Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-214/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X5 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, xüsusi ittihamçı Zərərçəkmiş şəxs, bəraət almış şəxs X13 və onun müdafiəçisi X7 iştirakı ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 1(062)-16/2023 saylı hökmü ilə (sədrlik edən F.N.Əliyev) xx.xx.1976-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan X13 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə üzrə bəraət verilmiş, həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. İşin halları Xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi üçün barəsində həmin maddə üzrə cinayət təqibinin başlanması və təqsirli bilinərək cəzalandırılmasına dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırılmışdır ki, “X16 qonşuluğunda yaşayan X17 adlı şəxs vasitəsi ilə tanımışdır. Onunla heç bir şəxsi qərəzliyi olmamışdır. Vəli Qasımov ondan xahiş etmişdir ki, həyat yoldaşı Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində orta məktəbdə müəllimədir. Onu qeyd olunan məktəbdə direktor yeri boşdur. Kiminsə vasitəsi ilə onu qeyd olunan məktəbə direktor təyin etdirmək istəyir və ondan bu işdə ona yardımçı olsun. Köhnədən tanıdığı, hüquqşünas, əvvəllər dövlət orqanlarında da, işləmiş X3 bu barədə zəng etmiş və onun qonşusunun tanışı və dostunun yoldaşına kömək edilməsini bildirmişdir. X9 ümumi tanışları vasitəsi ilə ona kömək edəcəyini bildirmişdir. X16 X12 ilə görüşdürmüşdür. Onlar ümumi razılığa gəlmiş və bundan sonra ayrılmışlar. Bu hadisədən bir müddət keçmiş Vəli Qasımov bildirmişdir ki, onun yoldaşı artıq qeyd olunan məktəbə direktor təyin olunub. Eyni zamanda, o, bildirmişdir ki, “Zakir Hüseynov onun 10.000 manat məbləğində pul vəsaitini mənimsəmişdir və verdiyi pulu ondan geri alacaqdır”. Daha doğrusu, dediyinə görə Zakir Hüseynov ondan aldığı pulun bir hissəsini şəxsən özü mənimsəmişdir. Onun işinə qarışmayacağını bildirmişdir. X21 onsuz dəfələrlə X9 ilə görüşmüş və verdiyi pulu geri tələb etmişdir. Hüseynov Zakir isə ona bildirmişdir ki, verdiyin pulu həyat yoldaşının məktəbə direktor təyin edilməsindən ötrü vermişdir. Daha həmin pulu geri ala bilməz. Lakin, Vəli isə tam təkidlə pulu tələb etdiyinə görə Zakir Hüseynov ona həya-abırına görə pulu qaytarmaqdan ötəri ondan vaxt istəmişdir. Vəli bir neçə dəfə onun yanına gəlmiş və bildirmişdir ki, pulun geri qaytarılmasını Hüseynov Zakirin boynuna qoymuşdur və pulu qaytarana qədər hər ay 480-500 manat faiz pul qaytaracaq. Tam səmimi olaraq ona bildirmişdir ki, sənin işin düzəlibsə, niyə indi pulu geri tələb edirsən. Vəli isə demişdir ki, “mən Zakiri şikayət edəcəyimlə hədələmişəm, ona görə ki, qorxusundan pulu geri qaytarsın”. Vəli Qasımovun bu dərəcədə mürəkkəb xasiyyətli bir insan olmasını bilməzdi. Vəliyə söyləmişdir ki, bir daha onun işinə qarışmayacaq. Vəli Qasımov onu hədələyərək, pul ilə bağlı şikayət edəcəyini bildirmişdir. İnanmazdı ki, Vəli ondan şikayət edər. Lakin, Vəli Qasımov barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət əzizəsi vermiş və Zakir Hüseyova verdiyi pulu geri tələb etmişdir. Bu barədə PB-də izahat vermiş və bildirmişdir ki, bəli X13 pulu onun dediyinə-xahişinə əsasən X6 çatdırılmışdır. Verilən pulu mənimsəməmişdir, heç bir maddi marağı olmamışdır. Vəli Qasımov sonra bildirmişdir ki, “bilərəkdən o pulu onun vasitəsilə X8 vermişdir ki, gələcəkdə şahid qismində pulun geri alınmasına ona yardımçı ola”. X13 şikayəti əsasında toplanmış material Qaradağ rayon Pİ-ni İŞ-nə verilmiş və onu ora dəvət etmişlər. X2 verilməsi istintaq materiallarında da, öz əksini tapmışdır. X1 Vəli Səlim oğlunun bu haqsız hərəkətlərinə dözə bilməyərək, fikirdən dünyasını dəyişmişdir. Onun bu haqsız hərəkətlərinə görə bir neçə dəfə tənqid etmişdir. Lakin o” bu əməlindən əl çəkməmiş və xx.xx.2022-ci il tarixində ona mobil telefon vasitəsilə zəng vuraraq, “reketlik edəcəyini, orqanlara rüşvət verərək, ondan pul almayacağı təqdirdə, onu dama basdıracağını” bildirmişdir. X9 dünyasını dəyişdikdən sonra Vəli Qasımov onun barəsində Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Zakir Hüseynova verdiyi on min manatı tələb etməyə başlamışdır. Məhkəmə Qaradağ rayon Pİnin İŞ-nin qəbul etdiyi qərara baxdıqdan sonra Vəli Qasımovun iddiasını rədd etmişdir. Vəli Qasımov məhkəmənin inzibati binasının qarşısında tanışı X11 yanında ona bildirmişdir ki, “Zərərçəkmiş şəxs bütün sosial şəbəkələrdə biabır edəcəm, ya on min manatı ondan alacam, ya da, ürəyini partladıb onu da, X4 yanına göndərəcəm”. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X21 “Tik-Tok” sosial şəbəkədə onun şəkilini yerləşdirərək, nəlayiq küçə söyüşləri ilə təhqir edərək, şərəf və ləyaqətimi ahıl yaşında alcaltmışdır. Bu barədə Qaradağ rayon Prokurorluguna və DİN-nə ərizə ilə müraciət etmiş, lakin ona bildirmişlər ki, xüsusi ittiham qaydasında məhkəməyə şikayət edin. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə mürcaiət etmişdir”. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı Zərərçəkmiş şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsini və X13 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı apellyasiya şikayətində qeyd etmişdir ki, “Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü əsaslandırılmamışdır. Belə ki, X21 “Tik- Tok” sosial şəbəkəsi vasitəsilə barəsində təhqiredici material yerləşdirməklə onu təhqir etmiş, bununla da, ona münasibətdə Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayəti törətmişdir. İş materiallarında V.S.Qasımovun cinayət törətməsi barədə kifayət qədər sübutlar mövcud olsa da, onun cinayəti məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, birinci instansiya məhkəməsi nədənsə, ona məlum olmayan səbəblərdən, qərəzli olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Hesab edir ki, hökm qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdi, onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsini və X13 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında bəraət almış Vəli Qasımov və onun müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, birinci instansiya məhkəməsinin bəraət hökmü qanuni və əsaslıdır. Hökmün ləğv edilməsi üçün işdə heç bir əsas yoxdur, məhkəmə haqlı olaraq Vəli Qasımovun barəsində bəraət hökmü çıxarmışdır. Ona görə də şikayətin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Vəli Qasımovun barəsində bəraət hökmü çıxararkən qeyd etmişdir ki, ““Tik-Tok” sosial şəbəkəsində “kerim_masennik” adlı istifadəçi profilində Zərərçəkmiş şəxs fotoşəkli müxtəlif nalayiq ifadələr səsləri altında video şəklində paylaşılmışdır. Lakin həmin videogörüntünün həqiqətən də Vəli Qasımov tərəfindən paylaşılması mötəbət sübutlarla təsdiq edilmir”. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Sübut dedikdə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X13 şikayət ərizəsi üzrə toplanmış materiala dair cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh Zərərçəkmiş şəxs qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Fotoşəkillərdən və videodiskdən görünür ki, “Tik-Tok” sosial şəbəkəsində “kerim_masennik” adlı istifadəçi profilində Zərərçəkmiş şəxs fotoşəkli müxtəlif nalayiq ifadələr səsləri altında video şəklində paylaşılmışdır. Lakin iş materiallarından görünür ki, “Tik-tok” sosial şəbəkəsində yayılan video Vəli Qasımova məxsus səhifədə paylaşılmamış, videonun paylaşıldığı “kerim_masennik” səhifəsinin isə Vəli Qasımova aid olması, habelə onun tərəfindən məhz həmin səhifədə videonun paylaşılması təsdiqini tapmamışdır. Ümumiyyətlə, Vəli Qasımovun “Tik-tok” sosial şəbəkəsində istifadəçi olması iş meterialları ilə müəyyən edilə bilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrində qeyd olunmuşdur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 1(062)- 16/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 1(062)-16/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-214/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-214/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver