Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-212/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X8 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmündən və qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmü ilə (sədrlik edən Gündüz Şirinov) xx xxxx 1988-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayon Əmiraslanlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 18-ci küçədə yaşayan, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dərhal ləğv edilmişdir. Eyni zamanda birinci instansiya məhkəmənin həmin tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmündən və qərarından Dövlət ittihamçısı apellaysiya protesti verərək hökmün və qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4-cü maddələr ilə təqsirli bilinib, cinayət qanununun müddəalarına uyğun ona cinayətlərin məcmusunda nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən və qərardan həmçinin Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək hökmün və qərarın ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4-cü maddələr ilə təqsirli bilinib, cinayət qanununun müddəalarına uyğun ona cinayətlərin məcmusunda nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilən ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx.xx.2019-cu iltarixdə talama məqsədi olmadan Şahid4 adına olan, lakin fatikiolaraq Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-***dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 razılığı olmadan Şahid4 yaşadığı ünvan 1 ünvanda yerləşən evin qarşısından qanunsuz olaraq ələ keçirib qaçırmış, həmin günü saat 23 radələrində həmin avtomobili sərxoş vəziyyətdə idarə edərkən, Gəncə şəhəri Atatürk prospektində, həmin prospektin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi törədib avtomobili yararsız hala salmaqla Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 6966 (altı min doqquz yüz altmış altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, 27 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Nizami rayonu ərazisində Gəncə hava limanı yolunda, şəhərin giriş hissəsində keçmiş həyat yoldaşı X2 onun icazəsi olmadan azyaşlı övladlarını Gədəbəy rayonu GərGər kəndindən gedib Gəncə şəhərinə gətirməsinə əsəbləşərək, aralarında yaranmış mubahisə zamanı bir dəfə sillə ilə sifətinin sağ tərəfinə, bir dəfə sillə ilə sağ gicgah nahiyəsinə vuraraq və sol qolunu da əli ilə tutub sıxaraq sonuncunun sağ yanaq nahiyəsinin selikli qişası, yanaq, almacıq və gicgah nahiyələrinin əzilməsi, sol bazu nahiyyəsinin qançır və sıyrığından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs tərəfindən ittiham aktında göstərilən cinayətin törədilməsini təsdiq edən sübutlar kifayət etməmiş, Təqsirləndirilən şəxs ona verilən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə ittiham üzrə əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyindən onun törətdiyi əməldə avtomaşının qanunsuz olaraq ələ keçirməsi cinayətinin motivləri olmamışdır. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, iş materiallarına əlavə edilmiş sənədlər və işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə almadan, hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə talama məqsədi olmadan Şahid4 adına olan, lakin fatiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 razılığı olmadan Şahid4 yaşadığı ünvan 1 ünvanın da yerləşən evin qarşısından qanunsuz olaraq ələ keçirib qaçırmış, həmin günü saat 23 radələrində həmin avtomobili sərxoş vəziyyətdə idarə edərkən, Gəncə şəhəri Atatürk prospektində, həmin prospektin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi törədib avtomobili yararsız hala salmaqla Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 6966 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ləğv edilməli, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Bundan başqa, hazırki cinayət işi üzrə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 19-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası CM-nin 185.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Hazırki apellyasiya protesti ilə Təqsirləndirilən şəxs barəsində olan bəraət hökmü mübahisələndirilərək hökmün ləğv edilməsi məsələsi olduğundan qeyd olunan Amnistiya elan edilməsi haqqında qərarının 19-cu bəndinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 128-ci maddəsi ilə olan əməli ilə bağlı cinayət məsuliyyətindən azad olunması mümkün deyildir. Ona görə Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilməsi barədə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm və qərarı qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm və qərar çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, iş materiallarına əlavə edilmiş sənədlər və işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə almadan, hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Ona görə də Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ləğv edilməli, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Bundan başqa, hazırki cinayət işi üzrə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 19-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası CM-nin 185.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Hazırki apellyasiya şikayəti ilə Təqsirləndirilən şəxs barəsində olan bəraət hökmü mübahisələndirilərək hökmün ləğv edilməsi məsələsi olduğundan qeyd olunan Amnistiya elan edilməsi haqqında qərarının 19-cu bəndinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 128-ci maddəsi ilə olan əməli ilə bağlı cinayət məsuliyyətindən azad olunması mümkün deyildir. Ona görə Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilməsi barədə Gəncə şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, ona cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini və apellyasiya şikayətini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmünün və qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib, cinayət qanununun müddəalarına uyğun ona cinayətlərin məcmusunda nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər apellyasiya şikayətini və apellyasiya protestini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmünün və qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4-cü maddələr ilə təqsirli bilinib, cinayət qanununun müddəalarına uyğun ona cinayətlərin məcmusunda nəzərdə tutulmuş həddə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya protestinə və apellyasiya şikayətinə etiraz etdi və çıxış edərək göstərdi ki, onun əməlində CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yoxdur, birinci instansiya məhkəməsi qanuni olaraq ona bəraət vermişdir. Odur ki, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsini hökmünün və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya protestinə və apellyasiya şikayətinə etiraz etdi və çıxış edərək göstərdi ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri mülahizələrdən ibarətdir, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olmasını sübut edə biləcək heç bir dəlil mövcud deyil. Təqsirləndirilən şəxs əməlində heç bir cinayət tərkibi yoxdur. Həmçinin Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı qərarı qanunamüvafiq qaydada qəbul edilmişdir. Odur ki, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmünün və qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan sübutlar aşağıdakılardan ibarətdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti ilə B.Qəhrəmanov küçəsinin kəsişməsində baş vermiş yol- nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi yerinin ümumi foto görüntüsü çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin AB 704813 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı, 99-CD-813 dövlət qeydiyyat nşanlı avtomobil Şahid4 adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Şahid4 tərəfindən “Chevrolet Aveo” markalı,**-CD-*** dövlət qeydiyyat nşanlı avtomobilinə dair Zərərçəkmiş şəxs2 bir illik etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə kürəkəni Təqsirləndirilən şəxs tərəfindən ona məxsus “Chevrolet Aveo” markalı, 99-CD- 813 dövlət qeydiyyat nişanlı avtomobilini icazəsiz olaraq sürməsi barədə Gəncə şəhər Prokurorluğuna şikayət ərizəsi yazmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 43k saylı Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən verilmiş rəydən görünür ki, hadisə nəticəsində “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6966 (altı min doqquz yüz altmış altı) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 25 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli № 1680 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ yanaq nahiyəsinin selikli qişasının yarası, yanaq, almacıq və gicgah nahiyələrinin əzilməsi (qançırı və şişkinliyi), sol bazu nahiyəsinin qançırı və sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-in xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hökmdən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətinin dəlilləri apellyasiya protestinin dəlilləri ilə eyni məzmunludur. Həm apellyasiya şikayətində, həm də apellyasiya protestində birinci instansiya məhkəməsinin bəraət hökmünün əsassız olduğu, sübutların düzgün tədqiq edilmədiyi və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması iddia edilmişdir. İstər apellyasiya şikayətinin, istərsə də apellyasiya protestinin dəlillərinin əsasını təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinin, eləcə də işdə olan digər sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Hökmdən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin bəraət hökmünə münasibətdə sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-in 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Birinci instansiya məhkəməsi tərəfindən isə işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 2010-cu ildə ailə qurmuş və onların nikahları xx.xx.2019-cu il tarixdə pozulmuşdur. “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil fatiki olaraq Zərərçəkmiş şəxs2 məxsus olsa da, Zərərçəkmiş şəxs2 tez-tez Rusiya Federasiyasına gedib gəldiyindən Zərərçəkmiş şəxs2 həminavtomobili nəzarət etməsi üçün qohumu Vaqifə vermişdir. Təqsirləndirilən şəxsbir neçə dəfə “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili keçmiş qaynatası Zərərçəkmiş şəxs2 razılığı ilə Vaqifdən götürüb ailəsi ilə birlikdə toya getmiş və sonradan qaytarıb Vaqifə vermişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 razılığı ilə Vaqifdən götürüb ailəsi ilə birlikdə Gəncə şəhərində toya getmiş, həmin gün toydan çıxan zaman, təxminən saat 23 radələrində həmin avtomobili sərxoş vəziyyətdə idarə edərkən, Gəncə şəhəri Atatürk prospektində, həmin prospektin B.Qəhrəmanov küçəsi ilə kəsişməsində olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı Zərərçəkmiş şəxs2 məxsus avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Aveo” markalı, **-CD- *** dövlət nömrə nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyandan Azərbaycana qayıtmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs avtomaşını qanunsuz olaraq ələ keçirməsi barədə Gəncə şəhər prokurorluğuna şikayət etmişdir. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs2 faktiki sahibliyində olan “Chevrolet Aveo” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil 14 iyul 2019-cu il tarixdən əvvəlki dövrlərdə də dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məlumat verilməklə götürülmüş, 14 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən həmin avtomobil X3 Zərərçəkmiş şəxs2 razılığı əsasında götürülmüşdür. Zərərçəkmiş şəxs2 razılığının olması işin obyektiv halları ilə tam olaraq sübuta yetirilməklə yanaşı iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs avtomobili götürdükdən sonra öz arvadı Zərərçəkmiş şəxs1 və qaynanası yəni Zərərçəkmiş şəxs2 arvadı olan Şahid3 da götürərək toy məclisinə getmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin Təqsirləndirilən şəxs tərəfindən götürüldükdən sonra onun ailə üzvlərini yəni arvadı və qızını götürməsi zərərçəkmiş şəxs Bəhman Hüseynovun razılığının olmasına dəlalət edən haldır. Həmçinin hadisə 14 iyul 2019-cu il tarixdə baş verməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 həmin hadisə barədə 2 aydan artıq müddət keçdikdən, yəni qızı Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs arasında ailə münasibətləri pozulduqdan sonra həmin situasiyanın təsiri altında xx.xx.2019-cu il tarixdə faktiki olaraq ona məxsus olan avtomobilin Təqsirləndirilən şəxs tərəfindən onun razılığı olmadan qanunsuz olaraq ələ keçirməsi barədə Gəncə şəhər prokurorluğuna şikayət etmişdir. Göründüyü kimi, hadisə heç də, verilmiş ittihamda qeyd edildiyi kimi baş verməmiş, baş vermiş münaqişə zərərçəkmişə məxsus əmlakın zədələnməsi ilə müşayiət olunsa da, həmin hal təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 avtomaşınını qanunsuz olaraq ələ keçirməsi kimi tövsif edilə bilməz. Təqsirləndirilən şəxs ona verilən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə ittiham üzrə cinayət hadisəsinin olması sübuta yetirilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə avtomaşının qanunsuz olaraq ələ keçirməsi cinayətinin motivləri olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qərara gəlir ki, Təqsirləndirilən şəxs 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə görə ona ittiham verilmiş həmin maddə ilə bəraət verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). CPM-in 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 42.1.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində cinayət hadisəsinin olmamasının sübuta yetirilməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmasını üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 185.2.4-cü maddəsi ilə bəraət vermişdir. Məhkəmənin gəldiyi həmin nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Ona görə də, kollegiya hesab edir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət törətməsi nəticəsinə gəlmiş və nəticədə həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsində bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, istintaq orqanın bu səhvi yalnız birinci instansiya məhkəməsində aradan qaldırıla bilmişdir. Məhkəmə kollegiyası Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı qərarının ləğv edilməsi ilə bağlı apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin qərar ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilmiş və həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam olaraq təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarının 19-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 11-ci bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi Azərbaycan Respublikası CM-nin 185.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Birinci instansiya məhkəməsinin 12 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolu ilə müəyyən edilir ki, məhkəmə iclası zamanı birinci instansiya məhkəməsi həm CM-nin 185.2.4-ci maddəsinə, həm də CM-nin 128-ci maddəsinə münasibətdə müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək, təqsirləndirilən şəxsə söz verərək müşavirə otağına getmiş və müşavirə otağında təqsirləndirilən şəxsin CM-nin 185.2.4-cü maddəsi ilə ittiham olunduğu maddə üzrə ona bəraət verilməsi qərarına gəlmiş, bununla da onun yalnız bir maddə ilə, yəni CM-nin 128-ci maddəsi ilə təqsirinin sübuta yetirilməsi qənaətinə gələrək haqlı olaraq onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1ci bəndini tətbiq edilməklə Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd etmiş və həmin hissədə cinayət işinin icraatına xitam vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri yalnız mülahizələrdən ibarətdir ki, iş materiallarında olan kifayət qədər mötəbət sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri hökmün və qərarın ləğv edilməsi üçün əsas ola bilməz. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 185.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmü və qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(125)-5/2022 saylı hökmü və qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-212/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-212/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver