Məhkəmə qərarları › İş №1(104)-240/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-240/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-240/2023 21.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X6 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlər, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, X2 və Müdafiəçi6, Zərərçəkmiş şəxs və onun nümayəndəsi VŞahid3 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-23/2023 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-23/2023 saylı hökmü ilə (sədrlik edən Fuad Babaşov) xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Bahadur Hacıyev küçəsi Təzə Məhəllələr yaşayış massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdən hesablanması, xx.xx.1990-cı ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu Mor Mor kəndində qeyiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadəkBakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Neftçilər küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuniqüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 19 avqust 2022-ci il tarixdən hesablanması, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətiimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlibilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdənhesablanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-23/2023 saylı hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxslərin əməlinin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 181.2.1, 181.2.4, 182.2.1 və 182.2.4-cü maddələrinə tövsif edilməsini, onlara həmin maddələrin sanksiyasının yuxarı həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatıvə sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri,Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlakını açıq yollaələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən vurub onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırıvə səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100-lük pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuzolaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2la birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin,sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləriyetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yollaələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl- qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatıvə sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs3lə birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı- almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsivə selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebookkompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxslər onun evinə daxil olaraq onun əllərini və ağzını skoçla bağlayıb döyməklə və işgəncə verməklə ondan pul və qızıl tələb etmişlər, evindəki əşyaları oğurlamışlar. Təqsirləndirilən şəxslər ona qarşı quldurluq və yaxud hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Təqsirləndirilən şəxslərin əməlinin CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Odur ki, təqsirləndirilən şəxslərin əməlində daha ağır cinayətin əlamətləri vardır və onlara daha ağır cəza təyin edilməlidir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilməsini, məhkəmənin hökmünün və hazırlıq iclasının qərarının ləğv edilməsini, işin ibtidai istintaq orqanına qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya təqsirli bilindiyi maddə ilə məhkumlar barəsində daha ağır cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətinə etiraz etdilər və göstərdilər ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməlinə düzgün hüquqi qiymət vermiş və onların əməlini düzgün tövsif etmiş, həmçinin onlar barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alıb onlara ədalətli cəza təyin etmişdir. Həmin cəzadan razıdırlar və ədalətli olduğundan şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin əməlinin tam sübuta yetirildiyini, onların əməlinin CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunduğunu bildirdi, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə uyğun qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu, ona görə də zərərçəkmiş şəxsin şikayətinin həmin cəza həddində təmin olunmasına etirazının olmadığını göstərdi. Zərərçəkmiş şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü 5 nəfər naməlum şəxs qəfildən evinə daxil olaraq onun əl-qolunu tutmuşlar. Həmin şəxslərin üzlərində maska olmuşdur. Onlardan 3 nəfərini görmüşdür, digər iki şəxsi görə bilməmişdir. Həmin şəxslər otağa daxil olan kimi üzərinə hücum çəkib sifətinə yumruqla vurmuş, onu yerə yıxaraq pulun və qızılının yerini soruşmuşlar. And-aman etmişdir ki, pulu və qızılı yoxdur. Sonra həmin şəxslər özləri ilə gətirdikləri skoçla onun əl qolunu, ayaqlarını və ağzını bağlamışlar. Həmin şəxslərə mane olmağa çalışmış, buna görə onun burun və qol nahiyələrinə vurmuşlar. Hava işıqlanan kimi həmin şəxslər kompüter və pul götürdükdən sonra evin giriş qapısından çıxıb getmişlər.O, əlləri və qollarındakı skoçu aşağı çəkərək, qayçını götürüb qollarında və ayaqlarında olan yapışqan lenti kəsmişdir, daha sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsi əvvələr tanımış, sələmə pul verdiyi üçün onun evində pul və qızıl olacağını zənn etmişdir. O, avtomobilində Şükürü gözləmiş, X7 evinə girmişlər. Şükürgil gedəndən təxminən2 saat sonra səhərə yaxın gəlib çıxmışlar, onlar gətirdikləri pulları saymış, təxminən 250 manata yaxın pul olmuşdur. Şükürlə Eminin əlcəkləri və maskanı nəyə görə götürdüklərini bilməmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilərkən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər zərərçəkmiş şəxsi tanımamış, hadisədən əvvəl Asəflə danışmışdır. Onlar Zərərçəkmiş şəxs heç nə soruşmamış, heç nə tələb etməmişlər, ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Təqsirləndirilən şəxs2 ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər zərərçəkmiş şəxsi tanımamışdır. Onlar Zərərçəkmiş şəxs heç nə soruşmamış, heç nə tələb etməmiş, ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Onun əlini skoçla bağlamışlar. Onlar evdən xarab telefon, noutbuk və bir az da pul götürmüşlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxlərə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi zərərçəkmiş şəxsin apellyasiya şikayətində təqsirləndirilən şəxslərin əməlinin əsassız olaraq yüngül maddələr ilə tövsif edildiyini iddia edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-in 391.8 və 391.8-1-ci maddələrinə əsasən CPM-in müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apeyaasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8-1. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda göstərilmişdir: “...Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə elan olunmuş ittihamlara əlavə və dəyişiklik edilməsi zərurəti yarandığından onlara CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmiş, CM-in 182-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib əlamətləri olmadığı üçün barələrində qeyd edilən maddə ilə cinayət təqibinə xitam verilmişdir.” Həmçinin, işdə olan 26 noyabr 2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və məhkəmə də haqlı olaraq həmin ittiham daxilində işə baxmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 35-ci bəndində qeyd olunmuşdur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Qanunvericiliyin sadalanan normalarından da görünür ki, apeyaasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə kollegiyası CPM-in 391.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının Baş Prokurorunun protesti əsasında hökmü ləğv edərək cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Digər halda məhkəmənin bu səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin iş materiallarından görünür ki, zərərçəkmiş şəxs işə birinci instansiya məhkəməsində baxılan zaman təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vəsatətlə müraciət etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Təqsirləndirilən şəxslərin əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmiş, həmin qərarla təqsirləndirilən şəxsləri əməlində daha ağır cinayət tərkibinin olub-olmamasına dair bütün məsələlər ətraflı araşdırılmış və öz təsdiqini tapmamışdır. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmiş və mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə dəlilləri həmin hissədə əsassızdır, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə təkzib olunur və təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaya münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzasını təyin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın həddi ilə razılaşmır. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, işdə olan cəzanı yüngüllədirən halları nəzərə alaraq təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılması qənaətinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barəsində təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, bu yolla məhkumların islah olunmasına nail olmaq mümkündür. Məhkumların şəxsiyyəti, davranışı, işin halları (zərərçəkmiş şəxsin əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə onun bədəninin müxtəlif yerlərinə qəsdən vurub onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmişin sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırıvə səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmələri), məhkumların törətmiş olduqları əmələ münasibətləri, zərərçəkmiş şəxsin onlardan şikayətçi olması məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin olunması nəzərdə tutulan cəza, cəzanın məqsədinə xidmət edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. CPM-in 399.1 və 399.1.5-cü maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023cü il tarixli, 1(021)-23/2023 saylı hökmü dəyişdirilməli, təqsirləndirilən şəxslərə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi artırılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(021)-23/2023 saylı hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi artırılaraq ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi artırılaraq ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi artırılaraq ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar