Məhkəmə qərarları › İş №1(104)-23/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-23/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-23/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X7 (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxsin huquqi varisi X26 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmündən məhkum, onun müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Dadaş İmanovun sədrliyi, hakimlər Faiq Mahmudov və Nural Əliyevdən ibarət tərkibdə) 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmü ilə xx xxxxxx 1973-cü il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 17 il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 133.2.1, 133.2.4-cü maddələri ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 144.3-cü maddəsi ilə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 yanvar 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri, müdafiəçilər tərəfindən apellyasiya şikayətinə əlavə, habelə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu etmiş, aşkar surətdə yetkinlik yaşına çatmamaqla köməksiz vəziyyətdə olan oğurlanmış şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermiş, başqa cinayəti gizlətmək məqsədi ilə və adam oğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 noyabr 2019-cu il tarixdə günorta saatlarında yaşadığı Tovuz rayonu, Dondar Quşçu kəndindəki fərdi yaşayış evinin qarşısında olarkən kifayət qədər yaşı olmasına baxmayaraq, səhhətində olan problemlərlə bağlı evlənmədiyi və övlad sahibi ola bilməyəcəyini düşünərək, bu baxımdan həmyaşıdlarından geri qalmasına, o cümlədən, həmkəndlisi, eyni zamanda, sinif yoldaşı olan X26 evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyətlə sonuncunun yetkinlik yaşına çatmayan, yəni 16 noyabr 2009-cu il təvəllüdlü övladı X15 yaşadığı ev istiqamətində gəldiyini görüb, həmkəndlisi olmaqla, eyni zamanda fiziki əlamətlərinə görə özü üçün aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi X19 oğurlamaq məqsədilə Nərmin Quliyevaya yaxınlaşıb sonuncunu kitablar vermək bəhanəsi ilə aldadıb yaşadığı evin həyətindəki yardımçı tikilinin ikinci mərtəbəsinə apararaq, orada Nərmin Quliyevaya bundan sonra artıq onunla qalacağını, sonuncuya övladı kimi baxacağını bildirmiş, Nərmin Quliyeva buna etiraz etdikdə isə, azyaşlı olmaqla özündən dəfələrlə böyük və fiziki cəhətdən daha çox gücə malik olan şəxsə müqavimət göstərmək imkanında olmayan, yəni faktiki olaraq təqsirkardan asılı vəziyyətdə olmaqla köməksiz qalan- oğurladığı Nərmin Quliyevanın müqavimətini qırmaq məqsədilə sonuncunu qorxudub, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsinə zidd olaraq əllərini və ayaqlarını iplə həmin tikilidə olan çarpayıya bağlayaraq, uzun müddət ərzində mütəmadi olaraq CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək həmin tikilidə saxlamaqla, hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi məzmunda olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialını və müəyyən edilməmiş digər tarixlərdə zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə, yetkinlik yaşına çatmayan şəxsə qarşı adamoğurluğu cinayət əməlini törətmişdir. Nərmin Quliyevanın itkin düşməsi ilə bağlı ailə üzvlərinin hüquq mühafizə orqanlarına müraciətləri, kənd ərazisində hüquq mühafizə orqanları və digər dövlət qurumları tərəfindən hərtərəfli axtarış tədbirlərinin həyata keçirilməsi, cinayət hadisəsinin kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması və ictimai qınağa səbəb olmasından sonra isə həmin cinayəti gizlətmək və heç kimin ondan şübhələnməməsi üçün adam oğurluğu ilə əlaqədar Nərmin Quliyevanı qəsdən öldürərək, meyitini yaşadığı evdən çıxarıb, kənar yerə aparıb ataraq, törətmiş olduğu cinayət əməlini özündən kənarlaşdırmaq və bununla da, cinayət məsuliyyətindən yaxa qurtarmaq qərarına gəlmişdir. Bu məqsədlə dəqiq müəyyən edilməmiş 04-05 yanvar 2020-ci il tarixləri aralığında soyuq və aclıq üzündən halsız vəziyyətdə olmaqla, müqavimət göstərmək iqtidarında olmayan, köməksiz vəziyyətdə qalmış yetkinlik yaşına çatmayan- 10 yaşlı Nərmin Quliyevanı diri halda ağ rəngli un kisəsinə qoyub, yaşadığı evin həyətində olan yardımçı hissəyə (dama) apararaq, xüsusi rəhmsizlik və qəddarlıq nümayış etdirərək, müəyyən edilməyən geniş səthə malik bərk küt əşya ilə sonuncunun həyat üçün mühüm orqanı olan baş nahiyəsindən, sağ alın-təpə nahiyəsinə öndən-arxaya, yuxarıdan-aşağıya və bir qədər sağdan-sola, sağ təpə nahiyəsinə yuxarıdan-aşağıya və sağdan-sola, sol təpə nahiyəsinə yuxarıdan-aşağıya, bir qədər arxadan-önə, soldan-sağa, sol təpə-gicgah nahiyəsinə yuxarıdan-aşağıya və soldan-sağa doğru istiqamətdə bir neçə dəfə güclü zərbələr vuraraq, Nərmin Quliyevaya dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınıqları, eləcə də, dərəcələrinə görə canlı şəxslərdə həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları kimi digər xəsarətlər yetirərək, sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Onun öldüyünə əmin olduqdan sonra baş nahiyəsindən aldığı xəsarətlərdən qan axacağını düşündüyündən, axan qanın ətrafa yayılması nəticəsində özünün ifşa olunmasının qarşısını almaq məqsədi ilə evdə olan qırmızı rəngli yorğan üzünün bir hissəsini mərhumun baş nahiyyəsinə qoyaraq, qanın ətrafa yayılmasının qarşısını almış, daha sonra meyitin tanınmaması və üzərində mümkün ola biləcək cinayət izlərinin itirilməsi məqsədi ilə meyiti yandırmaq qərarına gəlib, əlverişli vəziyyətin və hava şəraitinin olmasını gözləyərək, bunun üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 6 yanvar 2020-ci il tarixdə, saat 17:11-də “com.samsung. android.weather” saytına girərək, hava şəraitinə, həmin gün saat 19:07-də isə “Chrom MAP” proqramından istifadə edərək ərazinin xəritəsinə baxaraq, havanın yağmursuz olmasına və habelə yaşadığı evin darvazasından küçəyə nəzər salıb, qarşıdan keçən yolda hər hansı şəxsin və avtomobilin hərəkətinin olmadığına əmin olduqdan sonra, meyiti evində olan müxtəlif sintetik materialdan olan kisə, süfrə və örtüklərə bir neçə qat bükməklə, həmin un kisəsinin içərisində yaşadığı evdən 50 metr məsafədə yerləşən boş əraziyə daşıyıb, bu məqsədlə yaşadığı evdən götürdüyü tez alışan neft məhsulunu üzərinə tökməklə yandıraraq, həmin əməlləri ilə aşkar surətdə köməksiz vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, alçaq niyyətlə adam oğurlamış, aşkar surətdə yetkinlik yaşına çatmamaqla köməksiz vəziyyətdə olan oğurladığı şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, başqa cinayəti gizlətmə məqsədi ilə və adam oğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Nərmin Quliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Müdafiə tərəfi apellyasiya şikayətlərində və apellyasiya şikayətinə əlavədə hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayətində Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişlər. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlillərinin böyük hissəsi eyni məzmunlu və təkrar olduğundan, məhkəmə kollegiyası bu dəlilləri ümumiləşdirib qruplaşdıraraq qiymət verməyi zəruri hesab edir. Belə ki, müdafiə tərəfi apellyasiya şikayətlərini (ona edilmiş əlavələrlə birlikdə)belə əsaslandırmışdır ki, «Təqsirləndirilən şəxs onların iştirakı ilə həm ibtidai istintaqda, həm də məhkəmə zamanı verdiyi bütün ifadələrdə bildirmişdir ki, ona elan olunmuş ittihamlarla özünü təqsirli bilmir. Məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onun bu cinayət əməlinə hər hansı bir bağlılığı yoxdur, 4 gün müddətində Tovuz RPŞ-də saxlanılmış, ona qarşı edilmiş fiziki və psixi işgəncələrə dözə bilmədiyindən guya bu cinayəti etiraf etməsinə dair ifadələr vermişdir. Təqsirləndirilən şəxs müdafiəsinə qoşulduqları ilk gündən bu şəxsin qeyd edilən cinayət əməli ilə hər hansı bir əlaqəsinin olmadığıni hər zaman açıq bəyan etmiş və bildirmişlər ki, istər ittiham aktı, istərsə də, hazırki hökm mülahizə, fantaziya üzərində qurulmuşdur və hər hansı bir mötəbər sübuta dayanıqlı deyildir. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs şahid qismində (cinayətin törədilməsindən məlumatsız olması barədə) və əlavə şahid qismində dindirilməsi zamanı cinayəti etiraf etməsi ilə bağlı ifadələrini məhkəmədə tədqiq edərək, CPM-in 20-ci və 95.4.1-ci maddəsinə əsasən şəxsin özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququnun olmasının, şahidin isə dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək vəzifəsinin olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şahid qismində ifadəsini və xx.xx.2020-ci il tarixli əlavə şahid qismində etirafedici ifadəsini sübutlar siyahısından çıxarılmasını məqsədəmüvafiq hesab edir. Buradan belə məlum olur ki, sanki məhkəmə ədalətli yanaşma sərgiləyir. Təqsirləndirilən şəxs qarşı olan haqsızlığı müəyyən edərək qanunsuz alınmış ifadələri əsassız sayaraq sübutlar siyahısından çıxardır. Lakin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şahid qismində ifadəsində onun nə öz əleyhinə hər-hansı bir ifadəsi var, nə də ki, xx.xx.2020-ci il tarixli əlavə şahid qismində əməli törətməsinə dair etirafedici ifadəsində dedikləri. Belə olan təqdirdə, hansı eyniləşdirmə əsas götürüldü ki, hər iki ifadə eyni statusa malik olsa da, fərqli-fərqli məzmundadırlar və hansı səbəbdən bu iki ifadə öz əleyhinə ifadə vermək kimi dəyərləndirildi. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şahid qismində ifadəsində o, real olanları bildirmişdir və hər-hansı bir etirafdan da söhbət getmir. Məhkəmə ədalətli mövqe sərgiləmiş olsa və ədalətli hökm vermək niyyətində olsa idi, o zaman elə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şahid qismində ifadəsinə istinad edərək iş üzrə ədalətli hökm çıxarardı. Lakin bunun əvəzində məhkəmə əsassız qiymətləndirmə və eyniləşdirmə aparmış, Təqsirləndirilən şəxs ilkin, real, cinayətə heç bir aidiyyatının olmadığına dair ifadəsini sübutlar siyahısından çıxartmaqla, onu qüvvədən salmağa çalışmışdır. Digər bir məqam isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli əlavə şahid qismində etirafedici ifadəsini, şahid qismində öz əleyhinə verdiyi üçün sübutlar siyahısından çıxarılmasını məqsədəmüvafiq hesab edən məhkəmə bir şeyi unudur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şübhəli şəxs qismində və xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri birə-bir xx.xx.2020-ci il tarixli əlavə şahid qismində etirafedici ifadəsində onun adından yazılanlardır. Özü də sırf kopi-peyst edilərək mətnlər, hərf səhvləri, məzmun eyniliyi yüzdə-yüz eynidir. Onlarda belə bir qənaət yaranır ki, deyəsən, məhkəmə ya bu ifadələrlə tanış deyil, ya onları oxumayıb, ya da bunu məqsədli olaraq etmişdir. Tovuz RPŞ-də qanunsuz saxlanıldığı həmin dövrdə, yəni 06 yanvar 2020-ci ildən 10 yanvar 2020-ci ilədək olan müddətdə Təqsirləndirilən şəxs amansız fiziki, mənəvi və psixoloji işgəncələr verilmiş və Nərmin Quliyevanın qətli ilə bağlı törətmədiyi cinayəti öz üzərinə götürməsi ondan tələb edilmişdir. Əks halda, onun yaşlı valideynlərini və bacısını da polis şöbəsinə gətirəcəkləri və həmin şəxslərə də eyni işgəncələri tətbiq edəcəkləri ilə onu təhdid etmişlər. Təqsirləndirilən şəxs həmin təhdidlərə və barəsində tətbiq olunan digər amansız işgəncələrə dözməyərək, heç bir əlaqəsinin olmadığı həmin cinayəti törətməsi barədə həqiqətə uyğun olmayan ifadə verməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli, 4(062)-1/2020-ci il nömrəli qərarından müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən 23 yanvar 2020-ci il tarixdə, Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxılan zaman Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci il tarixdə Tovuz rayon Polis Şöbəsinə aparıldığını və orada saxlanıldığını, 06 yanvar 2020-ci ildən 10 yanvar 2020-ci ilədək olan dövrdə polis idarəsində ona amansız işgəncələr verildiyini və Nərmin Quliyevanın onun tərəfindən qətlə yetirildiyini öz üzərinə götürməyə məcbur edildiyini bildirmiş və ona yetirilmiş xəsarətlərin, hətta uzaq məsafədən belə qabarıq şəkildə görünən izlərini məhkəmədə bütün proseses iştirakçılarına nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs ona hansı işgəncələr verildiyini Gəncə Apellyasiya Məhkəməsinin 3 hakiminin, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2 əməkdaşının, 3 vəkilin, 1 nəfər məhkəmə iclas katibinin, həmçinin 4-5 nəfər nəzarətçinin iştirakı ilə keçirilən məhkəmə iclasında bildirmiş və bədənində olan ağır xəsarət izlərini açıq şəkildə hamıya göstərmişdir. Buna görə də müdafiə tərəfi həmin məhkəmə baxışı zamanı dərhal rəsmi vəsatət təqdim edərək, qeyd olunan işgəncə faktının araşdırılmasını tələb etmişdir. Lakin məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməmişdir. Bu məlumatlar Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli həmin qərarında da qeyd olunmuşdur. Bundan sonra müdafiə tərəfi Baş Prokurorluğa da rəsmi qaydada müraciət etmiş və həmin işgəncə faktının araşdırılmasını və Təqsirləndirilən şəxs ekspertizadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, prokurorluq qeyd etdikləri işgəncə faktı üzrə dərhal araşdırma aparmalı, Təqsirləndirilən şəxs dərhal yenidən tibbi müayinədən keçirilməli, Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasının videolenti tələb edilərək, ona baxış keçirilməli və ən azından Azərbaycan Respublikası Baş Prokurorluğunun həmin məhkəmə iclasında iştirak edən əməkdaşlarının izahatları alınmalı və işgəncə faktına düzgün, obyektiv hüquqi qiymət verilməsi təmin edilməli idi. Lakin prokurorluq qeyd edilən istiqamətdə heç bir araşdırma aparmamışdır. Bundan başqa, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasına bir neçə dəfə rəsmi sorğu göndərərək, Bakı İstintaq Təcridxanasına gətirilən vaxt onun tibbi müayinədən keçirilib-keçirilmədiyi və üzərində xəsarət izlərinin olub-olmadığı barədə məlumat verilməsini xahiş etmişlər, lakin Təcridxana rəhbərliyi həmin sorğuların heç birinə cavab verməmişdir. Buna görə də müdafiə tərəfi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs saxlandığı Bakı İstintaq Təcridxanasından həmin məlumatların əldə edilməsi ilə bağlı istintaqa vəsatətlə müraciət etmiş, istintaq tərəfindən BİT-na verilmiş sorğuya xx.xx.2020ci il tarixli, 1266 saylı cavab məktubunda isə bildirilmişdir ki, sorğuya ətraflı cavab verilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs həbs olunaraq BİT-na daxil olmamışdan əvvəl, bədənində xəsarətin olub olmaması ilə bağlı ekspert rəyinin təcridxanaya göndərilməsi xahiş olunur. Bununla da, BİT müstəntiqin də sorğusunu cavablandırmamışdır. Bu faktların özü də Təqsirləndirilən şəxs həqiqətən işgəncəyə məruz qaldığını və bu barədə məlumatların BİT və istintaq orqanı tərəfindən məqsədli şəkildə gizlədildiyini deməyə əsas verir. İşin məhkəmə baxışı zamanı vəsatət təqdim edərək, həmin məlumatların Bakı İstintaq Təcridxanasından tələb edilməsini məhkəmədən də xahiş etmişlər. Lakin həmin vəsatət məhkəmə tərəfindən də təmin edilməmişdir. Təqsirləndirilən şəxs sonradan ibtidai istintaqa və məhkəməyə sərbəst şəkildə verdiyi ifadələrində işgəncə faktını təsdiq edərək, Tovuz RPŞ-in inzibati binasında polis işçiləri tərəfindən ona hansı amansız işgəncələrin verildiyi və həmin işgəncə izlərinin bədənində uzun müddət saxlanıldığı barədə geniş ifadə vermiş və bu barədə verilən sualları cavablandırmışdır. Təqsirləndirilən şəxs bədənində işgəncə izlərinin olduğunu Bakı İstintaq Təcridxanasında onunla birlikdə saxlanılan digər təqsirləndirilən şəxslər də- X62, X47 və X27 - istintaqa və məhkəməyə verdikləri ifadələrində təsdiq etmişlər. Hətta Təqsirləndirilən şəxs əleyhinə ifadə verən B.Qəhramanovun Təqsirləndirilən şəxsla üzləşmə protokolunda da onun Təqsirləndirilən şəxs ayağında olan xəsarətləri gördüyünü deməsi qeyd olunmuşdur. İfadənin yerində yoxlanması istintaq hərəkətinin videogörüntülərindən aydın olur ki, Təqsirləndirilən şəxs həmin zaman ayaqqabıda deyil, çəkələkdə olmuşdur. Yanvar ayında belə bir geyim özü də diqqət çəkdiyindən bu xüusata dair Təqsirləndirilən şəxs aydınlıq gətirməsini xahiş etmişlər və o, məhkəmədə bununla bağlı bildirmişdir ki, ona verilmiş işgəncələrdən biri də ayaqlarının altına çoxsaylı zərbələr vurulması olmuşdur ki, nəticədə də o, ayaqları şişdiyindən ayaqqabı geyinə bilməmişdir. Bu səbəbdən də ona polis şöbəsində geyinmək üçün çəkələk verilmişdir. Həmin videodan həmçinin Təqsirləndirilən şəxs yeriyən zaman axsadığı, iti addımlar ata bilmədiyi görünür. Məhkəmə bu mənada həmçinin Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı müdafiəçilərin müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorluğunda toplanmış material üzrə 27 fevral 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və həmin qərardan müdafiə tərəfin məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılaraq, 03 iyun 2020-ci il tarixli qərarla təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə də həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını və hazırda da həmin qərarın qüvvədə olmasını, eləcə də, məhkəmədə dindirilmiş Şahid21 ifadəsini də qeyd edir. Həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını və hazırda da həmin qərarın qüvvədə olmasına istinad tam yanlışdır. Əvvəla, həmin qərardan AİHM-nə şikayət ünvanlanmışdır və məhkəmənin icraatındadır. İkincisi məhkəmənin bu məzmunlu qiymətləndirməsi elə AİHMnin presedent qərarlarında təsbit edilmiş qiymətləndirməyə uyğun deyildir. Müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özüözlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən, tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs özünün amansız işgəncəyə məruz qaldığını bildirmiş və müdafiə tərəfi istintaq orqanına 29 yanvar 2020-ci il tarixdə vəsatət verərək, işgəncə ilə əlaqədar Təqsirləndirilən şəxs, videoçəkiliş aparmaqla, ekspertizadan keçirilməsini xahiş etmişdir. Lakin istintaq orqanı həmin vəsatəti rədd etmişdir. Vəsatətin rədd edilmə səbəbini istintaq orqanı Təqsirləndirilən şəxs 11 yanvar 2020-ci il tarixdə Tovuz RPŞ-də olan zaman ekspertizadan keçirilməsi və onun üzərində hər hansı xəsarət izlərinin aşkar edilməməsi ilə izah etmişdir. Bununla da, əslində istintaq orqanı işgəncə faktını araşdırmaqdan imtina etmişdir. Prokurorluq yalnız Təqsirləndirilən şəxs işgəncə verən polis işçilərindən izahat almaqla kifayətlənmiş və onların inkaredici izahatlarına əsaslanaraq, cinayət işi qaldırmaqdan imtina etmişdir. Belə olan halda, işgəncə faktı ilə bağlı prokurorluğun cinayət işi qaldırmaqdan imtina barədə qərarının hazırki cinayət işi üzrə qabaqcadan müəyyən edilmiş heç bir qüvvəsi yoxdur. Belə ki, Şahid21 məhkəmədə verdiyi bilavasitə sübut olan ifadəsində göstərmişdir ki,«..Polis şöbəsində o, İlkinlə birlikdə olmuş, əvvəl onlar İlkinlə bir yerdə Polis şöbəsinin idman zalında, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm İlkin, həm də o sərbəst olmuş, əl-qolları bağlanmamışdır. O, İlkini son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23 radələrində polis şöbəsində görmüşdür. Həmin vaxt İlkinə boşqabda yemək vermişlər. Həmin gün İlkinin bədənində hər hansı xəsarətin olduğunu görməmiş, İlkin də ona bu mənada şikayət, etiraz, narazıçılıq etməmişdir. O, polis şöbəsində İlkinin yanında olduğu müddətdə, heç kim İlkini döyməmiş, təhqir edib hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər İlkinə qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməsini eşitməmişdir…» Əvvəla, məhkəmə özü zalda eşitdi və hökmündə də yazıb ki, Şahid21 ifadəsində deyib ki, İlkini son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23 radələrində polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, ona qarşı yönəlik fiziki işgəncələr xx.xx.2020-ci ildən başlayaraq tətbiq edilməyə başlamışdır. Bu zaman isə Şahid21 onun yanında deyildi. Habelə Şahid21 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il axşam saatlarında İlkinin qolunu bağlayıb aparmışlar. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Nərmin Quliyevanın itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim görmüş itləri axtarışa cəlb edilmiş və həmin itlər Şahid9 əmisi evindən onun izini götürərək, axtarışa başlamış və axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından da keçmişdir. Bu faktı Şahid9 atası Şərif Quliyev və əmisi Şahid8 də məhkəməyə verdikləri ifadələrində təsdiq etmişlər. Əgər ittiham tərəfinin qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs Şahid9 öz evlərində saxlamış olsa idi, bu zaman itlər Təqsirləndirilən şəxs yaşadığı həmin evin qarşısından keçərkən iz üzrə həmin evə daxil olmalı idilər. Lakin belə bir hal baş verməmişdir. Yəni təlim görmüş itlər Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçərək, Nərmin Quliyevanın yaşadığı ev istiqamətində hərəkət etmişlər. Digər maraqlı bir hal isə ondan ibarətdir ki, 06 yanvar 2020-ci il tarixdə, Şahid9 meyiti aşkar edilən zaman 12 saatdan çox müddətdə məhkəmətibbi ekspertlərin hadisə yerinə gəlməsini gözləyən istintaqçılar, nədənsə, həmin vaxt Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim görmüş həmin itlərini operativ şəkildə axtarışa cəlb etməmişlər. Bu faktın özü də meyitin həmin əraziyə başqa yerdən gətirilərək atıldığı və istintaqçıların da bundan məlumatlı olduğu barədə ciddi şübhələr yaradır. Bundan başqa, meyitin yanan zaman görüntülərinin Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsilə qeydə alındığı kadrlardan görünür ki, Təqsirləndirilən şəxs meyiti necə aşkar etdiyi barədə məlumatları yanındakı şəxslərə danışır və həmçinin bildirir ki, o, meyitə yaxın getməmişdir, meyiti təqribən 4 metr aralıdan müşahidə etmişdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs hadisə yerində olan digər şəxslərə də, meyitin yanındakı ayaq izlərinin pozula biləcəyini deyərək, meyitə yaxın getməməyi tövsiyyə edir. Əgər həmin meyit oraya Təqsirləndirilən şəxs tərəfindən atılmış olsa idi, həmin yerdə onun ayaq izləri qalmalı idi. Belə olan halda isə, o, həmin yerin ayaqlanmasında və oradakı ayaq izlərinin itirilməsində daha çox maraqlı olmalı idi. Lakin qeyd etdikləri videogörüntülərdən və Təqsirləndirilən şəxs danışıqlarından aydın olur ki, əksinə, o, həmin yerdəki ayaq izlərinin pozulmaması üçün, yanında olan adamlara meyitə yaxınlaşmamağı tövsiyyə edir və özü də meyitə yaxınlaşmır. İstintaqın təbirincə desək, əgər meyit həmin yerə Təqsirləndirilən şəxs tərəfindən atılmışdırsa və o, həmin videogörüntüdə meyitə yaxınlaşmadığını bildirmişdirsə, bu halda meyitin ətrafındakı bütün izlər kriminalistlər tərəfindən dərhal götürülməli və ekspertizadan keçirilməli idi. Əgər meyitə yaxın məsafədə Təqsirləndirilən şəxs məxsus ayaq izləri aşkar edilmiş olsa idi, bu halda meyitin həmin yerə onun tərəfindən atıldığı barədə şübhələr yarana bilərdi. Lakin işdən görünür ki, istintaq orqanı həmin ərazidə ayaq izlərinin olub-olmadığını, ümumiyyətlə, araşdırmamışdır. Halbuki meyitin yanında ayaq izlərinin olması faktı Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi həmin videogörüntüdə də aydın şəkildə sezilir. Buna görə də onlar məhkəməyə vəsatət təqdim edərək, istintaqın İlkinin əlehinə istifadə etdiyi həmin videogörüntünün məhkəmə iclasında nümayiş etdirilməsini və tədqiq edilməsi xahiş etmişlər. Lakin məhkəmə həmin vəsatəti də təmin etməmişdir. Halbuki həmin videogörüntü iş materialı olduğu üçün məhkəmə özü bu sübutu tədqiq etməyə borclu idi. Digər maraqlı bir fakt isə ondan ibarətdir ki, istintaq orqanı nəinki meyitin aşkar edildiyi yerdəki ayaq izlərinin və digər izlərin götürülməsində maraqlı olmamış, əksinə, həmin izlərin itirilməsində daha çox maraqlı olmuşdur. Belə ki, işdə olan sübutlarla da müəyyən edilir ki, meyitin aşkar edildiyi gündən sonrakı gün Nərmin Quliyevanın atası X94 RPŞ-nin rəisi Şirzad Əsgərovun göstərişi ilə qonşudan bel götürərək meyitin aşkar edildiyi yeri həmin bellə qazmışdır. Həm istintaqa, həm də məhkəməyə verdiyi ifadələrində polis əməkdaşları ilə birlikdə Şərif Quliyevin özü də bu faktı təsdiq etmiş və bildirmişdir ki, Şirzad Əsgərov bu tapşırığın səbəbini ona həmin yerdə Nərmin Quliyevaya məxsus olan hər hansı bir əşyanın aşkar edilə biləcəyi ilə izah etmişdir. Halbuki həmin əraziyə yalnız istintaqçılar və kriminalistlər müdaxilə edə və zəruri olan istintaq hərəkətlərini apara bilərdilər və mütləq aparmalı idilər. Şirzad Əsgərovun bu və digər qanunsuz hərəkətləri onun Nərmin Quliyeva cinayətinin ən azından kimlər tərəfindən törədildiyi barədə məlumatlı olduğundan xəbər verir. Bundan başqa, Təqsirləndirilən şəxs yeni məzmunlu ittiham irəli sürülməsi barədə 19 yanvar 2021-ci il tarixli qərarda qeyd olunub ki, Təqsirləndirilən şəxs mərhum Nərminin əlini və ayaqlarını iplə çarpayıya bağlayaraq, ona uzun müddət ərzində mütəmadi olaraq CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək, yaşadığı evin həyətindəki yardımçı tikilinin ikinci mərtəbəsində saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs işgəncə altında alınan ifadədə qeyd olunub ki, guya o, Nərmini 06 yanvar 2020-ci il tarixdə yandırarkən də onun əlləri və ayaqları iplə bağlanmış vəziyyətdə olub. Belə olan halda, mərhum Nərminin əl və ayaq nahiyələrində həmin iplərin izləri olmalı idi. Lakin Nərminin meyitinin tbbi müayinəsi üzrə verilən ekspert rəyində isə onun əlqolunun bağlandığına dair heç bir izin və digər hər hansı əlamətin olmadığı birmənalı şəkildə müəyyən edilmişdir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, əgər meyit yandırılan gün, istintaqın təbirincə desək, Nərmin əli-qolu bağlanmış vəziyyətdə yandırılmış olsaydı, bu halda meyitin yanğından sonrakı vəziyyətində də bu fakt özünü göstərməli idi. Meyit aşkar edilən zaman onun əllərinin yanlara açılmış vəziyyətdə olması faktı onun yandırılan zaman əl-qolunun bağlı olmadığına dəlalət edir. Lakin nə ekspert rəyində, nə də ittiham aktında bu fakta münasibət bildirilməmişdir. İş materialları ilə müəyyən edilir ki, meyit hadisə yerinə xüsusi olaraq sintetik örtüklə bükülmüş vəziyyətdə atılmışdır. Lakin Təqsirləndirilən şəxs ifadəsində meyitin un kisəsinin içərisinə qoyularaq atıldığı qeyd olunub. İş materialları ilə müəyyən edilir ki, Nərmin Quliyeva itkin düşərkən onun qulaqlarında sırğa və əlində atasına məxsus gödəkcə olub. Əgər doğrudan da itən vaxtı Nərmini İlkin evinə dəvət edib orada saxlamışdısa, onun qulağındakı sırğa və əlindəki gödəkcə ikə bağlı İlkin məlumatlı olmalıydı. Əgər ilkin hər hası bir səbəbdən xüsusi ilə ağır olan bu bu cinayəti onun tərəfindən edildiyini etiraf etmişdisə, bu halda o qədər də əhəmiyyətli olmayan sırğa və gödəkcənin taleyi ilə bağlı məlumatları da verərdi. Lakin İlkinin etirafedici ifadələrində nə qızıl sırğa, nə də ki atasının gödəkcəsi barədə heç bir məlumat verməyib. Müstəntiqin bu barədə verdiyi sualına isə heç nə deyə bilmədiyi üçün “xatırlamıram” cavabını verib. Bu fakt onu göstərir ki, Təqsirləndirilən şəxs Nərmin Quliyevanı, ümumiyyətlə, görməyib. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması ilə bağlı istintaq hərəkəti aparılarkən verdiyi məlumatlarla ifadəsi arasında da ziddiyyətlər var. İlkinin etirafedici ifadəsində Nərminin ayaqlarını da bağladığı qeyd olunub, lakin ifadənin yerində yoxlanması zamanı İlkin Nərminin ayaqlarını bağlamadığını bildirib. İlkinin etirafedici ifadəsində onun meyvə otağından meyvə və ip götürüb geri qayıtdığı qeyd olunub, lakin ifadənin yerində yoxlamasında o, ayri-ayrı vaxtlarda meyvə otağına getdiyini deyir. İlkinin etirafedici ifadəsində onun Nərminin başına zərbə vurduğu daşı həyətə tulladığını deməsi qeyd olunub, lakin ifadənin yerində yoxlanması zamanı həmin daşı bağa tulladığını deyir. İfadənin yerində yoxlanmasına dair istintaq hərəkəti, 10 yanvar 2020-ci il tarixdə 45 dəqiqə 25 saniyə müddətində aparılmışdır. Həmin istintaq hərəkətinin videogörüntülərində bütün çəkiliş boyu Təqsirləndirilən şəxs daima ətrafa baxaraq sanki yardım istəməsi müşahidə edilir. Bunu hiss edən müstəntiq ona “fikrin burada olsun”- deyə xəbərdarlıq edir. Bundan başqa, bu istintaq hərəkəti zamani müstəntiq Nadir Mirzəyevin Təqsirləndirilən şəxs qabaqda getdiyinin və “bura gəl”- deyə Təqsirləndirilən şəxs öz arxasıyca apardığının şahidi olurlar. Videodan görünür ki, İlkin müstəntiqin arxasınca gedir və yaşayış evinin qapısına çatanda əlini qapı tərəfə uzadaraq evə girmək istəyir. Lakin müstəntiq İlkinin qabağınca, arxaya baxmadan məşğələ otağına tərəf gedir. Həm də məşğələ otağının qapısını özü açır və otağa öncə özü girir. Bu halda belə bir sual yaranır ki, müstəntiq Nadiq Mirzəyev məşğələ otağının orada yerləşdiyini hardan bilirdi?! Yaxud, əgər İlkinin etirafedici ifadəsində qeyd olunanlar doğru idisə və o, öz iradəsinə uyğun ifadə vermişdirsə, bu halda İlkin özü qabaqda getməklə müstəntiqləri öz arxası ilə aparmalı deyildimi?! Nəyə görə müstəntiq İlkini öz arxası ilə aparır. Məşğələ otağında İlkin 5-ci və 6cı sinfə aid olan hansısa dərslik axtarır, amma kitablara baxandan sonra fikirlərini bildirir. Əgər həqiqətən də o, kitablara əvvəldən baxmış olsaydı, onları vərəqləmədən danışardı. Eləcə də, İlkin 2-ci mərtəbədə də eyni ilə bu qaydada kitab axtarır. Hətta aşağıdakı rəflərə də baxır ki, bəlkə nəsə tapsın, amma baxandan sonra deyir ki, “bu kiril əlifbası ilədir”. Çəkilişin 9-cu dəqiqəsində İlkin 30 dəqiqəyə yaxın kitab axtardığını deyir, lakin müstəntiq tərəfindən ona bu müddətdə Şahid9 rahat şəkildə gözləyib-gözləmədiyinə və ya nə edibetmədiyinə dair heç bir sual verilməmişdir. Çox maraqlı və düşündürücü bir hal da ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ilədək alınmış 5 ifadənin heç birində ona heç bir sual verilməmişdir. Halbuki bu ifadələrdə onlarla sual qoyularaq cavablandırılmalı idi. Videogörüntünün 15-ci dəqiqəsində müstəntiq Nadir Mirzəyevin Təqsirləndirilən şəxs danışmaq istəmədiyini görüb ona tam yaxınlaşması və çiyni ilə toxunaraq ona təzyiq göstərdiyi açıq-aşkar görünür. Bu fakt hətta ifadənin yerində yoxlanılması zamanı da İlkinin təzyiq altında saxlanıldığını göstərir. Videogörüntünün 17-20-ci saniyəsində İlkin uşağın əllərini bağladığını deyir, ayaqlarını bağladığına dair müstəntiqin sualına isə “yox” deyə cavab verir. Halbuki o, etirafedici ifadədə uşağın ayağını da bağladığını bildirmişdi. Belə olan halda, müstəntiq sual verərək həmin ziddiyyəti aydınlaşdırmalı idi. Lakin müstəntiqin bu barədə də ona heç bir sual vermədiyinin şahidi oluruq. Nərminin təbii ehtiyaclarının təmin edilməsi məsələsinə gəlincə isə, o, nəcisin, sidiyin boya qablarına etdiyini, dolduqdan sonra aparıb atdığını və bu qabların sayının 47 gün müddətində cəmi 7-8 qab olduğunu bildirir. Çoxlu təzad və suallar doğurmasına baxmayaraq, müstəntiq yenə də əlavə suallara və aydınlaşdırmaya ehtiyac duymur. Videogörüntüdə cinayətin motivi ilə bağlı verilən suala Təqsirləndirilən şəxs “heç özümə də maraqlıdı, qəribə gəlir ki, motiv nə idi, bilmirəm”- deyə cavab verir. Videogörüntünün 24:55 dəqiqəsində isə müstəntiq aşağı səslə İlkinə xatırladır ki mən sizə demişdim cinsi əlaqə olmaz. Bunun ardınca isə siz qızı öpdünüzmü?- deyə sual verir. Qeyd etdikləri bu kimi hallar etirafedici ifadənin məhz istintaq orqanının müəyyən etdiyi ümumi senari əsasında təşkil edildiyini göstərir. Videogörüntünün 26-cı dəqiqəsində İkin deyir, “səhv etmirəmsə, meyiti buralara bir yerə qoydum”. Müstəntiqin yenə də sualının olmadığını görürük. Halbuki bu da mühüm olmaqla ətrafı araşdırma tələb edən hal idi. Eyni hal başa vurulmuş zərbə ilə bağlı sual zamanı da yaşanır. Müstəntiqin sualına cavab olaraq İlkin deyir ki, “başına daşla 1 zərbə vurdum”. Amma müstəntiq yaxşı bilir ki, qızın başına 5 zərbə dəyib və ölüm səbəbi də bu zərbələrdən olub. Videogörüntünün 42:40 dəqiqəsində İlkin müstəntiqə deyir ki, “sonrasını da bilirsiniz şöbədə baş verən olaylar” və 2-3 dəfə bu barədə danışmağa cəhd edir. Lakin müstəntiq buna imkan vermir. Müstəntiq başa düşür ki, bu fikri səsləndirməklə, Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci ildə saxlanıldıqdan sonra Tovuz RPŞ-də məruz qaldığı qanunsuzluqlara, işgəncəyə işarə edir. Buna görə də müstəntiq məqsədli şəkildə ona danışmağa imkan vermir. Eləcə də, ifadənin yerində yoxlanmasının sonunda müstəntiq, Tovuz RPŞ-in inzibati binasının qarşısında guya həmin 45 dəqiqəlik video çəkilişə Təqsirləndirilən şəxs baxıb öz fikrini bildirməsi üçün çəkilişi dayandırmaq lazım olduğunu bildirir. Bundan sonra kamera yenidən işə salınır. Kamera yenidən işə salınanda isə müstəntiq ilkindən soruşur. Videoçəkilişə baxdınız, əlavəniz və sualınız varmı? İlkin isə “videoya baxandan sonra deyəcəyəm”- cavabını verir. Lakin müstəntiq İlkinin bu cavabına da reaksiya vermir. Bu faktlar onu deməyə əsas verir ki, ifadənin yerində yoxlanmasının videogörüntüsünə, ümumiyyətlə, baxış keçirilməyib. Bu fakt həm də onunla təsdiq olunur ki, kamera söndürülən zaman orada iştirak edən 4 nəfərin duruş qaydası, ətrafla müqayisədə necə idisə və kameranın durduğu yer necə idisə, kamera yenidən işə salınan vaxtda da eyni mənzərə görünür. Bu hal həmin vaxt kameranın söndürülüb və dərhal işə salındığını və ifadənin yerində yoxlanılmasına dair videogörüntüyə baxış keçirilmədiyini təsdiq edir. Bu məsələ ilə bağlı incə bir nüansda diqqətdən kənarda qalmış və ona münasibət bildirilməmişdir. Təqsirləndirilən şəxs meyit yanan zaman öz telefonu ilə çəkmiş olduğu 47 saniyəlik videogörüntüdə olan danışığı onun təbii, özünəməxsus və gündəlik danışığı olmuşdur. Lakin xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması zamanı olan videogörüntülərdə Təqsirləndirilən şəxs ancaq ədəbi ifadələr işlədərək danışır. Açıq-aşkar 47 saniyəlik videogörüntü ilə ifadənin yerində yoxlanılması videogörüntüsündəki danışıq fərlidir. Birincidə təbii ləhcə ilə danışan İlkin, ikincidə işgəncə verilərək ifadəsi əzbərlətdirilmiş və bu ifadəni təkrarlamağa məhkum İlkini görürük. Bu incə, ancaq mühüm xüsusatda da məhkəmə nə əhəmiyyət, nə qiymət vermiş, nə də münasibət bildirməmişdir. Göründüyü kimi, yuxarıda qeyd etdikləri bu və digər faktlar İlkinin işgəncə altında alınan ifadəsində qeyd olunan məlumatların yalan olduğunu, işin faktiki hallarına uyğun gəlmədiyini və həmin ifadənin həqəqətən də işgəncə altında alındığını bir daha sübut edir. Buna baxmayaraq, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı başqa hər hansı bir mötəbər sübutla deyil, hələ də ondan zorla alınmış və həqiqətə uyğun olmayan ifadə ilə əsaslandırmağa çalışır. İfadədə göstərilən bütün zidiyyətlərin başında duran başlıca səbəb təqsirləndirilən şəxsin təzyiq altında olmasıdır. Həmin təzyiqlər əsasında o öz əleyhinə vermiş olduğu ifadələrlə ittihama kömək etməyə məcbur edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin yanvar ayının 8-dən sonra verdiyi ifadələr onun əleyhinə olan ittihama yardım etmək məqsədi daşımışdır. Təqsirləndirilən şəxsin işgəncə altında olması və vermiş olduğu ifadələr işin hallarına və hadisənin törədilmə mexanizminə uyğun olmadığından müdafiə tərəfi qeyd edir ki, o öz əleyhinə ifadə verməyə məcbur edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hadisəni yəni uşağın yandırılmasını görən ilk şəxsdir. Hadisə zamanı o, yanvar ayının 6-da polislər tərəfindən avtomobilə mindirlərək polis şöbəsinə aparılmışdır. 8 yanvar 2020-ci il tarixdə onun evində axtarış aparılır, onun əynində olan paltalr götürülür və o, həmin günü şahid qismində dindirilir. Şahid qismində dindirilən zaman hadisəni necə görüdüyünü qeyd edir. Onun həmin ifadəsində cinayət ilə hər hansı bir bağlılğının olmasına dair heç bir fikir səsləndirilmir. Bundan sonra yanvar ayının 10-da təqsirləndirilən şəxs müstəntiq tərəfindən heç bir əsas göstərilmədən, eyni zamanda, Təqsirləndirilən şəxs yenidən ifadə verməsi ilə bağlı heç bir fikri olmadığı halda, o, şahid qismində yenidən dindirilir. Həmin vaxt artıq təqsirləndirilən şəxsin evinə baxış keçirilmiş və oradan qan nümunələri tapılmışdır. Yəni artıq təqsirləndirilən şəxsin evi ikinci dəfə axtarışa və baxışa məruz qalmış, eyni zamanda, onun özünün paltarları və evlərindən müəyyən əşyalar istintaq oqarnı tərəfindən götürülmüşdür. Deməli, təqsirləndirilın şəxsə qarşı artıq şübələr yaranmağa başlamışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxs müstəntiq tərəfindən şahid qimsində dindirilməyə məcbur edilir. İfadənin məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxs özü könüllü olaraq ifadə verməmişdir. Həmin ifadənin verilməsində təqsirləndirilən şəxsin təşəbbüs göstərməsinə iş materiallarında hər hansı bir fakta rast gəlinmir. Beləliklə, təqsirləndirilən şəxsin evindən paltarlarının götürülməsi və evin həyətindən qan nümunəsi götürülməsi onu deməyə əsas verir ki, artıq istintaq orqanı ondan şübhələnirdi. Lakin buna baxmayaraq 4 gün idi ki, o hələ də şahid statusunda idi və qanunsuz olaraq həbsdə saxlanırdı. Çünki təqsirləndirilən şəxs həmin anda sərbəst olaraq Polis Şöbəsini tərk edə bilmirdi. Onun yanvar ayının 6-dan polis şöbəsində olmasını işdə olan sübutlarla, eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun yaxınlarının vermiş olduğu ifadəsi ilə də tam təsdiq edilir. Təqsirləndirilən şəxsin ifadəsinin verilməmişdən qabaq onun ifadə verməyə hər hansı bir cəhd etməməsi onun yanvar ayının 10-da vermiş olduğu ifadəsinin öz iradəsi ilə deyil, təzyiq altında verilməsini təsdiq edir. İstintaq orqanı təqsirləndirilən şəxsin yenidən dindirlməsinin zəruriliyini heç bir arqumentlə əsaslandırmamışdır. Müdafiə tərəfi eyni zamanda qeyd edir ki, 8 yanvarda vermiş olduğu ifadəsində şəxsin cinayət ilə əlaqəsinin olmasına dair heç bir fikir yoxdur. Onda yanvar ayının 10-da nə baş verdi ki, təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə başladı. Əslində həmin hadisənin başlanğıcı 8 yanvarda qoyulmuşdur. Ölkə prezidenti qətlin üstünün açılmasına qoymuş olduğu 3 günlük müddət artıq başa çatırdı. İstintaq orqanı təlaş və qorxu içərisində idi. Nəyin bahasına olursa-olsun, tapşırıq yerinə yetirilməli idi. Burada ən yaxşı qurban isə Təqsirləndirilən şəxs ola bilərdi. Hadisə yerində olan və meyiti görən ilk şəxsin ittiham edilməsi yerinə düşə bilərdi. Həmin vaxt Təqsirləndirilən şəxs yaxşı qurban tapmaq mümkünsüz idi. Verilmiş tapşırığın üçüncü günü günahçıxardan Arzu Daşdəmirov, Şirzad Hüseynov, Kamal Qılıcov, Azər Dostuyev, Şahlar Cəfərov iş başındadır. Təqsirləndirilən şəxs əlləri bağlanır, başına qazan keçirlib üstündən bərk formada vurulur (sparta üsulu) ayaqlarının altına rezin dəyənək ilə vurulur (falaqqa), qollarından iplə asılır. Üz nahiyəsinə şillə ilə vurulur. Döyüldükdən sonra qandal ilə istilik peçinə bağlanır. Bunlardan yana, Təqsirləndirilən şəxs özünə böhtan kompaniyası başlanılır. Böhtan kompaniyasının nəticəsi olaraq məlum ifadə verilir. Həmin ifadədə göstərilən xüsusatların heç biri işin faktiki halları ilə üst üstə düşmür. Əksinə, verilmiş ifadə işdə olan digər sübutlarla tam təkzib edilir. İfadədə göstərilən bütün zidiyyətlərin başında duran başlıca səbəb təqsirləndirilən şəxsin təzyiq altında olmasıdır. Və həmin təzyiqlər əsasında öz əleyhinə olan ittihama kömək etməyə məcbur edilmişdir. Göründüyü kimi, təsirləndirilən şəxsin yanvar ayının 8-dən sonra verdiyi ifadələr onun əleyhinə olan ittihama yardım etmək məqsədi daşımışdır. İstintaq eksperimentinin protokolunda da ciddi saxtakarlığa yol verilmişdir. Həmin istintaq eksperimentinin işdə olan protokolundan görünür ki, eksperiment saat 19:27-də başlınılmış, 19:39-da isə başa çatmışdır. Lakin həmin protokolun sonunda isə istintaq eksperimentinin saat 19:27-də başladığı, 20:05-də başa çatdığı qeyd olunub. Bundan başqa, həmin istintaq eksperimentinin saat 19:27-dən, saat 20:05-dək olan müddətdə aparıldığı da doğru deyildir. Belə ki, işdə olan dindirmə protokolundan görünür ki, istintaq eksperimentini aparan müstəntiq Nadir Mirzəyev həmin vaxt başqa istintaq hərəkəti aparmışdır. Belə ki, o, həmin vaxt Şahid14 adlı şəxsi şahid qismində dindirmiş, dindirmə prosesi saat 19:00-da başlamış, 20:10–də başa çatmışdır. Göründüyü kimi, eyni müstəntiqin, eyni vaxtda 2 müxtəlif istintaq hərəkətini aparması mümkün deyildir. Bunu görən müstəntiq Nadir Mirzəyev sonradan Şahid14 dindirmə protokolunda da saxtakarlıq edərək, həmin protokolda dindirilmə prosesinin başlandığını göstərən 19:00-un üzərində düzəliş edərək, 20:00 etmiş, bitmə vaxtını göstərən 20:10-un üzərində isə düzəliş edərək 21:50 yazmışdır. Bu düzəliş gözlə aydın şəkildə görünür. Belə olan halda, həmin istintaq eksperimentinə dair protokol da sübutlar siyahısından çıxarılmalıdır. Hətta bu düzəlişdən sonra da, istintaq eksperimentinin aparılma vaxtı ilə Şahid14 dindirilmə vaxtı yenə də üstüstə düşür. Hadisə yerində Təqsirləndirilən şəxs davranışları ilə bağlı qeyd edirlər ki, sıravi polis əməkdaşı olan və bir neçə aylıq təlim keçmiş Şahid13 fərqlı olaraq Təqsirləndirilən şəxs daha çox mütəaliə etmişdir və təbii ki yüksək intellektli bir şəxs olaraq hadisə yeri, onun anlayışı, sübutlar, izlər barədə nəinki Şahid13, hətta Tovuz RPŞ-nin əksər əməkdaşlarından üstün biliklərə malik olmuşdur. Yəni bunda qeyri-adi heç nə yoxdur. Bunu hansısa element kimi qələmə vermək isə absurddur. Özünün bu cinayətdə əlaqəsi olmayan şəxs kimi göstərməsi, yəni yanğınla arasında olan məsafəni, ayaq izinin ora düşməməsi, ayaqqabısının ayağında olması və.s. Məhkəmənin bu qənaətinin də heç bir məntiqi izahı yoxdur. Bu günki dövrdə əksər insanlar cinayət hadisəsi, hadisə yeri, əlbarmaq və ayaq izləri barədə yetərli məlumatlara malikdirlər. Bu TV-də olan filmlər, eləcə də, kriminal məlumatların yer aldığı verilişlər sayəsində baş verir. Sıravi insanlardan fərqli olaraq, Təqsirləndirilən şəxs daha çox mütaliə etmiş bir şəxsdir. Məhkəmənin məntiqi ilə getsək maraqlı sual yaranır: Əgər Təqsirləndirilən şəxs doğurdan da cinayətkardırsa, uşağı oğurlayıb onu 47 gün gizləyə bilibsə, hamının axtardığı bir şəxsi bacarıqla tapmağa imkan verməyibsə, o zaman bu şəxsin meyiti gizlətmək üçün başqa çıxış yolları yox idimi? Təbii ki, vardı. İntellektual şəxs kimi meyitdən qurtulmaq üçün onlarla üsul və yollar vardı. Bəs onda bu şəxs niyə meyiti evinin qarşısında yandırıb hamını köməyə çağırmışdı. Ən azından bunu da etməyə bilərdi, bəyəm o bilmirdi ki, ilk sorğuya çəkilən özü olacaq və ilk şübhədə ona yönələcək. Meyiti həyətlərində gizlətdiyi təqdirdə kim tapacaqdı, yaxud elə hadisə yerində olan istifadəsiz köhnə ayaqyoluna atsa idi- nə olacaqdı. Sadəcə, məsələ ondadır ki, Təqsirləndirilən şəxs bu cinayətlə əsla əlaqəsi yoxdur və olmamışdır. Meyitin o şəkildə tapılması onu qətlə yetirmiş və oraya gətirib atmış şəxslərə lazım idi ki, bunu da etdilər. Bu məsələ ilə bağlı incə bir nüans da diqqətdən kənarda qalmış və ona münasibət bildirilməmişdir. Təqsirləndirilən şəxs meyit yanan zaman öz telefonu ilə çəkmiş olduğu 47 saniyəlik videogörüntüdə olan danışığı onun təbii, özünəməxsus və gündəlik danışığı olmuşdur. Lakin xx.xx.2020-ci il tarixli ifadənin yerində yoxlanılması zamanı olan videoda Təqsirləndirilən şəxs ancaq ədəbi ifadələr işlədərək danışır. Açıq-aşkar 47 saniyəlik videogörüntü ilə ifadənin yerində yoxlanılmasına dair videogörüntdə danışıq fərqlidir. Birincidə təbii ləhcə ilə danışan İlkin, ikincidə işgəncə verilərək ifadəsi əzbərlətdirilmiş və bu ifadəni təkrarlamağa məhkum İlkini görürük. İttihamda göstərilən digər bir xüsusat təqirləndirilən şəxsin uşağı soyuq yerdə saxlayıb ona işgəncə verməsidir. Uşağın həmin otaqda yəni soyuq yerdə 47 gün saxlanması mümkünsüzdür. Həmin otaqda uşağın saxlanmasını təsdiq edən heç bir fakt yoxdur. Yəni orada uşağa məxus tük eyni zamanda paltar lifləri aşkar edilmir. Ən nəhayət, məhkəmə istintaqı zamanı dindirilən məhkəmə-tibb eskperti ifadəsində qeyd etmişdir ki, uşağın meyitində çürümə əlamətlərinin olması onun 2-3 gün öncə öldürülməsinə dəlalət edən haldır. Həmin çürümə əlamətlərinin 2-3 günə yaranması üçün otaqda 25 dərəcə olmalı idi. Bundan başqa, ekspertiza rəyində uşağın meyitində soyuq yerdə saxlanması ilə bağlı ağ ciyərlərdə iltihabi prosesin olması ilə bağlı məsələ də yuxarıda qeyd edilən arqumentlə istisna edilir. Bu arqumenti əslində ittiham tərəfi də qəbul etmişdir. Belə ki, ittiham aktında uşağın 2-3 gün öncə öldürülməsinin qəbul edilməsi və bunun itthamda göstərilməsi özlüyündə uşağın isti yerdə saxlanması ilə bağlı fikrin qəbul edilməsidir. Bundan başqa, ittihamda uşağın ac saxlanması ilə bağlı məsələlər işin halları ilə təkzib edilir. Birincisi təqsirləndirilən ifadəsində hər gün onun yanında olmasını göstərmiş, evdə bişən yeməklərdən ona aparıb verməsini qeyd etmişdir. Bu məsələlər onu deməyə əsas verir ki, uşağın otaqda ac saxlanması ilə bağlı ittihamda göstərilən məsələlər işin halları ilə təkzib edilir. Məhkəmə hökmündə mötəbər sübut kimi istinad etdiyi sübut 08 və 09 yanvar 2020-ci il tarixli Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi protokollarıdır. Həmin protokolların hansı səbəbdən mötəbər hesab edilməsi məhkəmə hökmündə göstərilməyib. Əslində qeyd edilən protokollar arasında zidiyyətlər vardır. Belə ki, 08 yanvar 2020-ci il tarixli protokol üzrə aparılan axtarış zamanı cinayət hadisəsi üçün əhəmiyyət kəsb edən hər hansı bir sübut aşkar edilmir. Lakin 09 yanvar 2020-ci il tarixdən isə aparılan axtarış zamanı oradan qan nümunəsi tapılır. Göründüyü kimi, hər iki protokol biri digərini təkzib edir. Məhkəmə tərəfindən bu şübhəli məqamlar nəzərə alınmadan həmin protokolların sübut kimi əsas götürülməsi anlaşılan deyildir. Müdafiə tərəfi bununla bağlı çıxışılarında, eyni zamanda, sənədlərin tədqiqində öz münasibətini bildirib, lakin məhkəmə müdafiə tərəfinin həmin sənədlər ilə bağlı münasibətinə cavab verməyib. Müdafiə tərəfi bununla bağlı qeyd edir ki, 08 yanvar 2020-ci il tarixdə keçirilən baxış zamanı heç bir predimet aşkar edilmədiyi halda, 09 yanvar tarixində divardan qanın tapılması şübhəli məqamlardan xəbər verirdi. Bunlarla yanaşı, hər iki baxış zamanı eyni hal şahidlərindən istifadə edilmişdir. Məhkəmənin mötəbər hesab etdiyi digər sübut 2-ci qrupa aid olan qan qrupu ilə bağlıdır. İkinci qrup qan nümunəsinin olması özlüyündə mötəbər sübut hesab edilə bilməz. İkinci qrupa aid olan yüz minlərlə insan mövcuddur. Hətta qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin yaxın qohumlarının 6 nəfərinin qan qrupu ikinci qrupdur. Məhkəmə həmin şəxslərin Təqsirləndirilən şəxs yaşadığı evə mütəmadi gəlməsini və həmin qan nümunəsinin onlara da məxsus ola bilməsini qəbul etməmişdir. Məhkəmənin yanaşmasından doğan nəticə ondan ibarətdir ki, 47 gün otaqda heç kimin olmamasını əsas gətirib qan nümunəsinin yalnız Nərmin Quliyevaya məxsus olmasını israrla qeyd etmişdir. Qan nümunəsi otaqdan tapılmayıb, sadəcə, məhkəmə müdafiə tərəfinin dəillərini təkzib etmək üçün heç bir fakt tapmadığından qanı otaqdan tapmağa məcbur qalmışdır. Halbuki ilkin vaxtlarda oradan qan tapılmamışdır. Beləliklə, müdafiə tərəfi qeyd edir ki, məhkəmə tərəfindən qeyd edilən qan nümunəsinə istinad edilməsi özlüyündə əsaslı şübhədən kənar sübut standartı tələbindən boyun qaçırma kimi qiymətləndirilməlidir. Qeyd edilənlərlə yanaşı, Nərmin Quliyevanın qan nümunəsinin 4-cü qrup olması ilə bağlı məsələlərdə şübhəli məqamlardan biridir. İlkin vaxtlarda Nərmin Quliyevanın qan qrupu 4cü qrup kimi məlum idi. Bundan başqa, müdafiə tərəfi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ikinci qan qrupunun daşıyıcısı olan 6 nəfər yaxın qohumları barədə arayışlar təqdim etmişdir və həmin arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs qardaşı arvadının və uşaqlarının, əmisinin və onun uşaqlarının qanları 2-ci qrupa aiddir. Qeyd edilənlərdən doğan nəticə ondan ibarətdir ki, həmin qan nümunəsi əsaslı şübhədən kənar sübut standartlarına cavab vermir. Ekspertiza rəyindən də göründüyü kimi, həmin qan Nərmin Quliyeva ilə yanaşı, ikinci qrup qan daşıyıcısı olan başqa şəxslərə də məxsus ola bilər. Beləliklə, bu sübut Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilinməsi üçün əsas verə bilməz. Məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində Nərminin meyitini götürərək həyətdə olan saxlanc otağına gətirərək ölməsinə tam əmin olmaq üçün yerdən daş götürüb, yenidən otağa daxil olub Nərminin baş nahiyəsindən bir dəfə zərbə endirmişdir». Məhkəmə deyirki, İlkin yalan danışa bilməz, düzünü deyib 10 və 11 yanvar tarixli ifadələrində. “Kompleks məhkəmə psxoloji və psixatrik ekspertizasının 865 nömrəli 12 may 2020-ci il tarixli rəyi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdə özündən uydurmaq, həqiqəti əks etdirməyən fikirlər söyləmək, fantaziya əlamətlərinin müəyyən edilməməsi barədə rəyi ilə” bu məhkəmənin hökmdə yazdığı cümlədir. Onda Nərmin xx.xx.2020-ci il tarixdə saat 19:00-da ölmüşdü. Ancaq məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən o, 2-3 gün əvvəl artıq ölmüşdü. Ölümə səbəb də başa vurulan zərbələr nəticəsində baş vermiş xəsarətlər olmuşdur. Digər xüsusat isə odur ki, məhkəmə bir məqamı diqqətdən kənarda qoymuşdur. Həyətdə olan saxlanc otağına gətirərək ölməsinə tam əmin olmaq üçün yerdən daş götürüb, yenidən otağa daxil olub Nərminin baş nahiyəsindən bir dəfə zərbə endirmiş olan İlkin onu dərhal da aparıb çöldə yandırmışdır və onun qayıdıb qanın töküldüyü yeri təmizləmək imkanı olmamışdır. İlkin yaşadığı evə 7-10 yanvar tarixlərində fasiləsiz baxışlar keçirilməsini, bu baxışlarda heç nəyin aşkarlanmadığını nəzərə alaraq, bunun mümkünsüz olmasını bəyan edirlər. Habelə Təqsirləndirilən şəxs üzərindən və geyimlərindən 2-ci qrup qan tapılmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evin hamam otağının suvaq hissəsi üzərində olan qan ləkələrinin X20 məxsus olması istisna olunmur kimi qənaətə gəlmişdir. İfadələrdə meyitin hamama aparılmasına dair heç bir cümlə yoxdur. İstintaqda bununla bağlı araşdırma aparılmamışdır. Belə olan halda, bu qənaət haradan, necə yaranmışdır, bax bu müəammalıdır. Məhkəmə daha sonra X15 meyitinin müayinəsi zamanı sonuncunun öldükdən sonra ürəyindən götürülmüş 30 qramlıq qan nümunəsindən təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2020-ci il tarixli 37/2020- MTBŞ №-li rəyi ilə X15 qan qrupu Abeta(H)/İİ/ olması müəyyən edildiyini, eyni rəylə Nərmin Quliyevaya məxsus yanmış geyim əşyaların qalıqları üzərində insan qanı ləkələri aşkar olunduğundan və bu qan ləkələrinin də A beta (H)/İİ/, qruplu şəxsə, o cümlədən Nərmin Quliyevaya məxsus ola bilməsi müəyyən edildiyini, habelə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2020-ci il tarixli 23/2020-MTBŞ №-li rəyi ilə X15 qrup göstəricisi A(H)/İİ/, suvaq hissəsi üzərində olan ləkədə insan qanının aşkar olunması və göstərilən qan ləkələrinin A(H)/İİ/ qrup göstəricisi olan şəxsə, o cümlədən X20 məxsus ola bilməsi müəyyən edildiyini hökmdə qeyd etməkdədir. Bu zaman isə bir çox məsələlərə aydınlıq gətirmir və bu hallara heç bir qiymət verməmişdir. Əvvəla, iş üzrə mövcud sənədlərlə, konkret olaraq cild 12, səhifə 171-173-də olan 15-xx.xx.2020-ci il tarixli AR SN MTE və PA ETT-nin kimyaçı eksperti Nərminə Novruzovanın verdiyi məhkəmə-biloloji eskpertizasının 156/K saylı ekspert rəyində N.Abbasovun imzası ilə daxil olmuş N.Şahid3 qan nümunəsinin 80 qram olmasını görürük. 30 qram qan birdən- birə 80 qrama necə çevrildi, əlavə edilmiş 50 qram qan kimə məxsusdur, haradan əldə edilmişdir, onu bu möhürlü flakona kim tökdü, bu və digər çoxsaylı cavabları nə istintaq, nə də ki məhkəmə cavablandırmamış, buna qəti münasibət bildirməmişdir. Şahid9 qan qrupunun 4-cü qrup olmasına dair təqdim edilmiş sənədlərə isə məhkəmə sanki bu sənədlər yox kimi münasibət göstərmişdir. Nərmin Quliyevaya məxsus yanmış geyim əşyaların qalıqları üzərində aşkarlanmış insan qanı ləkələri, suvaq hissəsi üzərində olan ləkədə insan qanının aşkar olunması və göstərilən qan ləkələrinin A(H)/İİ/ qrup göstəricisi olan şəxsə, o cümlədən X20 məxsus ola bilməsi yetərincə qaranlıq məsələ olaraq qalmaqdadır. Bununla bağlı genetik tədqiqat aparılmayıb və sadəcə qan qrupunu əsas götürməklə, bunun Şahid9 məxsus olmasını iddia etmək qeyri-peşəkarlıqdır. İstintaqın əlində olan hər fürsətdə istifadə edilmiş olan 13 qatlı gümüşü rəngli boya ilə rənglənmiş qırmızı rəngli parçanın üzərində yetərincə qan olsa da, istintaq özünü əziyyətə salmayaraq, bu qan nümunəsini ekspertiza üçün tədiqata təqdim etməmişdir. xx.xx.2020-ci il tarixdə Şahid9 meyiti müayinə olunduqdan sonra, onun müayinədən 3-4 gün əvvəl başına dəyən kəsici və deşici alətdən (alətlərdən) aldığı azı 5 zərbədən öldüyü və meyitin çürüməsi faktı müəyyən edilib. Maraqlısı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs işgəncə yolu ilə alınmış ifadələrdə o, Şahid9 xx.xx.2020-ci il tarixdə, daşla başına 1 zərbə vuraraq öldürüldüyünü bildirmişdir. Bununla bağlı məhkəmədə ifadə vermiş tibbi ekspertlər tərəfindən də yetirilmiş zərbələrin bir deyil, iki əşya ilə yetirilməsi inkar edilmədi. Çünki tibbi rəyin 11-ci səhifəsində ikinci abzasda qeyd olunub ki, baş nahiyəsindən götürülmüş 4 ədəd dəri parçası üzərindəki yaralar küt yaranma mexanizminə malik olub, ola bilsin ki, üzərində çıxıntı (çıxıntılar) olan hər hansı bir küt əşyanın təsirindən əmələ gələ bilərdi. Ancaq Şahid9 kəllə tağının fraqmentinin sol təpə nahiyəsində iki ədəd xətti sınıq aşkar olundu ki, bu sınıqlarda küt yaranma mexanizminə malikdirlər, çox güman ki hər hansı bir geniş səthə malik bərk küt əşya və əşyalarla ən azı iki zərbənin təsirindən əmələ gəlmişdir. Deməli, iki alətin mövcudluğu təsdiq olunur. Eləcə də, yetirilmiş zərbə sayının beşdən çox olması da ekspert tərəfindən mümkün hesab edilmişdir. Baş nahiyəsində olan 5 ədəd yaranın, 4 ədədinin uzunluğunun 3 sm olması, bu zədələrin daşla deyil, digər predmetlə yetirilməyə xas olmasından xəbər verir. Çünki daş ilə xəsarət yerilidiyi təqdirdə zərbənin dəydiyi səth və yetirmiş olduğu xəsarətin izləri daha iri ölçülü olmalı idi. Rəydə ekspert qarşısında qoyulan 5-ci suala verilmiş cavabda Şahid9 meyitinin müayinəsi zamanı meyitdə zəif çürümə dəyişikliyinin aşkar edildiyi qeyd olunmuş və ekspert bunu nəzərə alaraq, ölüm faktının meyitin müayinəsindən təqribən 2-3 sutka qabaq baş verdiyi qənaətinə gəlmişdir. Lakin çürümə ilə bağlı sualları cavablandıran ekseprt S.İsgəndərov bildirmişdir ki, meyitdə az çürümə əlamətlərinin olması onun normal otaq temperaturunda saxlanması ilə bağlıdır. İttihamın iddia etdiyi kimi isə, soyuq, qızıdırılmayan otaqda saxlandığı təqdirdə onda çürümə baş verməməli idi. Digər tərəfdən isə, meyitdə olan dərialtı piy qatının normal vəziyyətdə olması da onun normal hava şəraitdə saxlanılmasının sübutudur. Rəydə həmçinin məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika hazırlanmadığından, bu haqda konkret fikir söyləmək mümkün olmadığı qeyd olunur. Lakin daha sonra rəydə eskpertlər meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq, meyitin birmomentli yandırılmasını güman etməyin mümkünlüyünü qeyd etmişlər. Göründüyü kimi, rəydə bir tərəfdən meyitin təkrar yanmaya məruz qaldığını müəyyən etmək üçün məhkəmə təbabətində elmi metodikanın mövcud olmadığı bildirilir, digər tərəfdən isə meyitin birmamentli yandırıldığı barədə fikir irəli sürülür. Əvvəla müasir dövrdə, yəni elmin, texnikanın yüksək inkişaf etdiyi XXİ əsrdə meyitin təkrar yanmaya məruz qaldığını müəyyən etmək üçün elmi metodikanın olmadığı inandırıcı deyil. Digər tərəfdən, əgər belə bir metodika mövcud deyildirsə, bu halda rəydə həmin suala cavab verilməsinin mümkün olmadığı konkret olaraq qeyd olunmalı və gümanlara əsaslanan, qeyri-dəqiq cavab verilməməli idi. X31 xx.xx.2019 tarixində itkin düşüb və 06.01.20 tarixində 47 gündən sonra Təqsirləndirilən şəxs evinin 30 metrliyində onun cəsədi yanan halda tapılıb. Ancaq ortada olan bir cox dəlillər bir mənalı şəkildə, tam əminliklə deməyə əsas verir ki, meyit birinci dəfə məhz hadisə yerində yandırılmamışdır. Tapılmış meyit öncədən cinayətkarların əlində olmuş və onu əsl cinayətkarlar vacib bildikləri şəkildə, lazım olan yerlərini yandırmış, sonra ona Nərminin paltarlarına oxşar paltarlar geyindirərək gözdən pərdə asmaq məqsədi ilə Təqsirləndirilən şəxs evinin qarşısında təkrar yandırmışlar. İstintaq belə qənaətə gəlmişdir ki tapılmış meyit Təqsirləndirilən şəxs evinin qarşısında 5 dəqiqə 49 saniyə müddətində bir momentli yandırılmışdır. Ancaq istintaqın bu qənayətə gəlməsini əsaslandıra biləcək ortada hec bir əsaslı subut yoxdur. İlk öncə meyiti müayinə edən ekspertlərin rəyində də meyitin bir momentli yandırılması bir mənalı şəkildə ortaya qoyulmur. Ekspert rəyi meyitin bir momentli və ya iki momentli yandırılmasını bir mənalı şəkildə nə təkzib, nə də təstiq etmir. Meyitin çox momentli yandırılmasını subut edəcək kifayət qədər əsasların olmasına və onun bir momentli yandırılmasını təstiq edə biləcək ortada hec bir ciddi əsasların olmamasına rəğmən, rəydə meyitin bir momentli yandırılması fərziyəsinin daha üstün hesab edilməsi ekspertlərin bu rəyi bilərəkdən təhrif etməsinin bariz nümünəsidir. Hətta məhkəmədə ekspertlərin dindirilməsi zamanı vəkilərin ünvanladığı suala meyitin paltarı yanmadan onun altında olan bədən hisəsinin kömürlənmiş dərəcəyə qədər yanmasının mümkünlüyünü soruşması və ekspertin bunun mümkün olması kimi absurt fikiri səsləndirməsi də onların bu işdə maraqlı olduqlarını bir daha subut etmiş olur. Digər tərəfdən vəkillərin ekspertə ünvanladıgı “siz meyitin bir momentli yandırılması fərziyəsini daha üstün hesab etmənizi nə ilə əsaslandıra bilərsiz” sualına mən bu suala cavab verə bilmərəm deməsi də bir daha verilən rəyin doğru olmadığını təsdiqləmiş olur. Hadisə yerinə gələn bütün kənd sakinləri və həmçinin bu günə kimi istintaqda, məhkəmədə ifadə verən bütün şahidlər, o cümlədən Şahid9 valideyinləri və digər yaxın qohumları bildirdilər ki, cəsəd nə yandığı vaxt, nə də söndürüləndən sonra orada heç bir yanıq iyi hiss olunmayıb. Necə ola bilər ki piy qatı normal vəziyyətdə olan insanın bədəni yandırılsın, lakin onun yanıq qoxusu hiss olunmasın?! Bu absurddur. Bu hal yalnız meyit təkrar yandırıldığı halda mümkün ola bilərdi. İstintaq doğurdan da meyitin həmin yerdə yandırılmasını müəyyən etmək istəyirdisə, o zaman həmin yerdən niyə torpaq nümunələri götürərək orada insan yağının olub-olmadığını dəqiqləşdirməyib. Meyitin əlləri və ayaqları yüksək şəkildə yandığından meyitin əl və ayaqlarında hər hansı bir bağlama izlərinin olubolmadığını ekspert müəyyən edə bilməyib. Həmçinin meyitin torpaqla təmasda olan arxa hissəsinin də kömürləşmiş halda yandığını nəzərə alsaq (hansı ki, bu mümkün deyil), bu halda meyitin əynində olan qırmızı rəngli sintetik gödəkcənin bir hissəsinin və ayağındakı yaşıl ayaqqabısının kənardan rahat görünə biləcək qədər yanmamış halda qalması mümkün olmazdı. Hadisə yerinə gələn Tovuz RPŞ-in rəisi bu cəsədin əynində qalan həmin paltarlara əsaslanaraq, həmin cəsədin Şahid9 məxsus olduğunu elan edib. Əgər meyitin əynində olan, yanmamış-mühafizə olunan paltar fraqmentlərinin yerləşdiyi hissələrdə, paltarların altında olan dəri nahiyələri də yanmış vəziyyətdə, hətta kömürləşmə dərəcəsinə qədər yanmaya məruz qalmış vəziyyətdədirsə, bu halda necə ola bilər ki, yanmamış həmin sintetik paltarların alt hissəsindəki bədən nahiyəsi yanmış olsun? Əksinə, bədənin daha az yanmış nahiyələrində olan paltarların isə tamlığı pozulmuşdur. Bu, absurddur. Bu paradoksu məhkəmədə ifadə vermiş ekspertlər də izah edə bilmədilər. Bundan başqa, ekspert rəyində meyitin həm arxa, həm də qabaq hissəsinin eyni dərəcədə, kömürləşmiş dərəcəyə qədər yandığı qeyd olunub, halbuki hadisə yeri torpaq qatından ibarət hamar sahədir və istintaq iddia edir ki, meyit arxası üzərində həmin torpağa qoyularaq yandırılmışdır. Belə olan halda, onun arxasi ilə qabaq hissəsi eyni dərəcədə, özü də kömürləşməyə qədərki dərəcədə yana bilməzdi. Çünki meyitin arxa hissəsi torpaq üzərində olduğu üçün, həmin hissəyə oksigen axını daxil olmadığından yanğın nə baş verə, nədə ki davam edə bilməzdi. Elmi ədəbiyatdan məlumdur ki, yanmanın baş verməsi və yaxud da davam etməsi üçün mütləq oksigen axını olmalıdır. Bu olmadığı təqdirdə yanğının baş verməsi mümkün deyil. Məhkəmə iclasında ifadə verən Seyfulla İsgəndərov də bu faktı təsdiq etdi və bildirdi ki, meyit arxası üstə torpağa uzadılmış vəziyyətdə yandırıldığı halda, onun həm arxa, həm də qabaq hissəsi eyni dərəcədə yana bilməz. Lakin ekspert S.İsgəndərovun imzaladığı rəydə isə, ümumiyyətlə, bu amil nəzərə alınmamışdır və bu da həmin rəyin qeyri-obyektiv olduğunu bir daha təsdiq edir. Meyitin arxa və qabaq nahiyələrinin eyni dərəcədə yanması, həmçinin bədən yandığı halda əynində olan paltarların yanmaması, bütün şahidlərin yanğın zamanı meyitdən iy gəlmədiyini təsdiq etmələri, rəydə göstərildiyi kimi, meyitin piy qatının tam normal vəziyyətdə olması, həmçinin meyitin yandırıldığı yerdə insan yağının qalmadığına dair faktlar həmin meyitin əvvəl başqa yerdə yandırıldığını, sonra onun əyninə paltar geyindirməklə, gətirib İlkinin yaşadığı evin qabağına atmaqla, təkrar yandırıldığına dəlalət edir. Əgər meyit ilk əvvəl həmin yerdə yandırılsa idi, həmin yerdə və ordan götürülən torpaq nümunələrində mütləq insan yağının qalıqlarına rast gəlinməli idi. Lakin ekspertlər tərəfindən bu suallara da cavab verilməmişdir. Ekspertin məhkəmədə ifadə verərkən guya həmin şəraitdə meyitin arxa hissəsinin də yana biləcəyi barədə fikirlərinin də əsassız olduğunu ona təqdim etdikləri və özünün də ifadəsində istinad etdiyi elmi ədəbiyyatdan istiqbasla, yəni 1997-ci ildə nəşr edilmiş, professor A.A.Matışevanın rəhbərliyi ilə hazırlanmış “Meyitin tapıldığı yerdə baxış keçirilməsi” adlı elmi-metodiki praktik vəsait olan, ekspertlərin öz rəylərində mütləq istinad etdikləri elmi ədəbiyyatla da isbatlamışlar. Həmin elmi ədəbiyatda iki mühüm faktor qeyd edilmişdir: meyitlərin daha sonrakı yandırılması ilə törədilmiş qətllər zamanı meyitin səthlə təmasda olan nahiyələrində yanıq izləri olmur. həmçinin belə hadisələr zamanı onurgadakı qığırdaqlarda alovun təsiri ilə susuzluq yaranması səbəbi ilə bədənin onurğasının ölçülərində kiçilmələr yaranır ki, bu da sonradan bədənin uzunluğunda əhəmiyyətli azalmaya səbəb olur Məhkəmə hadisənin törədilməsi ilə bağlı vasitənin təqsirləndirilən şəxs tərəfindən doğru deməsi ilə bağlı mövqeyi anlaşılan deyildir. Ümumiyyətlə, hadisənin hansı alətdən törədilməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin baş nahiyəsinin çürüməyə məruz qalması nəticəsində yetirilmiş xəsarətin dəmir alətlə yetirilməsinin müəyyən edilməsinin mümkünsüz olması barədə ekspertiza rəyi də önəmli məsələlərdən biridir. Yəni çürümə olmasa, bu zaman xəsarətin hansı alətdən dəqiq yetirilməsinin müəyyən edilməsi mümkün olardı. Xəsarətin ölçülərinin eyni olması məsələsi də mübahisəli məsələlərdən biridir. Onda məhkəmə xəsarətlərin yetirilməsi ilə bağlı alətin müəyyən edilməsi ilə bağlı gəldiyi qənaət anlaşılan deyildir. Təqsirləndirilən şəxsin ifadəsinə istinad edilsə də, lakin təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı daşın adını çəksə də, onu atdığı yeri göstərsə də, lakin həmin daşı göstərə bilməməsi də məhkəmənin diqqətindən qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilkin ifadələrinin mötəbər saymasını həm də Təqsirləndirilən şəxs yalan danışmaması ilə bağlı olan psixioloji ekspertizanın rəyi ilə əsaslandırmışdır. Onda sual olunur: təqsirləndirilən şəxsin yalan danışmaması mütləqdirsə, nədən hadisənin tarixini və yetirlmiş zərbələrin sayını doğru göstərə bilməyib. İfadənin bir tərəfinin yalnış olması digər tərəfinin doğru sayılması məhkəmənin tərəfli olmasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin yanvar ayının 6-dan 10-a qədər olan bir müddət ərzində polisdə qanunsuz saxlandığını qəbul etməsi hökmdə öz əksini tapıb. Belə olan halda, şəxsin qanunsuz olaraq polis şöbəsində saxlanması onun vermiş olduğu ifadələrin mötəbərliyini şübhə altına salır. Bundan başqa, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı müdafiə tərəfinin vermiş olduğu vəsatətin təmin edilməməsi və istintaq təcridxanasının rəisi tərəfindən təqsirləndirilən şəxsin müayinə aktının ekspertiza rəyinin verilməsindən asılı etməsi özlüyündə təqsirləndirilən şəxsin döyüldüyünü təsdiq edir və onun vermiş olduğu ifadəsinin mötəbərliyini şübhə alıtına salır. Təqsirləndirilən şəxsin vermiş olduğu ifadənin işin hallarını özündə ehtiva etməməsi həm də zərərçəkmiş şəxsin üzərinə olan qızıl tanaların və atasına məxsus olan gödəkcənin təqsirləndirilən şəxs tərəfindən göstərilə bilməməsidir. Hadisənin başvermə vaxtı ekspertiza rəyi ilə tam təkzib edilir. Zərbələrin yetirilməsi sayı ekspertizanın rəyi ilə inkar edilir. Məhkəmənin həmin ifadələri əsas götürməsinin Təqsirləndirilən şəxs yalan danışmaması arqumenti ilə əlaqələndirməsində də yalnışlığa yol verilmişdir. Belə ki, əgər Təqsirləndirilən şəxs yalan danışmırdısa, onda nədən hadisənin baş verməsini və yetirilən zərbələrin sayını yalan deyirdi. Yaxud zərərçəkmiş şəxsin əlində olan gödəkcəni və qulağında olan tananı nədən göstərə bilməmişdir. Zaur Baxşəliyevin aparıcısı olduğu televiziya verilişində Nərminin meyitini tibbi müayinədən keçirən ekspertlərə istinadən həm də belə bir məlumat yayılmışdır ki, Nərminin baş nahiyyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan 5 ağır xəsarət vardır. Bir yerdə isə kəllə sınığının olduğu müəyyən edilib. Lakin sonradan verilən ekspert rəyində isə həmin xəsarətlərin məlum olmayan küt alətlə yetirildiyi qeyd olunmuşdur. Buna görə də müdafiə tərəfi ATV televiziya kanalında yayımlanan həmin verilişin videogörüntüsünü məhkəməyə təqdim etmiş və həmin verilişdə yayılan məlumatların yoxlanılması üçün aparıcı Zaur Baxşəliyevin məhkəməyə şahid qismində çağırılmasını xahiş etmişdir. Məhkəmə müdafiə tərəfinin həmin vəsatətini qismən təmin etsə də, həmin videogörüntünü tədqiq etməmiş və öz qərarını icra etməmişdir. Şahid9 06 yanvar 2020-ci il tarixdə deyil, ondan ən azı 3-4 gün əvvəl öldürüldüyü təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs etirafedici ifadəsində onun daş parçası ilə Nərminin baş nahiyəsinə yalnız bir zərbə endirdiyi qeyd olunub. İşdə olan Şahid9 meyitinin tibbi ekspert rəylərində isə onun baş nahiyəsində müxtəlif xarakterli və ən azı 5 ağır dərəcəli xəsarətlərin olduğu müəyyən edilmişdir. İşdə həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyinə dair heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs işgəncə altında alınan ifadəsində də bu barədə məlumat qeyd olunmamışdır. İstintaq orqanının Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə qərarında isə onun mərhum Şahid9 baş nahiyəsinə daş parçası ilə çox sayda zərbələr endirdiyi qeyd olunub. İstintaq orqanının bu məlumatı haradan götürdüyü, yaxud kimdən aldığı isə məlum deyil. İttihamçı prokurorun çıxışında da bu məsələyə aydın bir münasibət bildirilmədi. Bu məsələ ilə bağlı onu qeyd etmək istəyir ki, dövlət ittihamçısının öz çıxışında Təqsirləndirilən şəxs ifadəsinə istinad edərək- “əgər o bu cinayəti etməmişdirsə, Nərminin başındakı xəsarətlərin daşla yetirildiyini haradan bilirdi ?!” - ifadəsi ilə bağlı qeyd edir ki, Şahid9 aid olduğu iddia edilən meyitin başındakı xəsarətlərin daşla yetirilməsi bu günədək təsdiqini tapmamışdır. Ekspert rəyində həmin xəsarətlərin küt alətlə törədildiyi qeyd olunub. Küt alət isə təkcə daşdan ibarət deyildir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirdi ki, o, hələ Tovuz RPŞ-də saxlanılan zaman TV-də yayımlanan verilişlərdən Şahid9 başına daşla vurularaq öldürüldüyünü eşitmişdir. Sonra isə Tovuz RPŞ-in rəisi Şirzad Əsgərovun otağında Baş Prokurorluğun məsul işçisi Təqsirləndirilən şəxs-həyətinizdən daş tapılıb və üzərində qan var-deməklə, onu belə bir ifadə verməyə yönəltmişdir. Buna görə də o, işgəncə altında alınan ifadəsində xəsarətlərin daşla yetirildiyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etirafedici ifadəsində Nərmin Quliyevanı 47 gün müddətində özünün yaşadığı evin ikinci mərtəbəsindəki otaqda saxladığı qeyd olunub. Bununla bağlı bildirirlər ki, əgər Təqsirləndirilən şəxs N. Quliyevanı 47 gün müddətində qeyd olunan mənzildə saxlamış olsaydı, oradan kifayət qədər düzünə sübutlar əldə etmək olardı. Yəni orada ən azından Nərminə məxsus olan barmaq izlərinin, ona məxsus olan tük nümunələrinin, qan izinin, yaxud da onun paltarlarına məxsus olan liflərin aşkar edilməməsi mümkün deyildir. Lakin iş materiallarından görünür ki, həmin evdən Nərmin Quliyevaya məxsus olan heç bir sübut aşkar edilməmişdir. Ekspertin ifadəsinə əsasən Nərminin meyitinin yanaraq aşkar edilmiş hala düşməsi üçün 20-30 dəqiqə vaxt tələb olunur. Yandırılma vaxtının müəyyən edilməsində həm də Altayın saxta ifadəsinə istinad edilir. Bu da yol verilməzdir, çünki onun ifadəsi ziddiyyətlidir. Hətta bu saxta ifadəyə və məntiqsiz eksperimentə istinad edildiyi təqdirdə belə, ittiham sübuta yetirilə bilmir. Belə ki, meyitə 19:36, 19:37-də od vurulduğu deyilir. 19:38-də o, Murada zəng edib, Muradı yanğın olan yerə çağırmışdır. Yəni meyitə od vurulduqdan 1-2 dəqiqə sonra zəng etmişdir. 821/822 nömrəli rəyə əsasən meyitin üzərinə tez alışan neft məhsulu tökülərək yandırılıb. Hadisə yerindən tapılan badamlı butulkasında dizel yanacağının olduğu müəyyən edilib. Onun ifadələrində evdən dizel yanacağı olan qabdan istifadə etdiyi deyilir. Rəyə görə 2 qabdakı dizelin spektrometrik qrafikləri fərqlidir. Ekspert onların tərkibində fərq olduğunu demişdir. Badamlı butulkasında ona aid əl-barmaq izləri müəyyən edilməmişdir. İfadənin yoxlanılması zamanı o, qabı təqdim etmişdir. Hadisə yerindən qayıdıb qabı yerinə qoymağa 1 dəqiqə, qayıdıb qonşu Nazimə xəbər verməyə 1 dəqiqə, onunla meyitin yanına gəlməyə 1 dəqiqə, meyitə baxmaq müzakirələr aparmaq, Muradla əlaqə yaratmağa 1 dəqiqə, ümumilikdə bu hərəkətlərə 4 dəqiqə vaxt lazımdır. Məhkəmədə ekspert bildirmişdir ki, 5 dəqiqə yanma nəticəsində meyitin boksçu pozasını alması çox az ehtimal olunur. 19:39-da çəkilən görüntülərdə meyitin boksçu pozasında olduğu görünür. Yəni 2-3 dəqiqə ərzində boksçu pozasının əmələ gəlməsi heç bir halda mümkün deyil. İlkin ifadələrində Nərmini övlad kimi saxlamaq niyyətinin olduğunu demişdir. Bu absurd və uydurmadır. Övlad üçün başqasının uşağını zorla saxlamaq psixoloji pozuntuları olana şamil edilə bilər. Psixiatrik ekspertiza rəyində onda belə halların olmadığı qeyd olunur. Psixiatrik rəy onda təkliyə meyilli olma, ünsiyyətə meyilli olmamaq kimi xüsusiyyətlərin olduğunu göstərir. Təkliyə meyilli olana övlad lazım deyil. Psixiatrik rəy onun başqalarının hiss və duyğularına biganə olduğunu qeyd edir. O, rəqabəti və mübahisəni sevmir, ona görə də heç kimə qibtə etmir. Motiv absurddur. Hazırda sübutları yoxlama imkanı qalmamışdır. Qan nümunələri tədqiqata sərf edilmiş, kənar liflər sonradan məhv edilmiş, mobil telefonda heç nə saxlanılmamışdır. Məhkəmə bir sıra vəsatətləri təmin etməmiş, təmin etdiklərini sonradan inkar etmiş, təmin edilib icra edilməyənlər də olmuşdur. Hal şahidlərinin, şahidlərin dəvət olunmasını təmin etməməsi, BİT-dan müayinə protokolunu tələb etməməsi, anten dairələrinin yoxlanılmaması, hadisə yerində mobil telefona çəkdiyi videolara baxış keçirməməsi, mütəxəssis rəylərinin tanınmaması və s. kimi hallar məhkəmənin ədalətli araşdırma aparmaq niyyətinin olmamasından xəbər verir. Nərminin sırğaları, atasının gödəkcəsi, papağı, yubkası, alt paltarları tapılmamışdır. Hadisə yerindən tapılmış kisə, çadır, kəndir, stolüstü süfrə, bidon, butulka, göy cins şalvar və s. olmaqla, ümumilikdə 12 ədəd əşyanın mənşəyi naməlum qalır. Meyitin kimliyi ilə bağlı da şübhələri var. Belə ki, Şərif qızının 2 dişinin olmadığını demiş, meyitə baxış zamanı isə 1 dişin olmadığı məlum olmuşdur. Şahid ifadələrinə görə, Nərminin boyu 1.20 m olmuş, şəkillərə əsasən Autocad proqramı ilə ölçülər meyitin tam boyunun 1.42-1.47 m olduğunu göstərir. Aynurə Nərmində bir neçə xal olduğunu deyib, amma meyitdə xal aşkar edilməyib. Xəstəxanalardan aldıqları arayışda, Nərminin şəxsiyyət vəsiqəsində qan qrupu -İV göstərilir. Meyitdə miokardit aşkar edilib, şahidlər isə Nərminin sağlamlığında problem olmadığını deyib. Bunlar meyitin Nərminə aid olmasında şübhələr yaradır. DNT analizinə təqdim olunan qan laxtalı deyil, meyitdən götürülən qan isə laxtalı olub. Bioloji-toksikoloji ekspertizaya 80 ml qan təqdim olunub. Halbuki ekspert meyitdən 30 ml qan götürüb. 50 ml artıq qanın mənbəyi naməlum olaraq qalır”. Təyin edilmiş məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyi ilə bağlı: iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Tibbi ekspertiza və Patoloji Anatomiya” X86 461 saylı rəyində qeyd olunur ki, DNT tədqiqat üçün (molekulyar genetik ekspertiza) üst çənədən sol 5,6-cı dişlər və sol bazunun yuxarı 1/3-dən 10 sm uzunluqda seksion mişar vasitəsi ilə sümük fraqmenti kəsilib götürülərək şöbədə saxlanıldı. Lakin məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik testi yalnız qan nümunələri əsasında aparılmışdır. Digər iki maddi sübutla bağlı tədqiqat aparılmamışdır. Məhkəmədə ifadə vermiş ekspert Ə.Məmmədov bildirmişdir ki, ona tədqiqat aparılması üçün yalnız qan nümunləri təqdim edilmiş, digər iki maddi sübut isə üst çənədən sol 5,6-cı dişlər və sol bazunun yuxarı 1/3-dən 10 sm uzunluqda seksion mişar vasitəsi ilə kəsilmiş sümük fraqmenti ona təqdim edilməmişdir. Əgər meyit məlum meyit idisə, onun Şahid9 məxsus olması təsdiqlənmişdirsə, genetik ekspertizaya nə ehtiyac vardı. Yox, əgər meyit tanınmaz halda və naməlum idisə, o zaman iki mühüm maddi sübut olan üst çənədən sol 5,6-cı dişlər və sol bazunun yuxarı 1/3-dən 10 sm uzunluqda seksion mişar vasitəsi ilə kəsilmiş sümük fraqmentinin yoxa çıxmasını kim təşkil etmişdir və bu istintaqla məhkəməni əsla narahat etməmişdir. Axı bu maddi sübutlar gələcəkdə də eyniləşdirmə aparılmasına əsas olacaqdı. Lakin kimlərsə bundan bərk narahat olaraq bu maddi sübutları məhv edib. Müdafiə tərəfində meyitin Şahid9 məxsusluğuna dair yetərincə əsaslı şübhələr mövcuddur. Lakin məhkəmə bu faktlara heç bir qiymət verməmiş, onları araşdırmamışdır. Aşkar edilmiş meyitin Şahid9 məlum ölçüsündən vizual olaraq, böyük görünməsinə dair əsaslı şübhələr vardır. Buna görə də meyitin ayaqdan-başadək, ayrı-ayrı hissələr üzrə, bütün ölçülərinin dəqiq müəyyən edilməsinə də ehtiyac olduğu halda, ekspert rəyində həmin ölçülər qeyd olunmamışdır. İstintaq tərəfindən Nərminin boyunun təxminən 1.20 metr olduğu müəyyənləşdirib. Lakin meyitin uzunluğunun 3 müxtəlif yerlərdə, Autocad proqramı ilə ölçüldükdə, uzunluğu 1.42 m, 1.43 m və 1.47 m olduğu müəyyən edilmişdir. Həmin ölçülərdən biri youtube kanalında paylaşılmış, meyitin qəbrə qoyulması anında çəkilən videogörüntüdən ibarətdir. Qəbrin uzunluğunun 1.60 metr olduğu müəyyən olunur (hər birinin uzunluğu 40 sm-dən 4 kubik). Görüntülərdən aydın olur ki, meyit təxmini qəbirin içi boydadır və qəbirə yerləşdirməkdə çətinlik yaranır. Həmin zaman meyitin ölçüsünün, Autocad proqramı ilə ölçüldükdə, 1.43 m. olduğu müəyyən edilir. Digər 2 halda isə meyitin xərəkdə olduğu və boksyor vəziyyətində olan görüntülərindən Autocad proqramı ilə alınmış nəticələrdir. Bununla da hər 3 halda meyitin uzunluğunun Şahid9 boyundan 22-27 sm uzun olduğu müəyyən edilir. Ekspertlər məhkəməyə verdikləri ifadələrində meyitin onlara Nərminə məxsus meyit kimi təqdim olunduğunu əsas gətirərək, həmin meyitin ölçülərinin müəyyən edilməsinə ehtiyac olmadığını bildiriblər. Bu halda belə bir sual yaranır ki, əgər meyit ekspertlərə Nərminə məxsus olan meyit kimi təqdim olunmuşdursa, bu halda ekspert rəyində meyitin saçlarının və gözlərinin rənginin, həmçinin düzünə trayektoriya üzrə uzunluğunun müəyyən edilməsinə nə ehtiyac var idi?! Digər tərəfdən, əgər həmin meyitin Nərminə məxsus olduğu qabaqcadan məlum idisə, bu halda istintaq orqanı nəyə görə həmin meyitlə bağlı DNT ekspertizası təyin edirdi?! Meyitin ölçülərinin dəqiq müəyyən edilməsi zəruri olduğu və rəydə bunun mütləq göstərilməli olduğu halda, göstərilməməsi və ekspertlərin bunu həmin meyitin müstəntiq tərəfindən onlara Nərminə məxsus meyit kimi təqdim etmələri ilə izah etməsi, buna baxmayaraq, müstəntiqin həmin meyit üzərində DNK ekspertizası təyin etməsi, çox şübhəli məqamlardan xəbər verir. Bundan başqa, iş materiallarına əsasən ifadə vermiş valideyinləri Nərmin Quliyevanın, biri alt çənə hissəsində, digəri isə üst çənə hissəsində olmaqla, iki dişinin yarində olmadığını bildiriblər. İşdəki ekspert rəyində isə tapılan meyitin yalnız 1 dişinin yerində olmadığı bildirilib. Nərmin Quliyevanın anası Şahid1 verdiyi ifadəsinə əsasən, Şahid9 sinəsinin sağ tərəfində bir ədəd və boyunun arxa hissəsində olan 3 ədəd gözlə müşahidə edilə bilən ət xalları olmuşdur. Lakin ekspertiza zamanı meyitin üzərində həmin xallar aşkar edilməmişdir və ekspert rəyində bu barədə heç nə qeyd olunmayıb. İş üzrə keçirilmiş ekspertiza ilə meyitə məxsus olan qanın 2 qrupa aid olduğu bildirilib. Ancaq Şahid9 hələ 2018-ci ildə verilmiş şəxsiyyət vəsiqəsində ona məxsus qanın 4 cü qrupa aid olduğu qeyd edilmişdir. Rəydə diqqət çəkən bir məqam da Şahid9 gözünün rənginin cəhrayı olaraq qeyd edilməsidir ki, buna dair sualımıza ekspert S.İsgəndərov necə görmüşəm, elə də yazmışam-deyə cavab vermişdir. Ancaq Nərminin atası Şərif Quliyevin 21 noyabr 2019-cu il tarixdə Tovuz Rayon Polis Şöbəsinə yazdığı ərizədə Nərminin gözünün rənginin qara olduğunu bildirilib. Tovuz Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ruflan Əliyevin verdiyi əməliyyat tapşırığında da Nərminin gözünün rənginin qara olduğu qeyd olunub. Bu faktın özü də aşkar edilən meyitin Nərminə məxsus olmadığına dələlət edir. Şahid9 meyiti üzərindən çıxan paltarlarda aşkarlanmış qanla bağlı ekspertiza təyin edilməsinə dair qərarlarda qanın Şahid9 məxsus olub-olmadığının müəyyən edilməsi ilə bağlı konkret sual qoyulsa da, bütün ekspert rəylərində qanın yalnız qrupu müəyyən edilmişdir, həmin qan nümunəsinin Şahid9 məxsusluğu isə cavablandırılmamışdır. Bu da olduqca şübhəlidir və suallar doğurur. Eləcə də, həmin qan nümunələri üzrə DNK ekspertizasının təyin edilməməsi də çox mətləblərə aydınlıq gətirməkdədir. İttihamda digər bir məqam təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə cizgi filmləri və digər uşaq filmləri göstərmək ilə onun müqavimətini qırmasını göstərmişdir. Eyni zamanda, ittihamda uşağın soyuq yerdə və ac saxlamaqla ona təzyiqlər etməsi göstərilmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən serialları göstərməkdə bir məqsədi o ola bilərdi ki, ilkin vaxtlarda uşağı razı salsın ki, onunla qalsın və onun başını qatsın. Çünki uşaq ilkin vaxtlarda təqsirləndirilən şəxsin yanında qalmaqdan imtina edə bilərdi. Belə ki, ilkin vaxtlar onunla qalmağa daha çox tərəddüd edərdi. Bu səbəbdən həmin seriallara baxılması mümkün görünə bilərdi. Lakin göründüyü kimi, həmin seriallara giriş uşağın tutulmasından bir ay sonra baş vermişdir. Bundan başqa, istintaq orqanı həmin seriallara baxılmaq ilə bağlı fikirlərinin mənbəyini göstərməmişdir və işin faktiki hallarında seriallara baxılmanı təsdiq edəcək hər hansı bir fikir yoxdur. Keçirilmiş Məhkəmə-kompüter texniki ekspertizasının rəyində də qeyd edilən seriallara baxılması barədə heç bir fikir yoxdur. Ekspert tərəfindən həmin seriallara baxılması ilə bağlı sərf edilən internetin olmasını təsdiq edəcək bir fakt göstərilmədiyi halda, istintaq orqanı hansı səbəbdən bu qənaətə gəlməsi anlaşınlan deyildir. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspert bildirdi ki, digər materiallara baxıldıqda, həmin serallara baxılmadan da keçildikdə, sadəcə sıralamaqla, reklam kimi gəldikdə də həmin videolar telefon yaddaşında qala bilər. İttihamın bu hissəsi də işin faktiki halları ilə təsdiq edillmir. Yalnız ehtimal edilir. Eyni zamanda həmin videolara baxılması qısa zaman kəsiyində, 1-2 saniyə davam etməsi həmin videoları kiməsə göstərilməsini istisna edir. İttihamda göstərilən digər bir məsələ, iş üzrə heç bir xüsusatla təsdiq edilməyən, istintaqın növbəti mülahizəsi Təqsirləndirilən şəxs kitab göstərmə təkilifi ilə bağlı dedikləridir. Belə ki, Nərmin Quliyeva bir iş dalınca göndərilmişdir. Yəni atasının gödəkçəsini gətirib ciyər axşamı şənliyinə gedəcəkdilər. Lətif əmisigildən gödəkçəni götürən zaman onun qalması təklif edildikə o tələsdiyini bildirir. Ruslan Quliyevin ifadəsində bunlar öz əksini tapıb. İkinci məsələ onun bacısının ifadəsində göstərilib ki, Nərmin ciyər axşamı şənliyinə getdiyi üçün çox sevinirdi. Bundan başqa, atası onu kurtkanı gətirməsi üçün ciyər axşamı şənliyinə aparacağı ilə bağlı göndərmişdir. Deməli, Nərmin üçün iki şey maraqlı idi. Birinci atasının gödəkçəsini aparmaq və eyni anda ciyər axşamı şənliyinə getmək. Ciyər axşamı şənliyi saat altıda başlayır. Nərmin haradasa, 5 radələrində əmisigildən çıxır. Deməli, vaxt azdır, gödəkçəni atasına çatdırmalı və özü ciyər axşamı şənliyinə hazırlaşmalı idi. Nərminin kitaba həvəsi olmadığı onun müəlimlərinin vermiş olduğu ifadəsində öz əksini tapıb. Təqsirləndirilən şəxs kitab göstərməsi də yalnış məlumat olmuşdur. İlkin atasının məşğələ otağına getdiyni və orada ona uyğun kitab tapmadığını qeyd edir. Həmin vaxt isə orada hazırlıq keçilirdi. Adından da göründüyü kimi, həmin otaq məşğələ otağıdır. Həmin vaxt orada uşaqlar var idi ki, bu da işdə olan ifadələrlə təsdiq edilir. Məhkəmə ilk əvvəl onların dindirilməsi ilə bağlı vəsatəti təmin edir, lakin sonrakı iclaslarda bu vəsatəti təmin etdiyini inkar edir. Şahidlər ifadəsində bildirir ki, həqiqətən də onlar həmin otaqda saat 15:30 dan 17:30 dək məşğələdə olublar. Adam oğurlayan şəxsin həmin vaxt uşaqla birlikdə məşğələ otağına gedib qapını açıb kitab axtarması ağılabatan görünmür. Bundan başqa, İlkin X1rşılayan anda məşğələnin başlanması və onun əlində nəyinsə olduğunu xatırlamaması, sonradan gödəkçənin yerini göstərə bilməməsi, onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxsla Nərmin Quliyeva, ümumiyyətlə, qarşılaşmamışdır. Təqsirləndirilən şəxs sadəcə işgəncə gördüyü üçün bu cür ifadə verməyə məcbur olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi olan Şahid2 ifadəsində bir neçə xüsusatlara diqqət yetirmək lazımdır. Qızının itkin düşməsi ilə bağlı polisə məlumat verdikdən sonra xeyli polis əməkdaşları gəlmişlər.–Bu şəxsin ifadələrində yetərincə ziddiyyətlər vardır ki, nə istintaq, nə də ki məhkəmə bunun üstünə gəlməmişdir. Polis əməkdaşları bütün evlərdə və kəndin digər ərazilərində axtarış aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə xəstə olduğuna görə polislər həmin evi axtarmamışlar. Bu birmənalı yalandır. Kənddə sadəcə bir neçə ev, onlarda Nərminin öz qohumlarının evləri olmuşdur axtarılmışdır, qalan evlərə heç kim baxmamışdır. Meyitin aşkar Nərminin qardaşıgilə getdiyini uşaqları və özü bilmiş, Nərmini qardaşıgilə gödəkcəsini qaytarmaq üçün göndərmişdir. Nərminin qardaşıgilə getməsindən bir və bir saat yarım sonra qızı Şəbnəmi Nərminin arxasınca göndərmişdir. O, Nərmini axtarmaq üçün əvvəlcə qaynanasıgilə, sonra isə qardaşıgilə getmişdir. Nərminin orada olmadığını öyrəndikdən sonra 102 xidmətinə məlumat vermişdir. Nərminin itdiyini böyük qızı bilmişdir. Nərmin itkin düşdüyü zaman əynində qırmızı gödəkcə, qırmızı papaq, kalkotka, ayağında idman ayaqqabısı, qulaqlarında isə qızıl tana olmuşdur. Nərminin əynində cins şalvar olmamışdır. Nərminin qulağındakı tananı və papağı itirmişlər. Nərminin bədəninin beldən aşağı hissəsi yanmış, yuxarı hissəsi isə salamat qalmışdır. Bu məlumatda tam yalandır və iş üzrə mövcüd faktlarla təkzib edilir. Nərmini yandıran şəxslər onda olan papağı və tanaları gizlətmişlər. Nərminin bədənində hansısa fərqləndirici nişanə olmamışdır. Bu barədə dedikləri də yalandır. Çünki həyat yoldaşı Aynurə qızları Nərminin boyun və sinə hissəsində gözlə görüləcək, əllə toxunan zaman seçilən bir neçə ət xallarının olmasını bildirmişdir. Nərminin üz hissəsi salamat olduğu üçün onu üzündən tanımışdır. Bu xüsusatda ağ yalandır. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, meyitin üz nahiyəsi güclü dərəcədə yanmışdır. Həmçinin məhkəmədə suallara cavab olaraq Şərif bildirmişdir ki, onu meyitə yaxın buraxmamışlar. O, bir neçə metrlikdə olmuşdur. O, meyiti yanvarın 7-də təhvil almışdır. O, hadisə yerinə çatanda artıq meyit söndürülmüşdür. Hadisə yerinə gələndə orada heç bir qoxu hiss etməmişdir. Bu da müdafiə tərəfinin təkrar yandırılma barədə dediklərini təsdiqləməkdədir. Şəbnəmin Nərminin arxasınca qardaşıgilə gedib-gəlməyi təxminən 30-40 dəqiqə çəkmişdir. Nərmin yandırılan yerdə Nərminin meyitinə təxminən 1-2 dəqiqə baxmış, Nərminin meyiti arxası üstə olmuşdur. Görəsən uzaqdan qaranlıqda 1-2 dəqiqə baxmaqla tanınmaz halda olan meyiti necə tanımaq olardı. Evdə Nərminin meyitinə baxmağa icazə verilməmişdir. Bir ata-ana olaraq bu şəxslərə görəsən kim meyitə baxmağa icazə verməmişdir, yoxsa, elə bu şəxslərin özlərinin meyitə baxmaq niyyətləri də olmamışdır. Nərminin ayaqlarındakı ayaqqabılar salamat olmuş, ağzında iki dişi olmamışdır. Bu fakt da yalandır, belə ki, ekspert rəyinə əsasən meyitin bir dişi olmamışdır. Əmisigildən çıxandan sonra Nərmini görən olmamışdır. O, öz gödəkçəsi olduğu üçün toy məclisinə Arifin gödəkçəsini geyinməmişdir. Təqsirləndirilən şəxsin ailəsinin Nərminin meyitinin açılıb yenidən ekspertiza təyin edilməsi barədə məlumatı olmuş, lakin o, etiraz etmişdir. Bu özü-özlüyündə maraqlı haldır. Obyektiv həqiqətin aşkarlanmasında elə birinci bu şəxs maraqlı olmalı idi. Məhkəmə istintaqı zamanı Nərminin digər qohumları da onun icazəsiz heç zaman ana nənəsigilə getmədiyini təsdiqlədilər. Şərif saat 22-22:30 radələrində polisə zəng vurub Nərminin itkin düşməsi barədə məlumat vermiş, məlumatdan sonra Nərminin axtarışı başlanmışdır. Onun axtarışlarında iştirak etmişdir. Nərminin axtarışlarında xüsusi təyinatlı itlərdən də istifadə olunmuşdur. Həmin itlərlə kənddə olan bütün evlərdə axtarış aparılsa da, Murad icazə vermədiyindən İlkinin yaşadığı evdə itlə axtarış aparılmamışdır. Bu xüsusatda tam yalandır və təsdiqini tapmamışdır. 06 yanvar 2020-ci il tarixdə səhər saatlarında o, polis şöbəsində Şirzad Əsgərovla görüşmüş, sonuncu da ona Nərminin axtarışlarının davam etdiyini bildirmişdir. Həmin gün X48rdan getdikdən az sonra onlara gəlmiş və Şərifə Nərmindən bir xəbər olan kimi deyəcəyini demişdir. Həmin gün saat 21 radələrində qaynı onlara gəlimiş, Şərifi bayıra çağırmış və Nərminin meyitinin tapıldığını demişdir. Burada diqqət çəkən br məqamda vardır. Ş.Əsgərovun məhz həmin gün ərzində iki dəfə Aynurə ilə görüşməsi özü özlüyündə maraqlıdır. Nərminin meyitinin yuyulmasında qaynı Akiflə əri Şərif iştirak etmişlər. Bu xüsusatda tam yalandır. Şərif özü ifadəsində heç zaman meyitə baxmadığını bildirmişdir, o ki qala meyitin yuyulmasında iştirak etdiyini desin. Məhkəmədə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Nərmin evdə olarkən ən çox idman kanallarına, kinolara, uşaq kanallarına baxmışdır. Nərminin heç bir xəstəliyi olmamışdır. Nərminin çıxarılmış dişləri olmuş, Nərmin dişini özü oynadıb çıxarmışdır. Nərmin “ARB”, “Günəş”, “Space”, türk kanallarına baxmışdır. Nərmin idman kanallarına da baxmış və əsasən futbola baxmışdır. Nərmin seriallardan, “Selena”, “Berbebek”, “Mahsun”, cizgi filmlərindən isə “Harika kanadlar” və s baxmışdır. Nərminin ən çox baxdığı proqram “Canım kardeşim” adlı veriliş olmuşdur. Nərminin bədənində hər hansı bir şiş və ya yara olmamışdır. Burada maraqlı olan Nərminin baxdığı serial və cizgi filmləridir ki, sadalanan adlarla istintaqın guya telefonda aşkarladığı adlar arasında fərq var və nədənsə o adların içərisində Nərminin xoşladığı serial və cizgi filmləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 suallara cavab olaraq bildirmişdir ki, hadisəni görməsi ilə bağlı polis rəisi Şirzad Əsgərov ondan ifadə almaq istəmiş, vermədiyi təqdirdə, onu hansısa otağa salıb döydürmək istəmiş, bu zaman o, gözündən cərrahi əməliyyat keçirdiyini deyib onlara mane olmuş, inanmadığı üçün Ş.Əsgərov onun həkimi ilə əlaqə saxlayıb səhhətində həqiqətən problem olduğunu dəqiqləşdirmiş, bu səbəbdən ona təzyiq etməmişlər. Görəsən, Ş.Əsgərovu bu əmələ sövq edən amil nədən ibarət idi ki, o Təqsirləndirilən şəxs cinayətkar olmasını göstərmək üçün dəridən qabıqdan çıxırdı? Özü də bu zaman obyektiv həqiqətin üzə çıxmasına yox, məhz İlkinin cinayətkar olmasına dair yalan ifadələr alınmasına çalışmışdır. Həm də bu ifadələri təzyiq, təhdid və hədə, işgəncə yolu ilə almağa çalışıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə oğlunun ad günü olduğundan o evdə olmuşdur. Həmin gün saat 19:38 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub bayıra çıxmağını xahiş etmiş, o da çıxmış, dayısı Nazimin evinin hasarının yaxınlığında əmisi oğlu İlkin ona yanğın olduğunu demiş, o da yanğına yaxanlaşanda ayaq nahiyyəsindən yananın insan olduğunu bilmişdir. Həmin vaxt orada Nazim və İlkin də olmuşdur. O, komandiri Vüqar Hüseynova bu barədə məlumat vermiş, Vüqar Hüseynov Bakıya getdiyini bildirmiş və ona rəisin nömrəsini verib ona məlumat verilməsini demişdir. O, Şirzad Əsgərova zəng vurmuş, hadisə barədə məlumat vermişdir. Ş.Əsgərov ondan meyitin üzərində qırmızı rəngli gödəkçə və ayaqqabı olub-olmadığını soruşmuş, o da meyitə yaxınlaşmış, meyitin əynində qırmızı rəngli nəsə olduğunu görmüş və rəisə əynində qırmızı rəngli nəyinsə və ayaqqabısının birinin ayağında digərinin isə kənarda olduğunu demişdir. Şirzad müəllim ona orada olmalarını və özünün gələcəyini bildirmişdir. Bu özü-özlüyündə çox mühüm xüsusatdır. Ş.Əsgərov bu iki detalı nədən soruşmuşdur və haradan bilirdiki meyitin üzrəində qırmızı rəngli kurtka və ayaqqabılar ayaqda olacaqdı. 07 yanvar 2020-ci il tarixdə əmisigilin və onların evinə baxış keçirilmişdir. 08 yanvar 2020-ci il tarixdə onların evinin qarşısında polis əməkdaşlarının düzülüşü keçirilmiş və rəisin göstərişi ilə evlərə yenidən baxış keçirilmışdir. Təqsirləndirilən şəxs evindən başlayaraq evlərə yenidən baxış keçirilmiş və heç bir dəlil, sübut aşkar edilməmişdir. Günorta saatlarında İlkingilin evinə baxış keçiriləndən sonra oradakı əməkdaşlardan biri ona narahat olmamağı, heç bir şey aşkar olunmadığını və İlkinin şahid qismində çağırıldığını, buraxacağını bildirmişdir. 08 və ya 09 yanvar 2020-ci il tarixdə prokurorluq əməkdaşları onların evlərinə və qonşu evlərə şəkillər çəkə-çəkə baxış keçirmişlər. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında rəisin göstərişi ilə yenidən evlərə baxış keçirilmiş və heç bir sübut aşkar edilməmişdir. Göründüyü kimi, bu şahid reallığı bildirir və bir neçə günlük axtarış və baxış keçirilməsini, heç nə aşkar edilmədiyini qeyd edir, hansı ki bunların əksəriyyəti rəsmiləşdirilməmişdir. 09 yanvardan 10 yanvara keçən gecə saat 4-5 radələrində Şahid22 adlı polis mayorundan onun istifadəsində olan telefona zəng gəlmiş, Azər ondan uzatma kabelinin olub-olmamasını, varsa, bayıra çıxarmağını istəmiş, o da uzatma kabelini evdən götürüb bayıra çıxmışdır. O, əmisigil tərəfə dönən zaman orada tanımadığı avtomobillər olduğunu və rəisin avtomobildən düşdüyünü görmüşdür. O dayanmış və bu zaman rəis Turan adlı polis əməkdaşına işarə vermiş və o əlində uzatma kabeli ilə əmisigilin darvazasından həyətə daxil olmuşdur. Bu zaman rəis ondan evin niyə bu vəziyyətdə olduğunu soruşmuş, o da bilmədiyini demiş və evə girmişdir. Həmin vaxt əmisigilin evinin yuxarı mərtəbəsindən bir neçə nəfərin səsi gəlmiş, lakin o, onların kim olduqlarını görməmişdir. Səhəri gün o bu barədə əmisi İbrahimdən polislərin hansı məqsədlə evə gəldiklərini soruşmuş, o da kiminsə evə gəlməsi barədə məlumatının olmadığını bildirmişdir. Bu xüsusat isə evə qanunsuz daxil olmanı göstərir və özüdə bu qanunsuzluq saxta sübut yaratmaq niyyəti ilə edilmişdir. X95 adlı polis əməkdaşına əmisigilin evdən çıxarılmasına dair göstəriş vermiş, əmisi və əmisi qızı Kəmalə evdən çıxarılmışlar. Həmin vaxt nə şəxsi heyət, nə də ki, kənd camaatından heç kimin gələ bilməməsi məqsədi ilə İlkingilin evi 100-150 metrlik məsafədən yollar bağlanmışdır. Həmin vaxt orada onlara İlkinin cinayət hadisəsini boynuna alması məlum olmuşdur. Şahidin bu barədə dedikləri Tovuz RPŞ-nin rəisi Şirzad Əsgərovun etmiş olduğu saxtakarlıq və qanunsuzluqların miqyasından xəbər verməkdədir. Bu şəxs İlkinin işgəncə altında etirafına nail olmuş,lakin ailə üzvlərinin yanında həqiqəti deyəcəyindən qorxduğundan evin bütün sakinlərini ordan zorla çıxartmışdır. Cinayətkarı 47 gün müddətində tapa bilməyən bu səriştəsiz polis rəisi yuxarılara raport üçün İlkini qurbanlıq seçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə həmişəkindən fərqli olaraq təxminən saat 18:00 radələrində işlətdiyi mağazanı bağlayıb getmişdir. Axşam saatlarında mağazaya geri qayıdarkən məlum hadisənin baş verdiyini və İlkinin polis şöbəsinə aparıldığını bilmişdir. Səhəri gün onu da polis şöbəsinə aparmışlar və o, orada İlkinlə birlikdə saxlanılmışdır. İlkin və onun ailəsi alış-verişlərini onun mağazasından etmişlər. İlkingil gündəlik ondan çörək almışlar. İlkin özü həftədə 1-2 dəfə şirniyyat, peçenye almışdır. Polis şöbəsinin texniki şöbəsində kamera ilə bağlı ona sual vermişlər. Polis şöbəsində ona İlkinlə bağlı heç nə deməmişlər. Polis şöbəsində o, İlkinlə birlikdə olmuş, əvvəl onlar İlkinlə bir yerdə, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm İlkin, həm də o, sərbəst şəkildə saxlanılmış, əl-qolları bağlanmamışdır. 08 yanvar 2020-ci il tarixdə axşam saatlarında İlkinin qollarını bağlayıb başqa otağa aparmışlar. O, İlkini son dəfə 08 yanvar 2020- ci il tarixdə, axşam saat 22-23:00 radələrində polis şöbəsində görmüşdür. Həmin vaxt İlkinə boşqabda yemək vermişlər. Həmin gün İlkinin bədənində hansısa xəsarət olduğunu görməmiş, İlkin də ona nədənsə şikayət, etiraz, narazıçılıq etməmişdir. O, İlkinlə polis şöbəsində olarkən Nərminin meyitinin yandığını gördüyünü, sonra da Nazim əmiyə xəbər verdiyini və Muradı çağırdığını demişdir. O, polis şöbəsində İlkinin yanında olduğu müddətdə, heç kim İlkini döyməmiş, təhqir edib hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər İlkinə qarşı hər hansı bir zor tətbiq edilməsini eşitməmişdir. Şahid21 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ondan tələb edilən əsas məsələ nəyə görə əvvəllər də polis əməkdaşları tərəfindən deyildiyi halda işlətdiyi mağazaya kamera quraşdırmaması olmuşdur. Həqiqətən də kənddə olan oğurluq hadisələri ilə bağlı polis əməkdaşları bu hadisədən əvvəl də ona mağazaya təhlükəsizlik kamerası quraşdırılmasını təklif etmişlər. Bundan başqa, İlkinin onun mağazasından “pampers” almasıyla bağlı da ondan soruşulmuş, İlkinin onun mağazasından “pampers” almasıyla bağlı məlumat verməsi təkid edilmiş, o isə heç vaxt “pampers” satmadığı üçün İlkinin də belə bir hərəkətinin şahidi olmadığını demişdir. Şahidin bu haqda dedikləridə diqqətçəkən məqamdır. Belə ki, müdafiə tərəfi yenə də saxta sübut toplama, ifadələrin saxtalaşdırılmasına yönəlik növbəti halların şahidi olur. Şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, 09 yanvar 2020-ci il tarixdə artıq polislər həmin otaqlara girməklərinə icazə verməmiş, onlar da etiraz etməmişlər. Polis şöbəsinin rəisi Şirzad Əsgərov başda olmaqla onlara çox sayda polis əməkdaşları gəlmişdir. Nərmin itən gündən polis əməkdaşları mütamadi olaraq kənddə axtarış aparmış, onların küçəsində olmuşlar. O, çox vaxt polis əməkdaşlarının Muradgilin evində oturub çay içdiklərini, yemək yediklərini görmüşdür. Həmin ərəfələrdə polis əməkdaşlarının bir neçə nəfərinin təzyiqi qalxmış və o, onlara tibbi yardım etmişdir. Şirzad Əsgərov ona “sizin qardaşınız çox ağıllı, mədəni, yaxşı oğlandı, amma heyif ki, onu evləndirməmisiniz”- demiş, o da sonuncuya “nə dəxli var onu evləndirdik və ya evləndirmədik” deyə cavab vermişdir. Daha sonra X73 əmisigili, yəni onları evdən çıxarmasını bildirmişdir. Hətta sonra Şirzad Əsgərov özü onlara gəlmiş və ona “ata-ananın vəziyyəti yaxşı deyil, siz onların yanına əmingilə gedin. İlkin hadisəni necə gördüyünü danışmaq üçün gələcəkdir.” demişdir. Atası başda olmaqla onlar da İlkin gələndə evdə olmaqları üçün israr etmişlər. Lakin polislər onları məcburi şəkildə evdən çıxarmışlar. Göründüyü kimi, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs işəncələrə məruz qalmasını, cinayət etmədiyini deyəcəyini bildiklərindən əməliyyatistintaq qrupu qanunsuzluq, hiylə, təhdidlə evdə olan bütün ailə üzvlərini və qohumları zor gücünə oradan kənarlaşdırmışdır. Burada da məqsəd Təqsirləndirilən şəxs işgəncə altında alınmış etirafedici ifadələrin videolentə alınması olmuşdur. Bundan başqa, o, həmin evdə 3 qrup məşğələ keçmişdir. Bir qrup evdə dərsdə olan zaman digər qrup bayırda gözləmişdir. Bu uşaqların heç biri Nərminin evə gətirildiyini görməmişdirmi? Şahidin bu barədə dedikləridə istintaq və məhkəmənin uydurma ssenarisini alt-üst etməkdədir. Çünki onlar İlkindən işgəncə altında almış olduqları ifadədə Nərmini ilk əvvəl məşğələ keçirilən otağa dəvət etdiyini bildirməkdədir. Halbuki həmin otaqda müntəzəm olaraq məşğələlər keçirilirdi və bir neçə uşaq orada dərsdə olurdu. Məhkəmədə şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, o, Nərminin meyiti aşkar olunmamışdan əvvəl Altay ona zəng edib televizor kabeli istəmiş, o da televizor kabeli olduğunu demişdir. Altay da öz avtomobili ilə gəlib onun evindən kabeli götürüb getmişdir. Altay kabel götürmək üçün onun evinə gələn zaman sonuncunun övladı da yanında olmuşdur. Altayın ona nə zaman zəng etməsi və gəlməsi saatı yadında qalmamışdır. Altay onun evinə gələndə hava qaranlıq olmuşdur. Altay onun evinə çatanda o, çıxmış qapısının ağzında kabeli ona vermişdir. O, Altayla cəmi 5 dəqiqə ərzində görüşmüşdür. Halbuki istintaq və məhkəmə guya bu görüşün 30 saniyə olmasını iddia edir. Adam özü deyir ki, Altayla beş dəqiqə görüşüb, lakin ədaləti təmin etməli olan məhkəmə sanki onlar görüşəndə orada imiş kimi həmin müddəti 30 saniyəyədək azaldaraq istintaqın saxta dəlilləri ilə razılaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə o, televizorunda problem olduğunu görmüşdür. Bundan az müddət əvvəl əmisi oğlu Fikrət təzə televizor almışdır. Bu səbəbdən də o, Fikrətə zəng edib ailəsinin türk kinosuna baxmaq istədiklərini, lakin televizorunun naqilində problem olduğunu bildirib, onda həmin naqildən olub-olmamasını soruşmuş, sonuncu da olduğunu bildirmişdir. O, avtomobillə Fikrətgilə getmək istəyərkən böyük oğlu da getmək istədiyini bildirmiş və oğlu ilə Fikrətin evinə getmişdir. Fikrətgildən naqili götürüb evə qayıdan zaman asfalt yola tərəf dönəndə Nazimi əlində işıq yanğına tərəf getdiyini görmüşdür. Əhəmiyyət verməyib evinə getmişdir. Az müddət sonra bacanağı ona zəng vurub qonşuluğunda yaşayan Nüsrət kişinin oğlu ilə telefonla danışdığını və həmin ərazidə yanğın olduğundan polis əməkdaşlarının ora gəldiyini bildirmiş, o da sonuncuya həmin yanğının yanından keçdiyini və həmin yanğını gördüyünü bildirmişdir. Daha sonra o, birlikdə həyətində ağac əkməli olduqlarından Məmmiyə (Məmmədbağır) zəng etmiş, Məmmi ora yaxın olduğuna görə ona yanan yerə gedib ona da məlumat verməsini bildirmişdir. Bir müddət sonra o, Məmmiyə yenidən zəng etmiş və bu zaman sonuncu ona orada meyit olduğunu, bütün polis əməkdaşlarının orada olduğunu bildirmişdir. Sonra o əynini geyinib hadisə yerinə getmişdir. Şahidin ifadələri ziddiyyətli və yalanla doludur. Belə bir şahidin ifadələrinin mötəbər sübut kimi dəyərləndirilməsinin özü də istintaq və məhkəmənin həqiqəti aşkar etməkdən qorxduqlarının sübutudur. Yoxsa, müdafiə tərəfi bu şahidlə bağlı yetərli məlumatlar verərək qeyd etmişdir ki, şahid yalan dolu ifadələr vermişdir və ona istinadla üstəlik istintaq eksperimenti keçirtməkdə saxtakarlıqların davamıdır. İstintaqın “çox” etibarlı şahidinin ifadəsi hökmdə qısa şəkildə verilmişdir, bununda səbəbini anlamırlar. Axı bu şəxsə istintaq çox inanmışdır. İstintaq orqanı Nərmin Quliyevaya məxsus hesab edilən meyitin qeyd olunan əraziyə nə vaxt atıldığı və hansı müddətdə yandırıldığına dair gəldiyi nəticəni iş üzrə şahid qismində dindirilən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, Şahid25 istintaqa verdiyi ifadələri və onun ifadələrinə əsaslanaraq apardığı istintaq eksperimenti üzərində qurmuşdur. Halbuki Şahid25 verdiyi ifadələr həqiqətə uyğun deyildir. Onun ifadələri işin faktiki halları ilə və işdə olan digər sənədlərlə də təksib edilir. Belə ki, Şahid25 istintaqa verdiyi 14 yanvar 2020-ci il tarixli ifadəsində bildirib ki, o, 06 yanvar 2020-ci il tarixdə, saat təqribən 17:00 radələrində, Məmmə adlı qonşusu ilə birlikdə öz avtomobili ilə evlərindən çıxıb, meyitin yandırıldığı ərazidən keçərək, atası Familgilə gedib. 17:30 radələrində isə həmin yolla yenidən geri qayıdaraq, Məmmə adlı həmin şəxsgilə gedib. Məmməgildə yeyib-içdikdən sonra, 18:30 radələrində onunla birlikdə yenidən kəndin içinə doğru gələrək meyitin yandırıldığı ərazidən keçib, lakin orada heç nə görməyiblər. Təqribən 15 dəqiqədən sonra (deməli 18:45-də), məktəbin yanındakı mağazadan pivə və siqaret alıb, yenidən həmin yolla geri qayıdıblar. Lakin yenə də orada hər hansı hadisənin baş verdiyini görməyiblər. Həmin vaxt o, əvvəlcə Məmmə adlı şəxsi evinə aparıb, sonra isə öz evinə qayıdıb. Təqribən yarım saat evdə qaldıqdan sonra, saat təqribən 19:15-19:20 radələrində televizor kabeli almaq üçün öz avtomobili ilə yenidən həmin ərazidən keçib yeznəsi, keçmiş polis mayoru Şahid26gilə gedib. Təqribən 20:00 radələrində isə yenidən həmin ərazidən keçərək, geri qayıdıb. Yeznəsi Fikrətgilə gedərkən həmin ərazidə yanğın görməyib. Geri qayıdanda isə həmin ərazidə yanğın olduğunu görüb. Deməli, Şahid25 həmin ifadəsindən görünür ki, əvvəla o, 06 yanvar 2020-ci il tarixdə ən azı saat 17:00-dan 20:00-dək yaşadığı Dondar Quşçu kəndində olub. Lakin Şahid25 istifadəsində olan telefonların anten məlumatları ilə müəyyən edilir ki, həmin vaxtlarda o, müxtəlif yerlərdə olub. Belə ki, Şahid25 istifadəsində olan 055 *** ** ** nömrəli telefonun işdə olan anten məlumatları ilə müəyyən edilir ki, ifadəsində göstərdiyi vaxtlarda - 19:04:23 saniyədə o, Dondar Quşçu kəndindəki evində deyil, Bozalqanlı qəsəbəsində olub və Məmmə adlı həmin tanışı ilə 67 saniyə danışıb. Azərcell-in anten məlumatlarına görə isə həmin vaxt o, Öksüzlü kəndində olub. Belə ki, bacanağı Eldar adlı şəxs 050 *** ** ** nömrədən onun istifadəsində olan 050 *** ** ** nömrəli telefona, 06 yanvar 2020-ci il, saat 19:01:53 saniyədə zəng vuraraq, 1290 saniyə (Yəni, 21 dəqiqə 30 saniyə) danışıb. Göründüyü kimi, Şahid25 istifadəsində olan həm *** *** ** **, həm də 055 *** ** ** nömrəli telefonların anten məlumatları istintaqa verdiyi ifadəsində göstərdiyi vaxtlarda onun Dondar Quşçu kəndində deyil, başqa ərazilərdə olduğunu göstərir. Digər şübhəli məqam isə ondan ibarətdir ki, Şahid25 istifadəsində olan telefon nömrələrindən birinin (*** *** ** **) anten məlumatları eyni vaxtda onun Öksüzlü kəndində, digərinin (*** *** ** **) anten məlumatları isə onun Bozalqanlı qəsəbəsində olduğunu göstərir. Belə ki, anten məlumatlarına görə Altay bakcell nömrəsi ilə eyni vaxtda (19:04:23) Bozalqanlı qəsəbəsində olmaqla, Məmmə adlı şəxsin 077 *** ** ** nömrəsi ilə, azərcell nömrəsi ilə isə Öksüzlü kəndində olmaqla (19:01:53) bacanağı Eldarın 050 *** ** ** nömrəsi ilə danışıb. Həmçinin nəzərə alınmalıdır ki, Dondar Quşçu kəndi ilə Öksüzlü kəndi arasındakı məsafə, avtomaşınla getdikdə, 21 dəqiqəlik yoldur. Dondar Quşçu kəndi ilə Bozalqanlı qəsəbəsi arasındakı məsafə isə, avtomaşınla getdikdə, 17 dəqiqəlik yoldur. Digər tərəfdən, əgər Altay 06 yanvar 2020-ci il tarixdə, öz ifadəsində bildirdiyi kimi, Dondar Quşçu kəndində, Məmmə adlı həmin şəxslə bir yerdə idisə, bu halda yanında olan şəxsə zəng vurması nə qədər məntiqlidir. Çünki Altayın 055 *** ** ** nömrəsinin anten məlumatlarına görə 19:04:23 saniyədə onun Məmmə ilə (*** *** ** **) 65 saniyə danışdığı müəyyən olunur. Halbuki yuxarıda qeyd olunan kimi, Altay istintaqa verdiyi ifadəsində həmin vaxt Dondar Quşçu kəndində, Məmmə adlı şəxslə bir yerdə olduğunu bildirib. Bundan başqa, 20:09:16da Altay özünün azercell nömrəsi ilə (*** *** ** **) 051 *** ** ** nömrəli abonentə zəng vuraraq, onunla 34 saniyə danışıb. Anten məlumatları həmin vaxt Altayın Əlibəyli kəndində, “Dastan” şadlıq evində olduğunu göstərir. İstintaqa verdiyi ifadəsində isə o, həmin vaxt Dondar Quşçu kəndindəki evində olduğunu bildirib. Bundan başqa, Altay istintaqa verdiyi ifadəsində yeznəsi Fikrətin 055 *** ** ** nömrəsinə zəng vuraraq ondan televizor üçün kabel istədiyini, müsbət cavab aldığı üçün öz avtomobili ilə Fikrətgilə gedib və ondan kabeli götürərək öz evinə qayıtdığını bildirib. Anten məlumatlarına görə Altay yeznəsi Fikrətə 19:25:55-də zəng vurub və onunla 144 saniyə danışıb. Fikrətin istifadəsində olan 055 *** ** ** nömrəli telefonun anten məlumatları isə həmin vaxt onun Dondar Quşçu kəndindəki evində deyil, Yuxarı Öksüzlü kəndində olduğunu göstərir. Bu fakt onu deməyə əsas verir ki, Altayın həmin vaxt yeznəsi Fikrətgildə olması və ondan kabel götürməsi barədə dedikləri də doğru deyildir. Buna görə də onlar, məhkəməyə vəsatət verərək işdə olan, “Bakcell” və “Azərcell” mobil şəbəkələri tərəfindən təqdim olunmuş materiallar üzrə, işdə əsas şahid kimi götürülmüş Şahid25 istifadəsindəki telefon nömrələrinin anten dairələrinin araşdırılmasını xahiş etmiş və bunun hansı zərurətdən irəli gəldiyini məhkəməyə izah etmişlər. Lakin məhkəmə bu vəsatəti də təmin etməmişdir. Şahid25 məqsədli şəkildə yalan ifadələr verməsi faktı Fazil Vəliyevin şahid qismində istintaqa verdiyi ifadəsi ilə də təsiq olunur. Belə ki, X53 istintaqa verdiyi ifadəsində bildirib ki, o, öz həyat yoldaşı Aytac Vəliyevanı işdən qayıdan zaman qarşılayıb evə gətirmək üçün, xx.xx.2020 tarixində, saat 18:50 radələrində yaşadığı evdən çıxaraq, meyitin atıldığı yerin yanından keçib məktəbin yanında olan avtobus dayanacağına getmişdir. Bu zaman o, heç bir yanğın görməmişdir. O, həmin dayanacaqda yoldaşını qarşılayıb və onunla birlikdə piyada, gəldiyi yolla evlərinə qayıtmışlar. Onlar hadisə yerinə çatmağa təqribən 200 metr qalmış meyitin yandırıldığı istiqamətdən, Şahid25 məxsus olan 07 markalı, 069 nömrəli maşın onların yanından sürətlə gəlib keçmişdir. Hətta onlar kəndin arasında maşının belə yüksək sürətlə sürülməsinə deyinmiş və sonra yolu davam etdirmişlər. Döngəni keçərək, hadisə yerinə çatan zaman orada yanğının olmasını görmüşlər. Yananın insan cəsədi olduğunu bilmədikləri üçün, yanından ötüb keçərək evlərinə getmislər. Onlar yanğının yanından 19:05 radələrində keçmişlər. Bu zaman onlar Şahid25 maşınından basqa küçədə heç kimi görməmişlər. Onların Altayla qarsılaşdığı andan hadisə yerinə gəlib catmaları təqribən 3-4 dəq ərzində baş vermişdir. Fazil ifadəsində həmçinin bildirib ki, onlar evlərinə gəldikdən təqribən 15-20 dəqiqə sonra, atası Zakir öz avtomobili ilə evdən çıxmışdır. Bu faktın özü də zaman baxımından Fazilin ifadəsindəki məlumatların doğruluğunu təsdiq edir. Belə ki, bu faktı Fazilin atası Şahid15 də istintaqa verdiyi ifadəsində təsdiq edib. İş üzrə istintaqa ifadə verən digər iki şahid – Şahid13 və Şahid16 də istintaqa verdikləri ifadələrində Şahid15 həmin vaxt öz avtomobili ilə oradan keçdiyini təsdiq etmişlər. Bu ifadələrin üst-üstə düşməsi Fazil Vəliyevin ifadəsinin doğru olduğunu göstərir. Deməli, Şahid25 verdiyi ifadədə onun 19:15 radələrində hadisə yerindən keçdiyi və orada heç bir yanğın hadisəsi görmədiyi barədə verdiyi məlumat da doğru deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, həmin gün o, sinif yoldaşı Sevinclə birlikdə 14:30-da başlayan Laləzər müəllimənin yanından İngilis dili hazırlığından saat 16-17:00 radələrindən çıxıb evlərinə gedən zaman Maarif atın belində öz heyvanları ilə onların önündə getmişdir. Bundan sonra onlar döngədən dönüb düz istiqamətdə getmişlər. Bu zaman Nərmin Arif əmisinin evindən çıxmış, arxasınca isə Arif əmisi çıxmışdır. Onlar Nərmin və əmisinə yaxınlaşan zaman Nərminin əmisi içəri girmiş, Nərmin isə onların yanından keçib getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində ifadəsində göstərmişdir ki, o, Şəmsiyyə ilə saat 16-17:00 radələrində hazırlıqdan çıxıb evə gedərkən Nərminin əmisigildən çıxdığını, əmisinin də onun arxasınca çıxıb yola saldığını görmüşdür. Nərmin əmisigildən çıxıb onların yanından keçib getmişdir. Onlar Nərminin hara getdiyini görməmişdir. Onlar Nərmini gördükləri zaman onun əlində normal ölçüdə torba olmuşdur. Bu şahidlərin ifadələrində bir neçə məqam xüsusilə mühümdür. 1.Arifin Nərminin arxasınca çıxması-hansıki Arif bunu inkar edir. 2.Nərminin əlində torba olması 3. İngilis dili hazırlıqlarının dəyişməz olaraq hər dəfə 14:30-da başlaması və 16:00-da bitməsi. Hazırlıq bitdikdə isə hələ bir müddət evə verilmiş əlavə tapşırıqların müəllim tərəfindən izahı. X42 itməsi zamanının müəyyənləşdiirlməsi üçün ən yaxşı kriteriya bu iki şahiddir. Ancaq istintaq və məhkəmə bu mötəbər şahidlərə deyil, yalanlar uyduran Şahid25 stavka etmişdir ki, bu da başa düşüləndir. Çünki hər iki orqanın məqsədi ədalətin bərpası yox, nə cür yollarla olur-olsun Təqsirləndirilən şəxs cinayətkar kimi həbs edib məhkum etmək olmuşdur. Şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 04 yanvar 2020-ci il tarixdə o, oğlu İlkinlə bərabər Ağdama yas yerinə gedən zaman nəvəsi Xansuvar ikinci mərtəbədən, yəni Nərminin saxlanıldığı güman edilən otaqdan onun paltosunu gətirmiş, lakin pis vəziyyətdə olduğundan başqa paltar geyinmiş və paltonu qaytarıb həmin otağa qoymuşlar. 06 yanvar 2020-ci il tarixdə səhər saatlarında İlkin avtobusla Gəncəyə yas yerinə getmiş, saat 14:30-da evə qayıtmışdır. Gələndən sonra İlkin evdə bir qədər yatmış və durandan sonra küçəyə çıxmış, orada Rövşən və mağazanı işlədən şəxs olmuş, İlkin də onların yanında dayanmışdır. Hava qaralana yaxın o evinə qayıtmış, İlkinə yemək vermişdir. İlkin yeməyini yeyib çölə çıxmış, o da ərinin qarşısına yemək qoyana qədər, 10 dəqiqə keçməmiş bu hadisə baş vermişdir. İlkin sonuncu dəfə evdən o an çıxmış və bu günə qədər də qayıtmamışdır. İlkini evə gətirən zaman onları zorla evdən çıxarıb avtomobillərə əyləşdirmişlər. Onun yoldaşı 2019cu ilin dekabr ayında hamamda istifadə etdikləri masanı təmir etmək üçün dəzgahın elektrikini ikinci mərtəbədən, Nərmin saxlanıldığı güman edilən otaqdan qoşmuşdur. İlhamə atası xəstələnəndən onlarda yaşamışdır. İlhamə müəllimədir və onların evində hər gün saat 14:30-dan 16-17:00 radələrinə qədər məşğələ keçmişdir. Şahid31 ifadəsində göstərmişdir ki, 12 oktaybr 2019-cu ildən o, xəstələnmiş və İlkin hər gün onun yanında yatmışdır. Evdəki dəzgah ikinci mərtəbədəki, Nərminin saxlanıldığı güman edilən otaqdan işə salınmışdır. O, özü 2019-cu ilin dekabr ayının sonlarında həmin otaqdan dəzgahı qoşmuşdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məxsus, “Samsunq Galaxy J2 Prime” markalı telefonun keş yaddaşından aşkar olunan məlumatları sübut kimi qəbul etsə də, telefonun təqsirləndirilən şəxsdən götürülməsi hissəsində CPM-in tələbləri qaydasında rəsmiləşdirilmədiyindən, müdafiə tərəfinin Təqsirləndirilən şəxs məxsus, “Samsunq Galaxy J2 Prime” markalı telefonun götürülməsi hissəsində Prosussual Qanunvericiliyin tələbələrinin pozulması barədə dəlillərini əsaslı hesab edir və cinayət işinin materiallarında bu barədə heç bir rəsmi sənəd olmadığından və bu fakt məhkəmədə öz təsdiqini tapdığından, həmin halı CPM-in tələbələrinin pozulması kimi qiymətləndirir, həmçinin telefonun daxili yaddaşında (qalereyasında olan şəkilləri) olan məlumatları sübut kimi qəbul etmir. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə bağlı yenə də bildirirlər ki, məhkəmənin ikili standartları, yəni sağ göstərib-sol vurması o qədər aşkar və barizdir ki, sadəcə təəssüf doğurur. Təqsirləndirilən şəxs ifadələrinə sərgilədiyi yanaşmanı məhkəmə yenə də mobil telefonla bağlı hissədə sərgiləmişdir. Məhkəmənin ədalətli yanaşmasını düşünmək sadəcə sadəlövhlükdür. Məhkəmə açıq-aşkar, qaça bilmədikləri sübut saxtalaşdırmanı ört-basdır etmək istəyir, yoxsa, bu qanunsevərlikdən, yaxud da Təqsirləndirilən şəxs canıyananlıqdan irəli gəlmir. Çünki işdə olan bütün sübutlar, məhkəmənin mötəbər hesab etdiyi sübutlar da həmçinin saxtakarlıq yolu ilə əldə edilmişdir. Özü də bu saxtakarlıq elə işdəki sənədlərlə təsdiq edilir, hansısa başqa sənəd təqdim etməyə ehtiyac yoxdur. O üzdən məhkəmə çıxış yolunu bunda görmüşdür və hesab etmişdir ki, bu ədalətili yanaşma kimi görsənəcək, bu qərarı ilə saxta sübutun aradan çıxmasına nail olacaqdır. Təqsirləndirilən şəxs mobil telefonuna məqsədli şəkildə xx.xx.2020-ci il tarixdə saat 11.50-də bir neçə erotik və pornoqrafik şəkillər yüklənmişdir ki, istintaq sonradan bu şəkillərdən guya Təqsirləndirilən şəxs yükləyərək baxdığına dair sübut kimi istifadə etmişdir. Lakin materialların tədqiqi zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 10:00-dan 14:00-dək müstəntiqə ifadə vermişdir. Belə çıxır ki, Təqsirləndirilən şəxs pornoqrafik şəkillərə müstəntiqlə birlikdə baxıb, həm də meyit aşkar edildikdən 2 gün sonra. Yəni Təqsirləndirilən şəxs müstəntiqin qarşısında əlində telefonla oturub şəkil yükləməsini iddia etmək axmaqlıqdır. Həmçinin nəzərə alınmalıdır ki, onun telefonu iki gün öncə əlindən alınmış, hər kəslə ünsiyyətdən məhrum edilmiş halda, o, Tovuz RPŞ-nin inzibati binasında saxlanılırdı. “Samsunq Galaxy J2 Prime” markalı telefonun Keş yaddaşından aşkar edilən məlumatlara münasibətdə: İlkin özünün bu cinayətlə heç bir əlaqəsinin olmadığını bildirərək, özünü təqsirli bilmədiyindən, könüllü olaraq google hesabının parolunu müdafiəçilərin yanında xx.xx.2020-ci il tarixində google" hesabını və şifrəsini müstəntiq N.Mirzəyevə könüllü təqdim etmişdir, sonradan isə xx.xx.2020-ci il tarixli dindirmə protokoluna bu hal sual kimi daxil edilmişdir, bundan sonra istintaq tərəfindən onun google hesabına daxil olmaqla, hesabın parolu dəyişdirilmişdir. Lakin əvəzində, İlkinin vicdanlı davranışının və istintaqdan gözlədiyi ədalətin qarşılığı nə oldu. Məhkəmə kompüter-texniki ekspertizasını həyata keçirmiş Məmməd Ramazanov rəy və ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus telefon kimi ona təqdim edilmiş «Samsunq Galaxy J2 Prime» markalı telefonun üzərində tədqiqat apararkən "google" hesab şifrəli formada olmamışdır. Maraqlı nüansdır elə deyilmi? Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə öz "google" hesabını və şifrəsini müstəntiq N.Mirzəyevə könüllü təqdim etdiyi tarixdən məhkəmə kompyuter-texniki ekspertizasının başladığı xx.xx.2020-ci il tarixədək telefona və "google" hesabına kimlər müdaxilə etmişdir ki, Təqsirləndirilən şəxs məxsus "google" hesabı şifrəsiz olmuşdur. Dəfələrlə müraciətlərinə baxmayaraq, Təqsirləndirilən şəxs "google" hesabının şifrəsi təqdim edilməmişdir. İstintaq qanunsuz olaraq bunu dəyişdirmiş və məqsədli şəkildə bu sübutla bağlı araşdırma aparılmasına imkan verməmişdir. Habelə AİHM-nin presedent Qərarlarında istinad olunmuş mövqeyə görə "google" hesab və şifrəsi xüsusi mülkiyyət statusuna malikdir və bundan məhrumedilmə xüsusi mülkiyyətdən məhrumetmə kimi, xüsusi mülkiyyətə qəsdetmə kimi dəyərləndirilir. Silinmiş yaddaş bərpası zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filminə, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialına, saat 14:06-də “Mister Bin” animasiya cizgi filminə, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosuna, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videolara, saat 15:34-də “Maşa və ayı” cizgi filminə, saat 18:54-də “Qızım və mən” serialına, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videoya, “Cocuklar duymasın” videoserialına, o cümlədən digər videolara baxılmışdır. 06 yanvar 2020-ci il tarixdə saat 17:11-də com.samsung.android. weather (hava proqnozuna baxıb) proqramı ilə hava şəraitinə, həmçinin həmin gün saat 19:07 də isə “Chrom MAP” proqramından istifadə edilməklə ərazi xəritəsinə baxılmışdır. Mövcud olan faktlarla əlaqədar Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “Youtube” kanalına müxtəlif saytlara müxtəlif zaman kəsiyində daxil olmuş videolar izləmiş, uşaqlar üçün videoçarxlara, eləcə də, uşaq cizgi filimlərinə, uşaq seriallarına baxmamışdır. Youtube kanalının sisteminin tarixçəsini və axtarış qeydiyyatı funksiyasını telefonun yaddaşında yer tutumasın deyə, özü dayandırmışdır. “Google Maps” proqramından istifadə etməklə, Tovuz rayonu, Dondar Quşçu kəndinə və Şahid9 meyitinin aşkar edildiyi əraziyə baxmışdır və bunda heç bir marağı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ekspert X33 ifadələsində göstərmişdir ki, «Tom və Cerri», «Maşa və Ayı», «Selena», digər serial və cizgi filmlərə 2019-cu ilin dekabr və 05 yanvar 2020-ci il tarixlərdə baxılma izlərinin hissələri müəyyən edilmişdir. Ona təqdim edilmiş İlkin Sülyemanovun istifadəsində olmuş «Samsung» markalı mobil telefonunda olan məlumatların yaranma tarixi «Cellebrite» şirkəti istehsalı olan «Ufed Touch-2» proqram təminatı tərəfindən avtomatik olaraq olduğu kimi yaranma günü göstərilməklə telefonun yaddaşında tarixi qeyd olunur və həmin məlumatın yaranma tarixi telefonun yaddaşına dəqiq həkk edilir. Hər hansı bir məlumat telefona daxil olursa, o, mütləq şəkildə daxil olan tarixi göstərməklə telefonun yaddaşında qalır. Faylların formatı və yaddaşda yerləşdirilməsi ünvanı onu bildirir ki, həmin fayllar adi qaydada istifadəçi tərəfindən baxıla bilməz, yalnız bərpa və yaddaşın bütün sahələrinə baxış keçirilərkən həmin faylların izləri aşkar edilə bilər. İstifadəçi tərəfindən arxa tarixi göstərməklə həmin faylların yerləşdirilməsi istisna edilir. Hər-hansı bir məlumat telefona daxil edilərək onun əvvəlcə, yəni keçmiş vaxtda yaranmasını göstərmək ona məlum texniki vasitələrlə mümkün deyildir. Göründüyü kimi, yuxarıda sadalanan ekspertiza rəyləri və ekspertlərin ifadələri ilə də Təqsirləndirilən şəxs Şahid9 ölümü ilə bağlı cinayətin törədilməsində əməllərinin sübuta yetirilməsinə şübhə yeri qoymur. Məhkəmə ekspert rəyində olan bu videoların baxış müddətinə diqqət yetirmişdir, yoxsa yox? 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filminə baxış 1 saniyə, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05- də “Hercayi” serialına, saat 14:06-də “Mister Bin” animasiya cizgi filminə baxış 1 saniyə, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosuna baxış 2 saniyə, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videolara baxış 2 saniyə, saat 15:34-də “Maşa və ayı” cizgi filminə baxış 8 saniyə, saat 18:54-də “Qızım və mən” serialına baxış 2 saniyə, 26 dekabr 2019-cu il tarixdə saat 15:44də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videoya baxış 1 və 2 saniyə, “Cocuklar duymasın” videoserialına baxış 5 saniyə olmuşdur. Bu müddətləri baxış kimi dəyərləndirmə isə absurddur və texnoloji məlumatlara sıfır səviyyədə malik olmaq deməkdir. Cinayət işində komputer-texniki ekspertizasını aparan ekspert Məmməd Ramazanovun xx.xx.2020-ci il tarixli 2849 nömrəli rəyinə diqqət yetirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs Samsung markalı mobil telefonuna 08, 13, 14 və 21 yanvar 2020-ci il tarixlərində müxtəlif formatlı proqramlar yüklənərək silinmişdir. Qeyd etdiyimiz kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung markalı mobil telefon xx.xx.2020-ci il tarixdə onun əlindən alınmışdır və bundan sonra da ona bu telefona daxil olmaq imkanı verilməmişdir. Belə olan təqdirdə, istintaq qrupunun əlində olan mobil telefona bu müdaxilələri kimlər, hansı məqsədlə həyata keçirmişdir, eyni zamanda da, bu proqramları kimlər quraşdırmış və silmişdir. Bütün bu sualllara istintaq cavab verməmişdir, eləcə də, dövlət ittihamçısı da bunun araşdırılmasında maraqlı olmayaraq bu xüsusata toxunmamışdır. Məhkəmə-texniki komputer ekspertizası ilə bağlı məhkəmədə aparılmış tədqiqat və rəy vermiş ekspertin dindirilməsi zamanı da bir çox saxtakarlıqlar müəyyən edilmişdir. Belə ki, iş materiallarında, ayrı-ayrı yerlərdə 2 cədvəl göstərilib. Bu cədvəllərdən biri skan olunmuş, digəri isə ekspert tərəfindən tərtib olunmuş cədvəldir. Məhkəmədə ifadə verən ekseprt M.Ramazanov bildirdi ki, həmin cədvəllərdəki məlumatlar, yəni həm rəyin 21-54 cü səhifələrində olan ekspert tərəfindən tərtib edilmiş cədvəldəki, həm də google hesabından skan edilmiş cədvəldəki məlumatlar eyni olmalıdır. Bundan sonra müdafiə tərəfi həmin cədvəlləri M.Ramazanova təqdim edərək, cədvəllərdəki məlumatların eyni olmadığını bildirdi və bu uyğunsuzluğa izah verməsini ondan xahiş etdi. Lakin ekspert bu ziddiyyətə izah verə bilmədi. Çünki google hesabından skan edilmiş cədvəldəki məlumatlara fiziki müdaxilə imkansız olduğundan, ekspert tərəfindən tərtib edilmiş cədvəllərə isə müdaxilə edilmə imkanı mübahisəsiz olduğundan, istintaq yenə də bu ekspert vasitəsilə saxtakarlıqlara imza atmışdır. Rəyin 21-54-cü səhifələrində olan, ekspert tərəfindən tərtib edilmiş və google hesabından skan edilmiş cədvəllərə diqqət yetirdikdə aşağıdakılar məlum olmuşdur. 06 yanvar 2020-ci il tarixində google hesabdan skan edilmiş cədvəldə yutuba 2 dəfə baxış olması məlum olur, ekseprt M.Ramazanovun tərtib etdiyi cədvəldə isə yutuba 13 dəfə baxılması əks edilib. Burada diqqət çəkən məsələ həmin gün saat 20:07, 21:28, 22:17, 23:04 və 07 yanvar 2020-ci ilə keçən gecə, saat 00:14 radələrində olan girişlərdir ki, həmin vaxtlarda Təqsirləndirilən şəxs yutuba giriş etməsi mümkünsüz idi. Birincisi ona görə ki, o, yanan meyitin söndürülməsindən sonra yutuba girəcək halda olmamışdır və həmin vaxt onun yanında olan şəxslər də bunun şahidi olmamışlar. Digər tərəfdən o, həmin gecə Tovuz RPŞ-yə aparılaraq orada saxlanılmış və telefonu əlindən alınmışdır. İfadənin yerində yoxlanması ilə bağlı istintaq hərəkətinin videogörüntüsündən də məlum olur ki, meyit aşkar edilən gün hadisə yerinə gələn polis işçiləri İlkindən həmin hadisə barədə əlində hər hansı materialın olubolmadığını soruşub, İlkin isə həmin hadisəni telefonla çəkdiyini bildirərək, özünə məxsus olan həmin telefonu polis işçilərinə təqdim edib. Bundan başqa, ekseprt M.Ramazanovun tərtib etdiyi 28 noyabr 2019-08 yanvar 2020-ci il tarixə qədər olan müddət ərzində yaranma tarixləri bəlli olan fototəsvirlərin və videofaylların texniki göstəriciləri və həmin məlumatlara dair cədvəldə 06 yanvar 2020-ci il tarixində yutuba baxış olmadığı qeyd olunub. Bu faktlar onu göstərir ki, ekseprt M.Ramazanovun tərtib etdiyi cədvəldəki məlumatlar doğru deyildir və ekspert tərəfindən saxta cədvəl tərtib olunmuşdur. 05 yanvar tarixində google hesabından skan edilmiş cədvəldə yutuba heç bir baxış olmadığı məlum olur, eləcə də, ekspert M.Ramazanovun tərtib etmiş olduğu cədvəldə yutuba baxılmadığı əks edilmişdir. Lakin rəyin 12, 13, 14-cü səhifələrində olan ekspert M.Ramazanovun tərtib etmiş olduğu 28 noyabr 2019-08 yanvar 2020-ci il tarixə qədər müddət ərzində yaranma tarixləri bəlli olan fototəsvirlərin və videofaylların texniki göstəriciləri və həmin məlumatlara dair cədvələ isə ekspert tərəfindən yalan məlumatlar daxil edilərək, müxtəlif tarixlərdə google hesabdan skan edilmiş cədvəldə və ekspert M.Ramazanovun tərtib etmiş olduğu cədvəldə yutuba baxılmasının sayı bir-birindən fərqlidir. Göründüyü kimi, bu rəydə də məlumatlar ekspertlər tərəfindən saxtalaşdırılmışdır. Cild 7-də səhifə 65-də olan telefona baxış keçirilməsi haqqında protokoldan da göründüyü kimi, ekspert M.Ramazanov ən azı xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs telefonuna baxış və müdaxilələr etmək imkanına malik olmuşdur. İttihamçı prokuror da öz çıxışında haqlı olaraq bildirdi ki, yutube tarixçəsini arxa tarixə saxtalaşdırmaq mümkün deyildir. Yuxarıda qeyd etdiyimiz faktlar da onu göstərir ki, ekspert Google hesabından skan edilmiş cədvəldə heç bir dəyişiklik edə bilməmiş, yalan məlumatları yalnız özünün tərtib etdiyi cədvələ daxil etmişdir. Google hesabından skan edilmiş cədvəllə eskpertin tərtib etdiyi cədvəl arasındakı uyğunsuzluqlar məhz bu faktorla bağlıdır. Təqsirləndirilən şəxs isə belə verilişlərə, yəni istintaqın iddia etdiyi kimi Şahid9 baxdığı uşaq verilişlərinə, seriallara, komediya məzmunlu səhnələrə ümumiyyətlə baxmadığını bildirmişdir. O, qeyd etmişdir ki, istintaqın iddia etdiyi kimi 21-27 dekabr 2019-cu il tarixində onun bu cür verilişlərə baxışı google hesabdan skan edilmiş cədvəldə yoxdur, lakin sonradan ekspert M.Ramazanovun tərtib etmiş olduğu cədvəldə saxtakarlığa yol verilərək, mexaniki üsulla qeydiyyat aparılmaqla, həmin baxışlar dekabr ayındakı baxış kimi göstərilmişdir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, bu yutub baxışlarının müddəti bir neçə saniyədən ibarətdir ki, bunu da baxış kimi qiymətləndirmək absurddur. Digər bir hal isə ondan ibarətdir ki, istintaq bir tərəfdən 04-05 yanvarda ölümün baş verdiyini qəbul edir, digər tərəfdən isə 05 yanvarda telefonda guya yutubda multfilmə baxılmasını sübut kimi dəyərləndirir. Buradan isə, yəni ittihamın sübutlarından belə başa düşülür ki, artıq ölmüş şəxsə videolar göstərilmişdir. Bu isə normal düşüncənin məhsulu deyildir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olan telefon ekspertə təqdim olunanadək, 1 ay müddətində istintaqda saxlanılmış və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Arzu Daşdəmirova verilmişdir. Məhkəmənin digər mötəbər sübutu budur: 06 yanvar 2020-ci il tarixdə saat 17:11-də com.samsung.android.weather (hava proqnozuna baxıb) proqramı ilə hava şəraitinə, həmçinin həmin gün saat 19:07 də isə “Chrom MAP” proqramından istifadə edilməklə ərazi xəritəsinə baxılmışdır. İstintaqın, daha sonra isə məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Google MAP vasitəsilə xəritəyə baxış keçirtmişdir və bunu istintaq meyiti atmaq üçün ərazinin relyefini araşdırması kimi dəyərləndirmişdir. Əvvala, Təqsirləndirilən şəxs bu proqrama baxanda saat 19:07 olmuşdur və baxdığı ərazi bir neçə rayonu əhatə etmişdir. Yəni ittihamın məntiqini anlaya bilmirik. Təqsirləndirilən şəxs 23 və 25 dekabr 2019-cu il, xx.xx.2020-ci il tarixlərində yenə də Google MAP vasitəsilə xəritəyə baxması məhkəmə kompyuter-texniki eskpertizasının rəyi ilə təsdiq edilir. İttihamın məntiqi ilə Təqsirləndirilən şəxs doğulub-böyüdüyü ərazini və evinin qarşısını tanımır, buna görə də xəritə ilə hərəkət edir. Bu absurd və anormal fikirlər sağlam düşüncənin məhsulu ola bilməz. Ya da ki, Təqsirləndirilən şəxs 23 və 25 dekabr 2019-cu il, xx.xx.2020-ci il tarixlərində yenə də Google MAP vasitəsilə xəritəyə baxmışdır, bu da o deməkdir ki o yenə də adam öldürmüşdür. Yəni məhkəmənin bu sayıqlamanı mötəbər kimi dəyərləndirməsi o deməkdir ki, burada biz sırf məhkəmənin öz məntiqi ilə düşünüb yazırıq – İlkin hər dəfə mobil telefonla Google MAP vasitəsilə xəritəyə baxanda öldürdüyü adamları harasa atmaq üçün yer axtarırmış və ya həmin tarixlərdə də bir neçə adam öldürübmüş. Axı o həmin günlərdə də mobil telefonla Google MAP vasitəsilə xəritəyə baxıb. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10:43-də də hava proqnozu məlumatlarına baxmışdır və bu normal bir məsələdir. İstintaq orqanı isə bu məlumatdan öz çirkin məqsədləri üçün istifadə etmək üçün, ona anormal formada xüsusi bir don geyindirməyə çalışmışdır. Məhkəmə həmçinin müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 sorğularına əsasən Rostov vilayəti DBM “Məhkəmə-tibbi ekspertiza bürosu”nun eksperti X25 tərəfindən vəkillərin təqdim etdiyi materiallar üzrə cinayət işinin materiallarına əlavə olunmuş mütəxəssis rəyini sübut kimi qəbul etməmişdir. Müdafiə tərəfi müxtəlif ölkələrdən olan, müvafiq təcrübəyə və ixtisasa malik, yüksək peşəkarlıq səviyyəsinə malik olan mütəxəssis-ekspertlərlə əməkdaşlıq və bu cinayət işi üzrə informasiya mübadiləsi etməkdədir. Həmin şəxslər Rusiya Federasiyasından Aleksanr Yevqeniyeviç Panov və Gürcüstan Respublikasından Maya Qeorgiyevna Nikoleyşvili ilə Omar Djoxadzedir. İnformasiya mübadiləsi zamanı bu şəxslər də hazırki iş üzrə keçirilmiş ekspertizanın natamam olması və yetərli olmadığı, iş üzrə bütün suallara cavab vermədiyi qənaətindədirlər. X11 rəyində əksini tapmış mühüm xüsusatları iş üzrə keçirilmiş olan iki məhkəmə-tibbi ekspertizanın rəylərini darmadığın etməkdədir. İstintaq orqanı istintaq təcridxanasında Təqsirləndirilən şəxsla bir otaqda saxlanılan digər təqsirləndirilən şəxslərdən də istifadə etməklə yalan məzmunlu ifadələr almışdır. Belə ki, Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla bir otaqda saxlanılan şəxslər- Şahid28 və Şahid29 ifadələr alınmış və həmin ifadələrdə qeyd olunmuşdur ki, guya Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsinin onun tərəfindən törədildiyini həmin şəxslərə də etiraf etmişdir. Açıq-aydın görünür ki, həmin təqsirləndirilən şəxslərdən bu məzmunda, həqiqətə uyğun olmayan ifadələrin alınmasını istintaq orqanı, məqsədli şəkildə, məhz özü təşkil etmişdir. İstintaq orqanının bu cür qanunsuz hərəkətləri də məhz Təqsirləndirilən şəxs qarşı heç bir düzünə və mötəbər sübutun olmaması ilə izah edilməlidir. Həmin şəxslərin ifadələrində qeyd olunub ki, guya Təqsirləndirilən şəxs hazırki cinayəti törətməsi barədə etirafedici məlumatları onlara 2020-ci ilin fevral ayının sonlarında bildirib. Bu zaman belə bir sual yaranır ki, əgər həqiqətən belədirsə, bu halda həmin şəxslər nəyə görə bu məlumatları istintaq orqanına elə həmin vaxtda deyil, ondan təqribən bir il ötəndən sonra çatdırmışlar. Həmçinin o da maraqlıdır ki, Şahid29 həmin ilin mart ayında ev dustaqlığına buraxılmışdı və buna görə də onlar, yəni Şahid28 ilə Şahid29 birbirindən xəbərsiz olduqlarını bildirirlər. Belə olan halda, onların hər ikisinin bir ildən sonra, eyni vaxtda istintaqa ifadə verməsi də olduqca şübhəlidir. Digər tərəfdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxsla bir kamerada saxlanılan digər iki nəfər də, yəni X34 və X47 da bununla bağlı şahid qismində dindirilmiş və onlar Təqsirləndirilən şəxs bu barədə heç bir etirafedici söz demədiyini, əksinə, onlara bu cinayət hadisəsi ilə onun heç bir əlaqəsinin olmadığını bildirdiyini qeyd etmişlər. Bundan başqa, Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla eyni kamerada saxlanılan X47 və X62 məhkəməyə şahid qismində dəvət olunmuş və ifadələri alınmışdır. Həmin şəxslər məhkəməyə verdikləri ifadələrində də Təqsirləndirilən şəxs bu barədə heç bir etirafedici söz demədiyini, əksinə, onlara bu cinayət hadisəsi ilə onun heç bir əlaqəsinin olmadığını bildirdiyini bir daha təsdiq etmişlər. Digər tərəfdən həmin şəxslər məhkəmə baxışı zamanı digər şahidlər - Şahid28 və Şahid29 ilə üzləşmiş və onların yalan danışdıqlarını üzlərinə demişlər. Göründüyü kimi, qeyd edilən sübutlar və faktlar Şahid28 və Şahid29 Təqsirləndirilən şəxs əleyhinə verdikləri ifadələrin həqiqətə uyğun olmadığını və bu ifadələrin məhz istintaq orqanı tərəfindən, məqsədli şəkildə təşkil edildiyini birbaşa təsdiq edir. Şahid29 barəsində ittiham hökmü çıxarılmasına baxmayaraq, onun yenə də Bakı İstintaq Təcridxanasında saxlanılması da bir çox mətləblərdən xəbər verir. Bundan başqa, nəzərə alınmalıdır ki, hətta Təqsirləndirilən şəxs yuxarıda adları qeyd olunan, iş üzrə şahid qismində dindirilmiş polis işçiləri - Şahid22, Şahid23 və Şahid24, həmçinin Təqsirləndirilən şəxsla bir kamerada saxlanılan şəxslər- Şahid28 və Şahid29 ifadələrindən hazırki cinayət işi üzrə sübut kimi istifadə edilə bilməz. Belə ki, işdən göründüyü kimi, yuxarıda adlarını çəkdiyimiz polis işçilərinin və təqsirləndirilən şəxslərin şahid kimi istintaqa verdikləri məlumatlar, bilavasitə özlərinin gördüyü və şahidi olduğu məlumatlar deyildir. Onlar həmin məlumatı başqasının, yəni hazırki cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs sözlərindən eşitdiklərini bildirmişlər. Belə olan halda, CPM-in 126.3-cü maddəsinin tələbinə görə həmin şəxslərin verdikləri ifadələr sübut kimi istifadə oluna bilməz. Buna görə həmin ifadələr də yolverilməz material kimi sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmənin diqqətinə onu da çatdırmağı vacib hesab edirlər ki, Təqsirləndirilən şəxs əleyhinə həqiqətə uyğun olmayan ifadələri verən kamera yoldaşları - Şahid28 dələduzluq cinayətinə görə, Şahid29 isə “priton” saxlamağa görə cinayət məsuliyyətinə cəlb ediliblər. Bu faktlar da həmin şahidlərin şəxsiyyətlərini xarakterizə etməyə və qiymətləndirməyə imkan verir. Məhkəmə isə yenə də öz standartlarına sadiq qalmışdır və hesab etmişdir ki, Şahid28 verdiyi ifadə hadisələrin gedişatına münasibətdə ziddiyyətli olduğundan, Eyvaz Əliyevin və Raqif Mirzəyevin ifadələri isə müdafiəyönümlü olmaqla, aşkar surətdə qeyri-səmimi ifadələr olduğundan mötəbər sübut kimi qəbul edilməməli, Şahid29 ifadəsi isə sübutlar siyahısından çıxarılmalıdır. Şahid28 və Şahid29 ifadələrinin sübut kimi çıxarılma səbəblərini hərtərəfli izah etmişdik. X88 və Raqif Mirzəyevin ifadələri isə müdafiəyönümlü olmaqla aşkar surətdə qeyri-səmimi ifadələr olduğundan mötəbər sübut kimi qəbul edilməməlidir- bax, bunu anlaya bilmirik. Nədən bu şəxslər özü də Təqsirləndirilən şəxsla birlikdə bir kamerada aylarla qalmış şəxslər onun xeyrinə ifadə verməli idilər. Səbəb sadədir, Şahid28 və Şahid29 fərqli olaraq onlar cəzalarının azaldılması müqabilində yalan ifadə verməyə razılıq verməmişlər, əsl vicdan, kişilik göstərmişlər, baxmayaraq ki, bu şəxslərə də eyni təklif edilmişdir. Bu şəxslər İlkinin xəsarət almasını, kamerada müntəzəm nəzarətin olmasını, İlkinin daima günahsız olmasını bildirmişlər. Eləcə də, bu şəxslər Şahid28 və Şahid29 yalanlarını aşkara çıxartmışlar. Təqsirləndirilən şəxs fikrincə, eyni maddi sübutlar əvvəl “MTE və PAB”-də olmuş, sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Yəni lifli ekspertizaya qədər onların tamlığı pozulmuşdur. Bu isə onların hər hansı səbəbdən müdaxiləyə məruz qaldıqlarına şübhə etməyə əsas verir. Ona aid geyimlərin qablaşdırılmasında şəxsən iştirak edə bilmədiyinə görə bu şübhələr daha da artır. Əşyalar üzərində aşkar edilmiş kənar liflərin onların aid edildiyi geyimlərə tam uyğunluğunu deməyə də tutarlı bir əsas yoxdur. Ekspertin dediyinə görə, kənar liflər üçüncü əşyalarla da ötürülə bilər və uzun müddət saxlanıla bilər. Hər hansı növdə və rəngdə olan liflərin yalnız bir şəxsə aid geyimlərə aid olmasını güman etmək olduqca absurddur. Məhkəmədə maddi sübutlara baxış zamanı 1 ədəd qırmızı yorğan üzünün, ümumiyyətlə, yox olduğu, 1 ədədinin isə kənarlarının kəsildiyi görünmüşdür. Yaşadığı ünvana 4 dəfə baxış keçirilmiş, gümüşü boya aşkar edilməmişdir. Hamam otağında quraşdırılmış soba isə hadisədən 4-5 ay əvvəl boyanmış halda alındığı çoxsaylı şahid ifadələri ilə təsdiq edilir. xx.xx.2020-ci il tarixli qərarla tədqiqat obyekti xx.xx.2020 tarixində ekspertə təqdim edilmiş, “Torpaq mənşəli maddələrin tədqiqi” və ”Yanacaq və sürtkü materiallarının tədqiqi” barədə eskpertizanı keçirmiş olan MEM-nin eksperti Z.Məmmədovanın imzaladığı xx.xx.2020 tarixli № 821/822 rəyə diqqət yetirdikdə, ciddi ziddiyətin olduğu ortaya çıxır. Belə ki, rəyin nəticə hissəsində hadisə yerindəki yanmaya məruz qalmış qalıqların üzərində tez alışan neft məhsullarının izləri olduğu, lakin yanğın nəticəsində fraksiyalar uçduğundan və yüksək temperatura məruz qaldığına görə tərkibində əsaslı dəyişiklər baş verdiyindən, neft məhsullarının növünü müəyyən etməyin mümkün olmadığı qeyd edilib, lakin nəticə hissəsindəki 3-cü sualın cavablandırılması zamanı Nərmin Quliyevanın meyitinin üzərində qalmış yarı yanmış və kömürlənmiş geyim əşyalarının üzərində və onun meyitinin aşkar olduğu yerdə torpaq nümunələrinin üzərindəki neft məhsulları ilə, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş plastik qabdakı və hadisə yerindən aşkar edilib götürülmüş “Badamlı” yazılı plastik su qabındakı neft məhsullarının eyni qrup mənsubiyyətinə malik olması qeyd edilir. Maraqlıdır, axı hadisə yerindəki yanmaya məruz qalmış qalıqların üzərində neft məhsullarının növünü müəyyən etməyin mümkün olmadığı halında hansı əsasla ekspert Nərmin Quliyevanın meyitinin üzərində qalmış yarı yanmış və kömürlənmiş qeyim əşyalarının üzərində və onun meyitinin aşkar olduğu yerdə torpaq nümunələrinin üzərindəki neft məhsulları ilə, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş plastik qabdakı və hadisə yerindən aşkar edilib götürülmüş “Badamlı” yazılı plastik su qabındakı neft məhsullarının eyni qrup mənsubiyyətinə malik olmasını iddia edir?! Bu məsələdə diqqətdən kənarda qalmış bir xüsusat isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, yandırmaq üçün apardığı qabı evə geri qaytarmışdır. Həmin qab isə 430 qramlıq həcmi olan sirkə qabından ibarətdir. Həmin qabın içərisindəki dizel yanacağının yalnız təqribən 100 qramından istifadə olunduğu görünür, qalan yanacaq isə qabdadır. Cəmi 100 qramdan ibarət olan yanacaq meyitin kömürləşmiş vəziyyətdə yanmasına heç bir halda kifayət edə bilməzdi. Bəs hadisə yerində aşkar edilən, içərisində neft məhsulu olan badamlı qabı kimə məxsusdur?! İstintaq bu suala da cavab verməyib. Məhkəmədə ekspert İlkinin sualına cavab olaraq bildirdi ki, badamlı qabında olan dizel yanacağı ilə, İlkin gilin evindən götürülmüş 430 qramlıq sirkə qabında olan dizel yanacaqlarının diaqrammaları, yəni tərkibləri fərqlidir. İşdə olan 37/2020-MTBŞ saylı, 21 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, həm meyitin üzərindən götürülmüş əşyalar, həm də İlkinə məxsus olan və İlkingilin evindən götürülmüş əşyalar 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim olunmuş və həmin materiallar 13 yanvar 2020-ci ildən 24 yanvar 2020-ci ilədək olan dövrdə Səhiyyə Nazirliyinin ekspertləri tərəfindən tədqiq olunmuşdur. 21 fevral 2020-ci il tarixdə isə ekspert rəyi tərtib olunaraq qeyd olunan tədqiqat materialları həmin ekspert rəyi ilə birlikdə istintaq orqanına qaytarılmışdır. Lakin işdə olan 17 fevral 2020-ci il tarixli 821/822 saylı ekspertiza rəylərindən isə görünür ki, eyni tədqiqat materialları 14 yanvar 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin məhkəmə-bioloji, torpaq və sürtkü materiallarının tədqiqi üzrə ekspertləri - Zemfira Məmmədovaya və Tamella Hüseynovaya təqdim olunub və həmin materiallar 17 fevral 2020-ci il tarixədək həmin ekspertlərdə olub. İşdə olan 17 fevral 2020-ci il tarixli, 1163 saylı başqa bir ekspert rəyindən isə görünür ki, eyni tədqiqat materialları paralel olaraq həm də Ədliyyə Nazirliyinin lifli materialların ekspertizasına aparan başqa bir ekspertində- Aysel Cavadovada olub. Göründüyü kimi, həmin ekspert rəyləri ilə müəyyən edilir ki, eyni tədqiqat materialları, eyni vaxtda iki müxtəlif nazirlikdə, yəni həm Səhiyyə Nazirliyində, həm də Ədliyyə Nazirliyində olmuşdur. Ədliyyə Nazirliyində isə həmin tədqiqat materialları eyni vaxtda paralel olaraq həm məhkəmə-bioloji, torpaq və sürtkü materiallarının tədqiqi üzrə ekspertlərdə, həm də lifli materialların tədqiqini aparan ekspertlərdə olub. Həmin ekspert rəylərinin hər birində qeyd olunur ki, tədqiqat materialları onlara xüsusi bağlamalarda, müstəntiq Nadir Mirzəyevin imzası ilə təsdiqlənmiş və üzərinə möhür vurulmuş halda təqdim olunmuş və həmin bağlamaları onlar şəxsən özləri açmışlar. Eyni tədqiqat materiallarının eyni vaxtda, paralel olaraq müxtəlif idarələrdə və ekspertlərdə olması, həm də onlara xüsusi bağlamada və möhürlənmiş vəziyyətdə təqdim olunması sözün əsl mənasında möcüzədir. Təkcə bu faktın özü həmin ekspert rəylərinin tamamilə saxta olduğunu birbaşa təsdiq edir və həmin rəylərdən sübut kimi istifadə olunması mümkün deyildir. Bundan başqa, lifli materialların ekspertizası ilə bağlı ekspert Aysel Cavadova tərəfindən verilən ekspert rəyləri məzmun etibarı ilə də saxtalaşdırılmışdır. İşdə olan 17 fevral 2020-ci il tarixli, 1163 saylı lifli materialların ekspert rəyindən görünür ki, həmin ekspertizanı aparan Aysel Cavadova tərəfindən cox ciddi, əlavə saxtakarlıqlara da yol verilmişdir. Belə ki, həmin ekspert rəyində qeyd olunub ki, həm meyitin aşkar edildiyi yerdən götürülmüş 1-15 saylı əşyalar, həm meyitin üzərindən götürülmüşº 1-10 saylı əşyalar, həm İlkinin əynindəki geyim əşyaları, həmçinin İlkingilin evindən götürülmüş digər əşyalar 17 yanvar 2020-ci ildə, İlkingildən götürülmüş 10 ədəd kisə və 1 ədəd çadır parçası isə 23 yanvar 2020-ci ildə ona təqdim olunub və o, hadisə yerindən aşkar edilərək götürülmüş predmetlərdən 5 nömrəli bağlamanı açarkən oradan - ağ rəngli köynək, göy rəngli cins şalvar, 13 qatlı qırmızı rəngli parça, qara rəngli manjet, stolüstü örtük (klyonka) və ağ rəngli, üzərində qara-qırmızı rəngli damalı kisə parçası olmaqla, 5 predmet aşkar edib. Bununla bağlı bildirirlər ki, əvvəla hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, meyitin olduğu yerdən yalnız yanmaya məruz qalmış kisə qalığı aşkar edilərək 5 say altında qablaşdırılıb götürülmüşdür. Yəni 5 nömrəli bağlamadakı əşya yalnız yanmış kisə qalığından ibarətdir. Qeyd olunan kisə qalığının açıq-aydın görünən fotoşəkli də həmin protokola daxil edilib. Həmin fotoşəkildən də aydın şəkildə görünür ki, qeyd olunan 5 saylı obyektdə kisə qalığından başqa, heç bir əşya mövcud deyil. Belə olan halda, ekspert Aysel Cavadovanın 5 nömrəli həmin bağlamadan yanmış kisə qalığı ilə yanaşı, digər əşyaları yəni, ağ rəngli köynək, göy rəngli cins şalvar, 13 qatlı qırmızı rəngli parça və sair predmetləri aşkar etməsi mümkün deyildir. Digər tərəfdən, işdə olan məhkəmə-bioloji, torpaq və sürtkü materiallarının tədqiqi üzrə 821/822 saylı ekspertiza rəylərində ekspert Zemfira Məmmədova qeyd edib ki, o, həmin 5 nömrəli bağlamadan yanmış kisə qalığı və qara rəngli yanmış parça aşkar edib. Yəni göründüyü kimi, bir ekspert rəyində 5 nömrəli bağlamadan 5 əşyanın aşkar edildiyi, digər ekspert rəyində isə həmin 5 nömrəli bağlamadan yalnız 2 əşyanın aşkar edildiyi qeyd olunub. Halbuki, həmin bağlamada, yuxarıda qeyd etdikləri kimi, yalnız 1 əşya yanmış kisə qalığı qablaşdırılmışdı. Bundan başqa, hadisə yerinin müayinə protokolundan görünür ki, hadisə yerindən götürülmüş və qablaşdırılmış əşyaların arasında, ümumiyyətlə, nə cins şalvar, nə də 13 qatlı qırmızı parça olmayıb. Lakin 17 fevral 2020-ci il tarixli, 1163 nömrəli ekspert rəyində Aysel Cavadova ona prokurorluq tərəfindən göy rəngli cins şalvar və 13 qatlı qırmızı parça təqdim olunduğunu və guya Təqsirləndirilən şəxs gödəkçəsinin üzərində həmin cins şalvarın lifinin aşkar edildiyini, 13 qatlı qırmızı parçanın üzərində isə boya aşkar edildiyini və həmin boyanın İlkingilin evindəki sobanın cəftəsinin üzərindəki boya ilə eyniyyət təşkil etdiyini qeyd edib. Göstərdiyi bu faktlar da həmin ekspert rəyinin tamamilə saxta olduğunu açıq şəkildə sübut edir. Bundan başqa, təkcə meyitin ətrafından deyil, meyitin üzərindən götürülmüş əşyaların arasında da qırmızı rəngli parça aşkar edilməyib. Yəni nə meyitə baxış protokolunda, nə meyitin müayinəsi protokolunda, nə də ekspertiza təyin edilməsi barədə müstəntiqin 10 yanvar 2020-ci il tarixli qərarında meyitin üzərindən qırmızı parçanın aşkar edildiyi barədə heç nə qeyd olunmayıb. Lakin 1163 saylı ekspert rəyində Aysel Cavadova meyitin üzərindən götürülmüş əşyalardan 1 nömrəli bağlamadan 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan, kənar hissələri yanmış parça qalığı və 1 ədəd qara rəngli rezin manjet qalığı aşkar olunduğunu qeyd edib. Halbuki 1 nömrəli bağlamadakı əşya qırmızı rəngli, sintetik materialdan hazırlanmış, plastik zəncirbəndin bir hissəsi olan üst geyim əşyasının fraqmentindən ibarətdir. Buna baxmayaraq, Aysel Cavadova ekspert rəyində qeyd edib ki, tədqiqata təqdim olunmuş X15 meyiti aşkar edilən yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsi ilə boyasının təmizlədikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsi ilə X15 üzərindən götürülmüş, yanmağa məruz qalmış geyim əşyalarından 1 nömrəli obyektdən qırmızı rəngli üzərində gül naxışları olan kənar hissələri yanmış parça qalığı rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə bir-biriləri ilə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Halbuki yuxarıda qeyd etdikləri kimi, nə meyitin ətrafında 13 qatlı qırmızı parça, nə də meyitin üzərində qırmızı rəngli digər parça aşkar edilməyib. X89 hadisə yerində aşkar edilməyən qırmızı parçalardan söhbət açır və həmin parçaları guya İlkingilin evindən götürülmüş yorğan üzünün bir hissəsi kimi təqdim etməklə, bu cinayətin İlkin tərəfindən törədildiyini əsaslandırmağa çalışır. İş materialları ilə müəyyən edilir ki, istintaq orqanı tərəfindən İlkingilin evindən 1 ədəd, İlkinin bacısı Kəmalənin evindən isə 2 ədəd qırmızı rəngli yorğan üzü götürülmüşdür. Ekspert rəyində isə həmin yorğan üzlərinin bir-biri ilə eynilik təşkil etdiyi qeyd olunub. Lakin məhkəmə iclasında ekspert A.Cavadovanın iştirakı ilə maddi sübutlar tədqiq olunan zaman məlum oldu ki, həmin 3 ədəd yorğan üzlərindən 1 ədədi, ümumiyyətlə, maddi sübutların arasında yoxdur. Qalan 2 ədəd yorğan üzündən birinin isə kənarı kəsilərək götürülüb. Deməli, ekspert Aysel Cavadovanın istinad etdiyi 13 qatlı qırmızı rəngli parça qalığı məhz İlkingilin və onun bacısının evindən götürülən yorğan üzlərindən kəsilərək götürülmüş və həmin parça qalığı hadisə yerindən aşkar edilən parça qalığı kimi təqdim olunmaqla, digər yorğan üzləri ilə müqayisə olunaraq, onların eynilik təşkil etdiyi barədə saxta rəy verilmişdir. Bundan başqa, işdə olan məhkəmə-bioloji, torpaq və sürtkü materiallarının tədqiqi üzrə 821/822 saylı ekspertiza rəylərindən həmçinin görünür ki, eyni tədqiqat materialları ekspert Aysel Cavadovaya təqdim olunandan 3 gün qabaq, yəni 14 yanvar 2020-ci ildə digər ekspert Zemfira Məmmədovaya təqdim olunmuş və həmin tədqiqat materialları, yəni həm hadisə yerindən, həm də meyitin üzərindən götürülən bütün əşyalar Zemfira Məmmədova tərəfindən Heksan adlanan kimyəvi vasitə ilə yuyulmuşdur. Məhkəmə iclasında ifadə verən ekspert Zemfira Məmmədova ona verilən suala cavabında bildirdi ki, heksan vasitəsilə yuyulan paltarın üzərində kənar liflərin qalması mümkün deyildir. Ondan qabaq məhkəmə iclasında ifadə verən digər ekspert Aysel Cavadova da bunu təsdiqləmiş və heksan vasitəsilə yuyulan paltarın üzərində kənar liflərin qalmasının mümkün olmadığını bildirmişdir. Buna baxmayaraq, ondan 3 gün sonra, yəni 17 yanvar 2020-ci il tarixdə eyni paltarlar üzərində tədqiqat aparan ekspert Aysel Cavadova öz rəyində həmin paltarların, xüsusilə də Nərminə məxsus hesab edilən ayaqqabının və kalqotkanın üzərindən Təqsirləndirilən şəxs məxsus gödəkçənin liflərinin aşkar edildiyini qeyd etmişdir. Halbuki həmin əşyalar heksan vasitəsilə yuyulduğu üçün, özünün təsdiq etdiyi kimi, onların üzərindən, ümumiyyətlə, hər hansı kənar liflərin aşkar edilməsi mümkün deyildir. Aysel Cavadovanın verdiyi həmin rəyin saxta olduğu bu faktla da təsdiq olunur. Bundan başqa, işdə olan 17 fevral 2020-ci il tarixli, 1163 saylı lifli materialların ekspert rəyində qeyd olunub ki, Təqsirləndirilən şəxs məxsus olan isti alt paltarının üzərindən aşkar edilən kənar liflər Nərmin Quliyevaya məxsus olan jaketin tərkib liflərinə uyğun gəlirlər. Rəydə istinad olunan isti alt paltarı Təqsirləndirilən şəxs qardaşı Bəhruz Süleymanov tərəfindən 08 yanvar 2020-ci il tarixdə bazardan alınaraq həmin vaxt Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs vermək üçün polis işçilərinə təqdim olunmuşdur. Bu faktla bağlı həm Bəhruz Süleymanov, həm də qeyd olunan isti alt paltarını satan mağazanın sahibi X49 məhkəmədə şahid qismində dindirilmiş və onların hər ikisi bu faktı təsdiq etmişlər. Bəhruz Süleymanov məhkəməyə verdiyi ifadəsində hələ ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirdi ki, Tovuz RPŞ-in post patrul xidmətinin komandiri, kapitan Vuqar Hüseynov 07 yanvar 2020-ci il tarixdə onların evinə gələrək, İlkinə isti paltarlar və yemək aparmaq lazım olduğunu bildirmiş və o, həmin günün səhəri, yəni 08 yanvar 2020-ci il tarixdə 1 dəst isti alt tuman-köynək alaraq İlkinin saxlanıldığı polis şöbəsinə aparmışdır. Bəhruzun həmin tuman-köynəyi aldığı mağazanın sahibi X49 da məhkəməyə ifadə verərək bildirdi ki, Bəhruz Süleymanov 08 yanvar 2020-ci il tarixdə onların mağazasına gələrək, həbsdə olan qardaşı İlkin üçün isti alt paltarı almış və həmin alt paltarının İlkinin əyninə olub-olmayacağını birlikdə müzakirə etmişlər. Təqsirləndirilən şəxs məxus olan paltarların götürülməsinə dair 08 yanvar 2020-ci il tarixli protokolda 2 ədəd isti alt paltarının götürüldüyünün qeyd olunması, həmçinin həmin paltarlardan birinin digəri ilə müqayisədə qısa olmaqla, İlkinin bədən ölçülərinə uyğun gəlməməsi də bu faktın doğruluğunu təsdiq edir. Bundan başqa, əşyaların tanınmaya təqdim olunması barədə 06910 saylı protokoldan da məlum olur ki, Təqsirləndirilən şəxs nisbətən qısa olan həmin isti alt paltarının ona məxsus olmadığını bildirmiş və onun bu barədə dedikləri protokola qeyd olunmuşdur. Göründüyü kimi, işdə olan sübutlar qeyd olunan isti alt paltarının 08 yanvar 2020-ci il tarixdə mağazadan alınaraq, elə həmin gün Təqsirləndirilən şəxs verilməsi üçün polis şöbəsinə təqdim olunduğunu və məhz həmin gün, yəni 08 yanvar 2020-ci il tarixdə istintaq orqanı tərəfindən protokolla götürüldüyünü, sonra isə ekspertiza üçün göndərildiyini təsdiq edir. Bu faktlar onu göstərir ki, adı çəkilən isti alt paltarı İlkinə məxsus olmamış və İlkin həmin paltardan istifadə etməmişdir. Belə olan halda, hətta İlkin 06 yanvar 2020-ci ilədək olan dövrdə Nərminlə hər hansı təmasda olsaydı belə, həmin isti alt paltarının üzərindən Nərminə məxsus jaketin liflərinin aşkar edilməsi mümkün deyildir. Əgər həmin alt paltarının üzərindən Nərminin jaketinə aid liflər aşkar edilmişdirsə, deməli, həmin paltarlar ya polis şöbəsində, məqsədli şəkildə bir-birinə sürtülərək ekspertizaya göndərilmiş, ya da ki bu, ekspert Aysel Cavadovanın özü tərəfindən saxtalaşdırılmışdır. Deməli, hər iki halda həmin ekspert rəyi saxtadır. Bundan başqa, lifli materialların ekspertizasına dair rəydə İlkinə məxsus olan gödəkcənin də üzərindən Nərmin Quliyevaya məxsus olduğu qeyd olunan qırmızı rəngli jaketin liflərinin aşkar edildiyi qeyd olunub. Lakin İlkinə məxsus olan gödəkcənin və isti alt paltarının lifləri isə Nərminə məxsus olan jaketin üzərindən aşkar edilməyib. Bu, ilk növbədə onu göstərir ki, həmin qırmızı rəngli jaket xüsusi lif buraxma qabiliyyətinə malikdir. Bu halda belə bir sual yaranır ki, əgər İlkin həqiqətən Nərmini 47 gün müddətində, həyətlərindəki 2 mərtəbəli evdə, öz yanında saxlamışdırsa, bu halda həmin qırmızı rəngli jaketin lifləri həmin otaqdakı bütün paltarlara hopmalı idi, bəs nəyə görə bu baş verməyib? Axı xüsusilə çarpayıdan götürülən yorğan-döşək və ədyallardan hökmən bu jaketin lifləri tapılmalı idi. Lakin iş materiallarında həmin otaqdan, ümumiyyətlə, Nərminə məxsus olan paltarların hər hansı birinə aid liflərin aşkar edildiyi barədə heç bir sübut mövcud deyil. Lifli materialların ekspertiza rəyində həmçinin qeyd olunub ki, meyitin üzərindən götürülmüş, Nərminə məxsus hesab edilən ayaqqabının və kalqotkanın üzərindən də İlkinə məxsus gödəkçənin lifləri aşkar edilib. Həmin rəyin saxta olması ilə yanaşı, ekspert A.Cavadova məhkəməyə verdiyi ifadəsində müdafiə tərəfinin suallarına cavabında bildirdi ki, meyit yanan zaman Təqsirləndirilən şəxs orada olduğu və meyitin söndürülməsində iştirak etdiyi üçün, həmin vaxt İlkinin əynində olan paltarların liflərinin meyitin üzərindəki paltarların üzərinə düşməsi də tamamilə mümkündür. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Şahid9 üzərindəki paltarlar 07 yanvar 2020-ci ildə, Təqsirləndirilən şəxs məxsus olan paltarlar isə 08 yanvar 2020-ci ildə götürülmüşdür. Ekspertlərə isə həmin paltarlar 13 yanvar 2020-ci ildə təqdim olunmuşdur. Göründüyü kimi, həm Nərminə, həm də İlkinə məxsus olan həmin paltarlar ekspertizaya təqdim olunanadək 5 gün müddətində istintaq-əməliyyat qrupunun əlində olmuşdur. Halbuki Şahid9 üzərindən aşkar edilmiş paltarlar dərhal ekspertizaya təqdim edilməli idi. Bu halda da həmin paltarların ekspertə təqdim olunandək bir-birinə sürtüldüyü istisna edilmir. İşdə olan xx.xx.2020-ci il tarixli 2112 saylı ekspert rəyində ekspert A.Cavadovaya Şahid9 ilə Təqsirləndirilən şəxs dırnaq kəsintiləri təqdim edilmiş və qarşısında iki sual qoyulmuşdur. Həmin rəyi tərtib etmiş ekspert A.Cavadova onun qarşısında qoyulan suala rəyin nəticə hissəsində, ümumiyyətlə, cavab verməmiş, əksinə onun qarşısında qoyulmayan məsələ üzrə, yəni Nərminin dırnaqları üzərində olan boyanın İlkingilin evindəki sobanın cəftəsindən götürülmüş boya ilə, həmçinin guya 5 nömrəli obyektdən götürdüyü 13 qatlı qırmızı parçanın üzərindəki boya ilə müqayisəli tədqiqatını aparıb və həmin boyaların eyni olduğunu qeyd edib. Halbuki yuxarıda qeyd etdikləri kimi, nə hadisə yerində, nə də meyitin üzərində 13 qatlı qırmızı parça aşkar edilməmişdir. İşdə olan lifli mterialların məhkəmə ekspertizasının 2870 saylı, 28 fevral 2020-ci il tarixli rəyindən görünür ki, bu ekspertiza üzrə müstəntiq ekspertə Ceyhun Nuriyev, İbrahim Məmmədov və Zeynal Həsənovun evindən götürülən çadır və kisə parçalarını təqdim edib və ekspert qarşısında belə bir sual qoyub ki, meyitin aşkar olunduğu yerdən və meyitin üzərindən götürülmüş nümunələrlə həmin şəxslərin evlərindən götürülmüş çadır və kisə ilə eynilik təşkil edirmi? Lakin ekspert həmin suala da cavab verməyib. Ekspert yalnız Ceyhun Nuriyevin, İbrahim Məmmədovun və Zeynal Həsənovun evindən götürülən çadır və kisə parçalarının bir-biri ilə eynilik təşkil etmədiyini bildirib. Lakin meyitin üzərindən və ətrafından götürülən nümunələrin həmin şəxslərin evlərindən götürülən çadır və kisələrlə uyğun olub-olmadığı barədə suala cavab verməyib. Adları qeyd olunan şəxslərin evindən götürülən çadır və kisə parçalarının bir-biri ilə eynilik təşkil etmədiyi barədə ekspertin cavabı da şübhəlidir və suallar doğurur. Belə ki, eyni kənddə yaşayan insanlar məhsulları adətən eyni satış yerlərindən alırlar və bu da həmin məhsulların qablaşdırıldığı kisələrin də eyni əlamətlərə malik olduğunu deməyə əsas verir. Buna baxmayaraq, eyni kənddə yaşayan və adətən eyni satış yerlərindən məhsul alan şəxslərin evlərindən götürülmüş çadır və kisələrin bir-birindən tamamilə fərqli olması da inandırıcı görünmür. Lak və boya materiallarının tədqiqi üzrə məhkəmə ekspertizasının 2995 saylı, 03 mart 2020-ci il tarixli rəyi verilərkən ekspert Aysel Cavadova bu rəydə də sualdan kənara çıxıb. Aysel Cavadova dəmirçi sexindən götürülən boyanın, 5 nömrəli obyektdən çıxan 13 qatlı qırmızı rəngli parçanın üzərindəki boya ilə eyni olmadığını bildirməklə yanaşı, həm də İlkingilin hamamındakı su qızdırıcıdan götürülmüş boyanın 5 nömrəli obyektdən çıxan 13 qatlı qırmızı rəngli parçanın üzərindəki boya ilə müqayisəli tədqiqatını aparıb və guya müəyyən edib ki, həmin boyalar eyni tərkiblidir. Halbuki işdə olan şahid ifadələri ilə müəyyən edilir ki, İlkinin atası evlərində olan həmin sobanı X13 dəmirçi sexindən hazır vəziyyətdə alıb və usta X35 həmin sobanı İlkingildə quraşdırıb. Ekspert isə öz rəyində dəmirçi sexindən götürülmüş boya ilə 5 nömrəli obyektdən çıxan 13 qatlı qırmızı parçanın üzərindəki boyaların fərqli olduğunu, lakin İlkingilin sobasından götürülən boyanın isə 13 qatlı qırmızı parçanın üzərindəki boya ilə eyni tərkibli oduğunu bildirir. Göründüyü kimi, Aysel Cavadovanın verdiyi bütün rəylərdə nə hadisə yerindən, nə də meyitin üzərindən aşkar edilməyən hansısa 13 qatlı qırmızı parçadan bəhs olunur və bütün tədqiqatlar məhz həmin qırmızı parçanın üzərində qurulur. Həmin ekspert rəyində Aysel Cavadova həmçinin qeyd edir ki, həm 5 nömrəli obyektdən çıxan 13 qatlı qırmızı parçanın üzərindəki boya (halbuki belə bir parça aşkar edilməmişdir), həm də İlkingilin sobasının cəftəsindən götürülən boya avtomobillərin rənglənməsində istifadə olunan boyadır. Bu halda belə nəticə çıxır ki, dəmirçi sexində digər sobaları adi boya ilə, İlkingilin sobasını isə xüsusi olaraq avtomobil boyası ilə rəngləyiblər. Polis əməkdaşı Azər ifadənin yoxlanılması zamanı maşında olduğunu, ona suallar verdiyini demişdir. İfadənin yoxlanılması zamanı onun nə dediyini eşitmək imkanı olmadığı halda, Azərin ifadə ilə bağlı sual verməsi mümkün deyil. Üzləşmədə o, Azərin ona qarşı dediklərini təsdiq etmədiyi üçün, cəmi 1 gün sonra 2 başqa polis əməkdaşından eyni məzmunlu ifadələr alınmışdır. Əgər onlar həqiqətən belə dialoqun şahidləri olmuşlarsa, onlar da Azərin ifadə verdiyi vaxt bunu bildirməli idilər. Deməli istintaq orqanı Azərin təsdiqini tapmayan ifadəsini möhkəmləndirmək məqsədilə üzləşmədən dərhal sonra onları da eyni məzmunlu ifadə verməyə təhrik etmişdir. Polis əməkdaşları maraqlı tərəf olduğundan onların ifadələri mötəbər sübut sayılmamalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması protokolunda təqsirləndirilən şəxsin qəsdən adamöldürmə ilə bağlı niyyətinin olması həmin qərarda öz əksini tapmamışdır. Belə ki, 10 yanvar 2020-ci il tarixli şübhəli şəxs qismində tutulma qərarına diqqət yetirdikdə aydın olur ki, təqsirləndirilən şəxs Nərmin Quliyevanı aparıb evdə saxlamış, həmin vaxt o ölmüş və onun meyitini aparıb yandırmışdır. Həmin qərarda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürməsinə dair heç bir fikir göstərilməmişdir. 11 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi hansı niyyətlə öldürməsinə dair, yəni qərarın təsviri əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək ilə bağlı niyyəti öz əksini tapmamışdır. Halbuki CPM–nin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlbetmə qərarının təsviri-əsaslandırcı hissəsində digər məsələlər ilə yanaşı, cinayətin motivi də öz əksini tapmalıdır. Yəni CPM–nin bu maddəsi imperativdir və cinayətin motivinin olmasını mütləq şərt olaraq irəli sürür. Lakin göründüyü kimi, həmin qərarda qeyd edilən məsələ öz əksini tapmamışdır. Bu onunla bağlı olmuşdur ki, təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsində motivi müəyyən etmək mümkün olmamışdır. Çünki həmin ifadədən ehtiyatsızlıqdan adamöldürmədən söhbət gedir ki, belə cinayətlərdə isə motiv olmur. Şübhəli şəxs qismində tutulma qərarında da şəxsin ehtiyatsızlıqdan adam öldürdüyü görünür. Onda sual olunur: nədən qəsdən adamöldürmə ilə şəxsi şübhəli şəxs kimi tuturlar. Həmin vaxt müstəntiqin əlində təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsindən başqa heç bir sübut yox idi. Göstərilənlərə əsasən müdafiə tərəfinin gəldiyi nəticə ondan ibarətdir ki, cinayətin motivi ilə bağlı istintaq orqanının gəldiyi nəticə işin faktiki halları ilə təsdiq edilmir. Həmin motiv müstəntiq tərəfindən uydurulmuşdur. Təqsirləndirilən şəxs Şərif Quliyevi qısqandığı üçün nədən onun qızını övlad etmək üçün oğurlamalı idi? Qısqandığı, qibtə etdiyi birinin övladını özünə övlad etməyin özü anlaşılan deyildir. Bundan başqa, Şərif Quliyevdən də daha yaxşı durumda olan şagird yoldaşları olduğu halda, nə üçün məhz Şərif Quliyevin qızını oğurlamalı və onu özünə övlad etməli idi. X21 oğrulayıb özünə övlad edə bilərdimi? Eyni zamanda, onun qibtə etdiyi Şərif Quliyev ilə arasında olan disbalansı aradan qaldıra bilərdimi? Əlbəttə, həmin fərqi aradan qaldırmağın mümkün olmadığını Təqsirləndirilən şəxs daha yaxşı anlayırdı. X91 ailəsinin olması ilə bağlı olan üstünlüyünə təqsirləndirilən şəxsin üstün gəlməsi mümkünsüz idi. Təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsində digər bir xüsusat onun uşağı övladlığa götürüb saxlaması ilə bağlı səsləndirdiyi fikirlərdir. Bu da özlüyündə absurd, heç bir məntiqə sığmayan məsələdir. Təqsirləndirilən şəxs övladı olmasını istəyirdisə, bu zaman yaxınlardan birinin uşağını götürüb saxlayardı. Yaxud uşaq evindən bir uşaq götürərdi. Təqsirləndirilən şəxsin uşağı oğurlamaq ilə övlad sahibi olması yalnız psixi xəstəliyi olan insanların düşüncəsi və yanaşması ola bilərdi. Təqsirləndirilən şəxs uşaq sahibi olması ilə bağlı sıxıntıları cəmiyyətin qınağı ilə bağlı ola bilərdi. Lakin oğurlanmış uşaqla bu qınaqdan yaxa qurtarmaq mümkünsüz idi. Halbuki cəmiyyətdə uşağı olmayan şəxslər ilə bağlı çoxlu hallar movcuddur ki, buna görə heç kim heç kimi qınamır. Belə olan halda, Təqsirləndirilən şəxs nədən uşağı oğurlayıb özünü qınaq obyektinə çevirməli idi. Məhkəmə istintaqı zamanı dindirilən zaman Təqsirləndirilən şəxs həmin ifadəni işlətməsinin səbəbi kimi Nərmin Quliyevanın nənəsi Minayənin televiziyada danışığı zamanı Nərminin əvəllər onun yaxınları tərəfindən övladlığa götürmək istəmələri ilə bağlı səsləndirdiyi fikirlərə görə dediyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən də görünən odur ki, təqsirləndirilən şəxsin dedikləri absurd və cəfəngiyyatdan başqa bir şey deyildir. Bu da özlüyündə onun həmin fikirləri məhz Minayənin dediklərindən götürdüynü bir daha təsdiq edir. Təqsirləndirilən şəxs təzyiq altında vermiş olduğu ifadəsində qəsdən adamöldürmədən söhbət getmir, orada şəxsin öldüyünü bilir və bu səbəbdən aparıb atır. Bu ehtiyatsızlıqdan adamöldürmə anlamına gəlir ki, belə olan halda, cinayətin motivi olmur. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsində, ümumiyyətlə, ilkin olaraq uşağı evə hansı səbəbdən dəvət etməsinin hansı məqsədlə edildiyini göstərən hər hansı bir fikir yoxdur. Sonradan ifadədə də evə gətirdikdən sonra övladı olmaq ilə bağlı bir hissin baş qaldırdığını qeyd etmişdir. Cinayətin motivi ilə bu qədər uyğunsuzluğun yaranması onu deməyə əsas verir ki, istintaq orqanı çarəsiz qalaraq, motiv ilə bağlı belə nəticəyə gəlmişdir. Əgər bu motiv inandırıcı olmuş olsa, bu zaman lap ilkin vaxtlardan bu motivi qərara yazar, qərarlarının qanunsuzluğunu aradan qaldırardılar. Bunlardan doğan nəticə odur ki, istintaq orqanı ilkin vaxtlardan həmin məsələnin ağlabatan olmadığını bilirdi. İstintaq orqanı kimi təqsirləndirilən şəxs də çarəsiz idi. Belə ki, özünü “günahçıxardanlardan” qorumaq üçün belə məntiqsiz və əsası olmayan ifadə verməyə məcbur olmuşdur. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı istinad edilmiş və məhkəmənin bununla bağlı razılaşdığı hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyələr üzərində qurulmuşdur. İtithamın digər yerində təqsirləndirilən şəxsin Nərmin Quliyevanı öldürməsinin səbəbi, etmiş olduğu adamoğurluğu cinayətini ört-basdır etmək niyyəti ilə məsuliyyətdən yayınmaq məqsədi ilə edildiyi vurğulanır. Təqsirləndirilən şəxsin təzyiq altında vermiş olduğu ifadəsində artıq Nərmin Quliyevanın öldüyünü bildikdən sonra aparıb əmin olmaq üçün onun başına bir zərbə vurduğunu bildirmişdir. Yəni ifadəyə diqqət yetirdikdə onun heç də uşağı öldürmək fikrində olmadığı aydın surətdə görünür. Sadəcə, saxlanması zamanı yol verdiyi səhvlərə görə uşağın ölümündən söhbət gedir, deməli heç də uşağın öldürülməsi təqsirləndirilən şəxsin adamoğurluğu cinayətini ört-basdır etmək məqsədi ilə edilməmişdir. İfadənin məzmunundan görünən odur ki, əgər Nərmin Quliyevanın səhhətində problem yaranmasa, bu zaman onun otaqda saxlanması davam edəcəkdir. Bu hal onu deməyə əsas verir ki, ittihamda şəxsin törətdiyi cinayəti ört-basdır etmək üçün şəxsi öldürməsi əsası olmayan formal mülahizədən başqa bir şey deyildir. İttihamda təqsirləndirilən şəxsin hüquq mühafizə orqanlarının həmin vaxt axtarış apardığını bildiyi üçün qorxduğundan həmin hərəkəti etməsi fikri də yuxarıda qeyd edilən arqumentlərlə tam təkzib edilir. Yəni təqsirləndirilən şəxs uşağı öldürüb aparıb atması onun nə başqa cinayəti ört-basdır etmək niyyəti ilə deyil, nə də hüquq mühafizə orqanlarının axtarışından qorxması ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində uşağın səhhətinin pisləşməsi və bundan sonra onun öldüyünü gördükdən sonra uşağı aparıb atmaq qərarına gəlməsi göstərilmişdir. İttihamda göstərilən qeyd edilən halların haradan alınması ilə bağlı mənbə göstərilməyib. Sadəcə, motivi müəyyən etmək mümkün olmadığndan istintaq orqanı özündən motiv uydurmuşdur. Bundan başqa, işdə olan şahid ifadələrilə müəyyən edilir ki, Nərmin Quliyevanın 47 gün müddətində saxlanıldığı iddia edilən evə həmin dövrdə çox sayda insanlar daxil olmuş və orada müəyyən işlər görmüşlər. Lakin həmin evdə hər hansı kənar şəxs görməmişlər. Təqsirləndirilən şəxs anası Şahid30 ifadəsində bildirib ki, həyətlərində olan ikimərtəbəli evin ikinci mərtəbəsinə 3-4 gündən bir meyvə götürülməsi üçün qalxırmış. İlkin lazım olanda ikinci mərtəbəyə qalxır, lakin mütəmadi orada qalmırmış. Dekabr ayının birinci yarısında İlkinlə birlikdə həmin otaqda olmuş, yorğan-döşəkləri yerə tökmüşlər. Təqsirləndirilən şəxs atası Şahid31 da ifadəsində qeyd edib ki, 3 fazalı elektrik cərəyanının yuvası həmin otaqda olduğu üçün, 2019-cu ilin dekabr ayının sonlarında özünə məxsus olan 3 fazalı dülgər dəzgahını həmin elektrik cərəyanına qoşmaq, sonra isə cərəyandan ayırmaq məqsədilə dəfələrlə həmin otağa qalxmış, lakin bu vaxt həmin otaqda heç kim olmamış və şübhəli heç nə görməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bacısıoğlu X63 məhkəməyə verdiyi ifadəsində bildirdi ki,15 dekabr 2019-cu il tarixdə yaşadığı Bakı şəhərindən bir neçə dostu ilə birlikdə Tovuz rayonuna, dostlarının toy mərasiminə getmiş və həmin günlərdə dostları ilə birlikdə babası, yəni İlkinin atası Şahid31 evində qalmışlar. Onlar 15 və 17 dekabr tarixlərdə toy məclisində iştirak etmişlər. Nicat toydan qabaq İlkinin Nərmini saxladığı iddia edilən otağa girmiş və orada dayısına məxsus olan kostyumu geyinərək toy mərasiminə getmişdir. Lakin orada hər hansı uşağın saxlanıldığını görməmişdir. Qeyd olunan otaqda müstəntiqlər tərəfindən istintaq hərəkəti aparılarkən çəkilmiş videogörüntüdə həmin kostyumun da orada, divardan asıldığı görünür. X57 iştirak etdiyi həmin toy məclisinin videogörüntülərində də məhz həmin kostyumun Nicatın əynində olduğu görünür. Məhkəmə baxışı zamanı müdafiə tərəfi həmin toy məclisinin videodiskini də məhkəməyə təqdim etmiş və vəsatət verərək həmin diskə baxış keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti də təmin etməmişdir. Göründüyü kimi, əgər Nərmin Quliyeva həqiqətən də qeyd olunan evin ikinci mərtəbəsindəki otaqda saxlanılmışdırsa, bu halda həm Şahid30, həm Şahid31, həm də Nicat Eminov həmin mərtəbəyə qalxarkən onu görməli idilər. Lakin həmin şəxslər ifadələrində bildirib ki, həmin mərtəbədə və otaqda heç kimi görməmişlər. Deməli, Nərmin Quliyevanın 47 gün müddətində həmin evdə saxlanıldığı barədə Təqsirləndirilən şəxs etirafedici ifadəsində qeyd olunan məlumatlar həmin şahid ifadələri ilə də inkar edilir. Lakin istintaq orqanı həmin ifadələrə, ümumiyyətlə, heç bir münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. İş materialları ilə müəyyən edilir ki, Nərmin Quliyevanın saxlanıldığı iddia edilən ev Təqsirləndirilən şəxs babası tərəfindən nazik karton arakəsmələrlə iki hissəyə bölünmüş, onun bir hissəsi atası Şahid31, digər hissəsi isə X44un istifadəsinə verilmişdir. X44 ailə üzvləri ilə-arvadı, uşaqları, gəlini və nəvələri ilə birlikdə hazırda da evin onlara ayrılmış hissəsində yaşayır. Evin Şahid31 ayrılmış hissəsi isə qızdırılmadığı üçün qış aylarında həmin hissədən istifadə olunmur. Süleyman Süleymanovun həmin evdə yaşayan oğlu Şahid13 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, yaşadıqları ev nazik arakəsmələrlə iki yerə bölündüyü üçün, həmin evin yarıya bölünmüş digər hissəsindəki adi danışıq səsi, hətta ayaq səsləri belə onların yaşadıqları hissədə eşidilir. Bu barədə o, cinayət işinin istintaqını aparan müstəntiq Nadir Mirzəyevə də bildirmiş və Nadir Mirzəyev istintaq qrupunun digər üzvləri ilə birlikdə orada qeyri-rəsmi eksperiment apararaq, bunun doğru olduğunu müəyyən etmişdir. Yəni istintaq qrupunun üzvlərindən biri evin Şahid13 yaşadığı hissəsində, digəri isə Nərmin Quliyevanın saxlanıldığı iddia edilən hissəsində dayanmaqla bir-biri ilə danışmış və bir-birini sərbəst şəkildə eşitmişlər. Bundan başqa, müdafiə tərəfi olaraq onlar da videoçəkiliş aparmaqla həmin evdə bu barədə müvafiq eksperiment aparmışlar. Həmin eksperiment də eyni nəticəni vermişdir. Qeyd olunan eksperimentin videogörüntüsünü məhkəməyə də təqdim etmişlər. Belə olan halda, Nərmin Quliyevanın 47 gün ərzində, məcburi qaydada orada saxlanılması və heç kimin bundan xəbərinin olmaması mümkün deyildir. Yəni əgər Şahid9 məcburi qaydada orada saxlanılırdısa, qeyd olunan 47 gün ərzində onun qaçmağa cəhd göstərməməsi, hay-küy salmaması, ən azından qışqıraraq, kimlərisə köməyə çağırmaması mümkün deyildir. Qeyd etdikləri bu fakt da Nərmin Quliyevanın 47 gün müddətində həmin evdə saxlanıldığına dair prokurorluğun gəldiyi nəticəni tamamilə təkzib edir. İttiham aktında Təqsirləndirilən şəxs etirafedici ifadəsinə istinad edilərək həmçinin qeyd edilib ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 15:30-da evinin darvazasının qarşısında olarkən həmkəndlisi, sinif yoldaşı X24 Quliyevanın nənəsi Leybənin yaşadığı evi tərəfindən özlərinin yaşadığı evinə tərəf getdiyini görmüş, onu evə dəvət edərək ona kitablar göstərəcəyini bildirmiş, Nərmin onunla razılaşmış və onlar evin həyətinə girdikləri vaxt bunu küçədən kimsə görməmişdir. İşdə olan sübutlar Nərmin Quliyevanın həmin gün saat 15:30 radələrində tamamilə başqa ərazidə olduğunu təsdiq edir. Belə ki, həmin kəndin sakinləri olan 2 nəfər məktəbli qız - Şahid11 və Şahid12 istintaqa və məhkəməyə verdikləri ifadələrində Nərmini həmin gün saat 16:10 radələrində əmisi Arifgilin evinin qarşısında gördüklərini bildirmişlər. İş materiallarından görünür ki, həmin şəxslərin ifadələri yerində yoxlanılmış və bu barədə fotoşəkillər çəkilməklə müvafiq protokol tərtib olunmuşdur. Məktəbli qızların ifadələrində bildirdikləri xüsusatlar həmin protokolla da təsdiq olunur. Bundan başqa, işdə olan sübutlarla həm də təsdiq olunur ki, həmin gün saat 15:30-17:00 radələrində İlkingilin evində məşğələ keçən şagirdlər olmuşdur. Belə ki, İlkinin bacısı İlhamə İlkinin yaşadığı evdə repititorluq fəaliyyətilə məşğul olmuş və 21 noyabr 2020-ci ildə, saat 15:30 radələrində məşğələ keçmək üçün onun yanına məktəbli şagirdlər gəlmişlər. Həmin şagirdlər həm istintaqa, həm də məhkəməyə ifadə verib və bu faktı təsdiq ediblər. Şagirdlər öz ifadələrində qeyd ediblər ki, onlardan əvvəl İlhamə müəllimənin yanında məşğələ keçən digər şagirdlər olmuş və onlar 15:30 radələrində İlkingilin qapısının ağzında həmin şagirdlərin məşğələdən çıxmasını gözləmiş və həmin şagirdlər çıxdıqdan sonra onlar məşğələ otağına girmişlər. Deməli, həmin gün həm saat 15:30-dək, həmçinin ondan sonra İlkingilin evində məktəb şagirdləri olmuş və həmin şagirdlər orada məşğələ keçmişlər. İlkinin etirafedici ifadəsində isə qeyd olunub ki, İlkin Nərmini əvvəlcə məhz şagirdlərin məşğələ keçdikləri həmin otağa aparıb, sonra isə onu həyətdə olan digər evin ikinci mərtəbəsinə qaldırıb. Belə olan halda, həmin gün saat 15:30 radələrində İlkinin öz evinin qarşısında Nərminlə qarşılaşması, onu öz evinə dəvət etməsi, əvvəlcə onu şagirdlərin məşğələ keçdiyi həmin otağa aparması, oradan isə həyətdəki evin ikinci mərtəbəsinə qaldırması və bunu heç kimin görməməsi barədə etirafedici ifadədə qeyd olunanlar absurddur. Təqsirləndirilən şəxs anası Şahid30nın ifadəsində İlkinin yasdan gəlmə saatı, çöldə maqazinin yanında Şamillə söhbəti, Şərifində ora gəlib onlarla söhbət etməsi əksini tapmışdır. Yəni bu o deməkdir ki, istintaqın 15:30 kimi qeyd etmiş olduğu saxta vaxt hətta burada da təsdiqini tapmır. Həmin radələrdə və ondan əvvəl və sonra da Təqsirləndirilən şəxs yanında adamlar olmuşdur. Ən maraqlı məsələlərdən biri də Təqsirləndirilən şəxs Nərmin Quliyevanı öz yaşadığı evə dəvət etməsi ilə bağlı qurulan səhnədir. Prokurorluğun gəldiyi nəticəyə görə, guya Nərmin Quliyeva onların evinin yanından keçərkən Təqsirləndirilən şəxs Nərmini ona kitab verəcəyi adı ilə evə dəvət etmiş, Nərmin də buna razılaşmışdır. Prokurorluğun bu yanaşması, ümumiyyətlə, absurddur və heç bir məntiqə sığmır. Əvvəla, ona görə ki, Nərminin atası Şərif Quliyevin deməsinə görə, Nərmini əmisigilə göndərməkdə onun məqsədi bir gün əvvəl qardaşı Arifdən götürdüyü gödəkcəni geri qaytarmaq və özünə məxsus olan gödəkcəni geri almaqdan ibarət idi və həmin gödəkcəni o, həmin gün ciyər axşamı deyilən şənlik mərasiminə geyməli idi. Belə olan halda, yəni Nərminin atası ondan gödəkcə gətirməsini gözlədiyi halda, İlkinin dəvəti ilə razılaşdığına heç cür inanmaq mümkün deyil. Bundan başqa, prokurorluğun bu yanaşmasını o halda məntiqli hesab etmək olardı ki, Nərminin kitaba xüsusi bir marağı olsun və həmin maraq onu İlkinin dəvətinə razılaşmağa sövq etsin. Lakin Nərminin kitaba xüsusi marağının olması iş materialları ilə müəyyən edilmir. Bu fakt onun müəllimlərinin və sinif yoldaşlarının ifadələri ilə də təsdiqlənir. Digər tərəfdən, Nərminin valideynləri, eləcə də, bacısı Şahid2a istintaqa və məhkəməyə verdikləri ifadələrində bildirmişlər ki, atası X78 də ciyər axşamı adlanan şənlik mərasiminə aparacağına söz vermiş və Nərmin buna çox sevinmişdi. Bu məlumatı məhkəməyə verdiyi ifadəsində Şərif Quliyev özü də təsdiq etdi. Belə olan halda da Nərminin İlkinin dəvəti ilə razılaşaraq kitablara baxmaq üçün onun yaşadığı evə girməsi, ümumiyyətlə, inandırıcı deyil. Bundan başqa, Təqsirləndirilən şəxs həm şahid qismində istintaqa verdiyi 08 yanvar 2020-ci il tarixli ifadəsində, həm də məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 06 yanvar 2020-ci il tarixdə yaxın qonşuları ilə birlikdə Gəncə şəhərinə, qonşusu Nemət Bayramovun bacısı Minavərin yas mərasiminə getmiş, təqribən saat 15:00 radələrində geri qayıtmışdır. Bu fakt İlkinlə birlikdə həmin yas mərasiminə gedən digər qonşular– X36, X37, X28, X38, X9, Həsənova Başxanım İsmayıl qızı, X54, X39 və digər şəxslər tərəfindən də istintaqa verdikləri ifadələrində təsdiq olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs həmin 47 gün ərzində müxtəlif vaxtlarda, digər yerlərdə olması faktı da iş materialları ilə təsdiq olunur. Lakin Təqsirləndirilən şəxs etirafedici ifadəsində bu faktlar da qeyd olunmamışdır. Əgər İlkin həmin etirafedici ifadəni öz iradəsinə uyğun şəkildə vermiş olsaydı, o, həmin ifadədə 06 yanvar 2020-ci il tarixdə qonşuları ilə birlikdə Gəncə şəhərinə yas mərasiminə getdiyini, eləcə də, həmin dövrdə digər yerlərdə olduğunu da həmin ifadəsində qeyd etməliydi. Deməli, bu faktın özü də, Təqsirləndirilən şəxs etirafedici ifadəsində qeyd olunanların doğru olmadığını bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmşdir ki, Nərmin Quliyevanın itkin düşdüyü gün, yəni 21 noyabr 2019-cu il tarixdə o, bacısı Şahid32 evində gecələmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə atası Şahid31 insult keçirdiyi və buna görə də qulluğa ehtiyacı olduğu üçün bacısı Şahid32 həmin dövrdən atasigildə qalmış, Təqsirləndirilən şəxs isə bacısının evinin boş qalmaması üçün axşamlar- həmçinin 21 noyabr 2019-ci il tarixdə onun evində gecələmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində də bu faktı təsdiq etmişdir. Məhkəmədə ifadə verən Şahid32 və digər ailə üzvləri də bu faktı təsdiq etmişlər. Lakin Təqsirləndirilən şəxs etirafedici ifadəsində bu fakt da öz əksini tapmamışdır. Diqqətdən kənar qalmış başqa bir nüans isə ondan ibarətdir ki, iş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixartik və məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs şizoid şəxsiyyət tipi aşkar olunur. Qəbul olunmuş psixatrikpsixiloji təcrübəyə əsasən şizoid tipli insanlar kənar reaksiyalara, ümumiyyətlə, diqqət yetirmir, daima rəqabətdən qaçır, yaxın dost, sirdaşları olmur. Öz həmyaşıdlarından uzaq olurlar. Digər insanların tənqid və tərifinə qarşı laqeyid olur. Yəni ətrafın fikri bu tip insanlar üçün heç bir önəm daşımır, nə də bu tip insanlar heç kimə heç nəyi isbatlamaq fikrində olmurlar. Bunun özü onu təsdiq edir ki, ittihamın Təqsirləndirilən şəxs qarşı guya onun sinif yoldaşı Şahid2 həsəd aparması, onun övlad sahibi olması, özünün isə övladının olmaması səbəbi ilə Şahid2 uşağını övladlığa götürməsini istəməsi barədə irəli sürdüyü dəlillərin heç bir elmi və hüquqi əsası yoxdur. Öz sinif yoldaşlarının və ya digərlərinin şəxsi həyatı, uşaq sahibi olmalarının Təqsirləndirilən şəxs üçün heç bir əhəmiyyəti yox idi, çünki rəqabət anlayışı onun heç bir önəm daşımırdı. Cinayət işinin materiallarında olan həmin pisixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yalan ifadə verməyə meyilli deyildir. İş materialları ilə müəyyən edilir ki, 08 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş və həmin ifadəsində o, hazırki cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Ondan 2 gün sonra isə, yəni 10 yanvar 2020-ci il tarixdə o, şahid qismində yenidən dindirilmiş və həmin ifadəsində cinayətin onun tərəfindən törədildiyi qeyd olunmuşdur. Lakin sonradan məlum olur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdə verdiyi ifadəsi hadisənin real mexanizmini özündə əks etdirmir. Yəni, həmin ifadədə qeyd olunan məlumatlar işdə olan digər faktlarla və sübutlarla öz təsdiqini tapmır. Bu halda belə bir sual yaranır ki, Təqsirləndirilən şəxs doğru danışdığı şübhə doğurmadığı halda, onun 10 yanvar 2020-ci il tarixdə verdiyi etirafedici ifadəsi nədən işin faktiki halları ilə üst-üstə düşmür, yəni yalandır. Deməli o, fiziki və psixi zor tətbiq edilməklə hazırki cinayət hadisəsi ilə heç bir əlaqəsi olmadığı halda, həqiqətə uyğun olmayan, etirafedici ifadə verməyə məcbur edilib. İşdə olan sənədlərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 10 yanvar 2020-ci il tarixdə, həm şahid qismində, həm də şübhəli şəxs qismində dindirilmişdir. Şübhəli şəxs qismində dindirmə protokolundan görünür ki, istintaq orqanı Tovuz rayon Vəkil Bürosunun vəkili X50 müdafiəçi qismində dəvət etmiş və dindirmə onun iştirakı ilə aparılmışdır. Lakin prokurorluq tərəfindən bizə təqdim olunan iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin gün şahid qismində dindirilməsi saat 10:00da başlamış, 12:00-da bitmiş (Cild:4, səh: 110-113), bundan cəmi 10 dəqiqə sonra isə, yəni 12:10-da o, şübhəli şəxs qismində dindirilməyə başlanılmışdır (Cild 4, səh:131-137). İş materialları məhkəmədə elan olunan zaman isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirmə protokolunda saxtakarlığa yol verilmiş, həmin dindirmə saat 12:10-da başladığı halda, sonradan protokolda düzəliş aparılaraq, dindirmə prosesinin 12:20-də başladığı qeyd olunmuşdur. Bundan başqa, hətta şübhəli şəxs qismində dindirmə prosesinin 12:20-də başladığını qəbul etsək belə, bu halda da şahid qismində dindirildikdən sonra cəmi 20 dəqiqə ərzində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarın qəbul edilməsi (Cild 4, səh:114), ona müdafiəçi təyin edilməsi barədə qərarın qəbul edilməsi (Cild 4, səh:115), həmin qərarın vəkil bürosuna çatdırılması, bundan sonra ona təyinat üzrə vəkil ayrılması, həmin vəkilin istintaq orqanına gəlməsi, onun Təqsirləndirilən şəxs təqdim olunması (Cild 4, səh:118) və bunun protokollaşdırılması və onun şübhəli şəxs qismində tutulması barədə protokolun tərtib olunması (Cild 4, səh:119-120) zaman baxımından, praktiki olaraq mümkün deyildir. Bütün bu saxtakarlığın edilmə səbəbi isə ifadənin yerində yoxlanması istintaq hərəkətinin 14:00da başlamasının qeyd edilməsi olmuşdur. Çünki istintaq orqanının bu müddəti uzatmaq imkanı olmamışdır. Bu fakt həm də vəkil Araz Əhmədovun iştirakının formal olduğunu, onun səmərəli və keyfiyyətli hüquqi yardım göstərmədiyini təsdiq edir. Müdafiə tərəfinə təqdim edilmiş protokolda vəkil Araz Əhmədovun imzası yoxdur, lakin iş materiallarında olan sənədlərdə isə vəkil Araz Əhmədovun imzası mövcuddur. Bu da həmin imzanın sonradan çəkdildiyini, habelə vəkilin müdafiə ilə məşğul olmayaraq, istintaqa yardım etməklə məşğul olmasının göstəricisidir. Sənədlərdəki bu qısa müddətlər onu təsdiq edir ki, vəkil Araz Əhmədovun Təqsirləndirilən şəxsla konfedensial görüşü belə olmamışdır. Belə olan halda, heç bir keyfiyyətli və səmərəli hüquqi yardımdan söhbət gedə bilməz. Təqsirləndirilən şəxs isə məhkəməyə verdiyi ifadəsində 10 yanvar 2020-ci il tarixdə yalnız bir dəfə və şahid qismində dindirildiyini, şübhəli şəxs qismində isə, ümumiyyətlə, dindirilmədiyini, dindirmə zamanı ona vəkil təqdim olunmadığını, X64 adlı vəkilin isə dindirmə prosesi başa çatdıqdan sonra gəldiyini bildirdi. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs kimi 11 yanvar 2020-ci il tarixdə dindirilmişdir. Həmin dindirilmə protokolunda da müdafiəçi qismində Araz Əhmədovun iştirak etdiyi görünür (Cild 4, səh: 145-153). Lakin Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2020-ci il tarixdə, ümumiyyətlə, dindirilmədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəməyə həmçinin bildirdi ki, 06 yanvar 2020-ci ildən 11 yanvar 2020-ci ilədək ondan yalnız iki dəfə, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə ifadə alınıb və həmin ifadələri o, şahid qismində verib. İş materiallarından isə görünür ki, yuxarıda qeyd etdiyimiz kimi, 10 yanvar 2020-ci ildə o, guya iki dəfə, yəni həm şahid, həm də şübhəli şəxs qismində dindirilib. Halbuki o nə şübhəli şəxs, nə də təqsirləndirilən şəxs qismində, ümumiyyətlə, dindirilməyib. Şübhəli və təqsirləndirilən şəxs kimi dindirmə protokollarına nəzər yetirdikdə müəyyən edilir ki, onun şahid qismində verdiyi ifadə tam şəkildə, hətta həmin ifadədə yol verilmiş, iki yerdə olan texniki səhvlər belə, həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi dindirmə protokollarına olduğu kimi köçürülmüş (cild 4, səhifə 110-da olan şübhəli şəxs qismində dindirmə protokolu və cild 4,səhifə 131-də olan təqsirləndirlən şəxs qismində dindirmə protokolu birəbir eynidir) və sonradan ona imza atdırılmışdır. Bu faktlar Təqsirləndirilən şəxs qanunsuz saxlanılması və ona işgəncə verilməsilə yanaşı, həm də onun müdafiə hüququnun pozulduğunu təsdiq edir. Buna görə də həmin məsələlərə aydınlıq gətirilməsi üçün məhkəməyə vəsatət təqdim edərək, vəkil Araz Əhmədovun şahid qismində məhkəməyə çağırılmasını xahiş etdik. Lakin məhkəmə həmin vəsatətimizi də təmin etmədi. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs atası Şahid31 16 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, 12 saylı Vəkil bürosunun vəkili, Müdafiəçi3 ilə hüquqi yardım haqqında müqavilə bağlayaraq, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini ona tapşırmışdır. Müdafiəçi3 elə həmin gün vəkil orderini, vəkillik səlahiyyətlərini təsdiq edən vəsiqəni və özünün şəxsiyyət vəsiqəsini Baş Prokurorluğa təqdim edərək, özünün Təqsirləndirilən şəxs təqdim edilməsini və prosesə buraxılmasını xahiş etmişdir. Lakin o, uzun müddət prosesə buraxılmamışdır. İşdə olan protokoldan görünür ki, (Cild-7, səh: 197) Müdafiəçi3 təqsirləndirilən Təqsirləndirilən şəxs 03 fevral 2020-ci ildə, yəni, onunla müqavilə bağlandıqdan 18 gün sonra təqdim olunmuşdur. Digər Müdafiəçi2 isə təqsirləndirilən şəxsə 30 yanvar 2020-ci ildə təqdim edilmişdir, halbuki müdafiəçi ilə 22 yanvar 2020-ci il tarixdə müqavilə bağlanmış, elə həmin gündə o, order və digər sənədlərini istintaqa təqdim etmişdir. Digər Müdafiəçi1 isə daha əvvəl, yəni xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs müdafiəsinə qoşulsa da o, müvəkkili ilə görüşə digər vəkillərdən daha gec buraxılmışdır. Qeyd etdiyimiz bu faktların özü də Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir». Zərərçəkmiş şəxsin huquqi varisi X55 apellyasiya şikayətində Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etmiş, apellyasiya şikayətini qısaca olaraq belə əsaslandırmışdır ki, “hökmdən narazıdır, təqsirləndirilən şəxs cinayəti etiraf etmişdir, lakin ona verilən cəza ədalətsiz olmuşdur”. Proses iştirakçılarının çıxışları Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 apellyasiya şikayətlərini və ona əlavələri müdafiə etdilər, şikayətlərdə və ona əlavələrdə göstərilən məzmunda çıxış etdilər, hökmün ləğv edilməsini və məhkuma bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdilər, şikayətin dəlillərinin əsassız olduğunu bildirdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçilər əlavə olaraq göstərdilər ki, hazırki cinayət işinin istintaqı zamanı kobud prosessual pozuntulara yol verilmiş, mötəbər olmayan şahid ifadələrindən, digər sübutlardan istifadə olunmaqla Təqsirləndirilən şəxs məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara məhkəmə obyektiv hüquqi qiymət verməmiş, ibtidai istinaq zamanı əldə olunmuş mötəbər olmayan sübutlara əsaslanaraq hökm çıxarmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəmə çıxışları mərhələsində məhkəmə iclaslarına gəlməmiş və apellyasiya məhkəməsinə göndərdiyi məlumatda göstərmişdir ki, “müdafiə tərəfi olaraq, təmsil olunmuş üç vəkilin bu işlə mövqeyi eynidir və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirik. Məhkəmə çıxışı ilə də mövqeyimiz eynidir, çıxış edəcək şəxsdən asılı olmayaraq, müdafiə tərəfinin mövqeyində heç bir fikir ayrılığı yoxdur”. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı müdafiə tərəfinin apellyasiya şikayətlərinə və onlara edilmiş əlavələrə etiraz etdi, həmin dəlillərin əsassız olduğunu, heç bir mötəbər sübuta əsaslanmadığını və təmin edilməsi üçün heç bir əsas olmadığını bildirdi. Eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə isə Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ədalətli cəza təyin olunduğunu göstərdi və təqsirkara ən ağır həddə cəza təyin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi- vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış etdilər, hökmün dəyişdirilməsini və təqsirkara ən ağır həddə cəza təyin edilməsini, məhkəmə kollegiyasından xahiş etdilər. Eyni zamanda, məhkumun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ona əlavələrə etiraz edərək, ədalətli qərar çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərfinin apellyasiya şikayətlərinin dəlillərində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri üzrə işin faktiki halları mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən ilk növbədə apellyasiya şikayətlərinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin təqsirli bilindiyi həmin maddələr üzrə işin faktiki hallarının müəyyən edilməsinə, onun əməllərinin hüquqi tövsifinin düzgün olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin, apellyasiya şikayətlərinə əlavənin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya şikayətlərinə əlavəsi təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi dəlillərində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilib yekun nəticəyə gələrkən aşağıda şərh olunan sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək tam və hərtərəfli araşdırmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən aşağıdakı sübutlara istinad etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, işgəncələrə məruz qaldığından, törətmədiyi cinayəti məcbur olub etiraf etdiyini göstərmişdir. Onun məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi məhkəmə baxışında elan olunmuş, ifadəsinin yerində yoxlanılması protokollarına əlavə edilmiş videogörüntü nümayiş etdirilmiş, bu sübutlar məhkəmə tərəfindən tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa vermiş olduğu 10 yanvar 2020-ci il tarixli şübhəli şəxs qismində ifadəsi təqsirləndirilən şəxs qismində 11 yanvar 2020-ci il tarixdə vermiş olduğu ifadəsi ilə eyni məzmunlu olmaqla, törətmiş olduğu cinayət əməllərini o, həmin ifadələrində etiraf etmişdir. 11 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «21 noyabr 2019-cu il tarixdə saat 15:30-da evinin darvazasının qarşısında olarkən həmkəndlisi, sinif yoldaşı X24 Quliyevanın nənəsi Leybənin yaşadığı evi tərəfindən özlərinin yaşadığı evə tərəf getdiyini görmüş, Nərmin evlərinin darvazanın qarşısından keçərək onunla salamlaşmış və onlar bir-birindən hal-əhval tutmuşlar, Nərminin həmin vaxt üstündə narıncı rəngli gödəkçə, narıncı rəngli papaq, açıq rəngli qalın şalvar, ayağında krossovka tipli ayaqqabı olmuş, əlində nəyinsə olmasını xatırlamamışdır. Nərminlə hal-əhval tutduqdan sonra sonuncunun dərsləri ilə maraqlanmış, onu evə dəvət edərək, ona kitablar göstərəcəyini bildirmiş, Nərmin onunla razılaşmış və onlar evin həyətinə girdikləri vaxt bunu küçədən kimsə görməmişdir. Əvvəlcə o, Nərmini atasının məşğələ otağına tərəf aparmış, Nərmin qapının ağzında onu gözləmiş, o da həmin otaqda olan kitablara baxmış, Nərminin sinfinə uyğun kitabların olmadığını görüb otaqdan çıxmışdır. Həmin vaxt atası və anası evdə olmuş, lakin evinin içində olan arxa otaqda olduğundan onlar Nərminin evə gəlməsini görməmişlər. Bacısı İlhamənin evdə olubolmadığını xatırlamır. Daha sonra isə o, Nərmini ikinci mərtəbədə olan kitab saxlanılan başqa otağa gəlməyə dəvət etmiş və evin sol tərəfindən olan tikilinin ikinci mərtəbəsinə qalxmış və içərisində 3 yataq olan evə keçmişlər. İkinci mərtəbəyə qalxarkən Nərminə onun kimi bir övlada sahib olmaq istəyinin olduğunu bildirmişdir. Otağa daxil olan zaman sol tərəfdə olan rəfdəki kitabları götürüb, Nərminə uyğun kitab olub-olmamasını axtarmağa başlamış, bu vaxt elə otaqda olarkən Nərmini həmin yerdə bir müddət saxlayıb, hər gün onu övladı kimi baxmaq istəyinə gəlmiş və Nərminin özünə burada qalmasını bildirmişdir. Nərmin etiraz edərək evə getmək istədiyini bildirdikdə, o, sifətini sərtləşdirərək ona qalıb sonra getməsini bildirmiş, daha sonra yandakı meyvə otağından meyvə və ip götürərək otağa geri qayıtmışdır. Həmin vaxt Nərminin otaqdan qaçmaq kimi şansı olmamış, həmçinin Nərmin həmin vaxt qışqırmamışdır. O, səsi çıxmamaq üçün ilk olaraq onun ağzını parça kəsiyi ilə bağlamış, daha sonra kəndirlə onun əl və ayaqlarını otağın sağ küncündə yerləşən yatağın üstündə uzanmış halda bağlamışdır. Onun hər iki əlini yatağın dəmir başlığına, ayaqlarını isə eləcə bir-birinə bağlamış, bundan sonra Nərmini elə həmin otaqda saxlamağa başlamışdır. Qış vaxtları həmin otağa evdə yaşayanlardan kimsə girməməsi səbəbindən Nərmini elə həmin yerdə saxlamışdır. Nərmini orada saxladığı müddətdə onun tualetə çıxması üçün yanına hər gün işlənmiş dəmir boya qabı aparmış, bu vaxt onun əllərini açıb və ona qışqırmaması ilə bağlı hədə-qorxu gəlmişdir. Nərmin həmin boya qabına təbii ehtiyaclarını etdikdən sonra boya qabını aparıb küçədə zibilliyə atmışdır. Həmin zibillik evindən təxminən 50 metr aralıda olan dərə kimi yerdə yerləşmişdir. Bunu elə vaxtlar etmişdir ki, onu görən olmasın. Nərminin ancaq qatı təbii ehtiyacları yığılmış qabları həmin dərəyə atırmış, bu da onu saxladığı müddətdə təxminən 9-10 qutu olarmış. Demək olarmış ki, hər gün vaxtaşırı Nərminin yanına qalxmış, ona qidalanması üçün bəzən şirin bulka, bəzən adi çörək, bəzən isə evdə bişən quru yeməklərdən aparmış, bunu da evdə olanların hiss edə bilməyəcəyi vaxtlarda etmişdir ki, Nərminə yemək aparmağını evdə heç kəs görməmişdir. Nərminin yanına qalxan zaman onun ağzını açıb, yeməyini verib, daha sonra yenə ağzını bağlıyıb, otaqdan çıxırmış. Bəzi hallarda o, qışqırmağa çalışsa da, dərhal onun ağzını tutub qışqışrmağa ona imkan verməmişdir. Nərmini orada saxladığı müddətdə onunla cinsi əlaqədə olmamış, onu övlad kimi orada saxlamış və bəzi hallarda onu öpərək ona qarşı övlad sevgisini həyata keçirmişdir. Nərminə hər-hansı fiziki ağrılar yetirməmiş, bəzi hallarda uzanıqlı hala gəlməsi üçün onu itələyərək çarpayıda uzandırmışdır. Nərmini həmin otaqda saxladığı müddətdə evdə yaşayan heç bir ailə üzvü onu görməmişdir. 03 yanvar 2020-ci il tarixdə Nərminin səhhəti tamamilə pisləşmiş və ölümcül hala gələrək halsız vəziyyətdə düşmüşdür. 06 yanvar 2020-ci il tarixdə Nərminin nəfəsinin gəlmədiynə görə onun evdən çıxarılması qərarına gəlmiş, çünki artıq evdə olması ona problem yaradacağıqını başa düşmüşdür. Həmin gün saat təxminən 18 radələrində birinci mərtəbədən ağ rəngli un kisəsini gətirərək Nərmini kisəyə salmış və sonra onu həyətdə, su hovuzunun yanında olan kartof damına qucağında gətirmiş və Nərminin tam ölməsi qənaətinə gəlmək üçün həyətdən bir daş götürərək, yastı tərəfi ilə onun baş nahiyəsinə bir möhkəm zərbə vurmuşdur. Daha sonra evin həyətində olan hamama girib, oradan qabda olan neft götürmüş, sonra qapını açıb küçəyə baxmış, həmin vaxt küçədə heç olmamışdır. Bundan sonra Nərmini qucağına almış və bir barmağına da neft qabını keçirib təxminən 50 metr qarşıda olan torpaqlıq sahəyə gətirmiş və Nərmini yerə qoyub nefti onun üzərinə səpələmişdir. Nərmini yandırmağa aparan zaman onun əlləri və ayaqları bağlı olmuşdur. Daha sonra qara rəngli alışqanla onu yandırmış, bundan sonra neft qabı ilə evə qayıtmış və qabı evdən götürdüyü yerə qoymuşdur. Nərminin meyitini apararaq orada yandırmasını heç kəs görməmişdir. Sonra yenidən küçəyə çıxmış və Nərmini yandırdığı yerə getmiş, yaxındakı qonşunu çağırmışdır. Bunun səbəbi hadisəni onun tərəfindən törədilməməsi, yalnız Nərminin yanmasının şahidi olmağı görüntüsünü yaratmaq niyyəti ilə bağlı olmuşdur. Bu məqsədlə də istifadəsində olan mobil telefonla Nərminin meyitinin yanması videosunu çəkmişdir. Həmçinin hadisə yerinə gəlmiş qonşusu Nazim və polis əməkdaşı olan əmisioğlu Murad Nərminin yanan meyitini söndürmüşlər. Sonrada hadisə yerinə polis əməkdaşları gəlmişlər». Şübhəli şəxs İlkin Sülyemanovun ifadəsinin yerində yoxlanılmasına dair videoçəkilişlə aparılmış istintaq hərəkətinin protokolunda qeyd olunmuşdur ki, fadənin yerində yoxlanılması Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətindən başlanılmış, şübhəli şəxsə istintaqa əvvəllər verdiyi ifadələrinin təsdiq edilməsi ilə bağlı verilmiş suala cavab olaraq ifadələrini təsdiq edərək hadisə yerinin Tovuz rayonu Dondar Quşçu kəndi olduğunu və oraya getmək lazım olduğunu bildirmişdir. Bundan sonra iştirakçılar avtomaşınla Tovuz rayonu Dondar Quşçu kəndində getmiş, kəndə gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadıqları evi və danışdıqlarına aid olan yerləri göstərərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində siqaret çəkmək üçün yaşadıqları evin qarşısına çıxmış, həmin vaxtı sinif yoldaşı X24 Quliyevanın gəldiyini görmüşdür. Qapıların önündən keçən uşaqlardan həmişə təhsilləri ilə bağlı maraqlanmışdır. Nərmin Quliyeva atası Şərifin onun sinif yoldaşı olduğunu bilmişdir. O, Nərmindən təhsili ilə bağlı maraqlanmışdır. Fürsətdən istifadə edib, Nərmini evə dəvət edərək. tədris materialından əlavə kitablarının olduğunu və ona verəcəyini bildirmişdir. O, qarşıda getmiş, Nərmin isə onun arxası ilə gəlmişdir. Atası ilə anası evdə arxa otaqda olmuşdur. Birinci mərtəbədə kitablarının olduğu otağa gətirərək, 5-6-cı sinif materialına uyğun kitab axtarmış, lakin tapmamışdır. Daha sonra Nərminə yuxarıda, ikinci mərtəbədəki evlərində də kitablarının olduğunu bildirərək, Nərmini ikinci mərtəbəyə kitab rəfi olan arxa otağa qaldırmışdır. Otağa daxil olduqdan sonra sol tərəfdə olan çarpayını bir qədər sağa çəkərək, divarın içərisində olan kitab rəfin yuxarı və aşağı qapılarını açaraq, təxminən 30 dəqiqə Nərmin üçün kitab axtarmışdır. Lakin kitablar köhnə və kiril əlifbası ilə olduğu üçün bir şey tapa bilməyib, çarpayıya dirsəklənmişdir. Həmin anda ağlına kaş ki, onunda belə bir qızının olması gəlmişdir və Nərminə yan otaqdan meyvə gətirməyə getmişdir. Meyvə otağından 5-6 ədəd alma və xurma əlində götürərək, Nərminin olduğu otağa qayıtmış və həmin meyvələri ona verərək, Nərminə bəlkə bu gün evlərinə getməməsini, onlarda qalmasını təklif etmişdir. Həmin anda sonuncunu evdə əsir kimi saxlamaq fikrinə gələrək, digər otaqdan Nərminin əlini və qolunu bağlamaq üçün kəndir gətirmişdir. Gəlib çarpayıda oturan Nərminin arxa tərəfinə keçərək saçını sığallamış və əvvəlcədən otaqdan götürdüyü parça ilə onun ağzını bağlamış və daha sonra isə gətirdiyi kəndirlə hər iki qolunu çarpayıya bağlamış, Nərminə narahat olmamasını hər şeyin yaxşı olacağını bildirmişdir. Ayaqlarını bağlamamışdır. Nərminə qarşı heç bir seksual istəyi olmamışdır, sadəcə övlad istəyindən doğan bir hiss olmuşdur. Nərminin olduğu otaqdan kənar heç yerə səs çıxa bilməzdi. Otaqdan çıxaraq yarım saat sonra bulka və su ilə geri qayıtmışdır. Özü də Nərminlə birlikdə həyacanlı idi ki, nə iş görür. Nərminin qolunu açıb qaçmaması üçün əli ilə çiynindən tutmuş və qışqırmaması üçün əli ilə işarə göstərmişdir. Nərmin bulkanın yarısını yemiş və sudan da bir qədər içmişdir. Daha sonra Nərminin əl qolunu bağlayaraq otağın işığını söndürüb getmişdir. Nərmin paltarlı formada yatmışdır və üstünə də dəqiq xatırlamadığı nəsə örtmüşdür. Növbəti gün saat 11 radələrində təkrar Nərminin yanına gəlmişdir. Nərminin təbii ehtiyaclarını ödəmək üçün sonuncu xırda ölçülü boya qablarından istifadə etmişdir. O, Nərminin ehtiyaclarını nizamlı şəkildə ödəmişdir, əlavə kənara heç nə etməmişdir. Artıq Nərminin qapalı həyatı nizamlı şəkil almışdır. Nərmin itkin düşəndən axıra qədər 40 günə yaxın həmin otaqda qalmış, otağın istilik sistemi olmamış, sadəcə, üzərində olan paltarlar və üstünə nəsə örtmüşdür. Həmin müddət ərzində Nərminlə təbii və qeyri təbii formada təcavüz etməmişdir, bununla bağlı hətta ekspertiza keçirilməsini bildirmişdir. Nərminin zorla evin ikinci mərtəbəsinin arxa otağında saxlanmasından ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. Sadəcə ola bilər ki, anası bir dəfə meyvə götürmək üçün ikinci mərtəbədə ki, girişdə yerləşən aynəbənd kimi otağa qalxaraq meyvə götürmüşdür. Çox vaxtı özü qalxıb ailəsi üçün oradan meyvə götürmüşdür. Anası və atası heç vaxt Nərmin olan otağa daxil olmamışdır. Nərminə evdə özünün bişirdiyi yemək və ya aldığı çörək, şirniyyat vermiş, gündə 2-3 dəfə Nərminə baş çəkərək, su, çay vermiş, zəruri ehtiyaclarını ödəmişdir. Sanitar qovşaq evlərinin həyətində yerləşir, lakin o, qablara Nərminin ehtiyacını ödəyərək bir qədər yığıldıqdan sonra bayıra, zibillik tərəfə dağınıq şəkildə atmışdır. Nərmin onun saxladığı otaqdan kənara heç vaxt çıxmamışdır. O bu əməli nəyə görə etdiyinin səbəbini anlaya bilməmişdir. Artıq dekabr ayının sonlarında Nərmin soyuq olduğundan və düzgün qidalanmadığından zəifləmiş və sanki xəstə hala çevirilmişdir. xx.xx.2020-ci il tarixdə Nərmində həyati əlamətlərin olmadığını görmüş və iki gün həmin otaqda saxlamışdır. Artıq xx.xx.2020-ci ildə Nərminin öldüyünə əmin olmuşdur. Daha sonra özünün məsuliyyət məsələsini fikirləşərək meyitdən qurtulmaq lazım olduğu qənaətinə gəlmişdir. Daha sonra o, meyiti aparmaq üçün aşağıdan çuval materialından palaz gətirərək, Nərminin meyitini onun içərisinə qoymuşdur. O, Nərminin saxlandığı müddətdə bir neçə dəfə övladı kimi onu öpmüşdür. xx.xx.2020-ci il tarixdə saat 19-00 radələrində Nərminin meyitini götürərək ikinci mərtəbədə pilləkənin qarşısına qədər gətirmiş və daha sonra pilləkənin üzərində duraraq həm həyət, həm də ətrafa nəzər yetirmiş, heç kimin olmadığına əmin olduqdan sonra sürətlə Nərmini aşağı düşürüb, giriş qapısının sol tərəfində olan tərəvəz olan saxlanc otağına salaraq, Nərminin ölməsinə tam əmin olmaq üçün otaqdan çıxaraq qapının qarşısında yerdən daş götürüb, yenidən otağa daxil olub Nərminin baş nahiyyəsindən bir dəfə zərbə endirmişdir. (müstəntiqin: “neçə zərbə?” sualına- “bir dəfə təxminən”-cavabını verir) Cinayətin izinin qalmaması üçün o, Nərminin meyitini yandırmaq qərarına gələrək, həyətin giriş qapısından sağda yerləşən hamama otağına daxil olaraq, əvvəldən saxladıqları plastmas materialdan olan sirkə qabının içərisindəki mazutu götürmüşdür. Daha sonra meyiti qucağına götürərək və mazut qabını barmağına keçirərək,evin giriş qapısının önünə getmiş və sağa-sola baxaraq heç kimin görmədiyinə əmin olduqdan sonra dərhal qoz ağacına doğru istiqamətlənmişdir. Nərminin meyitini həmkəndliləri Nazimin evinin arxasında qoz ağacının yanında ayaqları yol tərəfə uzatmışdır. Nərminin meyitinin üzərinə əvvəlcədən özü ilə götürdüyü mazutu töküb, kibrit və ya alışqanla yandırıb, heç kəs görməsin deyə, oradan uzaqlaşmışdır. Evdən meyiti gətirməyi bir dəqiqə, meyiti yerə qoyub yandırmağı yarım dəqiqə və geri evə qayıtmağı da 1 dəqiqə vaxt sərf etmişdir. Həmin müddət ərzində heç kəs onu görməmişdir”. Bundan sonra Təqsirləndirilən şəxs Nərminin ehtiyaclarını boya qabında gətirib dağınıq formada tulladığı yeri göstərib bildirir ki, “həmin yerlər ekskavatorla tez-tez şumlanmış və çox güman ki, torpağın altında qalmışdır. Nərminin ehtiyaclarını ödədiyi qab 2-2,5 litrlik boya qabı olmuşdur” Təqsirləndirilən şəxs Nərminin başına vurduğu daşı əl-üz yuyulan yerdə yuyaraq həyətin aşağı hissəsinə tulladığı yeri göstərdi, lakin daşın orada olmadığını bildirdi. Bunda sonra göstərir ki, “Nərminin meyitini yandırmamışdan iki gün əvvəl ikinci mərtəbədə stolun üstündə olan çörək qırıntılarını təmizləmiş, döşəməni silmişdir. Meyiti yandırıb evə qayıtdıqdan sonra salyarka qabını evə qoyub qeyri-ixtiyarı kəndarası yola çıxmış və yanan meyitin yanına gəlmişdir. Daha sonra yanan meyitin arxasında olan evin sahibi həmkəndliləri Nazimi, həmçinin qonşuları olan, polisdə işləyən əmisioğlu Muradı çağırmışdır. Murada zəng vurub bu barədə məlumat verməyi bildirmişdir. Nazim bel gətirərək qum töküb yanan meyiti söndürmüşdür, o da videoya çəkmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmiş və hadisə yerini mühafizəyə almışlar. Polis əməkdaşları hadisəni ilk kimin gördüyünü soruşduqda o, gördüyünü bildirmişdir. Onun adını, soyadını və əlaqə telefonunu götürmüşlər”. 07 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 06 yanvar 2020-ci il tarixdə saat təxminən 19 radələrində Tovuz rayonunun Dondar Quşçu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evlə üzbəüz təxminən 40-50 metr məsafədə məişət tullantılarının atıldığı ərazidə yanar vəziyyətdə uşaq meyiti aşkar etmiş, hadisə yerinə gələn şəxslər tərəfindən yanğın söndürülmüş və ilkin araşdırma zamanı həmin meyitin X20 məxsus olduğu müəyyən edilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı meyitin arxası üstə, “Boksçu” vəziyyətində olmaqla hər iki qolu dirsək hissədən, hər iki ayağı isə diz hissədən natamam qatlanmış vəziyyətdə olmuş, meyitin ayağında yanmış vəziyyətdə qaytansız yaşıl rəngli yanmaya məruz qalmış ayaqqabı, meyitin baş nahiyəsindən 17 sm sol tərəfdə torpaq üzərində yanmaya məruz qalmış sintetik materialdan olan mavi rəngli torba qalığı, sol əlinin kənarında yanmaya məruz qalmış sintetik materialdan olan qalıq, baş nahiyəsinin altında yanmaya məruz qalmış birbirinə bükülmüş halda olan parça qalıqları, meyitin aşkar edildiyi ərazidə içərisində maye olan bir ədəd plastik qab, meyitin olduğu ərazidə bir ədəd yanmış kibrit dənəsi, torpaq ərazidə bir ədəd yaşıl rəngli “Badamlı” su qabı aşkar edilmiş, meyitin əynində qırmızı rəngli yanmış gödəkcə, qırmızı rəngli jaket, ağ rəngli köynək, ağ rəngli kolqotka və retuz qalıqları, saçı üzərində çəhrayı rəngli saç bağı olması müəyyən edilmişdir. X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar ayaqqabının sol tayı, üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsi (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsi, X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyası olan kalqotkanın qalığı, gödəkçə, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış şalvarın qalıqları, X15 üzərindən götürülmüş yanmaya məruz qalmış jaketin qalıqları meyit aşkar edilmiş yerdən yanmaya məruz qalmış götürülmüş gümüşü metal rəngli boya ili boyalanmış 13 qatlı (qırmızı rəngli, üzərində gül naxışları olan) parçanın qalıqları, X15 üzərindən götürülmüş yanmaya məruz qalmış gül naxışları olan kənar hissələri yanmış parça qalığı, meyitin sağ əlindən götürülmüş 3 ədəd dırnaq falanqaları hadisə yerinə və meyitə baxış keçirilməsi zamanı götürülərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-dən xx.xx.2020-ci il tarixdə 4/36-37m məxfi qrifti ilə daxil olmuş diskdə olan arayışdan çıxarışdan görünür ki, 09 fevral 2021-ci il tarixli qərarla müstəntiq tərəfindən X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar - ayaqqabının sol tayı, üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsi (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsi, X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyası olan kalqotkanın qalığı, gödəkçə, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış şalvarın qalıqları, onun üzərindən götürülmüş yanmaya məruz qalmış jaketin qalıqları, meyit aşkar edilmiş yerdən yanmaya məruz qalmış götürülmüş gümüşü metal rəngli boya ili boyalanmın 13 qatlı (qırmızı rəngli, üzərində gül naxışları olan) parçanın qalıqları, X15 üzərindən götürülmüş yanmaya məruz qalmış gül naxışları olan kənar hissələri yanmış parça qalığı, meyitin sağ əlindən götürülmüş 3 ədəd dırnaq falanqaları, Təqsirləndirilən şəxs məxsus gödəkçə, isti alt geyim şalvarları, 1 ədəd idman gödəkçəsi, 1 ədəd pençək, Şahid32 məxsus tünd-göyboz rəngli uzunqol, uzunətəkldi kofta, qəhvəyin rəngli, ön hissədən düyməli, bel hisədən kəmər əlavələi uzunqol, uzunətəkli jaket, X3 məxsus qara rəngli, üzərində qəhvəyi naxışlı iki ədən yanıcibli düyməli qolsuz jilet, qəhvəyi rəngli üzərində qara naxışları olan (pələng naxışlı) bir ciblik qaşlarla bəzədilmiş bel hissəsində kəmər əlavəli xalat, İlkin Süleymanolvukn yaşadığı evində götürülmüş qırmızı rəngli üzərində gül naxışları olan yorğan üzlüyü, İlkin Sülyemanovun yaşadığı evinin hamam otağından hamam sobasının qapısının cəftəsi, həmin cəftədən götürülmüş boya hissəcikləri və sobanın üzərindən götürülmüş boya nümunələri, X4 evindən götürülmüş 2 ədəd qırmızı rəngli yorğan üzlüyü, Təqsirləndirilən şəxs məxsus “Samsunq Galaxy J2 Prime” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağına saxlanmaya verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin 28 fevral 2020-ci il tarixli 20/139 nömrəli məktubundan görünür ki, 01 yanvar 2020-ci il tarixdən 05 yanvar 2020-ci il tarixədək Tovuz rayon hidrometrelogiya stansiyasında qeydə alınmış hava şəraiti buludlu və bəzi günlər az yağışlı, 06 yanvar 2021-ci il tarixdə isə hava aydın və yağıntısız olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan meyit (NN) ilə Şahid1 (NM) və X55 (NF) arasında bütün STR lokuslar üzrə tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyin səviyyəsində qohumluq əlaqələrinin olduğunu göstərir. Ekspertizaya təqdim olunmuş meyitin məxsus olduğu şəxs Şahid1 və X26 genetik övladıdır. (cild 11, i.v. 60-66) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş tibb eksperti X22 ifadəsində göstərmişdir ki, o, qohumluluq əlaqələrinə dair rəy vermişdir. Ona analiz üçün kodlaşmış formada qan nümunələri təqdim olunmuşdur. Ona qan nümunəsini şöbə müdiri Elşən Məmmədov təhvil vermişdir. X65 və Şahid1 qan nümunəsi götürülmüşdür. Rəyi o, tərtib edir, son rəyi isə şöbə müdiri tərtib edir. Ona 3-4 mlq qan nümunəsi təqdim olunmuşdur. Qan nümunələri ilə aparılan qohumluq əlaqələrinə dair analiz 99.9 faiz dəqiq olur. Ona qan nümunəsindən başqa heç bir maddi sübut təqdim olunmamışdır. Ona təqdim olunan qan nümunələrindən analiz üçün kifayət qədər götürdükdən sonra qalan hissəsini -20 dərəcədə saxlayırlar. 15 loksdan biri ataya, biri də anaya uyğundursa, bu uşağın həmin valideynlərin uşağı olmasını sübut edir. Məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli rəyindən görünür ki, “X15 meyitində: baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 5 ədəd) kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, çox güman ki, hər hansı bir geniş səthə malik bərk küt əşya ilə (əşyalarla) ən azı beş zərbənin təsiri nəticəsində əmələ gəlmişlər. Şahid9 baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyalari və morfolojı əlamətlərini nəzərə alaraq demək olar ki, sağ alın-təpə nahiyəsindəki xəsarətin istiqaməti öndən-arxaya, yuxarıdanaşağıya və bir qədər sağdan-sola; sağ təpə nahiyəsində olan xəsarərtin istiqaməti yuxarıdan-aşağıya və sağdan-sola; sol təpə nahiyəsində olan iki xəsarətin istiqamətləri yuxarıdan-aşağıya, bir qədər arxadan-önə, soldan-sağa; sol təpə-gicgah nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdan-aşağıya və soldan-sağa doğru olmuşdur. Meyitdə aşkar olunmuş baş beynin əzilməsi, baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yaraları, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin xətti sınıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. Digər xəsarətlər dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Şahid9 baş nahiyəsində olan xəsarətlərin xarakterini və morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, bütün bu xəsaratlər qısa zaman kəsiyində baş verdiyindən onların hansı ardıcıllıqla yetirildiyini təyin etmək mümkün deyildir. Onun baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfolojı əlamatlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər. Nərmin Quliyevanın meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarına görə demək olar ki, o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş olmuşdur. Baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və ağırlığını nəzərə alaraq demək olar ki, bu xəsarətləri aldıqdan sonra Şahid9 sərbəst və məqsədyönlü hərəkətlər (hərəkət etmək, qışqırmaq, köməyə çağırmaq və s.) etmək iqtidarında olması inandırıcı deyil. Şahid9 ölümünə səbəb kəllə əsasına keçən təpə və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. Meyitin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi. Şahid9 meyitindən götürülmüş qanda və daxili üzv hissələrində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Şahid9 meyitinin vəziyyətinə (hipertermik qaciması hesabına “boksçu vəziyyəti”), xarici, daxili müayinəsinə və laborator tədqiqatların nəticələrinə əsasən demək olar ki, onun bədənində yüksək hərarətin təsirindən (alovla yanmaqdan) əmələ gəlmiş müxtəlif dərəcəli (kömürləşməyə qədər) yanıq sahələri həyati deyil, meyitin yandırılmasi nəticəsində əmələ gəlmişdir. Şahid9 xarici cinsiyyət üzvləri (böyük və kiçik cinsiyyət dodaqları, qızlıq pərdəsi), o cümlədən, aralıq nahiyəsi, anal dəliyi və ətraf sahə yüksək hərarətin təsirinə kəskin məruz qaldığından qızlıq bəkarətinin tamlığının pozulub-pozulmaması, ölümündən əvvəl təbii və ya qeyrı-təbii yolla cinsi əlaqədə olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Eyni zamanda, N.Şahid3 meyitinin daxili müayinəsi zamanı uşaqlıq yolunda və düz bağırsağın girəcəyinə yaxın sahədə hər hansı bir travmatik dəyişiklik müəyyən edilmədi. X15 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 ədəd tampon və 2 ədəd yaxmanın məhkəmə-bioloji tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Şahid9 meyitinin müayinəsi zamanı, onun bədənində yol-nəqliyyat hadisəsinə, mexaniki asfiksiyaya xarakterik zədələr və ya izlər aşkar olunmadı. Şahid9 meyiti yüksək hərarətin təsirinə kəskin məruz qaldığından onun yuxarı və aşağı ətraflarının hər hansı bir predmetlə (ip, məftil və s.) bağlamağa xarakterik zədə və ya izləri aşkar etmək mümkün olmadı. Şahid9 meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabı dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq şəraitdə saxlanılması və müəyyən müddət az qida qəbul etməsinin göstəricisidir. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar. Onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfolojı xüsusiyyətlərinə əsasən onun meyitində olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqinda məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil. Bundan başqa, həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Nərmin Quliyevanın əlin üzərində və əlin digər sahələrində azacıq parıltılı, bozumtul-gümüşü rəngli boyaya oxşar maddə hissəcikləri qeyd olunur. Nərmin Quliyevanın qulaq seyvanında olan dəliklər (sırğalıqlıq) zədəsiz, qırtlaqda hisəbənzər maddə hissəciyi yoxdur, qıda borusu boşdur və divarları təmizdir, mədə, sidik kisəsi, nazik və yoğun bağırsaq boşdur, uşaqlıq tam inkişaf etməmişdir, boşdur, zədəsizdir, düz bağırsaqda və uşaqlıq yolunda travmatik dəyişliklik yoxdur, bütün orqanları yerindədir, ağciyər ocaqlı pnevmoniya, atelektaz (araşdırma zamanı müəyyən edilmişdir ki, atelektazın yaranmasının iki növü vardır: 1. Obstruktiv atelektaz-hava yollarındakı qismən müəyyən vasitə və ya əşya ilə tıxanması, bağlanması nəticəsində yaranır. 2. Nonabastrüktiv atelektaz - yetərincə hərəkətsiz vəziyyətdə yatağa bağımlılık) və emfizema ocaqları vardır. Təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli rəyində göstərilmişdir ki, Şahid9 meyitinin müayinəsi zamanı baş beynin əzilməsi və baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 5 ədəd) aşkar edilmişdir. Qeyd edilən xəsarətlər, çox güman ki, hər-hansı bir geniş səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Şahid9mn baş nahiyəsindən götürülmüş dəri parçalarının tibbi-kriminalistik tədqiqi zamanı, onların üzərində aşkar edilmiş yaraların kənarlarında və divarlarında dəmir metal izləri (3 valentli dəmir ionlarına dəlalət edən dənəvər xarakterli yaşılımtıl rənglənmələr) aşkar olunmadı. Lakin dəri parçalarında çürümə əlamətlərini nəzərə alsaq, bu nəticə nisbi sayıla bilər. Şahid9 meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və əmələgəlmə mexanizminə əsasən demək olar ki, bu xəsarətlər çox güman ki, hər-hansı bir geniş səthə malik bərk-küt əşyanın (əşyaların) təsirindən, ola bilsin, bu xüsusiyyətə malik hər-hansı bir daş parçası (məsələn, səthi geniş və nisbi hamar olan çay daşı, taxta parçası və sair) əmələ gəlmişlər, lakin bu xəsarətlərin hər-hansı bir dəmir parçası ilə yetirilməsi isə az inandırıcıdır. Şahid9nm baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfoloji əlamatlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər. Meyitin hissələrinin antropometrik ölçülərinin müəyyənləşdirilməsi adətən şəxsiyyətin identifıkasiyası üçün aparılan müayinədir. Meyit ilkin olaraq 2009-cu il təvəllüdlü N.ª.Quliyevanm meyiti kimi ekspertizaya təqdim edilmişdir (naməlum meyit deyildir). Həmçinin meyitin ilkin ekspertizası zamanı N.Şahid3nm bədən hissələrinin ölçüləri təyin edilmədiyinə görə hal-hazırda bu suala cavab vermək mümkün deyildir. Şahid9 meyitinin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi. Şahid9 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfoloji xüsusiyyətlərinə əsasən meyitdə olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqında məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil. Bu məsələ hüquqi müstəvidə (istintaq yolu ilə) həll oluna bilərdi. Eyni zamanda, aparılmış istintaq eksperimentinin nəticələrini nəzərə alaraq güman etmək olar ki, meyitin yanma prosesinin müddəti 5-10 dəqiqədən 20-30 dəqiqəyə qədər davam edə bilərdi. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırkı vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin, meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar. Qidasızlıq, soyuq mühit, stress və sair hallarda insanın sağ qalma müddəti orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müxtəlifdir. Hal-hazırda elmi-metodika olmadığından bu haqda dəqiq fikir söyləmək mümkün deyildir. Şahid9 meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq hava şəraitində saxlanılması və müəyyən müddət ərzində az qida qəbul etməsinin göstəricisidir. Şahid9nm orqanizmində aşkar edilmiş bu dəyişikliklərin onun 47 (qırx yeddi) gün müddətində az qida qəbul etməsi ilə soyuq hava şəraitində saxlanılması nəticəsində yaranmasının mümkünlüyünü inkar etmək olmaz. Şahid9 baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyaları və istiqamətlərinə əsasən və onun bədənində digər hər-hansı travmatik dəyişikliklərin aşkar olunmadığını nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi zamanı zərbə dəyməsi və nəticədə meyitin kənara atılaraq yerin bərk səthinə düşməsi nəticəsində yaranması inandırıcı deyildir. Şahid9 başının müxtəlif nahiyələrində aşkar edilmiş yaralar və kəllə sümüklərində sınıq nahiyəsində, sərt qişada iri magistral damarlar (arteriya və venalar) olmadığından həmin xəsarətlərin güclü qanitirmə ilə müşayiət olunması inkar olunur. Şahid9 meyitinin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin lokalizasiyasını, xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq demək olar ki, yanğın zamanı onun meyiti yerdə arxası üstə uzadılmış vəziyyətdə olmuşdur, yanğının yayılma istiqaməti isə aşağıdan yuxarıya doğru (yəni, ayaqlardan baş tərəfə doğru) olmuşdur. Yanğın zamanı yüksək temperatur mənbəyi ilə meyitin qarşılıqlı vəziyyəti müxtəlif ola bilərdi. Şahid9 başında olan xəsarətlər kobud xarakterli olduğundan belə qənaətə gəlmək olar ki, o xəsarətləri aldıqdan sonra huşsuz (çox güman ki, komatoz) vəziyyətdə olaraq qısa müddət ərzində (dəqiqələrlə, saatlarla ölçülən) yaşaya bilərdi. Şahid9 məhkəmə-tibbi ekspertizası zamanı onun bütün daxili üzvləri topoqrafık cəhətdən normal yerləşmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X2 ifadəsində göstərmişdir ki, ilkin müayinə zamanı onlar istintaq orqanının əməkdaşlarına təxmini məlumatlar verə bilərlər. Hadisə yerindən götürülmüş meyit Nadir Mirzəyevin adından onlara məlum şəxs kimi təqdim olunmuşdur. Bu səbəbdən tanınma aparılmamışdır. O, atasından meyitlə bağlı əvvəllər xəstəliyi və dişləri ilə bağlı suallar vermiş, xəstəliyinin olmadığını bildirmişdir. Meyitin baş hissəsində kömürləşmə olmamışdır. Təlimatla onlara rəyin tərtib olunması üçün bir ay vaxt verilir, lakin bəzi hallarda bu müddət uzadıla bilər. Meyiti o, Nurlan və Nizami müayinə etmişlər. Meyitdə olan dişlərin təsviri rəydə dəqiq göstərilmiş və atasının verdiyi məlumatlarla düz gəlmişdir. Meyitə zərər vurulmaması üçün onlar meyiti tam açıb ölçməmişlər. Fotoşəkillər vasitəsilə sonradan meyitin açılmış boyunu mümkün etmək olmur. Lakin onun hissə-hissə ölçüsü ilə boyunu müəyyən etmək olardı. Meyit məlum meyit olduğundan buna ehtiyac olmamışdır. Tam kömürləşmiş cəsəddə belə iy gəlir, və o, həmin cəsəddə iy hiss etmişdir. Cəsədin müayinəsi zamanı onun yandırılmasının birmomentli olduğunu müəyyən etmişdir. Meyitin yandırıldığı yerdən torpaq nümunəsi götürülməlidir. Müayinə zamanı videoçəkiliş aparıldığını xatırlamıram. Meyitin yanaraq kömürləşməsi üçün nə qədər vaxt və yanacaq sərf edilməsini müəyyən etmək çətindir, bununla bağlı elmi metodika tapmamışdır. Belə ki, yanma küləyin gücündən, hava şəraitindən təmasda olduğu səthdən asılı olaraq müxtəlif vaxtlarda baş verə bilər. Meyitin dıqnaqlarında boya aşkar olunmuşdur, əgər baş və üz nahiyyəsində də aşkar etsəydi, rəydə qeyd olunardı. Yanmış cəsəddə alovun morfoloji cəhətləri daxili orqanlarda öz əksini tapmalıdır, lakin bu cəsəddə daxili orqanlar yerində idi. Lakin yenə də istilik daxili orqanlara təsir etmişdir. Meyit yanmağa başlayan zaman əzələlər yığılmağa başlayır və meyit boksçu formasını alır. Sutka yarım ərzində meyit qacıması bütün əzələləri əhatə edir. Daha sonra eyni qaydada meyitin əzələlərində boşalma gedir. Ölümdən sonra meyit yandırılan zaman boksçu pozasını alır, meyitin əynində sintetik materiallardan paltar olduğundan və meyit sintetik çadıra büküldüyündən, sintetik materialların da güclü yanma qabiliyyəti olduğundan meyitin torpaq səthlə təmasda olan yerləri də yanaraq kömürləşə bilərdi. Meyitin kömürləşərək boksçu pozasını alması üçün (sümüklər də nəzə alınmaqla) 40 saata qədər yanması lazımdır. Lakin meyit yanmağa başlayan kimi, yəni termiki təsirə məruz qalan kimi əzələlər yığılmağa başlayır və güclü yanğı olan zaman meyitin boksçu pozası alması 10-15 dəqiqəyə və ondan da tez müddətə ola bilər. Meyitin üzərinə 100 qram neft tökməklə, 5 dəqiqə ərzində yandırılması nəticəsində Nərminin cəsədinin almış olduğu boksçu pozasının alınması çox az ehtimal olunur. Meyit bir dəfə yandırılan zaman boksçu pozasını alır və açılmır və ikinci dəfə yandırılsa da həmin pozada qalır. Meyitin uşaqlıq yolu yaşa uyğun vəziyyətdə idi. Meyitin daxili cinsiyyət orqanları ilə bağlı tədqiqat aparılmadı, çünki xanımların meyitinin müayinəsi zamanı potoloji dəyişiklik və ya travmatik zədə olan zaman onlar daxili cinsiyyət orqanlarını tədqiqata göndərirlər. Meyitin ən çox qasıq bel nahiyyəsi kömürləşməyə məruz qalmışdır, çünki alov orada daha güclü olmuşdur. Alovun həmin nahiyyələrdə güclü olmasının səbəblərindən biri ola bilsin ki, həmin nahiyələrdən yandırılmışdır. Eksperiment aparılarkən o, dəvət olunmuş və istifadə olunacaq heyvanın meyitlə eyni çəkidə olması, heyvanın əyninə paltarlar geyindirilməsi və heyvanın tüklərinin götürülməsi ilə bağlı məsləhət vermişdir. Eksperiment aparılmasının məqsədi yanma müddətini müəyyən etmək olmuşdur. Eksperiment hadisə yerində aparılmamışdır. Meyitin hər yeri tam müayinə olunub və əgər meyitdə ət xalı olduğunu görsə idi, rəydə qeyd etmiş olardı. Meyitin baş nahiyəsində olan 5 xəsarət təsir mexanizminə görə geniş səthə malik bir əşya ilə yetirilməsi qənaətinə gəlmişdir. Meyitin başına yetirilmiş xəsarətlər nəticəsində sağqalma ehtimalı və müddəti çox az olmuşdur. Meyitin başında olan xəsarətlər geniº səthə malik küt alətlə yetirilmişdir. Həmin küt alətdə çıxıntı ola bilərdi və iki ədəd sümükdə olan xətti sınıq bu səbəbdən yarana bilərdi. Kriminalist tərəfindən qeyd olunan xəsarətlərin iki əşya ilə yetirilməsinə dair tərtib etdiyi aktı qəbul etmir. O, hadisə yerinə baxışda iştirak etdiyindən həmin protokola imza atmışdır. Lakin oradan nələrin götürüldüyünü bilməmişdir. Hadisə yerindən götürülən predmetləri görməmişdir. Meyitdə pnevmaniya əlamətləri aşkar olunmuşdur. Bir gün ərzində meyitdə aşkar olunan çürümə əlamətləri ola bilməzdi. Meyit 06 yanvardan daha əvvəl ölmüşdür. Soyuq hava şəraiti meyitdə çürümə prosesinin vaxtını uzadır. Prokurorluq tərəfindən Dondar Quşçu kəndinin 2-3 günlük hava tempraturu haqqında onlara məlumat verilməmişdir. Meyitin çürüməsi əlamətləri ilk olaraq qarın boşluğundan başlayır. Meyitin müayinəsi zamanı sidik kisəsində sidik yox idi. Meyitin qida borusu və mədəsi boş olmuşdur. Meyitin 2 sutka ərzində bu formada çürüməsi orta otaq tempraturunda başlayır. İnsan 47 gün ərzində əli-qolu bağlı halda saxlanılırsa, dartınma nəticəsində onda həmin izlər qalmalıdır, lakin meyitin müayinəsi zamanı bu vəziyyətə rast gəlinmədi. 07 yanvar 2020-ci il tarixdə meyitin müayinəsindən öncə onun Şərif Quliyevlə ünsiyyəti olub, lakin sonra olmayıb. Lazım ola biləcək sonrakı müayinələr üçün qan, sümük, diş nümunələri götürülmüşdür. Meyitin ürək nahiyyəsindən 30 qram qan aşkar olunub götürülmüşdür. 30 qram qan ilə genetik ekspertizanın keçirilməsi mümkündür. Baş nahiyyəsində olan bütün xəsarətlər eyni alətlə yetirilə bilər. Xəsarətə 3 istiqamətdən qiymət verilir. Meyitin baş nahiyyəsindəki xəsarətləri bir zərbə ilə yetirmək mümkünsüzdür. İstilik meyitin çürüməsini sürətləndirir. Xəsarətlər uzunsov və xətti sınıqlar olduğuna görə həmin xəsarətlərin geniş sahəyə malik hamar küt alətlə yetirilməsini rəydə göstərmişlər. Sahəsi 4X4-dən çoxdursa, geniş sahəyə malik əşya sayılır. Ekspertizada əsas rəyin nəticəsidir ki, o, hazır olmayana qədər bu barədə heç kimə məlumat vermirlər. Məhkəmə-tibb eksperti X66 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, bu işlə bağlı yalnız meyitin müayinəsində iştirak etmiş, Seyfulla müəllim qrupun rəhbəri olmuşdur. Onlarla bərabər müayinədə Nurlan müəllim iştirak etmişdir. Meyit onlara itkin düşmüş uşağın, yəni Nərmin Quliyevanın meyiti kimi təqdim olunmuşdur. Meyitin başında olan xəsarətlərdə hər hansı bir predmet tapılmadığından onlar həmin xəsarətlərin daş və ya digər əşya ilə yetirilməsini göstərə bilməmişlər. Bu səbəbdən də həmin xəsarətlərin küt alətlə yetirildiyini göstərmişlər. Meyit onlara hansı formada daxil olmuşdursa, onlar da o formada meyitin ölçüsünü qeyd etmişlər. Onlar meyitin real boyunu ölçməmişlər. Meyit yanıb kömürləşdiyinə görə meyitdən termik yanıq iyi gəlmişdir. Cəsəd yanarkən onun torpaqla təmasda olan hissəsi digər hissələrinə nisbətən az yanmışdır. İstiliyin təsirindən cəsədin torpaqla təmasda olan hissəsi yana bilər, lakin az yanar. Cəsədin üzərindəki paltarlar yanmadan cəsəd yana bilməz, yansa da İ və İİ dərəcədə yana bilər. Cəsədin torpaqla təmas olan yerində yəni oksigen olmayan yerdə həmin hissələr yanmaya bilər. Meyit yandığına görə onun toxumalarında dəyişiklik müəyyən edə bilməmişlər. İnsan bədənində mütləq piy qatı olmalıdır. Adətən meyitdən ginetik ekspertiza üçün qan nümunəsi götürülür. Qan nümunəsi meyitin ürək boşluğundan götürülür. Qan yananda poroşok halına düşür. Yanmış meyitdə maye halında qan qala bilər. Cəsədin qarın və ya ürək boşluğunda nümunə üçün yararlı qan qala bilər. Ürək boşluğunda adətən 200 qram qan olur. Ölümün səbəbi kəllə-beyin travması olmuşdur. Meyit yandığına görə meyitin arxa hissəsində xal görə bilməmişdir. Məhkəmə-tibb eksperti Abbasov Nurlan oğlu məhkəmədə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, meyitin müayinəsində iştirak etmişdir. Ümumilikdə baş nahiyyəsində 5 ədəd xəsarət aşkar edilmişdir. Meyit müayinə olunarkən ilkin nəticə barədə heç kimə məlumat verilmir. Həmin vaxt nə istintaq qrupunun, nə də zərərçəkənin ailə üzvləri ilə ünsiyyətləri olmamışdır. Meyitin müayinəsi zamanı istintaq qrupunun üzvlərindən kiminsə yanlarında olmasını xatırlamır. Meyitin boksçu pozası alması yandırıcı əşyanın olmasından, yandırıcı maddənin tərkibindən, meyitdən və meyitin qapalı və açıq havada olmasından asılıdır. Meyitin müayinəsi zamanı boyun və kürək hissəsində ət xalına rast gəlməsini xatırlamır. Meyit onlara şəxsiyyəti müəyyən olunmuş meyit kimi təqdim olunduğundan onda xırda detalları araşdırmamışlar. Məlum meyit kimi təqdim olunmuş meyitdən qan, sümük və diş nümunələrini hansı səbəbə götürmələrini xatırlamır. Onlar meyitdən dəri kəsib kriminalistikaya göndərmişlər. Onlardan gələn cavabda bərk küt əşyanın təsiri nəticəsində əmələ gəldiyi göstərilmişdir. Meyitdən qan nümunələrini Seyfulla müəllim götürmüşdür. Meyitdən qan nümunəsi ürək boşluğundan və minimum 20-30 qram götürülməlidir. Hemolizə olunmuş qanın hüceyrə strukturlarının dağılmadığı halda ondan DNT analizinin aparılması mümkündür. Genetik analizlərin cavabları 99.5 faizdən yuxarı olur. İlkini tanımır, onu yalnız televiziya kanallarında və polis şöbəsində də görmüşdür. Polis şöbəsinə getməyinin səbəbini xatırlamır. Onlar həbs olunan şəxsləri müayinə edirlər. Dustaqları adətən müvəqqəti saxlama yerlərində müayinə edirlər. Onlar dustaqları müayinə edərkən onlarda olan xəsarətləri mütləq qeyd edirlər və yaranma səbəbini soruşurlar. Meyitin başında olan xəsarətlər eyni əşya ilə ardıcıl olaraq zərbələr endirilməklə yetirilməyə xarakterikdir. Meyitdən götürülən qan nümunəsinin miqdarının və nə qədər götürülməsinin onlara əhəmiyyəti yoxdur. Meyitdən qan nümunəsinin kim tərəfindən və nə vaxt (müayinəni əvvəli və ya axırında) götürülməsinin əhəmiyyəti yoxdur. Məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2020-ci il tarixli 37/2020-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X15 qan qrupu Abeta(H)/İİ/, Təqsirləndirilən şəxs qan qrupu B alfa (H)/İİİ/-dür. Nərmin Quliyevaya məxsus yanmış geyim əşyaların qalıqları üzərində insan qanı ləkələri aşkar olundu, bu qan ləkələri A beta (H)/İİ/, qruplu şəxsə, o cümlədən X20 məxsus ola bilər. Məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2020-ci il tarixli 23/2020-MTBŞ nömrəli rəyindən görünür ki, X15 qrup göstəricisi A(H)/İİ/-dir. Suvaq hissəsi üzərində olan ləkədə insan qanı aşkar olundu, göstərilən qan ləkələri A(H)/İİ/ qruplu şəxsə, o cümlədən, X20 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 14 fevral 2020-ci il tarixli 89/2020 nömrəlli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətində olan tualetdən götürülmüş iki ədəd 5 nömrəli uşaq bezində nəcis elementləri aşkar edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş İnternet resurslarında olan https://sezam.az// saytına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 5 nömrəli uşaq bezləri 11-25 kiloqram çəkidə uşaqlar üçün nəzərdə tutulmuşdur. Həmçinin internet resurslarında olan https://janebartosh.ru/az// saytına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 09-10 yaşlı qız uşaqlarının çəkisi fizoloji qurluşundan aslı olaraq 21-41-kq arası ola bilir. Həmçinin iş materallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaxın ətrafında bu yaşda (Şahid9) qız uşağı olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, “Google Maps” proqramı ilə ərazinin xəritəsinə, mərhum Nərmin Quliyevanın hərəkət trayektoriyasına, mərhumun meyitinin aşkar edildiyi və digər zəruri əhəmiyyət kəsb edilən yerlərə və obyektlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid9 yaşadığı evdən əmisi Şahid5 evinə qədər məsafə təxminən 750 metr olmuş və hərəkət tempindən aslı olaraq həmin məsafə 8-12 dəqiqəyə qət edilməsi mümkündür. Həmçinin o da müəyyən edilmişdir ki, Nərmin Quliyevanın yaşadığı evdən əmisi Şahid5 evinə gedən və həmin ünvandan Nərmin Quliyevanın evinə qayıdan bütün yollar Təqsirləndirilən şəxs evinin qarşısından keçir. Məhkəmə kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2020-ci il tarixli 2112 nömrəli rəyindən görünür ki, X15 meyitindən götürülmüş sağ əlin dırnaq falanqalarından 3 ədədinin üst səthində gümüşü-metal rəngli boya hissəcikləri Təqsirləndirilən şəxs yaşadığı evində aparılan axtarış zamanı hamam otağından götürülmüş hamam sobasının qapısının cəftəsinin səthi üzərindən götürülmüş boya hissəcikləri ilə, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü-metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Birinci instansiya məhkəməsinin məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 nömrəli rəyindən görünür ki, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar, 06 yanvar 2020-ci il tarixdə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyaları Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və yaşadığı evindən götürülmüş əşyaların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Belə ki, -X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından-ayaqqabının sol tayı üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından-1 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər; -X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından- üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsinin (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsinin üzərlərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından-gödəkçənin tərkib liflərinə uyğun gəlirlər; -X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarındankalqotkanın üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından-gödəkçənin tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs məxsus gödəkçənin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından - şalvarın tərkib liflərinə uyğun gəlirlər; -Təqsirləndirilən şəxs məxsus gödəkçənin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs məxsus - 2 ədəd isti alt geyim şalvarlarının səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından-jaketin tərkib liflərinə uyğun gəlirlər; -Təqsirləndirilən şəxs məxsus, yaşadığı evindən götürülmüş əşyalardan idman gödəkçəsinin səthi üzərindən tapılmış qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - gödəkçənin tərkib liflərinə uyğun gəlirlər; -Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyaların səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri ilə (tünd qəhvəyi və tünd boz rəngli təbii pambıq lifləri) X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri cinsi əlamətlərinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; - Tədqiqata təqdim edilmiş, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan-5 nömrəli obyektdən götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həll edici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsi ilə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarından – 1 nömrəli obyektdən qırmızı rəngli üzərində gül naxışları olan kənar hissələri yanmış parça qalığı rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə bir-birilərilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Rəyin təsviri və sintezedici hissəsində göstərilmişdir ki, hətta X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlarından- üst hissəsi açıq qəhvəyi rəngli üzərində qəhvəyi və boz rəngli naxışlı, alt hissəsi ağ rəngli damalı toxunuşlu yanmaya məruz qalmış stolüstü örtük hissəsinin (klyonka) və göy rəngli yanmaya məruz qalmış polietilen torba hissəsinin (obyekt-2) üzərlərindən tapılmış kənar lif mikrohissəcikləri arasından tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından- gödəkçənin tərkib lifləri aşkar edilmişdir. Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 26 fevral 2020-ci il tarixli 2110/2111 nömrəli rəyində göstərilmişdir ki, -Təqsirləndirilən şəxs yaşadığı evində baxış keçirilərkən götürülən geyim əşyalarından -1 ədəd qəhvəyi rəngli üzərində açıq qəhvəyi rəngli damalı iki ədəd yan, bir ədəd döş cibli, düyməli pencəyin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; - Şahid32 məxsus olduğu qeyd edilən geyim əşyalarından-1 ədəd tünd göy-boz-tünd boz naxışlı uzunqol uzun ətəkli koftanın səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından -jaketin tərkib liflərinə uyğun gəlirlər; - Şahid32 məxsus olduğu qeyd edilən geyim əşyalarından-1 ədəd qəhvəyi rəngli ön hissədən düyməli, bel hissədən kəmər əlavəli uzunqol uzun ətəkli jaketin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından-jaketin tərkib liflərinə uyğun gəlirlər; - X5 məxsus olduğu qeyd edilən geyim əşyalarından -1 ədəd qara rəngli üzərində qəhvəyi rəngli naxışlı iki ədəd yan cibli, düyməli qolsuz jiletin səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; - X5 məxsus olduğu qeyd edilən geyim əşyalarından -01 ədəd qəhvəyi rəngli üzərində qara rəngli naxışları olan (pələng naxışlı), bir cibli, qaşlarla bəzədilmiş, bel hissəsində kəmər əlavəli xalatın səthi üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarının qalıqlarından - jaketin tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs yaşadığı evində aparılan axtarış zamanı götürülən əşyalardan- 1 ədəd qırmızı rəngli üzərində gül naxışları olan yorğanın orta parça hissəsi (1) rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həll edici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsilə (2) və X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarında aşkar olunmuş qırmızı rəngli üzərində gül naxışları olan parça fraqmenti (3) ilə (obyekt №1) uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər; - Təqsirləndirilən şəxs yaşadığı evində aparılan axtarış zamanı hamam otağından götürülmüş hamam sobasının qapısının cəftəsinin səthi üzərindən götürülmüş boya hissəcikləri ilə X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektden götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 02 mart 2020-ci il tarixli 2996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qaynı X10 evində aşkar edilmiş 2 ədəd qırmızı rəngli yorğan üzlüyünün orta hissələri rənginə, təbiətinə, toxunma əlamətlərinə və tərkib liflərinə görə Təqsirləndirilən şəxs yaşadığı evində aparılan axtarış zamanı götürülən əşyalardan- 1 ədəd qırmızı rəngli üzərində gül naxışları olan yorğanın orta parça hissəsi, X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan götürülmüş gümüşü -metal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qırmızı rəngli üzərində gül naxışları olan parça hissəsi ilə və X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyalarında aşkar olunmuş qırmızı rəngli üzərində gül naxışları olan parça fraqmenti ilə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Digər bir məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 03 mart 2020-ci il tarixli 2995 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs evinin hamam otağındakı suqızdırıcıdan götürülmüş boya nümunələri: yandırıcı hissəsindən, yuxarı arxa tərəfindən, sol tərəfindən götürülmüş boya hissəcikləri X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlardan 5 nömrəli obyektdən götürülmüş gümüşümetal rəngli boya ilə boyanmış 13 qatlı parça qalığının həlledici vasitəsilə (xloroform) boyasının təmizləndikdən sonra qalan boya hissəcikləri ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Qeyd olunan ekspert rəylərini vermiş X40 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, verdiyi rəyləri təsdiq edir. Eyni vaxtda tədqiqat materialları həm ona, həm də Səhiyyə Nazirliyinə təqdim oluna bilməz. O, tədqiqatı bitirdikdən sonra tədqiqat obyektləri Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim olunub, İstintaq İdarəsinin müstəntiqi isə öz qərarı ilə Səhiyyə Nazirliyinə vermişdir. Ona təqdim olunmuş tədqiqat obyektləri 17 yanvar 2020-ci il tarixdən 17 fevral 2020-ci il tarixə qədər onda olmuşdur. Təqdim olunmuş tədqiqat obyektləri: 07 yanvar 2020-ci il tarixli qərar üzrə 06 yanvar 2020-ci il tarixdə X15 meyiti aşkar edilmiş yerdən yanmaya məruz qalmış yanğından sonrakı qalıqlar - tərəfindən 1-15 nömrəli obyektlərlə işarələnmiş, 10 yanvar 2020-ci il tarixli qərar ilə 06 yanvar 2020-ci il tarixdə X15 üzərindən götürülmüş yanmaya məruz qalmış geyim əşyaları- 1-10 nömrəli obyektlər, Təqsirləndirilən şəxs məxsus olan geyim əşyaları və yaşadığı yerdən götürülmüş əşyalar, 22 yanvar 2020-ci il tarixdə əlavə material kimi 10 ədəd kisə və bir ədəd çadır parçası üzərində 11 nömrəli 63 nömrəli rəydə tədqiqat aparılmışdır. Ona təqdim olunmuş tədqiqat obyektləri İstintaq orqanı tərəfindən ona təqdim edilmişdir. Tədqiqat materiallarını o açmış, ona təqdim olunan zaman tamlığı pozulmamışdır. Yanacaq-sürtkü materialları üzrə digər ekspert də tədqiqat aparmışdır. Tədqiqat obyektləri onların mərkəzinə daxil olanda o, rəyi tərtib etmədən öncə iki ekspert birlikdə işləmişlər. Karton açılan zaman o özünə məxsus nümunələri, digər ekspert isə özünə məxsus nümunələri götürmüşlər. Artıq digər ekspertin rəyi tərtib etməyi, analiz müddəti başqa vaxta, onun tədqiqatının vaxtı isə başqa vaxta keçir. Onlarda ekspertiza təyin olunanda əgər bir tədqiqat obyektinə 2-3 ekspertiza təyin olunubsa, bir şöbənin daxilində 3 ekspert təyin olunur. Orada tədqiqat aparılır, lakin ardıcıllıq pozulmamalıdır. Tədqiqat obyektləri daxil olanda hansı ekspertin icraatında həmin cinayət işi üzrə fərqli ekspertiza təyin olunubsa, bütün ekspertlər maddi sübutlar açılan zaman orada iştirak edirlər və hər bir ekspert öz nümunəsini götürüb rəyi tərtib edir. Ona daxil olmuş tədqiqat obyektlərinin nəyə görə 13 yanvar 2020-ci il tarixdə digər ekspertlərdə tədqiq edilməsini bilmir. Heksan nümunəni ayırmaq üçün kimyəvi təsirə malik olan maddədir. 14 yanvar 2020-ci il tarixdə ekspert Zemfira xanım ümumi paltarı heksan maddəsi ilə yuyulmasını yaza bilməz, çünki metodologiyada elə qayda yoxdur. Nümunələrdən müəyyən miqdar götürülür, heksan maddəsi ilə yuyulur, balaca filtirlər üzərində süzüntülər alınır. Onlar xırda nümunələr olur. O, lifli materiallar üzrə ekspertdir. Ona lifli materiallar üzrə ekspertiza təyin olunduğundan qərar onda olmuşdur. Digər ekspert onun tədqiq edəcəyi obyekti məhv edə bilməz. İki ekspert ekspertiza apararkən onlardan biri tədqiqat obyektindən kiçik nümunə götürür və heksan məhlulundan keçirir. Bütün tədqiqat materiallarını heksan məhlulundan keçirmir. Əgər bütün materialları heksan məhlulu ilə yusa, o zaman onlar yararsız olar. Ona təqdim olunmuş tədqiqat obyektləri böyük həcmdə olmuşdur. O, aşkar olunan meyiti və meyitin üzərində hansı paltarlar olduğunu görməmişdir. Meyitin üzərində olan paltarları müstəntiq ona təqdim etmişdir. Bu səbəbdən də o, eksperiment aparılan zaman müstəntiq ona zəng edib meyitin üzərində hansı paltarlar olmasını soruşduqda, o, sonuncuya onun təqdim etdiyi paltarları sadalamışdır. Ona istintaq orqanı tərəfindən cins şalvar nümunəsi təqdim olunmayıb, sadəcə ekspertiza nəticəsində yanğından sonrakı qalıqların içərisindən cins parçanın, cins şalvarın belinin rezin hissəsi, ağ rəngli köynək, stolüstü sellofan örtüyün yanmış hissəsi və kisə hissəsinin qırıntıları aşkar olunmuşdur və o bunu 11 nömrəli 63 nömrəli rəydə obyekt nömrə 5 kimi qeyd etmişdir. Həmin yanğından sonrakı qalıqlar ona İstintaq orqanı tərəfindən təqdim edilmişdir. O, ekspert Zemfira xanımın nə aşkar etdiyini bilmir. Digər ekspertin eyni tədqiqat obyekti olan kisə qalığından necə nümunə götürüb, necə tədqiqat apardığını bilmir. O, həmin obyekti açaraq tədqiqat aparmış və 5 obyekt aşkar etmişdir. O, kisə qalığını pinsetlə aralayıb tədqiq etmişdir. Başqa şəxs həmin kisə qalığını aralaya bilməzdi. Onlara yeni tədqiqat obyektləri daxil olduğundan müstəntiq qırmızı parça ilə bağlı bizə suallar qoyurdu. İki materialın bir-birinə təması zamanı liflərin birinin digərində qalmamaq ehtimalı vardır. Bu liflərin özünü buraxma qabiliyyətindən, sürtünmə dərəcəsindən, parçasının istehsalından və srtukturundan asılı olur. Parçaların lif buraxma qabiliyyətini müəyyən etmək olur. Yanğından sonra da yanğından sonrakı tədqiqat obyektlərinin üzərində lif qala bilər. İlkin meyiti söndürən zaman da onun paltarlarının lifləri meyitin üzərindən aşkar oluna bilərdi. Kömürləşmiş qalığın tərkibində belə lif nümunələri qala bilər. Cins şalvar qalığı olan tədqiqat obyektinin üzərinə meyitin əynində olmuş yanğından sonra qalan obyektlər yazıldığından, o, müstəntiq ona zəng edərkən meyitin üzərində cins şalvar olmasını bildirmişdir. Cins şalvar qalığının parça hissəsi ona görə deyir ki, göy rəngli parçalarda boğaz hissəsi lasin tipli olan materialdır, şortiklərdə isə boğazlıq olan rezin hissəsinin tikişi enli formada olur. Yanan meyitin üzərində olan paltarlarda kənar liflər ola bilər, həmin paltarların yanmayan yerlərində ola bilər. Yanmış meyitin üzərindən bir neçə növ liflər çıxmışdır. Sadəcə Təqsirləndirilən şəxs təqdim olunmuş paltarları ilə eyniləşdirmə olduğuna görə onların nəticəsi rəydə qeyd olunmuşdur. Ona başqa jaket təqdim olunmadığından İlkinin əynində olan paltarın lifləri aşkar olunmuşdu. Bir insanın əynində olan paltarın lifləri digərinə düşdükdən sonra, başqa bir adamın paltarına da düşə bilər. Liflərin paltar üzərində qalma müddəti dəqiq yoxdur, liflər bir paltarın üzərində 24 saatdan 2-3 ilədək qala bilər. İlkinin əynindəki qara rəngli gödəkçənin lifləri tünd bənövşəyi, tünd qara rəngdə də ola bilər. Çünki parça toxunan zaman müxtəlif rəngliliklərdən istifadə olunur və üst rəngi sonradan rənglənə bilir. Eyni növ və rəng paltarların liflərində belə yanmaya məruz qalmaya, geyinmə əlamətlərinə görə liflərdə fərqlilik olacaqdır. İndiyə qədər eyni növ və rəngdə olan paltarlardakı liflərin iki ayrı cinayət işi üzrə üst-üstə düşməsinin şahidi olmamışdır. İlkinin paltarlarının liflərinin onun ev əşyalarında olması və əksinə ev əşyalarının onun paltarlarında olması mümkündür. Əvvəlcə tədqiq olunmuş bütün əşyaların tərkib lifləri çıxarılır və sonra onların üzərində nə qədər kənar liflər varsa onlar eyniləşdirilir. Müxtəlif paltarlarda olan liflər kimyəvi lif növü, qruppa olaraq eyni lif əlaməti ola bilər, lakin rənginə, təbiətinə, istehsal formasına, toxunuşuna görə fərqli ola bilərlər. İş üzrə keçirilmiş kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 fevral 2020-ci il tarixli 821/822 nömrəli rəyindən görünür ki, “X15 yanmış olduğu meyitinin aşkar olunduğu yerdən götürülmüş yanmaya məruz qalmış qalıqların üzərində, eləcə də, Nərmin Quliyevanın meyitinin üzərində qalmış yarıyanmış və kömürləşmiş geyim əşyalarının üzərində yüksək temperatura məruz qalan şəklidəyişmiş, tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək temperatura məruz qaldığından tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. -Hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd, üzərində “Badamlı” yazısı olan yaşıl rəngli plastik butulkadakı maye qalığı tez alışan neft məhsulu dizel yanacağıdır və bir ədəd plastik kanistrin içərisindəki qara rəngli maye işlənmiş neft əsaslı yağdır. -Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi plastik qabdakı sarımtıl rəngli maye tez alışan neft məhsulu dizel yanacağıdır. -Nərmin Quliyevanın meyitinin üzərində qalmış yarı yanmış və kömürləşmiş geyim əşyalarının üzərində və onun meyitinin aşkar olunduğu torpaq nümunələrinin üzərindəki neft məhsulunun izləri, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi plastik qabdaki və hadisə yerinə baxış zamanı aşkar edilib götürülmüş 1 ədəd, üzərində “Badamlı” yazısı olan yaşıl rəngli plastik butulkadakı neft məhsulu ilə eyni qrup mənsubiyyətinə malikdirlər. -Nərmin Quliyevaya məxsus hadisə yerindən və onun meyitinin üzərindən götürülmüş bir cüt yaşıl rəngli ayaqqabının sol, sağ taylarının alt, yan, üst hissələrində olan torpaq mənşəli maddə hissəcikləri və hadisə yerindən götürülmüş torpaq nümunələri sarımtıl-qəhvəyi rəngli (qrup əlaməti), orta gillicəli, orta karbonatlı, orta minerallı, zəif humuslu (cinsi əlamət) torpaqlara aiddirlər. Yaşıl rəngli ayaqqabının sol, sağ taylarının alt, yan, üst hissələrində olan torpaq mənşəli maddə hissəcikləri ilə hadisə yerindən götürülmüş torpaq nümunələri qrup və cinsi əlamətlərinə görə eynidirlər”. Göstərilən ekspert rəyini tərtib etmiş X16 birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, meyit üzərində və hadisə yerindən götürülmüş obyektlərdə yanacaq izlərinin olub-olmamasına dair rəy vermişdir. Torpaq nümunələrindən üçündə, yanmış kisələrin və meyitin üzərindəki doqquz obyektin üzərində neft məhsullarının izləri aşkar olunmuşdur. Ona təqdim olunmuş obyektlər içərisində üzərində “Badamlı” yazısı olan butulkada içərisində dizel yanacağı, plastik butulkada içərisində işlənmiş yağ və 27 yanvar 2020-ci il tarixdə müstəntiq tərəfindən təqdim edilmiş çəlləkdə dizel yanacağı olmuşdur. Tədqiqatı o tək aparmış, lakin maddi sübutlara baxış digər ekspertlərlə birlikdə aparılmışdır. Maddi sübutlar mərkəzə daxil olan zaman 3 ekspert maddi sübutlara baxış keçirmiş, birinci lifli materiallar eksperti nümunə götürmüş, sonra torpaqşünaslıq eksperti, daha sonra isə o özü nümunələr götürüb tədqiqatını aparmışdır. Maddi sübutların tədqim olunması qərarı 14 yanvar 2020-ci il tarixdə qəbul olunmuş, onlar isə 17 yanvar 2020-ci il tarixdə maddi sübutlara baxış keçirmişlər. O, ekspertizanın aparılması və bitmə tarixini göstərməmişdir. O, digər ekspertlərlə birlikdə baxış keçirsələr də, bunu rəydə qeyd etməmişdir. O, ekspertiza aparmaq üçün obyektlərin yanmış sahələrinə heksan məhlulu əlavə etmişdir, lakin yanmayan sahələrdə də yanacaq izlərinin olması mümkündür. Obyektlər heksan məhlulu ilə yuyulmayıb, onların üzərinə əlavə edilmişdir. O, 5 nömrəli obyektdən sintetik materialdan olan torpaqla qarışıq kisə materialı və qara rəngli yanmış parça qalığı aşkar etmişdir. Ekspert Aysel xanım isə həmin obyekti açmışdır. O, heksan məhlulunu obyektin yanmış sahələrinə əlavə etmişdir. Neft məhsulları digər yerlərə də yayıla bilər. Maddi sübutlara baxış keçirdikdən sonra o onlara öz möhürünü vurmuş və 11 fevral 2020-ci il tarixdə müstəntiqə təhvil vermişdir. Hər bir ekspertin öz möhürü olur. Maddi sübutlar ona müstəntiq Mirzəyevin möhürü ilə daxil olmuşdur. 0 dərəcədə torpaq üzərinə düşmüş yanacaq 13-15 saat ərzində buxarlanır və tərkibini dəyişir. Torpaq üzərində olan neft məhsulları yanmaya məruz qalmasa da, çöl şəraitində olduğundan buxarlanmışlar. Eyni qrup mənsubiyyəti o deməkdir ki, ya benzin, ya kerosin, ya da dizel yanacağıdır. O, obyektləri ümumi tədqiq etmişdir, hissələrə fikir verməmişdir. Plastik qabın ölçüsünü ölçməmişdir. Maddi sübut birliyə daxil olan kimi 3 ekspert labaratoriyada açıb baxış keçirib, şəkillərin çəkib, daha sonra hər ekspert öz nümunələrini götürmüşdür. Maddi sübutların ekspert tərəfindən bölüşdürülməsi rəsmiləşdirilmir. O, maddi sübutların üzərində ekspert apardıqdan sonra (digər ekspertləri gözləmədən) rəyi müstəntiqə verə bilər. Maddi sübutlar üzərində birinci lifli ekspertiza keçirilir. Heksan əlavə edilən zaman torpaq hissəcikləri və liflər itə bilər. Əgər hansısa ekspert öz tədqiqatını bitiribsə, digərlərini gözləyir və qərarla birlikdə maddi sübutlar tam şəkildə təhvil verilir. İlk lifli ekspertizanın keçirilməsinə dair təlimat olmuşdur. Onlara təqdim olunmuş maddi sübutları onlar digər bir qrumun ekspertlərinə verə bilməz. Məhkəmə baxışında tədqiq edilmiş 20 fevral 2020-ci il tarixli “təqsirləndirlən şəxsin əlavə dinirilmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bu xüsusatla bağlı əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-lifli və digər ekspertizalarının rəylərinə inanmır, onların nəticələri ilə razı deyil, Nərmin Quliyeva ilə hərhansı bir təmasda olmamış, paltarlarımın lif mikrohissəçikləri Nərmin Quliyevanın paltarlarında və hadisə yerindən götürülmüş predmətlərdə çıxması barədə konkret olaraq bir söz deyə bilmir. Birinci instansiya məhkəməsi baxışında tədqiq edilmiş 31 yanvar 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung» markalı smartfon tipli telefonuna baxış keçirilərkən yaddaşında silinmiş məlumatları aşkar etmək məqsədilə «Ufed Toush2» proqram apparat kompleksi vasitəsilə cihazın yaddaşında müvafiq bölmələrinə (xidməti, sistem və fərdi) daxil olunmuş, müvafiq modullardan (ayrı-ayrı, məqsədlər üçün istifadə olunan proqram vasitələri) istifadə edilməklə baxış keçirilmişdir. Telefonun “Galereya” bölməsinə daxil olduqda “Kamera” qovluqunda 3 ədəd, “İzbrannoe” bölməsində 1 ədəd, “Screenshots” bölməsində 3 ədəd, “DCİM” adlı bölmədə 10 ədəd, “Mobisaver” bölməsində 2 ədəd fayllar aşkar edilmişdir. Belə ki, “Kamera” bölməsində xx.xx.2020-ci il tarixdə saat 19.42-də 00:52 müddətli 71.53 Mb həcmində Nərmin Quliyevann meyitinin yanmasının videoçəkilişi; xx.xx.2020-ci il tarixdə saat 19:39-da 00:47 müddətli 68.97 Mb həcmində Nərmin Quliyevann meyitinin yanmasının videoçəkilişi; xx.xx.2020-ci il tarixdə saat 19:39-da 1.55 Mb həcmində Nərmin Quliyevann meyitinin yanmasını əks etdirən kadr mövcuddur. Bundan əlavə, “DCİM” bölməsində xx.xx.2020-ci ildə saat 11.50-də şabalıd rəngində, qısa saçlı, qızılı rəngində boyunbağısı olan qadının fotoşəkili; xx.xx.2020-ci ildə saat 11.50-də gecə vaxtı alovu əks etdirən fotoşəkil; xx.xx.2020-ci il tarixdə saat 19:39-da gecə vaxtı alovu əks etdirən fotoşəkil əks olunmuşdur. Bundan başqa, “Mobisaver” bölməsində xx.xx.2020-ci ildə saat 19:43-də 00:52 müddətli 71.53 Mb həcmində Nərmin Quliyevann meyitinin yanmasının videoçəkilişi və xx.xx.2020-ci ildə saat 19:4000:47 müddətli 68.97 Mb həcmində Nərmin Quliyevann meyitinin yanmasının videoçəkiliş aşkar olunmuşdur. Mobil telefonun yaddaşında silinmiş məlumatları aşkar etmək məqsədilə “UFED Touch2” proqram aparat kompleksi vasitəsilə cihazın yaddaşında müvafiq bölmələrinə (xidməti, sistem və fərdi) daxil olunmuş, müvafiq modullardan (ayrı-ayrı məqsədlər üçün istifadə olunan proqram vasitələri) istifadə edilməklə, qeyd olunan bu fotoşəkillərin olduğu müəyyən edilmişdir: üzərində «5 dk da örüp satın» sözləri yazılmış çəhrayi rəngində ip topasının, «No Oven, No Cooker, NO Beater» sözləri yazılmış 3 ədəd biskvitin, rəssamlıq üçün nəzərdə tutulmuş müxtəlif boyaların, 2 ədəd şokolad tortların, “Çocuklar duymasın» yazıları olan, qara donlu, qızıl rəngində boyunbağı olan qadın, gecə şəraitində alov, sarı rəngli sarafanda sarışın saçlı qadının, ağ dərili, qara saçlı çılpaq transseksualın, ağ dərili, qara rəngli, qısa saçlı çılpaq transseksualın, baş hissəsi görünməyən, ağ dərili transseksualın, qara rəngli, qısa saçlı, yaşıl rəngli boyunbağl və sırğası olan qadının, qara rəngli, qısa saçlı, qızılı rəngində boyunbağı və sırğası olan qadının, Zülfiyyə Xanbabayevanın, şabalıd rəngində, qısa saçlı, qızılı rəngində boyunmağı olan və tünd göy rəngində koftası və baş örtüyü olan 2 nəfər qadının, «Cimalpes bonito design he stoskton grou Summit retreat» sözləri yazılmış, kosmetik əşyaların və alətlərin, hərbi təyyarə və maşınların karton maketlərinin, animasiya qız uşağının «Yackikuka» yazısı olan ,«WartW» sözləri yazılmış qız uşağının, «Çoçuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın» sözləri yazılmış pencək geyimində eynəkli kişinin, üzərində gilanarlarla bəzədilmiş şokoladlı və kremli tortun, «Maşa və ayı» animasiya filminin personajı Maşanın, kosmetik əşyaların və alətlərin, uzun saçlı animasiya qızın, «Tom və Cerri» animasiya filmininin loqotipinin, üzərində «5 dk da örüp satın» sözləri yazılmış çəhraiyyə rəngində ip topasının, qadın dodaqlarının səhv və düz çəkilməsini təsvir edən 2 ədəd, çəhrayi fonunda «Mr Cake» sözləri yazılan şirniyyat kompozisiyasının, qidalar kompozisiyasında «Tasty» sözləri yazılmış, tünd göy fonunda rəsmi tamamlanmayan uşağın, sağ tərəfində «Masha eo Urso, VİVA! Verao Ferias» sözləri yazılmış «Maşa və Ayı» animasiya filmindən Maşa personajının, İngilis komiki mister Binin «mrBean» sözləri yazılmış animasiya karikaturası, «Tom və Cerri» animasiya filmindən Tom personajının əlində tüfənglə, «Maşa və Ayı» animasiya filmindən Maşa personajının su gölməçəsində oynamasının, «Tom və Cerri» animasiya filmindən Tom, it və ördək personajlarının, «Selena, Seline yardım ediyior!» sözəlri yazılmış «Selena» Türkiyə serialından 3 qadının masa arxasında dayanmış vəziyyətdə fotoşəkillər, habelə animasiya film və çarxlardan (roliklərdən) 12 ədəd kadr. Məhkəmə kompyuter-texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “SM-G532F” (Galaxy J2 Prime) modellli “**********46154”, “**********46152” İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. “Samsung” markalı mobil cihazda onun şəxsi səhifələrini (“Google” hesabı) açmaq üçün “Login” və “parol” tələb olunmur. “Google” hesabında qeydiyyatı aparılmış bütün hərəkətlərin təsviri (Chrome brouzeri ilə baxılmış internet saytların siyahısı, “Youtube”-dan istifadə edilmə, “Samsung my files”, “Samsung Gallery” və digər proqram məhsulların istifadə edilməsi jurnalı) rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Tədqiq olunan mobil smartfonda Youtube xidmətində baxılmış videogörüntülərin adları tarixçəsi dayandırılmışdır, axtarış sorğuların qeydiyyatı aparılmır, Whatsapp proqram təminatı və “Facebook” sosial şəbəkələri üçün proqram təminatı aşkar edilməmişdir”. Rəyin təsviri hissəsindən görünür ki, “Samsunq Galaxy J2 Prime” iki kartlı telefonudur, 06 yanvar 2020-də saat 19:38 də İlkin 051 ***-**-** (əmisi oğlu polis Murada) zəng edib, Telefonun yaddaşında 19:39:37 Nərminin meyitinin yanma şəkli,meyitin (52 və 47 saniyəlik) yanma videoları vardır. Silinmiş yaddaş bərpası zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialına, o cümlədən digər videolara baxılmışdır. 06 yanvar 2020-ci il tarixdə saat 17:11-də com.samsung.android.weather (hava proqnozuna baxıb) proqramı ilə hava şəraitinə, həmçinin həmin gün saat 19:07 də isə “Chrom MAP” proqramından istifadə edilməklə ərazi xəritəsinə baxılmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş kompyuter texnikası üzrə ekspert X33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs telefonu ona bağlı formada təqdim edilmişdir. 06 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək Təqsirləndirilən şəxs telefonunda əlavə proqramlar silinib və sonradan yüklənmişdir. Youtube tarixcəsində elektron versiya və excell variantı var, onların arasında heç bir fərq yoxdur. Rəqəmsal məlumat kompyuterlərdə, telefonlarda, digər sistemlərdə hər hansı hərəkət öz əksini tapır və o ilkin saxlanıldığı yaddaşdır. Həmin məlumat excellə və yaxud word-ə atılsa da, ilkin olaraq variantı telefonda qalır. Həmin məlumatın exceldə və yaxud doc-da götürülməsi rahat oxunmaq üçündür, hər ikisində eyni olur. Youtube videoyayımla məşğul olan böyük bir şirkətdir. Gün ərzində oraya videokontekta baxmaq üçün milyonlarla müraciət olunur. Hər bir istifadəçi istədiyi müəyyən vaxtda youtube səhifəni ziyarət edib, baxış keçirir. Baxış keçirərkən telefonun yaddaşında müəyyən qalıq hissələr qalır. Qalıq hissələrin qalması mexanizmi youtube daxili kodlarından asılıdır. Telefon yaddaşındakı youtube istifadə edən daxili yaddaş keş yaddaş adlanır. Youtubedə hansısa bir videoya baxdıqdan sonra onun qalıqları keş yaddaşda qalır. 21 dekabr 2019 saat 12.48-də məzmun görünür. Bu o deməkdir ki, baxılan videodan müəyyən bir kadr telefonun yaddaşında saxlanılıb. Youtubenin tarixçəsi açıq olsaydı, bu məzmunlu videoya saat neçədə baxıldığını bilmək olardı. Hansı adlı videoya baxıldığına rəy vermək olmur, çünki tarixçəsi yoxdur, lakin youtubeden istifadə olunması, orada məzmunlara baxılması bilinir. Kadra baxarkən hansısa saniyədəki əks olunmuş bir fotoşəkil telefonun yaddaşına düşür. İki yaddaş olur: birincisi istifadəçi yaddaşı- bura fotoşəkillər, videolar saxlanıla bilir, bu istifadəçiyə aid olan yaddaşdı. Onları görmək olmur, çünki bu xüsusi bərpa proqramı vasitəsilə əldə olunan nəticələrdir. Onlar bilavasitə ilə mobil telefonla youtubenin arasında yaranan əlaqələrdir. Bu əlaqələr nəticəsində fayllar baxıla bilinməyən yaddaşda saxlanılır. Youtubedə baxılan kadrın baxılma vaxtını dəqiq bilmək üçün youtube tarixcəsi olması lazımdır. Hazırkı kadrda göstərilən tarix dəqiq olmaya bilir. Qeyd olunan göstəricilər istifadəçinin youtubedən istifadə etdiyini göstərir. Tarixlər olsa da, lakin həmin baxılmanın hansı tarixdə baxılmasını göstərmir. Yaddaşda əks olunan şəkil mütləq baxılmış videoda var. Qeyd etdiyiniz videolara nə vaxt baxıldığını müəyyən etmək olmur, lakin həmin tarixdə həmin kadr telefonun keş yaddaşına düşübdür. Mobil telefonun tarixçəsi mobil şəbəkələr vasitəsi ilə tənzimlənir. Mobil şəbəkənin peykləri, antenləri ona siqnalizasiya verir, yəni cari vaxtı göstərir. Əgər səhv vaxt olsa, bilinər. Həmin vaxt mobil telefonda proqramlar işləməz, güman olunar ki, mobil telefonda vaxt və tarix düzdür. Youtubedə olan göstəricilər isə istifadəçinin seçilmişlərdən uyğun olaraq tarazlanır və istifadəçiyə aid olan tarixləri göstərir. xx.xx.2019 cu il tarixdə “mister Bin” şəklinin telefonun keş yaddaşına düşməsi o deməkdir ki, həmin gün o videoya baxılıb, lakin saatını dəqiq bilmək olmur. Həmin şəkildə göstərilən tarix, onun baxılma tarixidir, nə qədər müddət baxıldığı bilinmir. xx.xx.2020-ci il tarixdə “Tom and Cerry”-ə baxılması qeyd olunmuşdursa, demək həmin tarixdə, həmin videoya baxılıb. xx.xx.2020-ci il tarixdə “homosexsual” faylı fotoşəkildir. Qeyd olunan şəkilin Excell proqramında göstərilməməsinin səbəbi Excellin youtubeyə aid olmasıdır. Bu fotoşəkil isə telefonun öz yaddaşına aiddir. Bu fotoşəkil bərpa deyil, mövcud olandır. Həmin şəkildə göstərilən xx.xx.2020-ci il tarixi həmin şəkilin yaranma tarixidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 12 may 2020-ci il tarixli 865 nömrəli rəyindən göstərilmişdir ki, “Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda şəxsiyyətin şizoid tipli cizgiləri, anamnezində keçirilmiş depressiv hallar müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və cinayət işi üçün vacib olan məsələləri düzgün dərk etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər, öz presessual hüquq və öhdəliklərini müstəqil olaraq həyata keçirə bilər. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu öz ifadəsində əvvələr psixi pozuntuyla bağlı bir necə həkimə müraciət etməsi və ona "Fluoksetin" və ya da "Profuzaq" dərman preparatlarının qəbul edilməsi tövsiyyə edilərək həmin dərmanları qəbul etməsi barəsində qoyulmuş suala cavab olaraq bildirilir ki, göstərilən dərman preparatları antidepressant tərkibli dərman preparatları olmaqla, təqsirləndirilən şəxsin həyatının müxtəlif dövrlərində, yəni anamnezində göstərdiyi kimi, onda əhval-ruhiyyənin enməsi, ruh düşkünlüyü, özünə qəsd etmək barəsində düşünməsi kimi hallar, yəni depressiv hallar keçirdiyi üçün qeyd edilən dərman preparatlarını qəbul etməsi mümkündür. Depressiya ilə təzahür edilən psixi pozuntu hallarının ona təyin edilmiş müalicə nəticəsində keçməsi, yenidən təkrar təzahür etməsi mümkündür. Lakin hazırki müayinə gedişatında Təqsirləndirilən şəxs depressiyaya dəlalət edən əlamətlər müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs şizoid şəxsiyyət tipi aşkar olunur. Eqosentrizm, emosional soyuqqanlılıq, təkliyə meyllilik, özünə qapalılıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, ünsiyyətə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlər malikdir. Təqsirləndirilən şəxs intellektual imkanları (yaddaş, diqqət, təsəvvür, sensorperseptiv prosesləri) normaya uyğun olduğundan, həmçinin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa və yalan danışmağa patoloji meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermış olduğu ifadələrdə özündən uydurmaq, həqiqəti əks etdirməyən fikirlər söyləmək, fantaziya əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2020 ci il tarixdə, mərhum Nərmin Quliyevanın yanmış vəziyyətdə olan meyitini öz mobil telefonu vasitəsi ilə videoçəkilişini apararkən, danışığında həyəcanlılıq müşahidə olunsa da, psixoloji vəziyyətində hər hansı dəyişiklik təzahür olunmur. Onun danışığında müşahidə olunan həyəcanlılıq sonrakı dövrdə hadisənin real vəziyyətini qavramasına, istintaqa vermiş olduğu ifadələrində həqiqəti əks etdirib-etdirməməsinə təsir göstərmədiyi qənaətinə gəlinir. Təqsirləndirilən şəxs, ona ittiham olunan cinayət əməlini törədərkən hərəkət və davranışı aqressiv olmuşdur. Belə qənaətə gəlinir ki, həmin aqressiya halını onda müəyyən edilən şizoid şəxsiyyət tipi şərtləndirmişdir. Törətdiyi əməl zamanı onda yaranmış aqressiya halı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə və dərk etməsinə neqativ təsir göstərməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsinitörədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs cəmiyyətdəki sosial statusundan narazı qalması (həmyaşıdlarının ailə-uşaq sahibi olduğu halda hələ də subay olması, övlad sahib olmadığına, tək qalmasına görə özünü qınaması, tay-tuşlarından geri qalması fikirləri, həyatına küskünlüyü, özünü zəifxarakterli şəxs kimi qiymətləndirməklə həyatını vaxtında qura bilməməsi ilə barışa bilməməsi və s.) kimi amillər onun qərarın təsviri hissəsində göstərilən hərəkətləri törətməsinə sövq edə bilərdi”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin Tovuz rayon şöbəsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2020-ci il tarixli 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində xəsarət aşkar edilməmişdir. Müayinə olunanın deməsinə görə, onu heç kim vurmamışdır. Tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti yoxdur. Onun bədən səthində xəsarət (qançır, sıyrıq, yara və s.) və xəsarət izi (piqmentasiya sahəsi, sıyrıq izi, çapıq və s.) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 21 fevral 2020-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi və mütəxəssis müayinəsi zamanı (ona penil inyeksiya testi (Papaverin 2%-4.0q) aparılmış, müayinə müddətlərinin 5,10,15,20 dəqiqələr ərzində ereksiya müşahidə olunmadı) hal-hazırda onun cinsi qabiliyyətə malik olmadığı müəyyən edildi. Buna səbəb ağır erektil disfunksiyadir. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqə olmanı göstərən əlamətlər aşkar edilmədi, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı zədələnmə, anamalya (deformasiya, şiş, çapıq, yara və s.) aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika psixiatriya xəstəxanasından daxil olmuş məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döymədən açmış və onu görən kimi “ay Nazim müəllim, bəri çıx”demişdir. Həmin vaxt o. həyətdə oturmuş və İlkinə: “gəl evə”- demiş, İlkin isə ona “yox e, müəllim, bəri çıx, bəri çıx” demişdir. O, küçəyə çıxmış və İlkindən “nə olub, niyə belə həyəcanlısan”- deyə soruşmuş, İlkin isə ona: “deyəsən, dərədə meyit yanır”- demişdir. O əynini geyinmiş və İlkinlə birlikdə dərəyə getmişdir. O, kiminsə heyvan meyiti yandırdığını düşünmüşdür. O, dərəyə düşmüş meyitin qarın və qol hissəsinin yandığını görmüş, alışqanın fənərini yandırıb baxanda cəsədin sabit qaldığını və iri dişlərinin göründüyünü görmüşdür. O, İlkinə “tez ol Muradı çağır, o, orqan işçisidir, kimə zəng etmək lazım olduğunu bilir”- demişdir. İlkin də Murada zəng edib Muradı çağırmış və Murad da qısa müddət ərzində gəlmişdir. O, Murada polisə zəng edib polis çağırmasını bildirmiş və həmin vaxt orada yanan meyitin videogörüntüsünün çəkilməsi ilə bağlı söhbət olmuşdur. Onlar da gələcəkdə istintaq zamanı köməklik olunsun deyə, meyitin yanmasını video ilə çəkmişlər. Çəkiliş zamanı İlkin bizə “ehtiyatlı olun, ayaqqabılarınızı yadınızda saxlayın ki, izi bura düşəcək, sonra onlardan soruşulanda dediklərimizlə üst-üstə düşsün”-demişdir. Sonra Murad zəng etmiş, qısa müddətdə danışmış və daha sonra yenə kiməsə zəng etmiş, ikinci dəfə zəng etdiyi şəxsə qırmızı rəngli gödəkçə, ayaqqabı haqqında məlumat vermişdir. Həmin vaxt İlkin videogörüntü çəkmişdir. Murad zəng etdiyi şəxs Muraddan yanan meyiti söndürüb-söndürmədiyini soruşmuş, Murad da söndürmədiyini bildimişdir. Həmin şəxs Murada meytin söndürməsini demiş, o, bel gətirmək üçün evə getmiş, İlkinlə Murad meyitin yanında qalmışlar. O, evdən bel götürüb qayıdan zaman Muradla İlkinin meyitin qarın hissəsini söndürdüklərini görmüşdür. Daha sonra o, bellə meyitin yanan qol hissəsinə torpaq töküb keçirmiş və polislər gələnə qədər yola çıxmışlar. Yola çıxdıqları vaxt 20-30 km/saat surətlə hərəkət edən “Jiquli” markalı avtomobil keçmişdir. Muradla İlkin həmin avtomobilin qeydiyyat nömrəsini götürmüş və hadisə günü polislərə məlumat vermişlər. Bir müddət sonra polislər 4-5 polis avtomobili ilə hadisə yerinə gəlmiş, hadisə yerinə baxmışlar. Həmin vaxt polislər meyitin kim tərəfindən aşkar olunmasını soruşmuş, İlkin də onun tərəfindən aşkar olunduğunu demişdir. Şahid16 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hansısa formada ifadə verməsilə bağlı ona hər hansı təklif edilməmiş, ona qarşı hər hansı zorakılıq olmamışdır. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının 22-də qonşusu onlara Şərifin qızı Nərmin Quliyevanın 21 noyabr tarixdən itkin düşdüyü barədə məlumat vermişdir. O, Nərmin Quliyevanın axtarışlarında iştirak etmişdir. 23 noyabr 2019-cu il tarixdən Nərminin axtarışı üçün polis əməkdaşları postu onun yaşadığı evin yaxınlığında qurulmuş və axtarışlara oradan bölünüb getmişlər. Həmin ərəfələrdə polis əməkdaşlarını bir neçə dəfə əməkdaş kimi evinə dəvət etmişdir. 06 yanvar 2020-ci il tarixdə oğlunun ad günü olduğundan o evdə olmuşdur. Həmin gün saat 19:38 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub bayıra çıxmağını xahiş etmiş, o da çıxmış, dayisi Nazimin evinin hasarının yaxınlığında əmisioğlu İlkin ona yanğın olduğunu demiş, o da yanğına yaxınlaşanda ayaq nahiyyəsindən yananın insan olduğunu bilmişdir. Həmin vaxt orada Nazim və İlkin də olmuşdur. O, komandiri Vüqar Hüseynova bu barədə məlumat vermiş, Vüqar Hüseynov Bakıya getdiyini bildirmiş və ona rəisin nömrəsini verib ona məlumat verilməsini demişdir. O, Şirzad Əsgərova zəng vurmuş, hadisə barədə məlumat vermişdir. Ş.Əsgərov ondan meyitin üzərində qırmızı rəngli gödəkçə və ayaqqabı olub-olmadığını soruşmuş, o da meyitə yaxınlaşmış, meyitin əynində qırmızı rəngli nəsə olduğunu görmüş və rəisə əynində qırmızı rəngli nəyinsə və ayaqqabısının birinin ayağında digərinin isə kənarda olduğunu demişdir. Şirzad müəllim ona orada olmalarını və özünün gələcəyini bildirmişdir. 10-15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və rəis onlardan hadisənin birinci kimin gördüyünü soruşmuşdur. İlkin rəis Şahlar Cəfərova hadisəni ilk onun gördüyünü, sonra Nazimi və Muradı çağırdığını bildirmişdir. Həmin vaxt X60 X84 Rayon Polis şöbəsinə aparılmasına və heç kimin özü gələnə qədər onu sorğu-sual etməməsinə, özünün gəlib dindirəcəyinə dair göstəriş vermişdir. Polis əməkdaşları İlkini Tovuz Rayon Polis şöbəsinə aparmışlar. Sonra hadisə yerində post qurulmuş, həmin vaxt meyit götürülməmişdir. Sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı və kənd camaatı yığılmış, xeyli müddət sonra hadisə yerinə X92 Quliyev gəlmişlər. Həmin vaxt Şərifin qardaşı Akif Quliyev uca səslə Şərifə səslənərək sənə iki gün öncə qızının meyiti hansı formada gəlsə tanıyıb-tanımayacağını soruşduğunu demiş, Şərif isə cavab verməmişdir. Saat 00:15 radələrində Şahlar Cəfərov özü onların evinin qarşısına gələrək onu polis şöbəsinə aparmış və o, saat 3-4 radələrinə qədər orada saxlanılmışdır. Həmin vaxt Şahlar müəllim onu hadisənin necə baş verməsi, necə görməyi barədə sorğu-sual etmiş, o da olduğu kimi hər şeyi demişdir. 07 yanvar 2020-ci il tarixdə prokurorluq, Ədliyyə işçiləri hamısı birlikdə hadisə yerinə gəlib meyiti götürüb aparmışlar. Bundan sonra o bir dəfə də polis şöbəsinə çağırılmışdır. Həmin vaxt polis şöbəsinin rəisi ilə yanaşı Nadir Mirzəyev də orada olmuş və onu hadisəni görməyi barədə sorğu-sual etmiş, o da hadisəni necə gördüyü barədə məruzə etmişdir. O həmin axşam saat 20-21 radələrinə qədər şöbədə qalmış və sonda rəis özü ona getməyini, çağıranda gəlməyini deyib yola salmışdır. 07 yanvar 2020-ci il tarixdə əmisigilin və onların evinə baxış keçirilmişdir. 08 yanvar 2020-ci il tarixdə onların evinin qarşısında polis əməkdaşlarının düzülüşü keçirilmiş və rəisin göstərişi ilə evlərə yenidən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evindən başlayaraq evlərə yenidən baxış keçirilmiş və heç bir dəlil, sübut aşkar edilməmişdir. Günorta saatlarında İlkingilin evinə baxış keçiriləndən sonra oradakı əməkdaşlardan biri ona narahat olmamağı, heç bir şey aşkar olunmadığını və İlkinin şahid qismində çağırıldığını, buraxacağını bildirmişdir. Həmin vaxt Bəhruz da yanında olmuşdur. 08 və ya 09 yanvar 2020-ci il tarixdə prokurorluq əməkdaşları onların evlərinə və qonşu evlərə şəkillər çəkə-çəkə baxış keçirmişlər. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında rəisin göstərişi ilə yenidən evlərə baxış keçirilmiş və heç bir sübut aşkar edilməmişdir. 09 yanvardan 10 yanvara keçən gecə saat 4-5 radələrində Şahid22 adlı polis mayorundan onun istifadəsində olan telefona zəng gəlmiş, Azər ondan uzatma kabelinin olub-olmamasını, varsa bayıra çıxarmağını istəmiş, o da uzatma kabelini evdən götürüb bayıra çıxmışdır. O, əmisigil tərəfə dönən zaman orada tanımadığı avtomobillər olduğunu və rəisin avtomobildən düşdüyünü görmüşdür. O dayanmış və bu zaman rəis Turan adlı polis əməkdaşına işarə vermiş və o əlində uzatma kabeli ilə əmisigilin darvazasından həyətə daxil olmuşdur. Bu zaman rəis ondan evin niyə bu vəziyyətdə olduğunu soruşmuş, o da bilmədiyini demiş və evə girmişdir. Həmin vaxt əmisigilin evinin yuxarı mərtəbəsindən bir neçə nəfərin səsi gəlmiş, lakin o onların kim olduqlarını görməmişdir. Səhəri gün o bu barədə əmisi İbrahimdən polislərin hansı məqsədlə evə gəldiklərini soruşmuş, o da kiminsə evə gəlməsi barədə məlumatının olmadığını bildirmişdir. Saat 9-10 radələrində rəis onu çağırıb İlkinin hadisəni necə görməsi barədə ora gəlib məlumat verəcəyi, gələrkən ailəsindən heç kimin olmamasını deməyi bildirmiş, o da bu barədə əmisigilə məlumat verəcəyini demişdir. O, əmisigilə gedib rəisin ona dediklərini, yəni İlkinin bura gəlib məlumat verəcəyini və həmin vaxt orada ailəsindən heç kimin olmamasını deməsini bildirmiş, lakin əmisigil evdən çıxmamışlar. O da rəisin yanına gəlib onun dediklərini əmisigilə bildirdiyini, lakin əmisigilin evdən çıxmadıqlarını demiş, rəis də ona əmisigilə gedib təkrar deməsini, əks təqdirdə onları polis gücü ilə evdən çıxaracağını və bunun İlkinin istəyi olduğunu demiş, əmisi və əmisi qızı Kəmalə evdən çıxarılmışlar. Həmin vaxt nə şəxsi heyət, nə də ki kənd camaatından heç kimin gələ bilməməsi məqsədi ilə İlkingilin evi 100-150 metrlik məsafədən yollar bağlanmışdır. Həmin vaxt orada onlara İlkinin cinayət hadisəsini boynuna alması məlum olmuşdur. O, hadisə yerinə gələndə meyit yanmış, Nazim bel gətirəndən sonra o, yanğını söndürmüşdür. Nazim bel gətirənə qədər o dizini yerə qoyub əliylə torpaq götürüb meyiti söndürməyə başlamışdır. Nazim gələndən sonra bellə meyitin yanan qarın və qol nahiyəsinə torpaq töküb yanğını söndürmüşlər. Onlar yanan meyiti söndürən zaman İlkin onları telefonla videoya çəkmişdir. Onların videoya çəkilməsini həm o, həm də Nazim demişdir. İlkinə hadisəni videoya çəkməyi deməklərində məqsəd sonradan həmin videonun istintaqa köməklik edə biləcəyi olmuşdur. Onların rəisləri adətən hadisəni yerində çəkməklərini tapşırdıqlarından o da düşünmüşdür ki, alovun istiqaməti, yanma vəziyyəti gələcəkdə istintaqa lazım ola biləcəyindən İlkinə videoçəkiliş aparmasını demişdir. Onlar hadisə yerini mühafizə etmişlər. Videogörüntünün istintaq zamanı necə və nəyə lazım olacağını o bilmir. O, hadisədən bir neçə gün sonra çayxanada Şahid8lə görüşmüş və ona “cinayətkar gözümün işığı da olsa, cəzasını çəkməlidir” demişdir. O, Ariflə 10 yanvar, ya da 12 yanvar 2020-ci il tarixdə söhbət etmişdir. Elə həmin vaxtlarda İlkinin cinayəti boynuna aldığını eşitdiyini demişdir. Həmin vaxt Arif ondan “bu nə işdi”- deyə soruşmuş o da ona “vallah, mən də bilmirəm nə oyundu”- deyə cavab vermişdir. Hadisənin ertəsi günü meyitin ətrafında yanacaq qabları, yağ qabları aşkar olunmuşdur. Şahid13 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, İlkini polis şöbəsində bir neçə dəfə görmüş, xatırlamadığı otaqda İlkinlə görüşmüş, yanında olan serjantla İlkin barədə danışmış, həmin vaxt hər hansı narahatlıq hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2020-ci il tarixdə Tovuz rayonunda yaşayan qudasıgilə gəlmişdir. Avtomobillə hadisə baş verən yerdən keçmişdir. Həmin vaxt orada gördüyü şəxslərdən Muradı tanımışdır. Murad o gəldiyi avtomobilin nömrəsini polisə vermişdir. Onlar polis şöbəsinə getmiş və orada izahatları alınmışdır. Onlar polislərə həmin ərazidən keçərkən Muradı gördüklərini, Muradın da onların avtomobilinin nömrəsini götürərək polislərə verdiyini bildirmişlər. Polis bölməsində ondan saat neçədə gəldiyini soruşmuşlar, o da saatla işləmədiyini və saat neçədə gəldiyini bilmədiyini bildirmişdir. Daha sonra o orada iki nəfəri gördüyünü, onlardan Muradı tanıdığını və sonuncunun onların avtomobilinin nömrəsini götürüb polislərə verdiyini bildirmişdir. Bundan başqa, ondan orada yanan nəsə görübgörmədiyi soruşulmuş, o da maraqlı olmadığından fikir vermədiyini bildirmişdir. Şahid18 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Şahid20 göstərdiyi xüsusatları bildirmişdir. Şahid25 birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, əmisioğlu Fikrətdən aldığı televizorunda 06 yanvar 2020-ci il tarixdə problem olduğundan Fikrətə zəng edib ailəsinin türk kinosuna baxmaq istədiklərini, lakin televizorunun naqilində problem olduğunu bildirib, onda həmin naqildən olub-olmamasını soruşmuş, sonuncu da olduğunu bildirmişdir. O, avtomobili işə salıb Fikrətgilə getmək istəyərkən böyük oğlu da getmək istədiyini bildirmiş və o, oğlunu da avtomobilə əyləşdirib Fikrətin evinə getmişdir. Fikrətgildən naqili götürüb evə qayıdan zaman asfalt yola tərəf dönəndə Nazimi əlində işıq yanğına tərəf getdiyini görmüşdür. O, əhəmiyyət verməyib evinə getmişdir. Az müddət sonra bacanağı ona zəng edib qonşuluğunda yaşayan Nüsrət kişinin oğlu ilə telefonla danışdığını və həmin ərazidə yanğın olduğundan polis əməkdaşlarının ora gəldiyini bildirmiş, o da sonuncuya həmin yanğının yanından keçdiyini və həmin yanğını gördüyünü bildirmişdir. Daha sonra o, birlikdə həyətində ağac əkməli olduqlarından Məmmiyə (Məmmədbağır) zəng etmiş, Məmmi ora yaxın olduğuna görə ona yanan yerə gedib ona da məlumat verməsini bildirmişdir. Bir müddət sonra o, Məmmiyə yenidən zəng etmiş və bu zaman sonuncu ona orada meyit olduğunu, bütün polis əməkdaşlarının orada olduğunu bildirmişdir. Sonra o, əynini geyinib hadisə yerinə getmişdir. Onun Şəriflə normal münasibəti olmuşdur. Qardaşının inəyi bayırda itən zaman Məqsəd adlı polis əməkdaşı Şərifi inək itən günü axşam saatlarında həmin ərazidə gördüyünü demişdir. Onlar isə polis şöbəsində izahat verərkən inəklərinin Şərif tərəfindən oğurlandığını deməmişlər. Polis şöbəsi özü araşdırmış və inəklərinin qonşu kənd sakini tərəfindən oğurlandığını aşkar etmişdir. O, Şərifin qızlarının üçünü də tanımış, lakin bu günə qədər heç birini avtomobilinə mindirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, o, Nərminin itkin düşməsi ilə bağlı məlumat eşitmişdir. Nərminin meyiti aşkar olunan zaman o, hadisə yerində olmamışdır. Nərminin meyiti aşkar olunmamışdan əvvəl Altay ona zəng edib televizor kabeli istəmiş, o da televizor kabeli olduğunu demişdir. Altay da öz avtomobili ilə gəlib onun evindən kabeli götürüb getmişdir. Altayın ona nə zaman zəng etməsi və gəlməsi saatı yadında qalmamışdır. Altay onun evinə gələndə hava qaranlıq olmuşdur. Altay onun evinə çatanda o çıxmış qapısının ağzında kabeli ona vermişdir. O, Altayla cəmi 5 dəqiqə ərzində görüşmüşdür. Birinci insansiya məhkəməsinin iclasında tədqiq edilmiş Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna dair zənglər barədə götürülmüş məlumatdan görünür ki, 06 yanvar 2020-ci il tarixdə saat 19:25:55-də Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli telefondan Şahid26 istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edilib və aralarında 144 saniyyə müddətində danışıq aparılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 10 yanvar 2020-ci il tarixdə onun xidməti avtomobili ilə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş, lakin o, avtomobildə qalmışdır. İlkin avtomobilə qayıdan zaman avtomobildə o, Şahid23, bir nəfər polis əməkdaşı və vəkil olmuşdur. Həmin vaxt o, avtomobildə 5-10 dəqiqə ərzində İlkinə bəzi suallar vermişdir. O, İlkinə: “qız uşaq idi, onu öldürməyə də bilərdin”- deyə sual vermiş, o isə cavab verməmişdir. Daha sonra o, İlkinə: “İlkin qızı evə necə apardın”- deyə sual vermişdir. O, həmin vaxt həmin ərazinin əməliyyatçısı işləmiş, bu səbəbdən də bu sualın cavabı maraqlı olmuşdur. İlkin isə cavabında “Nərmin yoldan keçirdi. Həmin vaxt mən yolda siqaret çəkirdim”- deyə cavab vermişdir. O, İlkinə “qızı evə necə çağırdın, necə apardın. Kənarda adam yox idimi?”- deyə sual vermiş, sonuncu da ona “mən ona kitab vermək adı ilə çağırdım”- deyə cavab vermişdir. Nərmin itən vaxtlarda atası ona Nərmini toya aparacağını demiş və bu da onda maraq oyatdığından İlkinə “sən Nərmini evdə saxlayanda o sənə məni burax demədimi?”- deyə sual vermiş, İlkin də ona “bəli, Nərmin dedi məni burax axşam atam məni toya aparacaq”-deyə cavab vermişdir. Daha sonra o, İlkinə “biz Nərmini 40 gündü axtarırıq tapa bilmirdik, cəsədini hansısa evdə və ya ərazidə gizlədə və ya basdıra bilərdin, onsuz da tapılmırdı”- deyə sual vermiş, İlkin də ona “yox, mən onu evdə gizlədə bilməzdim və ya hardasa yaxın yerdə basdıra bilməzdim, nə vaxtsa ələ keçə bilərdi. Həm də eşitdiyimə görə, kənddə itlərlə axtarışlar keçirilirdi”- deyə cavab vermişdir. O, İlkinə “cəsədi yandırmaya bilərdin?”- deyə sual vermiş, sonuncu ona “yox, iz itsin deyə, yandırmaq daha məsləhət idi, iz itsin deyə” cavabını vermişdir. O, İlkinə “qız evdə səs-küy salardı, evdə-eşikdə kimsə eşidərdi, bilərdi, gələrdi, nəsə işarə edərdi” deyə sual vermiş, İlkin də ona “yox qız 2-ci və ya 3-cü gündən sonra halı özündə deyildi, otaq soyuq olduğuna görə onun danışmağa halı yox idi” deyə cavab vermişdir. Həmin vaxtlar orada hava çox soyuq olmuşdur. O, İlkindən qızı buraxmaq istəməsi barədə soruşmuş, sonuncu ona buraxmaq istədiyini, lakin bayıra çıxanda polis avtomobillərinin dayanmadan kənd ərazisində hərəkət etdiyindən, qızı axtaran və maraqlanan adamların çox olduğundan müəyyən şeyləri gözünün qarşısına aldığını bildirmişdir. Onlar həmin dövrdə çox sayda başqa şəxslərin üzərində də əməliyyat axtarış tədbirləri həyata keçirmiş, lakin hansısa şəxsin üzərində şübhələnib İlkini buraxmaq kimi heç bir hal olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, baş əməliyyat müvəkkili Şahid22 avtomobili ilə hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman İlkinin olduğu avtomobilə əyləşmiş, həmin vaxt İlkinin vəkili də avtomobildə olmuşdur. Həmin vaxt Şahid22 İlkinə “bunu niyə öldürüb yandırdın”- deyə sual vermiş, İlkin isə “ölmüşdür də öldürəndən sonra yandırmaq günah deyil”- deyə cavab vermişdir. Şahid22 ona “niyə məhlədə basdırmadın?” deyə soruşmuş, İlkin isə “eşitmişəm it gətirilir, ona görə belə məsləhət bildim”- demişdir. Bundan sonra o, avtomobildən düşüb getmiş və başqa hansısa məlumat eşitməmişdir. O, ifadənin yerində yoxlanması istintaq hərəkəti ilə əlaqədar hadisə yerinə getsə də, ancaq iştirak etməmişdir. O təhlükəsizlik tədbiri ilə əlaqədar oraya getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid24 da ifadəsində Şahid23 göstərdikləri xüsusatları bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X55 birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, Nərmin Quliyeva onun ortancıl qızı olmuş, 5-ci sinifdə oxumuşdur. 21 noyabr 2019-cu il tarixdə qardaşı Şahid8 qızı Günayın toy günü olmuşdur. Həmin gün saat 12 radələrində Nərmin məktəbdən gəlmişdir. Günorta yeməyini yedikdən sonra o, qardaşı Arifin onda olan gödəkçəsini vermək və özünün kənddə yaşayan qardaşı Lətifin evində olan gödəkçəsini götürməsi üçün Nərminə qardaşı Arifin evinə getməsini tapşırmışdır. Nərminə əmisinin evinə getməsini bildirdikdən sonra o, sonuncuya məktəbdən gələn bacılarını gözləməsini demişdir. Az sonra qızları Şəbnəm və Şəhanə məktəbdən gəlmişlər. Daha sonra Nərmin ona xəbər verərək, 21 noyabr 2019-cu il tarixdə saat təxminən 14 radələrində evdən çıxmış və qardaşı Arifin evinə getmişdir. Arifin evi kəndin aşağısında, onun yaşadığı evdən təxminən 1000 metr məsafədə yerləşmişdir. Təxminən 1-2 saatdan sonra o, Nərminin qayıtmamasını görüb böyük qızı Şəbnəmi onun arxasınca göndərmişdir. Şəbnəm təxminən bir saatdan sonra evə qayıdaraq Nərminin Arif əmisinin evinə getdiyini, gödəkçəni Arifə verdiyini, daha sonra isə Lətifin evinə gedərək onun gödəkçəsini götürüb evdən çıxdığını bildirmişdir. O, Nərminin ana nənəsinin kənddə olan evinə getməsini fikirləşmişdir. Bundan sonra o, qardaşı Arifin evinə getmiş, saat 19- 00 radələrində qardaşları Yusif, Lətif və Arifin qonşuları ilə birlikdə Arifin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə ciyər axşamı məclisinə getmişlər. Təxminən saat 21:30 radələrində o, evə qayıtmış, qızları Şəbnəm və Şəhanə, arvadı Aynurə evdə olmuş, lakin Nərmin evdə olmamışdır.Bundan sonra o, qızı Şəbnəmlə birlikdə kənddə yaşayan qayınanası Minayə İsmayılovanın evinə getmişlər. Ona orada həmin gün Nərminin onlara getmədiyi, onların da Nərminin harada olması barədə məlumatlarının olmadığı məlum olmuşdur. Bundan sonra o, Şəbnəmlə birlikdə qardaşı Lətifin evinə getmiş, Nərmini orada da tapa bilmədiyinə görə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək, Nərminin itkin düşməsi barədə məlumat vermişdir. Qizinin itkin düşməsi ilə bağlı polisə məlumat verdikdən sonra xeyli polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları bütün evlərdə və kəndin digər ərazilərində axtarış aparmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə xəstə olduğuna görə polislər həmin evi axtarmamışlar. Şahid13 da axtarış aparanlar arasında olmuşdur. Onun Nərminin itkin düşməsi ilə bağlı Prezidentə teleqram vurmasını Murad bilmişdir. Saat 19:15-də o, Nərminin yandırıldığı ərazidən keçmişdir. İlkin qızları vasitəsi ilə ona oxumaq üçün kitablar vermişdir. İlkinin ona verdiyi kitabları İlkinə qaytarmamışdır. 06 yanvar 2021-ci il tarixdə saat 20:40-da polis rəisi Şirzad Əsgərov onlara gəlmiş, arxasınca avtomobil göndərəcəyini və həmin avtomobillə onun polisə gəlməli olduğunu demişdir. Az sonra qardaşı Arif ona qızı Nərminin yandırıldığını demişdir. Hadisə baş verən gün o oraya getmişdir. Hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini prokurorluqdan ona gələn məktublardan bilmişdir. Nərmin itkin düşdüyü zaman əynində qırmızı gödəkçə, qırmızı papaq, kalkotka, ayağında idman ayaqqabısı, qulaqlarında isə qızıl tana olmuşdur. Nərminin əynində cins şalvar olmamışdır. Nərminin qulağındakı tananı və papağı itirimişlər. Nərminin bədəninin beldən aşağı hissəsi yanmış, yuxarı hissəsi isə salamat qalmışdır. Hadisə yerinə gələn zaman orada çoxlu adamlar olmuş, lakin Təqsirləndirilən şəxs olmamışdır. Şahid16, Şahid13 və Təqsirləndirilən şəxs polislər şöbəyə aparmışlar. Hadisədən sonra İlkini kənd ərazisində görməmişdir. Onu hadisədən 3-4 gün sonra polis bölməsində görmüşdür. Nərminin bədənində hansısa fərqləndirici işarə olmamışdır. Nərminin üz hissəsi salamat olduğu üçün onu üzündən tanımışdır. Nərminin meyiti arxası üstə olmuşdur. Kənd camaatından Nərminin meyitinin yandırılmasını ilk görən şəxslərin İlkin, Murad və Nazim olduğunu eşitmişdır. Nərminin ayaqlarındakı ayaqqabılar salamat olmuş, ağzında iki dişi olmamışdır. İlkinin etirafedici ifadəsi ona inandırıcı gəlmişdir. Nərmin itkin düşməmişdən əvvəl onların “Samsung J2” markalı mobil telefonları olmuşdur. Nərmin oyun musiqilərinə meyilli olmuş, uşaq verlişlərinə baxmışdır. Şahidlər Şahid1, X32 və Şahid3 birinci instansiya məhkəməsində verdyi ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X26 göstərdiyi xüsusatları bildirmişlər. Əlavə olaraq göstərmişlər ki, Nərmin evdə olarkən ən çox idman kanallarına, kinolara, uşaq kanallarına baxmışdır. Nərminin heç bir xəstəliyi olmamışdır. Nərminin çıxarılmış dişi var idi. Nərmin dişini özü oynadıb çıxarmışdı. Nərmin “ARB”, “Günəş”, “Space”, türk kanallarına baxmışdır. Seriallardan, “Selena”, “Berbebek”, “Mahsun”, cizgi filmlərindən isə “Harika kanadlar” və s baxmışdır. Nərminin ən çox baxdığı proqram “Canım kardeşim” adlı veriliş olmuşdur. Nərminin bədənində hər hansı bir şiş və ya yara olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 14-30 radələrində o, evdə olarkən qardaşı Şərifin ortancıl qızı Nərmin onlara gələrək “əmi, bu kurtkanı atam göndərdi” deyib əlində olan sellofan torbanı həyətdə olan avtomobilin üstünə qoymuşdur. O, həmin torbaya baxaraq orada öz gödəkçəsinin olduğunu görmüşdür. Belə ki, qızı Günayın toy günü qardaşı Şərifin gödəkçəsinin köhnə olduğunu görüb daha yeni və təmiz olan öz gödəkçəsini toy axşamı geyinməsi üçün Şərifə vermişdir. Nərmin sellofan torbanı ona verdikdən sonra atasının gödəkçəsini götürmək üçün Lətifin evinə getdiyini ona demiş, o da toydan qalan yemək və ərzaqları evlərinə aparması üçün Nərminə vermək istəmiş, lakin həmin yük ağır olduğundan Nərminə bacısı ilə gəlib birlikdə aparmasını bildirmişdir. Bundan sonra o, həmin gün Nərmini bir daha görməmişdir. Nərminin getməsindən təxminən bir saat yarım sonra Şərifin böyük qızı Şəbnəm onlara gəlmiş və bacısı Nərminin orada olub-olmamasını soruşmuşdur. O da Nərminin çoxdan evdən çıxdığını Şəbnəmə bildirmişdir. Bundan sonra arvadı Nailə həmin ərzaq yükünü Şəbnəmə verərək onu yola salmışdır. Həmin gün saat 18:00 radələrində qardaşı Şərif onlara gəlmiş, qızı Nərmin barəsində bir söz deməmiş və onlar Tovuz rayonu, Aşağı Quşçu kəndinə ciyər axşamı məclisinə getmişlər. Həmin gün saat 21:00 radələrində onlar kəndə qayıtmış və hamı öz evinə getmişdir. Şərif getdikdən təxminən 1 saat sonra Lətifin oğlu Ruslan onlara gələrək Şərifin qızı Nərminin itkin düşdüyünü bildirmişdir. Bu xəbəri eşitdikdən sonra qardaşı, o, Lətifin evinə getmiş və orada həqiqətən Nərminin itkin düşməsini eşitmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və axtarışlara başlanılmışdır. Həmin dövrdə bütün kənddəki evlər axtarılmış və axtarışlarda o özü, qardaşı oğulları ilə birlikdə iştirak etmişdir. 06 yanvar 2020-ci il tarixdə saat 20:25-də dayısı Yunis Abdiyev ona Nərminin öldürülərək meyitinin dərədə yandırıldığını demişdir. O da qaçaraq hadisə yerinə getmiş, aralıdan cəsədin üzərində olan gödəkçədən və ayaqqabıdan onun Nərmin olduğunu tanımışdır. Şahid9 birinci instansiya məhkəməsində verdiyi ifadəsində Şahid8 göstərdiyi xüsusatları bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə Nərmin onlara gəlmişdir. Həmin vaxt o, evdə əmisioğlu Qorxmazla birlikdə çarpayıda oturub Qorxmaza məxsus telefonda oyun oynamışlar. Nərmin ondan atasının gödəkçəsini istəmiş, o da gedib həyətdə yerləşən hamamdan gödəkçəni götürüb ona vermişdir. Bu zaman Nərmin ondan torba istəmiş, o da torba gətirmək üçün evə girmişdir. Bu zaman Nərmin “mən getdim” demiş və o qayıdanda Nərmin artıq getmişdir. O, Nərminlə eyni sinifdə oxumuşdur. Nərmin məktəbə qonşusu və sinif yoldaşı Səma ilə gedib-gəlmişdir. Nərmin onlara gələn zaman onun əynində qırmızı rəngli gödəkçə, cins şalvar və ağımsov rəngli idman ayaqqabısı olmuşdur. Papağının olubolmamasını xatırlamır. Nərmin onlara gələndə saat 14:30 radələri olardı. Onlar saat 13:30 radələrində nahar etdikdən bir saat sonra Nərmin gəlmişdir. Bu səbəbdən də Nərminin onlara saat 14:30 radələrində gəldiyini düşünür. 21 noyabr 2019-cu il tarixini, yəni Nərmin itən günü xatırlayır, həmin gün yatıb qaldığıma görə məktəbə getməmişdir. Şahid4 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə saat 14-15:00 radələrində o, əmisi Şahid5 evində olmuş və həmin vaxt Nərmin Quliyeva gəlib atası Şərifə məxsus gödəkçəni istəmiş, Ayxan gödəkçəni verdikdən sonra Nərmin getmişdir. Təxminən 1 saat sonra Nərminin böyük bacısı Şahid2a gəlmiş və Nərminin ora gəlib-gəlmədiyini soruşmuş, o da ona Nərminin ora gəlib-getdiyini bildirmişdir. Bir qədər sonra Şəbnəm getmişdir. O, olduğu otağın pəncərəsi Arif əmisigilin evinin giriş-çıxışını görmüşdür. Şəbnəm Leybə nənəsigildən çıxıb Arif əmisigilə girmiş, təxminən 2-3 dəqiqədən sonra Şəbnəmin hər əlində bir torba ilə Arif əmisinin yoldaşı Şahid9 tərəfindən yola salındığını görmüşdür. Saat 21-21:30 radələrində Şərif əmisi gəlmiş və Nərminin saat 14-15 radələrindən evdən çıxıb geri qayıtmadığını Səadət bibisinə bildirmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində Şahid4 göstərdiyi xüsusatları bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Nərmin itən gün, öz pay torpağında qoyun otarmışdır. O, Şərifgilin evindən keçib kəndin içərisinə doğru hərəkət edəndə və təxminən yolun yarısında kəndin içərisində Nərmini görmüş və ona çatmışdır. O, Nərminlə görüşən zaman saat 15-15:30 radələri olardı. Nərminlə qarşılaşdığı zaman Nərminin əynində hansı paltarların olmasını dəqiq xatırlamır. Nərminin əynində qırmızıya çalan rəngdə gödəkçə olduğunu xatırlayır, amma onun başında papaq olub-olmamasını xatırlamır. Həmin vaxt o, atla olmuş, Nərmin də onun arxasınca gəlmişdir. Təxminən 10-15 dəqiqə Nərminlə söhbət etmiş və ondan hara getdiyini soruşmuş, Nərmin isə nənəsigilə getdiyini bildirmişdir. Onlar birlikdə kəndin içərisi ilə hərəkət etmiş və yol ayrıcında Nərmin nənəsigilə ayrılan yola dönmüş o isə sağa ayrılan yolla qoyunları sulamağa aparmışdır. Şahid10 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hansısa formada ifadə verməsilə bağlı ona hər hansı təklif edilməmiş, ona qarşı hər hansı zorakılıq olmamışdır. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında mağaza işlətmişdir. 06 yanvar 2020-ci il tarixdə həmişəkindən fərqli olaraq təxminən saat 18:00 radələrində işlətdiyi mağazanı bağlayıb getmişdir. Axşam saatlarında mağazaya geri qayıdarkən məlum hadisənin baş verdiyini görmüşdür. Həmin vaxt İlkinin polis şöbəsinə aparıldığını bilmişdir. Səhəri gün onu da polis şöbəsinə aparmışlar və o orada İlkinlə birlikdə saxlanılmışdır. İlkin və onun ailəsi alış-verişlərini onun mağazasından etmişlər. İlkingil gündəlik ondan çörək almışlar. İlkin özü həftədə 1-2 dəfə şirniyyat, peçenye almışdır. Onu 07 yanvar 2020-ci il tarixdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinin texniki şöbəsində kamera ilə bağlı sual vermişlər. Polis şöbəsində ona İlkinlə bağlı heç nə deməmişlər. Polis şöbəsində o, İlkinlə birlikdə olmuş, əvvəl onlar İlkinlə bir yerdə, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm İlkin, həm də o sərbəst şəkildə saxlanılmış, əlqolları bağlanmamışdır. 08 yanvar axşam saatlarında İlkinin qollarını bağlayıb başqa otağa aparmışlar. O, İlkini son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23:00 radələrində polis şöbəsində görmüşdür. Həmin vaxt İlkinə boşqabda yemək vermişlər. Həmin gün İlkinin bədənində hansısa xəsarət olduğunu görməmiş, İlkin də ona nədənsə şikayət, etiraz, narazıçılıq etməmişdir. O, İlkinlə polis şöbəsində olarkən Nərminin meyitinin yandığını gördüyünü, sonra da Nazim əmiyə xəbər verdiyini və Muradı çağırdığını demişdir. O, polis şöbəsində İlkinin yanında olduğu müddətdə, heç kim İlkini döyməmiş, təhqir edib hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər İlkinə qarşı hər hansı bir zor tətbiq edilməsini və ya hansısa bir məlumat olmasını eşitməmişdir. Şahid21 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ondan tələb edilən əsas məsələ ondan ibarət olmuşdur ki, nəyə görə əvvəllər də polis əməkdaşları tərəfindən deyildiyi halda işlətdiyi mağazaya kamera quraşdırmamışdır. Həqiqətən də kənddə olan oğurluq hadisələri ilə bağlı polis əməkdaşları bu hadisədən əvvəl ona təklif etmişlər ki, mağazaya təhlükəsizlik kamerası quraşdırsın. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdən sonra polis əməkdaşları tərəfindən onların evindən hazır, tikili vəziyyətdə 3 ədəd yorğan üzü, 2 ədəd yorğan ortası götürülmüş və evində ifadəsi alınmışdır. Belə ki, polislər ifadəsini yazmış, o da oxuyub imzalamışdır. Həmin 3 ədəd yorğan üzünü, hazır tikili olanları ona anası cehiz vermiş, 2 ədəd yorğan ortası isə qaynanasından qalmışdır. Şahid X49 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, Tovuz rayonunun Dondar Quşçu kəndində alt paltarlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs qardaşı Bəhruz Süleymanov ondan bir dəfə 08 yanvar 2020-ci il tarixdə 12 manata kişi üçün alt paltarı almışdır. O, həmin tuman-köynəyi Təqsirləndirilən şəxs alındığı üçün qablaşdırılmış paketdən açıb çıxarmış, ölçüsünü dəqiqləşdirmiş, sonra da qablaşdırıb paketə qoymuşdur. Bəhruz Süleymanov özü ona tuman-köynəyi Təqsirləndirilən şəxs aldığını demişdir. Təqsirləndirilən şəxs üçün alınmış alt paltarları tünd göy rəndə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2020-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin əməkdaşları tərəfindən həbsə alındıqdan sonra o, bir neçə dəfə əmisi ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs Nərmin Quliyevanın işi ilə bağlı şahid olduğu üçün polis şöbəsinə aparıldığını, izahatı alındıqdan sonra azad olunacağı demişlər. O, Müslümdən qardaşı Təqsirləndirilən şəxs üçün tünd göy rəngli alt paltarı almışdır. Tovuz RPŞ-nin PPX-nin komandiri Vüqar ona Təqsirləndirilən şəxs üçün ərzaq və alt paltarı gətirməsini demişdir. O, Təqsirləndirilən şəxs üçün alt paltarını 08 yanvar 2020-ci il tarixdə almışdır. Müslüm Təqsirləndirilən şəxs tanımış, ona görə də ölçüsünü bilmişdir. O, Müslümdən alt paltarını aldıqdan sonra evdə qalan başqa alt paltarlarını götürmüş, Təqsirləndirilən şəxs aid paltarları polis əməkdaşlarına aparmışdır. Təqsirləndirilən şəxs məxsus paltarları Rəşad adlı polis müstəntiqi musadirə etmişdir. O, Təqsirləndirilən şəxs məxsus paltarları polis əməkdaşları tərəfindən musadirə olunmasında iştirak etmişdir. İlkinin paltarları musadirə olunanda protokol tərtib olunmuş, lakin protokol ona 20 gündən sonra təqdim edilmiş, protokolu oxuduqdan sonra imzalamış, protokolun tarixinə fikir verməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayət əməlləri törətməsinə dair etirafedici ifadəsini işin faktiki hallarına uyğun gəldiyinə, yuxarıda şərh olunan digər mötəbər sübutlarn məcmusu ilə təsdiq olunduğuna görə qiymətləndirərək sübut kimi qəbul etmiş, onun həmin ifadəsini işgəncələrə məruz qalması nəticəsində verməsinə dair göstərdiklərini isə həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmiş və düzgün olaraq sübut kimi qəbul etməmişdir. Apellyasiya araşdırması zamanı məhkəmə baxışı müdafiə tərəfinin vəsatəti əsasında qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi yenidən dindirilmiş, müdafiə tərəfinin Təqsirləndirilən şəxs işgəncə verilməsi ilə bağlı şikayəti əsasında toplanmış materiallar, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair materiallar, eləcə də, Təqsirləndirilən şəxs şəxsi işi istintaq tərcridxanasından tələb olunaraq öyrənilmiş, ona məxsus tibbi kartanın surəti iş materiallarına əlavə olunaraq tədqiq edilmiş və işdə olan digər sübutlar araşdırılmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəsində və apellyasiya şikayətində göstərdiyi xüsusatları bildirərək göstərdi ki, 2019-cu ilin oktyabr ayından etibarən atası xəstə olduğundan Dondar Quşçu kəndində bacısı Şahid32 məxsus evdə qalmışlar. Evdən gələn yol Şərifin qardaşlarının evinin yanından keçir. Həmin ev onların evindən təxminən 300 metr məsafədədir. 2019-cu ilin noyabr ayının 22-də Şərifin ortancıl qızı Nərminin bir gün əvvəl evdən çıxıb əmisigilə gedib sonra yoxa çıxmasını eşitmişdir. 06 yanvar 2020ci il tarixdə axşam səkkizin yarısı radələrində siqarət çəkmək üçün yola çıxmış, evin qarşısında dərəlik ərazidə meyvə, qoz ağaclarına yaxın yerdə nəsə yandığını görmüş, biraz da çırtıltı səsləri gəlmişdir. Tam qaranlıq olmuşdur. Adətən həmin saatlarda orada nəsə yandırıldığını görməmişdir. Bir iki ay əvvəl orada yanğın olmuş, ağaclar xəsarət görmüşdür. Bundan ehtiyat edərək ora tərəf getmiş, telefon və alışqanın işığını da ora yönləndirib baxmışdır. İnsan ayağı, ayaqqabı görmüş, sonra dayanmış, bir neçə addım da geri çəkilmişdir. Ən yaxın qonşu Şahid16 çağırmış, sonra isə Murada zəng eləmiş, Murad bir dəqiqə keçmədən gəlmişdir. Daha sonra polis əməkdaşları gəlmiş, onu rayon polis şöbəsinə aparmışlar. Birinci mərtəbədə otaqda əli qandallı qalmışdır. Günorta saatlarında Murad gəlmiş, ona yemək-içmək gətirmişdir. 07 yanvarda polis şöbəsində qonşusu, market işlədən Şahid21 görmüşdür, onunla bir gecə birlikdə olmuşlar. 08 yanvar tarixində ona bir kağıza “ata, bir səhvdi eləmişəm, bağışla” yazmağını, xəttinə baxmaq istədiklərini bildirmişlər. Sonra kağızı ondan almış, bir neçə dəfə onu dindirmişlər. 09 yanvar tarixində onun əlinə qandal bağlayıb, qandalı ayağının arxasından keçirmiş, belinə də qapazla vurararaq hərəkət eləməyə, koridorda o formada qaçmağa, yeriməyə məcbur edib, onu bu qayda ilə yormuşlar. 09 yanvar tarixində rəis müavini Şahlar Cəfərov, əməliyyat müvəkkili Rüfət Zeynalovla barəbar ona “bir şeyi başa düş, bu Vətənə qurban lazımdı, gəl bir kağıza biz deyəni yaz, çıx get, sənin başına güllə çaxacaqlar, bundan da qurtaracaq hər şey, biz də söz veririk, sənin adını əbədiləşdirəcəyik, adına bulaq çəkəcəyik və s.”-demişlər. Eləmədiyi bir cinayəti boynuna götürməyini istədiklərini başa düşmüşdür. Cinayətin nədən ibarət olması barədə onda məlumat olmuşdur. Ona yanvarın 9-u tarixindən 10-a keçən gecə birinci mərtəbədə zirzəmi kimi yerdə, sonra üçüncü mərtəbədə polis rəisinin müavininin kabinetində amansız işgəncələr vermiş, onu əvvəl yerə uzadıb, ayaqlarını stolun altından keçirərək, ayaqlarına, başına dəyənəklə döymüş, elektroşok vermiş, başına qazan keçirərək vurmuşlar. Sonda dözə bilməyib, dediklərinə razı olduğunu bildirmişdir. Yanan meyitin azyaşlı olduğu, geyimlərin qız uşağına aid olması, 21 noyabr tarixində Nərminin kənddə itkin düşməsi hallarına görə meyitin Nərminə məxsus olduğunu ehtimal etmişdir. İfadəsinin ssenarisini belə qurmuşdur ki, “21 noyabrda evdən çıxarkən Nərmini evə dəvət eləmişdir. Müstəntiq “nə niyyətlə”-deyə soruşmuşdur. Onun adətən kiçik yaşlı uşaqlarla kontaktı olmamışdır. Bəzən qonşuda olan uşaqlar hansısa məsələnin həllini soruşur, imtahan nəticələrini yoxlatmışlar. Uşaqlarla təması çox az olub, olanda adətən təhsillə bağlı olmuşdur. O da buna uyğun cavab vermişdir ki, “kitab vermək bəhanəsi ilə”. Müstəntiq soruşmuşdur ki, “sizdə kitablar olurmu?”, o cavabında demişdir: “bəli”. Müstəntiqin “haraya çağırdın?”-sualına “evə” cavabını vermişdir. Birinci mərtəbədə məşğələ otağı var, əvvəlcə məşğələ otağını deməyi nəzərdə tutmuş, sonra belə bir ifadənin inandırıcı olmayacağını fikirləşmişdir; o, işgəncə görmüş adamdır, ifadənin inandırıcı olmasına, heç kimi hiddətləndirməməyə çalışmışdır. Ssenari üçün birinci mərtəbədə saxladığını deyəcəyini düşünmüş, sonra burada həftənin bir-altıncı günləri məşğələ keçirilməsini, orada olan səs digər otaqlarda, həyətdə eşidildiyinə görə “orada kitab tapa bilmədim, bizim evin qarşısında ikimərtəbəli ev var”-demişdir. O evin üçdə biri onlara, digər üçdə biri əmisigilə məxsudur. Birinci mərtəbə təsərrüfat təyinatlıdır və bir mətbəx var. İkinci mərtəbədə bir otaq, otaqda şkaflar və 3 yataq var. Lakin qışda isitmə sistemi olmayan otaqdır. Müstəntiq o evdə yaşayış olduğunu soruşduqda, orada yaşayan olmadığını, yalnız yayda gələn qonaqların orada qaldığını bildirmişdir. İkinci mərtəbədə Nərmini zorla saxlamaq qərarına gəldiyini dedikdə, müstəntiq “nə niyyətlə” sualını vermiş, bu barədə heç bir məlumatı olmadığına görə ağlına yalnız bir şey gəlmişdir. Nərmin itkin düşən vaxtlardan televiziyada belə fikir səslənmişdi ki, Şərif özü belə versiya irəli sürmüşdür ki, onun xalası övladı olmadığına görə Nərmini körpə ikən övlad kimi özlərinə istəmiş, amma onlar buna etiraz etmişlər. Bu versiyaya istinad edərək, ona uyğun belə fikir düzəltməyə çalışmışdır ki, Nərmini övlad kimi saxlamaq niyyəti olmuşdur. Onu sərbəst şəraitdə saxladığını desə, inandırıcı olmayacağını, sərbəst olan halda uşağın danışacağını, hərəkət edəcəyini nəzərə alıb, məcburiyyətdən onu bağlı şəraitdə saxladığını, əllərini çarpayının başlığına bağladığını, ağzını bağladığından səs çıxarmadığını demişdir. Daha sonra axırıncı gün Nərminin həyatdan köçdüyünü, o da meyiti aparıb yandırdığını bildirmişdir. Müstəntiqin “birdən-birə oldu bu?”-sualına cavab olaraq bir-iki gün əvvəl halının pisləşdiyini, sonra öldüyünü, meşokun içinə büküb apardığını, Nərminin ölümünə səbəbin saxlanma şəraitindən, soyuqdan, aclıqdan ola biləcəyini bildirmişdir. Müstəntiq Nərminin öldüyünə necə əmin olduğunu soruşduqda, bu suala cavabı olmamışdır. Bu vaxt əməliyyat müvəkkili ondan evdə yumru çəki daşları olmasını soruşmuş, Həsən Hənifəyev isə “sizin həyətinizdən üstündə qan olan daş tapmışıq”-demişdir. Ona daş haqqında məlumat vermələrini bilmiş, həm də ona nəzarət edən polis əməkdaşları televiziyaya baxarkən “küt alatlə zərbə vurmaq” kimi məlumat eşitmişdir. Onda olan bu məlumatlara görə belə cavab vermişdir ki, “öldüyünə əmin olmaq üçün daşla bir dəfə vurdum, daşı da həyətə tulladım, sonrasından xəbərim yoxdur”. “Yandırmağa nə ilə apardın, hansısa yandırıcı vasitə ilə?”-sualına “hamamda şkafda olan dizel yanacağını hadisə yerinə aparıb, alışqanla yandırdım, alışqanı da təqdim etmişəm”cavabını vermişdir. Sonra qayıdıb, qabı yerinə qoyduğunu, gedib qonşunu çağırdığını bildirmişdir. Sonra ona imzalanma mərhələsində vəkil təqdim etmişlər ki, dövlət tərəfindən sənə təyin olunmuş vəkil Araz Əhmədovdur. Vəkil ondan heç nə soruşmamış, onu müdafiə eləmək niyyətində olmamış, heç bir konfidensial görüşü olmamışdır. Sadəcə sənədləri imzalamışdır. Ona ifadənin yerində yoxlanması kimi istintaq hərəkətində olacağını demişlər, vəkil burada verdiyi ifadəni yerində videokamera qarşısında, çəkiliş ilə danışacağını bildirmişdir. Yadında qalanları ifadənin yerində yoxlanması zamanı kamera qarşısında təkrar eləmişdir. Bu vaxt da müstəntiq ona tez-tez suallar vermişdir. İfadənin yerində yoxlanması zamanı evdə heç kimi, bir nəfər mülki şəxsi belə görməmişdir; deməli, onları uzaqlaşdırmışdılar. Ancaq ətrafda xeyli sayda polis əməkdaşları olmuş, müdafiəsiz olmaqla, kömək istəyə biləcəyi heç kəsi görməmişdir. Sonra onu məhkəməyə aparmışlar, polis rəisi Şrirzad Əsgərov da məhkəmə zalında olmuş, burada da dediklərini təsdiq eləməkdən başqa çıxış yolu görməmişdir. Sonra onu müvəqqəti saxlama yerinə aparmış, ondan qan və saç nümunəsi götürmüş, həkim onu müayinə etmişdir. Bədənində açıqaşkar xəsarətlər olmuş, həmin vaxt yanında, kolidorda polislər olduğundan işgəncə haqqında danışmağa cürət etməmişdir. Ayağındakı izlərin gecə saxlanılanda ayağını bilmədən divara döyməkdən yaranmasını, qolundakı izlərin isə gecə əllərinin radiatora bağlı vəziyyətdə yuxulu olduğundan qolunu dartdığına görə yarandığını demişdir. Lakin 22 saylı rəydə, ümumiyyətlə, xəsarətlərin olmadığı göstərilmişdir. Sonra istintaq təcridxanasına gərtiriləndə müayinədən keçmişdir. Orada xəsarətlərini görmüşlər, lakin qeyd olunub-olunmamasını bilməmişdir. Orada ağır psixoloji vəziyyətdə olmuşdur; ilk bir ayda başqa dustaqlarla kontaktı yox dərəcəsində olubdur. Saxlanıldığı dövr ərzində heç bir kəsə cinayət törətməyi barədə etirafı olmayıb. Bir aydan sonra yavaş-yavaş ondan hadisə barədə soruşulanda həqiqətləri, polis şöbəsində işgəncələrə məruz qaldığını demişdir, xəsarətləri də göstərmişdir. Apellyasiya məhkəməsində sərbəst ifadə verdikdən sonra Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, meyitin bədəninin ayaq hissəsində, dizdən aşağıda və baş hissədə yanma görməmiş, əsas orta hissənin yandığını görmüşdür. Hadisə yerində meyitin ayağındakı ayaqqabı idman üslubunda idi, ayaqqabının biri yanmırdı. Meyit onda azyaşlı meyiti təəsüratı yaratdı, meyitin ayağındakı ayaqqabıdan onun uşaq ayaqqabısı olduğu bilinirdi. Uyğunluq təşkil edən liflər o, saxlanılan vaxt əynində olan paltarlardakı liflərdən aşkar olunub. O, üstündəki paltarları 08 yanvar tarixində müstəntiqin qərarı ilə bir paketdə təhvil vermiş, onların harada, hansı şəraitdə qablaşdırılmasını görməmişdir. Məhkəmə-tibbi ekspertizasınının müayinəsindən 11 yanvar tarixində keçmiş, döyülmə haqqında heçnə dəməmiş, ancaq həkim bədənində olan xəsarətləri görmüş və ondan nə olduğunu soruşmuş, o, hər hansı pisixi və ya fiziki zorakılığa məruz qaldığını bildirməmiş, bunu deməkdən çəkinmişdir. Yanvarın 11-dən 12-ə keçən gecə Bakı istintaq təcridxanasına etap olunmuşdur. Müstəntiq ifadə verdiyi zaman soruşmuşdur ki, “meyiti nəyə büküb apardın”?. 07 yanvar tarixində polis şöbəsində olarkən qonşu Şahid15 demişdir ki, “bizim həyətə, evimizə baxıblar, evdən çadır, çuval, maşın yağı götürüblər”. Hadisə yerindən bu kimi əşyalar tapıldığını başa düşüb, ona görə ifadəsində “meyiti meşoka qoyub, apardım”- fikrini demişdir. O, formalaşmış ifadədən yadında qalanları ifadənin yerində yoxlanması zamanı danışmışdır. İşgəncə ilə bağlı heçnə deməmiş, çünki bu vaxt çəkilişin dayandırılacağını düşünmüşdür. Yanğını videoya çəkərkən işlətdiyi sözləri deməkdə məqsədi o olmuşdur ki, yanındakı adamlara əvvəlcədən heçnə deməmişdir, həmin an dediyi sözləri onlara deyirmiş. Cinayətdən xəbəri olmadığına görə motivi bilmir, düşünəcəyi başqa bir şey olmadığına görə onu övlad kimi saxlamaq fikrini demişdir. Dabanlarının altında, dizlərində, başının müxtəlif hissələrində şişlər, biləklərində dərin qandal izləri olmuşdur. İfadənin yerində yoxlanması zamanı vəkil diqqətlə baxsa, biləyindəki izləri görə bilərdi, qalan xəsarət izləri paltarın altında qalırdı. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim onda olan xəsarətləri görə bilməzdi, çünki həm aralıda olmuş, həm də xəsarətlər paltarın altında qalmışdır. Vəkillərini ilk dəfə 23 yanvar 2020-ci il tarixdə görmüş, həmin vaxt vəkili “səni nə vaxt saxlayıblar, şöbədə işgəncəyə, qanunsuz hərəkətlərə məruz qalmısanmı”-deyə soruşmuş, lakin həmin vaxt da tərəddüd içində olmuşdur. Vəkil Müdafiəçi1 onu hər şeyə əmin etdikdən sonra digər müdafiəçilər də nə olubsa, onu deməyi bildirmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X55 birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq etdiyini bildirərək verilmiş sualları cavablandıraraq göstərdi ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü də etiraf edib, videoyazıları var. Təqsirləndirilən şəxs onun qızını uzun müddət saxlayaraq sonra öldürüb, daha sonra isə yandırmışdır. Əməllərinə görə Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Hadisədən sonra İlkinin qohumları, qardaşı, bacısı yanına gəlib, İlkinin günahı olmadığını demiş, ondan rəisə İlkini buraxmaqlarını deməyini xahiş etmişlər. O, da rəisə demiş, lakin rəis İlkinin buraxılmalı olmadığını bildirmişdir. Nərminin əynində olan paltarlarla bağlı birinci instansiya məhkəməsində ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edir. Nərminin meyitini üzündən tanımışdır. Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci il tarixdə Nərmin Quliyevanın yanan meyitinin söndürülməsi ilə bağlı çəkdiyi videogörüntüyə və onun cinayət əməlini törətməsi haqqında etirafedici ifadəsinin yerində yoxlanmasına dair istintaq hərəkətinin videogörüntüsünə baxış keçirilmişdir. Apellyasiya məhkəməsinin iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş Nərmin Quliyevanın meyitinin yanmasını əks etdirən 47 saniyəlik videogörüntüdəki danışıqlar aşağıda göstərilir. İlkin: “Eşiyə çıxdım, bax gördüm o tərəfdə nəsə yanır, dedim, ayə, bəlkə kimsə ocaq qalayıb, zibillikdi, o dəfədəki kimi ağaclar yana bilər. Ona görə bir az yaxınlaşdım ki, nədir bu görəsən? Baxdım, ayə, burda insana oxşayır bu, yaxınlaşmadım, qurdalamadım, heç nəyi qurdalamadım ki, yəni müdaxilə eləməyim, bax, bu məsafədəyəm, 4 metrdən yaxın gəlməmişəm, aralı dur, ayə, bizim ayaq izlərimiz buraya düşə bilər, bizimki eybi yox, bizim geydiyimiz ayaqqabı ayağımızdadır, öz ayaqqabımız burdadı”; Murad: Komandir, hardasınız siz? Komandir, bizim bu dərədə kimsə uşaq meyiti var, 20 dəqiqə olar, gör, kim varsa, qadan alım, çağırın bura, ocağı söndürün”; Nazim: “yox, söndürmə, qoy özləri gəlsin”; Murad: “toz torpaq töküb söndürmək lazımdır”; Nazim: “söndürək?, qoy lapatka..”; Murad: “hə, hə”; İlkin: “onda belə eliyək, sən çək, çək”. Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış Nərmin Quliyevanın meyitinin yanması videosunda olan danışığın məzmunundan görünür ki, hadisə yerində olan polis əməkdaşı Şahid13 fərqlı olaraq onun etməli olduğu hərəkətləri, tapşırıqlar və göstərişləri Təqsirləndirilən şəxs verərək, sanki özünün bu cinayətdən əlaqəsi olmamasını göstərən, yəni yanğınla arasınada olan məsafəni, ayaq izinin ora düşməməsi, ayaqqabısının ayağında olmasına dair sözlərdən istifadə etməklə, özünün təqsirsiz olması görüntüsü yaradan dəlillər və süni alibilər yaratmağa cəhd edir. Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılması zamanı aparılmış videoçəkilişə dair protokolun mətni yuxarıda şərh edilmişdir. Həmin videoçəkilişə apellyasiya məhkəməsinin iclasında keçirilmiş baxışda qeyd olunan istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs kənardan heç bir təsir olmadan, sərbəst şəkildə və fasiləsiz olaraq ifadə verməsi, ifadəsinin hər hissəsinə aid olan yerləri dəqiq göstərməsi müəyyən olunmuşdur. Videoçəkilişdə onun üz nahiyyəsində hər hansı bir xəsarətin, hərəkət edən və pilləkanları qalxıb-enən zaman yerişində axsamağa xarakterik əlamətlərin olması isə müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs çəkdiyi yanğının söndürülməsi ilə bağlı videogörüntü və ifadənin yerində yoxlanması istintaq hərəkətinin videogörüntüsünə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs bu görüntülərlə bağlı verilən sualları cavablandırmışdır. Belə ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin kimə məxsus olmasına dair suala: “əynimdəki paltarları 8 yanvar 2020-ci il tarixdə protokollaşdıraraq götürdükləri üçün həmin paltarları və gödəkçəni gətirmişdilər geyinim” cavabını, videogörüntüdə hamının ayağında ayaqqabı olması, onun isə niyə tərlik geyinməsinə dair suala: “mənə ayaqqabı gətirmişdilər, lakin verilən işgəncədə ən çox xəsarət alan yerlərimdən biri də ayaqlarımın altı idi, ayaqqabı geyinə bilmirdim, tərliyi də oradan vermişdilər”-cavabını vermişdir. “Siz dediniz ki, ayaqlarınızda xəsarət var idi deyə, ayaqqabı yox, tərlik geyinmisiniz. Bəs axı videogörüntüdə sizin axsaq olmağınız və ya narahatlığınız hiss olunmur, bunu nə ilə izah edirsiniz?” sualını Təqsirləndirilən şəxs belə cavablandırmışdır: “Mən özüm çalışırdım ki, büruzə verməyim, bu, hiss olunmasın”. Bundan başqa, “sən fikir səsləndirmisən ki, evdən kənara səs çıxmır. Bu fikri nə ilə əsaslandırırsan?”- sualına Təqsirləndirilən şəxs cavab vermişdir ki, “mən verdiyim ifadədə onunla üst-bastır edirdim ki, guya səs eşidilmir. Amma əslində olan odur ki, belə bir hadisə olmayıb, nəsə olsa, eşidilərdi”. “İfadənin yerində yoxlanılmasında müxtəlif hissələrdə sağa-sola baxırsan, kimi isə axtarırsan, nə axtarırdın?”-sualına Təqsirləndirilən şəxs belə cavab vermişdir: “Siz fikir versəniz, görərsiniz ki, mən orda qeyri-ixtiyari ifadələr işlədirəm, mən qohumlarımdan, yaxınlarımdan, evin sakinlərindən kimi isə axtarırdım. Tanıdığım heç kim yox idi, əgər olsa idi, məni məcbur etdiklərini deyəcəkdim”. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılmasında 25-30 nəfərin olmasına rəğmən, ifadə verməyə məcbur edildiyini onlara, xüsusən də müdafiəçiyə nəyə görə deməməsi barədə suala: “orada mənim etibar edəcəyim heç kim yox idi, müdafiəçinin isə məni müdafiə etmək fikri olmamışdır. Qalan adamlar da ittiham tərəfi idi, mənim nəsə deməyimin heç bir mənası yox idi” -cavabını vermişdir. Təqsirləndirilən şəxs “xəsarətiniz barədə ekspertə bildirmisinizmi?”-sualına “ekspert xəsarəti gördü, soruşdu, dedim ki, ayağımı divara vurmuşam” -cavabını, “bu halları həbs qətimkan tədbiri seçilərkən birinci instansiya məhkəməsində hakimə niyə demədiniz?” sualına isə “hakim mənə belə suallar vermədi” -cavabını vermişdir. “Məhkəmə iclas protokolundan görünür ki, axı hakim sizə təkrar-təkrar suallar vermişdir ki, Sizə işgəncə, təzyiq olunubdurmu?”- sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, “birinci instansiya məhkəməsində həmin şəxslər, rayon polis şöbəsinin əməkdaşları da orada idilər, fikirlşirdim ki, desəm, hakim məni buraxsa da, onlar məni sərbəst buraxmayacaqlar”. Bundan əlavə, Təqsirləndirilən şəxs “Tibbi kitabçanızda da şikayətinizin olmadığı qeyd edilmişdir, niyə deməmişdiniz?”-sualına “mən döyüldüyümü deməmişəm, amma xəsarətlər var idi, həkim də nəyə görə olduğunu soruşmadı və qeyd etməyib” cavabını; - qardaşına məxsus kostyumlarla əlaqədar suallara “qardaşımın özünün paltarı çoxdur, o da geyinilmiş paltarlarını kəndə gələndə gətirirdi. Digər şəxslər də o kostyumu geyinirdi, Nicat adlı şəxs də geyinmişdi”.- cavabını vermişdir. “Nicat- cavan oğlan, Bakıda yaşayan şəxs köhnə kostyumu toya geyinirdi?” sualına Təqsirləndirilən şəxs: “kostyum o qədər də köhnə deyildi, sadəcə, qardaşım biraz geyindikdən sonra paltarlarını kəndə gətirirdi”-cavabını vermişdir. Gəncə Apellyasiya məhkəməsində hazırki cinayət işinin məhkəmə baxışında həbs qətimkan tədbiri seçilməsi haqqında Tovuz Rayon Məhkəməsinin, döyülmə və işgəncə faktlarının yoxlanılmasına dair Səbail Rayon Məhkəməsinin materilları, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında olan şəxsi işi və tibbi kartasının surəti tədqiq edilmiş, həmin sənədlərdə təqsirləndirilən şəxsin döyülməsi və ya işgəncələrə məruz qalmasına dəlalət edən heç bir sübutlar aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edilmiş, bu qərardan təqsirləndirlən şəxsin müdafəçisi tərfindən verilmiş şikayət Gəncə Apelliyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 4(104)-02/2020 saylı qərarı ilə təmin edilməmiş və Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. 27 fevral 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa və işgəncələrə məruz qalması ilə bağlı müdafiəçisinin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, döyülmə və işgəncə faktları təsdiq olunmadığından Baş Prokurorun birinci müavininin 27 fevral 2020-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Baş Prokurorluğun həmin qərarından müdafiə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 03 iyun 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Səbail Rayon Məhkəməsi 03 iyun 2020-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya qaydasında şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərarı ilə bu şikayət təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həbs qətimkan tədbirinin seçilməsinə dair material Tovuz Rayon Məhkəməsindən sorğu edilərək apellyasiya məhkəməsinin iclasında tədqiq olunmuşdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli protokolundan və qərarından göründüyü kimi, hakimin bir neçə dəfə təkrar etdiyi suallara cavab olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayəti tam etiraf etməsini, istintaq zamanı ona qarşı hər hansı pozuntunun olmadığını, heç bir təzyiq göstərilmədiyini, özünün sərbəst izahat verdiyini, ona qarşı heç bir qeyri-hüquqi hərəkətlər olunmadığını müdafiəçisinin iştirakı ilə bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə hər hansı xəsarəti barədə məlumat verməmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olub-olmamasını müəyyən etmək məqsədilə elə həmin tarixdə, yəni 11 yanvar 2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası təyin etmiş və Təqsirləndirilən şəxs ekspertizaya təqdim olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2020-ci il tarixli 22 nömrəli rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs bədəni səthində xəsarət aşkar edilməmişdir. Müayinə olunanın deməsinə görə, onu heç kim vurmamış, tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti yoxdur. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, orta qidalıdır, onun bədən səthində xəsarət (qançır, sıyrıq, yara və s.) və xəsarət izi (piqmentasiya sahəsi, sıyrıq izi, çapıq və s.) aşkar edilmədi”. Bundan başqa, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına sorğu verilərək, onun 609 nömrəli şəxsi işi və 294/2020/609 nömrəli tibbi kitabçasının surəti götürülmüş və apellyasiya məhkəməsinin iclasında tədqiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən tələb olunaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan “tibbi kitabçanın” surətindən görünür ki, istintaq təcridxanasına daxil olarkən sonuncunun bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs tərəfindən hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması ilə bağlı müraciət edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi işindən və tibb kitabçasından göründüyü kimi, o, 12 yanvar 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Tibb kitabçasının “İlk tibbi baxış” bölməsinin “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlanan 12-ci bəndində “zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlanan 13-cü bəndində “yeni zədə aşkar edilmədi” qeydi, “Obyektiv müayinə” adlanan 14-cü bəndində “hal-hazırda şikayəti yoxdur” qeydi, “Döş qəfəs üzvlərinin rentgen müayinəsi” adlanan 15-ci bəndində “xx.xx.2020. N93. Ağ ciyərlərdə patoloji kölgəliklər aşkar edilmədi” qeydi, “Psixo-nevroloji status” adlanan 16-cı bəndində “Hal-hazırda psixi pozuntusu qeyd olunmur” qeydi, “Alkoqol və narkotik maddələrdən istifadə etməsinə dair məlumatlar” adlanan 1-ci bəndində “Ara-sıra alkoqollu içkilər qəbul edir” qeydi aparılmışdır. Tibb kitabçasının “Ambulator yardımlar haqqında məlumat” adlanan bölməsində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərdə ambulator müayəndən keçirilməsi, ona FMBP, KRX, xroniki bronxitin kəskinləşməsi, ümumi zəiflik diaqnozları qoyularaq, Essensial, Alloxol, Kanefron, Panzinorm və s. dərman preparatlarının təyin edilməsi qeyd olunmuş, lakin həmin dövrdə onun ayağı ilə bağlı hər hansı şikayətinin olması, ayağa sürtmək üçün məlhəm yaxud krem təyin olunmasına dair tibb kitabçasında heç bir qeydiyyat aparılmamışdır. Apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar yuxarıda şərh olunan sübutları, yəni məhkumun və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini, maddi sübutları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunmuş əməllərin törədilməsi tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni müdafiə tərəfinin verdiyi apellyasiya şikayətlərindəki dəlillərə qiymət verməklə, əsaslandırmağı zəruri hesab edir. Müdafiə tərəfi apellyasiya şikayətlərində və ona əlavədə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişlər. Müdafiə tərəfinin məhkuma bəraət verilməsi dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-in 39-cu və 42-ci maddələrinin tələblərinə əsasən qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyinin sübuta yetirilməməsi göstərilməklə, şikayətin hər birində əsasən eyni dəlillər nəzərə çatdırılmışdır. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin ən başlıca dəlili Təqsirləndirilən şəxs döyülmə və işgəncələrə məruz qalaraq bədən xəsarətləri alması, etmədiyi cinayəti məcbur olub etiraf etməsi, bu barədə ifadə verməsi və həmin ifadəni əyani şəkildə yerində göstərməsindən ibarətdir. Həmin dəlillə əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncələrə məruz qalaraq xəsarətlər almasına dair göstərdiyi xüsusatlar iş üzrə toplanmış və məhkəmə baxışlarında tədqiq olunmuş sübutların heç biri ilə təsdiq edilməmişdir. Əksinə, onun bədənində xəsarətlərin olmasını təkzib edən kifayət qədər sübutların olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsinin hadisə yerində 10 yanvar 2020-ci il tarixdə yoxlanılması zamanı aparılmış videoçəkilişə apellyasiya məhkəməsinin iclasında keçirilmiş baxışda Təqsirləndirilən şəxs üz nahiyyəsində hər hansı bir xəsarətin olması, habelə hərəkət edən və pilləkanları qalxıb-enən zaman yerişində axsamağa və ya bədənində ağrılara dəlalət edən xarakterik əlamətlərin olması müşahidə edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs döyülmə və işgəncələrə məruz qalaraq xəsarətlər almasına dair həmin istintaq hərəkətinin iştirakçılarına maneəsiz şəkildə məlumat verməyə imkanı olsa da, bunu etməmişdir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılmasında 25-30 nəfərin olmasına rəğmən, ifadə verməyə məcbur edildiyini oradakı şəxslərə, o cümlədən müdafiəçisinə nəyə görə deməməsini belə izah etmişdir ki, “orada mənim etibar edəcəyim heç kim yox idi, müdafiəçinin isə məni müdafiə etmək fikri olmamışdır. Qalan adamlar da ittiham tərəfi idi, mənim nəsə deməyimin heç bir mənası yox idi”. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı ayaqlarınızda xəsarət olduğuna görə ayaqqabı yox, tərlik geyindiyini göstərsə də, videogörüntüdə axsamadığını və narahatlığının hiss olunmadığını belə izah etmişdir ki, “mən özüm çalışırdım ki, büruzə verməyim, bu, hiss olunmasın”(!) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Tovuz Rayon Məhkəməsinin 11 yanvar 2020-ci il tarixli protokolundan və qərarından göründüyü kimi, müdafiəçinin iştirakı ilə keçirilən məhkəmə iclasında hakim bir neçə dəfə Təqsirləndirilən şəxs istintaq zamanı ona qarşı qanunsuz hərəkətlərin olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs törətdiyi cinayəti tam etiraf etməsini, istintaq zamanı ona qarşı hər hansı pozuntunun olmadığını, heç bir təzyiq göstərilmədiyini, özünün sərbəst izahat verdiyini, ona qarşı heç bir qeyri-hüquqi hərəkətlərin olunmadığını bildirir və hər hansı xəsarəti barədə məhkəməyə məlumat vermir. Elə həmin tarixdə, yəni 11 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs bədən səthində xəsarət (qançır, sıyrıq, yara və s.) və xəsarət izi (piqmentasiya sahəsi, sıyrıq izi, çapıq və s.) aşkar edilməmiş, özünün deməsinə görə, onu heç kim vurmamış, tibbi yardım üçün müraciət etməmişdir, şikayəti yoxdur. Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış 294/2020/609 nömrəli tibbi kitabçasında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən səthi üzərində hər hansı xəsarət aşkar edilməmiş, o, hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması ilə bağlı müraciət etməmişdir. Onun ayağı ilə bağlı hər hansı şikayətinin olması, ona ayağa sürtmək üçün məlhəm, yaxud krem təyin olunmasına dair tibb kitabçasında heç bir qeydiyyat aparılmamışdır. Təqsirləndirilən şəxs barədə tərtib edilmiş 294/2020/609 nömrəli Tibbi kitabçadakı qeydlərin doğruluğunu şübhə altına alan əsaslar yoxdur. İbtidai istintaq zamanı Tovuz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair qərardan müdafəçisi tərəfindən verilmiş şikayətə Gəncə Apelliyasiya Məhkəməsi tərəfindən 23 yanvar 2020-ci il tarixdə baxılarkən yeni müdafiəçiləri ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs ilk dəfə olaraq döyülmə və işgəncələrə məruz qalıb xəsarətlər almasına dair məlumat vermişdir. Məhz həmin gün, yəni 23 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 sosial şəbəkələrdə müsahibə verərək, Təqsirləndirilən şəxs istintaq zamanı müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsini, o cümlədən bədəninə elektrik cərəyanı verilməklə işgəncələrə məruz qalmasını, etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsini bildirmişdir. Həmin məlumatlarla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorunun göstərişinə əsasən Baş Prokurorluqda araşdırma aparılmış, döyülmə və işgəncə faktları təsdiq olunmadığından Baş Prokurorun birinci müavininin 27 fevral 2020-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərardan Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 03 iyun 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmiş, bu qərardan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsində döyülməsini inkar edən Şahid21 İlkini son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23 radələrində polis şöbəsində görməsini, Təqsirləndirilən şəxs qarşı fiziki işgəncələrin isə xx.xx.2020-ci ildən başlayaraq tətbiq edilməyə başlamasını bildirməklə, Şahid21 bu işgəncələri görməyə imkanı olmadığını apellyasiya şikayətinin daha bir dəlili kimi göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, onu 07 yanvar 2020-ci il tarixdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinin texniki şöbəsində kamera ilə bağlı sual vermişlər. Polis şöbəsində ona İlkinlə bağlı heç nə deməmişlər. Polis şöbəsində o, İlkinlə birlikdə olmuş, əvvəl onlar İlkinlə bir yerdə, sonra isə ayrı-ayrı otaqlarda olmuşlar. Polis şöbəsində həm İlkin, həm də o, sərbəst şəkildə saxlanılmış, əl-qolları bağlanmamışdır. 08 yanvar axşam saatlarında İlkinin qollarını bağlayıb başqa otağa aparmışlar. O, İlkini son dəfə 08 yanvar 2020-ci il tarixdə, axşam saat 22-23:00 radələrində polis şöbəsində görmüşdür. Həmin gün İlkinin bədənində hansısa xəsarət olduğunu görməmiş, İlkin də ona nədənsə şikayət, etiraz, narazıçılıq etməmişdir. O, polis şöbəsində İlkinin yanında olduğu müddətdə, heç kim İlkini döyməmiş, təhqir edib, hansısa formada ifadə verməyə məcbur etməmişdir. Polis şöbəsindən buraxılana qədər İlkinə qarşı hər hansı bir zor tətbiq edilməsini və ya hansısa bir məlumat olmasını eşitməmişdir. Lakin Apellyasiya məhkəməsi baxışında tədqiq olunmuş “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması haqqında” Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qərarından görünür ki, “adı çəkilən məsələyə baxılarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində kənddə zibillikdə yanğın görmüşdür. 1-ci gün polis onu diz çökdürdü və sıxma-boğmaya saldı, 2-ci gün zirzəmidə saxladılar. Sonra ona zor tətbiq etməyə başladılar. Bakı istintaq təcridxanasına daxil olarkən həkim tərəfindən müayinədən keçirildiyini, lakin ona işgəncə verildiyini bildirmədiyini, bədənində olan xəsarətləri yıxılaraq aldığını bildirdiyini göstərdi. Həmçinin verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, polis şöbəsində saxlanılarkən ayaqlarının altına dəyənəklə döyürdülər, başına dəyənəklə vururdular, başına vedrə, qazan keçirərək ağacla vururdular, onun cingiltisi çox ağır idi, qolunu qandalla bağlamışdılar, qandalın izi qolunda qalıb, ona elektro-şok verirdilər, dizi üstə oturduğuna görə dizlərində ağrılar var. Müstəntiqin ona hadisəni bütünlüklə və ya hər hansı bir yerini diqtə etməmiş, bütün ifadəni özü sərbəst vermiş, hadisəni lap əvvəldən sonuna kimi özü uyduraraq danışdığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş araşdırma zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı hazırki mərhələdə kifayət qədər sübut toplamaq mümkün olmamış, işgəncə faktının mövcudluğunun isə yalnız ətraflı araşdırmalar aparmaq, şəxsləri ətraflı dindirmək, araşdırma nəticəsində zərurət yaranacağı təqdirdə təkrar məhkəmə-tibbi ekpertizası keçirmək yolu ilə müdafiə tərəfinin iddia etdiyi işgəncə fakti üzrə yekun nəticəyə gəlməyin mümkünlüyü qənaətinə gəlinmişdir”. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması zamanı artıq xx.xx.2020-ci il tarixdən başlayaraq işgəncəyə məruz qaldığını bildirmişdir. Lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il saat 22-23 radələrinədək polis şöbəsində onunla birlikdə saxlanılan Şahid21 bu xüsusatı təsdiq etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncələrə məruz qalaraq bədən xəsarətləri alması, cinayəti törətməsinə dair etirafedici ifadə verməyə məcbur edilməsinə dair dəlillər, iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunduğundan, əsassızdır. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin daha bir əsas dəlili 06 yanvar 2020-ci il tarixdə aşkar edilmiş meyitin Nərmin Quliyevanın deyil, başqa bir şəxsin meyiti olmasından ibarətdir. Başqa sözlə, müdafiə tərəfinin versiyasına görə, cinayət hadisəsi Nərmin Quliyevanın deyil, başqa şəxsin qətlə yetirilməsi nəticəsində baş vermişdir. Həmin dəlilin təsdiq olunması üçün müdafiə tərəfi digər dəlillərə, yəni Nərmin Quliyevanın boyunun ölçüsü və qan qrupu ilə meyitin mənsub olduğu şəxsin boyu və qan qrupunun fərqli olması, onun gözünün rəngi və dişlərinin sayı ilə əlaqədar ziddiyyətlərin olması, 47 gün müddətində istintaqın qeyd etdiyi şəraitdə 11 yaşlı uşaq orqanizminin buna davam gətirməsinin qeyri-mümkünlüyü, bu şəraitdə uşağın sağqalma ehtimalının olmaması, meyitdə aşkarlandığı iddia edilən ürəkdə olan miokardit xəstəliyinin isə 47 gün müddəttində, hətta soyuqdan, aclıqdan və stressdən yarana bilməməsi, Nərmin Quliyevanın sağlığında səhhətində problem olmaması, DNT analizinə təqdim olunan qanın laxtalı olmaması, meyitdən isə laxtalı qan götürülməsi, bioloji-toksikoloji ekspertizaya 80 ml qan təqdim olunması, ekspertinisə meyitdən 30 ml qan götürməsi, müdafiə tərəfinin xəstəxanadan aldıqları arayışda Nərmin Quliyevanın şəxsiyyət vəsiqəsində qan qrupunun İV qrup göstərilməsi, meyitin isə qan qrupunun İİ qrup olması kimi dəlillərə apellyasiya şikayətlərində geniş yer ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunan sübutlar bu dəlillərin əsassız olduğunu göstərir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan meyit (NN) ilə Şahid1 (NM) və X55 (NF) arasında bütün STR lokuslar üzrə tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyin səviyyəsində qohumluq əlaqələrinin olduğunu göstərir. Ekspertizaya təqdim olunmuş meyitin məxsus olduğu şəxs Şahid1 və X26 genetik övladıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş tibb eksperti X22 ifadəsində göstərmişdir ki, o, qohumluluq əlaqələrinə dair rəy vermişdir. Ona analiz üçün kodlaşmış formada qan nümunələri təqdim olunmuşdur. X65 və Şahid1 qan nümunəsi götürülmüşdür. Qan nümunələri ilə aparılan qohumluq əlaqələrinə dair analiz 99.9 faiz dəqiq olur. 15 loksdan biri ataya, biri də anaya uyğundursa, bu uşağın həmin valideynlərin uşağı olmasını sübut edir. Beləliklə, tədqiqatının dəqiqliyi 99,9% təşkil edən məhkəmə tibb-genetik ekspertizasının rəyi ilə müəyyən olunur ki, aşkar edilmiş meyit X15 meyitidir. Həmin ekspertiza rəyi mötəbər sübut hesab edilir və onun doğruluğunu şübhə altına alan heç bir əsas yoxdur. Bundan başqa, tədqiq olunmuş sübutlardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 meyitin üz nahiyyəsindən və paltarlarından qızı Nərmin Quliyevanı tanımışdır. Bu sübutlarla Nərmin Quliyevanın boyunun ölçüsü və qan qrupu ilə meyitin mənsub olduğu şəxsin boyu və qan qrupunun fərqli olması, onun gözünün rəngi və dişlərinin sayı ilə əlaqədar müdafiə tərəfinin hesab etdiyi ziddiyyətlər mövcudluğu, ekspertizaya laxtalanmamış və artıq çəkidə qan təqdim olunmasına dair müdafiə tərəfinin göstərdiyi xüsusatlar tamamilə təkzib olunur. Məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2020-ci il tarixli 37/2020-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, X15 qan qrupu Abeta(H)/İİ/-dir. Cinayət işinin materiallarında görünür ki, qan nümunələri müvafiq qaydalara uyğun olaraq götürülmüş, qablaşdırılaraq möhürlənmiş və ekspertizalara təqdim olunmuşdur. Bundan əlavə, meyitdə miokardit aşkar edilməsi, lakin Nərmin Quliyevanın sağlığında səhhətində problem olmamasına dair dəlillərə qiymət verərək məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli rəylərindən göründüyü kimi, Nərmin Quliyevanın meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq hava şəraitində saxlanılması və müəyyən müddət ərzində az qida qəbul etməsinin göstəricisidir. Nərmin Quliyevanın orqanizmində aşkar edilmiş bu dəyişikliklərin onun 47 (qırx yeddi) gün müddətində az qida qəbul etməsi ilə soyuq hava şəraitində saxlanılması nəticəsində yaranmasının mümkünlüyünü inkar etmək olmaz. Təqsirləndirilən şəxs 11 yanvar 2020-ci il tarixli ifadəsində Nərmini saxladığı otağın istilik sisteminin olmaması, sadəcə, Nərminin əynində paltarlar olduğunu və üstünə nəsə örtdüyünü, son günlərdə Nərminin zəif qidalanmasını və halsız olduğunu bildirmişdir. Bütün bu göstərilənlərdən başqa, qeyd olunmalıdır ki, Nərmin Quliyevanın yoxa çıxması və 47 gündən sonra meyitinin aşkar olunması dövründə digər qız uşağının itkin düşməsinə dair heç bir məlumat yoxdur. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin digər bir dəlili ondan ibarətdir ki, “məhkəmə hökmündə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi 08 və 09 yanvar 2020ci il tarixli protokollarn hansı səbəbdən mötəbər hesab edilməsi göstərilməmişdir; əslində qeyd edilən protokollar arasında zidiyyətlər vardır. Belə ki, 08 yanvar 2020-ci il tarixli protokol üzrə aparılan axtarış zamanı cinayət hadisəsi üçün əhəmiyyət kəsb edən hər hansı bir sübut aşkar edilmir. Lakin 09 yanvar 2020-ci il tarixdə isə aparılan axtarış zamanı oradan qan nümunəsi tapılır. Göründüyü kimi, hər iki protokol biri digərini təkzib edir”. Şikayətin bu dəlili ilə əlaqədar nəzərə çatdırılmalıdır ki, hadisə yerinə, yaxud cinayətin izlərinin olmasına ehtimal edilən yerlərə bir və ya bir neçə dəfə baxış keçirilə bilər, bir neçə dəfə baxışın keçirilməsi cinayət qanunvericiliyinə qadağan olunmamışdır. 09 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı oradan qan ləkələrinin tapılması qanun pozuntusu hesab edilə bilməz. Apellyasiya şikayətlərində dəlil kimi göstərilmişdir ki, “Nərmin Quliyevanın saxlanıldığı güman edilən dövrdə təqsirləndirilən şəxsin bacısıoğlu Nicatın həmin otağa daxil olub orada dayısı Adil Süleymanova məxsus kostyumu iki dəfə dəyişməsi və toya getməsi təqdim edilmiş toy kasetində öz təsdiqini tapması, habelə təqsirləndirilən şəxsin atasının vermiş olduğu ifadəsində işlətdiyi dəzgahın məhz həmin otaqdan elektrikə qoşulması ilə bağlı dedikləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası bu dəlilə qiymət verərkən nəzərə çatdırmağı zəruri bilir ki, Nicat Eminovun toyda əynində olması güman edilən kostyumun məhz həmin otaqdan götürülməsi birmənalı fakt kimi qəbul edilə bilməz; Bakıdan toya gələn, boyu 185 sm olan (şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında var) gəncin özü ilə kostyum gətirməməsi, boyunun ölçüsündə ondan nəzərəçarpacaq dərəcədə alçaq olan dayısı Adilə məxsus bir neçə köhnə kostyumu rayonda geyinib, birini bəyənməsi və toya getməsi- müdafiə tərəfinin həqiqətə uyğun olmayan alibisi kimi qiymətləndirilməklə, bu barədə ifadələr birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq sübut kimi qəbul edilməmişdir. Digər tərəfdən isə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X63 ifadəsində göstərmişdir ki, 15 dekabr 2019-cu il tarixdə o, sinif yoldaşı Hüseynov Kamranın toyunda iştirak etmək üçün Bakı şəhərindən kəndə, Tovuz rayonu, Dondar Quşçu kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs onun ailəsinə məxsus evdə yaşamışdır. Nərmin Quliyevanın saxlanıldığı iddia olunan otağa özü şəxsən iki dəfə girmişdir. Həmin otağa kostyum götürmək məqsədi ilə 15 dekabr 2019-cu il tarixdə saat 12 radələrində qalxmış, həmin vaxt otaqda təxminən 5 ədəd kostyum olmuş, özünə lazım olan kostyumu üzərinə geyinib otaqdan çıxmış, lakin anasının zövqünə uyğun gəlmədiyindən kostyumu üzərindən çıxarmışdır. Kostyum götürdüyü otaqda kimisə və ya nə isə görməmişdir. Həmin ifadədən göründüyü kimi, N.Eminov dayısının kostyumunu geyinib toyda iştirak etməsini bildirməmişdir. Lakin müdafiə tərəfi N.Eminovun bildirmədiyi xüsusatları apellyasiya şikayətində qeyd etmişlər. Bundan başqa, təqsirləndirilən şəxsin atasının və qohumlarının vermiş olduğu ifadələri də müdafiə tərəfinin taktikasına uyğun olaraq verilmiş və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirilərək, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq sübut kimi qəbul edilməmişdir. Müdafiə tərəfi apellyasiya şikayətlərində göstərdiyi daha bir dəlili belə əsaslandırmışdır ki, “hadisənin hansı alətlə törədilməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin baş nahiyəsinin çürüməyə məruz qalması nəticəsində yetirilmiş xəsarətin dəmir alətlə yetirilməsinin müəyyən edilməsinin mümkünsüz olması barədə ekspertiza rəyi də önəmli məsələrdən biridir, məhkəmənin xəsarətlərin yetirilməsi ilə bağlı alətin müəyyən edilməsi ilə bağlı gəldiyi qənaət anlaşılan deyildir. Təqsirləndirilən şəxsin ifadəsinə istinad edilsə də, lakin təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı daşın adını çəksə də, onu atdığı yeri göstərsə də, lakin həmin daşı göstərə bilməməsi də məhkəmənin diqqətindən qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilkin ifadələrinin mötəbər saymasını həm də Təqsirləndirilən şəxs yalan danışmaması ilə bağlı olan psixioloji ekspertizanın rəyi ilə əsaslandırmışdır. Onda sual olunur: təqsirləndirilən şəxsin yalan danışmaması mütləqdirsə, nədən hadisənin tarixini və yetirilmiş zərbələrin sayını doğru göstərə bilməyib? xx.xx.2020-ci il tarixdə Şahid9 meyiti müayinə olunduqdan sonra, onun müayinədən 3-4 gün əvvəl başına dəyən kəsici və deşici alətdən (alətlərdən) aldığı azı 5 zərbədən öldüyü və meyitin çürüməsi faktı müəyyən edilmişdir. Maraqlısı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs işgəncə yolu ilə alınmış ifadələrdə o, Şahid9 xx.xx.2020ci il tarixdə, daşla başına 1 zərbə vuraraq öldürüldüyünü bildirmişdir. Rəydə həmçinin məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruzqalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika hazırlanmadığından, bu haqda konkret fikir söyləmək mümkün olmadığı qeyd olunur. Lakin daha sonra rəydə eskpertlər meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq, meyitin birmomentli yandırılmasını güman etməyin mümkünlüyünü qeyd etmişlər. X31 xx.xx.2019 tarixində itkin düşüb və 06.01.20 tarixində 47 gündən sonra Təqsirləndirilən şəxs evinin 30 metrliyində onun cəsədi yanan halda tapılıb. Ancaq ortada olan bir cox dəlillər birmənalı şəkildə, tam əminliklə deməyə əsas verir ki, meyit birinci dəfə məhz hadisə yerində yandırılmamışdır. Tapılmış meyit öncədən cinayətkarların əlində olmuş və onu əsl cinayətkarlar vacib bildikləri şəkildə, lazım olan yerlərini yandırmış, sonra ona Nərminin paltarlarına oxşar paltarlar geyindirərək gözdən pərdə asmaq məqsədi ilə Təqsirləndirilən şəxs evinin qarşısında təkrar yandırmışlar”. Həmin dəlillərə qiymət verərək məhkəmə kollegiyası bildirir ki, müdafiə tərəfi məhkəmə-tibbi ekspertizanın rəyini təhrif edərək, xəsarətlərin yetirilmə alətini yanlış göstərmişdir. Bundan başqa, müdafiə tərəfi aşkar edilmiş meyitin Nərmin Quliyevaya aid olmamasını israrla bildirsə də, gətirdiyi dəlildə əsl cinayətkarların meyiti başqa yerdə yandırıb, sonra isə Nərminin paltarlarına oxşar paltarlar geyindirərək Təqsirləndirilən şəxs evinin qarşısında təkrar yandırdıqlarını göstərmişlər. Heç bir əsası olmamaqla, fərziyyələr üzərində qurulmuş bu dəlil həm cinayətkarın, həm də cinayətin qurbanının tamamilə başqa şəxslər olduğuna inam yaratmaq üçün düşünülmüş cəhddir. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin baş nahiyyəsində olan xəsarətlər, bu xəsarətlərin sayı və yetirilmə alətinə və meyitin yanmasına dair xüsusatlara isə məhkəmətibbi ekspertizası dolğun və dəqiq rəylər vermişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 nömrəli rəylərindən görünür ki, “X15 meyitinin müayinəsi zamanı baş beynin əzilməsi və baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 5 ədəd) aşkar edilmişdir. Qeyd edilən xəsarətlər, çox güman ki, hər-hansı bir geniş səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Şahid9mn baş nahiyəsindən götürülmüş dəri parçalarının tibbikriminalistik tədqiqi zamanı, onların üzərində aşkar edilmiş yaraların kənarlarında və divarlarında dəmir metal izləri (3 valentli dəmir ionlarına dəlalət edən dənəvər xarakterli yaşılımtıl rənglənmələr) aşkar olunmadı. Lakin dəri parçalarında çürümə əlamətlərini nəzərə alsaq, bu nəticə nisbi sayıla bilər. Şahid9 meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və əmələgəlmə mexanizminə əsasən demək olar ki, bu xəsarətlər çox güman ki, hər-hansı bir geniş səthə malik bərk-küt əşyanın (əşyaların) təsirindən, ola bilsin, bu xüsusiyyətə malik hər-hansı bir daş parçası (məsələn, səthi geniş və nisbi hamar olan çay daşı, taxta parçası və sair) əmələ gəlmişlər, lakin bu xəsarətlərin hər-hansı bir dəmir parçası ilə yetirilməsi isə az inandırıcıdır. Onun baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfolojı əlamatlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər. Nərmin Quliyevanın ölümünə səbəb kəllə əsasına keçən təpə və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. Şahid9 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfoloji xüsusiyyətlərinə əsasən meyitdə olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqında məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil. Bu məsələ hüquqi müstəvidə (istintaq yolu ilə) həll oluna bilərdi. Eyni zamanda, aparılmış istintaq eksperimentinin nəticələrini nəzərə alaraq güman etmək olar ki, meyitin yanma prosesinin müddəti 5-10 dəqiqədən 20-30 dəqiqəyə qədər davam edə bilərdi. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırkı vaxta qədər elmi metodika olmadığından, bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq, meyitin birmomentli yandırılmasını güman etmək olar”. Xəsarətlərə aid hissədə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı bildirmişdir ki, Nərminin başına daşla təxminən bir dəfə zərbə vurmuşdur. Xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi istintaqa təqdim olunanadək Təqsirləndirilən şəxs etirafedici ifadəsini təsdiq etməyərək, bu cinayəti törətmədiyini bildirmişdir. Hadisənin şahidi olmadığından, xəsarətlərin sayına aid hissədə ziddiyyətlərin araşdırılması məhz onun yeni ifadələri ilə mümkün olmamışdır. Bununla yanaşı, onun etirafedici ifadəsində Nərminin başına daşla bir dəfə, ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində isə hadisə zamanı Nərminin başına təxminən bir dəfə zərbə vurmasını bildirməsi- bu zərbələrin bir neçə dəfə vurulmasını istisna edə bilməz. Hər bir halda, hələ istintaq orqanına Nərminin bədənindəki xəsarətlərin yetirilmə aləti, yeri və sayı məlum olmadan, Təqsirləndirilən şəxs xəsarətlərin yerini və alətini bildirməsi- onun özünün uydurması, yaxud istintaq orqanının düşünülmüş ideyası kimi qəbul edilməməlidir. Təqsirləndirilən şəxs hadisə zamanı Nərminin başına beş dəfə deyil, təxminən bir dəfə zərbə vurmasını bildirməsi əməlin və təqsirkarın özünün ictimai təhlükəliliyini azaldıb, “mərhəmətli davranış” təəssüratı yaratmağa xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin alətinin aşkar olunmaması həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsi demək deyil. Təqsirləndirilən şəxs cinayət törətməsinə dair etirafedici ifadə verərkən o, heç bir şahidi olmayan hadisənin bütün detallarını müxtəlif səbəbdən, o cümlədən məsuliyyətini yüngülləşdirmək məqsədilə göstərməməsi onun həmin cinayətdə təqsirli olmaması anlamına dəlalət etmir. Apellyasiya şikayətlərinə qeyd olunmuşdur ki, “təqsirləndirilən şəxsin vermiş olduğu ifadənin işin hallarını özündə ehtiva etməməsi həm də zərərçəkmiş şəxsin üzərinə olan qızıl tanaların və atasına məxsus olan gödəkçənin təqsirləndirilən şəxs tərəfindən göstərilə bilməməsidir. Əgər Təqsirləndirilən şəxs yalan danışmırdısa, onda zərərçəkmiş şəxsin əlində olan gödəkçəni və qulağında olan tananı göstərə bilməmişdir. Bundan başqa, məhkəmə nədən təqsirləndirilən şəxsin 8 yanvarda vermiş olduğu ifadəsini nəzərə almamışdır. Məhkəmənin yanaşmasına görə həmin ifadə yalnış olmuşdur. Onda təqsirləndirilən doğru danışdığı halda, nədən yalan danışıb?”. Məhkəmə kollegiyası həmin xüsusatlarla əlaqədar sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərində olan qızıl tanaların və atasına məxsus olan gödəkçəni ifadəsində göstərməməsi, habelə həmin əşyaların istintaq orqanı tərəfindən aşkar edilməməsi faktı- bu əşyaların möcud olmaması və Təqsirləndirilən şəxs bu əşyalardan məlumatsızlığı kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs hadisənin xırda detallarını, bütün təfsilatını, qətlin dəqiq tarixini, yetirdiyi xəsarətlərin dəqiq sayını və digər xüsusatları etirafedici ifadəsində göstərməməsi həmin ifadənin yalan və həqiqətə uyğun gəlməyən ifadə kimi qəbul edilməsinə əsas ola bilməz. O, apellyasiya məhkəməsində ifadəsində bildirmişdir ki, özündən uydurub elə ifadə vermişdir ki, inandırıcı olsun, müstəntiq ona bu cür, yaxud başqa cür ifadə verməyi deməmişdir, habelə birinci instansiya məhkəməsində eyni məzmunlu ifadə verərək, hadisəni özündən uydurduğunu bildirmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 10 yanvar 2020ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadənin yerində yoxlanması zamanı və 11 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində eyni xüsusatları bildirməsi, hadisənin gedişatını eyni ardıcıllıqla danışması onun dediklərinin uydurma olmasını mümkünsüz edir. Müdafiə tərəfi apellyasiya şikayətlərində daha bir dəlili belə nəzərə çardırmışdır ki, “məhkəmə hökmündə mötəbər sübut hesab edilən sübutlardan biri də lifli ekspertizanın rəyidir. Məhkəmə istintaqı zamanı qaldırılan məsələlərdən biri Təqsirləndirilən şəxs iki alt tumanının göstərilməsidir. Həmin tumanların hər ikisində lif çıxıb. Həmin tumanlardan biri onun qardaşı tərəfindən alınıb polis şöbəsində olanda ona verilib. Bunu tumanın alındığı mağazanın sahibi də məhkəmə istintaqı zamanı təsdiq etmişdir. Paltarların götürülməsi protokolunda Təqsirləndirilən şəxs tumanın birinin onun olmasını xatırlamadığını bildirir. Onda sual olunur, şəxs nədən iki tuman geyinməli idi, polisdə olan zaman verilən tuman üzərində Nərmin Quliyevaya məxsus lif necə tapıla bilərdi?” Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs paltarlarının götürülməsində heç bir pozuntuya yol verilməmiş, müvafiq qaydada protokol tərtib edilmişdir. Həmin protokolda digər paltarlarla yanaşı, Təqsirləndirilən şəxs iki ədəd alt tumanının götürülməsi göstərilmişdir. Digər bir tərəfdən, yanvar ayında, qışda iki alt tumanının geyinilməsinin qeyri-mümkün hesab edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya şikayətlərində müdafiə tərəfi vəkillərin təqdim etdiyi materiallar üzrə Rostov vilayəti DBM “Məhkəmə-tibbi ekspertiza bürosu”nun eksperti A.Panov tərəfindən verilmiş və cinayət işinin materiallarına əlavə olunmuş mütəxəssis rəyini sübut kimi qəbul etməməsini də dəlil kimi göstərmiş, A.Panovun rəyində əksini tapmış mühüm xüsusatların iş üzrə keçirilmiş iki məhkəmə-tibbi ekspertizanın rəylərini darmadığın edəcəyini (!) bildirmişlər. Müdafiə tərəfinin həmin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, bu xüsusata birinci instansiya məhkəməsi hökmdə qiymət verərək göstərmişdir ki, “A.Panov Rusiya Federasiyası, Rostov vilayəti DBM “Məhkəmə-tibbi ekspertiza bürosu”nun eksperti olmaqla, Azərbaycan Respublikasında aparılan cinayət təqibi ilə hər hansı ekspertiza rəyinin və mütəxəssis rəyinin verilməsində məsul və səlahiyyətli şəxs olmadığından, eləcə də, Azərbaycan Respubliksında cinayət mühakimə icraatı yalnız Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyinin tələbləri qaydasında aparıldığından, A.Panovun rəyinin heç bir hüquqi qüvvəsi olmadığından sübut kimi qiymələndirilə bilməz; məhkəmə “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə eksperti yalnız xüsusi biliklərə malik Azərbəycan Respublikasının vətəndaşı və məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər müddəalarını, həmçinin müvafiq ekspertizaların hansı qurumlarda həyata keçirilməsini tənzimləyən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə müvafiq fərmanları nəzərə alır və qeyd olunan hüquqi əsaslara görə müdafiə tərəfinin vəsatəti əsasında iş materiallarına əlavə edilmiş A.Panovun mütəxəssis rəyini sübut kimi qəbul etmir”. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, ölkənin səlahiyyətli və təcrübəli ekspertlərinin qarşısında qoyulmuş suallara tam və ətraflı cavablar verilməklə, müvafiq rəylər tərtib olunmuşdur. Bu rəyləri şübhə altına alaraq, əvəzində Azərbaycan Respublikasında rəy vermək səlahiyyəti olmayan xarici dövlətin mütəxəssisinin rəyini cinayət işi üzrə sübut kimi qəbul edilməsi barədə müdafiə tərəfinin dəlilləri əsassızdır. Apellyasiya sikyətlərinin daha bir dəlili kimi göstərilmişdir ki, “istintaq orqanı istintaq təcridxanasında Təqsirləndirilən şəxsla bir otaqda saxlanılan digər təqsirləndirilən şəxslərdən də istifadə etməklə yalan məzmunlu ifadələr almışdır. Belə ki, Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla bir otaqda saxlanılan şəxslər, Şahid28 və Şahid29 ifadələr alınmış və həmin ifadələrdə qeyd olunmuşdur ki, guya Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsinin onun tərəfindən törədildiyini həmin şəxslərə də etiraf etmişdir. Süleymanovla bir kamerada saxlanılan digər iki nəfər də bununla bağlı şahid qismində dindirilmiş və onlar Təqsirləndirilən şəxs bu barədə heç bir etirafedici söz demədiyini, əksinə, onlara bu cinayət hadisəsi ilə onun heç bir əlaqəsinin olmadığını bildirdiyini qeyd etmişlər”. Müdafiə tərəfinin apellyasiya şikayətində göstərdiyi həmin xüsusatlara birinci instansiya məhkəməsi münasibət bildirərək, Təqsirləndirilən şəxs 1 saylı İstintaq Təcridxanasında saxlanılarkən onunla eyni kamerada olmaqla, ittiham tərəfinin şahid qismində məhkəməyə təqdim etdiyi Şahid29 və Şahid28 ifadələri, həmçinin müdafiə tərəfinin şahid qismində məhkəməyə təqdim etdiyi X41 və X23 ifadələrinə münasibətdə Şahid28 verdiyi ifadə hadisələrin gedişatına münasibətdə ziddiyyətli olduğundan, Eyvaz Əliyevin və Raqif Mirzəyevin ifadələri isə müdafiə yönümlü olmaqla aşkar surətdə qeyrisəmimi ifadələr olduğundan mötəbər sübut kimi qəbul edilməmiş, Şahid29 ifadəsi sübutlar siyahısından çıxarılmışdır. Apellyasiya məhkəməsinin cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin daha bir dəlili ondan ibarətdir ki, “Təqsirləndirilən şəxs təzyiq altında vermiş olduğu ifadəsində qəsdən adamöldürmədən söhbət getmir, orada şəxsin öldüyünü bilir və bu səbəbdən aparıb atır. Bu ehtiyatsızlıqdan adamöldürmə anlamına gəlir ki, belə olan halda cinayətin motivi olmur”. Məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsində söhbət məhz qəsdən adamöldürmədən gedir. Belə ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsində 03 yanvar 2020-ci il tarixdə Nərminin səhhətinin tamamilə pisləşməsini və ölümcül hala gələrək halsız vəziyyətə düşməsini, 06 yanvar 2020-ci il tarixdə Nərminin nəfəsinin gəlmədiyinə görə onun evdən çıxarılması qərarına gəlməsini, evdə olması artıq ona problem yaradacağını, Nərmini un kisəsinə salıb həyətdəki kartof damına qucağında gətirməsini, Nərminin tam ölməsi qənaətinə gəlmək üçün həyətdən bir daş götürərək, yastı tərəfi ilə onun baş nahiyəsinə bir möhkəm zərbə vurmasını bildirmişdir. Bu ifadədən göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hələ də sağ olduğunu bildiyindən, başına daşla zərbə vurmaqla, sonuncunu qətlə yetirmişdir. Bu halda cinayətin ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyü istisna olunur. Apellyasiya şikayətlərində göstərilən dəlillərdən biri belə əsaslandırılmışdır ki, “maddi sübutlar əvvəl Səhiyyə Nazirliyinin MTE və PAB-də olmuş, sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Yəni lifli ekspertizaya qədər onların tamlığı pozulmuşdur. Bu isə onların hər hansı səbəbdən müdaxiləyə məruz qaldıqlarına şübhə etməyə əsas verir”. Göstərilən dəlilin də əsassız olduğunu məhkəmə kollegiyası məhkəmə baxışında tədqiq olunmuş sübutlara, yəni məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 fevral 2020-ci il tarixli 1163 nömrəli və 26 fevral 2020-ci il tarixli 2110/2111 nömrəli, 02 mart 2020-ci il tarixli 2996 nömrəli və 03 mart 2020-ci il tarixli 2995 nömrəli rəylərinə, bu rəyləri vermiş ekspert X17 birinci instansiya məhkəməsində verdiyi ifadəsinə, habelə iş üzrə keçirilmiş kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 fevral 2020-ci il tarixli 821/822 nömrəli rəyinə və göstərilən ekspert rəyini tərtib etmiş X6 ifadəsinə əsasən müəyyən etmişdir. (ekspert rəyləri, A.Cavadova və Z.Məmmədovanın ifadələri yuxarıda şərh olunmuşdur). Müdafiə tərəfinin apellyasiya şikayətində göstərilən dəlillərindən biri də belə əsaslandırılmışdır ki, “məhkəmə hökmündə mobil telefonun daxili yaddaşında olan məlumatları sübut kimi qəbul etmədiyini göstərir. Amma xx.xx.2020-ci il tarixli protokolda guya yaddaşda yer alan cizgi filmlərinə, seriallara aid olan şəkillər, eyni zamanda, 2849 nömrəli ekspert rəyindəki cədvəllərdə də yer alır. Belə olan halda, həmin videoların da sübut kimi qiymətləndirilməsi yolverilməzdir”. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kompyutertexniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “SM-G532F” (Galaxy J2 Prime) modellli “**********46154”, “**********46152” İMEİ nömrəli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. “Samsung” markalı mobil cihazda onun şəxsi səhifələrini (“Google” hesabı) açmaq üçün “Login” və “parol” tələb olunmur. “Google” hesabında qeydiyyatı aparılmış bütün hərəkətlərin təsviri (Chrome brouzeri ilə baxılmış internet saytların siyahısı, “Youtube”-dan istifadə edilmə, “Samsung my files”, “Samsung Gallery” və digər proqram məhsulların istifadə edilməsi jurnalı) rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Tədqiq olunan mobil smartfonda Youtube xidmətində baxılmış videogörüntülərin adları tarixçəsi dayandırılmışdır, axtarış sorğuların qeydiyyatı aparılmır, Whatsapp proqram təminatı və “Facebook” sosial şəbəkələri üçün proqram təminatı aşkar edilməmişdir”. Rəyin təsviri hissəsində göstərilmişdir ki, “Samsunq Galaxy J2 Prime” iki kartlı telefonudur, 06 yanvar 2020-də saat 19:38 də İlkin 051 ***-**-** (əmisi oğlu polis Murada) zəng edib, Telefonun yaddaşında 19:39:37 Nərminin meyitinin yanma şəkli, meyitin (52 və 47 saniyəlik) yanma videoları vardır. Silinmiş yaddaş bərpası zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialına, o cümlədən digər videolara baxılmışdır. 06 yanvar 2020-ci il tarixdə saat 17:11-də com.samsung.android.weather (hava proqnozuna baxıb) proqramı ilə hava şəraitinə, həmçinin həmin gün saat 19:07 də isə “Chrom MAP” proqramından istifadə edilməklə ərazi xəritəsinə baxılmışdır. Qeyd edilən rəy üzrə birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş kompyuter texnikası eksperti X33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs telefonu ona bağlı formada təqdim edilmişdir. 06 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək Təqsirləndirilən şəxs telefonunda əlavə proqramlar silinib və sonradan yüklənmişdir. Youtube tarixçəsində elektron versiya və excell variantı var, onların arasında heç bir fərq yoxdur. Rəqəmsal məlumat kompyuterlərdə, telefonlarda, digər sistemlərdə hər hansı hərəkət öz əksini tapır və o ilkin saxlanıldığı yaddaşdır. Həmin məlumat excellə və yaxud word-ə atılsa da, ilkin olaraq variantı telefonda qalır. Həmin məlumatın exceldə və yaxud doc-da götürülməsi rahat oxunmaq üçündür, hər ikisində eyni olur. Telefon yaddaşındakı youtube istifadə edən daxili yaddaş keş yaddaş adlanır. Youtubedə hansısa bir videoya baxdıqdan sonra onun qalıqları keş yaddaşda qalır. 21 dekabr 2019 saat 12.48-də məzmun görünür. Bu o deməkdir ki, baxılan videodan müəyyən bir kadr telefonun yaddaşında saxlanılıb. Youtubenin tarixçəsi açıq olsaydı, bu məzmunlu videoya saat neçədə baxıldığını bilmək olardı. Hansı adlı videoya baxıldığına rəy vermək olmur, çünki tarixçəsi yoxdur, lakin youtubeden istifadə olunması, orada məzmunlara baxılması bilinir. Kadra baxarkən hansısa saniyədəki əks olunmuş bir fotoşəkil telefonun yaddaşına düşür. Qeyd olunan göstəricilər istifadəçinin youtubedən istifadə etdiyini göstərir. xx.xx.2019 cu il tarixdə “mister Bin” şəklinin telefonun keş yaddaşına düşməsi o deməkdir ki, həmin gün o videoya baxılıb, lakin saatını dəqiq bilmək olmur. Həmin şəkildə göstərilən tarix, onun baxılma tarixidir, nə qədər müddət baxıldığı bilinmir. xx.xx.2020-ci il tarixdə “Tom and Cerry”-ə baxılması qeyd olunmuşdursa, demək həmin tarixdə, həmin videoya baxılmışdır. Şərh olunan sübutlar Təqsirləndirilən şəxs mobil telefonundakı videoların sübut kimi qiymətləndirilməsinin yolverilməz olmasına dair dəlilləri təsdiq etmir. Apellyasiya şikayətlərində müdafiə tərəfinin göstərtiyi daha bir dəlil ondan ibarətdir ki, “istintaq orqanı Nərmin Quliyevaya məxsus hesab edilən meyitin qeyd olunan əraziyə nə vaxt atıldığı və hansı müddətdə yandırıldığına dair gəldiyi nəticəni iş üzrə şahid qismində dindirilən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, Şahid25 istintaqa verdiyi ifadələri və onun ifadələrinə əsaslanaraq apardığı istintaq eksperimenti üzərində qurmuşdur. Halbuki, Şahid25 verdiyi ifadələr həqiqətə uyğun deyildir. Şahid25 həmin ifadəsindən görünür ki, əvvəla o, 06 yanvar 2020-ci il tarixdə ən azı saat 17:00-dan 20:00-dək yaşadığı Dondar Quşçu kəndində olub. Lakin, Şahid25 istifadəsində olan telefonların anten məlumatları ilə müəyyən edilir ki, həmin vaxtlarda o, müxtəlif yerlərdə olub”. Qeyd olunan dəlilin də əsassız olduğu ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid25 və Şahid26 ifadələrinə, habelə Şahid25 istifadəsində olan mobil telefonuna dair zənglər barədə məlumata nəzər salmağı zəruri hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2020-ci il tarixdə evdəki televizorunda problem olduğuna görə, əmisioğlu Fikrətə zəng edib,lazım olan televizor naqilindən olub-olmamasını soruşmuş, sonuncu olduğunu bildirdikdə, böyük oğlu ilə birlikdə öz avtomobili ilə Fikrətin evinə getmiş, Fikrətgildən naqili götürüb evə qayıdan zaman asfalt yola tərəf dönəndə Nazimi əlində işıq, yanğına tərəf getdiyini görmüşdür. O, əhəmiyyət verməyib evinə getmişdir. Şahid26 ifadəsində Şahid25 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna dair zənglər barədə məlumatdan görünür ki, həqiqətən 06 yanvar 2020-ci il tarixdə saat 19:25:55-də Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli telefondan Şahid26 istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edilib və aralarında 144 saniyyə müddətində danışıq aparılmışdır. Şahid25 istifadə etdiyi iki mobil telefonun 06 yanvar 2020-ci il tarixdə eyni vaxtda anten dairələrinin müxtəlif yerdə olması barədə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin mobil telefonların eyni vaxtda yalnız biri Şahid25 tərəfindən istifadə oluna bilərdi. Müdafiə tərəfi apellyasiya şikayətində göstərdiyi daha bi dəlili belə əsaslandırmışdır ki, “Polis əməkdaşı Azər ifadənin yoxlanılması zamanı maşında olduğunu, İlkinə suallar verdiyini demişdir. İfadənin yoxlanılması zamanı onun nə dediyini eşitmək imkanı olmadığı halda, Azərin ifadə ilə bağlı sual verməsi mümkün deyil. Üzləşmədə o, Azərin dediklərini təsdiq etmədiyi üçün, cəmi bir gün sonra iki başqa polis əməkdaşından eyni məzmunlu ifadələr alınmışdır. Polis əməkdaşları maraqlı tərəf olduğundan onların ifadələri mötəbər sübut sayılmamalıdır”. Lakin məhkəmə kollegiyası hesab edir ki, eyni məzmunlu ifadə verən şahidlərin ifadələrini şübhə altına alan əsaslar yoxdur. Belə ki, Şahid22 ifadəsində göstərdikləri bir sıra xüsusatları şahidlər Şahid23 və Şahid24 da bildirmişlər. Apellyasiya şikayətlərində müdafiə tərəfi dəlil kimi göstərmişdir ki, “Zaur Baxşəliyevin aparıcısı olduğu televiziya verilişində Nərminin meyitini tibbi müayinədən keçirən ekspertlərə istinadən həm də belə bir məlumat yayılmışdır ki, Nərminin baş nahiyyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan 5 ağır xəsarət vardır. Bir yerdə isə kəllə sınığının olduğu müəyyən edilib. Lakin sonradan verilən ekspert rəyində isə həmin xəsarətlərin məlum olmayan küt alətlə yetirildiyi qeyd olunmuşdur. Buna görə də müdafiə tərəfi ATV televiziya kanalında yayımlanan həmin verilişin videogörüntüsünü məhkəməyə təqdim etmiş və həmin verilişdə yayılan məlumatların yoxlanılması üçün aparıcı Zaur Baxşəliyevin məhkəməyə şahid qismində çağırılmasını xahiş etmişdir”. Məhkəmə kollegiyası həmin dəlillə əlaqədar qeyd edir ki, heç bir rəsmi məlumatlara və belə məlumatlar üçün mötəbər mənbələrə malik olmayan, müdafiə tərəfinin az qala istintaq orqanı kimi qələmə verdiyi televiziya verilişinin səsləndirdiyi fikirlər cinayət işi üzrə heç bir əhəmiyyət kəsb edə bilməz . Müdafiə tərəfinin şikayətdə göstərilən dəlillərindən biri belə əsaslandırılmışdır ki, “Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının 6-dan polis şöbəsində qanunsuz saxlanaraq, müdafiə hüquqlarının pozulmaqla, müdafiəçi ilə təmin edilmədən dindirilmiş, yanvar ayının 10-da vermiş olduğu ifadəsinin öz iradəsi ilə deyil, təzyiq altında vermiş, ona təyin edilmiş vəkil Araz Əhmədovun iştirakı formal olduğunu, o, səmərəli və keyfiyyətli hüquqi yardım göstərməmiş, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsinə görə, dindirmə zamanı ona vəkil təqdim olunmamış, X103 adlı vəkil isə dindirmə prosesi başa çatdıqdan sonra gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs atası 16 yanvar 2020-ci il tarixdə vəkil Müdafiəçi3 ilə hüquqi yardım haqqında müqavilə bağlayaraq, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini ona tapşırmışdır. Müdafiəçi3 elə həmin gün vəkil orderini, vəkillik səlahiyyətlərini təsdiq edən vəsiqəni və özünün şəxsiyyət vəsiqəsini Baş Prokurorluğa təqdim edərək, özünün Təqsirləndirilən şəxs təqdim edilməsini və prosesə buraxılmasını xahiş etmişdir. Lakin o, uzun müddət prosesə buraxılmamış, Təqsirləndirilən şəxs 03 fevral 2020-ci ildə təqdim olunmuşdur. Digər Müdafiəçi2 isə təqsirləndirilən şəxsə 30 yanvar 2020-ci ildə təqdim edilmişdir, halbuki müdafiəçi ilə 22 yanvar 2020-ci il tarixdə müqavilə bağlanmış, elə həmin gündə o, order və digər sənədlərini istintaqa təqdim etmişdir. Digər Müdafiəçi1 isə daha əvvəl, yəni xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs müdafiəsinə qoşulsa da, o, müvəkkili ilə görüşə digər vəkillərdən daha gec buraxılmışdır”. Bu xüsusatla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 2020ci ilin yanvar ayının 06-dan 10-dək qanunsuz olaraq Tovuz rayon polis şöbəsində saxlanılması, həmin günlərdə şahid qismində dindirilməklə, CPM-nin 20-ci və 95-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozulması, habelə ona məxsus mobil telefonun götürülməsi zamanı sənədləşdirmə aparılmamasında ifadə olunan kobud qanun pozuntularına yol vermiş müstəntiq N.Mirzəyev barəsində birinci instansiya məhkəməsi tərəfindən 05 iyun 2023-cü ildə xüsusi qərar çıxarılmış, həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq Tovuz rayon polis şöbəsində saxlanılması ilə bağlı materiallar araşdırılması və müvafiq qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Bundan başqa, yuxarıda qeyd olunan pozuntulara görə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli şahid qismində ifadəsi və xx.xx.2020-ci il tarixli əlavə şahid qismində etirafedici ifadəsi sübutlar siyahısından çıxarılmışdır. Habelə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhz 06 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs vəkili Araz Əhmədovun istintaq hərəkətlərində iştirak etməməsi haqqında müdafiə tərəfinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qisminə dindirilməsinə dair protokollardan, onun ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və bu istintaq hərəkətini əks etdirən videoçəkilişdən görünür ki, vəkil Araz Əhmədovun qeyd olunan həmin istintaq hərəkətlərində iştirak etmişdir. Digər müdafiəçilərin təqsirləndirilən şəxsə əsassız olaraq gec təqdim olunmalarına dair dəlillər iş materialları ilə təsdiq olunmur. Belə ki, həmin müdafiəçilərin Təqsirləndirilən şəxs təqdim edilmələri və prosesə buraxılmalarına dair müstəntiqə rəsmi müraciətləri, habelə qeyd etdikləri pozuntunun mövcudluğu və müstəntiqin hərəkəti barədə onların ibtidai istintaq orqanına, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora hər hansı bir rəsmi müraciəti və şikayəti olmamışdır. Bundan başqa, ibtidai istintaq zamanı Tovuz Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair qərardan müdafəçisi tərəfindən verilmiş şikayətə Gəncə Apelliyasiya Məhkəməsi tərəfindən 23 yanvar 2020-ci il tarixdə baxılarkən Təqsirləndirilən şəxs hər üç müdafiəçisi- vəkillər Müdafiəçi1, A.Rzayev və Müdafiəçi2 heç bir məhdudiyyət qoyulmadan məhkəmə iclasında iştirak etmişlər. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərinin yuxarıda göstərilən dəlillərini qiymətləndirərək, hesab edir ki, bu dəlillər təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs işgəncə verilərək onun etmədiyi cinayəti etiraf etməyə məcbur olunması, aşkar edilmiş meyitin Nərmin Quliyevaya məxsus olmaması, cinayətin başqa bir tarixdə və başqa yerdə baş verməsi, cinayətkarların və zərərçəkmiş şəxsin tamamilə başqa şəxslər olmaları, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş şahidlərin göstərdiklərinin yalan olması, ekspertlərin ziddiyyətli rəylər verməsi, bu rəylərin və Təqsirləndirilən şəxs tibb kitabçasının, habelə maddi sübutların saxtalaşdırılması haqqında müdafiə tərəfinin apellyasiya şikayətlərindəki dəlilləri iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlar məcmusu ilə təkzib edildiyindən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasına xidmət edən, lakin öz təsdiqini tapmayan xüsusatlar kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, həbs qətimkan tədbiri seçilməsinə dair qərardan müdafəçisi tərəfindən verilmiş şikayətə Gəncə Apelliyasiya Məhkəməsi tərəfindən 23 yanvar 2020-ci il tarixdə baxılarkən, apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs müdafiəçisi bildirmişdir ki, “zərərçəkmiş şəxsin yandığını ilk görən şəxs Təqsirləndirilən şəxsdur, buna görə cinayətin onun tərəfindən törədilməsi qənaətinə gəlinmişdir. Hesab edir ki, uşağın daxili orqanı da çıxarıla bilər”. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçisi zərərçəkmiş şəxsin hüquqi varisi dindirilərkən bildirdi ki, “hesab etdiyinə görə, zərərçəkmiş şəxsin hüquqi varisi X29 əmisigilə məqsədli və planlı şəkildə göndərmişdir”. Məhkəmə kollegiyası müdafiə tərəfinin nəyə işarə olunduğu bilinməyən həmin müəmmalı iddialarını da əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 124.1 və 138.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, gəldiyi nəticəni belə əsaslandırmışdır: «Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları, istifadəsində olan telefona baxış protokolları, əşyanı tanınmaya təqdimetmə və digər sübutlarla təsdiq edilmişdir. Müəyyən olunmuşdur ki, X15 yaşadığı ev istiqamətində gəldiyini görüb həmkəndlisi olmaqla, eyni zamanda, fiziki əlamətlərinə görə özü üçün aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi zərərçəkmiş şəxsi oğurlamaq məqsədilə Nərmin Quliyevaya yaxınlaşıb sonuncunu kitablar vermək bəhanəsi ilə aldadıb yaşadığı evin həyətindəki yardımçı tikilinin ikinci mərtəbəsinə apararaq, orada Nərmin Quliyevaya bundan sonra artıq onunla qalacağını, sonuncuya övladı kimi baxacağını bildirmiş, Nərmin Quliyeva buna etiraz etdikdə isə, azyaşlı olmaqla, özündən dəfələrlə böyük və fiziki cəhətdən daha güclü olan şəxsə müqavimət göstərmək imkanında olmayan, yəni faktiki olaraq təqsirkardan asılı vəziyyətdə olmaqla köməksiz qalan oğurladığı Nərmin Quliyevanın müqavimətini qırmaq məqsədilə sonuncunu qorxudub həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsinə zidd olaraq əllərini və ayaqlarını iplə həmin tikilidə olan çarpayıya bağlayaraq uzun müddət ərzində mütəmadi olaraq Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək həmin tikilidə saxlamışdır. Zərərçəkmiş şəxsin müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla cizgi filmləri və digər videoları sonuncuya nümayiş etdirməklə, yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayət əməlini törətməsi, Nərmin Quliyevanın itkin düşməsi ilə bağlı ailə üzvlərinin hüquq mühafizə orqanlarına müraciətləri, kənd ərazisində hüquq-mühafizə orqanları və digər dövlət qurumları tərəfindən kompleks axtarış tədbirlərinin həyata keçirilməsi, cinayət hadisəsinin kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması və ictimai qınağa səbəb olmasından sonra isə həmin cinayəti gizlətmək və heç kimin ondan şübhələnməməsi üçün adam oğurluğu ilə əlaqədar Nərmin Quliyevanı qəsdən öldürərək, meyitini yaşadığı evdən çıxarıb kənar yerə aparıb ataraq, törətmiş olduğu cinayət əməlini özündən kənarlaşdırmaq və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmaq qərarına gəlmişdir. Bu məqsədlə dəqiq müəyyən edilməmiş 04-05 yanvar 2020-cu il tarixləri aralığında soyuq və aclıq üzündən halsız vəziyyətdə olmaqla, müqavimət göstərmək iqtidarında olmayan, yəni köməksiz vəziyyətdə qalmış yetkinlik yaşına çatmayan 10 yaşlı Nərmin Quliyevanı diri halda ağ rəngli un kisəsinə qoyub, yaşadığı evin həyətində olan yardımçı hissəyə (dama) aparmış, xüsusi rəhmsizlik və qəddarlıq nümayış etdirərək müəyyən edilməyən geniş səthə malik bərk küt əşya ilə sonuncunun həyat üçün mühüm orqanı olan baş nahiyəsindən bir neçə dəfə güclü zərbələr vuraraq, Nərmin Quliyevaya dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmaqla, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınıqları, eləcə də, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya digər xəsarətlər yetirərək, sonuncunu qəsdən həyatdan məhrum etmiş,öldüyünə əmin olduqdan sonra, onun baş nahiyəsindən aldığı xəsarətlərdən axan qanın ətrafa yayılması nəticəsində özünün ifşa olunmasının qarşısını almaq məqsədi ilə evdə olan qırmızı rəngli yorğan üzünün bir hissəsini mərhumun baş nahiyəsinə qoyaraq qanın ətrafa yayılmasının qarşısını almış, daha sonra meyitin tanınmaması və üzərində mümkün ola biləcək cinayət izlərinin itirilməsi məqsədi ilə meyiti yandırmaq qərarına gəlib, əlverişli vəziyyətin və hava şəraitinin olmasını gözləyərək, bunun üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 6 yanvar 2020-ci il tarixdə, saat 17:11də “com.samsung. android.weather” saytına girərək, hava şəraitinə, həmin gün saat 19:07-də isə “Chrom MAP” proqramından istifadə edərək ərazinin xəritəsinə baxaraq, havanın yağmursuz olmasına və habelə yaşadığı evin darvazasından küçəyə nəzər salıb qarşıdan keçən yolda hər hansı şəxsin və avtomobilin hərəkətinin olmadığına əmin olduqdan sonra, meyiti evində olan müxtəlif sintetik materialdan olan kisə, süfrə və örtüklərə bir neçə qat bükməklə həmin un kisəsinin içərisində yaşadığı evdən 50 metr məsafədə yerləşən boş əraziyə daşıyıb, bu məqsədlə yaşadığı evdən götürdüyü tez alışan neft məhsulunu üzərinə tökməklə yandırmışdır. Təqsirləndirilən şəxs bu əməlləri ilə aşkar surətdə köməksiz vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxs barəsində həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, alçaq niyyətlə adam oğurlamış, aşkar surətdə yetkinlik yaşına çatmamaqla köməksiz vəziyyətdə olan oğurladığı şəxsə Azərbaycan Respublikasının CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, başqa cinayəti gizlətmə məqsədi ilə və adamoğurluğu ilə bağlı təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Nərmin Quliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir». Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq olunmuş aşağıda göstərilən sübutlarla təsdiq olunmuşdur: - Təqsirləndirilən şəxs ifadəsində Nərmin Quliyevanın baş nahiyəsinə (hələ ekspertin rəyi ilə müəyyən olunana qədər) bərk küt əşya hesab edilən səthi enli daş parçası ilə zərbə vurmasını bildirmiş, bu hal mərhumun baş hissəsindəki yaranın kənarlarındadivarlarında dəmir metal izinin aşkar edilməməsi, mərhumun başındakı sınıqların məhz geniş səthə malik bərk küt əşya ilə yetirilməsi barədə məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur; - Təqsirləndirilən şəxs əynindəki geyimlərdə Şahid9 geyim əşyalarında olan liflər, həmçinin meyitin bükülmüş olduğu materialların yanmış qalıqlarının qatlarının tam arasında Təqsirləndirilən şəxs məxsus paltar lifləri aşkar edilmişdir; - Şahid9 meyitindən və yanmış paltarların üzərindən aşkar edilmiş neft məhsulu Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş neft məhsulu ilə eynilik təşkil etmişdir; - Şahid9 meyitinin üzərində olan və baş nahiyəsində aşkar edilmiş qırmızı rəngli yorğan üzlüyündəki boyanmış alüminium tozları Təqsirləndirilən şəxs yaşadığı evdə olan sobanın üzərindəki alüminim tozu ilə eynilik təşkil etmişdir; - N. Quliyevanın baş nahiyəsinə bükülərək qoyulmuş qırmızı rəngli yorğan üzlüyü Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş yorğan üzlüyü ilə cinsinə və quruluşuna görə eynilik təşkil etmişdir; - hadisədən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə həmin ərazinin xəritəsinə və günlük hava proqnozuna baxmışdır; - Şahid9 meyitinin tibbi müayinəsi zamanı qida borusu, mədəsi, nazik və yoğun bağırsağı, sidik kisəsinin boş olmuş, Təqsirləndirilən şəxs da ifadəsində Nərmin Quliyevanın zəif qidalanması, son vaxtlar isə, ümumiyyətlə, qidalanmaması barədə xüsusatları göstərmişdir; - Təqsirləndirilən şəxs yaşadığı evin bəzi yerlərində Nərmin Quliyevanın qan qrupuna uyğun qan ləkələrinin aşkar edilmişdir; - Təqsirləndirilən şəxs etirafedici ifadələrində Şahid9 evin yaxınlığında olan mağazadan şirniyyat və peçenye almaqla onu qidalandırması barədə göstərdiyi xüsusatların mağazanın satıcısı Şahid21 ifadəsində təsdiq etmişdir; - Şahid9 uzun müddət istilik sistemi olmayan otaqda ağzı bağlı və divanda arxası üstə tərpənməz vəziyyətdə, əl-qolu bağlı vəziyyətdə saxlanmasını Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir; - Təqsirləndirilən şəxs şəxsiyyətcə yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətlərinin, o cümlədən, ilkin ifadələrində özündən uydurma, həqiqəti əks etdirməyən fikirlər söyləmə, fantaziya əlamətlərinin müəyyən edilməməsi ilə onun istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrinin özündən uydurma xarakterli olmayıb obyektiv gerçəkliyi əks etdirməsi ilə bəğlı məhkəmə-psixoloji ekspertizasının rəyi ilə təsdiq olunmuşdur; - Şahid9 itkin düşməsindən əvvəl Təqsirləndirilən şəxs onlara oxumaları üçün kitab verməsi ilə bağlı qızları evlərinə aparmasına dair Şəbnəm və Şahid3ların ifadələri; - Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunda Nərmin Quliyevanın itkin düşməsindən sonrakı tarixə uyğun gələn azyaşlı uşaqlar üçün cizgi filmlər və digər uşaqlar üçün nəzərdə tutulan videoçarxlar izlənmişdir; - Şahid9 meyitinin yanması prosesinin videogörüntüsünün Təqsirləndirilən şəxs tərəfindən çəkilməsi, bu zaman hadisə yerində olan polis əməkdaşı Şahid13 fərqlı olaraq, normal halda polisin tələbinə əsasən edilməli hərəkətləri, tapşırıqları və göstərişləri Təqsirləndirilən şəxs özü edərək, videoda yanğınla arasında olan məsafəni, ayaq izinin ora düşməməsini, ayaqqabısının ayağında olmasını ifadə edən sözlərdən istifadə edərək, özünün bu cinayətlə əlaqəsinin olmaması görüntüsünü yaratmağa çalışmışdır; - Təqsirləndirilən şəxs etirafedici ifadələrini guya işgəncənin təsiri altında vermiş olduğu barədə iddiaları bədənində xəsarətlərin aşkar edilməməsinə dair məhkəmə-tibbi ekspertizasının rəyi və ayrıca icraat materialları ilə birbaşa təkzib olunmuşdur. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi birinci instansiya məhkəməsinin iş üzrə yuxarıda göstərdiyi sübutların məcmusu ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Şahid9 meyiti yandırıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs həmin yerə təsadüfən gəlməsi, əməlini etiraf etməsinə dair ifadəsini özündən uydurması inandırıcı deyil. Belə ki, həm cinayəti etirafedici ifadəsində, həm də ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisənin əvvəlindən sonunadək davam etmiş hallarını ardıcıllıqla, eyni cür bildirmişdir. Bu ifadələrdə göstərdiyi xüsusatlar iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla da təsdiq edilmişdir. Təqsirləndirilən şəxs, əgər doğrudan da hadisəni özündən uydururdusa, Nərmin Quliyevanın son vaxtlar zəif qidalanması, halsız olması ona məlum ola bilməzdi. Bu xüsusatlar yalnız məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmalı idi. Məhkəmətibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Nərmin Quliyevanın meyitinin müayinəsi zamanı qıda borusu boşdur və divarları təmizdir, mədə, sidik kisəsi, nazik və yoğun bağırsaq boşdur; ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq hava şəraitində saxlanılması və müəyyən müddət ərzində az qida qəbul etməsinin göstəricisidir. Bundan başqa, Təqsirləndirilən şəxs xəbəri olmadığı hadisənin qurbanının başqa bir səbəbdən, o cümlədən, zəif qidalanmaqdan, aclıqdan, yaxud xəstəlikdən ölməsini deyə bilərdi. Lakin o, Nərminin ölməsinə tam əmin olmaq üçün sonuncunun başına daşla vurduğunu bildirmişdir. Bu fakt da məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs dediklərinin uydurma yox, məhz həqiqət olması təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi, cinayəti törətməsini etiraf etdiyinə dair ifadəsi ilə ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışlarında verdiyi-işgəncələrə məruz qalaraq cinayəti etməsinə dair ifadələr arasında olan kəskin ziddiyyətlə əlaqədar onun ibtidai araşdırma dövründə 11 yanvar 2020-ci il tarixdə verdiyi ifadəni cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir». Apellyasiya məhkəməsinin cinayət kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar məcmu halında cinayət qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, habelə təqsirləndirilən şəxsin əməllərinin tövsif məsələsini də hərtərəfli araşdırıb düzgün nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması, həmçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 124.1, 125.1 və 145.3-cü maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur, bunların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə baxışlarında ibtidai istintaq orqanının yol verdiyi bəzi pozuntular və nöqsanlar aşkar edilmiş, bu səbəbdən bir sıra sübutlar məhkəmənin hökmü ilə sübutlar siyahısından çıxarılmış, habelə birinci instansiya məhkəməsi tərəfindən həmin pozuntular və nöqsanlar barədə xüsusi qərar çıxarılmış, ibtidai istintaq orqanının yol verdiyi bəzi pozuntular və nöqsanlar digər sübutlarla aradan qaldırılmışdır. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməllərinə öz hökmündə hüquqi qiymət verərək, haqlı olaraq onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcud deyil. Yuxarıda şərh edilən sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməs tam təsdiq olunur və məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərinin təqsirləndirilən şəxsə bəraət verilməsindən ibarət dəlillərini əsassız hesab edir. Bunan başqa, zərərçəkmiş şəxsin huquqi varisi X55 apellyasiya şikayətində Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini xahiş etmiş, apellyasiya şikayətini qısaca olaraq belə əsaslandırmışdır ki, “hökmdən narazıdır, təqsirləndirilən şəxs cinayəti etiraf etmişdir, lakin ona verilən cəza ədalətsiz olmuşdur”. Zərərçəkmiş şəxsin huquqi varisinin Təqsirləndirilən şəxs daha ağır cəza verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 120.2-4, 120.2.6 və 120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası, CM-nin, 133.2.1 və 133.2.4cü maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 144.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona CM-in 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanınömürlük azadlıqdan məhrumetmə cəzasının verilməməsi qərarına gələrək, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddində, yəni 17 il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in, 133.2.1 və 133.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın orta həddindən bir qədər artıq- 4 il azadlıqdan məhrumetmə cəzası və CM-in 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın orta həddinə yaxın- 12 il azadlıqdan məhrumetmə cəzası təyin etmiş, CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, düzgün olaraq Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkilməsini məyyən etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edilməsi ilə bağlı məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin cinayət kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşaraq və bu cəzanı ədalətli hesab edərək, cəzanın həddinin artırılması və azaldılmasına zərurət görmür. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında qismən istintaqla aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, habelə zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4, 120.2.6, 120.2.9, 133.2.1, 133.2.4 və 144.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X55 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(100)-05/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar