Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-239/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X5 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(076)-69/2023 saylı hökmündən dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(076)-69/2023 saylı (sədrlik edən hakim X4) hökmü ilə xx xxxx 1966-cı ildə Şəmkir rayonu Qaracəmrli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aləli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Qaracəmrli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin deyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda yetişdirməklə kultivasiya etmə cinayət əməlini torətmişdir. Belə ki, o, 2O22-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndindəki su arxının kənarında yabanı halda bitmiş çətənə kollanının toxumlarını toplayıb özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir Rayon Polis X11 Bölməsinə daxil olmuş əməlilyat məlumatı ilə əlaqədar 26 iyul 2O22-ci il tarixdə X8 əməkdaşları tərəfinden keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkiərin siyahısı” ilə müəyyən edilmiş 13 (on üç) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı X3 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 237.1ci maddəsi ilə təqsirləndirilməsinı dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslara görə Şəmkir rayon məhkəməsinin lsmayılov İlqar Həsən oğlu barəsindəki 06 fevral 2023-cü il tarixli hökmü cəza təyininə dair hissədə dəyişdirilməlidir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli "az ağır" cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlukəsizliyini təmin edən ictimai munasibətlərdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitərərin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağır problemlərdən biridir. Azərbaycan Respubİikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normaları tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cumlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair” 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mubarizə haqqında” l988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mubarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mubarizə üzrə 2007-2012-ci illər uçün Proqram” təsdiq edilmişdir. Proqramda tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar son beş ildə Respublika üzrə bu kateqoriyalı işlərlə bağlı cinayətkarlığın dinamikasına dair məhkəmə statistikası təhlil edilmiş, bu sahədə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasına köməklik göstərmək və belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi uçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əraqədar Respublikanın məhkəmələri tərəfindən baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsi öyrənilərək umumiləşdirilmişdir. Azərbaycan Respubİikası Ali Məhkəməsinin Plenumu qərarında məhkəməİərin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mubarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb ədilməsini zəruri hesab etmişdir. Lakin, hazırkı iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tərəblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə oraraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin ətməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını bildirməsini cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Lakin sadalanan yüngülləşdirici hal məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddısinı görə şəxsin səmimi peşman olması şəxsin konüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.l-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan halları cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hokmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. İşin bütün halları, o cümlədən narkotik tərkibli kolların sayının və çəkisinin çox olması, təqsirləndirilən şəxsin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Məhkəmə qeyd olunanları nəzərə almadan Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 237.1-ci maddəsi ilə təqsirləndirilməsinı dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestini müdafiə edərək protestdə göstərilən məzmunda çıxış etdi, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fuad İskəndərov apellyasiya protestinin dəlillərinə etiraz edərək, protestin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, apellyasiya protestinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya protestinin məzmunundan görünür ki, protestdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Protestdə məhkuma CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59.1.1-59.1.14-cü maddələrində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzasının təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM-nin 59.2-ci maddəsi). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. CM-nin 61.2-ci maddəsinə əsasən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normaları baxımından apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi, CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə CM-nin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cəza üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək azadlığını məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, dövlət ittihamçısının Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə istinad edərək təqsirkara həmin maddə ilə təyin edilmiş cəzasını mübahisələndirməsi, qanunverici məhz dövlət ittihamçısının istinad etdiyi cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-nin sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxsə sanksiyada nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassız görünür ki, işin müəyyən olunmuş hallarına görə İlqat İsmayılov ilk dəfə cinayət törətmişdir, yaşayış yerində müsbət xarakterizə olunur, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Bundan başqa, hazırki işdə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Dövlət ittihamçısı qeyd olunan hallardan təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasının və digər halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını mübahisələndirsə də, bu iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, CM-nin 72-ci maddəsində şəxsin səmimi peşman olması qanunda nəzərdə tutulduğu hallarda cinayət məsuliyyətindən azad etmənin əsası kimi nəzərdə tutulmuşdur. Bu institutun qanunda təsbit olunması həmin halın, yəni şəxsin əməlindən peşman olmasını ona cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını istisna etmir. CM-nin 59.1-ci maddəsində şəxsin əməlindən peşman olması nəzərdə tutulmasa da, CM-nin 59.2-ci maddəsinə əsasən həmin hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlindən peşman olmasını bildirməsi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Həmçinin CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi halının da CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasını istisna etmir. Birinci instansiyası məhkəməsi kimi, apellyasiya kollegiyası da, o qənaətdədir ki, məhkumun əməlini etiraf edib, hərəkətlərindən səmimi peşman olmasının, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının cəza təyini zamanı cinayətin və cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar qismində nəzərə alınması və bunlara əsasən Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunvericiliyin tələblərinin pozulması kimi şərh oluna bilməz. Yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların olmaması barədə birinci instansiya məhkəməsinin çıxardığı nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-nin 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə aldığını xüsusi olaraq qeyd etmiş, bütün bunlara görə Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə cəzanın məqsədlərinə nail olunmasının, o cümlədən azadlıqdan məhrum edilmədən islah olunmasının mümkün olduğunu kifayət qədər əsaslandırmışdır. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-nin 58.1-ci maddəsinin tələbinə cavab verən yanaşma olduğundan, qanun pozuntusu kimi şərh edilə bilməz. Təsvir olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsi CMnin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair tələblərə, cəzanın məqsədlərinə, Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət və ədalət prinsiplərinə cavab verməyən qərar kimi nəzərdən keçirilə bilməz. Beləlklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı davranışı ilə əməlindən səmimi peşman olmasını nümayiş və sübut etməsini, əvvəllər məhkum olunmamasını, eləcə də, yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ağırlaşdırılması üçün heç bir əsas tapa bilmir. Bu səbəblərdən məhkəmə kollegiyası apellyasiya protesti ilə razılaşmır və hesab edir ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və əsaslı qərar çıxarmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının ağırlaşdırılaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(076)-69/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(076)-69/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-239/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-239/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver