiş, həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşdur. 2017-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin torpaq sahəsinə oğlu Vahid Muradovun mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq istəyərkən həmin torpaq sahəsinə görə başqa şəxsin adına çıxarış verildiyini bilmiş, bu barədə maraqlandıqda məlum olmuşdur ki, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs Əydər oğlu almış, bu barədə Səttardan soruşduqda Səttar həmin torpaq sahəsini onun bacısı Şahid satın aldığını və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olduğunu bildirmişdir. O isə bacısı Diləfuruzdan soruşduqda Diləfuruz əvvəllər kənd bələdiyyəsinin sədrinin müavini işləmiş Qabil adlı şəxsin onu notariat ofisinə apardığını və həmin notariusda ona imza etdirməklə torpaq sahəsini satdığını, Diləfuruzun özünə isə bunun müqabilində 400 (dörd yüz) manat pul verildiyini bildirmişdir. Bundan sonra 2018-ci ildə oğlu X8 Rayon Məhkəməsində cavabdehlər X18 və Göygöl Rayon Dövlət Notariat Kontoruna qarşı torpağa dair alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilədən sonra verilmiş hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış, Göygöl Rayon Məhkəməsi özünün 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianı rədd etmiş, mülki iş üzrə iddiaçı olan oğlu Vahid Muradov həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət prosessual müddət ötürülməklə verildiyindən geri qaytarımışdır. Sonuncu dəfə Gəncə İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2-1(114)-464/2022 nömrəli qərarından apellyasiya şikayəti vermiş, lakin hal-hazıradək apellyasiya şikayətinə baxılmamışdır. Bəhs olunan torpaq sahəsinin kənarlarını o, çəpərləmiş və 1998-ci ildən hal-hazıradək istifadə etmiş, həmin torpaq sahəsi Xanlar Rayon İcra Hakimiyyətinin başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən onun oğlu X19 adına verilmiş, o da bu səbəbdən həmin torpaq sahəsini kənarlarını çəpərləmiş və həmin yerdə fərdi yaşayış evi tikmək məqsədi olmuşdur. 2021-ci ildə Zərərçəkmiş şəxs onun istfadə etdiyi torpaq sahəsinin kənarına çəkdiyi çəpəri özbaşına sökərək oranı zəbt etmişdir. Zərərçəkmiş şəxs qanunsuz olaraq həmin torpaq sahəsinə özünün mülkiyyət hüququnu müəyyən edən çıxarış almışdır. Ona görə də o, həmin vaxt yenidən torpaq sahəsinin kənarlarını çəpərləyərək Zərərçəkmiş şəxs torpaq sahəsinə buraxmamışdır. Torpaq sahəsi hal-hazırda da onun faktiki sahibliyindədir və o, torpaq sahəsini boşaldıb Zərərçəkmiş şəxs vermək niyyətində deyildir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsidə həmçinin göstərdi ki, bacısına Xanlar (indiki Göygöl) rayonunun “Zurqes” qəsəbəsi (indiki Gəncə kəndi) ərazisindən heç bir torpaq sahəsi ayrılmamış, bacısı saxta sənədlər əsasında onun istifadəsində olmuş torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, sonra isə həmin sənədlər əsasında torpaq sahəsini başqasına satmışdır. Apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2019-cu ildə X9 alqı-satqı müqaviləsi əsasında Göygöl rayonunun Gəncə kəndi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsini almışdır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 11 dekabr 2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əldə etmişdir. Torpaq sahəsi əvvəlki mülkiyyətçisi tətəfindən ona təhvil verildikdən sonra o, torpaq sahəsinin kənarına çəkilmiş nizamsız vəziyyətdə olan çəpəri sıküb həmin sahəni təmizləmişdir. Bundan sonra həmin torpaq sahəsinə görə Göygöl rayonunun Gəncə kəndində yaşayan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, 2021-ci ilin iyun ayında dəqiq gününü xatırlamadığı tarixdə Göygöl rayonunun Gəncə kəndində yerləşən torpaq sahəsinə baxış keçirən vaxt həmin torpaq sahəsinin kənarlarında dəmir dirəklər basdırıldığını və torpaq sahəsinin sərhədləri boyunca məftil hasar çəkildiyini görmüş, bu barədə maraqlandıqda həmin hasarlama işlərinin Təqsirləndirilən şəxs etməsini bilmiş, Validə Mluradovadan bu barədə maraqlandıqda Validə özü də həmin torpaq sahəsini çəpərləməsini etiraf edərək ona məxsus həmin torpaq sahəsinin 1998-ci ildə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 126 saylı sərəncamı əsasında oğlu X20 verildiyini iddia etmişdir. O, həmin vaxt torpaq sahəsini aldığı Aygün Məhəmmədi ilə danışdıqda isə sonuncu həmin torpaq sahəsinin əvvəllər Təqsirləndirilən şəxs oğlu Vahid Muradova deyil, Təqsirləndirilən şəxs bacısı Şahid məxsus olduğunu və torpağı da Şahid aldığını bildirmişdir. Hətta 2018-ci ildə eyni mübahisə ilə bağlı Vahid Muradovun iddiası əsasında Göygöl Rayon Məhkəməsində aralarında məhkəmə çəkişməsi olduğunu və Göygöl Rayon Məhkəməsinin Vahid Muradovun iddiasını təmin etməyərək torpaq sahəsinin Şahid məxsus olmasını və onunla aralarında bağlanmış alğı-satqı müqaviləsinin düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Bundan sonra, o, həmin məhkəmə qətnaməsini əldə etmiş və həqiqətən də Göygöl Rayon Məhkəməsi tərəfindən X19 Şahid ilə X18 arasında alğı-satqı müqaviləsinin ləğv edilməsi, eyni zamanda X10 adına verilmiş 30 may 2017-ci il tarixli **********00 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini bilmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs torpaq sahəsinin ona məxsus olmasını bildirərək torpaq sahəsinin ətrafına çəkdiyi çəpəri sökməsini tələb etsə də, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymamış, 2021-ci ildə Təqsirləndirilən şəxs və oğlu X29 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin İnzibati məhkəmədə də iddiaları təmin olunmamışdır. O, təqsirləndirilən şəxsə çəpərləməni aradan qaldırması barədə dəfələrlə müraciət etsə də, təqsirləndirilən şəxs onun xahiş və tələblərinə məhəl qoymamışdır. Buna görə də bu barədə tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Torpaq sahəsi hal-hazırda da təqsirləndirilən şəxsin faktiki sahibliyindədir. Təqsirləndirilən şəxs torpaq sahəsini boşaltmaq niyyətində deyildir və bu barədə onun üzünə də dəfələrlə bildirmişdir. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Xanlar (indiki Göygöl) Rayon Aqrar İslahat Komissiyasının 31 dekabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Xanlar rayonunun “Zurqes” qəsəbəsi (indiki Göygöl rayonunun Gəncə kəndi) ərazisindən 0,08 hektar torpaq sahəsi verillmiş, 2005-ci ildə həmin torpağa görə ona JN-154A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmiş, lakin o, həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Sonradan torpaq vergisini də ödəyə bilmədiyinə görə torpağı satmaq qərarına gəlmiş, 2006-cı ilin mart-aprel aylarında həmin vaxt bələdiyyə sədri işləyən Qabilə torpaq sahəsini satmaq istədiyini bildirmiş, Qabil bir neçə gün sonra onun yaşadığı ünvana həmin vaxt tanımadığı bir nəfərlə, sonradan adı ona məlum olan X11 ilə birlikdə gəlmiş, Qoşqarın ona məxsus torpaq sahəsi ilə qonşuluqda torpaq sahəsi olduğunu və onun torpaq sahəsini də almaq istədiyini demiş, o da torpaq sahəsini Qoşqar kimi təqdim olunan şəxsə şifahi razılaşma ilə 500 (beş yüz) ABŞ dollarına satmış, həmin gün də onun pulunu vermişlər. Bir neçə gün sonra isə Göygöl Rayon Notariat Kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Sonradan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs alması və bacısı Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Xanlar Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli sərəncamı əsasında oğlu Vahid Muradova verildiyini iddia etməyə başlamış, bununla bağlı onların aralarında mübahisə də yaranmışdır. 2018-ci ildə bacısı Validənin oğlu Vahid Muradov onunla torpağı alan şəxslər arasında bağlanmış müqavilənin ləğv olunmasına dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, lakin Vahidin iddiası təmin olunmamışdır. Həmin vaxtdan da bacısı Təqsirləndirilən şəxs ilə torpağı alan şəxslər arasında mübahisə davam etmişdir. Şahid ifadəsində həmçini göstərdi ki, torpaq sahəsi ona Xanlar rayon Torpaq şöbəsinin əməkdaşları tərəfindən yerində göstərilərək ayrılmışdır. Həmin torpaq sahəsindən istifadə etməsə də, torpaq sahəsinin yerləşdiyi yeri bilirdi. Tez-tez torpaq sahəsinə baxırdı və satdığı vaxtadək torpaq sahəsindən heç kim istifadə etməmişdir. Onun mülkiyyətində olmuş torpaq sahəsini bacısı Təqsirləndirilən şəxs və onun oğlu Vahid Muradova heç bir aidiyyəti yoxdur. Baçısı oğlu X27 Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həyətyanı torpaq sahəsinin ayrılması və bacısıgilin həmin torpaq sahəsindən istifadə etmələri barədə əvvəllər məlumatı olmamışdır. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Xanlar Rayon İcra Hakimiyyətinin başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən 70 (yetmiş) nəfərin hər birinə, o cümlədən ona fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Göygöl rayonunun Gəncə kəndində yerləşir. Torpaq sahəsi verildikdən sonra anası Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin kənarlarını çəpərləmiş, həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşdur. 2017-ci ildə həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq istəyən vaxt həmin torpaq sahəsinə görə başqa şəxsin adına çıxarış verildiyini bilmiş, bu barədə maraqlandıqda həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satın alması məlum olmuş, bu barədə Səttardan soruşduqda Səttar həmin torpaq sahəsini onun xalası Şahid satın aldığını və bu barədə rəsmi çıxarışı olduğunu bildirmişdir. Bu barədə xalası Diləfuruzdan soruşduqda, Diləfuruz əvvəllər bələdiyyə sədrinin müavini işləmiş Qabil adlı şəxsin onu notariusa apardığını və həmin notariusda imza edib torpaq sahəsini satdığını, 400 (dörd yüz) manat pul aldığını bildirmişdir. Daha sonra, o, bununla bağlı Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, lakin məhkəmə iddiasını təmin etməmişdir. Bundan sonra o, işləri ilə bağlı məhkəmə orqanlarına gedib-gələ bilmədiyi üçün anası Validənin adına etibarnamə vermiş ki, onun adından hüquq-mühafizə orqanlarında iştirak etsin, bundan sonra anası onun etibarnaməsi əsasında onun adından bir neçə dəfə məhkəmələrdə iddia qaldırsa da, məhkəmələr onun iddialarını təmin etməmişdir. Şahid X23 ifadəsidə həmçinin göstərdi ki, xalası Şahid Xanlar rayonunun “Zurqes” qəsəbəsi ərazisindən heç bir torpaq sahəsi ayrılmamışdır. Xalası saxta sənədlər əsasında onun istifadəsinə ayrılmış torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, sonra isə həmin sənədlər əsasında torpaq sahəsini başqasına satmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlində CM-in 188.1-ci maddəsinin tərkibinin olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə əlaqəli şəkildə və cinayət işinin materialları üzrə yoxlayaraq hesab edir ki, məhkəmə və ibtidai istintaq orqanı iş üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs düzgün olaraq CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Göygöl rayonunun Gəncə kəndində yerləşən 0,08 hektar torpaq sahəsinə Zərərçəkmiş şəxs tam mülkiyyət hüququ 11 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Göygöl rayonunun Gəncə kəndində yerləşən 0,08 hektar torpaq sahəsinə X10 tam mülkiyyət hüququ 30 may 2017-ci il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İş materiallarında olan JN-154A, KOD 50805037 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə X4 0,08 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Xanlar Rayon Dövlət Notariat Kontorunda 17 aprel 2006-cı il tarixdə təsdiq edilmiş və notariat reyestrində 4Ə-1-234 nömrəsi ilə qeyd edilmiş AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, X7 JN- 154A nömrəli şəhadətnaməyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəklmə Komitəsinin Xanlar rayon şöbəsinin 17 aprel 2006-cı il tarixli 244 nömrəli arayışına əsasən mülkiyyətində olan 0,08 hektar torpaq sahəsini X1. İş materiallarında olan Göygöl Rayon Notariat Ofisində 12 iyul 2019-cu il tarixdə təsdiq edilmiş və notariat reyestrində 4Ə-240 nömrəsi ilə qeyd edilmiş AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, X18 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 may 2017-ci il tarixdə verilmiş **********00 reyestr nömrəli ********** nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,08 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. İş materiallarında olan Göygöl Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Fariz Həsənov tərəfindən 10 iyul 2021-ci il tarixdə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan və həmin protokola əlavə olan fotoşəkillərdən görünür ki, ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olan, Göygöl rayonunun Gəncə kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinin Göygöl-Zurnabad avtomobil yolunun (Zurnabad istiqaməti) sol tərəfində yerləşməsi, torpaq sahəsinin ətrafının dəmir çəpərlə hasara alınması, qapı qoyulması, dəmir çəpərlərin üzərinin kollarla bağlanmış vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-698/2018 nömrəli mülki iş üzrə qanuni qüvvəyə minmiş 07 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X19 cavabdehlər X18 və Göygöl Rayon Notariat Kontoruna qarşı Göygöl (Xanlar) Rayon Notariat Kontorunda 14 aprel 2006-cı il tarixdə 4Ə-1-234 reyestr nömrəsi ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh X10 adına verilmiş 28 may 2017-ci il tarixli **********00 reyestr nömrəli çıxarışın və A№ 169557 nömrəli, **********00 reyestr nömrəli 28 may 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2019-cu il tarixli, **********25 saylı məktubu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış “Mütəxəssis rəyi”ndən görünür ki, araşdırma nəticəsində X19 Göygöl rayonu Gəncə qəsəbəsinin ərazisində faktiki istifadəsində 0,0737 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin digər vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin Kəlbəcər Rayon Məhkəməsinə göndərdiyi (sorğuya cavab olaraq) 31 may 2022-ci il tarixli **********61 nömrəli məktubda İdarənin arxiv qovluğunda saxlanılan sənədlərə əsasən Göygöl rayonunun Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-154A, KOD 50805037 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X3 adına işlənməsinin müəyyən edilməsi, Göygöl Rayon Notariat Kontorunun 17 aprel 2006-cı il tarixli 4Ə-1-234 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsinin Həsənova (Mədətova) Diləfruz Firuddin qızı tərəfindən X2 və sonuncunun adına 30 may 2017-ci il tarixli **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, Göygöl rayonunun Gəncə kəndində yerləşən sözügedən 0,08 ha torpaq sahəsinin Göygöl Rayon Notariat Ofisinin 4Ə-240 reyestr nömrəli 12 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X18 tərəfindən Zərərçəkmiş şəxs satılması və Zərərçəkmiş şəxs 11 dekabr 2019-cu il tarixli **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin, iddiaçı X19 Göygöl (Xanlar) Rayon Notariat Kontorunda 14 aprel 2006-cı il tarixdə 4Ə-1-234 reyestr nömrəsi ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh X10 adına verilmiş 30 may 2017-ci il tarixli **********00 nömrəli reyestrdən çıxarışın və A№ 169557 nömrəli, **********00 reyestr nömrəli 28 may 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsinin müəyyən edilməsi, həmçinin Təqsirləndirilən şəxs və X19 adlarına Göygöl rayonunun Gəncə kəndində qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi göstərilmişdir. ünvan 2 ünvanlanmış 28 yanvar 2022-ci il tarixli 04 nömrəli arxiv arayışında göstərilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı əsasında Şəhriyar sovxozunun bələdiyyə mülkiyyətinə saxlanılan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbələrində yaşayan 70 (yetmiş) nəfər fəhlə və qulluqçuya fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahələri verilmişdir, Sərəncama əlavə edilmək üçün arxivə təhvil verilmiş 70 (yetmiş) nəfərlik adlı siyahıda 32-ci sıra sayında X19 adı qeydə alınmaqla, Vahid Muradova veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir (əsas: fond № 192, siyahı № 1, iş № 61, vərəq 27, 1.2); X5 Şəhriyar adına sovxozun torpaq sahəsindən 1997-1998-ci illərdə həyətyanı torpaq sahəsinin verilməsi barədə Göygöl Rayon Dövlət Arxivində məlumat aşkar edilməmişdir. Həmin arayışda Vahid Muradova ayrıldığı bildirilən torpaq sahəsinin koordinatlarını əks etdirən məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 140-cı maddəsinə əsasən ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələrinin müddəalarına görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən keçmiş Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən onun oğluna 0,08 ha torpaq sahəsinin ayrıldığını və həmin vaxtdan həmin torpaq sahəsini istifadə etdiyini iddia etsə də, həmin torpaq sahəsinin qanuna müvafiq qaydada sərhədləri yerində müəyyən edilməklə, planı və ölçüsü tərib edilməklə ayrılmasını və bunun müvaiq sənədlərlə rəsmiləşdirilməsini təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Göygöl rayonunun Gəncə kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 11 dekabr 2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında Zərərçəkmiş şəxs mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə aid reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmiş, reyestrin məzmununun dəqiqliyi prezumpsiyası qüvvədədir. Beləliklə, işdə olan sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təhlil edilib qiymətləndirilərkən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Gəncə kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət eyestr Xidmətinin **********00 reyestr nömrəli çıxarışı əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə 2021-ci ilin iyun ayında (dəqiq günü məhkəməyə məlum olmayan tarixdə) qanunsuz daxil olub, torpaq sahəsinin kənarlarını dəmir dirəklərlə və məftillə özbaşına hasarlamaqla torpaq sahəsini özbaşına tutmuş, mülkiyyətçi Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin (CPM-nin 349.5-ci madd.). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması istintaq materialları ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs əməli CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə əsaslı olaraq təqsirli bilinmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Apellyasiya kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək bir daha vurğulamağı zəruri hesab edir ki, bəraət hökmü o halda çıxarılır ki, CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulan əsaslar olsun, o cümlədən cinayət hadisəsi olmasın, əməldə cinayət tərkibi olmasın, şəxsin cinayətə aidiyyəti sübuta yetirilməsin və ya şəxsin təqsirliliyi sübuta yetirilməsin (CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü madd.). Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi özünün ifadəsində göstərdiyi bir sıra xüsusatlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, müdafiə tərəfinin əsaslandığı dəlillər birinci instansiya məhkəməsində işə baxılarkən hərtərəfli araşdırılmış, həmin dəlillər tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq məhkuma CM-nin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərinin heç bir hüquqi əsası olmadığını hesab edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 188.1-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləninin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəlləninin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləninin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətlərin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Həmçinin birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin barəsində 8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarını tətbiq edərək, onu cəzadan azad etmişdir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin əsas dəlillərindən biri də aktın tətbiqinin əsassız olması ilə bağlıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9 və 9.1-ci bəndlərinin müddəalarından da göründüyü kimi məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin aktın 1.12-ci bəndinə əsasən barəsində amnistiya tətbiq olunan şəxslərin sırasında ayrıca olaraq qadınlar da göstərilmişdir. Birinci instansiya məhkəməsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən qadın olduğuna (Qərarın 1.12-ci bəndinə istinadən) və törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğuna görə, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və zərəşəkmiş şəxsin apellyasiya şikayətində amnistiya aktının əsassız tətbiq edilməsi və məkuma təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası zərəçəkmiş şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi barədə məsələni də hökmdə müzakirə edib nəticəyə gəlməməsi və buna görə də hökmün ləğv edilməli olması dəlili ilə bağlı qeyd edir ki, məhkum tərəfindən torpağın zəbtdən azad edilməsi məsələsi mülki hüquqi xarakter daşıdığından hökmdə bu məsələnin həlli yalnız zərərçəkmiş şəxs tərəfindən mülki iddia ilə məhkəməyə müraciət edildiyi halda mümkündür. Lakin cinayət işinin materiallarından görünür ki, zərəçəkmiş şəxs belə bir mülki iddia ilə məhkəməyə müraciət etməmişdir. Ona görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi barədə məsələni hökmdə müzakirə edib nəticəyə gəlməməsi və buna görə də hökmün ləğv edilməli olması dəlili ilə razılaşmır və zərərçəkmiş şəxsin bu dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(040)-05/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(040)-05/2022 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar